Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-509/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 oglunun iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə danışaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra 2018-ci ilin oktyabr ayından 2021-ci ilin dekabr ayının əvvəllərinədək Bakı şəhərində yerləşən müxtəlif hotellərdə kişi müştəriləri ilə, eləcə də 2021-ci ilin dekabr ayının əvvəllərində ünvanı istintaqa tam bəlli olmayan hoteldə müştərisi Şahid1 ilə fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən 300 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 200 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə ünvan 4 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telelon vasitəsilə əlaqə saxlayaraq müştərisi Şahid2 ilə 230 manat pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra 04 may 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "X8" hotelində 208 nömrəli otaqda cinsi əlaqədə olmalarını təşkil etdikdən sonra əldə edilən gəlirdən 200 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 30 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, əvvəllər rəfiqə münasibətində olmuşlar. İnarəni heç bir zaman fahişəliyə cəlb etməmiş, əksinə olaraq İnnarə onu fahişəliyə cəlb etmiş, innarə onu bir neçə dəfə öz tanışlarının yanına aparıb, onu təqdim etdikdən sonra İnnarə də, o da müştərilərlə görüşüb cinsi əlaqədə olmuş, bunun müqabilində İnnarə aldığı 1000 manat puldan yarısını ona, qalan yarısını isə özünə götürmüşdür. O isə İnnarə barəsində heç bir zaman belə iş görməmiş, Şahid1 barəsində onu deyə bilər ki, Ayhan məhz İnnarənin tanışı olmuş, İnnarə özü onu Ayhanla görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmiş, buna görə də özünə pul götürmüşdür. Zərərçəkmiş şəxs2 da tanıyır, sonuncu ilə sadəcə salam-sağ ol olmuşdur. Başqa Tamara ilə hər hansı münasibət saxlamamış, Tamaranın fahişəliklə məşğul olduğunu bilmiş, bu barədə sonuncu özü ona bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2021-ci ilin təxminən sentyabr oktyabr aylarında ölkədə karantin rejimi düşdüyü üçün iş yerini, yəni hicama-terapiyanı bağlamaq məcburiyyətində qalmış və bundan sonra maddi ehtiyaclarını necə ödəyəcəyini bilməmiş, Təqsirləndirilən şəxs ilə danışarkən sonuncu ona bildirmişdir ki, ona köməklik edəcək və onunla cinsi əlaqədə olmaq üçün müştərilər tapacaq, onun kimi cazibədar qadınlara həmişə cinsi əlaqədə olmağa müştəri tapmaq asandır. Maddi ehtiyacları səbəbindən razılıq vermiş, bundan sonra Sevda bir neçə dəfə onu Bakı şəhərində müxtəlif hotellərə öz tanışı olan kişilərlə görüşüb cinsi əlaqədə olmaq üçün göndərməyə başlamış, hər dəfə Sevdanın müştərisi ilə görüşdüyünə görə müştəri ona verdiyi 300 manat puldan 100-120 manatını Sevdaya vermiş, bu barədə əvvəlcədən Sevda ilə aralarında razılıq olmuş, bəzən elə olmuşdur ki, Sevda ona bildirmişdir ki, müştərilərinin ad günü, yaxud hər hansı digər şənliyi var, orada iştirak etmək üçün qadın lazımdır, o da razılıq verib getmiş, 2021-ci ilin oktyabr ayının sonlarında Sevda onunla əlaqə saxlayıb bildirmişdir ki, “Astoria” hotelində tanışlarının ad günü şənliyi vardır, özü oraya gedə bilmir, o Sevdanın adından iştirak etsin. O da razılıq vermiş və həmin ad günü şənliyinə getmişdir. Oraya çatdıqda kişi məclisi olduğunu görmüş, ondan başqa Sevda oraya rəfiqəsi kimi təqdim etdiyi Sevda da göndərmişdir. Sevda ilə birinci dəfə orada tanış olmuş, məclisdə yeyib-içdikdən sonra orada olan kişilərdən birinin ondan xoşu gəlmiş və təklif etmişdir ki, həmin gecə qeyd edilən şəxslə qalsın. O razılıq vermiş, xatırlamadığı həmin şəxslə gecə bir otaqda qalmış və onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra həmin şəxs ona səhər 300 manat pul vermiş və onunla sağollaşmışdır. O da pulu götürüb çıxmış, Sevdaya həmin puldan hər hansı məbləği verməmiş, çünki Sevda ilə bu barədə heç bir şey danışmamışlar. 2021-ci ilin dekabr ayının əvvəllərində Sevda onunla əlaqə saxlayıb bildirmişdir ki, özünün tanıdığı Ayhan adlı müştərisi onun şəkillərini Sevdanın telefonunda görmüş və ondan xoşu gəlmişdir, görüşüb cinsi əlaqədə olmaq istəyir. O Ayhanla harada görüşəcəyini soruşmuş və Sevda ona bildirmişdir ki, Ayhanla görüşüb cinsi əlaqədə olmağını özü təşkil edəcəkdir. Bundan sonra Sevda onu Ayhanın olduğu xatırlamadığı hotelə göndərmiş və orada görmüşdür ki, Sevda özü də oradadır. Həmin hoteldə əvvəlcə o, sonra isə Sevda Ayhanla cinsi əlaqədə olmuş, bundan sonra Sevda Ayhanın verdiyi 500 manat puldan 300 manatını ona, qalan 200 manatını isə özünə götürmüş və bildirmişdir ki, yenə Ayhan istəsə onunla əlaqə saxlayacaq. Bundan başqa Sevdanın onunla cinsi əlaqədə olmaq üçün təqdim etdiyi müştərilərini xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 3 ay əvvəl tanımış, həmin ərəfələr onu Sako kimi tanıdığı, mobil telefon nömrəsini bilmədiyi şəxs pul müqabilində cinsi əlaqədə olmaq üçün müştərilərin yanına göndərmişdir. Sevda da onunla birlikdə getmiş, Sevdanı da Sako müştərinin yanına cinsi əlaqədə olmaq üçün göndərmişdir. Sevdadan istifadəsində olan mobil telefon nömrəsini götürmüş, bir müddət Sevda ilə danışdıqdan sonra ona bildirmişdir ki, özünün tanış müştəriləri olduqda əlaqə saxlayacaq, görüşüb cinsi əlaqədə olar. O da razılıq vermiş, 2022-ci ilin aprel ayının ortalarında Sevda onunla əlaqə saxlayaraq bildirmişdir ki hazırlaşsın, onu müştərinin olduğu hotelə cinsi əlaqədə olmaq üçün göndərəcək. Bir qədər sonra Sevda onunla əlaqə saxlayıb bildirmişdir ki, görüş alınmayacaq, çünki müştəri ilə razılığa gələ bilmir. 04 may 2022-ci il tarixdə Sevda günorta saatlarında onunla əlaqə saxlayıb bildirmişdir ki, onunla cinsi əlaqədə olmaq üçün müştəri tapmışdır, həmin müştəri 250 manat pul verəcək, 50 manatı Sevdanın, qalan 200 manatı isə onun olacaqdır. Həmin vaxt o yaşadığı ünvanda olmuş, Sevdaya razılıq verdikdən sonra hazırlaşmağa başlamışdır. Axşam saatlarında Sevda onunla yenidən əlaqə saxlayıb bildirmişdir ki, müştəri onu “Piano” hotelində, 208 nömrəli otaqda gözləyir. Sevda dediyi ünvana taksi avtomobili ilə getmiş, hotelin qeyd edilən otağında ilk dəfə Toğrul adlı müştəri ilə tanış olmuş və Sevdanın onu göndərdiyini bildirmişdir. Toğrulla cinsi əlaqədə olduqdan sonra sonuncu ona Sevda ilə danışdığı kimi 250 manat pul vermiş, pulu götürdükdən sonra hoteldən çıxmış və Sevda ilə razılaşdığı kimi 50 manat pulu sonuncuya “eManat” aparatı vasitəsilə kartına göndərmişdir. Sevdanın bank kartının nömrəsini bilmir, çünki telefonundan kartın şəkli silinmişdir. Bundan sonra Sevda bir dəfə də onunla əlaqə saxlayıb birlikdə rayonlardan birinə müştəriləri ilə görüşmək üçün getməyi təklif etmiş, lakin sonradan bildirdiyinə görə görüş alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin sonlarından “Telegram” sosial şəbəkəsi vasitəsilə təsadüfən tanış olmuş, həmin sosial şəbəkədə yaxınlıqda olan şəxslərlə əlaqə yaratmaq imkanı olduğu üçün Sevdanın profil şəklindən sonuncunu görmüş və bir qədər danışdıqdan sonra Sevdanın pul müqabilində kişilərlə görüşüb cinsi əlaqədə olduğunu bilmişdir. Sevda ilə görüşüb cinsi əlaqədə olmağa razılıq vermiş, ilk dəfə sonuncu ilə 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Porto” hotelində görüşüb 300 manat pul müqabilində cinsi əlaqədə olmuşdur. Bundan sonra növbəti dəfə 2021-ci ilin dekabr ayının əvvəllərində Sevda ilə görüşüb cinsi əlaqədə olmaq istədiyini bildirdikdə sonuncu onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvanını bilmədiyi və adını unutduğu hotelə dəvət etmiş, həmin vaxt Sevda onu rəfiqəsi ilə tanış etmək istəmiş və təklif etmişdir ki, rəfiqəsi ilə də pul müqabilində görüşüb cinsi əlaqədə olsun. Razılaşdıqdan sonra həmin hotelə getmiş və orada Sevdadan başqa həmin vaxt adının İnnarə olduğunu bildiyi qadın da olmuş, Sevda onları tanış etdikdən sonra hər ikisi ilə cinsi əlaqədə olmağa görə 500 manat pul verəcəyini bildirmişdir. O razılıq vermiş və Sevdaya 500 manat pul verdikdən sonra hər ikisi ilə ayrı-ayrılıqda cinsi əlaqədə olmuşdur. Pulu o Sevdanın özünə vermiş, həmin puldan Sevdanın İnnarəyə nə qədər pul verdiyini isə bilməmişdir. İbtidai istintaq zamanl şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, anket məlumatlarında qeyd edilən +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi atası X2 adınadır, lakin faktiki olaraq həmin nömrəni 15 il olar ki özü istifadə edir, daimi olaraq nömrə onun istifadəsindədir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə harada tanış olduğunu xatırlamır. Sevdanın fahişəliklə məşğul olduğunu bildiyi üçün iki dəfə 150 manat pul müqabilində Bakı şəhərində müxtəlif hotellərdə görüşüb cinsi əlaqədə olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində qərara gəlmişdir ki, Sevdadan onunla cinsi əlaqədə olmaq üçün başqa qadın təşkil etməsini xahiş etsin. Çünki Sevda profilində bir nəfər qadınla birlikdə şəkil paylaşmış, bu barədə telefonla danışdıqdan sonra Sevda ona bildirmişdir ki, yanında Tamara adlı qadın var, həmin qadınla onu 200 manat pul müqabilində görüşdürə bilər. Həmin vaxt o, Bakı şəhərində yerləşən ünvanını dəqiq bilmədiyi “Piano” hotelində olmuş, Sevdaya bildirmişdir ki, Tamaranı həmin hotelə göndərsin. Tamara adlı qadın olduğu otağa gəldikdən sonra sonuncu ilə cinsi əlaqədə olmuş və bunun müqabilində Sevda ilə danışdığı kimi Tamaraya 200 manat pul vermişdir. Tamara ilə ümumi söhbət edərkən sonuncu ona bildirmişdir ki, həmin puldan 50 manatını Sevdaya verəcək, qalan 150 manat isə Tamaraya qalacaqdır. Bundan sonra Sevda ilə bu barədə hər hansı danışığı olmayıb. (iş vərəqə 67) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə tərtib edilmiş baxış keçirilməsi haqqında 18 mart 2022-ci il tarixli 01 vərəqdən ibarət protokol və həmin protokola əlavədən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs istifadə etdiyi +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 19 oktyabr 2021-ci il tarixdən 06 dekabr 2021-ci il tarixədək “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıqlar mövcud olmuş və həmin danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul ödənişləri müqabilində tanışı olan müxtəlif kişi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Cinayət işi materiallarına DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 31 may 2022-ci il tarixli 017-1066-1222 nömrəli müşayiət məktubu ilə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 5(001)-794/2022 nömrəli qərarı əsasında keçirilmiş telefon danışıqlarına qulaq asma əməliyyat-axtarış tədbirinin nəticəsinə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan +994 50 *** ** ** rəqəmli, Zərərçəkmiş şəxs2 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrələri arasında aparılmış danışıqlarda Şahid2 Zərərçəkmiş şəxs2 ilə “X8” hotelinin 208 nömrəli otağında 04 may 2022-ci il tarixdə pul müqabilində cinsi əlaqədə olmalarını təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 17:00-da tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan 137 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir narazılıq və şikayət daxil olmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindər göürünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində dogulmuşdur. X1, anası Təqsirləndirilən şəxsdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in 243.1-ci maddəsində gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-də bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: Himayəsində azyaşlı uşağının olması yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan xasiyyətnamə); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı iki gün (13-15 iyun 2022-ci il) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3200 (üç min iki yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün tutma altında saxlanılması nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 (üç min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-509/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-509/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver