Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-51/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi – X3 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 112 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzi”nin yaxınlığında Zərərçəkmiş şəxs ilə Şahid1 arasında yaranmış narazılığı bəhanə edərək heç bir səbəb olmadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə üzərində olan və istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs qəsdən iki dəfə sol qol və sol sifət nahiyəsindən vuraraq, ona çənənin sol uclu və sol dirsək sinirlərinin travmatik hissəvi zədələnməsi ilə müşayiət edilən sol yanaq-çənə nahiyəsinin kəsilmiş yarası, sol bazunun orta üçdə birinin arxa səthinin deşilmiş-kəsilmiş yaralarından ibarət, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 və Şahid2 təxminən 2 ildir ki, tanıyır və aralarında normal münasibət olmuşdur. Zərərçəkmiş şəxs isə hadisədən sonra tanımış və aralarında heç bir münasibət olmamışdır. 09 mart 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdən çıxıb “Rahat” marketə tərəf getmişdir. Həmin vaxt Emin görmüş və ona yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Emin də narahat olmamağını, yüngül bir məsələ olduğunu və söhbətlə qaydasına qoyacağını bildirmişdir. Həmin vaxt digər tanışı Kənan da orada olmuşdur. Daha sonra onlar birlikdə Azərbaycan Universitetinin qarşısına getmişlər. Azərbaycan Universitetinin qarşısına çatdıqda Azadı görmüşlər və onu yanlarına çağırmışlar. Azadla söhbət edən zaman ona Eminin sakit uşaq olmasını, yerini bilən uşaq olmasını demişdir. Azad da Emini elə tanımadığını deyərək ona heç kimin hörmətsizlik edə bilməyəcəyini bildirmişdir. Həmin vaxt o, Azadla söhbət edərkən Azad ona “qanmaz” ifadəsini işlətmişdir. O, Azada niyə ona qanmaz dediyini soruşmuşdur. Azad da kobud şəkildə cavab verərək onunla borzu, yəni özündən razı şəkildə danışmışdır. Buna görə də Azadın sakitləşmədiyini görüb qəflətən yumruqla sonuncunun dodağından bir dəfə vurmuşdur. Həmin vaxt Azad onun üzərinə gəldiyindən və bədən baxımından Azad ondan cüssəli olduğuna görə bıçaqla onu qorxutmaq istəmişdir. Azadın qolunun bıçaqla zədələndiyini görmüşdür. Lakin üzündən aldığı zədəni istintaq zamanı öyrənmişdir. Həmin vaxt Kənan, Emin və ətrafda olan tanımadığı başqa uşaqlar onun əlində bıçaq olmasını görüb birbaşa müdaxilə edə bilməsələr də kənardan sakitləşdirməyə çalışmışlar. Azad isə sifətini tutmuş və sifətindən qan gəldiyini görüb qorxaraq sürətlə qaçıb oradan uzaqlaşmışdır. Həmin vaxt hamı onun kimi hərə bir tərəfə qaçaraq oradan uzaqlaşmışdır. O, bir az getdikdən sonra hadisə zamanı istifadə etdiyi bıçağı dəqiq xatırlamadığı yerdə atmışdır. Daha sonra isə evinə getmiş və heç kimə hadisə barədə məlumat verməmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanıldığı zaman etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Əməlindən peşmandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Eminlə Kənan onu Azərbaycan Universitetinin qarşısına getməyə məcbur etməmişlər. O, X1 tək qoymamaq üçün getmişdir. X11 danışmışdır. Daha sonra isə o, müdaxilə etmək üçün yaxınlaşmışdır. İlk yumruğu Azada o vurmuşdur, sonra isə geri çəkilib Azadı qorxutmaq üçün bıçağı çıxartmışdır. Həmin vaxtı yalnız Kənan müdaxilə etmiş, əlbəyaxa olduqdan sonra aralanmışlar. Kənan müdaxilə etdiyi vaxt Azad Kənanı kənara itələmiş və onun üstünə gəlmişdir. Həmin vaxtı o, bıçaqla Azadın qoluna vurmuşdur. Bu hadisə ümumilikdə 15-20 dəqiqə davam etmişdir. Azadın üzündən yaralandığını görməmişdir. Hadisə vaxtı ailə üzvlərindən heç kim orada olmamışdır. Ətrafa çoxlu sayda insan toplaşmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ildə Azərbaycan Universitetinin “Mühasibatlıq” fakültəsinin İ kursuna daxil olmuş və orada təhsil almışdır. Şahid1 hadisədən əvvəl eyni patokda bəzi dərsləri birlikdə keçdiyi üçün qiyabi olaraq tanımış və aralarında normal münasibət olmuşdur. Hadisə vaxtı yanında olan Buxsay və Sərxanı isə qrup yoldaşlarıdı. 09 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində tənəffüs vurulduğu üçün hamı çölə çıxmağa hazırlaşmışdır. Həmin vaxt Emin qapının ağzında dayanmışdır. O, Eminə qapının ağzından çəkilməyini və uşaqların rahat keçib getməsini bildirmişdir. Emin də ona tərs-tərs baxaraq qapının ağzından çəkilmişdir. O, Eminə niyə ona tərs-tərs baxdığını soruşmuş və Emin baxışının belə olduğunu demişdir. Bu söhbətin üstündə onların arasında sözlə mübahisə yaranmışdır. Bu söhbəti davam etdirmək üçün o, Eminə çölə çıxıb söhbət eləməyi təklif etmiş və onlar aşağı düşüb Universitetin həyətinin arxasına getmişlər. Orada o, Eminlə üzbəüz dayanıb söhbət etməyə başlamış və sakit tərzdə danışaraq niyə belə hərəkətlər etdiyini irad bildirmişdir. Emin isə yenə də özündən razı halda danışaraq baxışının və danışığının belə olduğunu demişdir. O, Emini sakitləşdirmək istəsə də Emin sakitləşməmiş və yenə də kobud şəkildə özündən razı halda danışığını davam etdirdiyi üçün əsəbiləşib Eminin sifətindən yumruq zərbəsi vurmuşdur. Həmin vaxt ətrafda olan tanışları Buxsay və Sərxan, eləcə də tanımadığı başqa Universitet tələbələri araya girib onları ayırmışlar. Bundan soma o, dərsə qalxıb üçüncü dərsə girmişdir. Dərsin sonunda təxminən saat 13 radələrində dərsdən çıxmış və tanışları Buxsay və Sərxanla birlikdə Universitetin pilləkənlərindən çölə çıxmışdır. O, Universitetdən çıxan zaman kimsə onu çağırmış və o, həmin səs gələn tərəfə baxdıqda Eminin olduğunu görmüşdür. Emin onu əli ilə yanına çağırmış və o, Eminə yaxınlaşdıqda kənara çəkilib söhbət etməyi bildirmişdir. O isə işinin olduğunu, sonra söhbət etməyi demiş və yoluna davam etmişdir. Lakin qarşı yola keçdikdə görmüşdür ki, Emin yanında olan bəzi tanımadığı universitet tələbələri və başqa şəxslərlə birlikdə onun arxasınca gəlmişlər. Eminin yanında olan sonradan tanıdığı Əli ona yaxınlaşmış və ona kənara çəkilib söhbət etməyi, onunla söhbəti olduğunu bildirmişdir. O, Əliyə işinin olduğunu və getməli olduğunu demişdir. Lakin Əli təkidlə söhbət etməyi bildirmiş və o, indi işinin olduğunu, axşam saat 18 radələrində Memar Əcəmi metrostansiyasının yaxınlığında olacağını və orada söhbət edə biləcəyini demişdir. Lakin Əli bununla razılaşmamış və bir daha söhbət etməyi təklif etmişdir. Bundan sonra o, avtobusa minmək üçün Bakı Sağlamlıq Mərkəzi tərəfə getdiyini və əgər istəyirsə yol boyu həmin yolu piyada gedərək söhbət etməyi bildirmişdir. Əli də razılaşmış və o, Əli ilə söhbət edə-edə piyada şəkildə Bakı Sağlamlıq Mərkəzinin yanına getmişdir. Yol boyu Əli hadisənin necə olmasını, niyə ikinci dərsin sonunda Universitetin həyətinin arxa hissəsində Emini yumruqla vurduğunu soruşmuşdur. O da hadisəni olduğu kimi danışmışdır. Əli isə Emini müdafiə edərək onun səhvsiz uşaq olduğunu, artıq hərəkətlərə yol verməyəcəyini demişdir. Bakı Sağlamlıq mərkəzinin yanına çatdıqda Əli onunla üzbəüz dayanaraq söhbətini davam etdirmişdir. Söhbət zamanı əlini onun çiyninə qoymuş və o da əlini tutub yerə salmış və belə hərəkət etməməsini demişdir. Həmin vaxt Əli qəflətən gözləmədiyi halda yumruqla onun sifətindən vurmuş və yumruq onun dodağının yan tərəfindən dəymişdir. O, bir anlıq bir az arxaya getmiş və Əli də arxaya çəkilərək söyüş söyüb üzərində olan bıçağı çıxararaq sağa-sola doğru hərəkət etdirməyə başlamışdır. Əli söyüş söydüyü üçün onun üstünə hücum etmiş və yumruqla Əlini vurmağa başlamışdır. Həmin vaxt Əli əlindəki bıçaqla əvvəlcə onun sol qolundan, arxasınca isə sifətinin sol yanından vurmuşdur. O, aldığı xəsarətdən geri çəkilmiş və sifətindən xəsarət aldığı yerdən tutub sıxmışdır. Həmin vaxt sifətindən qan axmağa başlamışdır. Bunu gördükdə Əli və ətrafda olan başqa şəxslər qaçıb oradan uzaqlaşmışlar. Yanında olan Buxsay və Sərxan ona kömək edib X9 aparmışlar. Orada müayinə olduqdan sonra sifətindən və qolundan əməliyyat olunmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Eminlə mübahisəsi təxminən Əli ilə mübahisədən 1-2 saat əvvəl baş vermişdir. Eminlə olan mübahisədə onlar bir-birilərinə yumruq atmışlar. Lakin məsələ böyüməmişdir. Əli onları sakitləşdirməyə gəlməmişdir. Əli ona yaxınlaşaraq söhbət etməyə çağırmışdır və Əlinin danışıq tərzi də onun xoşuna gəlməmişdir. İşıqforda dayanan zaman Əli yumruq və bıçaqla onu vurmuşdur. Ətrafda təxminən 10 nəfər şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Universitetinin “Menecment” fakültəsinin 1-ci kurs tələbəsidir. Azadla patok yoldaşıdır və bu hadisəyə kimi aralarında normal münasibət olmuşdur. 09 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində dərsin sonunda tənəffüs vurulduğu üçün hamı çölə çıxmağa hazırlaşmışdır. O da qapının ağzında dayanmışdır. Həmin vaxt Azad ona kobud tərzdə qapının ağzından çəkilməyini demişdir. O da Azada tərs-tərs baxaraq “oldu qaqaş’" demiş və qapının ağzından çəkilmişdir. Onun baxışı Azada xoş gəlmədiyi üçün Azad ondan niyə ona belə baxdığını soruşmuşdur. O da Azada ümumi baxışının belə olduğunu demişdir. Bu sözdən sonra Azad onun qolundan tutub dartaraq aşağı düşməyi təklif etmişdir. O da razılaşmış və onlar Universitetdən çıxıb piyada şəkildə gəzərək söhbət etməyə başlamışlar. Əvvəlcə Azad niyə ona borzu-borzu baxdığını soruşmuş, o da baxış tərzinin belə olduğunu demişdir. Bu məzmunda onların arasında sözlə mübahisə baş vermiş və Azad axırıncı dəfə ona belə borzu-borzu baxmağını demişdir. O da axırıncı dəfə onunla belə borzu-borzu danışmasını demişdir. Onun dalaşmaq niyyəti olmadığı üçün əlləri cibində olmuş və belə halda Azadla söhbət etmişdir. Lakin sonuncu verdiyi cavab Azadın xoşuna gəlməmiş və Azad qəflətən yumruqla gözləmədiyi halda vurmaq istəmişdir. O da geriyə çəkilmiş və yumruq ona dəyməmişdir. Həmin vaxt o da ona qarşılıq vermək istəmiş, lakin ətrafda olan uşaqlar onları ayırmış və onlar dalaşmamışlar. Bundan sonra o, dərsə qalxmış və üçüncü dərs üçün sinfə keçmişdir. Üçüncü dərsin sonunda o, aşağı düşən zaman Azad gəlib ona yaxınlaşmış və qoluna girib söhbəti davam etmək üçün onu sakit tərzdə kənara çəkmişdir. O da razılaşmış və piyada Universitetin həyətindən çıxmışlar. Həmin vaxt qarşı yoldan keçən Kənan və Əli onu görüb yaxınlaşaraq nə baş verdiyini maraqlanmışlar. O da narahat olmamalarını, şirinliklə söhbəti qaydasına qoyacağını demişdir. Azadla Bakı Sağlamlıq mərkəzinə tərəf piyada gedərək söhbətlərini davam etdirmişlər. Həmin vaxt Azad yenə niyə ona qarşı hörmətsizlik etdiyini, niyə ona kobud danışdığını soruşmuşdur. O da Azada baxışının belə olduğunu, baxışını dəyişə bilməyəcəyini demişdir. Həmin vaxt Azadın tanımadığı tanışları da orada olmuş, lakin o, həmin şəxsləri tanımamışdır. Söhbət zamanı Azad onunla kobudluq edərək artıq-əskik və özündən razı halda danışmağa başlamışdır. Bunu görən Əli böyük kimi onu kənara çəkib özü Azada yaxınlaşmış və onu yaxşı tanıdığını, hörmətsizlik edən uşaq olmadığını, nə olubsa olduğunu, şirinliklə bu məsələni qaydasına qoymağı bildirmişdir. Azad isə qəti şəkildə onun hörmətsizlik etdiyini demişdir. Əli nə qədər sakit danışsa da Azad sakitləşməmişdir. Daha sonra Əli əsəbiləşmiş və qəflətən Azadın sifətindən bir dəfə yumruqla vurmuşdur. Azad bir az dala getmiş və Əli də kənara çəkilib nalayiq ifadə işlətmişdir. Həmin vaxt Azad Əlinin üstünə hücum çəkmiş və həmin vaxt Əli üzərində olan bıçağı çıxarıb bıçağı sağa-sola doğru hərəkət etdirərək heç kimin yaxınlaşmamasını, kim yaxınlaşsa pis olacağını demişdir. Azad isə dayanmamış və Əlinin üstünə hücum etmişdir. Həmin anda Əli əlindəki bıçağı Azada tərəf yellətdiyi üçün bıçaq Azada dəymişdir. Lakin dəqiq olaraq bədəninin hansı nahiyəsindən və neçə dəfə dəydiyini bilməmişdir. Həmin vaxt Azadın sifətini tutduğunu və sifətinin sol tərəfindən qan axdığını görmüşdür. Bu zaman Əli əlində bıçaqla qaçmağa başlamışdır. O və orada olan uşaqlar da qaçıb hadisə yerindən uzaqlaşmışlar. Ətrafa çoxlu sayda insan toplaşmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu hadisədən daha öncə Azadla onun arasında heç vaxt mübahisə olmamışdır. Əlinin Azadla danışmasını Kənan təklif etmişdir. Əli məsələni həll etmək üçün müdaxilə etmişdir. Əli Azadla danışan zaman Azad ona kobud cavablar vermişdir. Onların aralarında keçən danışığı eşitməmişdir. Əli ilk öncə Azadı vurmuşdur. Sonra ətrafda olan şəxslərin onu təkləməsindən qorxduğundan bıçaq çıxarmışdır. O, Əlini məsələ həll edən şəxs kimi tanımamışdır. Əli Azadı vurduqdan sonra o, müdaxilə edərək mübahisənin qarşısını almağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Universitetinin “Mühasibatlıq” fakültəsinin 1-ci kurs tələbəsidir. Zərərçəkmiş şəxs Universitetə daxil olduqdan sonra eyni qrupda təhsil aldığına görə tanımış və aralarında normal münasibəti olmuşdur. Emini isə ayrı-ayrı fakültələrdə olsa da arada bir eyni dərsləri keçdiyi üçün patok yoldaşı kimi tanımışdır. 09 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində tənəffüs vurulduğu üçün hamı çölə çıxmağa başlamışdır. Həmin vaxt Emin qapının ağzında dayanmışdır. Həmin vaxt Azad ona qapının ağzından çəkilməyini bildirmişdir. Emin də ona tərs-tərs baxaraq qapının ağzından çəkilmişdir. Azad da Eminə niyə ona tərs-tərs baxdığını soruşmuş və bunun üstündə onların arasında sözlə mübahisə yaranmışır. Bu söhbəti davam etdirmək üçün Eminlə Azad çölə çıxmışlar. O və qrup yoldaşı Sərxan da onların arxasınca aşağı düşmüşlər. Eminlə Azad Universitetin arxa tərəfində üzbəüz dayanıb sözlə mübahisə etməyə başlamışlar. Emin jarqonla danışdığı üçün Azad ona belə danışmamağını, normal danışmağını bildirmişdir. Emin də danışığının belə olduğunu bildirmişdir. Bu məzmunda davam edən söhbətlərinin nəticəsi olmadığından bu söz-söhbət dava-dalaşa çevrilmişdir. X12 yumruqla vurmuş və Emin də qarşılıq verərək Azadı vurmaq istəyərkən o, Sərxan və orada olan tanımadığı başqa uşaqlar araya girib ayırmışlar ki, mübahisə daha da böyüməsin. Bundan sonra Azadı sinfə aparmışalr. Üçüncü dərsin sonunda o, Azad və Sərxanla birlikdə Universitetin həyətindən çıxıb gedərkən yolun qırağında Universitetin çölündə Eminlə Azad bir-birini görüb söhbət etməyə başlamışlar. Emin söhbət etmək üçün sakit tərzdə kənara çəkilməyi desə də, Azad əvvəlcə razı olmayaraq kənara gəlmədiyini, tələsdiyini, sözü varsa avtobusa minib orada yol gedərkən söhbət etməyi bildirmişdir. Emin təkrar söhbət etməyi təklif etdiyi üçün Azad razılaşmış və sonuncular piyada Bakı Sağlamlıq mərkəzinə tərəf getməyə başlamışlar. Həmin vaxt onlar da Azad və Eminin arxasınca getmişlər ki, nə isə problem olsa ayırsınlar. Onlar avtobusa tərəf gedib işıqforun yaşıl işığının yanmasını gözlədiyi vaxt geriyə baxdıqda Eminin yanında tanımadığı iki nəfər oğlanla onların arxasında dayandığını görmüşlər. Yolda iki nəfər sonradan tanıdığı Əli və Kənan adlı şəxslər Emini görüb yolu keçərək yaxınlaşmış və nə baş verdiyini soruşmuşlar. Emin də narahat olmamağı, problem olmadığını, şirinliklə qaydasına qoyacağını demişdir. Eminlə Azad söhbət etdiyi zaman sonradan tanıdığı Əli Azada yaxınlaşıb Emini kənara çəkmiş və özü söhbətə başlayaraq Emini tərifləyib səhv hərəkət etməyəcəyini bildirmişdir. Azad isə heç kimin ona qarşı borzuluq edə bilməyəcəyini, ona hörmətsizlik edə bilməyəcəyini demişdir. O, Sərxan, Azad, Emin, sonuncunun yanında olan iki nəfər tanımadığı oğlan və onların universitetdə təhsil alan tanımadığı bir neçə nəfər şəxs birlikdə universitetin yaxınlığında yerləşən Bakı Sağlamlıq mərkəzinin yanına tərəf getmişlər. Həmin mərkəzin yanına çatdıqda Azad Əli ilə üzbəüz dayanıb sakit tərzdə söhbət etməyə başlamışdır. Söhbət zamanı Əli sol əlini Azadın çiyninə qoyub Emini vurub-vurmadığını soruşmuşdur. Azad da birinci Emini onun yumruqla vurduğunu etiraf etmişdir. Bu zaman Əli Azada “pox yeyib Emini vurmusan” ifadəsini işlətmiş və əvvəlcə yumruqla Azadın sifətindən vurmuş və geriyə çəkilib dayanaraq belindən bıçaq çıxarıb nalayiq ifadə işlədərək hamını deşəcəyini bildirmişdir. Əli əlindəki bıçağı sağa-sola tərəf hərəkət etdirdiyi üçün sonuncudan bıçağı ala bilməmişlər. Əli Azadı söydüyü üçün Azad qəflətən həmin oğlanın üstünə hücum çəkmiş və onlar birbirini qucaqlayaraq dalaşmışlar. Əli sağ əlində olan bıçağı bir neçə dəfə Azada tərəf etmiş və bıçaq bir dəfə Azadın qoluna, ikinci dəfə isə Azadın üz nahiyəsinin sol tərəfinə dəymişdir. Əli əlindəki bıçağı sağ-sola hərəkət etdirdiyi üçün ona yaxınlaşıb əlindəki bıçağı ala bilməmişlər. Bıçaq zərbəsi Azadın sifətindən dəydikdən sonra Azad geriyə çəkilmiş və onun sifətindən qan axmağa başlamışdır. O və Sərxan Azada yaxınlaşıb hadisə yerindən geriyə avtomobil yoluna tərəf gedib qarşı tərəfə keçirmişlər və Azadı xəstəxanaya aparmışlar. Emin və orada olan digər oğlanlar isə qaçaraq oradan uzaqlaşmışlar. Hadisə yerinə çoxlu sayda insan toplaşmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əli ilə birlikdə olan Emin və digər adını bilmədiyi uzunboy və uzunsaçlı oğlan Azadın başından və bədənindən vurmuşdur, lakin hansı nahiyyələrin olduğunu dəqiq xatırlamır. Onlar xəstəxananın içərisində olanda polis əməkdaşı telefonda videogörüntüləri göstərmiş, sonra isə polis əməkdaşları ilə birlikdə universitetə getmiş və hadisənin videogörüntülərini baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Universitetinin “Mühasibatlıq” fakültəsinin 1-ci kurs tələbəsidir. Azad onun qrup yoldaşıdır və həmişə aralarında normal münasibət olmuşdur. Emini isə onların patok yoldaşıdır. 09 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində tənəffüs vurulduğu üçün hamı çölə çıxmağa hazırlaşmışdır. Həmin vaxt Emin qapının ağzında dayanmışdır. Həmin vaxt Azad Eminə qapının ağzından çəkilməyini bildirmişdir. Emin də Azada tərstərs baxaraq qapının ağzından çəkilmişdir. Azad da Eminə niyə tərs-tərs baxdığını soruşmuş və bunun üstündə onların arasında sözlə mübahisə yaranmışdır. Bu söhbəti davam etdirmək üçün Eminlə Azad çölə çıxmışlar. O və qrup yoldaşı Buxsay da Eminlə Azadın arxasınca aşağı düşmüşlər. Eminlə Azad Universitetin arxa tərəfində üzbəüz dayanıb sözlə mübahisə etməyə başlamışlar. Emin jarqonla danışdığı üçün Azad ona belə danışmamağını, normal danışmağını bildirmişdir. Emin də danışığının belə olduğunu bildirmişdir. Bu məzmunda davam edən söhbətlərinin nəticəsi olmadığından bu söz-söhbət dava-dalaşa çevrilmişdir. X12 yumruqla vurmuş və Emin də qarşılıq verərək Azadı vurmaq istəyərkən o, Buxsay və orada olan tanımadığı başqa uşaqlar araya girib onları ayırmışlar. Bundan sonra Azadı sinfə aparmışlar. Üçüncü dərsin sonunda o, Azad və Buxsayla birlikdə Universitetin həyətindən çıxıb gedərkən yolun qırağında Eminlə Azad bir-birini görüb söhbət etməyə başlamışlar. Emin söhbət etmək üçün sakit tərzdə kənara çəkilməyi desə də, Azad əvvəlcə razı olmayaraq kənara gəlmədiyini, tələsdiyini, sözü varsa avtobusa minib orada yol gedərkən söhbət etməyi, bildirmişdir. Emin təkrar söhbət etməyi təklif etdiyi üçün Azad razılaşmış və onlar piyada Bakı Sağlamlıq mərkəzinə tərəf getməyə başlamışlar. Onlar da Eminlə Azadın arxasınca getmişlər ki, nə isə problem olsa ayırarlar. Onlar avtobusa tərəf gedib işıqforun yaşıl işığının yanmasını gözlədiyi vaxt geriyə baxdıqda Eminin yanında tanımadığı iki nəfər oğlanla onların arxalarında dayandığını görmüşlər. Yolda iki nəfər sonradan tanıdığı Əli və Kənan adlı şəxslər Emini görüb yolu keçərək yaxınlaşmış və nə baş verdiyini soruşmuşlar. Emin də narahat olmamağı, problem olmadığını, şirinliklə qaydasına qoyacağını demişdir. Eminlə Azad söhbət etdiyi zaman sonradan tanıdığı Əli Azada yaxınlaşıb Emini kənara çəkmiş və özü söhbətə başlayaraq Emini tərifləyib sonuncunun səhv hərəkət etməyəcəyini bildirmişdir. Azad isə heç kimin ona qarşı borzuluq edə bilməyəcəyini, ona hörmətsizlik edə bilməyəcəyini demişdir. Söhbət zamanı Əli sol əlini Azadın çiyninə qoyub Emini vurub-vurmadığını soruşmuşdur. Azad da birinci Emini yumruqla vurduğunu etiraf etmişdir, həmin vaxt Əli Azada “pox yeyib Emini vurmusan” ifadəsini işlətmiş və əvvəlcə yumruqla Azadın sifətindən vurmuş, geriyə çəkilib dayanaraq belindən bıçaq çıxarıb nalayiq ifadə işlədərək hamını deşəcəyini bildirmişdir. Əli əlindəki bıçağı sağa-sola tərəf hərəkət etdirdiyi üçün bıçağı ala bilməmişlər. Əli Azadı söydüyü üçün Azad qəflətən həmin oğlanın üstünə hücum çəkmiş və onlar birbirini qucaqlayaraq dalaşmışlar. Əli bıçaqla birinci dəfə Azadın qoluna, ikinci dəfə isə Azadın üz nahiyəsinin sol tərəfinə vurmuşdur. Əli əlindəki bıçağı sağ-sola hərəkət etdirdiyi üçün sonuncuya yaxınlaşıb əlindəki bıçağa ala bilməmişlər. Bıçaq zərbəsi Azadın sifətindən dəydikdən sonra Azad geriyə çəkilmiş və Azadın sifətindən qan axmağa başlamışdır. O və Buxsay sonuncuya yaxınlaşıb hadisə yerindən geriyə avtomobil yoluna tərəf gedib qarşı tərəfə keçirmiş və Azadı xəstəxanaya aparmışlar. Emin və orada olan digər oğlanlar isə qaçaraq oradan uzaqlaşmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əli ilə Azadın mübahisəsi zamanı Kənan yumruqla Azadı başından vurmuşdur. Orada olan şəxslərin əksəriyyəti Eminin tanışları olmuşdur. Əli bıçağı çıxartdıqdan sonra Kənan Azadı vurmuşdur. Ayırmaq üçün Buxsay cəhd edəndə ona da bıçaq atılıb, lakin o geri çəkildiyi üçün ona bıçaq dəyməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki,o, Türkiyə Respublikasının Düzcə Universitetinin İİ kurs tələbəsidir və “Biznesin idarə edilməsi” fakültəsində təhsil alır. Şahid1 təxminən 3 ildir ki, tanıyır və aralarında dostluq münasibəti vardır. Əlini isə bir ildən az müddətdir ki, tanımış və sonuncu ilə aralarında normal münasibət olmuşdur. Türkiyə Respublikasında baş vermiş son zəlzələ hadisələrindən sonra Universitet müvəqqəti olaraq bağlandığı üçün onlayn qaydada dərs sisteminə keçirilmiş və buna görə də, Bakı şəhərinə qayıdaraq evimdə onlayn qaydada təhsilinə davam etmişdir. 09 mart 2023-cü il tarixdə təxminən saat 13 radələrində onlayn dərsini bitirdikdən sonra yaşadığı evdən çıxmış və hava almaq üçün bir az gəzməyə başlamışdır. Həmin vaxt əvvəlcə yolda Əlini görmüş və Əli ilə kef-hal etmişlər. Birlikdə piyada Azərbaycan Universitetinə tərəf gedərkən Universitetin qarşısında Emini görmüş və Eminin kiminləsə danışdığının şahidi olmuşdur. Yaxınlaşıb Eminə nə isə problem olubolmadığını soruşmuş, Emin də narahat olmamağını, patok yoldaşı ilə söhbət etdiyini, problem olmadığını, özünün şirinliklə danışıb məsələni qaydasına qoyacağını bildirmişdir. Lakin o və Əli nə isə narahat olduqları üçün Eminin yanında dayanmışlar. Emin sonradan tanıdığı Azadla söhbət etmiş və başa düşdüyünə görə sonuncuların bir-birinə tərs baxması üstündə söhbət etmişlər. Emin Azadla birlikdə sakit tərzdə söhbət edərək Bakı Sağlamlıq mərkəzinə tərəf getməyə başlamışlar. Həmin vaxt Emin Azadla şirinlik edərək danışsa da, Azad kobud şəkildə danışmağa davam etmiş və heç kimin ona hörmətsizlik edə bilməyəcəyini demişdir. Həmin vaxt Əli Emini kənara çəkib Azadla söhbət etməyə başlamışdır. Əli ilə Azad Bakı Sağlamlıq mərkəzinin yanına çatıb dayanmışdır. X13 yaxşı oğlan olduğunu, səhv hərəkət etməyəcəyini bildirmişdir. Azad isə heç kimin ona qarşı hörmətsizlik edə bilməyəcəyini demişdir. Həmin vaxt Əli nə isə demiş və Azad bu dəfə Əliyə qarşı kobudluq edərək Əliyə “qanmaz” demişdir. Həmin vaxt Əli əsəbiləşib Azadın sifətindən bir dəfə yumruqla vurmuşdur. Azad bir az geri getmiş və Əlinin üstünə hücum çəkmişdir. Həmin anda Əli belindən bıçaq çıxarıb Azada tərəf tutaraq heç kimin yaxınlaşmamasını, yaxşı olmayacağını bildirmişdir. Azad isə qorxmamış və Əlinin üstünə getmişdir. Həmin anda Əli əlindəki bıçağı Azada tərəf yellətməyə başlamış və bıçaq Azada dəymişdir. Lakin Azadın hansı nahiyəsindən və neçə dəfə dəydiyini bilməmişdir. Əlinin əlində bıçaq olduğu üçün heç kim Əliyə yaxınlaşıb aralaya bilməmişlər. Həmin vaxt Azad Əlidən aralanmış və əli ilə üzünün sol tərəfini tutmuş, həmin yerdən də qan axmağa başlamışdır. Bunu görüb Əli qaçaraq oradan uzaqlaşmışdır. O və orada olan uşaqların hamısı hərəsi bir tərəfə qaçıb getmişlər. Eminin dediyinə görə hadisənin baş verməsinə səbəb Azadın Eminə baxışına irad bildirməsi və Eminin bu iradı qəbul etməməsi olmuşdur. Hadisə zamanı o, Azadı və ya başqa heç kimi vurmamış, xəsarət yetirməmişdir. Hadisə zamanı da onu heç kim vurmamış və hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisə zamanı Azadı tanışı Əli bıçaqla vurmuşdur. Hadisə zamanı Əlini və yaxud da başqa hər hansı bir şəxsi söhbət etmək üçün çağırmamışdır. O, heç Eminin kiminləsə söhbət etdiyini və dava-dalaş olacağını bilməmişdir. Sadəcə yoldan keçərkən Əlini görüb sonuncu ilə piyada gəzərkən Emini kiminləsə dayanıb söhbət etdiyini görərək sonunculara yaxınlaşmışlar. O. ümumiyyətlə Əlinin üstündə bıçaq olmasını bilməmiş və yalnız hadisə vaxtı bunun şahidi olmuşdur. Ümumiyyətlə Əlinin söhbətə müdaxilə etməsini Əlidən heç kim istəməmişdir. Əli özü bu məsələyə müdaxilə etmişdir. Hadisə zamanı orada o. Emin, Azad, Azadın iki tanışı, Əli və tanımadığı başqa şəxslər olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli, 4(005)- 319/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 mart 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 13 aprel 2023-cü il tarixli, 273 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər sol yanaq və çənənin sol yarısının, sağ bazunun aşağı üçdə birinin bayır səthinin kəsilmiş yaraları kəsici alətin (alətlərin), ola bilsin bıçağın tiyəsinin iti kənarının, boyunun sol yarısının bayır səthinin qançırı - küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər. Xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi vət. Zərərçəkmiş şəxs KTM-dən, “Bakı sağlamlıq” mərkəzindən adına tərtib edilmiş tibbi sənədlər alınaraq ekspertizaya təqdim edildikdən sonra, sol yanaq və çənənin sol yarısında olan kəsilmiş yaranın silinməz iz olub-olmamasının təyin etmək üçün zərərçəkmiş təkrarən məhkəmə - tibbi ekspertizası keçirildikdən sonra təyin ediləcək. Vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 06 iyun 2023-cü il tarixli, 10/273 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-çənənin sol uclu və sol dirsək sinirlərinin travmatik hissəvi zədələnməsi ilə müşayiət edilən sol yanaq-çənə nahiyəsinin kəsilmiş yarası, sol bazunun orta üçdə birinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın tiyəsinin, boyunun sol yarısının bayır səthinin qançırı isə küt əşyanın təsirindən törəmişdirlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 18 avqust 2023-cü il tarixli, 15/10/273 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- çənənin sol uclu və sol dirsək sinirlərinin travmatik hissəvi zədələnməsi ilə müşayiət edilən sol yanaq-çənə nahiyəsinin kəsilmiş yarası, sol bazunun orta üçdə birinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın tiyəsinin, boyunun sol yarısının bayır səthinin qançırı isə küt əşyanın təsirindən törəmişdirlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs sol yanaq və çənənin sol yarısında olan çapıq toxuma sifətdə kəskin nəzərə çarpan asimmetriya, mimika pozğunluğu, deformasiya, çeynəmə pozğunluğu törətmədiyindən sifətin silinən izi kimi qiymətləndirilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş 20 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin həmin Plenum qərarının 5-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 il müddətə azadlıqdan məhrumetmə növündə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-51/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-51/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver