Məhkəmə qərarları › İş №1(005)-511/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-511/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-511/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X7 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 avqust 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 29 ünvanında yerləşən “Bravo” marketin qarşısında sərnişin qismində olduğu Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volksvagen Passat” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilini saxladaraq və Zərərçəkmiş şəxs1 yalandan ayağının ağrıdığını bildirərək, onu marketə gedərək şokolad və siqaret almağını xahiş etmiş, sonuncu avtomobili tərk edərək marketdə olduğu zaman o, həmin avtomobilin salonunun qabaq oturacaqlarının arasındakı saxlanc yerindən 137 manat nağd pulu və dəyəri 400 manat olan “Samsung Galxy A20S” markalı mobil telefonu, həmin telefonda olan hər birinin dəyəri 25 manat olmaqla cəmi 50 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin, telefonun balansında olan cəmi 30 manat məbləğində danışıq kontrunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 617 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 avqust 2022-ci il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Azsamand markalı **-PX-*** dövlət nömrə nişanlı avtomobilində sərnişin qismində olduğu zaman həmin avtomobili Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 27 ünvanında saxladaraq, Zərərçəkmiş şəxs2 yalandan ayağının ağrıdığını bildirərək ona marketdən siqaret və su almağını xahiş etmiş, sonuncu avtomobili tərk edərək marketə getdiyindən o, avtomobilin ön panelinin üzərindən dəyəri 1100 manat olan “Samsunq M52” markalı mobil telefonu dəyəri 30 manat olan koburasını və həmin koburada olan 300 manat məbləğində nağd pulu, 12 manat dəyərində ***-***-**-** mobil telefonun nömrə kartını, onun balansında olan 35 manat dəyərində kontru və avtomobilin salonunda olan qoltuqaltının içərisindən 67 manat nağd pulu, ümumilikdə 1544 manat məbləğində gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, narkotik vasitəyə olan təlabatını ödəmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olmuş təmiz çəkisi 0,264 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və o, 12 avqust 2022-ci il tarixdə saat 22-30 radələrində Nərimanov RPİ-nin 16-ci PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılaraq, ünvan 5nda yerləşən Nərimanov RPİ-nin 16-ci PB-nə gətirilmiş və orada xidməti otaqların birində 13 avqust 2022-ci il tarixdə saat 00-40-da üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümdə 0, 264 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata 01 ədəd bükümdə narkotik vasitə olan heroini alıb göy rəngli şalvarının sağ yan kiçik cibində saxlayıb yaşadığı ünvan 7 ünvanın qarşısına gəldiyini, saat 22:30 radələrində həmin ünvanın qarşısında olan zaman polis əməkdaşlarının ondan şübhələnərək ona yaxınlaşdıqlarını, özlərini təqdim edib onu 16-cı PB-nə gətirdiklərini bildirmişdir. Tutulmazdan öncə o, az miqdarda həmin narkotik vasitədən qəbul etdiyini bildirmişdir. Xidməti otaqda vəkilinin və digər iştirakçıların iştirakı ilə üzərinə şəxs axtarış keçirilməsinə başlanıldığını və ona üzərində saxlanılan nə əşya varsa onların təqdim edilməsi təklif edildiyini bildirmişdir. O, da könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan arxa cibindən içərisində 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq əskinaslar, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələrini, 01 ədəd “Leo Bank”-a məxsus, 01 ədəd "xxxx"a məxsus, 01 ədəd Zaur Nəcəfovun adına olan “X10”-a məxsus, 01 ədəd “Pumb bank”-a məxsus plastik kartlar, 01 ədəd “Bakı Kart” gediş kartı, 01 ədəd "xxxx" marketlər şəbəkəsinin bonuş kartı, 02 ədəd Bakcell MMC-yə aid, 02 ədəd Azərfon MMC-nə məxsus, 01 ədəd Azercell MMC-nə məxsus mobil nömrələr və 02 ədəd yaddaş kartları olan qəhvəyi rəngli pul kisəsini və sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan rəngli kağıza qoyularaq şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Qeyd olunan əşyalardan savayı ondan başqa heç nə aşkar edilmədiyini, qeyd olunan əşyaların, narkotik vasitə olan heroinin və sair əşyaların ona məxsus olduğunu bildirmişdir. İçərisində narkotik vasitə olan büküm boş zərfə qablaşdırıldığını, o, da zərfin üzərinə imza etdiyini, həmin narkotik vasitəni Papanin adlanan yerdə bir nəfər şəxsdən öz istifadəsi üçün aldığını bildirdiyini demişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu Ayna Sultanova heykəlinin yanında olarkən Volsvagen Passat markalı taksiyə sərnişin kimi əyləşdiyini və ona ünvan 8 ünvanın qarşısına sürməyi xahiş etdiyini bildirmişdir. O, həmin yerə taksini sürdüyünü və ondan Bravo marketin qarşısında avtomobili saxlamağı xahiş etdiyini, sonra ona içərisi boş olan Unibank kartını verdiyini, ondan Bravo marketdən Barlin şokaladını və siqaret alıb gətirməsini, özünün qazi olduğunu, ayağının güya ağırıdığını yalandan bildirdiyini, onun da ona inanaraq maşından düşdüyünü və gedib marketə girdiyini bildirmişdir. O, fürsətdən istifadə edib taksidən düşərkən taksi sürücüsünün sonradan adını bildiyi İsmətin “Samsung A20S” markalı mobil telefonunu, saxlanc yerindən 137 manat pulunu götürüb oğurladığını bildirmişdir. Sonra o, avtomobili tərk edib çıxıb getmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanın qarşısında taksidən düşərkən taksi sürücüsünün “Samsung M52” markalı mobil telefonunu oğurladığını bildirmişdir. Bundan başqa o, maddi cəhətdən imkanının zəif olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində o, Koroğlu metrostansiyasının yaxınlığında olan zaman Azsamand markalı, ** PX *** d.q.n.-lı avtomaşınlı taksiyə əyləşərək Nərimanov rayonu, Atatürk prospekti 27 saylı ünvanın qarşısına aparmağını demişdir. Onlar qeyd olunan ünvana gəlib çatdıqda o, taksi sürücüsünə yalandan ayağının ağrıdığını bildirərək bir qədər əvvəl təsadüfən yerdən tapmış olduğu tanımadığı üzərində “Zaur Najafov” yazılmış plastik bank kartı tapıb götürdüyünü və onu sürücüyə verərək həmin plastik kartla marketdən ona siqaret və su almasını demişdir. Həmin taksi sürücüsü sonradan adını bildiyi Ürfət də ona inanaraq plastik kartı ondan alıb marketə getdikdən sonra o, dərhal maşının ön panelinin üzərində olan Samsung M52 markalı mobil telefonu oğurlayaraq maşından düşüb oradan uzaqlaşaraq 20 Yanvar adlanan yerə gedərək orada əvvəllər tanımadığı bir naməlum şəxsə 65 manata satdığını, 65 manat pulu da öz maddi ehtiyaclarına xərclədiyini bildirmişdir. Həmin mobil telefonları 20 Yanvar metrosu tərəfdə 3cü mikrorayon dairəsi yaxınlığında tanımadığı bir telefon alqı-satqısı ilə məşğul olan naməlum şəxsə öz şəxsiyyət vəsiqəni təqdim etməklə hər birini 65 manata satdığını bildirmişdir. Telefonu alan şəxsə telefonların özünə məxsus olduğunu, onları ehtiyacına görə satmaq istədiyini bildirib, onu inandıraraq satdığını bildirmişdir. Əldə etdiyi pulu da öz maddi ehtiyaclarına xərclədiyini bildirmişdir. Mobil telefonları alan şəxs heç nədən şübhələnməyərək həmin telefonları ondan aldığını demişdir. O, telefonları və pulları avtomobillərdən oğurlayarkən tək olduğunu və onun hərəkətlərini heç kimin görmədiyini bildirmişdir. O, onları gizli şəkildə oğurladığını demişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə idarə etdiyi, anasının mülkiyyətində olan «Volksvagen Passat» markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hər gün saat 21 radələrindən saat 04 radələrinədək şəhər ərazisində «Bolt» taksi şirkətində taksi fəaliyyəti göstərir. Sifariş əsasında sonradan adını bildiyi, əvvəllər tanımadığı müştərini 10 avqust 2022-ci il tarixdə saat 02:20 radələrində Binəqədi rayonu ərazisində, «Ayna Sultanova» parkının yaxınlığında düşürərkən sol ayağı axsayan sonradan adını bildiyi Əlihetdər Tağıyev adlı şəxs ona yaxınlaşaraq «Qazi» olduğunu, «Motin»ə gedəcəyini bildirdib qabaq oturacaqda əyləşdiyini bildirmişdir. O, avtomobili idarə edib metronun «Gənclik» stansiyası istiqamətində hərəkətdə olarkən özünü Lənkəranlı kimi təqdim edən «Qazi» sərnişin «Niva» markalı avtomobilini aşırtdığına görə ayağından xəsarət aldığını bildirərək "xxxx" ASC-yə aid olan 5243 7544 4054 0050 nömrəli «Sənin kartın» plastik ödəniş kartını ona verdiyini, Nərimanov rayonu, M.K.Atatürk prospekti 29 ünvanında yerləşən «Bravo» marketdən siqaret və «Barlin» şokalatı almağını xahiş etməsini bildirmişdir. O, marketə daxil olub kassadan şokaladı soruşduqda «Barlin» şokaladı olmadığı bildirildiyindən dərhal geri qayıtmış, «Qazi»nin yəni Təqsirləndirilən şəxs avtomobildən düşüb getdiyini, ***-***-**-** və ***-***- **-** mobil nömrələrdə işlətdiyi, təxminən iki il əvvəl 400 manata aldığı «Samsung Galaxy A20S» markalı mobil telefonumun oğurlandığını aşkar etdiyini bildirmişdir. O, dərhal orada dayanmış şəxslərdən maraqlandıqda həmin şəxsi görmədiklərini bildirmişlər və sonra avtomobilini idarə edərək əraziyə baxmış, lakin həmin şəxsi tapmadığına görə «Bravo» marketin qarşısında dayanmış tanımadığı şəxsə hadisə barədə məlumat verib onlardan birinin mobil telefonundan əvvəlcə oğurlanmış mobil nömrəsinə zəng etmiş, lakin cavab verilməyərək telefon söndürüldüyündən DİN-in «102» Xidmətinə müraciət etdiyini bildirmişdir. Sonradan avtomobilin qabaq oturacaqları arasındakı saxlanc yerində saxladığı 137 manat pulunun oğurlandığını aşkar etmişdir. Ona dəyən zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bir aydır ki, Azərbankdan öz adına kreditlə götürdüyü və bank tərəfindən verilmiş baş etibarnamə ilə idarə etdiyi Azsamand markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi sürücüsü işləmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Koroğlu metrostansiyasının yanında dayanaraq taksi fəaliyyəti ilə məşğul olduğunu, həmin vaxt əvvəllər tanımadığı bir naməlum sonradan adını bildiyi Tağıyev Əliyheydər adlı şəxs müştəri qismində ona yaxınlaşaraq onu Nərimanov rayonu, Atatürk prospekti 27 saylı ünvanın qarşısına aparmağını bildirmişdir. O, da həmin şəxsi qeyd olunan ünvana gətirib çatdırdıqda həmin şəxs ayağının ağırıdığını ona bildirərək plastik kart ona verərək marketdən onun üçün siqaret və su almağını xahiş etdiyini, o, da ona köməklik məqsədi ilə ondan plastik kartı götürərək marketə getdikdə marketdən ona həmin plastik kartın etibarsız olduğunu bildirmişlər. Bu zaman o, da marketdən çıxaraq maşınına geri qayıtdıqda həmin şəxsi yəni Təqsirləndirilən şəxs artıq maşında olmadığını bilmişdir. Bu zaman o, maşına əyləşdikdə maşının ön panelinə qoymuş olduğu 1100 manat dəyərində olan Samsung M52 markalı mobil telefonunun da artıq orada olmadığını gördükdə həmin şəxs tərəfindən mobil telefonun oğurlandığını aşkar etmişdir. Həmçinin həmin mobil telefonun 10 manat dəyərində kabrosunun arxasına 100-lük əskinazlarla olan 300 manat pul da qoyduğunu və həmin pulunda oğurlandığını bildirmişdir. Bundan əlavə avtomobilin salonununda olan qoltuqaltının içərisindən 10-luq, beşlik, 1 manatlıq əskinazlarla olan cəmi 67 manat məbləğində pulun da oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin telefonu o, görərsə onu korpusuna, rənginə və formasına görə tanıya biləcəyini demişdir. Telefon işlək vəziyyətdə olduğunu, telefonun ***-***-**-** nömrəli olduğunu, nömrənin dəyəri 12 manat olduğunu, telefonda 35 manat dəyərində danışıq kontru olduğunu bildirmişdir. O, həmin mobil telefonu 1100 manata aldığını və hazırda həmin telefonun dəyəri onun göstərdiyi qiymətdə olduğunu bildirmişdir. Ona dəyən zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Gülaga oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 2008-ci il tarixdən etibarən Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, 3-cü mkrorayon dairəsinin yaxınlığında yerləşən telefon mağazasında satıcı işləmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işdə olduğum zaman əvvəllər tanımadığı bir şəxs müştəri qismində mağazaya daxil olaraq “Samsung A20S” markalı mobil telefonu ona təqdim edərək həmin telefonu özünə məxsus olduğunu bildirib satmaq istədiyini ona demişdir. O, da həmin mobil telefona baxış keçirtdikdən sonra mobil telefonu 65 manata ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşdıqdan sonra o, ondan şəxsiyyət vəsiqəsini alaraq onun surətini çıxardıb özündə saxlayaraq həmin mobil telefonu ondan 65 manata aldığını, bundan sonra Əliheydərin mağazadan çıxıb getdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Əliheydər yenə də onun işlədiyi mağazanın yanına gələrək mağazanın reklamında qeyd olunmuş mobil nömrəni götürərək ona zəng etdiyini, yenə də satmaq məqsədi ilə mobil telefon gətirdiyini bildirmişdir. O, da həmin vaxt mağazanın yanında çöldə olduğunu bildirərək çöldə Əliheydərlə görüşdükdə o, ona “Samsung M52” mobil telefonunu göstərərək həmin telefonun da onun özünə məxsus olduğunu bildirərək pula ehtiyacı olduğundan həmin telefonu da satmaq istədiyini bildirmişdir. O, da həmin mobil telefona da baxış keçirtdikdən sonra ekranın qırıq olduğundan həmin mobil telefonu ondan 65 manata ala biləcəyini demişdir. Əliheydər də onunla razılaşdıqdan sonra o, ona 65 manat pul verdiyini o, da ona mobil telefonu verməsini, bundan sonra Əliheydər oradan çıxıb getdiyini bildirmişdir. Hər iki mobil telefonun üzərində heç bir aksesuar yəni kabra və mobil nömrə olmadığını bildirmişdir. O, telefonu satarkən pula ehtiyacı olduğunu, telefonların özünə məxsus olduğunu və bu səbəbdən satdığını ona bildirdiyini demişdir. O, da ona inanmış və onda Əliheydərə qarşı heç bir şübhə yaranmadığı üçün telefonları razılaşdığı qiymətə aldığını bildirmişdir. 13 avqust 2022-ci il tarixdə iş yerinə polis əməkdaşları gəldiyini, Təqsirləndirilən şəxs ona iki ədəd mobil telefon satıb satmadığını soruşduqlarını bildirmişdir. O, da Əliheydər adlı şəxsin ona şəxsiyyət vəsiqəsini təqdim edərək iki ədəd telefonları ona satmasını bildirmiş, sonra o, həmin telefonları polisə təqdim etmiş və bu barədə protokol yazıldığını, həmin telefonların cinayət yolu ilə əldə edildiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 16-cı PB-də Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində Nərimanov RPİ 16-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə xidmət etdiyi inzibati ərazidə gəzinti apararkən Nərimanov rayonu, Atatürk prospekti 35 saylı ünvanın qarşısında əvvəllər tanımadığı bir nəfər şəxsin yerişindən və hərəkətləri, özünü şübhəli aparması onların diqqətini cəlb etdiyini, bu səbəbdən ona yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərərək Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduğlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini dedikdə o, danışarkən suallardan yayınmağa və oradan getməyə çalışdığını, onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələndiklərini və onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etdiklərini bildirmişdir. O, onların təklifini qəbul etdiyini və birlikdə Polis Bölməsinə gəldiklərini demişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olduqdan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün PB-nin rəhbərliyinə raportla məruzə edildiyini bildirmişdir. Bundan sonra onunla bağlı müvafiq araşdırma aparılması Nərimanov RPİ 16-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Asif Abışova həvalə edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışdan öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ arxa yan cibindən içərisində 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq əskinaslar, Təqsirləndirilən şəxs məxsus sürücülük və şəxsiyyət vəsiqələri, 01 ədəd “Leo Bank”-a məxsus, 01 ədəd "xxxx"-a məxsus, 01 ədəd Zaur Nəcəfovun adına olan “X10”-a məxsus, 01 ədəd “Punıb bank”-a məxsus plastik kartlar, 01 ədəd “Bakı Kart” gediş kartı, 01 ədəd "xxxx" marketlər şəbəkəsinin bonuş kartı, 02 ədəd Bakcell MMC-nə məxsus, 02 ədəd Azərfon MMC-nə məxsus, 01 ədəd Azercell MMC-nə məxsus mobil nömrələr və 02 ədəd yaddaş kartları olan qəhvəyi rəngli pul kisəsini, şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan rəngli kağıza qoyularaq şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq könüllü olaraq təqdim edərək masanın üzərinə qoymuşdur. Bunlardan savayı onun üzərindən başqa heç nə aşkar edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki maddənin narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Papanin adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü öz istifadəsi üçün 10 manata aldığını, həmin narkotik vasitəni əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində öz istifadəsi üçün saxladığını demişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə qablaşdırılmış, möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadığı barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-də Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsim üzərinə şəxsi axtarış və götürmə haqqında” 13 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Yusifbəyli və Partnyorları vəkil bürosundan dəvət olunmuş vəkil X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı, şəxsi axtarışdan öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunduğu, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ arxa yan cibindən içərisində 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq əskinaslar, Təqsirləndirilən şəxs məxsus sürücülük və şəxsiyyət vəsiqələri, 01 ədəd “Leo Bank”-a məxsus, 01 ədəd "xxxx"-a məxsus, 01 ədəd Zaur Nəcəfovun adına olan “X10”-a məxsus, 01 ədəd “Punıb bank”-a məxsus plastik kartlar, 01 ədəd “BakıKart” gediş kartı, 01 ədəd "xxxx" marketlər şəbəkəsinin bonuş kartı, 02 ədəd Bakcell MMC-nə məxsus, 02 ədəd Azərfon MMC-nə məxsus, 01 ədəd Azercell MMC-nə məxsus mobil nömrələr və 02 ədəd yaddaş kartları olan qəhvəyi rəngli pul kisəsini, şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan rəngli kağıza qoyularaq şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Papanin adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 10 manata aldığını, həmin narkotik vasitəni əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində öz istifadəsi üçün saxladığını, xx.xx.2022ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 35 saylı ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldıını bildirdiyi yazılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldığı, möhürlə möhürləndiyi, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadığı qeyd olunmuşdur. 220060399 saylı cinayət işi üzrə təhqiqat araşdırması zamanı video kamera vasitəsi ilə şəxsi axtarış və götürülməyə dair protokola əlavə edilmiş 01ədəd DVD-diskinə köçürülmüş görüntülərə 14 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Abbasov Rəşad oğlunun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı, şəxsi axtarışdan öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunduğu, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ arxa yan cibindən içərisində 01 ədəd 5 manatlıq, 03 ədəd 1 manatlıq əskinaslar, Təqsirləndirilən şəxs məxsus sürücülük və şəxsiyyət vəsiqələri, 01 ədəd “Leo Bank”-a məxsus, 01 ədəd "xxxx"-a məxsus, 01 ədəd Zaur Nəcəfovun adına olan “X10”-a məxsus, 01 ədəd “Punıb bank”-a məxsus plastik kartlar, 01 ədəd “BakıKart” gediş kartı, 01 ədəd "xxxx" marketlər şəbəkəsinin bonuş kartı, 02 ədəd Bakcell MMC-nə məxsus, 02 ədəd Azərfon MMC-nə məxsus, 01 ədəd Azercell MMC-nə məxsus mobil nömrələr və 02 ədəd yaddaş kartları olan qəhvəyi rəngli pul kisəsini, şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan rəngli kağıza qoyularaq şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdiyi əks olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Papanin adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 10 manata aldığını, həmin narkotik vasitəni əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində öz istifadəsi üçün saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2022-ci il tarixli, 6/4306 saylı məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 218 “ dairəvi möhür əksi və “Şübhəli şəxs - Təqsirləndirilən şəxs-imza, iştirak etdilər-iki imza. Tərtib etdi baş təhqiqatçı A.Abışov-imza... yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi-0,264 qram olan qəhvəyti rəngli tozşəkilli maddə kustar üsulla hazırlamış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 0,264 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qr, qalıq 0,214 qram. Ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-893/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 avqust 2022-ci il tarixli, 6/4306 saylı məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mobil telefonların satış üçün koplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcələri nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar satış qiymətləri aşağıdakı kimi müəyyən olunur. 1. Bir ədəd “Samsung” markalı “SM-A207F (A20S) modelli **********28495 və **********28493 imei kodlu 32 GB yaddaşlı mobil telefon 140 manat, bir ədəd ekran şüşəsinin yuxarı sağ hissəsi çatlamış vəziyyətdə olan “Samsung” markalı “SM-M 526B/DS( M525G) modelli **********31565 və **********31561 imei kodlu 138 GB yaddaşlı mobil telefon 400 manat. İstintaq tərəfindən məhkəmə əmtəəşunaslq ekspertizasının rəyində qeyd olunan qiymətlər nəzərə alınmış, zərərçəkmiş şəxslərin ifadələrində mobil telefonlara dair göstərdikləri qiymətlər real olduğundan əsas götürülmüşdür. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Ekspertiza Mərkəzinin 15 avqust 2022 il tarixli 4515 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər - xx.xx.2020-cu il tarixli hökmlə Binəqədi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə o, 7 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında”qərara əsasən Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş - şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,264 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilərək və məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalmış həmin narkotik vasitə heroinin 0,214 qram qalığı saxlanılması üçün Nərimanov RPİnin saxlanc anbarına təhvil verilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş bir ədəd “DVD” diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən Nərimanov RPİ-nin 16-cı PB-nə avtomobilindən oğurluq edilməsi ilə bağlı təqdim etdiyi ərizəsinə əlavə edilmiş bir ədəd “Unibank ASC-nə aid “Sənin kartın” plastik ödəniş kartı və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş “Bank Respublika”-ya aid “Zaur Najafov”-un adına olan plastik kart iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə Şahid1 tərəfindən təqdim edilmiş 02 ədəd “Samsung M52” və “Samsunq A20S” markalı mobil telefonlar cinayətin predmeti olduğundan və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş və həmin əşyalar təqsirləndirilən şəxs və onun müdafiəçisi eləcə də zərərçəkmiş şəxslər iş materialları ilə tanış olduqdan sonra zərərçəkmiş şəxslərə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən CM-in 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. CM-in: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayəthüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X2 üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi isə 0,264 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, heroinin həmin miqdarı X2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli CM-in 177.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X3 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərə zərəri ödəməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X4 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini X2 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş X4 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, X3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs X3 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir təqsirləndirilən şəxs X3 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs X2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X4 CM-in 177.2.2 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla cəza müəyyən edilməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - heroinin qalıq çəkisi məhv edilməli, maddi sübut kimi tanınmış bir ədəd “Unibank ASC-nə aid “Sənin kartın” plastik ödəniş kartı və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş “Bank Respublika”-ya aid “Zaur Najafov”-un adına olan plastik kart cinayət işinin materiallarında saxlanılmalı, cinayət işi üzrə Şahid1 tərəfindən təqdim edilmiş 02 ədəd “Samsung M52” və “Samsunq A20S” markalı mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınmalı, X2 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Femida Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Femida Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 234.1 maddəsinə əsasən 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.2-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla X3 qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 avqust 2022-ci il tarixdən hesablansın. X4 barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X3 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,214 qram olan heroin məhv edilsin. İş üzrə ekspertiza xərci 142 (yüz qırx iki) manat X1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk, bir ədəd “Unibank ASC-nə aid “Sənin kartın” plastik ödəniş kartı və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş “Bank Respublika”-ya aid “Zaur Najafov”-un adına olan plastik kart cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 02 ədəd “Samsung M52” və “Samsunq A20S” markalı mobil telefonların sahiblərinə qaytarılması nəzərə alınsın. Müdafiəçi tərəfindən X2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 (otuz) iş saatı üçün cəmi 180( yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Femida Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar