Məhkəmə qərarları › İş №1(005)-513/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-513/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-513/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Şərəfxanlı küçəsi, döngə 1, ev 7 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törədərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 22:45 radələrində “BC” kateqoriyalı, AE 111891 seriyalı sürücülük vəsiqəsi ilə özünə məxsus idarə etdiyi **-EA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı minik avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti ilə Nərimanov rayonu, X5 küçəsi istiqamətindən İ.Həsənoğlu küçəsi istiqamətinə doğru hərəkət edib Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində 15-20 km/saat sürətlə sola dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 3-cü hissəsinin (4.1.1 “Düzünə hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərinə əsasən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti ilə hərəkət etdirərək həmin küçənin İ.Həsənoğlu küçəsi ilə kəsişdiyi yolayrıcında hərəkət yolunda 4.1.1 “Düzünə hərəkət” məcburi hərəkət istiqaməti yol nişanı yalnız oxla göstərilən istiqamətdə hərəkətə icazə verilməsini nəzərə alaraq yolayrıcında avtomobili icazə verilən istiqamətdə - düzünə hərəkət etdirməli, icazə verilməyən istiqamətdə, yəni sola doğru dönmə əməliyyatı aparmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, qeyd olunan tələblərə əməl etməmiş və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti ilə yolun əks hərəkət istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Zongshen” markalı 99-B-472 dövlət qeydiyyat nişanlı motosikletin önünə çıxaraq, avtomobilin sağ ön qapı hissəsi ilə motosikletin ön hissəsinin toqquşması nəticəsində Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ bud sümüyünün aşağı 1/3nin yerdəyişmiş, qapalı çəp sınığı, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ almacıq sümüyünün sınığı, üst dodağın didilmiş yarası, sağ əlin İİ, İV barmağının distal ucunun açıq yarası, dırnaq yatağının qopması və distal falanqasının sınığı, sağ dizin və ayağın sıyrılmış yaraları xəsarətləri ilə müşayiət edilən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 aprel 2023-cü il tarixdə, saat 22:35 radələrində Nərimanov rayonu ərazisində sərnişin düşürdükdən sonra saat təxminən 22:45 radələrində yaşadığı ünvana gedərkən Nərimanov rayonu, X5 küçəsi tərəfindən X3 prospekti ilə hərəkət edib üzü İzzəddin Həsənoğlu küçəsi istiqamətinə doğru özünə məxsus **-EA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobili ilə sola dönmə hərəkəti edib ona lazım olan ünvana, yəni Nərimanov rayonu, Həsənoğlu küçəsinə hərəkət edərkən yolun hərəkət hissəsini sola dönmə edib təxminən 6 metr yol qət etdikdən sonra X3 prospekti ilə İzzəddin Həsənoğlu küçəsinin kəsişməsində idarə etdiyi maşının ön sağ qapısına zərbə dəydiyini görmüş və dərhal minik avtomobilini yoldan kənara çəkərək dayandırmışdır. Hadisə yerinə qayıtdıqda ona aşkar olmuşdur ki, yolu sola dönərkən idarə etdiyi avtomobilinə dəymiş zərbə 99-B-472 dövlət qeydiyyat nişanlı motosiklet olmuşdur. Motosiklet onun avtomobilinin ön sağ qapısına ön hissəsi ilə dəymişdir və zərbə nəticəsində sürücüsü həmin toqquşmadan yola yıxılmışdır. Daha sonra X2 Stansiyasının 103 zəng mərkəzi ilə əlaqəsi saxlayıb təcili olaraq həkim göndərmələrini xahiş etmişdir. Həmin vaxt hadisə yerinə X4 İdarəsinin polis əməkdaşları yaxınlaşmışlar. Bir neçə dəqiqə sonra həkimlər gələrək Oruca ilkin tibbi yardım göstərib, sonradan onu xəstəxanaya aparmışlar. Hazırda Orucla barışmışdır. Oruca vurduğu zərəri tam olaraq ödəməsini, onunla barışıq əldə etməsini, Orucun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən mart ayından “BOLT” şirkətində kuryer işləyir. 23 aprel 2023-cü il tarixdə, saat 22:45 radələrində etibarnamə ilə idarə etdiyi motosikletlə F.X.Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsindəki işıqforun yaşıl işığından yolun hərəkət hissəsinin 2-ci zolağı ilə hərəkətdə olarkən İbrahim idarə etdiyi **-EA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı minik avtomobili ilə X5 küçəsi tərəfindən X3 prospekti ilə hərəkət edib üzü İzzəddin Həsənoğlu küçəsi istiqamətinə doğru qadağan olunmuş yerdən qəfil sola dönməklə avtomobili qövsvari formada 6 metr hərəkət etdirib maşını saxlasa da onun hərəkətdə olduğu motosikletin qabaq hissəsi ilə toqquşmuşdur. Baş vermiş toqquşma nəticəsində o, yıxılaraq xəsarət almışdır. Məhkəməyə ərizə təqdim edərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı şikayəti, iddiası və tələbi yoxdur və onunla barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 24 aprel 2023-cü il tarixli, 2/12083 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 16 iyun 2023-cü il tarixli, 125-M nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün aşağı 1/3-nin yerdəyişmiş, qapalı, çəp sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət), qapalı kəllə - beyin travması, baş beyin silkələnməsi, sağ almacıq sümüyünün sınığı, üst dodağın kəsilmiş yarası, sağ əlin İİ, İV barmağının distal ucunun açıq yarası, dırnaq yatağının qopması və distal falanqasının sınığı-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 11 avqust 2023-cü il tarixli, 3-13-50/2-25081 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə “B, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixədək aktivdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 8/1740 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 11 avqust 2023-cü il tarixli, T530/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün 1/3-nin yerdəyişmiş, qapalı, çəp sınığı, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ almacıq sümüyünün sınığı, üst dodağın dildilmiş yarası, sağ əlin İİ, İV barmağının distal ucunun açıq yarası, dırnaq yatağının qopması və distal falanqasının sınığı, sağ dizin və ayağın sıyrılmış yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-8/2824 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Sonata markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, T744/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün 1/3-nin yerdəyişmiş, qapalı, çəp sınığı, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ almacıq sümüyünün sınığı, üst dodağın dildilmiş yarası, sağ əlin İİ, İV barmağının distal ucunun açıq yarası, dırnaq yatağının qopması və distal falanqasının sınığı, sağ dizin və ayağın sıyrılmış yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərər çəkmiş şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş zərər ödənmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 213,0 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 213,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar