Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-515/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə, saat 16:10 radələrində ünvan 2 ünvanda yerləşən 212 saylı tam orta məktəbin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,863 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımış, 17 iyul 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanda yerləşən 212 saylı tam orta məktəbin yaxınlığında Bakı şəhəri Nərimanov RPİnin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,863 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, bir neçə aydır ki, psixotrop maddə hesab edilən metamfetamin istifadə edir. Üzərindən aşkar olunmuş psixotrop maddəni 17 iyul 2022-ci il tarixdə Nərimanov rayonunun ərazisindən tapmışdır. Psixotrop maddəni tapdıqdan sonra həmin yerdə təxminən 15-20 dəqiqə dayanmış, həmin vaxt ona mülki geyimdə olan, tanımadığı 2 nəfər yaxınlaşıb özlərini Nərimanov rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Daha sonra polis əməkdaşları onu polis idarəsinə aparmışlar. Polis İdarəsində onun üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində olan psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə saat 16:30 radələrində Nərimanov RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidməti zərurətlə əlaqədar olaraq ünvan 6 ünvanın yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı onlarda şübhə yaratmışdır. Bu zaman onlar həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini xahiş etdikdə saxlanılan şəxs verilən suallara cavab verməyib yayınaraq qaçmağa cəhd göstərmək istəsə də ona imkan verməyib onu saxlamışlar. Bu zaman həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu və narkotik vasitə istifadəçisi olduğunu bildirdikdən sonra saxlanılan şəxsin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə saxlanılan şəxsi ünvan 4 ünvanda yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına gətirib bu barədə raportla RPİ-nin rəhbərliyinə məruzə etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu dediyi üçün onun üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından raport üzrə araşdırmanın aparılması Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 həvalə edilmişdir. TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Nərimanov RPİ-nin inzibati binasına müdafiəçi də dəvət edilmişdir. Təqsirləndirilən şəxs və şəxsi axtarışın digər iştirakçılarına hüquq və vəzifələri, həmçinin video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı izah edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub olmadığım soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş, içərisində ağ rəngli kiçik ölçüdə kristal hissəciklərdən ibarət maddələr olan bir ədəd bükülünü könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi həmin bükülünün içərisində “patı” adı ilə tanıdığı metamfetamin maddəsi var. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi və içərisində ağ rəngli kiçik kristallardan ibarət maddələr olan 01 (bir) ədəd bükülünü bu gün, təxminən saat 16:10 radələrində ünvan 8 ünvanın yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş içərisində ağ rəngli, kiçik kristallardan ibarət maddələr olan 01 (bir) ədəd bükülü sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokolla iştirakçılar tanış olduqdan sonra protokolun düzgünlüyü şəxsi axtarış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 17 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 17 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub olmadığım soruşmuş və olduğu halda təqdim etməsini təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş, içərisində ağ rəngli kiçik ölçüdə kristal hissəciklərdən ibarət maddələr olan bir ədəd bükülünü könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi həmin bükülünün içərisində “patı” adı ilə tanıdığı metamfetamin maddəsi var. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ tərəf ön cibindən üzərində “Rongheng” yazıları olan sarı rəngli bir ədəd alışqanı, həmin şalvarının sol tərəf arxa cibindən A 90422588 nömrəli 20 manatlıq, A 66375343 nömrəli bir manatlıq, B 55117246 nömrəli bir manatlıq əskinaslarını, həmin şalvarının sağ arxa cibindən MT 06474400 nömrəli 5 (beş) ABŞ dollarını və üzərində “Leobank'' və “Visa” yazıları qeyd edilmiş 01 (bir) ədəd plastik kartı, eyni zamanda sol qolunun bilək hissəsində olan “BOSS" markalı kişi qol saatını, sol tərəf ön cibindən “HUAWEİ Y70" modelli mobil telefon aparatını da könüllü təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi və içərisində ağ rəngli kiçik kristallardan ibarət maddələr olan 01 (bir) ədəd bükülünü bu gün, təxminən saat 16:10 radələrində ünvan 8 ünvanın yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 22 manat, 5 ABŞ dolları pul vəsaiti, üzərində “Leobank və Visa" yazıları qeyd edilmiş 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd kişi qol saatı və 01 (bir) ədəd alışqan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş içərisində ağ rəngli, kiçik kristallardan ibarət maddələr olan 01 (bir) ədəd bükülü sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 6/3867 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №44” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,863 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. “Baxış aparılması haqqında” 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video çəkiliş əks edilən 01 ədəd DVD diskdə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub olmadığım soruşmuş və olduğu halda təqdim etməsini təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş, içərisində ağ rəngli kiçik ölçüdə kristal hissəciklərdən ibarət maddələr olan bir ədəd bükülünü könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi həmin bükülünün içərisində “patı” adı ilə tanıdığı metamfetamin maddəsi var. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ tərəf ön cibindən üzərində “Rongheng” yazıları olan sarı rəngli bir ədəd alışqanı, həmin şalvarının sol tərəf arxa cibindən A 90422588 nömrəli 20 manatlıq, A 66375343 nömrəli bir manatlıq, B 55117246 nömrəli bir manatlıq əskinaslarını, həmin şalvarının sağ arxa cibindən MT 06474400 nömrəli 5 (beş) ABŞ dollarını və üzərində “Leobank'' və “Visa” yazıları qeyd edilmiş 01 (bir) ədəd plastik kartı, eyni zamanda sol qolunun bilək hissəsində olan “BOSS" markalı kişi qol saatını, sol tərəf ön cibindən “HUAWEİ Y70" modelli mobil telefon aparatını da könüllü təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi və içərisində ağ rəngli kiçik kristallardan ibarət maddələr olan 01 (bir) ədəd bükülünü bu gün, təxminən saat 16:10 radələrində ünvan 8 ünvanın yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 22 manat, 5 ABŞ dolları pul vəsaiti, üzərində “Leobank və Visa" yazıları qeyd edilmiş 01 (bir) ədəd plastik kart, 01 (bir) ədəd kişi qol saatı və 01 (bir) ədəd alışqan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş içərisində ağ rəngli, kiçik kristallardan ibarət maddələr olan 01 (bir) ədəd bükülü sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənir. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun dərhal saxlanıldığı Nərimanov RPİ-nin X3 azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” 19 iyul 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Baxış aparılması haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “HUAWEİ Y70” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyətli məlumatlar əldə edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli, 7(005)-43/2018 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli, 1(005)-128/2017 nömrəli hökmü ilə qəti olaraq 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5062 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi – 0,863 qram psixotrop maddə - metamfetaminin maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq qalmış – 0,813 qram hissəsinin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-515/2022 saylı, 21 oktyabr 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 15 noyabr 2022-ci il tarixli, xx/xx-5552 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 5-ci qrafasına əsasən 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,863 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, cəmi 01 ay 12 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, cəmi 01 ay 12 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı 0,813 qram metamfetamin məhv edilməli və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 17 iş saatına görə 102 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 ay 12 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı 0,813 qram metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 17 iş saatı üçün cəmi 102 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-515/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-515/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver