Məhkəmə qərarları › İş №1(005)-523/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-523/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-523/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi 5 saylı vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonu, Qızılburun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, orta ixtisas təhsilli, 14 nömrəli Bakı Peşə Məktəbində ixtisas müəllimi işləyən, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 240.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 o, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən 1618,3 qram çəkidə gümüşü parıltılı (metallik) rəngli ağır çəkili mayemetallik civəni istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd şüşə qabda qablaşdıraraq satmaq məqsədi ilə tanışı Şahid7 təklif etmiş, sonuncu həmin maddənin satışının həyata keçirilməsində tanışı Şahid5 alıcı qismində iştirak edə biləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Şahid5 ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladıqları 20 iyul 2022-ci il tarixli müraciətlər əsasında dərhal başlanmış əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 1618,3 qram çəkidə metallik civəni satmaq məqsədi ilə üzərində saxlayıb təyin edilmiş görüş yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt-Astara avtomobil yolunun yaxınlığında yerləşən “Sevinc” restoranının qarşısına daşıyaraq həmin gün saat 14:40-da əvvəlcədən əməliyyat-axtarış tədbirlərinə cəlb edilmiş Şahid7 iştirakı ilə “şərti alıcı” Şahid5 10.000 ABŞ dolları pul müqabilində satdıqdan dərhal sonra saxlanılaraq ünvan 2 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən əməliyyat-axtarış tədbirləri üçün protokollaşdırılmış yüz ədəd 100 ABŞ dollarından ibarət ümumilikdə 10.000 ABŞ dolları pul Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sol yan cibindən, eləcə də onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib satmaq üçün üzərində saxlamaqla daşıdığı narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən 1618,3 qram çəkidə gümüşü parıltılı (metallik) rəngli ağır çəkili maye-metallik civə sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindəki şüşə qabdan aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 15 gün əvvəl yaşadığı kəndə su xəttinin çəkilməsi ilə bağlı qazıntı işlərinin aparıldığı ərazidə gəzən zaman paketdə butulkanın içərisində gümüşü rəngli maddə tapmış, ilk öncə həmin maddənin boya, sonra gümüş olduğunu fikirləşmiş, həmin maddəni əlinə aldığı zaman görmüşdür ki, ağırdır. Daha sonra həmin maddəni özü ilə götürmüş və tanışı Zamiqə belə bir maddə tapdığını bildirmişdir. O da ona öz nöbəsində həmin maddəni ona verməsini bildirmiş və satdıqdan sonra onna 150-200 manat pul verəcəyini bildirmişdi. O tapdığı maddənin adının civə olmasını sonradan bilmiş və qanunvericilikdə onun satışının cinayət olduğunu bilmirdi. Ona görə də peşmandır. Məhkəmə təqsirləndirilən şəxs X2 ifadəsini inandırıcı saymır, özünümüdafiə xarakteri daşıdığını və məsuləyyətdən boyun qaçırmaq məqsədinin olmasını bildirir. Halbuki təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, təxminən 15 gün əvvəl yaşadığı kəndə su xəttinin çəkilməsi ilə bağlı qazıntı işlərinin aparıldığı ərazidə gəzən zaman paketdə butulkanın içərisində gümüşü rəngli maddə tapmış, həmin maddənin civə olması ona məlum olmuş və həmin civəni satmaq qərarına gəlmişdir. Buna görə də, tanışı Şahid7 ilə əlaqə saxlamış və onda civə olması barədə ona məlumat verərək həmin civəni almasını və ya müştəri tapmasına kömək etməsini xahiş etmiş, Zamiq civə istəmədiyini, lakin civəni satmasında müştəri tapmağa kömək edəcəyini bildirmişdir. Zamiq bir müddət sonra ona zəng edib Rövşən adlı alıcı tapdığını demiş, ona civəni 20.000 manata satacağını bildirmişdir. Lakin danışıq nəticəsində 18.000 manata razılaşmışlar və Zamiqin vasitəsi və iştirakı ilə tanışı Rafətlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt-Astara şosesinin yaxınlığında yerləşən “Sevinc” restoranının qarşısında Rövşən adlı şəxslə görüşmüşdür. Ondan civəni alacaq şəxsin Şahid5 olması ona məlum olmuş, lakin Rafətin onun üzərində civə olmasından və Rövşənlə hansı məqsədlə görüşməyindən məlumatı olmamış, sadəcə olaraq tanış kimi Bakıya gələndə Rafətdən onunla birlikdə gəlməsini xahiş etmişdir. Görüş zamanı Rövşən üzərində 10.000 ABŞ dolları pul olduğunu bildirmiş, Rövşənlə razılaşmışdır. Civənin Rövşənə satılmasının qarşılığı olaraq pul vəsaitini aldıqda bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq satış məqsədi ilə civə satmağında şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat tədbirləri haqqında qərarla tanış etmişlər. Səmimi olaraq etiraf edərək hazırda üzərində civə olduğunu, qeyd edilən ünvana civəni satmaq məqsədi ilə gəldiyini, həmçinin civənin satışından əldə etdiyi 10.000 ABŞ dolları pul vəsaiti də üzərində olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onları Baş İdarəyə dəvət etmiş, o və digər iştirakçılar buna etiraz etmədikdən sonra Baş İdarəyə gəldikdən sonra vəkillə təmin edilib şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra barəsində qəbul edilmiş şəxsi axtarış və götürmə barədə qərarla tanış edilmiş və ona paltarında, əşyalarında və ya bədənində civə olması bildirilən zəhərli maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində civə və civənin satışından əldə etdiyi 10.000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib, sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində şüşə qabı, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 10.000 ABŞ dolları pul vəsaitini, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu və 14 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş şüşə qaba baxış keçirilərkən qabın içərisində civə olması aşkar edilmiş, bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd şüşə qabın içərisində zəhərli maddə civə 01 ədəd şüşə qabda qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, 10.000 ABŞ dolları pul vəsaiti polis əməkdaşı tərəfindən götürülmüş, eyni zamanda aşkar edilmiş 14 manat pul ona geri qaytarılmışdır. Daha sonra Şahid6 üzərinə baxış keçirilmiş, bu zaman Şahid6 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 üzərində qanunsuz əşya və ya predmetlər olmadığını bildirib, əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, üzərinə baxış zamanı qanunsuz əşya aşkar edilməmiş, ona məxsus olan mobil telefon özünə geri qaytarılmışdır. Sorğu zamanı ərizəçi Şahid5 tanışı Şahid7 ona özündə civə olduğunu və həmin civəni satdığını onun cinayət məsuliyyətinə cəlb edilməyi üçün polis orqanına məlumat verməklə alıcı qismində iştirak etməsini xahiş etdiyini, Şahid7 da öz növbəsində bu barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verdiyini, özünün də ərizə ilə BMCMİ-nə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsində iştirak etməsini xahiş etdiyini, bundan sonra ona polis əməkdaşları tərəfindən 10.000 ABŞ dolları pul vəsaitinin verildiyini və ondan civənin alınmasında polis əməkdaşları tərəfindən təlimatlandırıldığını, alqı-satqı zamanı pul vəsaitini ona verdikdən sonra onun polis əməkdaşı tərəfindən saxlanıldığını bildirmişdir. Sorğu Şahid7 Şahid5 dediklərini təsdiq etmişdir. Həmçinin sorğu zamanı Şahid7 və Şahid5 dediklərini təsdiq edərək yaşadığı kəntdə yerdən 15 gün əvvəl civə tapdığını həmin civəni satıb pul əldə etmək üçün Şahid7 müştəri tapmasında köməklik etməsini xahiş etdiyini, Şahid7 da müştəri kimi Şahid5 tapdığını, Şahid5 ilə civəni 10.000 ABŞ dollarına satması barədə onunla razılığa gəldiyini, üzərindən aşkar edilmiş 10.000 ABŞ dolları pul vəsatini də Şahid5 satdığı civənin pulu olduğunu, Şahid6 üzərindən aşkar edilmiş maddələrdən məlumatının olmadığını sadəcə onunla Bakı şəhərinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə Hacıqabul rayonu, Qızılburun kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq zəhərləyici maddə olan civəni satış məqsədilə əldə edib saxlaması və daşıması barədə Şahid7 və Şahid5 ərizə ilə müraciət etmiş, həmçinin həmin şəxsin yaxalanması istiqamətində keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak edə biləcəklərini bildirmişlər. Daxil olmuş əməliyyat məlumatı tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Məlumat yoxlanılan zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin maddələri tanışı olan Şahid7 satmaqda ona köməklik etməsini xahiş etmiş, sonuncunun isə həmin maddələri tanışı olan Şahid5 10.000 ABŞ dollarına satması ilə razılaşdıqları müəyyən olunmuş, bu zaman keçiriləcək əməliyyat-axtarış tədbirlərində alıcı qismində iştirak edəcək Şahid5 DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş 10.000 ABŞ dolları pulun kserosurətləri çıxarılaraq pulların əsli sonuncuya təqdim edilmiş və tərəfindən bu barədə protokol tərtib olunmaqla pulların kserosurətləri protokola əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin gün Bakı şəhəri, Qaradağ rayonu, Ələt-Astara şossesinin yaxınlığında olan “Sevinc” restoranının qarşısına getmişlər. Həmin ünvanda olan zaman Şahid7 və Şahid5 restoranın qarşısında dayanmış və onlar biraz kənarda dayanıb müşahidə etməyə başlamışlar. Bir müddət sonra oraya 02 nəfər şəxsin gəlməsinin şahidi olmuşlar və onlardan biri xarici görünüşünə görə Təqsirləndirilən şəxs olması müşahidə edilmişdir. Həmin şəxslər söhbət edən zaman Təqsirləndirilən şəxs tanışı Şahid5 pulları aldığı vaxt həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını demiş və onlardan anket məlumatlarını qeyd etmələrini xahiş etmişlər. Həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid6 olduqlarını demiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq zəhərli maddələri danışması və satmasında məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Baş İdarəyə gəlməsini xahiş etmişlər. Həmçinin orada olan digər şəxsləri də Baş İdarəyə dəvət etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gələ biləcəklərini bildirmiş, Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, Şahid6 üzərinə baxış keçriilməsi üçün onları İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyevin xidməti iş otağına aparmışlar. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş, bundan sonra vəkil Lalə Mənsurova dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini dedikdən sonra ona hüquq və vəzifələri izah edilib üzərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağını izah olunmuş, sonuncu etiraz etməmişdir. Həmçinin Şahid6 hüquq və vəzifələri izah edilib üzərinə baxış keçiriləcəyi və baxışın video çəkilişlə aparılacağını izah olunmuş, sonuncu etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, sonuncu üzərində civə və civənin satışından əldə etdiyi 10.000 ABŞ dolları pulun olduğunu bildirib sağ əlində saxladığı sellofan torbanın içərisindən şüşə qabı, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 10.000 ABŞ dolları pulu, mobil telefonunu və 14 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar olunmamış, şüşə butulka qablaşdırılaraq götürülmüş, 10.000 ABŞ doları pul və mobil telefon götürülsə də, 14 manat pul özünə geri qaytarılmışdır. Bundan sonra Şahid6 üzərinə baxış keçirilməyə başlanılmış, baxış zamanı sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunsuz əşya olmadığını deyərək, bir ədəd mobil telefonu təqdim etmişdir. Baxış zamanı Şahid6 üzərindən qanunsuz əşya aşkar olunmadı və mobil telefon özünə geri qaytarıldı. Sorğu zamanı Şahid5 tanışı Şahid7 ona Təqsirləndirilən şəxs civə olmasını və həmin civəni satmaq istəməsini dediyini, həmin şəxsin ifşa olunması, həmçinin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Baş İdarəyə ərizə ilə müraciət edərək alıcı qismində iştirak etmək istədiyini, polis əməkdaşları tərəfindən ona 10.000 ABŞ dolları pul verildiyini, təlimata uyğun olaraq pulu Təqsirləndirilən şəxs verən zaman sonuncunun polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şahid7 da eyni məzmunlu izahat verərək, Şahid5 dediklərini təsdiq etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs Şahid7 və Şahid5 dediklərini təsdiq edərək, 15 gün əvvəl yaşadığı kəndin ərazisindən aşkar olunmuş civəni tapdığını, həmin civəni satıb qazanc əldə etmək istədiyini, bu barədə tanışı Şahid7 dediyini, sonuncunun tanışı Şahid5 ilə civəni satmaqda 10.000 ABŞ dollarına razılaşdıqlarını, üzərindən aşkar olunmuş pulun sözü gedən civəni satdıqdan sonra əldə etdiyi pul olduğunu və tanışı olan Şahid6 onun üzərində civə olmasından qabaqcadan məlumatının olmadığını bildirmişdir. Sorğu zamanı Şahid6 tanışı Təqsirləndirilən şəxs civə olmasından və həmin civani satmaq istəməsindən qabaqcadan məlumatının olmadığını bildirmiş, bundan sonra videoçəkiliş dayandırılmaqla protokol tərtib edilib ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zamiqin ona tanışı Toğrul özündə civə olduğunu və satmaq istədiyini deyərək, ona müştəri tapmasını xahiş etmiş, Toğrula həmin civəni ala bilməyəcəyini lakin ona müştəri tapacağını demişdir. Toğrulda şübhə yaranmasın deyə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verib alıcı kimi də onunla ilə birlikdə kömək etmək istəyinin olduğunu bildirmişdir. Daha sonra o bu barədə ərizə yazmış və polis əməkdaşı onu təlimatlandırmışlar. Ona ksreosürətləri çıxarılmış 10.000 ABŞ dolları pul vəsaiti verilmişdir ki, alqısatqı zamanı Toğrula təqdim etsin. 20 iyul 2022-ci il tarixdə Toğrulla onların görüşməsinə Zamiq vasitəçi olmuş, həmin tarixdə Toğrul ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt-Astara şosesinin yaxınlığında yerləşən “Sevinc” restoranının qarşısında görüşmüşlər. Həmin vaxt Toğrulun yanında Rafət adlı şəxsdə olmuş, lakin Rafətin heç nədən məlumatı olmamışdır. Görüşdükdən sonra o, 10.000 ABŞ dolları pul vəsaitini Toğrula verdikdən sonra polis əməkdaşları Toğrula yaxınlaşmış və onu barəsində qəbul edilmiş qərarla tanış edib onları Baş İdarəyə dəvət etmişlər. Biz Baş İdarəyə gəldikdən sonra Toğrul vəkillə təmin edilib şübhəli şəxs kimi tutulmuşdur. Toğrulun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində civə və civənin satışından əldə etdiyi 10.000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib, sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində şüşə qabı, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 10.000 ABŞ dolları pul vəsaitini, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu və 14 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş şüşə qaba baxış keçirilərkən qabın içərisində zəhərləyici maddə civə olması aşkar edilmiş, bundan sonra sonuncunun üzərindən aşkar olunmuş 01 ədəd şüşə qabın içərisində olan civə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşya aşkar edilməmiş, üzərindən aşkar edilmiş mobil telefon, 10.000 ABŞ dolları pul vəsaiti götürülmüş, 14 manat pul özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, onun Təqsirləndirilən şəxs civə olduğunu və həmin civəni ona satdığını Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün polis orqanına məlumat verməklə alıcı qismində iştirak etməsini, öz növbəsində bu barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verdiyini, özünün də ərizə ilə BMCMİ-nə müraciət etdiyini, bundan sonra polis əməkdaşları tərəfindən 10.000 ABŞ dolları pul vəsaitini verildiyini və Təqsirləndirilən şəxs civənin alınmasında polis əməkdaşları tərəfindən təlimatlandırıldığını, alqı-satqı zamanı pul vəsaitini Təqsirləndirilən şəxs verdikdən sonra sonuncunun polis əməkdaşı tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Togrul Məmmədov onun yerlisidir. Togrul ona Bakı şəhərinə gedməyini xahiş etmiş, onunla birgə oda Bakı şəhərinə gəlmişdir. Lakin nəyə görə gəlməsini bilməmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt- Astara şosesinin yaxınlığında yerləşən “Sevinc” restoranının qarşısında Togrul Rövşən və Zamiq adlı şəxslərlə görüşmüşdür. O kənarda idi. Daha sonra polis əməkdaşları Togrula yaxınlaşmışlar. Polislər ona qanunsuz olaraq ona qanunsuz olaraq satış məqsədi ilə civə saxlanmasında şübhəli olmasını bildiriblər. Togrul əlindəki paketdə butulkanın içind civə olmasını bildirmişdir. Həmin civəni satmaq üçün Rövşənlə görüşmüş və satışından 10.000 ABŞ dollar pulu Rövşəndən almasını bildirmişdir. Sonra Togrulu baş idarəyə dəvət etmişlər.Bundan sonra baş idarədə Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, sonuncu üzərində civə və civənin satışından əldə etdiyi 10.000 ABŞ dolları pulun olduğunu bildirib sağ əlində saxladığı sellofan torbanın içərisindən şüşə qabı, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 10.000 ABŞ dolları pulu, mobil telefonunu və 14 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar olunmamış, şüşə butulka qablaşdırılaraq götürülmüş, 10.000 ABŞ doları pul və mobil telefon götürülsə də, 14 manat pul özünə geri qaytarılmışdır. Daha sonra onun da üzərinə baxış keçirilmiş, qanunsuz heç bir əşya aşkar olunmayıb. İptidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, tanışı Toğrul özündə civə olduğunu və satmaq istədiyini deyərək, ona müştəri tapmasını xahiş etmiş, Toğrula həmin civəni ala bilməyəcəyini lakin ona müştəri tapacağını demişdir. Toğrulda şübhə yaranmasın deyə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verib alıcı kimi də tanışı Şahid5 ilə birlikdə kömək etmək istəyinin olduğunu bildirmişdir. Daha sonra Şahid5 də bu barədə ərizə yazmış və polis əməkdaşı Rövşəni və onu təlimatlandırmışlar. Rövşənə ksreosürətləri çıxarılmış 10.000 ABŞ dolları pul vəsaiti verilmişdir ki, alqı-satqı zamanı Toğrula təqdim etsin. 20 iyul 2022-ci il tarixdə Toğrulla Rövşənin görüşməsinə vasitəçi olmuş, həmin tarixdə Toğrul ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt- Astara şosesinin yaxınlığında yerləşən “Sevinc” restoranının qarşısında görüşmüşlər. Həmin vaxt Toğrulun yanında Rafət adlı şəxsdə olmuş, lakin Rafətin heç nədən məlumatı olmamışdır. Görüşdükdən sonra Rövşən 10.000 ABŞ dolları pul vəsaitini Toğrula verdikdən sonra polis əməkdaşları Toğrula yaxınlaşmış və onu barəsində qəbul edilmiş qərarla tanış edib onları Baş İdarəyə dəvət etmişlər. Biz Baş İdarəyə gəldikdən sonra Toğrul vəkillə təmin edilib şübhəli şəxs kimi tutulmuşdur. Toğrulun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində civə və civənin satışından əldə etdiyi 10.000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib, sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində şüşə qabı, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 10.000 ABŞ dolları pul vəsaitini, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu və 14 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş şüşə qaba baxış keçirilərkən qabın içərisində zəhərləyici maddə civə olması aşkar edilmiş, bundan sonra sonuncunun üzərindən aşkar olunmuş 01 ədəd şüşə qabın içərisində olan civə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşya aşkar edilməmiş, üzərindən aşkar edilmiş mobil telefon, 10.000 ABŞ dolları pul vəsaiti götürülmüş, 14 manat pul özünə geri qaytarılmışdır. Daha sonra Şahid6 üzərinə baxış keçirilmiş, sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid6 üzərində qanunsuz əşya olmadığını bildirib, 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, baxış zamanı sonuncunun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş və mobil telefon onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid5 onun Təqsirləndirilən şəxs civə olduğunu və həmin civəni satdığını Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün polis orqanına məlumat verməklə alıcı qismində iştirak etməsini xahiş etdiyini, öz növbəsində bu barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verdiyini, özünün də ərizə ilə BMCMİ-nə müraciət etdiyini, bundan sonra polis əməkdaşları tərəfindən 10.000 ABŞ dolları pul vəsaitini verildiyini və Təqsirləndirilən şəxs civənin alınmasında polis əməkdaşları tərəfindən təlimatlandırıldığını, alqı-satqı zamanı pul vəsaitini Təqsirləndirilən şəxs verdikdən sonra sonuncunun polis əməkdaşı tərəfindən saxlanıldığını bildirmişdir. Sorğu zamanı Şahid5 dediklərini təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs onun və Şahid5 bildirdiklərini təsdiq edərək yaşadığı kəntdə yerdən 15 gün əvvəl civə tapdığını həmin civəni satıb pul əldə etmək üçün ona müştəri tapmasında köməklik etməsini xahiş etdiyi, müştəri kimi Şahid5 tapdığını, sonuncu ilə civəni 10.000 ABŞ dollarına satması barədə razılığa gəldiyini, üzərindən aşkar edilmiş 10.000 ABŞ dolları pul vəsatini də Şahid5 satdığı civənin pulu olduğunu bildirmişdir. Daha sonra Şahid6 tanışı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrdən məlumatının olmadığını onunla sadəcə Bakı şəhərinə gəldiyini bildirmişdir. / İş vərəqə: 106-108/ İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X5 20 iyul 2022-ci il tarixdə saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin, Təhqiqat bölməsinin təhqiqatçısı, Babək Haqverdiyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı sellofan torbanın içərisindən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə metallik civə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022ci il tarixli 6/3958 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №6” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd butulkada civəyə oxşar maddə, şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, müdafiəçi-imza, iştirakçılar: yeddi imza, tərtib etdi: təhqiqatçı: B.Haqverdiyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız bağlamadakı bir ədəd şüşə qabda təmin çəkisi – 1618.3 qram gümüşü parıltılı (metalik) rəngli ağır çəkili maye – metalik civədir.Qeyd : civənin təmiz çəkisi – 1618.3 qram, tədqiqata sərf edildi – 0.1 qram, qalıq 1618.2 qram.Aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-819/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X5 əvvəllər məhkum edilməmişdir. Hacıqabul Rayon İcra Hakimiyyəti Qızılburun kənd ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 150№-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası atası və bacısı ilə birlikdə Hacıqabul Rayon İcra Hakimiyyəti Qızılburun kəndində yaşayır. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 1618.2 qram qalmış narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə metalik civə iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən CM-in 240.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 240.1-1-ci maddəsinə əsasən -Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli CM-in 240.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki X4 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, X4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, X4 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X5 CM-in 240.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan zəhərli maddə metalik civə dövlət nəfinə müsadirə edilməli, X2 üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 iyul 2022-ci il tarixdən hesablansın. X5 barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - DİN BCMCİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş zəhərli maddə olan metalik civə dövlət nəfinə müsadirə edilsin. Maddi sübut -X2 üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat X1 tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar