Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-525/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək olan müddət ərzində, ünvan 3 ünvanının yerləşdiyi 15-ci mərtəbəsinin dəhlizində yerləşən anbar kimi istifadə olunan saxlanc yeri hesab edilən plastik dolabın qapısının kilidini dəmir parçası ilə sındıraraq, həmin yerə qanunsuz olaraq daxil olmaqla oradan X2 məxsus 01 ədəd 40 manat dəyərində idman əl çantasında olan 01 ədəd dəyəri 137 manat olan 1 litrlik "Chivas Regal 18 year" markalı viski, 01 ədəd 84 manat dəyərində 1 litrlik "Gold Label" markalı viski, 01 ədəd 1 litrlik 420 manat dəyərində "Blue Label" markalı viski, 01 ədəd 170 manat dəyərində "Philips" markalı şirəçəkən aparat, 01 dəst 380 manat dəyərində “Philips” markalı "blinder" aparatı, hər birinin dəyəri 120 manat olan, ümumilikdə 360 manat dəyərində "Karaca" firmasına məxsus 03 ədəd yataq dəsti, 01 dəst 200 manat dəyərində divan üzlüyü, 01 ədəd 20 manat dəyərində 5 kq-lıq "Ariel" yuyucu tozu, 06 ədəd hər birinin dəyəri 8 manat olmaqla 48 manat dəyərində "pervol" paltaryuyan vasitə, 04 ədəd hər birinin dəyəri 8 manat olmaqla 32 manat dəyərində İran ədyalı, 30 manat dəyərində qab-qacaq dəsti, 15 ədəd hər birinin dəyəri 6 manat olmaqla 90 manat dəyərində tavan lampaları, 01 ədəd 120 manat dəyərində yaşıl rəngli çemodan, içərisində 300 manat nağd pul olan 20 manat dəyərində 01 ədəd pul qabını, Azərbaycan milli pul vahidi ilə 270 manat nisbətində 35000 Pakistan rupisini, 800 manat dəyərində yataq dəst üzlüyünü, dəyəri 250 manat olan tort qabı dəstini, 400 manat dəyərində xalat, məhraba dəstini, 200 manat dəyərində sport ayaqqabı-krosovkanı, 170 manat dəyərində uşaq ayaqqabısını, 150 manat dəyərində çay serviz dəstini, ümumilikdə 4691 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 fevral 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 məxsus ünvan 12 saylı evin 10-cu mərtəbəsində 73 saylı mənzilin giriş qapısının qarşısında yerləşən dəhlizdə olan 350 manat dəyərində xalçanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Q.Rəşad küçəsi, 20 saylı evin 8-ci mərtəbəsində 107 saylı mənzilin giriş qapısının qarşısında yerləşən dəhlizdə saxlanc yeri kimi istifadə olunan anbarın plastik qapısının kilidini dəmir alətlə açaraq, qanunsuz olaraq həmin yerə daxil olmaqla oradan 600 manat dəyərində bir ədəd xalçanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyul 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Q.Rəşad küçəsi, 20 saylı evin 16-cı mərtəbəsində 147 mənzilin giriş qapısının qarşısındakı dəhlizdə yerləşən saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 200 manat dəyərində olan bir ədəd “Stels” markalı velosipedi gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, narkotik vasitəyə olan tələbatını ödəmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olmuş təmiz çəkisi 0,270 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və o, 06 iyul 2022-ci il tarixdə saat 18-00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılaraq, ünvan 5a yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirilmiş və orada xidməti otaqların birində 06 iyul 2022-ci il tarixdə saat 19-30-da onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli idman şalvarının sol yan cibindən “Rothmans” markalı siqaretin içərisində siqaretin gümüşü rəngli kağızında bir ədəd bükümdə 0,270 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, instaqram sosial şəbəkəsində Aysel adlı xanımla tanış olmuşdur. Onunla yazışdıqdan sonra görüşmək qərarına gəlmiş və təxminən həbs olunmamışdan 2 ay əvvəl həmin Aysel ilə görüşmək üçün razılaşmışdır. Ayselin dediyi ünvana getmiş, blokda qapını dəqiq bilmədiyi üçün hansı qapıya yaxınlaşacağını bilməmiş və gediş gəlişin çox olması səbəbindən siqaret çəkmək üçün blokun eyvanına çıxmışdır. Orada Ayselə instagramda mesaj yazsa da o, cavab verməmişdir. Həmin vaxt eyvandan pilləkənlərə çıxarkən sarı rəngli çanta görmüş və o da həmin çantaya baxmaq qərarına gəlmiş, çantanın boş olduğunu, onun yanında başqa bir çanta olduğunu görmüş, həmin çantanın içərisinə baxdıqda 01 ədəd yataq dəsti görmüşdür. Həmin yataq dəsti paketlənmiş halda olsa da əzilmiş vəziyyətdə olmuşdur. Həmin çantaların yanında əlavə bir ədəd sellofan torba olmuşdur. Onun içində isə “Green field” markalı yarımçıq viski spirtli içkisi var imiş. O, həmin çantaları və torbanı götürüb getmək qərarına gəlmişdir. Onların tullantı olmasını zənn etmiş və onları götürüb çıxmışdır. Çıxarkən orada taksi görmüş, taksiyə əyləşərək evə getmişdir. Bundan başqa təxminən 2 ay bundan öncə Çermet körpüsü adlanan yerdə Azinko adlanan binalara tərəf piyada getmiş və Keşlə bazarını keçdikdən sonra köhnə 9 mərtəbə binalara çatmışdır. Bu zaman həyətlə gəzə-gəzə gedərkən yeni tikilmiş binanın yanında şlaqbaun yanında divara söykənmiş halda köhnə xalça görmüşdür. Həmin xalçanı zibilə atıldığını fikirləşmiş və heç kimə lazım olmadığını düşünərək götürüb evə qoymuşdur. 05-07 fevral 2022-ci il tarixlərdə o, oğurluq etmək məqsədi ilə Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 8 saylı binaya yaxınlaşmış və liftlə 15-ci mərtəbəyə qalxmış və liftdən çıxandan sonra həmin mərtəbənin dəhlizində plastik dolab görmüşdür. Qapının onun üzərində olan qıfılı dəmir parçası ilə açmış və dolabın içərisində viski, şirəçəkən aparat, divan üzlüyü və yadında qalmayan digər əşyalar görmüşdür. İki-üç çemodan, paket bağlamanı götürmüşdür. Daha sonra taksi ilə həmin əşyaları yaşadığı evə aparmış və səhəri günü o, onları taksi avtomobilinə yığıb Keşlə bazarına aparıb tanımadığı şəxslərə dəyər-dəyməzinə satdığını bildirmişdir. Əldə etdiyi məbləği xatırlamır. Pulu öz ehtiyacına xərcləmişdir. Həmin ərəfədə yenə də həmin binaya oğurluq etmək qərarına gəlmiş və sonra o, həmin binaya yaxınlaşaraq liftlə yuxarı mərtəbəyə qalxmışdır. Bu zaman dəhlizdə yerdə yuvarlanmış vəziyyətdə göy mavi rəngli xalça görüb onu xəlvətcə götürüb liftə yaxınlaşmış və sonra yoldan keçən bir taksi avtomobili saxladıb onu həmin avtomobilə qoymuşdur. Bir neçə gündən sonra həmin xalçanı instaqram səhifəsinə yerləşdirmiş və sonradan adını bildiyi Şahid4 100 manata satmışdır. Həmin şəxs xalçanın oğurluq olduğunu bilməmişdir. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Nərimanov rayonu, Q.Rəşad küçəsi 20 saylı binada 16-cı mərtəbədən bir ədəd kiçik həcmli velosipedi görüb həmin velosipedin zəncirlə bağlı olduğu üçün onun qıfılını dəmir alətlə qırıb açmış və həmin tarixdə eyni ünvandan yəni ünvan 7larının saxlancı üçün nəzərdə tutulmuş yerdən 1 ədəd xalça oğurlamışdır. Onları liftə qoyub aşağı mərtəbəyə düşürtmüş, sonra küçədə taksi avtomobili saxlatdırıb onları həmin taksi avtomobilinə qoyub, oğurladığı əşyaları-velosiped və xalçaları yaşadığı ünvan 8 ünvanda yerləşən evin həyətinə gətirmişdir. Oğurluq əşyaları həyətdə saxlamağından nə anasının, nə də həyat yoldaşının xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən tutulandan sonra o, oğurladığı əşyaların yerini anasına bildirmiş və sonradan anası Şahid5 həmin əşyaları zərərçəkən şəxslərə qaytarmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Odlar Yurdu” Universitetinin yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. 18-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. 18-ci polis bölməsinə çatdıqdan sonra polis əməkdaşları ona üzərində hansısa qanunsuz əşya olub olmadığını soruşmuşlar. Bu zaman o, könüllü şəkildə üzərində olan siqaret qutusunun içərisinə narkotik vasitə heroini təqdim etmişdir. Son olaraq zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun yaşadığı mənzil ünvan 9 ünvandakı yeni tikilmiş yaşayış binasının 15-ci mərtəbəsində yerləşir. Blokun mənzilin giriş qapısından solda yerləşən hissəsində plastik materialdan olan şkaf düzəltdirmiş və evə aid bəzi əşyaları həmin şkafda saxlamışdır. Sonuncu dəfə 05 fevral 2022-ci il tarixdə həmin şkafdan istifadə edib lazım olan əşyanı qoyub açarla bağlamışdır. Bundan sonra 07 fevral 2022-ci il tarixdə səhər saat təxminən 08 radələrində yenidən şkafa yaxınlaşan zaman qapısının açıq olmasını aşkar etmişdir. Dərhal şkafın içərisinə baxdıqda özünə məxsus 01 ədəd 40 manat dəyərində idman əl çantasında olan 01 ədəd dəyəri 137 manat olan 1 litrlik "Chivas Regal 18 year" markalı viski, 01 ədəd 84 manat dəyərində 1 litrlik "Gold Label" markalı viski, 01 ədəd 1 litrlik 420 manat dəyərində "Blue Label" markalı viski, 01 ədəd 170 manat dəyərində "Philips" markalı şirəçəkən aparat, 01 dəst 380 manat dəyərində “Philips” markalı "blinder" aparatı, hər birinin dəyəri 120 manat olan, ümumilikdə 360 manat dəyərində "Karaca" firmasına məxsus 03 ədəd yataq dəsti, 01 dəst 200 manat dəyərində divan üzlüyü, 01 ədəd 20 manat dəyərində 5 kiloqramlıq "Ariel" yuyucu tozu, 06 ədəd hər birinin dəyəri 8 manat olmaqla 48 manat dəyərində "pervol" paltaryuyan vasitə, 04 ədəd hər birinin dəyəri 8 manat olmaqla 32 manat dəyərində İran ədyalı, 30 manat dəyərində qab-qacaq dəsti, 15 ədəd hər birinin dəyəri 6 manat olmaqla 90 manat dəyərində tavan lampaları, 01 ədəd 120 manat dəyərində yaşıl rəngli çemodan, içərisində 35000 Pakistan rupisi və 300 manat nağd pul olan 20 manat dəyərində 01 ədəd pul qabının oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal bu barədə polisə məlumat vermişdir. Sonradan o, saxlanc yerinə baxanda iki nəfərlik yataq dəsti üzlüyü 800 manat, dəyəri 250 manat olan tort qabı dəsti, 400 manat dəyərində hamam məhraba dəsti, xalat, sport ayaqqabıkrosovka 200 manat, uşaq ayaqqabısı dəyəri 170 manat və çay serviz dəsti 150 manatlıq əmlakımda oğurlandığını bildirmişdir. Son olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 17 mərtəbəli yaşayış binasında 8-ci mərtəbədə üç otaqlı mənzildə yaşayır. Xeyli müddət əvvəl o, mənzilində olan 1,5 x 3,0 metr ölçüdə əl ilə toxunmuş tünd qırmızı rəngli yun xalçanı mənzilindən götürüb, mərtəbədə saxlanc yeri kimi istifadə etdiyi dolabın içərisinə qoymuşdur. Dolabın plastik materialdan şkaf kimi düzəltmişdir, xalçanı ora qoyduqdan sonra dolabın qapısının kilidini özündə olan açarla bağlamışdır. 06 iyul 2022-ci il tarixə təxminən saat 11 radələrində o, dolaba mürəbbə bankalarını qoymaq istədikdə xalçanın olmadığını aşkar etmişdir. Sonra kilid yerinə baxanda qapının üzərində və kilid hissədə heç bir zədə olmadığını, kənar bir predmetlə qapının kilidini açıldığını müəyyən etmişdir. Saxlanc yeri olan anbarın qapısının kilid hissəsi istənilən nazik dəmir predmetlə açmaq mümkün olduğunu qeyd etmişdir. Sonra kimsə həmin xalçanı oradan oğurladığını başa düşmüşdür. O, bu barədə 18-ci PŞ-nə ərizə ilə müraciət etdiyini və polis əməkdaşları hadisə yerinə gəlib həmin faktı sənədləşdirmişlər. Həmin xalçanın dəyəri 600 manat qiymətində olmuşdur. Sonra o, bina sakinlərinə bu oğurluq barədə bildirmiş, kimsə ona onun da velisopedinin oğurlandığını demişdir. Həmin oğlan ona oğrunu binanın nəzarətçısi tərəfindən saxlanıldığını və sonradan adını bildiyi Qoçaliyev Nicat anasının mobil telefon nömrəsini komendanta verdiyini bildirmişdir. O da tez polis bölməsinə gəlmiş və orada təsadüfən Təqsirləndirilən şəxs görmüş və onunla söhbət edən zaman o, xalçanı oğurladığını etiraf etmiş və ona öz anası Yeganə adlı qadının telefon nömrəsini vermiş və anası ilə danışmasını bildirmişdir. Daha sonra Nicatın anası ilə əlaqə saxlamış, əlaqə saxlandıqdan sonra Nicatın anası xalçanı gətirib ona təqdim etmişdir. Son olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən hadisədən bir müddət əvvəl azyaşlı qızı üçün mağazadan 200 manat məbləğində pula bir ədəd “Stels” markalı velosiped almış və onu yaşadığı Q.Rəşad küçəsi ev 20 mənzil 147-nin qarşısında yerləşən dəhlizdə saxlanc yeri kimi düzəldiyi otaqda dəmir zəncirlə divarda dəmirə qıfılla bağlamışdır. 05 fevral 2022-ci il tarixdə səhər saat 09 radələrində o, evdən çıxıb işə gedərkən velosipedin saxlanc yerində olduğunu görmüş, axşam saat 20 radələrində evə gəldikdə isə velosipedin həmin yerdə olmadığını, velosipedin zəncirinin qıfılının açıldığını görmüşdür. O, evdə ailə üzvləri ilə velosiped barədə maraqlananda onlar, velosipeddən bu gün istifadə olunmadığını bildirmişlər. Bundan sonra o, səhəri günü komendanta, sonra isə polisə məlumat vermişdir. Gözətçi otağında olan komputerdə video kameralara baxış zamanı o, velosipedi binadan necə oğurlanıb aparması əks olunduğunu görmüşdür. Bu hadisədən bir həftə sonra o, polislər tərəfindən velosipedi oğurlayan şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs tutulduğunu öyrənmişdir. Bundan sonra, Nicatın anası Yeganə adlı həkim xanım həmin velosipedi ona məlum olmayan yerdən gətirib binanın komendatına qaytarmışdır. Son olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun yaşadığı mənzil ünvan 10 ünvandakı yeni tikilmiş yaşayış binasının 10-cü mərtəbəsində yerləşir. Evinin xalçasını yığaraq yuduzdurmaq məqsədi ilə 05 fevral 2022-ci il tarixdə mənzilin dəhlizinə qoymuş, həmin xalçanı sifariş əsasında xalça yuma şirkəti aparıb yuyub gətirməli idi. 07 fevral 2022-ci il tarixdə o, işdə olarkən arvadı onunla əlaqə saxlayaraq xalçayuma şirkətinin xalçanı gəlib aparacağını demişdir. O da xalçanı təhvil vermək üçün evə gəldikdə xalçanı qoyduğu yerdə aşkar etməmiş, bundan sonra o, xalça ilə maraqlanmağa başlamışdır. Maraqlanan zamanı kamera görüntülərinə baxmış və bir nəfər şübhəli şəxsin binanın həyətində gəzməsi, bloklara girməsini görmüşdür. Görüntü zamanı onun əlində böyük əşya ilə çıxmasını görmüşdür. Bundan sonra maraqlandıqda həmin əşyanın ona aid xalçanın olmasını bilmişdir. Xalçanın uzunluğu təxminən 10 metr, eni isə 4 metr olmuşdur, hal-hazırda isə xalçanın təxminən 350 manat dəyərində olmasını bildirmiş, xalçanın tam olaraq qiymətini dəqiq bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, həmin şöbənin CA-üzrə əməliyyat müvəkkili, polis leytenantı X8 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Nərimanov rayonu, K.Rəhimov küçəsi 18 ünvanında xidmətdə olduğu zaman bir nəfər şəxsin hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışları ilə narkotik vasitə aludəçisinə bənzədiyindən həmin şəxs diqqəti cəlb etmişdir. Ona yaxınlaşaraq, özlərini təqdim etmiş və ondan şəxsiyyəti haqqında maraqlandıqda, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə rabitəsiz şəkildə danışdığı və hadisə yerindən yayınmaq istədiyi üçün onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. PŞ-də həmin şəxsin 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu, onun barəsində araşdırma aparılması üçün PŞ-nin rəhbərliyinə məruzə etmişlər, araşdırmanı şöbənin təhqiqatçısı polis kapitanı Vüqar Ələkbərliyə həvalə edilmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona hüquqları izah edildikdən sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən "Rothmans" markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış zamanı 01 ədəd gümüşü siqaret kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şalvarın sağ yan cibindən "Samsung" markalı mobil telefonu təqdim etmiş və sonra bükümün içərisində olan maddənin narkotik vasitə hesab olunan “kakos” olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Montin adlanan ərazidə yaşadığı ünvanın yaxınlığında üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manat məbləğində pul qarşılığında əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddə iştirakçıların iştirakı ilə qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus "KİA Pride" markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 07 radələrində Keşlə bazarının yanında hərəkət edən zaman bir nəfər əvvəllər tanımadığı, əlində çemodan olan, təxminən 30-32 yaşlarında olan kişi əl edib onu saxlatmışdır. O, avtomobili saxladıqda, həmin şəxs avtomobilə yaxınlaşıb ilk olaraq Nərimanov rayonu ərazisindəki “Kosmosun” binaları deyilən yerə, oradan "Montin Mall" tərəfə, oradan isə "Gənclik" metrosunun yanına gedəcəyini bildirmiş və avtomobilə əyləşmişdir. Onlar yol pulunun qiyməti barədə danışmamışlar. Həmin şəxs maşına əyləşdikdən sonra, birlikdə Nərimanov rayonu ərazisindəki "Kosmos"-un binaları deyilən binaların həyətinə daxil olmuşlar, avtomobili saxladıqda həmin şəxs yeznəsinin orada yaşadığını və 5 dəqiqəyə binaya qalxıb gələcəyini bildirmişdir. O, etiraz etməmiş və həmin şəxs özü ilə sellofan götürmüşdür. Həmin sellofanlar dolu və ya boş olmasına fikir verməmişdir. Həmin şəxs binanın sonuncu blokuna daxil olmuş, o, isə maşında qalıb gözləmişdir. Təxminən 30-35 dəqiqə sonra qayıdıb gəlmiş və gələn zaman əlində bir böyük paket olmuşdur. Həmin şəxs gələndə "Montin Moll"-a getməyi demişdir. O, etiraz etməmiş və deyilən yerə gəlib maşını orada saxlamışdır. Orada həmin şəxs bütün sellofanlarını götürüb 5 manat pul vermiş və indi qayıdıb gələcəyini demişdir. Gedəndə şabalıdı rəngli çantanı götürüb getmiş, bu dəfə həmin şəxs gələn zaman üzünü yuduğunu, üzünün sulu olduğunu görmüşdür. Həmin şəxs bu dəfə ona əlavə 3 manat da pul vermişdir. Lakin daha "Gənclik" metrosuna getməyə ehtiyac olmadığını deyib çıxıb getmişdir. Gedən zaman bütün çantalarını aparmış, bundan sonra həmin şəxsi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, özü və anası Sabunçu rayonunda yerləşən “Rus bazarı” adlanan bazarda müxtəlif adamlardan müxtəlif ev əşyaları alıb satmışlar. Dəqiq vaxtı bilmədiyini, təxminən 2022-ci ilin fevral ayının ilk 10 günlüyündə, təxminən 7-9 tarixlərdə o, “Topaz” saytına yerləşdirilmiş ev əşyalarını gördüyünü və sonradan adını bildiyi Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxladığını və o, mətbəx-məişət əşyalarını satdığını təsdiqlədiyini bildirmişdir. O, anası Kifayət xanımla birlikdə Montin qəsəbəsinə avtomobil ilə getmiş və Nicatla görüşmüş, o, onlara məişət əşyaları tavalar və digər yadında qalmayan bir neçə əşyanı 30-40 manata satdığını bildirmişdir. Bundan sonra o, yenə “Topaz” saytına xalça şəkilini qoymuş və o, Nicatla zəngləşmiş, həmin xalçanı onlara bir taksi avtomobilində gətirmişdir. Xalçaya baxıb onu bəyənmiş və Nicat 100 manata həmin xalçanı satmaq istədiyini demişdir. O, həmin xalçanı alıb ona 100 manat pul vermişdir. Həmin xalçanın və mətbəx əşyalarının oğurluq olduğunu bilməmişdir. Nicat həmin əşyaların ona məxsus olduğunu demişdir. 09 fevral 2022-ci ildə ona polisdən zəng olunmuş və xalça aldığı barədə soruşmuşlar. O, xalçanı da götürüb polis bölməsinə gəlmiş və həmin xalçanı ona Təqsirləndirilən şəxs tərəfindən 100 manata satıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Şahin Mustafayev küçəsi ev 119-da oğlu Nicatın ailəsi ilə birlikdə yaşamışdır. Həmin ev həyət evi olmuşdur. Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 26 saylı poliklinikada ultrasəs müayinəsi həkimi-radioloq işləyir. Təqsirləndirilən şəxs onun oğludur və Nicatın evlidir və bir azyaşlı oğlan övladı var. Nicat 2 universitet bitirmidir və 2020-ci ilədək Dövlət Miqrasiya Xidmətində işləmişdir. 2022-ci ilin yay aylarında ona, oğlu Nicatın bir neçə yerdən oğurluq etdiyinə görə barəsində Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıldığını və saxlanıldığını bildirmişlər. Həmin dövrdə ona oğlu Nicat oğurladığı əşyaları yaşadığı evin həyətində saxladığı məlum olmuşdur. O, evinin həyətində olan 1 ədəd velosipedi zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 və 1 ədəd xalçanı Zərərçəkmiş şəxs3 qaytarmışdır. Digər Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı da tam olaraq ödəmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Qoçəliyev X6 RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona hüquqları izah edildikdən sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edilmişdir. O, video kamera vasitəsi ilə şəxsi axtarış və götürülməyə dair qərarla tanış edildikdən sonra, o, üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onların və onun müdafiəçisi Nərimanov rayonu 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışdan öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onu könüllü təqdim etmək təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən "Rothmans" markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış zamanı 01 ədəd gümüşü siqaret kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şalvarın sağ yan cibindən "Samsung" markalı mobil telefonu təqdim etmiş və sonra bükümün içərisində olan maddənin narkotik vasitə hesab olunan “kakos” olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Montin adlanan ərazidə yaşadığı ünvanın yaxınlığında üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manat məbləğində pul qarşılığında əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2022-ci il tarixli, 6/3708 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,270 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 88,0 manatdır. “Video-diskə baxış keçirilməsi haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona hüquqları izah edildikdən sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edilmişdir. O, video kamera vasitəsi ilə şəxsi axtarış və götürülməyə dair qərarla tanış edildikdən sonra, o, üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onların və onun müdafiəçisi Nərimanov rayonu 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışdan öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onu könüllü təqdim etmək təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən "Rothmans" markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış zamanı 01 ədəd gümüşü siqaret kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şalvarın sağ yan cibindən "Samsung" markalı mobil telefonu təqdim etmiş və sonra bükümün içərisində olan maddənin narkotik vasitə hesab olunan “kakos” olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Montin adlanan ərazidə yaşadığı ünvanın yaxınlığında üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manat məbləğində pul qarşılığında əldə etdiyini bildirmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanıdır. Baxış zamanı qapının tutacağının yerdən çıxarılması müəyyən edilmiş və iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Axtarışda olan şəxsin tutulması barədə” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 12 ünvanıdır. Baxış zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. “Təqdim etmə və baxış keçirmə haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd rəngli xalça normal vəziyyətdə Şahid4 təqdim edilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuşdur. “İfadələrin yerində yoxlanılması haqqında” 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində dediklərini hadisə yerində göstərmiş və bildirmişdir ki, pilləkənlərə çıxarkən sarı rəngli çanta görmüş və o da həmin çantaya baxmaq qərarına gəlmiş, çantanın boş olduğunu, onun yanında başqa bir çanta olduğunu görmüş, həmin çantanın içərisinə baxdıqda 01 ədəd yataq dəsti görmüşdür. Sellofan torbada isə yarı içilmiş içki olmuşdur. Bundan başqa 2 ay öncə ünvan 13 ünvanının yaxınlığında köhnə xalça görmüş və zibilliyə atıldığını düşünürək həmin xalçanı götürmüşdür. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2022ci il tarixli qərardan görünür ki, Qoçəliyev X6 RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-789/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 iyul 2022-ci il tarixdən hesablanmışdır. “Təqdim etmə və baxış keçirmə haqqında” 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd xalça normal vəziyyətdə Zərərçəkmiş şəxs3 təqdim edilmişdir. “İfadələrin yerində yoxlanılması haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində dediklərini hadisə yerində göstərmiş və bildirmişdir ki, ünvan 14 ünvandan bir ədəd velosipedi götürərək yaşadığı ünvana aparıb saxlamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4840 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 3/1196 nömrəli ekspert rəyindən görünür ki, tədqiqara təqdim edilmiş, 1, 2, 3, 4, 5, 6, 7, 8 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış işləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Aparılmış tədqiqatın dəyəri 61,29 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/6188 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 2,95x4 metr ölçüdə, açıq yaşıl rəngli xalçanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 350,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/6619 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 1,10x3,30 metr ölçüdə, qırmızı rəngli, naxışlı xalçanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 600,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. “Video-diskə baxış keçirilməsi haqqında” 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, bir nəfər şəxs binanın giriş hissəsində qara rəngli gödəkçədə dayanır, ətrafa boylanır və sonra binanın qaraj hissəsinə hərəkət edir. Bir müddət sonra binanın qaraj hissəsində əlində çemodanlarla çıxır. Daha sonra bir taksiyə əyləşərək binadan götürdüyü çemodanları taksiyə yerləşdirir. “Sübutların qiymətləndirilməsi barədə” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,270 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınması, qalıq qalmış 0,220 qram narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, 1 ədəd diskin maddi sübut kimi tanınması və 2 ədəd xalça, 1 ədəd velosipedin zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən yuxarıda sadalanan yüngülləşdirici halların olması və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsinə zərurətin olmadığı qənaətinə gələrək CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, 04 ay 27 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 249,29 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,220 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və cinayət işi üzrə maddi sübut – 2 ədəd xalça və 1 ədəd velosipedin zərərçəkmiş şəxslərə qaytarılması nəzər alınmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, 04 ay 27 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 09 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 il 08 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,220 qram heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 2 ədəd xalçanın və 1 ədəd velosipedin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 249,29 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-525/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-525/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver