Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-527/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 180.1-ci maddələri ilə təqsirli bilinib 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-201/2022 hökmü ilə həbs qətimkan tədbirinin seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə saat 17:09-də Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142 ünvanında yerləşən “360 Clean” adlı quru təmizləmə məntəqəsinin ümumi istifadəli zalına daxil olduqdan sonra məntəqənin qeydiyyatçısı X2 ona yaxınlaşdıqda o, Kəmalə Kərimovaya tanışının məntəqəyə ona məxsus gödəkçəni təmizlətdirmək üçün gətirdiyinə görə tanışını məntəqədə gözləyəcəyini bildirib içmək üçün ona su gətirməsini Kəmalə Kərimovadan xahiş etdikdə Kəmalə Kərimovanın su gətirməyə getdiyini, məntəqədə özündən başqa heç kimin olmadığını və məntəqənin nəzarətsiz qaldığını görüb saat 17:09-da qeydiyyatçı masasına yaxınlaşıb masanın üstündən həmin məntəqənin qeydiyyatçısı Kəmalə Kərimovanın müvəqqəti istifadəsində olmuş Zərərçəkmiş şəxs məxsus üzərində 20,00 manat dəyərində “Bakcell” mobil GSM operatoruna aid +99455 ***-**-** telefon nömrəsi olan 1600,00 manat dəyərində **********39998 imei kodlu, “İpone 11” markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1620,00 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən “360 Clean” quru təmizləmə məntəqəsinə daxil olmuş və həmin məntəqəyə daxil olarkən məntəqədən oğurluq etmək fikri olmayıb və oğurluq etmək fikri onda zalda olan masanın üstündəki mobil telefonun sahibsiz qaldığını görən anda yaranmışdır. Beləliklə o, həmin paltar təmizləmə məntəqəsinə daxil olmuş, bu zaman qeydiyyat şöbəsinə bir nəfər qadının gəldiyini görüb qadına yaxınlaşaraq qadınla söhbət etməyə başlamışdır. Onun qadınla söhbət etməkdə məqsədi qadının fikrini yayındırıb masanın üzərində olan mobil telefonu oğurlamaq idi. Lakin həmin vaxt o, məqsədinə nail ola bilmədiyi üçün obyekti tərk etmiş və təxminən 10-15 dəqiqə sonra yenidən eyni məqsədlə həmin obyektə qayıtmışdır. Bu zaman yalandan olaraq həmin qadına özünə məxsus gödəkçənin təmizlənməsi üçün yaxın tanışı tərəfindən məntəqəyə gətirələciyini bildirib bu məqsədlə həmin obyektdə oturub gözləyəcəyini qadına demişdir. Lakin qeydiyyat şöbəsində işləyən qadının masanın qarşısından heç bir yerə çəkilmədiyini görüb o, qadından içmək üçün su istəmişdir. Beləliklə qadın ona su gətirmək üçün qeydiyyat şöbəsini tərk edərək arxa otağa keçmişdir. Bu zaman o, fürsətdən istifadə edərək qeydiyyat şöbəsində masanın üzərində olan “İphone 11” markalı mobil telefonu götürüb cibinə yerləşdirərək dərhal həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, “20 yanvar” metrostansiyasının qarşısına gedərək orada mobil telefonu Orxan adlı şəxsə 180 manata satmışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. X2 onun nişanlısıdır. X1 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən “360” quru təmizləmə şirkətində qeydiyyatçı işləyir. 12 yanvar 2022-ci il tarixdə X1 iş telefonundan zəng edərək onun ona müvəqqəti istifadəyə verdiyi və ona məxsus 1600 manat dəyərində “İphone 11” markalı mobil telefon aparatının həmin günü işlədiyi “360” quru təmizləmə şirkətinin ofisindən oğurlandığını bildirdikdən sonra o, nışanlısı Kəmalə Kərimovanın iş yerinə getmiş və orada olan zaman Kəmalə Kərimova danışmışdır ki, həmin günü saat 17 radələrində işdə olan zaman tanımadığı bir nəfər oğlan içəri daxil olub ondan satışda quru təmizləmə dərmanlarının olub olmadığını soruşduqda o, oğlana satışda quru təmizləməyə aid dərmanlarının olmadığını bildirdikdən sonra oğlan çölə çıxmış, daha sonra oğlan içəri daxil olub yumaq üçün gödəkçəsini gətirəcəklərini demişdir. Oğlanın bu sözündən sonra onun nişanlısı Kəmalənin deməsinə görə o, oğlana etiraz etməmişdir. Nişanlısı Kəmalənin deməsinə görə oğlan ondan içmək üçün su istədikdə Kəmalə qeydiyyat yerindən çıxıb oğlana su gətirməyə getmiş, daha sonra Kəmalə geri qayıdanda oğlanın qeydiyyat yerinin yanında olmadığını görmüşdür. Daha sonra isə X1 qeydiyyat yerində olan masanın üzərində qoyduğu **********39998 imei kodlu “İphone 11” markalı mobil telefonun masanın üzərində olmadığını aşkar etmişdir. O, oğurluq barəsində DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermişdir. Həmin mobil telefonun üzərində onun adına olan 20 manat dəyərində “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** nömrəsi olsa da lakin mobil telefon nömrəsinin hesabında pul olmamışdır. Mobil telefonu və üzərində olan nömrəni müvəqqəti istifadə etmək üçün o, X1ya vermişdir. Mobil telefon aparatı və telefon nömrəsi ona məxsus olduğundan oğurluq zamanı ona 1620 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 mart 2022-ci il tarixli 9/846 nömrəli ekspert rəyində “İphone 11” markalı mobil telefon aparatının qiymətinin 800,00 manat olması barədə göstərilənlərlə razı deyil, çünki həmin rəydə ortada olmayan “İphone 11” markalı mobil telefona nəzəri qaydada qiymət verilmişdir. Ona məxsus olan “İphone 11” markalı mobil telefonun qiyməti həmin dövr üçün 1600,00 manat olmuşdur. Buna görə məhkəmə əmtəəşünaslıq ekspertizasının qeyd edilən rəyi ilə razı olmadığını nəzərə alıb həmin mobil telefonun qiymətinin 1600,00 manat olması və telefona görə ona 1600,00 manat, mobil telefon nömrəsinə görə isə 20,00 manat maddi ziyan vurulduğu nəzərə alınmalıdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şahid DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə gedilmişdir. Hadisə yeri ünvan 3 ünvanda yerləşən 360 quru təmizləmə şirkətidir. Hadisə şirkətin qeydiyyat şöbəsində baş vermişdir. Mobil telefonu sonuncu dəfə qeydiyyat şöbəsində masanın üzərinə qoyulmuşdur. “Diskə baxış keçirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142 ünvanda yerləşən 360 quru təmizləmə yerinə bir naməlum şəxs içəri daxil olaraq bir qədər içəridə mobil telefonla danışaraq orada olan divana oturaraq qeydiyyatçı K.Kərimovadan su gətirməsini xahiş etdikdən sonra K.Kərimova da qeydiyyat şöbəsində arxa tərəfə keçdikdən sonra həmin naməlum şəxs əyləşmiş olduğu yerindən duraraq qeydiyyat masasına yaxınlaşaraq masanın üzərindən mobil telefonu götürərək oradan çıxıb getməsi müşahidə olunmuşdur. “Baxış aparılması haqqında” 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142 ünvanda yerləşən 360 quru təmizləmə yerinə Təqsirləndirilən şəxs içəri daxil olaraq bir qədər içəridə mobil telefonla danışaraq orada olan divana oturaraq qeydiyyatçı K.Kərimovadan su gətirməsini xahiş etdikdən sonra K.Kərimova da qeydiyyat şöbəsində arxa tərəfə keçdikdən sonra Təqsirləndirilən şəxs əyləşmiş olduğu yerindən duraraq qeydiyyat masasına yaxınlaşaraq masanın üzərindən mobil telefonu götürərək əynindəki gödəkçəsinin sol yan cibinə qoyaraq oradan çıxıb getməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin icraatında barəsində Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə cinayət işi istintaqı aparılır; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-201/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 180.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.2ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/846 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “İphone 11” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 800,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. “İfadələrin yerində yoxlanılması haqqında” 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Balf” kişi geyimləri mağazasının yerləşdiyi yeri göstərərək mobil telefonu oğurladığı 360 quru təmizləmə şirkətinin yerləşdiyini bildirmişdir. 12 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 142 ünvanda yerləşən 360 quru təmizləmə yerinə daxil olaraq bir qədər içəridə mobil telefonla danışaraq orada olan divana oturmuş və qeydiyyatçı K.Kərimovadan su gətirməsini xahiş etdikdən sonra K.Kərimova da qeydiyyat şöbəsində arxa tərəfə keçdikdən sonra əyləşmiş olduğu yerindən duraraq qeydiyyat masasına yaxınlaşaraq masanın üzərindən mobil telefonu götürərək əynindəki gödəkçəsinin sol yan cibinə qoyaraq oradan çıxıb getmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd DVD diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-201/2022 nömrəli hökmü ilə həbsdə saxlanıldığı nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəmədə səsləndirdiyi ifadəsi, həmçinin zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-201/2022 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 17 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-201/2022 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(004)- 201/2022 hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 04 il müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-201/2022 hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-527/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-527/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver