Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-53/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağcabədi rayonu, Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Resublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ndə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Gürcüstan Respublikasından “Toyota” markalı Camry modelli avtomobili üçün detallar gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2020-ci ilin dekabr ayında, ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 800 manat pul vəsaitini ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək sonuncuya göstərilən miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Gürcüstan Respublikasından “Hyundai” markalı Elantra modelli avtomobili üçün detallar gətirəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin noyabr-dekabr ayları ərzində, ilkin olaraq 1000 manat, daha sonra müxtəlif tarixlərdə hissə-hissə 2300 manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 3300 manat pul vəsaitini ünvan 4 ünvanın qarşısında ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək sonuncuya göstərilən miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 adlı şəxsi qonşusu vasitəsilə tanımışdır. Turan adlı şəxs rentacar işlədir. Sabir də onun ofisində olurdu. Turan onun xalası oğlu X1 Gürcüstanda avtomobil detallarının alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Əvvəllər bir neçə dəfə onun öz avtomobili üçün də detallar göndərmişdir. 2020-ci ilin noyabr ayında Sabir onunla əlaqə saxlayaraq nömrəni Turandan aldığını və xalası oğlu Xəyalın detalların alqı-satqısı ilə məşğul olduğunu öyrəndiyini, Xəyalın nömrəsini istədiyini, avtomobilə detal lazım olduğunu bildirmiş, o da öz növbəsində Xəyalın “whatsapp” nömrəsini ona vermiş, həmin ərəfələrdə onun ayrı-ayrı şəxslərə borcları olduğundan və həmin şəxslər də ondan borclarını istədiyindən qərara gəlmişdir ki, Sabirin avtomobil detalları üçün verəcəyi pulu ələ keçirərək borclarını qaytarsın. Bu məqsədlə Sabirlə xalası oğlunun adından danışmış və onu inandıraraq Gürcüstan Respublikasından avtomobil detalları gətirəcəyini bildirib, guya xalası oğluna çatası pulları ona verməsini dediyini bildirmiş, ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 3300 manat pulunu alaraq ələ keçirmişdir. Sabirə avtomobil detalı gətirmək fikri olmamış, sadəcə olaraq pul lazım olduğundan belə bir iş görmüşdür. Bundan başqa Sabirin sonradan tanıdığı Sədi adlı bir dostu da bu proseslərdə Sabirin yanında olduğundan Sabirə onun üçün avtomobil detalı gətirib-gətirə bilməyəcəyini demiş, Sabir bu barədə ona dedikdə dərhal həmin şəxsdən də müəyyən məbləğdə pul alıb qalan borclarının ödənilməsinə yönləndirə biləcəyini fikirləşib razılıq vermiş və həmin şəxsin də avtomobil detalları gətirilməsi üçün verdiyi 800 manat pulu alaraq ələ keçirmişdir. Sədi ona həmin zaman Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında 1300 manat pul vermiş, bu pulun 500 manatını Sabirin adından ona borc olaraq vermiş, 800 manatı isə detal gətirmək üçün verilmişdir. Lakin sonradan onun detal gətirmədiyini görüb, bildiyi qədər Sədi, dostu Sabirdən pulunu istəmiş, onu yox məhz Sabiri tanıdığını demiş, buna görə də Sabir pulu dostu Sədiyə qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sadiq adlı şəxsi Turan adlı tanışının vasitəsilə tanımışdır. Aralarında gedən söhbətlər əsnasında Sadiqin və xalası oğlunun Gürcüstandan avtomobil detalları gətirməsi barədə məlumatlı olmuş, onun üçün də “Hyundai Elantra” markalı avtomobilə aid bəzi detalların gətirməsi barədə xahiş etmək qərarına gəlmişdir. Bundan sonra Turandan onun telefon nömrəsini alaraq əlaqə saxlamış, aralarında razılıq əldə olunmuş, 2020-ci ilin noyabr ayında ilk dəfə Sadiq ilə görüşərək ona Gürcüstandan avtomobil detalları gətirməsi üçün ilkin olaraq 1000 manat pul vermişdir. Sonradan dostu Sədi ona da avtomobil detalları gətirib-gətirə bilməyəcəyi barədə ondan soruşduqda o, bu barədə Sadiqə demiş, Sadiq gətirə biləcəyini bildirmişdir. Bundan sonra lazım olan detalların gətirilməsi üçün Sədi ona güvənərək Təqsirləndirilən şəxs özü şəxsən 800 manat pul vermiş, həmin ərəfələrdə Sadiq ondan eyni zamanda müvəqqəti olaraq alıb, qaytaracağına dair söz verib borc istədiyindən Sədiyə üzərində pul varsa onun əvəzindən 500 manat Sadiqə pul verməsini bildirmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın qarşısında müəyyən məbləğdə pullar vermişdir. Hazırda hər dəfə ayrı ayrılıqda verdiyi pulların məbləğini xatırlamır. Lakin ümumilikdə 3300 manat özü üçün avtomobil detalları gətirməsi məqsədilə Sadiqə vermişdir. 800 manat isə Sədi adlı dostu Sadiqə pul vermişdir. Sadiq onların hər ikisini aldadaraq etibarlarından sui-istifadə etmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək detalları gətirib çıxarmamışdır. Sonradan isə Sadiqin onları aldatmasını bilib DİN-ə bu barədə müraciət etmişdir. Hazırda həmin şəxslə aralarında barışıq əldə olunmuşdur. Ona dəymiş bütün ziyan ödənilmişdir. Sonda Zərərçəkmiş şəxs1 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Sabir Hüseyovun vasitəsilə tanımış, X3 Respublikasından avtomobil detalları gətirəcəyi barədə məlumatı olmuşdur. Sabirdən Sadiqin onun üçün də avtomobil detalları gətirib-gətirə bilməyəcəyi barədə soruşmuşdur. Daha sonra Sabir Sadiqə bu barədə demiş, o da razılaşmış, bunun üçün 800 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Sabirə Sadiqi tanımadığını, onu tanıdığını, hər hansı bir problemin olub-olmayacağını soruşmuş, Sabir də problem olmayacağını bildirmişdir. Bundan sonra o, özü şəxsən Təqsirləndirilən şəxs 800 manat detal gətirməsi üçün və 500 manat da Sabirin adından borc pul vermişdir. Lakin daha sonra Sabir aralarında narazılıq yaranmaması üçün ona dəymiş ziyanı özü ödəmişdir. Sonda Zərərçəkmiş şəxs2 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PBnin təhqiqatçısı X2 Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələbinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanıdır. Hadisə yeri doqquz mərtəbəli yaşayış binasının qarşısıdır. Hadisə yerinin yaxınlığında “Al” adlı market və digər iaşə obyektləri yerləşir. Hadisə yerinin yaxınlığında müxtəlif növ avtomaşınlar vardır. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 07.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.06.2019-cu il tarixli hökmü ilə 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq olunaraq 02 il sınaq müddəti müəyyən edilmişdir. Cinayət işinin 95-ci vərəqində olan 04 avqust 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş bütün ziyanın tamamilə ödənildiyini, heç bir şikayət və ya tələbinin olmadığını, gələcəkdə də olmayacağını bəyan etmişdir. Cinayət işinin 107-ci vərəqində olan 26 avqust 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və ya tələbinin olmadığını, gələcəkdə də olmayacağını ifadə etmişdir. Cinayət işinin 116-131-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.06.2019-cu il tarixli, 1(101)-497/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 26 oktyabr 2018-ci il tarixdən 27 oktyabr 2018-ci il tarixədək 1 (bir) gün və 06 noyabr 2018-ci il tarixdən 05 yanvar 2019cu il tarixədək olan müddət ərzində 1 (bir) ay 29 (iyirmi doqquz) gün, cəmi 2 (iki) ay həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə 2 (iki) ay həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 4 (dörd) il 10 (on) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində saxlanılan 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilmiş və 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Cinayət işinin 136-cı vərəqində olan AA0794030 və AA0794031 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17.02.2016-cı il və 30.05.2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Cinayət işinin 159-160-cı vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın 09.02.2022-ci il tarixli, 18986 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 1025,00 (min iyirmi beş) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş 07.01.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir şikayəti, tələbi olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş 24.01.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 11 oktyabr 2021-ci il - 09 fevral 2022-ci il tarixlərdə keçirilmiş 11 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 36 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-53/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-53/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver