Məhkəmə qərarları › İş №1(005)-530/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-530/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-530/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X6 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Ağdam rayonu Ağdamkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, heç yerdə işləməyən, Ağdam rayonu Sarıçoban kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına verəmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1 və 29,317.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış, cəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyaların verilməsinə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Sarıçoban kəndində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,549 qram çəkidə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə hesab edilən tiryəki əldə etdikdən sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssəsində Azərbaycan Respublikası CM-nin 234.4.1., 237.2.3 və 29,318.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərə görə məhkum olunaraq cəza çəkən əri Şahid7 ilə görüş zamanı ona vermək üçün hazırladığı əl çantasındakı sövqatın alt hissəsində gizlədərək saxlayaraq 01 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssəsinə daşıyaraq gətirmiş və əri ilə görüş zamanı ona vermək məqsədi ilə gətirdiyi əl çantasına CÇM-nin nəzarət buraxılış məntəqəsində çəzaçəkmə müəssəsinin əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən əl çantasının içərisində bir ədəd tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryək aşkar edilərək götürüldüyü üçün o, öz iradəsindən asılı olmayan səbəblərdən qadağan olunmuş həmin narkotik vasitəni yoxlamadan gizlədə bilməyərək cəzaçəkmə müəssisəsində cəza çəkən əri Şahid7 verməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317- 1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü evdar qadın olmuş və himayəsində 3 övladı olmuşdur. 01 oktyabr 2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətin 10 saylı X4 və Fizuli rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası 234.1, 237.2.3 və 218-ci maddələri ilə 8 il müddətinə cəzasını çəkən əri Şahid7 yanına uzun müddətli görüş üçün oğlu Şahid6lə birlikdə getməyi qərara almışdır. Evdə əl çantasına aldığı ərzaq məsullarını - qənd, çay, pesok, çörək, kolbasa, yağ, pendir, şirniyat və plasmas butulkada su yığmışdir. Sonra oğlu Şahid6 səhər birlikdə 10 saylı cəza çəkmə müəssəsinə gedəcəyini bildirmişdir. Səhəri günü oğlu Əbdül ilə birlikdə kənddə Bakıya gedən yol avtomobillərinin birinə minib Bakı şəhərinə gəlmişlər. Həmin gün saat 15:40 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsində o, ərizə blankını doldurdurmuş, sonra o və oğlu Əbdül müəssənin nəzarət buraxılış məntəqəsində əməkdaşlar tərəfindən Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinə əsasən cəza çəkmə müəssəsində saxlanılan məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı iltizamla xəbərdar olunmuşlar, həmçinin odlu və soyuq silah, narkotik və psixotrop maddələr, güclü təsir edən dərmanlar və sair əşyaların keçirilməsinin qadağan olunmasının bildirilmişdir. Bundan sonra müəssisə əməkdaşları tərəfindən və ora dəvət olunmuş hal şahidlərinin iştirakı ilə əl çantasının işərisində gətirdiyi ərzaq məhsullarına baxış keçirilmiş, baxış zamanı onun əl çantasının içərisində bir ədəd şəffaf sellofana bükülmüş qara rəngli maddə-büküm aşkar edilərək götürülmüşdür. Müəssisə əməkdaşları həmin selofan kəsiyi bükümü açaraq içərisində qara rəngli tiryək maddəsini aşkar edib götürdüklərini və ona aşkar olunmuş maddənin narkotik vasitə triyək olduğunu demişlər. Bundan sonra müəssisə əməkdaşı ondan əl çantasında baxış zamanı bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində aşkar olunmuş narkotik vasitə tiryəkin kimə məxsus olduğunu soruşduqda o, əl çantasında aşkar olunmuş maddənin narkotik vasitə olmasını bilmədiyini, həmin bükülünün hansı şəraitdə əl çantasına qoyulmasından xəbəri olmadığını, ola bilsin ki, həmin bükülünü əri Şahid7 tərəfindən tutulmamışdan əvvəl qoyulmasını, habelə onun həmin narkotik vasitə tiryəkin əl çantada olmasından məlumatı olmadığını bildirmişdir. Bundan sonra müəssisə əməkdaşları yazılı protokol tərtib etdiklərini və bütün iştirakçılar, o, cümlədən o, həmin protokolla tanış olub onun düzgünlüyünü imzası ilə təsdiq edib imzaladığını, ondan və oğlundan izahatlar alındığını, baxış zamanı nə ona nə dəki oğluna qarşı müəssisə əməkdaşları tərəfindən heç bir təziq edilmədiyini bildirmişdir.O, təkrar olaraq bildirir ki, narkotikin əl çantasına necə qoyulmasını bilmir, özü heç vaxtı narkotik və yaxud psixotrop maddə qəbul etməmiş və onların satışı ilə məşğul olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində baş inspektor vəzifəsində işləmişdir. 01 oktyabr 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsində xidməti iş yerində olarkən, həmin gün saat 15:40 radələrində ona müəssisənin nəzarət buraxılış məntəqəsindən müəssədə cəza çəkən Şahid7 yanına uzun müddətli görüşə həyat yoldaşı Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 gəldiyi, özü ilə əl çantasında gətirdiyi ərzaq məhsullarına baxış keçirilməsi barədə məlumat verilmiş və o, məntəqəyə gəlib Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 şəxsiyyət vəsiqələrini ona təqdim etdiklərini, məhkum Şahid7 görüşmək və ona ərzaq məsullar vermək istədiklərini bildirdiklərini demişdir. Müvafiq qaydada görüşmək və ərzaq məsullarını məhkuma verilməsi üçün ərizə blankı doldurulduğunu, Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinə əsasən cəza çəkmə müəssəsində saxlanılan məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı itizamla xəbərdar olunduqlarını bildirmişdir. Həmçinin odlu və soyuq silah, narkotik və psixotrop maddələr, güclü təsir edən dərmanlar və sair əşyaların keçirilməsinin qadağan olunması bildirildiyini demişdir. Bu barədə tərtib edilmiş iltizam Təqsirləndirilən şəxs və onun oğluna təqdim edildikdən sonra Təqsirləndirilən şəxs və onun oğlu iltizamla birlikdə tanış olduqlarını, sonra isə iltizamı imzaladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs onun əl çantasına və gətirdiyi sovqata baxış keçiriləcəyi bildirilmişdir. Sonra müəssənin əməkdaşları tərəfindən baxışda iştirak etmək üçün hal şahidləri qismində cəzaçəkmə müəssəsinin mühasibi Şahid4 və cəzaçəkmə müəssəsinin anbardarı Şahid5 dəvət olunduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış keçirilməsinə başlanıldığını, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əl çantasının içərisində heç bir qanunsuz əşya olmadığını, sadəcə sovqatın olduğunu bildirdiyini qeyd etmişdir. Keçirilən baxış zaman çantanın içərisində ərzaq məsullarını - qənd, çay, pesok, çörək, kolbasa, yağ, pendir, şirniyat və plasmas butulkada su və çantanın alt hissəsində şəffaf selofan kəsiyinə bükülmüş bir ədəd bükümün olduğu müəyyən olunduğunu, sonra həmin bükülü tərəfindən açıldıqda onun içərisində qara rəngli spesifik iyli narkotik vasitəyə bənzər maddə aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs əl çantasında bir ədəd sellofana bükülmüş maddə barədə soruşulduqda o, həmin maddənin əl çantasına necə düşdüyünü, tiryək bükümündən xəbəri olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əl çantasından bir ədəd şəffaf sellofana bükülmüş qara rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunduğundan, həmin maddə bükümünün zərfə qoyularaq qablaşdırıldığını və möhürləndiyini, bu barədə müvafiq protokol tərtib olunduğunu qablaşdırmanın üzəri və protokol iştirakçılar tərəfindən oxunularaq imzalarla təsdiq olunduğunu bildirmişdir. Bundan sonra həmin maddənin kimyəvi tərkibinin müəyyən edlməsi məqsədi ilə aşkar edilmiş bir büküm maddə Ədliyyə Nazirliyinin məhkəmə-ekspertiza mərkəzinə göndərildiyini, ekspertiza mərkəzindən daxil olmuş ekspert arayışına əsasən həmin maddənin narkotik vasitə tiryək olduğunu və təmiz çəkisinin 0,549 qram təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı X5 Nəzarət şöbəsində nəzarətçi işləmişdir. 01 oktyabr 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsində xidməti iş yerində olduğunu, həmin gün saat 15:40 radələrində ona müəssisənin nəzarət buraxılış məntəqəsindən müəssədə cəza çəkən Şahid7 yanına uzun müddətli görüşə həyat yoldaşı Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 gəldiyi, özü ilə əl çantasında gətirdiyi ərzaq məhsullarına baxış keçirilməsi barədə məlumat verildi və o, məntəqəyə gəldiyini, Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 şəxsiyyət vəsiqələrini ona təqdim etdiklərini, məhkum Şahid7 görüşmək və ona ərzaq məsullar vermək istədiklərini bildirdiklərini demişdir. Müvafiq qaydada görüşmək və ərzaq məsullarını məhkuma verilməsi üçün ərizə blankı doldurulduğunu, Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinə əsasən cəza çəkmə müəssəsində saxlanılan məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı itizamla xəbərdar olunduqlarını bildirmişdir. Həmçinin odlu və soyuq silah, narkotik və psixotrop maddələr, güclü təsir edən dərmanlar və sair əşyaların keçirilməsinin qadağan olunması bildirildiyini demişdir. Bu barədə tərtib edilmiş iltizam Təqsirləndirilən şəxs və onun oğluna təqdim edildikdən sonra Təqsirləndirilən şəxs və onun oğlu iltizamla birlikdə tanış olduqlarını, sonra isə iltizamı imzaladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs onun əl çantasına və gətirdiyi sovqata baxış keçiriləcəyi bildirilmişdir. Sonra müəssənin əməkdaşları tərəfindən baxışda iştirak etmək üçün hal şahidləri qismində cəzaçəkmə müəssəsinin mühasibi Şahid4 və cəzaçəkmə müəssəsinin anbardarı Şahid5 dəvət olunduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış keçirilməsinə başlanıldığını, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əl çantasının içərisində heç bir qanunsuz əşya olmadığını, sadəcə sovqatın olduğunu bildirdiyini qeyd etmişdir. Keçirilən baxış zaman çantanın içərisində ərzaq məsullarını - qənd, çay, pesok, çörək, kolbasa, yağ, pendir, şirniyat və plasmas butulkada su və çantanın alt hissəsində şəffaf selofan kəsiyinə bükülmüş bir ədəd bükümün olduğu müəyyən olunduğunu, sonra həmin bükülü tərəfindən açıldıqda onun içərisində qara rəngli spesifik iyli narkotik vasitəyə bənzər maddə aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs əl çantasında bir ədəd sellofana bükülmüş maddə barədə soruşulduqda o, həmin maddənin əl çantasına necə düşdüyünü, tiryək bükümündən xəbəri olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əl çantasından bir ədəd şəffaf sellofana bükülmüş qara rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunduğundan, həmin maddə bükümünün zərfə qoyularaq qablaşdırıldığını və möhürləndiyini, bu barədə müvafiq protokol tərtib olunduğunu qablaşdırmanın üzəri və protokol iştirakçılar tərəfindən oxunularaq imzalarla təsdiq olunduğunu bildirmişdir. Bundan sonra həmin maddənin kimyəvi tərkibinin müəyyən edlməsi məqsədi ilə aşkar edilmiş bir büküm maddə Ədliyyə Nazirliyinin məhkəmə-ekspertiza mərkəzinə göndərildiyini, ekspertiza mərkəzindən daxil olmuş ekspert arayışına əsasən həmin maddənin narkotik vasitə tiryək olduğunu və təmiz çəkisinin 0,549 qram təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsində inspektor vəzifəsində işləmişdir. 01 oktyabr 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsində xidməti iş yerində olduğunu, həmin gün saat 15:40 radələrində ona müəssisənin nəzarət buraxılış məntəqəsindən müəssədə cəza çəkən Şahid7 yanına uzun müddətli görüşə həyat yoldaşı Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 gəldiyi, özü ilə əl çantasında gətirdiyi ərzaq məhsullarına baxış keçirilməsi barədə məlumat verildi və o, məntəqəyə gəldiyini, Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 şəxsiyyət vəsiqələrini ona təqdim etdiklərini, məhkum Şahid7 görüşmək və ona ərzaq məsullar vermək istədiklərini bildirdiklərini demişdir. Müvafiq qaydada görüşmək və ərzaq məsullarını məhkuma verilməsi üçün ərizə blankı doldurulduğunu, Təqsirləndirilən şəxs və onun oğlu Şahid6 Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinə əsasən cəza çəkmə müəssəsində saxlanılan məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı itizamla xəbərdar olunduqlarını bildirmişdir. Həmçinin odlu və soyuq silah, narkotik və psixotrop maddələr, güclü təsir edən dərmanlar və sair əşyaların keçirilməsinin qadağan olunması bildirildiyini demişdir. Bu barədə tərtib edilmiş iltizam Təqsirləndirilən şəxs və onun oğluna təqdim edildikdən sonra Təqsirləndirilən şəxs və onun oğlu iltizamla birlikdə tanış olduqlarını, sonra isə iltizamı imzaladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs onun əl çantasına və gətirdiyi sovqata baxış keçiriləcəyi bildirilmişdir. Sonra müəssənin əməkdaşları tərəfindən baxışda iştirak etmək üçün hal şahidləri qismində cəzaçəkmə müəssəsinin mühasibi Şahid4 və cəzaçəkmə müəssəsinin anbardarı Şahid5 dəvət olunduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış keçirilməsinə başlanıldığını, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əl çantasının içərisində heç bir qanunsuz əşya olmadığını, sadəcə sovqatın olduğunu bildirdiyini qeyd etmişdir. Keçirilən baxış zaman çantanın içərisində ərzaq məsullarını - qənd, çay, pesok, çörək, kolbasa, yağ, pendir, şirniyat və plasmas butulkada su və çantanın alt hissəsində şəffaf selofan kəsiyinə bükülmüş bir ədəd bükümün olduğu müəyyən olunduğunu, sonra həmin bükülü tərəfindən açıldıqda onun içərisində qara rəngli spesifik iyli narkotik vasitəyə bənzər maddə aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs əl çantasında bir ədəd sellofana bükülmüş maddə barədə soruşulduqda o, həmin maddənin əl çantasına necə düşdüyünü, tiryək bükümündən xəbəri olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əl çantasından bir ədəd şəffaf sellofana bükülmüş qara rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunduğundan, həmin maddə bükümünün zərfə qoyularaq qablaşdırıldığını və möhürləndiyini, bu barədə müvafiq protokol tərtib olunduğunu qablaşdırmanın üzəri və protokol iştirakçılar tərəfindən oxunularaq imzalarla təsdiq olunduğunu bildirmişdir. Bundan sonra həmin maddənin kimyəvi tərkibinin müəyyən edlməsi məqsədi ilə aşkar edilmiş bir büküm maddə Ədliyyə Nazirliyinin məhkəmə-ekspertiza mərkəzinə göndərildiyini, ekspertiza mərkəzindən daxil olmuş ekspert arayışına əsasən həmin maddənin narkotik vasitə tiryək olduğunu və təmiz çəkisinin 0,549 qram təşkil etdiyini bildirmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı X2 Vüsalə Taryel qızının əl çantasına baxış keçirilən zaman nə müəssisənin əməkdaşları tərəfindən nədə ki, başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, yaxud psixi təsir göstərən olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində anbar müdürü işləmişdir. 01 oktyabr 2021-ci il tarixdə saat təxminən 15-40 radələrində 10 saylı cəzaçəkmə müəssisəsinin işçilərinin ona yaxınlaşaraq hal şahidi qismində iştirak etməkdən ötrü onu cəzaçəkmə müəssəsinə dəvət etdiklərini, o da onların dəvətinə etmədiyini və razılıq verdiyini bildirdiyini demişdir. O, 10 saylı cəzaçəkmə müəssəsinə daxil olduqdan sonra bir nəfərin də hal şahidi qismində müəssəyə daxil olduğunu gördüyünü bildirmişdir. 10 saylı cəzaçəkmə müəssəsinin nəzarət buraxılış məntəqəsində onların iştirakı ilə sonradan adını bildiyi Vüsalə adlı qadının əl çantasına baxış keçirildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əl çantasından şəffaf selofana bükülmüş qara rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin maddənin zərfə qoyularaq qablaşdırıldığını, möhürlə möhürləndiyini və bu barədə protokol tərtib olunduğunu, zərfin üzəri və protokolun iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunduğunu bildirmişdir. Baxış zamanı müəssənin əmkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təziq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Sarıçoban kəndində yaşamışdır. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı X4 və Fizuli rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası 234.1, 237.2.3 və 218-ci maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzasını çəkən atası Şahid7 yanına uzun müddətli görüş üçün anası Təqsirləndirilən şəxs ilə birlikdə getməyi qərara aldıqdan evdə anası əl çantasına ərzaq məsullarını qənd, çay, pesok, çörək, kolbasa, yağ, pendir, şirniyat və plasmas butulkada suyu yığdığını bildirmişdir. Sonra anası Vüsalə ilə səhər birlikdə 10 saylı cəza çəkmə müəssəsinə gedəcəklərini ona demişdir. Səhəri günü 01 oktyabr 2021-ci il tarixdə onlar birlikdə yol avtomobili ilə günorta saatlarında Bakıda yerləşən həmin müəssəyə gəlmiş, həmin gün saat 15:40 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsində anası ərizə blankını doldurdurmuş və anası müəssənin nəzarət buraxılış məntəqəsində əməkdaşlar tərəfindən Azərbaycan Respublikası CMnin 317-1.1-ci maddəsinə əsasən cəza çəkmə müəssəsində saxlanılan məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı itizamla xəbərdar olunmuşdur. Həmçinin odlu və soyuq silah, narkotik və psixotrop maddələr, güclü təsir edən dərmanlar və sair əşyaların keçirilməsinin qadağan olunması bildirilmişdir. Bu barədə tərtib edilmiş iltizam anasına və ona təqdim edilmiş və o, anası həmin iltizamla tanış olduqdan sonra əl çantasında heç bir qanunsuz əşya olmadığını bildirərək iltizamı da imzaladıqlarını bildirmişdir. Bundan sonra müəssisə əməkdaşları tərəfindən və ora dəvət olunmuş hal şahidlərinin iştirakı ilə anasının əl çantasının işərisində gətirdiyi ərzaq məhsullarına baxış keçirmişlər. Baxış zamanı əl çantasının içərisində 1 ədəd şəffaf sellofana bükülmüş qara rəngli maddə-büküm aşkar edilərək götürülmüşdür. Müəssisə əməkdaşları həmin selofan kəsiyi bükümü açaraq içərisində qara rəngli tiryək maddəsini aşkar edib götürmüş və onlara aşkar olunmuş maddənin narkotik vasitə triyək olduğunu bildirdiklərini demişlər. Bundan sonra müəssə əməkdaşı anasının əl çantasına baxış zamanı bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində aşkar olunmuş narkotik vasitə tiryəkin kimə məxsus olduğunu soruşduqda anası və o, da həyacan hissləri keçirtdiklərini və anasının əl çantasında aşkar olunmuş maddənin narkotik vasitə olmasını bilmədiyini, həmin bükülünün hansı şəraitdə əl çantasına qoyulmasından xəbəri olmadığını, ola bilsin ki, həmin bükülü Şahid7 tərəfindən tutulmamışdan əvvəl qoyulmasını, habelə onun özünün və anasının həmin narkotik vasitə tiryəkin əl çantada olmasından məlumatı olmadığını demişlər. Bundan sonra müəssənin əməkdaşlarının yazılı protokol tərtib etdiklərini və bütün iştirakçılar, o, cümlədən o, həmin protokolla tanış olub onun düzgünlüyünü imzaları ilə təsdiq etdiklərini, baxış zamanı nə ona nə dəki anasına müəssisə əməkdaşları tərəfindən heç bir təziq edilmədiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 və Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssəsinin əməliyyat şöbəsinin baş inspektoru, ədliyyə mayoru Şahid2 tərəfindən tərtib edilmiş 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, o, hal şahidləri Şahid4, Şahid5, əməliyyat şöbəsinin inspektoru ədliyyə leytenantı Şahid3, CM-nin RHŞ-nin nəzarətçisi ədliyyə giziri Şahid1 iştirakları ilə xx.xx.2021-ci il tarixdə, təxminən saat 15:40 radələrində 10 saylı CM-nin 6 saylı dəstəsində cəza çəkən, xx.xx.1974-cü il təvəllüdlü, xx.xx.2021-ci il tarixli Gəncə Ağır Cinayətlər məhkəməsinin AR CM-nin 234.4.1, 237.2.3, 228.1, 318.2-ci maddələrinə əsasən 7 il 3 ay müddətinə (cəzasının əvvəlixx.xx.2021-ci il, cəzasının sonu-xx.xx.2028-ci il) azadlıqdan məhrum edilmiş məhkum Şahid7 yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Ağdam rayonu, Sarıçoban kəndində yaşayan vətəndaş Təqsirləndirilən şəxs əl çantasına nəzarət buraxılış məntəqəsində baxış tədbiri keçirilən zaman içərisində şəffaf sellofana bükülmüş 1 (bir) büküm qara rəngdə narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş şəffaf sellofana bükülmüş 1 (bir) büküm qara rəngdə narkotik vasitəyə oxşar maddə hal şahidlərinin iştirakı ilə müvafiq qaydada zərfə qablaşdırıldı və möhürləndiyi, götürülmüş maddənin tərkibinin və növünün müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyi qeyd olunmuşdur. Həmin çantanın və aşkar edilmiş maddənin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli, 6/4341 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “məhkum R.Z. Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0, 549 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tiryək - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: tiryəkin təmiz çəkisi 0,549 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 0,449 qram. Ekspertiza xərci 114 manat təşkil edir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Ekspertiza Mərkəzinin 13.10. 2021-ci il tarixli 3921 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, 6/744 saylı məhkəmə ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum R.Z. Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Təqsirləndirilən şəxs əl çantasından aşkar edilmiş...” və s. yazısı olan zərfdəki bir ədəd şəffaf politiln bükümdə qalıq təmiz çəkisi 0, 449 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir.( maddənin ilkin təmiz çəkisi barədə xx.xx.2021-ci il tarixli 6/4341 saylı ekspert arayışında məlumat verilmişdir.) Qeyd: tiryək 0,449 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 0,349 qram. Ekspertiza xərci 110 manat təşkil edir. İşdə olan Agdam RİHB-nın Xındırıstan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - kustar üsulla alınmış bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,549 qram narkotik vasitə tiryək cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilərək, ekspertiza tədqiqatından sonra həmin narkotik vasitə tiryəkin qalığı 0,349 qram saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən CM-in 234.1 və 29,317.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 1-ci qrafasına əsasən təmiz halda 0,5 qram tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 0,549 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. 317-1.1 maddəsinə əsasən-cızaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi -min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1 və 29,317.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını, ilk məhkumlugunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 29,317.1-1-ci maddəsi ilə islah işləri cəzası təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən təyin edilmiş islah işləri cəzası iki günə bir gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə CM-nin 66.2 maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-nin 68.3-cü maddəsində qeyd olunur ki, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə- 68.3.1. islah işlərinin iki günü, 68.3.2. ictimai işlərin dörd saatı bərabər tutulur. Həmçinin CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci və 29,317.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona CM-nin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası, CMnin 29,317.1-1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən islah işləri cəzası iki günə bir gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə CM-nin 66.2 maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmalı, həbsdə saxlanıldığı 1 (bir) gün (01-02 oktyabr 2022-ci il), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə tiryəkin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci və 29,317.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatı üçün cəmi 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 29,317.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 29,317.1-1-ci maddəsi ilə hər ay qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 2 (iki) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-cü maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay islah işləri cəzası iki günə bir gün azadlığın məhdudlaşdırılması cəzası ilə-yəni 7 (yeddi) ay azadlığın məhdudlaşdırılması əvəz edilməklə, CM-nin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplansın, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Agdan rayonununn hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və çəkisi 0,349 qram narkotik maddə- tiyrək məhv edilsin. İş üzrə ekspertiza xərci 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatı üçün cəmi 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar