Məhkəmə qərarları › İş №1(005)-536/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-536/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-536/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Mirkazım oğlunun və Zərərçəkmiş şəxs7, tərcüməçi X4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməmklə məşğul olan, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 8-ci sıra, ev 56-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə, saat 06:00 radələrində Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 1 saylı binanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus “Opel” markalı, “Astra” modelli, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini yerindən qopardıb gizli yolla talayaraq, zərər çəkmiş şəxs Səfər Abullayevə 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 may 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 85 saylı yaşayış evinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı, “E 220” modelli, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü yerindən qopardıb gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 may 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 85A saylı yaşayış evinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus “Mercedes” markalı, “S 350” modelli, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü yerindən qopardıb gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan qaşqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 may 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı yaşayış evinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs4 məxsus “Mercedes” markalı, “S 550” modelli, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini yerindən qopardıb gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 640 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 26 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski və M.Əlizadə küçələrinin kəsişməsində saxlanılan Zərərçəkmiş şəxs5 məxsus “LADA” markalı, “Priora” modelli, y369xo/150 Rusiya Federasiyasına aid qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini yerindən qopardıb gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 31 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, M.Araz küçəsi, 67/71 saylı binanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs6 Mirkazım oğluna məxsus “LADA” markalı, “Niva” modelli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini yerindən qopardıb gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 03 avqust 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski və M.Əlizadə küçələrinin kəsişməsində saxlanılan Zərərçəkmiş şəxs7 məxsus “Mercedes” markalı, “S 350” modelli, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü yerindən qopardıb gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 may 2022-ci il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində olduğu zaman “Opel” markalı, “Astra” modelli dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı bir avtomobil görmüşdür. “Opel” markalı, “Astra” modelli avtomobilin olduğu yeri çəkən kamera olmağını görmüş və o, həmin avtomobilin sağ və sol yan güzgülərini oğurlamışdır. Əvvəlcə sağ güzgüsündən 2 əli ilə tutub güzgünü yerindən qopardıb və üzərində olan sellofana qoymuşdur. Sonra isə sol güzgünü yenə eyni qaydada yerindən qopardaraq sellofana qoyub, oradan uzaqlaşmışdır. Oğurluq nəticəsində əldə etmiş olduğu güzgüləri isə həmin tarixdə, günorta saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Maşın Bazarı” adlanan yerdə tanımadığı şəxsə 100 manat qarşılığında satmış və əldə etmiş olduğu 100 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 22 may 2022-ci il tarixdə, gecə saatlarında “Mercedes” markalı avtomobillərin yan güzgülərini oğurlamaq üçün münasib yer axtarmışdır. Həmin gün, saat 03:00 radələrində Bakı şəhəri Nizami rayonu, Babək prospektində olduğu zaman yaşayış evinin qarşısında saxlanılan “Mercedes” markalı, “E 220” modelli dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı bir avtomobil görmüşdür. “Mercedes” markalı, “E 220” modelli avtomobilin olduğu yeri çəkən kamera olmağından əmin olduqdan sonra həmin avtomobilin güzgüsünü oğurlamaq məqsədi ilə avtomobilə yaxınlaşmışdır və sol güzgüsündən 2 əli ilə tutub güzgünü yerindən qopartmışdır. Daha sonra həmin güzgünü idarə etdiyi “Kia” markalı avtomobilin yük yerinə qoyub, oradan uzaqlaşmışdır. Oradan uzaqlaşdıqdan sonra həmin tarixdə gecə saatlarında yenə “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurluq etmək üçün münasib yer axtarmışdır və Bakı şəhəri Nizami rayonu, Babək prospektində olduğu zaman yaşayış evinin qarşısında saxlanılan “Mercedes” markalı, “S 350” modelli dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı bir avtomobil görmüşdür. “Mercedes” markalı, “S 350” modelli avtomobilin olduğu yeri çəkən kamera olmağından əmin olduqdan sonra həmin avtomobilin güzgüsünü oğurlamaq məqsədi ilə avtomobilə yaxınlaşmış və sol güzgüsündən 2 əli ilə tutub güzgünü yerindən qopartmışdır. Daha sonra həmin güzgünü idarə etdiyi “Kia” markalı avtomobilin yük yerinə qoyub, oradan uzaqlaşmışdır. 22 may 2022-ci il tarixdə, yenidən gecə saatlarında yenə “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurluq etmək üçün münasib yer axtarmışdır və Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində olduğu zaman yaşayış evinin qarşısında saxlanılan “Mercedes” markalı, “S 550” modelli dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobil görmüşdür. “Mercedes” markalı, “S 550” modelli avtomobilin olduğu yeri çəkən kamera olmağını görmədiyindən o, həmin avtomobilin güzgülərini oğurlamaq məqsədi ilə avtomobilə yaxınlaşmışdır. Əvvəlcə sağ güzgüsündən 2 əli ilə tutub güzgünü yerindən qopardıb yerə qoymuşdur. Sonra isə sol güzgünü yenə eyni qaydada yerindən qopardaraq hər iki güzgünü götürüb idarə etdiyi “Kia” markalı avtomobilin yük yerinə qoyub, oradan uzaqlaşmışdır. Beləcə həmin gün 4 ədəd “Mercedes” markalı avtomobil güzgüsü əldə etmişdir. Səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində həmin güzgüləri tanışı Şahid borcunun qarşılığında vermək üçün sonuncu ilə görüşmüşdür. Həmin vaxt o, Şahid avtomobilini qaytarmış və borcunun qarşılığında verəcəyi güzgülərin avtomobilin baqaj hissəsində olduğunu bildirmişdir. Şahid həmin güzgülərə baxmış və ondan həmin güzgüləri haradan əldə etməyi barəsində maraqlanmışdır. O, güzgüləri oğurluq nəticəsində əldə etdiyini bildirdikdə, Şahid həmin güzgülərin lazım olmadığını bildirmişdir. O, həmin güzgünün birini həmin tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Maşın Bazarı” adlanan yerdə tanımadığı şəxsə 120 manat qarşılığında satmış və əldə etmiş olduğu 120 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Qalan 3 ədəd güzgü isə o, saxlanılan zaman polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa, 26 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski və M.Əlizadə küçələrinin kəsişməsində olduğu zaman “LADA” markalı, “Priora” modelli, Rusiya Federasiyasına məxsus qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini oğurlamaq qərarına gəlmişdir. Əvvəlcə sağ güzgüsündən 2 əli ilə tutub güzgünü yerindən qopartdıb və üzərində olan sellofana qoymuşdur. Sonra isə sol güzgünü yenə eyni qaydada yerindən qopardaraq sellofana qoyub, oradan uzaqlaşmışdır. Oğurluq nəticəsində əldə etmiş olduğu güzgüləri isə həmin tarixdə, axşam saatlarında yaşadığı evin yaxınlığında İlkin adlı tanışına 100 manat qarşılığında satmış və əldə etmiş olduğu 100 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra 31 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Nərimanov rayonu, M.Araz küçəsində olduğu zaman “LADA” markalı, “Niva” modelli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgülərini oğurlamaq qərarına gəlmişdir. Daha sonra avtomobilə yaxınlaşmışdır. Əvvəlcə sağ güzgüsündən 2 əli ilə tutub güzgünü yerindən qopardıb və üzərində olan sellofana qoymuşdur. Sonra isə sol güzgünü yenə eyni qaydada yerindən qopardaraq sellofana qoyub, oradan uzaqlaşmışdır. Oğurluq nəticəsində əldə etmiş olduğu güzgüləri isə həmin tarixdə, günorta saatlarında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Maşın Bazarı” adlanan yerdə tanımadığı şəxsə 70 manat qarşılığında satmış və əldə etmiş olduğu 70 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 03 avqust 2022-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski və M.Əlizadə küçələrinin kəsişməsində olduğu zaman “Mercedes” markalı, sonu 777 olan dövlət qeydiyyat nişanlı avtomobil görmüşdür. Avtomobilin sağ və sol yan güzgülərini oğurlamaq qərarına gəlmişdir. Əvvəlcə sol yan güzgüsündən 2 əli ilə tutub güzgünü yerindən qopardıb. Güzgünü çətinliklə qopartdığından sağ yan güzgünü qırmağa cəhd etməmiş, sol yan güzgünü sellofana qoyub oradan uzaqlaşmışdır. Oğurluq nəticəsində əldə etmiş olduğu güzgünü isə səhəri gün, yəni 04 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Röyal adlı tanışına pay olaraq vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, həmin güzgünü Röyala verən zaman güzgünün özünə məxsus olmasını bildirmişdir. Son olaraq məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxlərlə barışmış, onlara vurmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Bütün bunları nəzrə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Opel” markalı, “Astra” modelli, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 18 may 2022-ci il tarixdə, saat 21 radələrində o, idarə etdiyi avtomobilini yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 1 saylı binanın qarşısında saxlayaraq yaşadığı mənzilə daxil olmuşdur. 19 may 2022-ci il tarixdə, saat 08:00 radələrində o, avtomobilinə yaxınlaşan zaman avtomobilin sağ və sol yan güzgülərinin yerində olmadığını görmüşdür. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş zərəri ümumilikdə 650 manat hesab edir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlıə məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmədə dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Mercedes” markalı, “E 220” modelli, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 22 may 2022-ci il tarixdə, saat 01:00 radələrində o, avtomobilini yaşadığı, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 85 saylı yaşayış evinin qarşısında saxlamışdır. 22 may 2022-ci il tarixdə, saat 11:00 radələrində evdən çıxıb “Mercedes” markalı, “E 220” modelli avtomobilinə yaxınlaşan zaman avtomobilin sol yan güzgüsünün yerində olmadığını görmüş və ona məlum olmuşdur ki, avtomobilinin güzgüsü naməlum şəxs və ya şəxslər tərəfindən yerindən qopardılaraq oğurlanmışdır. 24 may 2022-ci il tarixdə isə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedərək ərizə ilə baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş zərəri ümumilikdə 300 manat hesab edir.Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlıə məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmədə dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Mercedes” markalı, “S 350” modelli, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 22 may 2022-ci il tarixdə, saat 00:30 radələrində o, avtomobilini yaşadığı, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 85A saylı yaşayış evinin qarşısında saxlamışdır. 22 may 2022-ci il tarixdə, saat 10:00 radələrində evdən çıxıb “Mercedes” markalı, “S 350” modelli avtomobilinə yaxınlaşan zaman avtomobilin sol yan güzgüsünün yerində olmadığını görmüş və ona məlum olmuşdur ki, avtomobilinin güzgüsü naməlum şəxs və ya şəxslər tərəfindən yerindən qopardılaraq oğurlanmışdır. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedərək ərizə ilə baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş zərəri ümumilikdə 250 manat hesab edir.Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlıə məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmədə dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Mercedes” markalı, “S 500” modelli, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 21 may 2022-ci il tarixdə, axşam saatlarında o, avtomobilini yaşadığı, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı yaşayış evinin qarşısında saxlamışdır. 22 may 2022-ci il tarixdə, saat 11:00 radələrində evdən çıxıb “Mercedes” markalı, “S 500” modelli avtomobilinə yaxınlaşan zaman avtomobilin sağ və sol yan güzgülərinin yerində olmadığını görmüş və ona məlum olmuşdur ki, avtomobilinin güzgüləri naməlum şəxs və ya şəxslər tərəfindən yerindən qopardılaraq oğurlanmışdır. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş zərəri ümumilikdə 500 manat hesab edir.Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlıə məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmədə dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, özünə məxsus “LADA” markalı, “Priora” modelli, y369xo/150 Rusiya Federasiyasına aid qeydiyyat nişanlı avtomobili axşam evə gəldiyi zaman xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində işə getmək üçün avtomobilinə yaxınlaşan zaman avtomobilinin sağ və sol yan güzgülərinin yerində olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, avtomobilinin güzgüləri naməlum şəxs və ya şəxslər tərəfindən yerindən qopardılaraq oğurlanmışdır. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş zərəri ümumilikdə 450 manat hesab edir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlıə məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs6 Mirkazım oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus “LADA” markalı, “Niva” modelli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində avtomobilini yaşadığı ünvanın qarşında ünvan 2 ünvana daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində çörək almaq üçün mağazaya gedərkən avtomobilinin yaxınlığından keçən zaman avtomobilin sağ və sol yan güzgülərinin yerində olmadığını görmüşdür. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş zərəri ümumilikdə 500 manat hesab edir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes” markalı, “S 350” modelli, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili evə gəldiyi zaman yaşadığı ünvan 3 ünvanın yaxınlığında saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 01:00 radələrində isə avtomobilini yaşadığı ünvanın qarşısında saxlayıb yaşadığı ünvana daxil olmuşdur. Həmin gün saat 19:00 radələrində gəzintiyə çıxarkən avtomobilinin yaxınlığından keçən zaman avtomobilin sol yan güzgüsünün yerində olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, avtomobilinin güzgüsü naməlum şəxs və ya şəxslər tərəfindən yerindən qopardılaraq oğurlanmışdır. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş zərəri ümumilikdə 600 manat hesab edir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid ibtidai istintaqda vermiş olduğu ifadəsində göstərmişdir ki, 21 may 2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində görüşən zaman sonuncudan 150 manat borcunu istəmişdir. Təqsirləndirilən şəxs pulunun olmadığını və borcunun əvəzində bir nəfərdən “Mercedes” markalı avtomobilin yan güzgülərini götürüb verə biləcəyini demişdir. O razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs güzgüləri gətirmək üçün ondan idarə etdiyi “Kia” markalı, “Rio” modelli avtomobilini istəmişdir. O da, avtomobilini Təqsirləndirilən şəxs vermişdir. Səhəri gün Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ona “Kia” markalı, “Rio” modelli avtomobilinin arxasında 4 ədəd “Mercedes” markalı avtomobilin yan güzgüsünü göstərib borcunun əvəzində ona verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs güzgüləri haradan əldə etməsi barədə maraqlandıqda sonuncu ona həmin güzgüləri oğurluq nəticəsində əldə etməsini bildirmişdir. O, güzgülərin cinayət yolu ilə əldə olunduğuna bildikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, güzgülər ona lazım deyil. Təqsirləndirilən şəxs da, demişdir ki, güzgüləri satıb borcunu verəcəkdir. 26 may 2022-ci il tarixdə, axşam saatlarında o, Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Kia” markalı, “Rio” modelli avtomobilin icarə müddətini uzatmaq üçün Bakı şəhəri Nərimanov rayonu ərazisində olduqları zaman Nizami RPİ-nin 24-cü PŞ-in əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışlar. Azərbayan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4868 saylı eksertiza rəyindən görünür ki, 03 ədəd güzgülərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 990,00 manat müəyyən olunmuş, digər 01 ədəd 2006-cı il istehsal olan Mersedes-Benz markalı S350 modelli AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsü tədqiqata təqdim edilmədiyinə görə qiymətləndirmə aparılmamışdır. Azərbayan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5768 saylı eksertiza rəyindən görünür ki, Mersedes markalı S350 modelli 592213 L serialı, qara rəngli, sol yan güzgüsünün istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına qədər olan orta bazar qiyməti təxminən 180,00 manat müəyyən olunmuşdur. Azərbayan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, 2233 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk etmək və onaları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Həmçinin onun hərəkətləri Azərbayan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbayan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoliji X7 Şəxi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5239 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Maddi sübut kimi tanınma haqqında 07 oktyabr 2022-ci il tarixli qərardan görnür ki, Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı, “E 220” modelli, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili sol yan güzgüsü, Zərərçəkmiş şəxs4 məxsus “Mercedes” markalı “S 550” modelli, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgüləri və Zərərçəkmiş şəxs7 məxsus “Mercedes” markalı, “S 350” modelli, **-KH-*** dövlət qeydiyat nişanlı avtomobilin sol yan güzgüsü iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 06 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli biliərək həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədiri seçilmişdir. Həbsetmənin əvvəli 06 avqust 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmüdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il, 06 altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə ünvanlamış sorğuya əsasən təqdim olunan cavab məktubundan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-114/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olmuş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmiş, məhkumun yerini müəyyən etmək mümkün olmadığından qeydiyyata alınmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs7 tərəfinədən məhkəmənin dəftərxanası vasitəsi ilə təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfinədən məhkəmənin dəftərxanası vasitəsi ilə təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 tərəfinədn məhkəmənin dəftərxanası vasitəsi ilə təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 Mirkazım oğlu tərəfinədən təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfinədən təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfinədən təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfinədən təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq ərizəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur gələcəkdə də olmayacaqdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxlərlə barışmasını, törətmiş olduğu cinayət əməli nəticəsində onlara dəymiş ziyanı tam şəkildə ödəməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmədə istintaqı zamanı məlum olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-114/2022 saylı xx.xx.2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olmuş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası mövcüddur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-114/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş lakin, ica edilməmiş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökm üzrə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 27 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 10 (on) ay 05 (beş) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı, “E 220” modelli, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili sol yan güzgüsü, Zərərçəkmiş şəxs4 məxsus “Mercedes” markalı “S 550” modelli, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol yan güzgüləri və Zərərçəkmiş şəxs7 məxsus “Mercedes” markalı, “S 350” modelli, **-KH-*** dövlət qeydiyat nişanlı avtomobilin sol yan güzgüsünun dəyəri zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 100.00 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20(iyirmi) iş saatı üçün 120(yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, Bakı şəhər Xətai rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, 10 (on) ay 05 (beş) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatnın dəyəri 100.00(yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar