Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-54/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi – X8 iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilməmiş, ali təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi ev 1, İ/B-da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ev 29-da yaşamış, Bakı şəhəri Nərimanov rayonu məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya Mənzil X11 vasitəsi ilə sosial ev təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 6-də yerləşən “Gilavar” restoranın qarşısında yoldaşı Şahid1 vasitəsi ilə 6500 manatı, xx.xx.2021-ci ildə ünvan 1 ünvanında yerləşən “Bravo” mağazasında olan “MilliÖn” terminalı vasitəsi ilə həyat yoldaşı Şahid1 hesab kartına göndərilmiş 380 manatı, xx.xx.2021-ci ildə ünvan 2 ünvanında yerləşən “Yeni Supermarket” mağazasında olan “MilliÖn” terminalı vasitəsi ilə anası X1 hesab kartına göndərilmiş 280 manatı, 2021-ci ilin avqust ayında ünvan 6-də yerləşən “Gilavar” restoranın qarşısında yoldaşı Şahid1 vasitəsi ilə 600 manatı, 2021-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102-də yerləşən “N.Nərimanov” adına istirahət parkında 500 manatı, 2021-ci ilin sentyabr ayında ünvan 6də yerləşən “Gilavar” restoranın qarşısında 500 manatı, yəni vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə ümumilikdə 8760 manatı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş və 2018-ci ildə könüllü olaraq raportla müraciət edərək işlədiyi dövlət qurumundan xaric olunmuşdur. Həmin dövrdən heç bir işlə məşğul deyil. İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən “Dəniz” adlı istirahət mərkəzində istirahət edən zaman Elmir adlı şəxslə tanış olmuşdur, Elmiri 2019-cu ildən tanıyır. 2021-ci ilin iyun ayında orada istirahət edərkən Şahid2 adlı şəxslə tanış olmuş və həmin şəxsin Elmirin tanışı olduğu ona məlum olmuşdur. Sonrakı görüşlərində, Elmirin və Urfanın iştirakı ilə söhbət edən zaman dövlət işçilərinə verilən sosial evlərdən söhbət açılmış, o da danışıq əsnasında dövlət qulluğunda işləyən şəxslərə Mənzil İnşaat Dövlət Agentiyi (MİDA) tərəfindən sosial evlərin alınmasını təşkil edə bildiyini və bu işlərlə məşğul olduğunu söyləmişdir. Bunu deyərkən əvvəlcə heç bir məqsədi olmamış, ardınca Urfan ona qardaşı Zərərçəkmiş şəxs polis orqanlarında işlədiyini, şəxsi evi olmadığını, sosial ev alınması üçün bir neçə dəfə cəhd göstərsə də, sosial ev əldə edə bilmədiyini və ondan həmin sosial evlərdən əldə olunması üçün köməklik edə bilib bilmədiyini soruşmuşdur. Bunun ardınca Urfan ondan istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ondan tələb etmişdir ki, qardaşı Ruhana versin və Ruhan ona zəng vuraraq sosial evlərin alınmasında ondan köməklik alsın. Bunun ardınca Zərərçəkmiş şəxs onun ***-***-**-** saylı mobil nömrəsinə “whatsapp” internet tətbiqi ilə əlaqə saxlayaraq, ondan MİDA-dan sosial evlərin alınmasında köməklik etməyini istəmişdir. O, da Zərərçəkmiş şəxs köməklik edə biləcəyi barədə bildirmişdir. Həmin vaxtı fikirləşmişdir ki, bəlkə qanuni yolla müraciət edərək bu işi həll edər. Həmçinin həmin vaxtı pula ehtiyacı olduğu üçün fikirləşmişdir ki, bu adla Ruhandan pul alar. Danışıq zamanı Ruhandan həmin sosial evi təşkil etməyi üçün özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini və maaş kartının notarial qaydada təsdiq edilmiş surətlərini və ilkin ödəniş kimi 6500 (altı min beş yüz) manat məbləğində pul tələb etmişdir. Ruhan da onunla razılaşmışdır. Amma Ruhana veriləcək sosial evin sahəsi və otaqlarının sayı barədə dəqiq cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə Ruhan ona zəng vuraraq artıq bütün sənədləri notarial qaydada təsdiq edilmiş formada hazır etdiyini və bundan başqa ondan sosial evi təşkil edəcəyinə dair alacağı ilkin 6500 (altı min beş yüz) manat dəyərində pulu hazır etdiyini bildirib, qeyd olunanları ona təqdim edəcəyi təqdirdə sosial evi təşkil edə biləcəyini soruşmuşdur. O, da Ruhanı əmin etmişdir ki, verdiyi vədi yerinə yetirəcək və qeyd olunan sənədləri və 6500 (altı min beş yüz) manat məbləğində pulu hal-hazırda Bakı şəhərində olmadığından Bakı şəhəri, Nərimanov rayonu, “Gilavar” restoranının qarşısında həyat yoldaşı Şahid1 təqdim etməsini və Şahid1 da həmin məbləğdə pulu və sənədləri ona verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı Şahid1 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gilavar” restoranın qarşısında Zərərçəkmiş şəxsla görüşərək, sənədləri və 6500 (altı min beş yüz) manat məbləğində olan pulu Ruhandan almışdır. Ardınca həyat yoldaşı Şahid1 əvvəl yaşadıqları ünvan 3 ünvana taksi sifariş verəcəyini, sənədləri və 6500 (altı min beş yüz) manat məbləğində pulu sifariş verdiyi taksiyə verməyini və taksi də həmin vaxt olduğu İsmayıllı rayonu, Lahıc qəsəbəsinə qeyd olunan sənədləri və pulu gətirəcəyini bildirmişdir. Beləliklə qeyd olunan 6500 manat pulu və sənədləri adını bilmədiyi taksi sürücüsü yoldaşı Səidədən alaraq İsmayıllı rayonu, Lahıc qəsəbəsindəki Dəniz istirahət mərkəzində gətirib ona vermiş və taksiyə buna görə təxminən 50 manat pul vermişdir. Bunun ardınca 2021-ci ilin iyul ayında bir sıra problemləri yarandığından ardıcılıqla Ruhandan 380 (üç yüz səksən) manat məbləğində pulu “Kapital Bank”-a aid ******************** saylı Şahid1 məxsus hesab nömrəsinə və 280 (iki yüz səksən) manat məbləğində pulu “Kapital Bank”-a aid **********950792 hesab nömrəli anası Qarayeva X5 məxsus bank kartına yükləməsini istəmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmış və qeyd olunan pul məbləğlərini qeyd olunan bank kartlarına “MilliÖn” terminalı vasitəsilə göndərmişdir. Həmin pulları o, Ruhandan evin sənədləşmə işi ilə bağlı ehtiyac olduğu üçün aldığını bildirmişdir. Həmin bank kartları onda olduğundan həmin kartlar vasitəsilə qeyd olunan pulları Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Kapital Bank”-ın bankomatından çıxararaq götürmüşdür. Ardınca 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq, sosial evin ilkin 2 aylıq ödənişinin qabaqcadan vermək lazım olduğunu bildirərək, Ruhandan 600 (altı yüz) manat pulu istəmiş və Ruhan da bununla razılaşmış və həyat yoldaşı Şahid1 qeyd olunan pulu təqdim etməsini bildirmişdir. Ruhan həyat yoldaşı Səidə ilə Nərimanov rayonunda yerləşən “Gilavar” restoranında görüşərək ona 600 (altı yüz) manat məbləğində pulu təqdim etmiş və həyat yoldaşı Şahid1 da həmin 600 (altı yüz) məbləğində pulu ona vermişdir. Belə ki, həmin ərəfədə o, İsmayıllı rayonunda olduğundan Elmirə zəng edib Səidədən 600 manatı götürməsini və rayona gələn zaman ona verməsini xahiş etmişdir. Elmir də Səidə ilə görüşüb 600 manat pulu almış və İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən Dəniz istirahət mərkəzində ona vermişdir. Bundan sonra mütəmadi olaraq Ruhan onunla əlaqə saxlayaraq tərəfindən Ruhana vəd verdiyi sosial evin alınması barədə soruşduqda, o, Ruhana bu barədə çalışdığını və nəticəsinin qısa müddətdə olacağını bildirmişdir. 2021-ci ilin avqust ayında o, Ruhana zəng vuraraq bir sıra sənədlərə imza çəkməsininin lazım olduğunu və bundan başqa sənədləşmə işi ilə bağlı əlavə 500 (beş yüz) manat pulun lazım olduğunu bildirmişdir. Buna görə Ruhanla o, Nərimanov rayonunda yerləşən Nəriman Nərimanov adına istirahət parkında görüşərək, Ruhana 1 saylı “Asan Xidmət”dən sosial evlərin alınması üçün əldə etdiyi anket məlumatları imzalatdırmış və 500 (beş yüz) manat pulu Ruhandan almışdır. Qeyd etmişdir ki, həmin sənədləri istənilən şəxs Asan Xidmətdən əldə edə bilər. Bunu etməkdə məqsədi Ruhanı inadırmaq olmuşdur ki, guya evlə bağlı iş gedir. 2021-ci ilin sentyabr ayında o, Ruhana zəng vuraraq Asan Komunaldan bir sıra blankların və siyahıların alınmasının lazım olduğunu bidirərək, Bakı şəhəri, İnqilab prospektində yerləşən Asan Komunala yaxınlaşmasını və orada işləyən həyat yoldaşı Şahid1 dayısı oğlu olan Şahid3 Ruhandan tələb etdiyi siyahıları və blankları almasını istəmişdir. Belə ki, o, yalandan X9 “MİDA”-da satışa qoyulmuş Hövsan ya da Yasamal rayonunda yerləşən sosial evlərin otaqlarının qiymətləri, MİDA ilə bağlı kredit qəbul edən bankların siyahıları barədə blankları əldə etməsini istəmişdir. Bunu etməkdə məqsədi Ruhan işin getməsini görüb ondan verdiyi pulu tələb etməsin. Buna görə Ruhan da Şahid3 ilə görüşərək, tələb etdiyi blankları və siyahıları almış və onunla əlaqə saxlayaraq həmin blankların və siyahıların hazır olduğunu bildirmişdir. O, Ruhana sonuncu evin yekun sənədlərinin hazırlanması üçün əlavə 500 (beş yüz) manat da pulun lazım olduğunu bildirmiş, Ruhan da razılaşıb Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gilavar” restoranının qarşısında onunla görüşərək, tələb etdiyi siyahı və blankları və bundan başqa 500 (beş yüz) manat məbləğində pulu Ruhandan almışdır. Pulu aldıqdan sonra artıq Ruhan hər dəfə onunla əlaqə saxlayaraq evlə bağlı maraqlanmağa başlamışdır. 2021-ci ilin sentyabr ayının sonlarında Elmir, Ruhan, Urfan və o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Kosmos” adlı restoranın qarşısında görüş təyin etmişlər. Görüş zamanı Ruhan ondan nəyə görə verdiyi pul müqabilində sosial evin alınmasını həyata keçirmədiyi barədə soruşduqda, o, Ruhana 1 ay ərzində verdiyi vədi yerinə yetirərək, sosial evin alınmasını təşkil edəcəyini, əgər təşkil edə bilməsə, aldığı 8760 (səkkiz min yeddi yüz altmış) manat məğləğində pulu geri qaytaracağını bildirmişdir. Lakin, o, Ruhandan aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün verdiyi vədə əməl edə bilməmiş, həmin pulu da Ruhana geri qaytara bilməmişdir. O, Ruhandan hissə-hissə olmaqla, ümumilikda 8.760 (səkkiz min yeddi yüz altmış) manat məbləğində pul almışdır. O, əvvəllər MİDA və ya cinayəti törədən vaxt digər dövlət orqanında işləməmiş, heç kimə də MİDA agentliyi vasitəsi ilə sosial ev təşkil etməmişdir. Baş vermiş proseslər zaman o, tək olmuş və verdiyi vədi əməl etmək üçün əldə etdiyi 8760 manat məbləğində pulun hamısı ona çatmışdır. Həmin puldan kiməsə heç bir məbləğdə pul verməmişdir. Səidə 6500 manatı və 600 manatı Ruhandan alan zaman ondan bu pulların nə olduğunu soruşmuş, o da Səidəyə həmin pulları sosial ev düzəltmək adı ilə aldığını, guya kimlərəsə sosial evlər düzəltməklə məşğul olduğunu yalandan bildirmiş, lakin Ruhanı həmin adla aldadıb pullarını ələ keçirmək məqsədinin olmasını Səidəyə deməmişdir. Həmçinin ilkin danışıqda Elmir iştirak edən zaman onun həqiqətən MİDA vasitəsi ilə soisal ev düzəltməyinə, bu işlə məşğul olduğuna inanmış, əvvəlcə Ruhandan pulun alınmasından məlumatsız olsa da sonradan bu barədə məlumatlı olmuşdur. O, yalandan Ruhana və qardaşı Urfana həmin sosial evi MİDA-da işləyən qayınatasının vasitəsi ilə həll edəcəyini bildirmişdir. Lakin, onun keçmiş qayınatası Mehman heç vaxt dövlət orqanında və ya MİDA-da işləməmişdir. Sadəcə o, Ruhanı inandırmaq üçün belə yalan uydurmuşdur. Əməlindən peşman olduğunu, zərəçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmək niyyətində olduğunu bildirərək, eyni zamanda himayəsində azyaşlı uşaqlarının olmasını qeyd edərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2021ci ilin iyun ayının əvvələrində qardaşı Şahid2 vasitəsi ilə Elmir adlı şəxsi tanımışdır. Belə ki, Elmir, Qulam və qardaşı birlikdə olarkən, Elmir Şahid2 Qulamın Mənzil X11 (MİDA) vasitəsi ilə dövlət qulluğunda çalışan şəxsləri sosial evlər ilə təmin edə bilməsi barədə bildirmişdir. Bu zaman qardaşı Urfan onun evi olmadığı üçün sosial ev axtarmağı barədə onlarla söhbətləşmiş və köməklik etməyini xahiş etmişdir. Ardınca Qulam onun mobil nömrəsini qardaşı Urfandan almışdır. Bu barədə Urfan da onunla danışaraq məlumatlandırmışdır. Qeyd olunan günün səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə Qulam onun mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən whatsapp internet tətbiqi ilə əlaqə saxlayıb, tanışlıq yaratdıqdan sonra qayınatasının sosial evlərin təmin edilməsi ilə məşğul olduğunu bidirərək, ondan özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, maaş kartının surəti və qeyd olunan sənədlərin notarial qaydada təsdiq edilmiş formada hazırlayıb və bundan başqa 6500 (altı min beş yüz) manat məbləğində pul istəmişdir ki, ona Mənzil X11 (MİDA) vasitəsi ilə sosial ev təşkil edəcəkdir. O, Qulmadan dəfələrlə bunu necə edəcəyini soruşsa da, Qulam əminlikdə ona verdiyi vədi yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə qeyd olunan sənədləri hazırlayıb, Qulama zəng edib bildirdiyi sənədləri və 6500 manatı hazırladığını söyləmişdir. Qulam isə ona hazırda işi ilə bağlı Bakı şəhərində olmadığını və buna görə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gilavar” restoranının qarşısında qeyd olunan sənədləri və 6500 (altı min beş yüz) manatı arvadı Səidəyə verməyini və Səidənin də qeyd olunan sənədləri, pulu qayınatasına çatdıracağını söyləmişdir. Qulam danışıq zamanı qayınatası vasitəsi ilə ona sosial ev alınmasını həyata keçirəcəyini söyləmişdir. Səidədən onun Qulamı arvadı olmasını soruşub əmin olduqdan sonra qeyd olunan sənədləri və 6500 (altı min beş yüz) manat pulu Səidəyə vermişdir. Həmin vaxtı Qulamın sözünə əsasən Səidəyə pulu və sənədləri atasına çatdıracağını soruşduqda Səidə narahat olmamağımı bildirmişdir. Həmin gündən sonra daima o, Qulamla əlaqə saxlayaraq sosial ev məsələsi barədə maraqlanırmış. Qulam isə həmişə işin tezliklə həll olunacağını söyləmişdir. Sənədləri və 6500 (altı min beş yüz) manatı Qulamın arvadı Səidəyə verdikdən təxminən 1 ay sonra Qulam ona zəng edərək, yoldaşı Ərəbova Pərvanə işləmədiyi üçün sosial evin alınmasında problemlər yarandığını bildirmişdir. O, isə Qulama qabaqcadan belə danışmadıqları barədə bildirmişdir. Qulam isə ona narahat olmamağını, həmin problemi həll edəcəyini bildirib buna görə ondan 380 (üç yüz səksən) manat məbləğində pul istəmişdir. O, da 01 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Bravo” mağazasında “MilliÖn” terminal aparatı vasitəsilə 380 (üç yüz səksən) manat məbləğində pulu Qulamın ona əvvəlcədən göndərdiyi “Kapital Bank”-a aid Şahid1 məxsus ******************** saylı hesab nömrəsinə göndərmişdir. Bundan sonra Qulamla telefon danışığı zamanı ona bütün problemləri həll etdiyini və sosial evin alınmasını həyata keçirəcəyini, onu mənzillə təmin edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Qulam onunla əlaqə saxlayaraq sənədlərin yığılmasında yenə də problemlərin yarandığını bildirərək, ondan əlavə olaraq 280 (iki yüz səksən) manat pulu “MilliÖn” terminal aparatı vasitəsilə “Kapital Bank”-a aid X2 məxsus 6768 6753 9495 0792 saylı hesab nömrəsinə pul göndərməyini istəmişdir. Bunu gördükdə Qulama belə razılaşmadıqları bildirdikdə, Qulam ona qeyd olunan 280 (iki yüz səksən) manat pulu MİDA tərəfindən istənildiyini bildirmişdir. O, da xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən adını xatırlamadığı marketdə “MilliÖn” terminalı vasitəsilə 280 (iki yüz səksən) manat məbləğində pulu qeyd olunan hesab nömrəsinə göndərmişdir. 2021-ci ilin avqust ayında o, Qulamla əlaqə saxladıqda, Qulam ona artıq sosial evinin alındığını və evin qabaqcadan 2 aylıq ödənişi olan 600 (altı yüz) manat pulun və iş yerinin arayışının arvadı Səidəyə çatdırmağının vacib olduğunu ona söyləmişdir. O, da Qulamla razılaşıb, ünvan 6 ünvanında yerləşən “Gilavar” restoranının qarşısında Qulamın arvadı Səidə ilə görəşərək, 600 (altı yüz) manat pulu Səidəyə vermişdir. O, Səidəyə pulu vermiş və aralarında heç bir söhbət olmadan ayrılmışlar. O, bundan sonra Qulam ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Qulam isə bir neçə günə məsələni həll edəcəyini söyləyirmiş. 2021-ci ilin avqust ayında Qulam ona zəng vuraraq sənədlərin hazır olduğunu, buna görə 500 (beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O, hər dəfə bir bəhanə ilə ondan pul almasını irad bildirən zaman sənədləşmə işi ilə bağlı xərc tələb olunduğunu, pulu verməli olduğunu, verməyəcəyi təqdirdə işin alınmaycağını bildirirmiş. O da artıq Qulama böyük məbləğdə pul verdiyindən və işinin alınması üçün Qulamla razılaşıb 2021-ci ilin avqust ayında Bakı şəhəri, Təbriz küçəsində yerləşən “N.Nərimanov” adına istirahət parkında görüşərək həmin pulu Qulama ikilikdə vermişdir. Həmin zaman Qulam ona bir neçə sənədlərə imza çəkdirmişdir. Həmin sənədlərin isə MİDA ilə onun adına bağlanmış müqavilə olduğunu bildirmişdir. Həmin vaxtı hava qaranlıq olduğundan o, sənədləri oxumadan imza etmişdir. Həmin gündən sonra Qulam hər dəfə ona müxtəlif bəhanələr gətirərək qısa müddət ərzində onun sosial ev ilə təmin olunacağını söyləyirmiş. 2021-ci ilin sentyabr ayında Qulam ona zəng vuraraq Asan Kommunaldan bir sıra blankların alınmasının lazım olduğunu və Bakı şəhəri, İnqilab prospektində yerləşən Asan Kommunalda işləyən qohumu Şahid3 adlı şəxsin mobil nömrəsini verərək Cavanşirlə əlaqə saxlayıb Cavanşirin işlədiyi müəssisədə görüşməyini, həmin blankları Cavanşirdən götürməyini istəmişdir. Bundan əlavə həmin blankları əldə etdikdən sonra məsələni tezləşdirmək, yəni sənədləri dərhal qeydiyyata saldırıb sosial evin yekun sənədinin əldə edilməsi üçün əlavə 500 manat pulu verməli olduğunu bildirmişdir. O da Qulamla razılaşmış və Şahid3 ilə telefon əlaqəsi saxlayaraq Bakı şəhəri, İnqilab prospektində yerləşən Asan Kommunalın inzibati binasına gedib Cavanşirlə görüşmüşdür. Cavanşiri o, Asan Komunal mərkəzində 1-ci mərtəbədə gözləmiş və Cavanşir ona yaxınlaşdıqdan sonra 1-ci mərtəbədə yerləşən qeydiyyat şöbəsinə yaxınlaşıb ordakı əməkdaşdan MİDA ilə bağlı müxtəlif sənədlər, yəni güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər barəsində məlumat blankını, Hövsan yaşayış kompleksində olan mənzillərin qiymət cədvəlinin blankını, Agent banklar haqqında məlumat blankını götürüb ona vermişdir. Həmin blanklar imzasız və möhürsüz olmuşdur. O, həmin blankların şəkilini çəkib özündə saxlamışdır. Cavanşir ona sənədləri verdikdən sonra aralarında heç bir danışıq olmadan oradan çıxıb getmişdir. Bundan sonra Qulam ilə əlaqə saxlamışdır. 2021-ci ilin sentyabr ayında ünvan 6 ünvanında yerləşən “Gilavar” restoranın qarşısında Qulam ilə görəşərək ona 500 (beş yüz) manat məbləğində pulu vermişdir. Bundan bir neçə gün sonra Qulam ona zəng vuraraq “asan imza” aça bilmədiyini və bundan ötəri qohumu Şahid3 ilə əlaqə saxlayaraq “asan imza” açdırmağını istəmişdir. O da Şahid3 ilə Bakı şəhəri, İnqilab prospektində yerləşən Asan Kommunalın binasında görüşərək məsləhətləşib, qeyd olunan Asan Kommunalın yanında yerləşən Asan Xidmətin inzibati binasında ona məxsus ***-***- **-** saylı mobil nömrəsinə “asan imza” əldə etmişdir. Bu barədə Qulama məlumat vermişdir. Bundan sonra Qulam ona səbirli olmağını və zəng gözləməyini, 2-3 günə ona sosial evinin alınması və sənədinin verilməsi barədə şad xəbər verəcəyini vəd etmişdir. Lakin, həmin müddət keçsə də Qulam hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzadırmış. Artıq işin uzandığını görüb 2021-ci ilin sentyabr ayının sonlarında Qulam, Elmir, qardaşı Urfan və o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Kosmos” restoranın qarşısında görüş təyin etmişlər. Görüş zamanı o, Qulamdan ona vəd verdiyi sosial evin alınmasını başa çatdırmasını, əks təqdirdə isə əldə etdiyi pulu qaytarmasını bildirmişdir. Bu zaman Elmir ona bildirmişdir ki, hərtərəfli bu işlə maraqlanıb və öyrənmişdir ki, Qulam onun verdiyi pulun 1700 (min yeddi yüz) manatın xərcləyib, buna görə də Qulamın qayınatası ilə ziddiyyətləri olduğundan ona vəd verdiyi sosial evi təmin edə bilmir. Bundan əlavə Elmir bildirmişdir ki, o, Qulama zamindir və 1 ay müddətində əgər sosial evin alınmasını təmin edə bilməsə, Elmir özü bu işi həll edəcək. Bunun müqabilində Elmir ondan 1 ay vaxt istəmişdir. O da Qulamla sonuncu dəfə olaraq razılaşmışdır. Lakin, yenə də Qulamdan heç bir hərəkət olmamış və sonradan artıq ondan qaçmağa başlamışdır. O, Qulama hissə-hissə olmaqla, ümumilikda 8.760 (səkkiz min yeddi yüz altmış) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və pulunun tam olaraq qaytarılmasını tələb edir. Məhkəmə iclasında dinridilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş və nigahlarından 2 övladları dünyaya gəlmişdir, 2021-ci ilin aprel ayının 2-dən etibarən o, Qulamdan ayrılıb atasının yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 824/834, mənzil 430-də qalmışdır. Ayrı yaşasalar da telefonla Qulamla danışırmış. Həmin müddətdə o, işləyib övladlarına və özünə baxırmış. Qulam isə onunla danışdığı zamanı guya tanışlara sosial evlərin düzəlməsi ilə bağlı köməklik etdiyini bildirirmiş. Lakin, kimə və necə sosial ev düzəltməsini söyləməmiş, sadəcə deyirmiş ki, sosial ev düzəldir. Həmin ərəfədə ailələrində olan problemlə bağlı və ayrı yaşadıqlarından o, Qulamın gördüyü işlərlə maraqlanmamışdır. Səhv etmirsə xx.xx.2021-ci il tarixdə Qulam xatırlamadığı mobil nömrədən ona zəng vurub Bakı şəhərində olmadığını, İsmayıllı rayonu, Lahıc kəndində olduğunu və uzaqda olduğundan 1 nəfər şəxsin yaşadıqları ünvanın yaxınlığında yerləşən “Gilavar” restoranın yanına gələcəyini, həmin şəxsin 6500 manat pulu ona, yəni Qulama verməli olduğunu, uzaqda olduğu üçün pulu gedib onun adından həmin şəxsdən götürməyini bildirmişdir. Həmçinin həmin şəxsin ona puldan başqa hansısa sənədlər də verəcəyini bildirmişdir. O, da Qulamın sözünə əsasən xx.xx.2021-ci ildə “Gilavar” restoranın qarşısında əlində sənədlər olan bir nəfər şəxs ona yaxınlaşıb Qulamın yoldaşı Səidə olub-olmadığını soruşmuşdur. O da bunu təsdiqlədikdən sonra həmin şəxs ona üzdən gördüyü qədəri ilə 100 manatlıq əskinasdan və hansısa sənədlərdən ibarət olan 01 ədəd faylı ona vermişdir. Görüş zamanı ona pul və sənədləri verən şəxsin adını bilməmişdir. Qulama zəng vurub pulu və sənədləri aldığını bildirmiş, hətta danışıq zamanı nəyə görə bu adamdan pul və sənəd götürdüyünü soruşduqda Qulam ona narahat olmamağını, həmin şəxsə aldığı pulun müqabilində sosial ev düzəldəcəyini söyləmişdir. Qulam hansısa tanışının gəlib ondan pulu götürəcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Qulamın hansısa adını bilmədiyi bir nəfər tanışı göy rəngli “Opel Vectra” markalı, dövlət nömrə nişanını bilmədiyi maşınla yaşadığı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 824/834-ün qaşısına gəlmiş və pulu sənədlərlə birlikdə ondan alıb getmişdir. Sonradan səhv etmirsə 2021-ci ilin avqust ayında o, Qulamın sözünə əsasən həmin ünvanda eyni adamla görüşüb həmin şəxsdən 600 manat pul və hansısa sənədləri almışdır. Həmin vaxtı da Qulam Bakı şəhərində olmamış və Qulamın zənginə əsasən həmin ünvana getmişdir. Pulu və sənədi həmin şəxsdən aldıqdan sonra bu barədə Qulama bildirmiş, Qulam ona tanışı Elmirin pulu gəlib ondan orada götürəcəyini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Qulamın dostu olan və onun tanıdığı, Lahıc rayonunda Dəniz oteli işlədən Elmir ona zəng vurub restoranın qarşısında olduğunu demişdir. Həmin yerdə, yəni Nərimanov rayonu, Gilavar restoranın qarşısında Elmir 600 manatı və sənədləri ondan alıb getmişdir. Bundan sonra baş verənlərdən məlumatı yoxdur. 2021-ci ilin dekabr ayında o, Xətai RPİ-nin İstintaq Şöbəsinə çağırılıb izahat vermiş və orada ona məlum olmuşdur ki, ona qeyd edilən pulları vermiş şəxsin adı Ruhan adlı şəxsdir və Qulam həmin şəxsi sosial ev adı ilə aldadaraq pullarını ələ keçirmişdir. Həmçinin səhv etmirsə 2022-ci ilin yanvar ayında Ruhan adlı şəxs ona mesaj yazaraq Qulamın tanışı olduğunu, Nərimanov rayonunda yerləşən “Gilavar” Restoranın qarşısında ona 6500 manatı, 600 manatı və sənədləri verən şəxs olduğunu bilidirib ondan Qulamın harada olduğunu soruşmuş, o, isə harada olduğunu bilmədikdə həmin şəxs ona telefonda Qulamla əlbir olduğumu, bu işlərdən məlumatlı olduğunu söyləmişdir. Onun adına olan həmin hesab kartı Qulamın özündə olmuşdur. O, bu barədə telefonuna gələn məlumata əsasən bilmiş və lakin həmin 380 manatı kartdan o, çıxartmamış, çünki kartı Qulam da olmuşdur. Bu barədə Qulamdan maraqlandıqda həmin pulu atan şəxsin öz tanışı olduğunu demişdir. Qulam sosial evlərin düzəltməsi ilə bağlı məşğul olmasını ona Qulam demişdir. Lakin, Qulamın hansı yolla və kimin vasitəsi ilə sosial ev düzəltməyini bilmir və kimə düzəltməsini də görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı puldan ona hansısa məbləğdə pul verməmişdir. Atası Şahid4 Mənzil X11ndə işləməmiş, atası əvvəllər fərdi sahibkarlıqla məşğul olmuş, 2009-cu ildə qəza ilə bağlı sol ayağı kəsilmiş və həmin vaxtdan etibarən evdə qalır, 3-cü qrup əlildir. Məhkəmə iclasında dindirlimiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci əvvəllərində İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən “Dəniz” restoranın sahibi Elmir adlı şəxslə tanış olmuş və Elmirin dəvəti ilə həmin ilin iyun aylarında qeyd edilən istirahət mərkəzinə getmişdir. Orada olan zaman Elmirin işlətdiyi mərkəzdə qalan və dostu olan Qulam adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Qulam ona Mənzil X11 (MİDA) vasitəsi ilə dövlət qulluğunda çalışan şəxsləri sosial evlər ilə təmin etdiyini və bu işi qayınatası vasitəsi ilə həll etdiyini bildirmişdir. Lakin, danışıq zamanı qayınatasının adını və ya işlədiyi yeri bildirməmişdir. Hətta danışıq zamanı Qulam ona bu günədək 4-5 nəfər şəxsə də sosial ev təşkil etdiyini söyləmişdir. O da Elmirdən bu danışığın həqiqiliyini soruşduqda Elmir də Qulamın dediklərini təsdiq edib, Qulamın belə işlərlə məşğul olduğunu demişdir. Danışıq zamanı Qulam ona Mənzil X11 tərəfindən Yasamal rayonunda və ya Hövsan qəsəbəsində tikilmiş sosial evlərin qiymətləndirmə və aylıq ödənişləri barədə olan cədvəli də vermişdir ki, həmin ünvandakı yaşayış binasından istədiyi otaqdan ibarət mənzili təşkil edə bilər. O da qardaşı Ruhanın daxili işlər orqanlarında xidmət etdiyini, mənzili olmadığını və buna görə qardaşı Ruhan üçün də belə bir ev təşkil edə bilib-bilməməsini soruşmuşdur. Qulam da problem olmadığını, nə lazımdırsa köməklik edəcəyini, qardaşı Ruhana Mənzil X11 tərəfindən tikilmiş sosial evlərdən mənzil təşkil edə biləcəyini demişdir. Elmirdən ikilikdə Qulamın bu işi görüb görməməsini soruşduqda Elmir ona narahat olmamağını, Qulamın xalasıoğlu olduğunu, verdiyi vədə əməl edəcəyini bildirmişdir. Sonradan Bakı şəhərinə gəlmiş və bu barədə qardaşı Ruhana bildirmişdir. Hətta Qulamın ona verdiyi qiymətləndirmə cədvəlini Ruhana vermişdir ki, əgər istəyirsə Qulamla görüşüb danışa bilər. O, Ruhana Elmirin telefon nömrəsini vermişdir ki, Elmir vasitəsi ilə Qulamla əlaqə saxlasın. Sonradan bildiyi qədəri ilə Qulamla qardaşı Ruhan əlaqə saxlayıb danışmış və Qulam eyni ilə ona verdiyi vədləri qardaşı Ruhana vermiş, Ruhan da Qulamın təklifi ilə razılaşmışdır. Ruhandan və sonradan Qulamdan bildiyi qədəri ilə 2021-ci ilin iyun ayından sentyabr ayınadək olan müddətdə Ruhan Qulama və onun yoldaşına hissə-hissə olmaqla ümumilikdə 8760 manat pul vermişdir. Lakin, pul verilsə də üstündən bir neçə ay keçməsinə baxmayaraq Ruhanın işi ilə bağlı nəticə olmadığı üçün o, özü Qulamla zəngləşib təklikdə görüşmüşdür. Görüş vaxtı işin niyə yubandığını soruşanda Qulam ona narahat olmamağını, işin tezliklə həll ediləcəyini, qardaşına sosial evlərdən mənzil təşkil edəcəyini bildirmişdir. Lkin dəfələrlə əlaqə saxlasaq da müxtəlif bəhanələr gətirərək işin həll olunacağını bildirsələr də sonradan Elmir və Qulam heç biri telefon nömrəsinə cavab verməmişdir. Buna görə də qardaşı Ruhan polis orqanlarına ərizə ilə müraciət etmişdir. O, pulun verilməsində iştirak etməsə də Ruhandan və Qulamdan bildiyi qədəri ilə Ruhan Qulama hissə-hissə olmaqla, ümumilikda 8.760 (səkkiz min yeddi yüz altmış) manat məbləğində pul vermişdir. Danışıq zamanı Qulam harada işləməsini bildirməsə də, sosial evlər təşkil etməklə məşğul olduğunu bildirmişdir. Qulam bu işləri adını bildirmədiyi qayınatasının vasitəsi ilə həll etdiyini demişdir. O, Qulama Elmirin tanışı olmasına görə inanıb başqa sorğu-sual etməmişdir. Danışıq zamanı Qulam qardaşı Ruhandan aldığı puldan Elmirə hansısa məbləğdə pul verməsi barədə heç nə deməmiş, Elmir də Qulamdan hansısa məbləğdə pul almasını bildirməmiş, bu barədə məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2018-ci ilin iyun ayından Nərimanov rayonu, Həsən Əliyev 36-da yerləşən 1 saylı Bakı Asan Kommunal Mərkəzində mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs yaxından olmasa da, tanıyır. Belə ki, X12 onun bibisi qızının, daha dəqiq desə atasının əmisi oğlunun qızı olan Şahid1 həyat yoldaşıdır. 2021-ci ilin sentyabr ayında mütəxəssis kimi işlədiyi ünvan 8 ünvanda yerləşən 1 saylı “ASAN Kommunal” mərkəzinə 1 nəfər kişi cinsində olan şəxs yaxınlaşmış və iş yerinin giriş hissəsində olan qeydiyyat şöbəsindən onun xidməti otağını soruşub, xidməti otağının yerləşdiyi 2-ci mərtəbəyə qalxmışdır. Ardınca adını bilmədiyi şəxs ona yaxınlaşmış və özünə məxsus mobil telefonunu ona uzadaraq danışmağını xahiş etmişdir. O, isə həmin şəxsin mobil telefonunu götürüb danışarkən telefonda onunla söhbətləşən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Qulam, ona yaxınlaşan şəxsə “MİDA”-da satışa qoyulmuş Hövsan ya da Yasamal rayonunda yerləşən sosial evlərin otaqlarının qiymətləri, MİDA ilə bağlı kredit qəbul edən bankların siyahıları barədə blankları ona yaxınlaşan şəxsə verməyini xahiş etmişdir. O da Qulama qeyd etdiyi siyahıları verəcəyini bildirmişdir. Həmin sənədlər rəsmi sənədlər deyildir, həmin sənədlərdə heç bir möhür və ya imza nümunəsi yoxdur. Yəni, Mida ilə bağlı sosial evlərlə maraqlanan hər bir vətəndaş qeyd edilən Asan Kommunal Mərkəzinə yaxınlaşıb növbə gözləməklə götürə bilər. O, sadəcə Qulamın xahişinə əsasən göndərdiyi həmin şəxsə növbədən kənar həmin siyahıları qeydiyyat şöbəsindən götürüb vermişdir. Daha sonra ona yaxınlaşan şəxslə birlikdə həmin inzibati binanın 1-ci mərtəbəsinə düşərək, həmin mərtəbədə yerləşən “MİDA”-nın xidmət pəncərələrinə yaxınlaşmışlar. O, həmin pəncərələrdən birinə yaxınlaşıb qeyd olunan siyahıları götürərək ona yaxınlaşan şəxsə vermiş və həmin şəxs ondan siyahıları götürərək sağollaşıb inzibati binanı tərk etmişdir. Bundan bir neçə gün sonra həmin tanımadığı şəxs yenidən işlədiyi müəssisəyə yaxınlaşaraq, işlədiyi müəssisənin yanında yerləşən 1 saylı “ASAN” Xidmət mərkəzindən asan imza alınmasına üçün növbə götürməyə köməklik göstərməyini xahiş etmişdir. O da həmin şəxsə köməklik edərək, 1 saylı “ASAN” Xidmətin inzibati binasına daxil olub, həmin şəxsə asan imza alması üçün növbə götürmüşdür. Daha sonra öz işləri ilə məşğul olmaq üçün həmin şəxslə sağollaşıb, növbəsini gözləməsini bildirmişdir. Bundan əlavə onu qeyd etmişdir ki, ona yaxınlaşan şəxsi əvvəllər görməmiş, tanımır və onunla münasibətdə olduğu qısa müddət ərzində belə adını bilməmişdir. Təqsirləndirilən şəxs ilə isə o gündən etibarən əlaqə olmayıb və Qulamın etdiyi əməl barədə xəbəri yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MİDA vasitəsi ilə sosial ev təşkil edəcəyi adı ilə aldadaraq ümumilikdə 8760 manat pulunu ələ keçirməsindən Xətai RPİ-nə çağırılan zaman polis əməkdaşından bilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Səidənin keçmiş həyat yoldaşıdır. Onlar 2013-cü ildən 2021-ci ilədək ailəli olmuş, sonradan isə boşanmışlar. O, heç vaxt dövlət idarəsində və ya Mənzil X11ndə işləməmişdir. Əvvəllər fərdi sahibkarlıqla məşğul olmuş, 2009-cu ildə qəza ilə bağlı sol ayağı kəsilmiş və həmin vaxtdan etibarən evdə qalır, 3-cü qrup əlildir. Qulamın Ruhan adlı şəxsi aldadaraq sosial ev düzəltmək adı ilə 8760 manat pulunu ələ keçirməsindən məlumatsızdır və bu işlə bağlı heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid6 Məmməd qızı və Şahid5 telegram vuraraq ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid6 Məmməd qızı ibtidai istintaqda verdiyi ifadəsinə əsasən oğlu Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək üçün tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib sonuncuya Mənzil X11 vasitəsi ilə sosial ev təşkil edəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs ümumilikdə 8760 manat pulu ələ keçirməsindən, həmin pulun 280 manatını xx.xx.2021-ci ildə Zərərçəkmiş şəxs onun adına olan hesab kartına göndərməsindən məlumatsız olmuş, onun adına olan hesab kartı adətən oğlu Qulamda olmuş və buna görə həmin hesab kartına pulun gəlib gəlməməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsinə əsasən Həşimov X3 rayonu, Lahıc qəsəbəsində yerləşən “Dəniz” restoranını icarə əsasında işlədir. 2019-cu ildən Təqsirləndirilən şəxs təsadüfən ortaq tanışları vasitəsi ilə tanımışdır. 2021-ci ilin əvvəllərində Urfan adlı şəxslə tanış olmuş və onun dəvəti ilə həmin ilin iyun aylarında qeyd edilən istirahət mərkəzinə Urfan gəlmişdi. Həmin ərəfədə Urfan onun vasitəsilə Qulamla tanış olmuşdur. Eyni istirahət mərkəzində istirahət etdikləri üçün adətən onlar birlikdə oturub söhbət edirmişlər. Söhbətlərin birində Qulam Urfana Mənzil X11 (MİDA) vasitəsi ilə dövlət qulluğunda çalışan şəxsləri sosial evlər ilə təmin etdiyini və bu işi qayınatası vasitəsi ilə həll etdiyini, bu günədək bəzi şəxslərə də sosial ev təşkil etdiyini söyləmişdir. Urfan da ondan təklikdə Qulam barəsində soruşduqda o, da Qulamın elə işlərlə məşğul olduğunu bildirmişdir. Çünki, Qulam onunla tanış olduqdan sonra aralarındakı danışıqlarda adətən sosial evləri düzəltməklə məşğul olduğunu, qayınatasının Mənzil X11ndə işlədiyini bildirmişdir. O, da Qulamın sözlərinə inandığı üçün və ona yalan danışmasını fikirləşmədiyi üçün Qulamın özü haqqında ona bildirdiklərini Urfana bildirmişdir. Həmçinin onun Qulama inanmağının səbəblərindən biri də Qulamın ona da Mənzil X11 tərəfindən Yasamal rayonunda və ya Hövsan qəsəbəsində tikilmiş sosial evlərin qiymətləndirmə və aylıq ödənişləri barədə olan cədvəli göstərməyi olmuşdur. Qulamla Urfan arasındakı danışıq zamanı Urfan qardaşı Ruhanın daxili işlər orqanlarında xidmət etdiyini, mənzili olmadığını və buna görə qardaşı Ruhan üçün də belə bir ev təşkil edə bilib-bilməməsini Qulamdan soruşmuşdur. Qulam da danışıq zamanı problem olmadığını, nə lazımdırsa köməklik edəcəyini, qardaşı Ruhana Mənzil X11 tərəfindən tikilmiş sosial evlərdən mənzil təşkil edə biləcəyini demişdir. Sonradan onlar bir-birilərinə öz telefon nömrələrinə verib öz aralarında danışmışlar. Sonrakı danışıqlardan onun məlumatı olmamışdır. 2021-ci ilin yay aylarında gününü xatırlamadığı vaxtda o, Bakıda olan zaman Qulam ona zəng vurub Bakıda olduğu üçün yoldaşı Səidə ilə “Gilavar” restoranın qarşısında görüşüb yoldaşından 600 manat pulu alıb “Dəniz” istirahət mərkəzinə gələn zaman ona verməyini xahiş etmişdir. O, da aralarındakı münasibətə görə Qulamın xahişini nəzərə alıb “Gilavar” restoranın qarşısında Qulamın yoldaşı Səidə adlı qadından 600 manat pulu almış və həmin pulu həmin gün Lahıc qəsəbəsində, yəni Dəniz istirahət mərkəzində Qulama vermişdir. Səidənin 600 manatı Qulama hansı məqsədlə və nəyə görə göndərməsini bilməmiş, bu barədə ona Qulam da bildirməmişdir. O, elə bilmişdir ki, yəqin Qulamın pulu qurtardığı üçün yoldaşı Səidə Qulama xərcləmək üçün pul göndərmişdir. Sonradan, səhv etmirsə 2021-ci ilin payız aylarında ona Urfandan məlum olmuşdur ki, Qulam MİDA vasitəsi ilə ev düzəltmək adı ilə Urfanın qardaşı Ruhandan 8760 manat pul almışdır. Buna görə o, Urfan, Qulam, Ruhan Bakı şəhərində görüşmüşlər. Hər iki tərəf onun tanışı olduğu üçün o da həmin görüş də iştirak etmişdir. O, Ruhan, qardaşı Urfan və Qulamla Nərimanov rayonunda görüşən zaman Ruhan və Urfan Qulamdan 1-2 gün ərzində işi görməsini, əks təqdirdə Ruhanın verdiyi pulu geri verməsini tələb etmişlər. Həmin vaxtı da o, Qulama irad bildirib işi görməsini və ya pulu qaytarmasını söyləmişdir. Qulam da 1 ay ərzində işi görəcəyini və ya görə bilməsə pulu qaytaracağını söz vermişdir. Buna görə də o, Ruhan və Urfandan Qulama 1 ay vaxt vermələrini xahiş etmişdir. Sonradan Qulamla ikilikdə danışan zaman niyə belə bir hərəkət etdiyini soruşmuşdur. Qulam da ona qayınatası ilə arasında nəsə problem olduğu üçün ev məsələsinin alınmadığını bildirmişdir. O, Qulama onu qayınatası ilə görüşdürməyini tələb etdikdə Qulam ona narahat olmamağını, özü məsələni 1 ay ərzində yoluna qoyacağını bildirmişdir. O da Qulamın sözünə inanıb Urfana Qulamın məsələni 1 ay ərzində yoluna qoyacağını, qayınatası ilə arasında problem olduğu üçün məsələnin yubandığını bildirmişdir. Lakin Qulam 1 ay ərzində məsələni həll etməmiş, Qulamın hərəkətinə görə əsəbiləşib Bakıya gəlmiş və Qulamı tapıb onlarla görüşə aparmışdır. Yenə də Qulam onlara 3 günə məsələni həll edəcəyini bildirəndə o, artıq Qulama cavabdeh olmadığını, aldığı pulu qaytarmayacağı təqdirdə polisə şikayət etmələrini söyləmişdir. Lakin, yenə də Qulam vədinə əməl etmədiyi üçün Urfan ona yığmış, o da Urfana Qulam barəsində şikayət etməsini bildirmişdir. Qeyd etmişdir ki, onun Qulamın Ruhandan 8760 manat pul almasından məlumatı olmamış və ya Qulam ona həmin puldan hansısa məbləğdə pul verməmişdir. O, Qulamın qayınatasını görməmiş, sadəcə Qulam bildirirmiş ki, guya qayınatası Mənzil X11ndə hansısa vəzifədə işləyir, lakin adını, hansı vəzifədə işləməsini ona bildirməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Mənzil X11 vasitəsi ilə sosial ev alınması üçün hissə-hissə 8760 manat pulu verdiyi Təqsirləndirilən şəxs vədinə əməl etməyərək onun pulunu ələ keçirdiyi, ona xeyli miqdarda ziyan vurması barədə Xətai Rayon Polis İdarəsinə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Materialın aidiyyat üzrə göndərilməsi haqqında” 06 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs soncunu cinayət əməlini Bakı şəhəri Nərimanov rayonu ərazisində törətdiyindən Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokol və foto cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə istintaqa verdiyi ifadəsinə əsasən Təqsirləndirilən şəxs Mənzil X11 vasitəsi ilə sosial ev alınması üçün hissə-hissə 8760 manat pulu verdiyiünvanları göstərilməsi təklif olunmuş və xərərçəkmiş şəxs Ərəbov X7 rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən “Gilavar” Restoranın qarışısmı göstərib həmin ünvanda xx.xx.2021-ci ildə Qulamın sözünə əsasən onun yoldaşı Şahid1 6500 manat, 2021-ci ilin avqust ayında Qulamın sözünə əsasən onun yoldaşı Şahid1 600 manat, 2021ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs 500 manat verdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən “Bravo” mağazasını göstərib xx.xx.2021-ci ildə həmin mağazada olan “MilliÖn” terminalı vasitəsi ilə Qulamın sözünə əsasən onun həyat yoldaşı Şahid1 hesab kartına 380 manat, ünvan 2 ünvanında yerləşən “Yeni Supermarket” adlı mağazanı göstərib xx.xx.2021-ci ildə həmin mağazada yerləşən “MilliÖn” terminalı vasitəsi ilə Qulamın sözünə əsasən X1 hesab kartına 280 manat, Bakı şəhəri. Nərimanov rayonu Təbriz küçəsi 102- də yerləşən “N.Nərimov” adma istirahət parkını göstərib 2021-ci ilin avqust ayında həmin ünvanda Təqsirləndirilən şəxs 500 manat verdiyini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkiş şəxlərin və şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, iş materiallarına əlavə edilmiş “eManat”-ın xx.xx.2021-ci il tarixli, “Milli ÖN” ödəmə sisteminin xx.xx.2021 -ci il tarixli qəbzləri və ilkin təhqiqat materialları iş üzrə mötəbər sübut növü kimi qəbul edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində istintaq müddətini sonunadək, yəni 23 avqust 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Qarayev İbrahim və Qarayeva Dəniz adında 02 (iki) azyaşlı övladı vardır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkməsinin əvvəli isə 29 iyun 2022-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğu məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60(altmış) iş saatı üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 60 (altmış) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-54/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-54/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver