Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-54/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək mübahisəli torpaq sahəsi ilə bağlı cavabdeh qismində tərəf kimi iştirak etdiyi Abşeron rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə xeyrinə qətnamə çıxarılacağına dair sonuncuya yalan vəd verib onu aldadaraq, bu adla sonuncudan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkının qarşısında 02 may 2018-ci il tarixdə 500 manat, 05 may 2018-ci il tarixdə 2.500 manat, 25 may 2018-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 500 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə qəsdlə 3500 manat məbləğində pul vəsaitini alıb verdiyi vədə əməl etmədən öz şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs1 məxsus özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı X5 X7 xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla sonuncudan ünvan 3 ünvanının qarşısında 2020-ci ilin dekabr ayının sonlarında 2.000 manat, 2021-ci ilin fevral ayının əvvəllərində 8.000 manat məbləğində pul vəsaitini nağd formada alaraq, daha sonra 2021-ci ilin fevral ayının əvvəllərində sonuncunun qardaşı X3 məxsus olan “Kapital Bank”a aid plastik bank kartına köçürdüyü 2.000 manat məbləğində pul vəsaitini ünvan 4 ünvanının qarşısında yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 12.000 manat məbləğində pul vəsaitini alıb verdiyi vədə əməl etmədən öz şəxsi ehtiyacları üçün xərcləyərək zərərçəkmiş şəxs X5 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs3 övladı Şahid1 X7 xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən “Kontakt Home” mağazasının qarşısında 10 noyabr 2023-cü il tarixdə 503 manat məbləğində pul vəsaitini nağd formada alaraq, daha sonra özünə məxsus olan 4098 58** **** 1661 nömrəli “Leobank” plastik bank kart hesabına Şahid1 16 yanvar 2023-cü il tarixdə 2.000 manat, 04 fevral 2023-cü il tarixdə 447 manat, 10 aprel 2024-cü il tarixdə 4.000 manat, 12 iyul 2023-cü il tarixdə 50 manat göndərməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini ünvan 1 ünvanının yaxınlığında yerləşən bankomatdan nağdlaşdıraraq, daha sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən “Kontakt Home” mağazasının qarşısında Şahid1 02 avqust 2023-cü il tarixdə 1.000 manat məbləğində pul vəsaitini nağd formada alaraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 8.000 manat məbləğində pul vəsaitini alıb verdiyi vədə əməl etmədən öz şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs4 övladı Şahid2 X7 xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla sonuncunun ona məxsus olan 4098 58** **** 1661 nömrəli “Leobank” plastik bank kart hesabına 26 noyabr 2022-ci il tarixdə 500 manat, 27 noyabr 2022-ci il tarixdə 1.000 manat, 22 yanvar 2023-cü il tarixdə 2.000 manat, 21 fevral 2023-cü il tarixdə 1.500 manat, 22 fevral 2023-cü il tarixdə 500 manat, 13 may 2023-cü il tarixdə 200 manat, 13 iyun 2023-cü il tarixdə 50 manat və 22 avqust 2023-cü il tarixdə 500 manat məbləğində pul vəsaiti göndərməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini ünvan 1 ünvanının yaxınlığında yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 6250 manat məbləğində pul vəsaitini alıb verdiyi vədə əməl etmədən öz şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Həmçinin, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs5 övladı Şahid3 X7 xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs5 Masallı rayonu, Kolatan kəndində yerləşən ödəmə terminalı vasitəsilə ona məxsus olan 4098 58** **** 1661 nömrəli “Leobank” plastik bank kart hesabına 17 oktyabr 2023-cü il tarixdə 1.000 manat, 19 oktyabr 2023-cü il tarixdə 1.500 manat və 01 noyabr 2023-cü il tarixdə 350 manat məbləğində pul vəsaiti göndərməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini göndərildikləri tarixlərdə ünvan 1 ünvanının yaxınlığında yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2850 manat məbləğində pul vəsaitini alıb verdiyi vədə əməl etmədən öz şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs5 məxsus özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 episodu ilə bağlı özünü ümumiyyətlə təqsirli bilmir, Zərərçəkmiş şəxs1 uzun müddət tanıdığını bildirmiş, hansısa məhkəmə işinin həll edilməsi məqsədilə Zərərçəkmiş şəxs1 pul almadığını, Zərərçəkmiş şəxs1 yalan danışdığını qeyd etmişdir. Zərərçəkmiş şəxs1la və onun oğlu ilə dostluq münasibətlərinin olduğunu, 2017-ci ilin yaz aylarında pula ehtiyacı olduğu üçün borc olaraq 3500 manat məbləğində pul aldığını söyləmişdir. Lakin, həmin məbləği alarkən heç bir vəd verməmişdir. Aldığı pulu geri qaytarmaq niyyəti olsa da imkanı olmadığı üçün qaytara bilməmişdir. Həmçinin o bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə isə o, özünü qismən təqsirli bilir. Söyləmişdir ki, onun oğlu Həsən Həsənovla tanış olmuş və Həsən Həsənov polis orqanlarına işə düzəlmək istədiyini demişdir, o da ona bu işdə kömək edə biləcəyini bildirmişdir. Daha sonra DİN-in X14 Alayında kadrlar şöbəsində olan tanışına birlikdə 10.000 manat məbləğində pul vermişlər. Ona isə bu işə köməklik etdiyi üçün 2.000 manat məbləğində pul çatmışdır. Həmçinin o, bildirmişdir ki, ümumilikdə Həsən Həsənov 12.000 manat məbləğində pul vermiş, o da hal-hazırkı vaxtadək onun ailəsinə 3.000 manat məbləğində ödəniş qaytarmışdır. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs3 epizodu üzrə özünü təqsirli bilərək Zərərçəkmiş şəxs3 oğlu Şahid1 X7 xidmətə qəbul olunmasına köməklik göstərəcəyi adı ilə ondan 8.000 manat almışdır. Həmin məbləği Zərərçəkmiş şəxs3 ilk əvvəl sənədləşmə işlərinə başlamaq adı ilə 2.000 manat, daha sonra guya oğlunun qeydiyyat yerini dəyişdirəcəyi adı ilə 2.000 manat, daha sonra Zərərçəkmiş şəxs3 əvvəllər məhkum olunması barədə məsələni həll edəcəyi adı ilə 2.000 manat, Salyan rayonunda keçiriləcək sıra baxışından oğlunun iştirakı olmadan keçirilməsi məsələsini həll edəcəyi adı ilə əlavə 2.000 manat olmaqla ümumilikdə 8.000 manat pulu almışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 epizodu üzrə də özünü təqsirli bilərək Zərərçəkmiş şəxs4 oğlu X1 daxili işlər orqanlarına xidmətə qabul olunmasına köməklik göstərəcəyi adı ilə ondan 6.250 manat pul aldıönö bildirmişdir. Belə ki, oğlu Şahid2 DİN-ə işə qəbulu ilə bağlı sənədləşmə işlərinin həll edilməsi adı ilə 2.000 manat, oğlunun qeydiyyat yerinin dəyişdirilməsi adı ilə 2.000 manat və Salyan rayonunda keçiriləcək sıra baxışından oğlu Şahid2 iştirakı olmadan keçirilməsi məsələsini həll edəcəyi adı ilə əlavə 2.250 manat olmaqla ümumilikdə 6.250 manat pulunu ələ keçirmişdir. Zərəçəkmiş Şahid3 epizodu üzrə də özünü təqsirli bilərək təxminən Şahid3 2023-cü ilin yaz aylarında tanıdığını, Şahid3 X7 xidmətə qəbul olunmaq istədiyi barədə ona məlumat verməsini, bunun üçün Həsənquluya özünü işgüzar adam kimi təqdim edib, yüksək vəzifəli şəxslərlə dostluq etdiyini və bir çox insanların X7, həmçinin digər dövlət qurumlarında xidmətə qəbul olunmaları məsələsini həll etdiyini yalandan deyərək onun etibarını qazandığını bildirmiş və nəticədə Şahid3 işini 3.000 manata düzəldə biləcəyini demişdir. Həsənqulu ona hissə-hissə olmaqla ümumilikdə 2.900 manat pul ödəməsini, ümumilikdə 2.900 manat pulunu əldə etdiyini söyləmişdir Məhkəmənin sualına cavab olaraq bildirimişdir ki, zərərçəkmiş şəxslərdən almış olduğu pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, onun qeyd edilən hüquq mühafizə orqanlarında heç bir tanışı olmamışdır. Tanış tapmağa cəhdlər etmişdir, lakin alınmamışdır.Həmin məbləğləri şəxsi ehtiyaclarına xərcləmişdir. Yekun olaraq o, bildirmişdir ki, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı qismən ödəmişdir, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3la barışıq əldə etmişdir, Zərərçəkmiş şəxs2 da pulu qaytarmaq niyyətindədir. 02 (iki) azyaşlı övladı olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2000-ci ildən etibarən tanıdığını, 1998-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 5 sot torpaq sahəsi alaraq həmin torpaq sahəsində iki mərtəbədən ibarət fərdi yaşayış evini inşa etdirdiyini, təxminən 2018-ci ilin yaz aylarında tanımadığı bir nəfər şəxsin onun barəsində mülki iddia qaydasında Abşeron rayon məhkəməsinə müraciət edərək, həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edib, torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin sökülməsini tələb etmiş olmasını, həmin torpaq sahəsinə çıxarışının və zəruri olan bütün sənədlərinin olmasını bildirsə də, məhkəmənin həmin şəxsin xeyrinə qərar qəbul etdiyini, Abşeron rayon məhkəməsindən çıxıb əsəbi halda yaşadığı ünvana getdiyi zaman yolda əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ilə təsadüf nəticəsində qarşılaşdığını, bu zaman Asifin onunla salamlaşıb əsəbi olmağının səbəbini soruşduğunu, ona baş verənləri və keçirilmiş məhkəmə prosesi barədə məlumat verdiyini, Asifin onu dinlədikdən sonra onu uzun illər tanıdığını və ona yazığı gəldiyini bildirib, ətrafında çoxsaylı yüksək vəzifəli tanışlarının olduğunu bildirərək müəyyən pulun müqabilində onun torpaq məsələsiylə bağlı Abşeron rayon məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilərək onun xeyrimə yeni qərarın çıxarılacağına dair köməklik göstərə biləcəyini bildirmişdir. Həmin zaman Asifin dediklərinə inanaraq ondan bu işlə əlaqədar köməklik göstərməsini xahiş etdiyini, Asif yalandan bir neçə nəfər vəzifəli dostu ilə əlaqə saxlayaraq məsləhətləşəcəyini və daha sonra ona zəng edərək dəqiq məlumat verəcəyini bildirmişdir. Bir neçə gün keçəndən sonra Asifin onun istifadəsində olan mobil nömrəyə zəng edərək vəzifəli dostları ilə danışdığını və məsələni rahatlıqla həll edə biləcəyini deyib, işlərin başlaması üçün ilkin olaraq ona 500 manat pul ödəməyini xahiş etdiyini, həmin pulu Asiflə Abşeron rayonu, Xırdalan şəhərində görüşüb ona təqdim etdiyini, guya vəkil tutduğunu bildirib vəkil üçün əlavə olaraq 1.000 manat pul ödəməyini xahiş etdiyini, bundan sonra Asifin hər dəfə ona zəng edərək hissə-hissə olmaqla müxtəlif bəhanələrlə müxtəlif məbləğlərdə pul vəsaiti istədiyini, onun dediyi məbləğlərdə pulu ona ödədiyini, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 3.500 manat pul ödədiyini qeyd etmişdir. Asifin qeyd olunan məbləğdə pulu ondan aldıqdan sonra onunla əlaqəni kəsdiyini, daha sonra aldandığını, yəni Asifin onun üçün hər hansı bir iş göstərmədiyini öyrəndiyini, bundan sonra özünün məcbur olaraq vəkil tutub torpaq məsələsini qanuni yollarla həll etdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir halda borc pul verməmişdir. Onun məhkəmədə olan torpaqla bağlı işinin həll edilməsi məqsədilə pulu aldığını və qaytarmadığını vurğulamışdır. Hazırda şikayətçi olduğunu pulunun qaytarılmasını və ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Həsən Həsənovun hüquqi varisi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Həsən Həsənovun xx.xx.2023-cü il tarixdə Qarabağ iqtisadi bölgəsində aparılan antiterror əməliyyatları zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olduğunu, 2020-ci ilin təxminən mart ayında oğlunun Gəncə şəhərində yerləşən Azərbaycan Dəmiryolları QSC-də mühafizəçi vəzifəsində çalışdığını, həmin zamanlar oğlunun Təqsirləndirilən şəxs tanımış olmasını, oğlu Həsən Həsənovun həmin zamanlar ona yaxınlaşıb polis orqanlarına işə düzəlmək istədiyini, Təqsirləndirilən şəxs da ona bu işdə kömək edə biləcəyini demişdir. Asifin bu işin qarşılığında oğlundan 14.000 manat pul istəmiş olmasını, Asifin oğlu Həsən Həsənova guya ki, onun hansısa yaxın qohumunun DİN-in X14 Alayında kadrlar şöbəsində işlədiyini və onun vasitəsilə bu işi həll edə biləcək olmasını dediyini, Asifin oğlu Həsəndən ilkin olaraq 12.000 manat pul istədiyini, qalan 2.000 manat pulu isə oğlu işə düzələndən sonra ona ödəməli olmasını dediyini bildirmişdir. Daha sonra oğlu Həsənin bu istəyini nəzərə alıb özünün hissə-hissə kredit və borc götürməyə başladığını və 12.000 manat pulu düzəltdiyini, bundan sonra oğlu Həsən Həsənova ilkin olaraq 2.000 manat pul verdiyini, oğlunun ondan aldığı pulu 2020-ci ilin dekabr ayının sonlarında Bakı şəhərinə gəlib X15 yanında Asifə vermiş olmasını, daha sonra Asifin əlavə olaraq 8.000 manat pulun da verilməli olmasını dediyini, bundan sonra 8.000 manat pulu da Asifə verməsi üçün oğlu Həsənə verdiyini, Həsənin 2021-ci ilin fevral ayının əvvəllərində yenə də Bakı şəhərinə gəlib Təqsirləndirilən şəxsla X15 yanında görüşdüyünü, oğlunun yenə də əlavə olaraq 8.000 manat pulu burada Təqsirləndirilən şəxs vermiş olmasını, təxminən 3-4 gün sonra, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Asifin qalan 2.000 manat pulun da verilməli olmasını dediyini, yenə də 2.000 manat pulu oğluna Təqsirləndirilən şəxs verməsi üçün verdiyini, onun da öz növbəsində 2.000 manat pulu Gəncə şəhərində yerləşən mağazalarında birində olan ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərməsini, beləliklə ümumilikdə Asifə oğlu Həsən Həsənovun 12.000 manat pul verdiyini qeyd etmişdir. Bundan sonra Asifin oğluna zəng edib yenidən onu Bakı şəhərinə çağırdığını, bu dəfə isə oğlu Həsənin idman normativləri verməli olmasını, oğlunun Bakı şəhərinə gəlib idman normativlərində iştirak etdiyini, lakin daha sonra işə qəbul olunmaqla bağlı heç bir xəbər çıxmadığını, oğlu tez-tez Asifə zəng vurub məsələnin nəticəsini soruşsa da, onun müxtəlif bəhanələrlə işi yubatmağa başladığını, daha sonra oğlunun tez-tez Asiflə görüşüb pulu geri almaq üçün Bakı şəhərinə də gəldiyini, bu zaman oğlunun yanında dostu Şahid4 da olduğunu bilmişdir. Daha sonra Asifin oğluna, ona verilən 12.000 manat pulu ÇPA-da işləyən qohumuna verdiyini, onun da hazırda rəhmətə getdiyini, bu səbəbdən pulu geri qaytara bilmədiyini, işə düzəlmə məsələsinin də müsbət həllinin olmadığını söyləmişdir. Daha sonra Asifin oğlu Həsənə heç bir yerə şikayət etməməsini, əgər şikayət etsə, onun tutula biləcəyini, buna görə 12.000 manat pulun hamsını özünün hissə-hissə qaytaracağını demişdir. Lakin, Asif verdiyi vədə əməl etməyib aldığı puldan heç bir məbləğdə geri qaytarmamışdır. Bundan sonra isə oğlu antiterror döyüşlərində şəhid olmuşdur. Məhkəmənin sualına cavab olaraq, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş maddi ziyanı tam şəkildə tələb etdiyini söyləmişdir. Barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, oğlu Şahid3 2023-cü il oktyabr ayında X7 xidmətə qəbul olmaq istədiyini, onun Gəncə Texnologiya Universitetində ali təhsil almasını, 10 oktyabr 2023-cü il tarixdə Masallı Rayon Polis X11 X9 qəbul keçirildiyini, oğluyla birlikdə həmin qəbulda iştirak etdiyini və cənab nazirdən, oğlunun polis orqanlarında xidmətə qəbul olmasını xahiş etdiyini, daha sonra oğlunu qeydiyyata aldıqlarını, oğlunun bir neçə mərhələni keçdikdən sonra Bakı şəhərində yerləşən X18 çağırıldığını, buna görə oğlu Həsənqulunun 2023-cü ilin oktyabr ayının ortalarında həmin ünvanda keçirilən imtahan üçün Bakı şəhərinə yollandığını, oğlunun daha sonra bu imtahanda iştirak etdiyini, imtahandan çıxandan sonra oğlunun ona zəng etdiyini, ona, yanındakı bir nəfər şəxsin onunla telefonda danışmaq istədiyini dediyini, onunla danışdığını, həmin şəxsin adının “Asif” olmasını ona dediyini, Asifin daha sonra, həmin X15 işçisi olmasını, əgər 1.500 manat pul ödəməsə, oğlunun imtahandan kəsiləcək olmasını demişdir. Oğlunun həmin şəxs ÇPA-nın inzibati binasının həyətində gördüyünü dediyindən Asifin dediklərinə inanmışdır. Bundan sonra Asifin ona bank kartı nömrəsi göndərdiyini, xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə yerləşən mağazadakı “Milliön” ödəniş terminalı vasitəsilə Asifin ona göndərdiyi, öz adına olan “Leobank” bank kartına 1.000 manat pul göndərdiyini, oğlunun daha sonra yaşadığı kəndə geri qayıtdığını, Asifin ona təxminən 2-3 gün ərzində müsbət cavab gələcəyini deməsini, lakin bu müddətdən sonra Asifin oğlunu yenidən Bakı şəhərinə çağırdığını, oğlunun Asiflə görüşəndən sonra ona, əlavə 1.500 manat da pul lazım olmasını dediyini, bundan sonra Asiflə telefonda danışıb 1.500 manat pulun əlavə nə üçün lazım olmasını soruşduğunu, cavabında oğlunun turnikdə dartınma hərəkətləri zamanı problem yaranmış olmasını, bu səbəbdən əlavə 1.500 manat pul lazım olmasını demişdir. xx.xx.2023-cü il tarixdə əlavə olaraq yaşadığı kənddən Asifə 1.500 manat pulu yenə Asifin adına olan bank kartına göndərmişdir. Daha sonra Asifin ondan əlavə olaraq öz əziyyət haqqı olaraq da 400 manat pul istədiyini, ona cavab olaraq yalnız 350 manat pul göndərə biləcəyini dediyini, daha sonra xx.xx.2023-cü il tarixdə onun bank kartına əlavə olaraq da 350 manat pul göndərdiyini bildirmişdir. İşin nəticəsini hər dəfə Asifdən soruşanda onun müxtəlif səbəblərə görə müddətin uzandığını, amma artıq hər şeyin həll olunduğunu, yaxın zamanda oğlunun işə qəbul olunmasında müsbət cavab çıxacağını demişdir. Lakin, bir neçə ay keçdikdən sonra Asiflə nə qədər telefon əlaqəsi saxlamaq istəsə də, bunun alınmadığını, artıq Asifin 2.850 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etməsini başa düşmüşdür. Məhkəmənin sualına cavab olaraq təqsirləndirilən Təqsirləndirilən şəxsla barışıq əldə etmədiyini, ona vurulmuş maddi ziyanın tam şəkildə ona ödənilməsini və ondan şikayətçi olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayından Təqsirləndirilən şəxs tanımışdır. Onu Qobustan qəsəbəsində yerləşən balıq vətəgəsindən aldığı balıqları Qobustan qəsəbəsində yerləşən bazarda satdığı zaman, Asifin də ondan balıq almağa başladığını bildirmiş və tanışlıqları yaranmışdır. Asif özünün ona yuxarı vəzifədə işləyən şəxslərlə əlaqəsinin olmasını bildirmişdir. Oğlu Şahid1 həmin vaxt hərbi xidmətdən yeni gəlmiş olmasını, oğluna iş tapa biləcəyini demişdir. Asifin oğlu X16 Nazirliyində Post Patrul Xidmətinə işə düzəldə biləcəyini demiş və bunun qarşılığında 15.000 manat pul lazım olacağını demişdir. Guya aldığı pulu hansısa yüksək vəzifədə olan şəxsə verəcək olmasını, buna maddi gücünün çatmadığını dedikdən sonra, Asifin 8.000 manat pul qarşılığında da bu işi görə biləcəyini bildirmişdir. Daha sonra onunla razılaşdığını, bundan sonra borc pul taparaq hissə-hissə Asifə pul ödəməyə başladığını, belə ki, hər dəfə oğlu Nurlana pul verdiyini, Nurlanın da verdiyi pulları Asifə çatdırdığını, Nurlanın əksərən pulları “MilliÖn” ödəniş terminalı vasitəsilə Asifin bank hesabına göndərsə də, sonuncu dəfə 500 manat pulu 2023-cü ilin avqust ayında Asifə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən çay evində vermişdir. Bu xəbəri eşidən oğlu Nurlanın dostu Şahid2 da polis xidmətinə işə düzəlmək istədiyini, bundan sonra Mustafanın da Asiflə əlaqə saxlayıb polis xdimətinə işə düzəlmək istədiyini dediyini, Asifin bu dəfə ondan 6.250 manat pul istədiyini öyrənmişdir. Pulları ödədikdən sonra DİN-dən oğlu Nurlana və dostu Mustafaya mesaj gəldiyini, mesajda DİN-in keçirdiyi imtahanda və sıra baxışında iştirak etdiklərini, lakin imtahandan keçə bilmədiklərini söyləmişdir. Daha sonra Asifin oğlu Nurlanın və onun dostu Mustafanın işə düzəlməsi üçün lazım olan pulu artıq yüksək vəzifədə olan şəxsə verməsini bildirdiyini, Asif müxtəlif bəhanələr gətirərək iş məsələsini yubatmağa başlamışdır. Məhkəmənin sualına cavab olaraq təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsində razılıq əldə edildiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu Şahid2 2022-ci ilin yanvar ayında hərbi xidmətdən geri qayıtmışdır. Şahid1 da Mustafanın ən yaxın dostlarından biridir. 2022-ci ilin noyabr ayında Mustafa evə gəlib, Nurlanın atası Elnurun Asif adlı bir şəxslə tanış olmasını və Asifin Nurlanı pul qarşılığında polis xidmətinə işə düzəldəcək olmasını bildirmişdir. Mustafanın da polis olmaq istədiyini, bu səbəbdən onun da ondan icazə alıb “Asif” adlı həmin şəxslə danışmaq istədiyini bildirmişdir. İzaə verdikdən sonra Asiflə danışmış və Asifin ondan veteran olduğu üçün 8.000 manat yox, 6.250 manat pul istədiyini söyləmişdir. Bundan sonra borc pul taparaq Mustafaya Asifə verməsi üçün vermiş, Mustafa da 6.250 manat pulu Asifə onlayn üsulla hissə-hissə göndərmişdir. Pulları ödədikdən sonra DİN-dən Nurlana və oğlu Mustafaya mesaj gəldiyini, mesajda DİN-in keçirdiyi imtahanda və sıra baxışında iştirak edilməsi barədə qeyd edilmişdir. Daha sonra Nurlan və Mustafa imtahanda iştirak etmiş, Mustafanın da idman hərəkətlərindən dartınma normativindən kəsilmişdir. Lakin, Asif uşaqların imtahandan kəsilmələri barədə onlara heç nə deməmişdir. Daha sonra Asifin Nurlanın və Mustafanın işə düzəlməsi üçün lazım olan pulu artıq yüksək vəzifədə olan şəxsə verdiyini söyləmiş və müxtəlif bəhanələr gətirərək iş məsələsini yubatmağa başlamışdır. Məhkəmənin sualına cavab olaraq təqsirləndirilən Təqsirləndirilən şəxsla maddi ziyanın ödənilməsi istiqamətində razılıq əldə etdiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dinridilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin noyabr ayından etibarən atası Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə tanış olmasını, atası Asifi Qobustan qəsəbəsində yerləşən balıq vətəgəsindən tanımasını, bundan sonra atasının Asiflə dostluq münasibəti yaranmağa başladığını bilmişdir. Asif yaşadıqları ünvana gəlib-getməyə başlamışdır. Asif özünü yuxarı vəzifədə işləyən şəxslərlə əlaqəsinin olmasını bildirmişdir. Həmin vaxt hərbi xidmətdən yeni gəlmiş iş axtarırdı. Asifin bunu nəzərə alıb atasına onun üçün iş tapa biləcəyini dediyini, Asifin atasına, guya onu Daxili İşlər Nazirliyində Post Patrul Xidmətinə işə düzəldə biləcəyini dediyini bilmişdir. Bunun qarşılığında 15.000 manat pul lazım olacağını demişdir. Güya aldığı pulu hansısa yüksək vəzifədə olan şəxsə verəcəkdir. “MilliÖn” ödəniş terminalı vasitəsilə Asifin bank hesabına müxtəlif vaxtlarda və məbləğlərdə pullar ödəmiş, həmçinin 1.000 manat pulu 2023-cü ilin avqust ayında Asifə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən çay evində vermişdir. Daha sonra DİN-in keçirdiyi imtahanda və sıra baxışında iştirak etmişlər, boyunun kifayət qədər hündür olmaması, yəni boyunun normativə uyğun olaraq 180 sm olmadığı üçün imtahandan kəsilmişdir. Məhkəmə iclasında dinridilmiş Şahid4 ifadəsində bildirmişdir ki, tanşı mərhum Həsən Həsənovu 2020-ci ildən etibarən işlədiyi dəmiryolu xidmətindən tanımışdır. Həsən Həsənov mühafizəçi işləmiş, daha sonra Həsən Həsənovun hərbi xidmətə yönəldiyini və xx.xx.2023-cü il tarixdə Qarabağ iqtisadi bölgəsində aparılan antiterror əməliyyatları zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olduğunu söyləmişdir. Həsənin Azərbaycan Dəmiryolları QSC-də mühafizəçi vəzifəsində çalışan zamanlarda Təqsirləndirilən şəxs tanıdığını, Həsən Həsənov həmin zamanlar ona yaxınlaşıb polis orqanlarına düzəlmək istədiyini, Təqsirləndirilən şəxs da ona bu işdə kömək edə biləcəyini demişdir. Asifin bu işin qarşılığında ondan ilkin olaraq 14.000 manat pul istədiyini, onun guya ki, hansısa yaxın qohumunun DİN-in X14 Alayında kadrlar şöbəsində işlədiyini və onun vasitəsilə bu işi həll edə biləcəyini demişdir. Asifin Həsəndən ilkin olaraq 12.000 manat pul istədiyini, qalan 2.000 manat pulu isə Həsənin işə düzələndən sonra ona ödəməli olduğunu bilmişdir. Daha sonra işin alınmadığını öyrənmişdir. Həsənin bir neçə dəfə onun da yanında Asifə zəng edib pulunu geri istədiyini, lakin Asifin pulu geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmış olduğunu bilmişdir. Özünün də Asiflə telefonda danışıb pulu geri istədiyini, lakin Asifin ona da eyni cavabı verdiyini, onunla görüşmək üçün Bakı şəhərinə gəlsələr də, Asifin onlarla görüşmədiyini, bundan sonra isə Həsənin polis orqanlarına müraciət etmək qərarına gəldiyini, özünün hadisədən gec xəbərinin olduğunu, Asiflə yalnız telefonla danışıb pulu geri istəyərkən Həsən Həsənovun yanında olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 və Şahid3 ibtidadi istintaqda verdikləri ifadələri elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 3500 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 8000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 6250 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Şahid3 tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 2.900 manat məbləğində pulunun ələ keçirilməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş X10 oğlu tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından suiistifadə edərək 12000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Marliç oğlu tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək 12000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Təqdim olunan fotoşəkillərin götürülməsi və baxış keçirilməsi” barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında onu işə düzəltməsi və bunun müqabilində müvafiq ödənişlər istəməsi məzmununda danışıqlar müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Təqdim olunan səsyazıların götürülməsi və baxış keçirilməsi” barədə xx.xx.2024-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında onu işə düzəltməsi ilə üçün verdiyi vədlərə bağlı onla bir sıra danışıqlar aparmış və onu verdiyi vədə inandırmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Bank kartından çıxarış və DVD diskə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bank hesabına müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə zərərçəkmiş şəxslər tərəfindən ödənişlər ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təssərrüfat Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda pasport qeydiyyatındadır və yaşadığı müddət ərzində ünvan 8al İstismar Sahəsinə yazılı surətdə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatlardan aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-277/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-316/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmiş şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan və AZ-T № 254446 nömrəli “X4”dən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2022-ci il təvəllüdlü Asiman Osmanova adlı və xx.xx.2025-ci il təvəllüdlü Melisa Osmanova adlı azyaşlı övladları vardır. Məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ziyanın ödənilməsi istiqamətində razılıq əldə edilmişdir, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində azadıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ziyanın ödənilməsi istiqamətində razılıq əldə edilmişdir, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində azadıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 uzun müddət tanıdığı üçün onunla və oğlu ilə dostluq münasibətləri olduğundan ittihamda qeyd edilən məbləğdə pulu borc kimi aldığını, ona heç bir vəd verməyərək etibarından sui-istifadə etmədiyini, həmçinin digər Zərərçəkmiş şəxs2 oğlu Həsən Həsənovun işə düzəlməsi müqabilində ittihamda qeyd edilən məbləğdə ödənişi Həsənlə birlikdə işə düzəlməsində köməklik edə biləcək şəxsə birlikdə verdiklərini, onun etibarından sui-istifadə etmədiyini, aldığı məbləğdən qismən ödəniş etdiyini bildirsə də məhkəmə, qeyd olunan ifadəni özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3500 manat məbləğində pulunu ələ keçirdiyi birinci epizod üzrə əməli ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan birinci epizod üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin epizod üzrə cinayət əməlinin 2018-ci ilin may ayında baş verməsini, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il olması nəzərə alınaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin epizod üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona birinci epizod üzrə cəza təyin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan birinci epizod üzrə başlanmış cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı X5 X7 xidmətə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla sonuncudan ünvan 3 ünvanının qarşısında 2020-ci ilin dekabr ayının sonlarında 2.000 manat, 2021-ci ilin fevral ayının əvvəllərində 8.000 manat məbləğində pul vəsaitini nağd formada alaraq, daha sonra 2021-ci ilin fevral ayının əvvəllərində sonuncunun qardaşı X3 məxsus olan “Kapital Bank”a aid plastik bank kartına köçürdüyü 2.000 manat məbləğində pul vəsaitini ünvan 4 ünvanının qarşısında yerləşən bankomatdan çıxarıb nağdlaşdıraraq ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 12.000 manat məbləğində pul vəsaitini alıb verdiyi vədə əməl etmədən öz şəxsi ehtiyacları üçün xərcləyərək zərərçəkmiş şəxs X5 məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etməsi ilə bağlı ikinci epizod üzrə verilmiş ittihamdan “təkrarən” və “təkrar” sözləri xaric edilməlidir. Bundan əlavə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X5 qarşı törətdiyi dələduzluq əməli üzrə İİ epizoddan “təkrarən” və “təkrar” sözlərinin xaric edilməsi, həmçinin İ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını, zərəçəkmiş şəxslərdən ikisi ilə barışıq əldə etməsini, himayəsində azyaşlı övladlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ittiham aktında qeyd olunan zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə törətdiyi cinayət əməli üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – Şahid1 istintaqa təqdim etdiyi 83 ədəd mesajlaşma məntləri və 24 ədəd səsyazı qeydləri, Şahid3 istintaqa təqdim etdiyi 03 ədəd fotoşəkillər, "xxxx" ASCdən əldə edilmiş Təqsirləndirilən şəxs məxsus bank kartından olan çıxarışları özündə əks edən 01 ədəd - CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 86 (səksən altı) iş saatı üçün 516 (beş yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 3500 manat məbləğində pulunu ələ keçirdiyi epizod üzrə cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin olunmasın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X6 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut - Şahid1 istintaqa təqdim etdiyi 83 ədəd mesajlaşma məntləri və 24 ədəd səsyazı qeydləri, X2 istintaqa təqdim etdiyi 03 ədəd fotoşəkillər, "xxxx" ASCdən əldə edilmiş Təqsirləndirilən şəxs məxsus bank kartından olan çıxarışları özündə əks edən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 86 (səksən altı) iş saatı üçün 516 (beş yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-54/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-54/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver