Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-540/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) – X2, Müdafiəçi - "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qazax rayonunun 2-ci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti-86 ünvanında qeydiyyatda olan, ünvan 2rəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o özgə əmlakını ələ keçirmək məqsədi ilə özünü «Vüqar Şıxlı» ləqəbli nüfuzlu vəkil kimi təqdim edərək mərhum X7, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş oğlu Şahid1 barəsində Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyi, cinayət işinin məhkəmə baxışında isə ona bəraət alacağı adı ilə aldadaraq etibarından sui-istifadə edib 29 may 2020-ci il tarixdə vahid niyyətlə əhatə olunan qəsdən işə başlamaq bəhanəsi ilə A.A.Əliyevin yaşadığı ünvan 3 ünvanında ondan 500 manat, ibtidai istintaqı aparılan cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyində, oğlunun avtomaşınla vurması nəticəsində aldığı xəsarətlərdən vəfat etmiş mərhum qadının qanında narkotik olmasını yazdıracağı adı ilə aldadaraq və etibarından sui-istifadə edərək mərhum A.A.Əliyevin yaşadığı ünvanda 02 iyun 2020-ci il tarixdə 2000 manat, artıq məhkəmə baxışına göndərilmiş cinayət işi üzrə keçirilmiş məhkəmə-avtotexniki ekspertizasının rəyini dəyişdirəcəyi və işə baxan hakimə verəcəyi adı ilə aldadaraq 19 sentyabr 2020-ci il tarixdə yenə həmin ünvanda 5000 manat pul və pay verəcəyi ilə əlaqədar 360 manat dəyərində iki baş qoyun, işin məhkəmə baxışı müddətində isə əlavə xərclər üçün 30 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi-106a ünvanında olan «Metropark»ın qarşısında 1200 manat pulunu alaraq verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs mərhum A.A.Əliyevə ümumilikdə 9060 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel-may aylarında Samulə ona bacısı oğlunun Bakı şəhəri Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, vurduğu piyadanın hadisə yerində ölməsi barədə deyib və həmçinin bildirib ki, bacısı oğlunun vurduğu piyada qadın narkoman olub və özünü avtomaşının altına atıb. O, hüquqşünas olduğundan Samuləyə demişdir ki, ona kömək edib işini xitam etdirə bilər. Samulə də onun mobil nömrəsini bacısı Gülsənəmə verib və Gülsənəmgildə ona zəng edib görüşmək istədiklərini deyiblər. O, onların ev ünvanlarını öyrənib onlara gəlmiş və mərhum əri Azər də evdə olmaqla onun oğlu Pərvizlə görüşüb hadisə barədə ondan məlumat almışdır. Azərin verdiyi məlumatlara görə ona demiş ki, işini qurtaracaq, o hüquqşünas olmaqla «Yol hərəkəti qaydaları»nı bilir və Pərvizin deməsi ilə onun günahı olmadığına əmin imiş. İlk olaraq işə başlamaq üçün xidmət haqqı olaraq Azərdən öz evində 500 manat pul alıb, sonra qəzada ölmüş qadının qanında narkotik olmasını rəydə qeyd etdirmək üçün ekspertə vermək adı ilə yenə 2000 manatı onların evlərində almışdır, sonra işi müstəntiq məhkəməyə göndərib və o fikirləşmiş ki, məhkəmədə işi həll edər, danışıb mərhum Azər və arvadından 5000 manat pul alıb, lakin məhkəmə ilə danışa bilməmiş və aldığı 5000 manatı şəxsi ehtiyaclarına xərcləyib, sonra 1200 manat pulu da mərhum Azərdən «Metropark»ın qarşısında almışdır, bunlardan əlavə o Azərdən iki baş qoyun da alıb. O mərhum Azər və onun həyat yoldaşı Gülşənəm xanımdan aldığı puldan 4000 manatını yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş qızın valideyinlərinə vermişdir. Lakin o, özünü zərərçəkmiş şəxsə vəkil kimi təqdim etməmişdir. Sonda əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 ifadəsində göstərmişdir ki, oğlu Pərviz mühafizə polisində işləmişdir. Dostunun anası ağır xəstə olduğundan onu xəstəxanaya gətirmək üçün getmək lazım olduğundan «RENT A CAR»dan bir günlüyə markasını və dövlət qeydiyyat nişanını bilmədiyi maşın icarəyə götürmüşdür. 20 may 2020-ci ildə Ziya Bünyadov prospektində Pərviz həmin avtomaşınla bir nəfər piyadanı vurmuş və həmin faktla əlaqədar Sabunçu RPİ-nin X4 adlı müstəntiq cinayət işi başlamışdır. İş üzrə istintaq gedirmiş, valideyn kimi onlar təşvişə düşmüşlər ki, Pərvizin işini istintaqda qurtarsınlar, çünki Pərvizin danışığından fikirləşirmişlər ki, bu hadisədə onun günahı yoxdur, ona görə də Pərvizin müdafiəsi üçün vəkil axtarmışlar. Pərvizin işləri ilə bütün qohumlar maraqlanmışdır və bu arada Şabran rayonu Qəndab kəndində yaşayan bacısı Samulə zəng edib bildirmişdir ki, Şabranda bir nəfər yaxşı vəkil var. Bacısının verdiyi mobil nömrəyə zəng etmişlər, həmin şəxs özünü «Vüqar Şıxlı» adı ilə təqdim edib və işə başlaması üçün onların evlərinə gəlib, oğlu ona hadisəni danışandan sonra o, söz verib ki, bu işi həll edəcək.. Onlar təqsirləndirilənə tam inanmış və dediyi yüksək vəzifələrdə işləyən adamları ilə görüşmək və işə başlamaq üçün ilk olaraq ona 500 manat pul vermişlər. «Vüqar Şıxlı» onlara heç bir sənəd təqdim etməyib, onlar da onun bu işi həll etməsi üçün sənəd lazım olmasını, onun vəkil kimi iştirakı məqsədi ilə onlara order verməli olmasını, onların ona etibarnamə verməli olmalarını bilmirmişlər. xx.xx.2020-ci il tarixdə yaşadıqları ünvan 5 ünvanında olan evlərində ona 500 manat pul vermişlər, həmin vaxt evdə o, mərhum əri Azər və Vüqar Şıxlı olmuşdur. Vüqar Şıxlı bildirib ki, ekspert rəyinin düzəldilməsi üçün 2000 manat hazırlasınlar və onlar da razılaşmışlar. O, gedəndən sonra əri mərhum Azərlə pul axtarmağa başlamışdır. 2000 manat pul düzəldib xx.xx.2020ci ildə Vüqar Şıxlı ilə əlaqə saxlamışlar. Vüqar yenə onlara gəlmiş, evlərində 2000 manatı da ona vermişlər, Vüqar söz vermişdir ki, gedib tibbi ekspertə yazdıracaq ki, Pərvizin maşınla vurub öldürdüyü qadının qanında narkotik olub. Sonra onlar növbəti istənilən pulu axtarsalar da özləri pul tapa bilmədikləri üçün rayonda yaşayan qardaşı oğlundan xahiş edib «Acsess bank»dan 5000 manat kredit götürüb onlara vermişdir, bu arada Vüqar Şıxlı onları tez- tez narahat edir, pul tapmaqda tələsmələrini deyirmiş. Ondan tibbi ekspert üçün aldığı 2000 manatı soruşduqda Vüqar ehtiyac olmadığını və həmin pulu digər ekspertə verəcəyini bildirmişdir. 1 ay X14nı təzədən evlərinə çağırıb xx.xx.2020-ci il tarixdə qardaşı oğlunun kreditlə götürüb verdiyi 5000 manatı ona vermişlər, həmin vaxt müstəntiq işi Sabunçu Rayon Məhkəməsinə göndəribmiş, ona görə də Vüqar Şıxlı bildirib ki, həmin 5000 manatı hakimə verəcək, əvvəl verilən 2000 manatı da təzədən avtotexniki ekspertiza keçirib oğlunu günahsız alacaq, həmin vaxt, yəni xx.xx.2020-ci ildə Vüqar Şıxlı mərhum ərindən 360 manat qiymətində 2 baş qoyunu Nərimanov rayonu, Təbriz, küçəsi-160a ünvanında olan «Metropark»ın qarşısında alıb ki, birini müstəntiq Canpolada verəcək, birini isə oğlu Pərvizin işə bərpası ilə əlaqədar verəcək. Daha X14 əlavə pul istəmiş və o, «lotoreya» oynadığı pulu götürüb xx.xx.2020-ci ildə Nərimanov rayonu, Təbriz küçəsi-106a ünvanında olan «Metropark»ın qarşısında rəhmətlik yoldaşı Azər Vüqara verib, lakin oğlu Pərvizin işinə baxılmış və oğluna 4 il 6 ay cəza kəsilmişdir, X14 oğlunun adından apellyasiya şikayəti vermiş və Pərvizin işinə Bakı Apellyasiya Məhkəməsində baxılıb cəzasından 1 il götürülüb, 2021-ci ilin iyunun 25-də Bakı Apellyasiya Məhkəməsində proseslər qurtarmış, 29 iyun 2021-ci ildə isə 7 №-li Cəzaçəkmə müəssisəsindən zəng edib oğlunu həmin Cəzaçəkmə müəssisəsinə çağırıb hər dəfə pulu qaytaracağını desə də sonradan gah yoxa çıxıb, gah söz verib ki, pulunu qaytaracaq. Vüqar onlara bildirib ki, evini girov qoyub bankdan pul götürüb qaytaracaq, lakin verdiyi vədlərin heç birinə əməl etməyib, bu günə qədər onların pullarını qaytarmayıb. X5rdan 8700 manat pul və 360 manat dəyərində iki baş quzu almışdır. Pulunun tam olaraq qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 22 may 2020-ci ildə dostunun xəstə vəziyyətdə olan anasını Bakı şəhərinə gətirmək üçün «Rent A Car»dan «Elantra» markalı maşın götürüb gedərkən Sabunçu rayonu ərazisində piyada qadın qəflətən maşının altına atıldığından o aldığı zərbədən vəfat etmişdir. Buna görə Sabunçu rayon Polis idarəsinin İstintaq Şöbəsində cinayət işi açılmış, o, özü hadisədə günahsız olduğuna əmin olsa da lakin onu təqsirli çıxarırmışlar, ona görə də o və valideyinləri onun işinin müsbət mənada həlli ilə əlaqədar vəkil axtarmışlar. Şabran rayonunda yaşayan xalaları da onun hadisəni bilirmişlər və bütün qohumlar təşvişdə imişlər ki, ona necə kömək etsinlər. Bu ərəfədə Şabran rayonu Gəndob kəndində yaşayan xalası Samulə zəng edərək «Vüqar Şıxlı» adlı nüfuzlu vəkil tanışı olmasını, Şabranda bir neçə şəxsin işini qurtardığını deyib onun mobil telefon nömrəsini valideynlərinə vermişdir ki, onunla əlaqə saxlasınlar. Valideynləri xalasının verdiyi mobil nömrə ilə əlaqə saxlayıblar və həmin «Vüqar Şıxlı» ilə danışıblar, razılaşıblar ki, Vüqar Şıxlı onların evlərinə gəlsin və hadisəni ətraflı öyrənsin. Hadisədən uzun müddət keçdiyindən tarixi yadında qalmamışdır. Vüqar Şıxlı onlara gəlmiş və onunla evlərində danışıblar. O, Vüqar Şıxlıya hadisənin necə baş verməsini danışmış, Vüqar Şıxlı söz vermiş ki, onun işi bəraətlikdir, barəsində cinayət işinin icraatına xitam verdirəcək, Vüqar Şıxlı demişdir ki, onun elə tanışları vardır ki, bir zəngə bu işi həll edəcək. Ona valideynləri tam inanmışlar və o, işə başlamaq üçün valideynlərindən evlərində ilk olaraq 500 manat pul alıb getmişdir. X14 demişdir ki, onun maşınla vurduğu qadının qanında narkotik çıxması barədə məhkəmə-tibbi ekspertizanın rəyini dəyişdirəcək, bu məqsədlə onun valideyinlərindən evlərində 2000 manat pul alıb, avtotexniki ekspertizanın rəyini dəyişdirmək və işə baxan hakimə vermək üçün 5000 manat, müstəntiqə və onun işə bərpası məqsədi ilə 2 baş qoyun, əlavə xərclər üçün isə 1200 manat - ümumilikdə 9 060 manat alıb onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. Vüqar Şıxlı istintaqda gəlib müstəntiq Canpoladla dınışıqlar aparsa da işin xeyrinə heç bir hərəkət etməyib, sonra iş Sabunçu Rayon Məhkəməsinə göndərilib, Vüqar Şıxlı həmin məhkəmənin gedişində zala girəndə hakim onu zaldan çıxarmış ki, sənin bu işə heç bir aidiyyətin yoxdur. Sabunçu Rayon Məhkəməsində ona cəza veriləndən X14 onun adından Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş və Bakı Apellyasiya Məhkəməsində işinə baxılarkən hakim Vüqarı zala buraxmamış, lakin Vüqar onun işindən uzaqlaşmaq istəməmişdir. O və valideynləri Vüqar Şıxlıdan verdikləri pulları geri istəmişlər, o, hər dəfə söz vermişdir ki, pullarını qaytaracaq, lakin verdiyi vədə əməl etməmişdir. Sonra başqa vəkil tutub Ali Məhkəməyə kassasiya şikayət vermişlər və hazırda barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Vüqara o, bacısı oğlunun avtoqəza işini danışmış və kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Vüqar bildirmişdir ki, həmin işi bəraətlə qurtaracaq, bacısı oğlunun işi bəraətlikdir. Vüqarla danışdıqdan sonra bacısı Gülsənəmlə telefonla danışarkən ona bildirmişdir ki, belə vəkil var, onun mobil nömrəsini versin, özləri danışsınlar, dediyinə görə Şabranda bir neçə şəxsin işlərini qurtarmışdır. Bacısı Gülsənəm onsuz Vüqar Şıxlı ilə onun verdiyi mobil nömrəyə zəng edərək danışıblar və Vüqar söz verib ki, bacısı oğlunun işini bəraətlə bitirəcək. Vüqar Bakı şəhərinə gəlmiş və Gülsənəm bacısı, ailəsi ilə evlərində danışıb razılaşıblar. İlk olaraq 500 manat pul, daha sonra məhkəmə-tibbi ekspertizanın rəyini dəyişdirəcək, bu məqsədlə onun valideyinlərindən evlərində 2000 manat pul alıb, avtotexniki ekspertizanın rəyini dəyişdirmək və işə baxan hakimə vermək üçün 5000 manat, müstəntiqə və onun işə bərpası məqsədi ilə 2 baş qoyun, əlavə xərclər üçün isə 1200 manat almışdır. Vüqar Şıxlı hələdə bacısıgilin pulunu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Diskdə olan danışıqların dinlənilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, danışıq aparanlardan biri X9r və biri onun arvadıdır, digərləri isə Təqsirləndirilən şəxs və onun anası, keçmiş arvadı Gülnar, və ya Təqsirləndirilən şəxs qızıdır. İlkin danışıqlarda Vüqar X1 məhkəmədə baxılan işi üzrə bəraət verdirəcəyindən, işin icraatına xitam verdirəcəyindən danışır, iş üzrə avtotexniki ekspertiza təyin etdirəcəyini, Pərvizi günahsız çıxartdıracağını deyir, aldığı pulları guya kimlərəsə verdiyini, həmin şəxslərin işin məhkəmə baxışını gecikdirəcəyinə söz verib sonra da bəraət verdirəcəyinə söz verir və hər dəfə də vaxtı uzadır, iş alınmayanda isə aldığı pulları qaytaracağına söz verir. Qaytarmaq üçün hansısa bangdan kredit götürəcəyini bildirir. Danışıqların sonuna qədər Təqsirləndirilən şəxs pulu qaytarması barədə danışıq getmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 4000 manat cərimə cəzası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət nəzərə alınaraq cərimə cəzasından azad edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası şərti olaraq tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. 286746 nömrəli, AZ – İİ seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. “Axtarışda olan şəxsin tutulması barədə” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-yə gətirilmişdir. 09 sentyabr 2022-ci il tarixli “Tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin təmin edilməsindən imtina edilməsi və onun, dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 06 ay 07 gün müddət cəza müddətinə daxil edilərək qəti olaraq onun üzərində 6 il 5 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş və 02 il sınaq müddəti müəyyən edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. “Maddi sübut hesab etmək haqqında” 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazıları olan bir ədəd DVD-R disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də anoloji cinayətlər törədərək məsuliyyətə cəlb edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli – 09 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərərçəkmiş şəxsə 9060 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, maddi ziyana görə 9060 manat və ödənilmiş dövlət rüsumuna görə 111 manat, cəmi 9171 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh)- Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia tam təmin edilsin. Maddi ziyana görə 9060 manat və ödənilmiş dövlət rüsumuna görə 111 manat, cəmi 9171 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X2 xeyrinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-540/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-540/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver