Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-542/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X16, onun vəkili və nümayəndələri X5, Müdafiəçi2 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sirius Vəkil Bürosunun vəkili Müdafiəçi1 oglunun iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himyəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına və ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə saat 03:10-da idarə etdiyi «Mecedes Benz S 320» minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi istiqamətindən Ak.Həsən Əliyev küçəsi istiqamətində 4-cü zolaq ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun həmin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib həmin vaxt ünvan 2 ünvanın qarşısındakı yolda hərəkət istiqamətinə nəzərən yolu sağdan sola doğru keçən piyada X11 və Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada Feyruz Eyvazovun ölümünə səbəb olan açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sol göz ətrafı nahiyənin qançırlı hematoması, sol saidin və sol baldırın qapalı, yerdəyişmiş sınıqları, sol bazunun, sol dirsək oynağının, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yarısının, bel nahiyəsinin sol yarısının, sol sağrı nahiyəsinin, sol budun yuxarı-orta 1/3-nin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin sıyrılmış yaraları müşayiət olunan, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəli olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və piyada Zərərçəkmiş şəxs oma sümüyünün sağ tərəfli minimal yerinidəyişmiş sınığı, sol sirkə kasasının ön divarının minimal yerinidəyişmiş sınığı, sol aşağı ətrafın qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol bud sümüyünün lateral kondilusunun yerinidəyişmiş qapalı sınığı lateral-kollateral bağın tam qopması (İlizarov aparatı ilə osteosintez əməliyyatından sonrakı vəziyyət), qisaarası nahiyənin, burun nahiyəsinin və sol baldırın əzilmiş-cırılmış yaraları, sol bud nahiyəsinin aşağı 1/3-nin dış kənarının dəri və dərialtı toxumasının iri həcmli hematoması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Nəsirov X2 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fotoqrafçılıqla məşğul olmaqla ailəsini dolandırır. 17 avqust 2022-ci il tarixdə təxminən saat 03:10 radələrində özünə məxsus «Mecedes Benz S 320» minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü Ak.Həsən Əliyev küçəsi istiqamətində sağdan 4-cü zolaq ilə, yəni qoşa xəttin yanındakı zolaqla təxminən 60 km/saat sürətlə hərəkətdə olduğu zaman qabagdan gələn maşının işığı onun üzünə düşmüş, həmin an qaranlıg oldugundan yoldan kimimnsə keçməsini düşünməmiş və ani anda səs eşidmış və maşının ön hissəsinin partpresi sınmış, o qadını vurduğunu görmüşdür. Maşından düşəndə görmüşdür ki, bir oğlan yerdə uzanıqlı vəziyyətdədir, onu və qadını vurmuşdur. Qadının ayağı qırılmışdır. Təcili yardına zəng etmiş və çağırmışdır. Təcili yardım maşını hadisə yerinə gəldikdən sonra oğlan öldüyü üçün o, xəstəxanaya aparılmamış, lakin həmin qadını təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Maşının sol qabaq hissəsi ilə piyadaları vurmuş, lakin o mərhum Firuzu görməmişdir, qadını görmüşdür. Lakin maşını saxlaya bilməmişdir.Özünü ona görə təqsirli bilməyib ki, hadisənin qarsısın almağa imkanı olmayıb. Hadisəni qəsdən törətməyib, belə olmasını istəməzdi. Mülki iddianı qəbul etmir, lakin zərərçəkən tərəfə 10.000 manat dəymiş zərərdən ödəməyə imkanı çatır. Hadisəyə görə peşmandır, qəsdən etməyib, belə olmasını istəməzdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, Feyruz Eyvazov onun oğludur, onunla birlikdə Sabunçu rayonu, ünvan 3 ünvanda yaşamışdır.X17 rayonu, K.Rəhimov küçəsində yerləşən paltar mağazası var idi.xx.xx.2022-ci il tarixdə saat 04-05 radələrində qohumu Ramil zəng vuraraq Feyruzu Nərimanov rayonu, K.Rəhimov küçəsində maşın vurduğunu və ayağının sındığını bildirmişdir.Oraya gələndə artıq məlum olmuşdur ki, oğlu Feyruz baş vermiş yol-nəqdiyyat hadisəsi nəticəsində hadisə yerində vəfat etmiş və onu 5 №-li xəstəxananın həyətində yerləşən məhkəmə tibbi ekspertizanın Nərimanov rayon şöbəsinə aparmışlar.Səhər saatlarında Feyruzun meyitini götürüb dəfn etmişlər.Sonradan məlum olmuşdur ki, oğlu Feyruzu xx.xx.2022-ci il tarixdə saat 03:10 radələrində «Mercedes Benz» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin avtomobillə vurmuşdur.Oğlu Feyruz iş yerinin yaxınlığında Nərimanov rayonu, Təbriz küçəsi istiqamətindən F.X.Xoyski küçəsi istinamətində olan K.Rəhimov küçəsində yolu piyada keçən zaman vurmuşdur.Hadisə zamanı həmçinin sonradan adını bildiyi Elnurə adlı qadın da vurulmuşdur.Həmin qadının kim olduğunu bilmir və tanımır,oğlu Feyruzun tanışı olub-olmamasını bilmir.Hazırda şikayətçidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 xx.xx.2022-ci i tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 62.000 (altmış iki min) manat məbləğində maddi ziyanın və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin əvəzinin, o cümlədən hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 1.300 manat məbləğində pul vəsaitinin, ödənilmiş 340 manat məbləğində dövlət rüsumu, cəmi olaraq 83.640 (səksən üç min altı yüz qırx) manat məbləğində pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə mülki iddia icraata qəbul edilərək X16 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyən Zərərçəkmiş şəxs videokanfrans vasitəsilə dindirilmiş və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 03:10-da Nərimanov rayonu, K.Rəhimov küçəsini, Təbriz küçəsi istiqamətindən yolu sağdan sola doğru adi yerişlə keçməyə başlamış, qoşa xəttə çatmağa yaxın Ak.Həsən Əliyev küçəsi istiqamətindən gələn yola baxmışdır ki, hərəkətini davam etdirsin.Lakin qoşa xəttə çatmağa yaxın qəfildən necə olduğunu bilmədən avtomobil dəymiş, həmin avtomobilin markasını və dövlət qeydiyyat nişanını görməmiş və hazırda da xatırlamır.Gözünü açanda 3 saylı xəstəxanada olduğunu bilmiş, hadisənin necə və kim tərəfindən törədilməsini xatırlamır.Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, hadisə zamanı xəsarət almış X11 tanımır, hadisə zaman ola bilər ki, həmin şəxs təsadüfən orada olmuş və yolu birlikdə keçmişlər. Hazırda da heç nəyi dəqiq xatırlamır.Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmişdir, ona qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Nərimanov Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində taksi maşını ilə Nərimanov rayonu F.Xoyski küçəsinin istiqamətindən Təbriz küçəsi istiqamətində hərəkət edib yaşadığı evin həyətində taksidən düşüb, «Rent A Car»dan icarəyə götürdüyü qırmızı rəngli “Chevrolet Camaro” markalı, **-BA-*** nömrə nişanlı avtomobillə şəhərdə gəzməyə çıxmış, saat 03:10 radələrində Nərimanov rayonunun Təbriz küçəsi istiqamətindən F.X.Xoyski küçəsi istiqamətində Koroğlu Rəhimov küçəsi ilə hərəkət edən zaman ondan xeyli qarşıda olan “Mercedes” markalı avtomobilin əyləcə basaraq yolun ortasında dayandığını görmüş, həmin maşına yaxınlaşan zaman isə qoşa xəttin yanında bir nəfər kişi və bir nəfər qadının yerdə uzanmış vəziyyətdə olduqlarını görüb başa düşmüşdür ki, “Mercedes” markalı maşın həmin piyadaları vurmuşdur. O dərhal piyadalara yaxınlaşan zaman sürücünün də həmin piyadaların yanında dayanıb şokda olduğunu görmüş və sürücünü silkələyərək özünə gəlməsini, nə lazımdırsa köməklik edəcəyini bildirmişdir. Həmin vaxt ətrafdan keçən avtomobillərin sürücüləri də maşınlarınlı saxlayıb hadisə yerinə yaxınlaşmışlar. Yerdə uzanan kişi piyadanın qulaqlarından qan axdığını və onun tanışı olan, yaxınlıqda paltar mağazasını işlədən Feyruz olduğunu görmüşdür. Hadisə yerinə artıq post patrul xidmətinin əməkdaşları gəlmiş, oradaki vətəndaşlardan kimsə Feyruzun ölməsini guman edib üzərini gödəkçə ilə örtmüşlər. Hadisə yerinə təcili yardım maşını gəlmiş, oğlanın öldüyünü bildirib qızı 3 saylı xəstəxanaya aparmışlar. Feyruzu tanıdığından və həmin qızı onun tanışı və ya qohumu olmasını guman etdiyi üçün köməklin etmək məqsədi ilə xəstəxanaya getmiş, xəstəxanada olduğu zaman oraya polis əməkdaşları gəlmişdir. Hadisə vaxtı “Mercedes” markalı maşınimn sürücüsünü piyadaları necə və hansı şəraitdə vurmasını görməmiş, həmin vaxt sürücü maşını saxlayaraq həmin piyadalara köməklik etməyə çalışırdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli, 100 №-li rəyi ilə müəyyən edilmişdir ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- açıq kəlləbeyin travması, kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sol göz ətrafı nahiyənin qançırlı hematoması, sol saidin və sol baldırın qapalı, yerdəyişmiş sınıqları, sol bazunun, sol dirsək oynağının, sağ və sol əlin arxa səthinin, döş qəfəsinin sol yarısının, bel nahiyəsinin sol yarısının, sol sağrı nahiyəsinin, sol budun yuxarı-orta 1/3-nin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin sıyrılmış yaraları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb-kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X1 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 108817-12222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə AD 139323 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə tibbi ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli, 932 №-li rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: oma sümüyünün sağ tərəfli minimal yerinidəyişmiş sınığı, sol sirkə kasasının ön divarının minimal yerinidəyişmiş sınığı, sol aşağı ətrafın qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol bud sümüyünün lateral kondilusunun yerinidəyişmiş qapalı sınığı lateral-kollateral bağın tam qopması (İlizarov aparatı ilə osteosintez əməliyyatından sonrakı vəziyyət), qisaarası nahiyənin, burun nahiyəsinin və sol baldırın əzilmiş-cırılmış yaraları, sol bud nahiyəsinin aşağı 1/3-nin dış kənarının dəri və dərialtı toxumasının iri həcmli hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2398 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Mercedes Benz» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli idi. Ekspetiza xərci 85 manat təşkil edir. Hadisə baş verən yerin yaxınlığında quraşdırılmış TŞ kamerasının qeydə aldığı görüntülər Azərbaycan Respublikası DİN-nin X15 Edilməsi İdarəsindən CD diskdə götürülmüş və həmin görüntülərə baxış keçirilmişdir. CD diskdə olan görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, TŞ 6-001.2 faylın 11-ci dəqiqə 15-ci saniyəsində K.Rəhimov küçəsi ilə Ak.Həsən Əliyev küçəsi istiqamətində hərəkətdə olan yolun sağdan 4-cü hərəkət zolağında, yəni qoşa xəttin sağ hissəsindəki 1-ci hərəkət zolağında dövlət nömrə nişanı görünməyən avtomobilin qabaq sol farası nəyəsə dəydiyi üçün qabaq sol farasının işıqları ani vaxtda iki dəfə yanıb-sönür, sonra isə həmin faranın yanmadığı, həmin avtomobilin yolun ortasında dayandığı, həmin avtomobilin və digər avtomobillərin görüntünün sonuna qədər hadisə yerində dayandığı, sonradan isə yol-patrul xidmətinin avtomobilinin oraya yaxınlaşması görünür.Hadisə yerinin videogörüntüsü olan 01 ədəd CD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X14 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır.Arvada Nəsirova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X8r. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mehri Nəsirova xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X8r. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş TŞ kamerasından götürülmüş video görüntü olan 01 ədəd «CD» disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, «Mecedes Benz S 320» minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və qəbz əsasında sahibi Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 598 saylı məktubundan görünür ki, mərhum X12 "xxxx" ASC-nin Nərimanov Rayon filialında xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 20.000 manat mikro krediti üzrə xx.xx.2022-ci il tarixinə 14385.29 manat borcu qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən ekspert rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri olmaması barədə ifadəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə saat 03:10-da idarə etdiyi «Mecedes Benz S 320» minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi istiqamətindən Ak.Həsən Əliyev küçəsi istiqamətində 4-cü zolaq ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığıını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun həmin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib həmin vaxt ünvan 2 ünvanın qarşısındakı yolda hərəkət istiqamətinə nəzərən yolu sağdan sola doğru keçən piyada X11 və Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada Feyruz Eyvazovun ölümünə səbəb olmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/2398 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Mercedes Benz» markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli idi. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və iş üzrə toplanmış sübutların məcmusuna əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: zərərçəkmiş şəxs X3 şikayət və tələbinin olmaması; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması; Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olmaqla onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalı, «Mecedes Benz S 320» minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 62.000 (altmış iki min) manat məbləğində maddi ziyanın və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin əvəzinin, o cümlədən hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 1.300 manat məbləğində pul vəsaitinin, ödənilmiş 340 manat məbləğində dövlət rüsumu, cəmi olaraq 83.640 (səksən üç min altı yüz qırx) manat məbləğində pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı X13 ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində X6 ölümünə səbəb olmuş, onun ölümündən sonra isə "xxxx" ASC-nin Nərimanov Rayon filialında 14.385,29 manat borcu qalmışdır. Məhkəmə mülki iddianı bu hissədə əsaslı hesab edir və təmin olunması qənaətinə gəlir. Mülki iddianın 20.000 manat mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X10 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 2.000 manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub mülki iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iddia qismən təmin edildiyindən onun təmin olunmuş hissəsinə münasibətdə 66.64 manat dövlət rüsumu zərərçəkmişin hüquqi varisinin xeyrinə tutulmalıdır. Mülki iddianın qalan hissələrinə dair mötəbər sübutlar məhkəməyə təqdim olunmadıgından həmin hissədə iddia təmin olunmamalıdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - «Mecedes Benz S 320» minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 14.385,29 manat, 2.000 manat mənəvi, 66.64 manat dövlət rüsumu, cəmi 16.451,93 (on altı min dörd yüz əlli bir manat doxsan üç qəpik) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X9 xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin olunmasın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-542/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-542/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver