Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-543/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, evli, məhkum olunmamış, işsiz, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül massivi məhəllə 2950/52 ünvanında yerləşən anbarında fəhlə işlədiyi müddətdə hissəhissə olmaqla anbardan qablaşdırılmış vəziyyətdə 5.220 manat dəyərində “HES KABLO HOSSVV-F 5G4-FLEXİBLE MM2” markalı 900 metr, 8.250 manat dəyərində “HES KABLO H0SSVV-F3G4” markalı 2500 metr, 1.300 manat dəyərində “HES KABLO HOSSVV-F 2X1,5” markalı 1000 metr, 17.390 manat dəyərində “HES KABLO N0721-K Type 1x16 FLEXİBLE mnı2” markalı 3700 metr, 5.400 manat dəyərində “HES KABLOH0721-K, TYPE 1x10 mm2” markalı 2000 metr, 2.400 manat dəyərində “ER3E KAJÖLO JE-Fİ(St) Hlx2x0.8+0 mm2” markalı 2000 metr, 520 manat dəyərində “HES KABLO HOSSVV-F 2X4-FLEX mm2” markalı 200 metr, 2000 manat dəyərində “HES KABLO HOSSVV-F 4X4- FLEX mm2” markalı 400 metr, 3550 manat dəyərində “HES KABLO N0721-K Type 1 0- FLEXİBLE mm2” markalı 7100 metr olmaqla cəmi- 46.030 (qırx altı min otuz) manat dəyərində elektrik kabellərini anbardan gizli olaraq çıxarıb özünə məxsus “MERCEDES Cklass” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib həmin qablaşdırılmış vəziyyətdə olan kabelləri gizli olaraq talayıb kabelləri ünvan 3 ünvanında yerləşən metal qəbulu məntəqəsində Şahid2 sataraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni 46.030 (qırx altı min otuz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də fəhlə işləməyə başlamışdır. O, işə başlayanda əvvəlcə Abşeron rayonu, «At yalı» adlanan yerdə anbarda işləmişdir. 2021-ci ilin mart ayında həmin şirkətin «Baksol» ərazisində yerləşən anbarında işləməyə başlamışdır. Anbara mallar şirkətə məxsus sürücü Elxan Şıxəliyevin idarə etdiyi «Mercedes Ateko» markalı yük maşını ilə gətirilmişdir. Onun vəzifəsi isə gətirilmiş malları qəbul edib, anbara boşaltmaqdan ibarət olmuşdur. Həftənin 6 günü işləyib yalnız bazar günləri istirahət etmişdir. Əmək haqqı 600 manat olmuşdur, əmək haqqını “PAŞA bank” kartı ilə alırdı. Dəqiq tarixi xatırlamadığını, 2021-ci ilin oktyabr ayından başlayaraq anbarda Türkiyə istehsalı olan «HES» markalı, 2x1,5 və 3x4 və başqa ölçüdə olan elektrik kabellərini gizli olaraq oğurlayıb satmaq qərarına gəlmişdir. O, oğurladığı kabelləri Şahid2 adlı şəxsə satmışdır. Asimin həmin kabellərin oğurluq olmasından xəbəri olmamışdır. Axırıncı dəfə 2021-ci ilin dekabr ayında oğurladığı kabeli Şahid2 satmış ondan sonra anbardan oğurluq etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid2 ondan aldığı kabeli Z.Bünyadov prospektində yerləşən mağazanı işlədən Şahid1 satıb, Şahid1 həmin kabelin orijinal olub-olmamasını öyrənmək üçün onun mağazasının yaxınlığında yerləşən mağazanı işlədən şirkətin direktoru Əzizağanın oğluna göstərmişdir. Bundan sonra işin üstü açılmış, anbarda yoxlama aparılmışdır. O, anbardan oğurladığı kabeli Asimə satmaqla 29.514 manat pul almışdır. Hər dəfə kabeli satanda Şahid2 satdığı kabellərin pulunu həmin andaca nağd şəkildə vermişdir. Hazırda şirkətə vurulmuş ziyanı tam olaraq ödəmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş “Şok-Elektro" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Şok Elektro“ MMC tam 14-ilə yaxındır ki, ticarət sahəsində bir şirkət olaraq fəaliyyət göstərməkdədir. Şirkət tərəfindən müştərilərə malların alqı-satqısı həm nağd, həm də nisiyə şəkildə həyata keçirilir. Satışı həyata keçirilən mallar satış mağazasında olduqda oradan təmin edilir, əks halda şirkətə məxsus Nərimanov rayonunda yerləşən anbardan götürülməklə müştərilərə təhvil verilir. Şirkət satışını icra etdiyi həm yerli istehsal olan, həm də xarici ölkələrdən ixracat edilmiş mallar mövcuddur. Şirkət xarici ölkələrdən ixracını həyata keçirdiyi bir neçə malların istehsal edən şirkətlərdən ölkə üzrə həm də distribyuterliyini əldə etmişdir. Bu mallardan distribyuterliyini əldə etdikləri bir marka da Türkiyə Respublikasında istehsal edilən “HES“ markalı elektrik kabelləridir. Ölkəmizə bu malların ixracı istehsalçı şirkət olan “HES Hacılar Elektrik Sanayi vc Ticaret AS“ tərəfindən yalnız həmini şirkətə distrubyuter olaraq həvalə edilmişdir. Barəsində şikayət edilmiş Təqsirləndirilən şəxs "xxxx" MMC-də malların saxlanılma anbarında fəhlə vəzifəsində işləmişdir. 2022-ci ilin fevral ayının əvvəlində Nərimanov rayonu Ziya Bünyadov prospektində şirkətin icarəsində olan mağazadan “Şok Elekro“ MMC-nin direktoru X1 atası Əzizağa müəllimə zəng edərək bidirmişdir ki, onunla qonşu olan “Neon Elektrik” mağazadasında satışda ucuz qiymətə saellofanda açılmamış Türkiyə Respublikasında istehsal edilən “HES” markalı elektrik kabellərini həmin mağazanın müdiri olan Ələmdar adlı şəxs satmaqdadır. Eyni zamanda həmin kabellər Ələmdar tərəfindən Orxana da təklif olunur. Bundan sonra əvvəlcə həmin kabelərin orjinal olmadığı qənaətinə gəlsələr də, orada yoxlanış apardıqdan sonra kabellərin istehsalçı şirkətə məxsus olan orjinal mallar olduğu müəyyən edilmişdir. Bu səbəbdən “Neon Elektrik” mağazasından xx.xx.2022- ci il tarixdə “HES” markalı və əlavə bir neçə ölçüdə başqa marka olan elektrik kabelləri ümumilikdə 60482 manat dəyərində Ələmdardan alınmışdır. “Neon Elektrik” mağazasından “HES” markalı mallar alındıqdan sonra bəzi şübhəli məqamlar üzə çıxması səbəbindən həmin malların üzərində olan kodları yoxlamaq qərarına gəlmişlər. Yoxlama zamanı həmin malların Türkiyə Respublikasından ölkəyə şirkətləri tərəfindən gətirilməsi gömrük sənədləri əsasında məlum olmuşdur. Belə olduqda bu malların “Neon Elektrik” mağazasının sahibi olan Ələmdar adlı şəxsin əlində olması araşdırlan zaman onun tərəfindən bu malların ona Binəqədi yolunda köhnə metalların alışı ilə məşğul olan Asim adlı şəxsin satmaq məqsədilə gətirdiyini və həmin şəxsə bu malların alışına görə 32.874 manat ödəniş etdiyi məlum olmuşdur. Bundan sonra, Asim adlı şəxsin ***-***-**-** telefon nömrəsini Neon Elektrik” mağazasının sahibi olan Ələmdar adlı şəxsdən alaraq onunla əlaqə saxlayaraq onunla bu barədə görüşmək istədiklərini bildirmişlər. Asim adlı şəxs onlarla görüş zamanı həmin kabelləri Mahmud adlı şəxsdən mütəmadi olaraq aldığını bildirmişdir. Şahid2 onlarla görüşərkən hətta kabelləri aldığı Mahmud adlı şəxsin şəxsiyyət vəsiqəsini onlara təqdim etmişdir. Bu zaman onlara məlum olmuşdur ki, “Neon Elektrik” mağazasından “EİES” markalı aldıqları mallar əslində şirkətlərində anbar fəhləsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq gizli şəkildə anbardan oğurlanaraq şəxsi nəqliyyat vasitəsilə aparmış olduğu mallardır. Həmin malları oğurladıqdan sonra o, metal əvəzi Asim adlı şəxsə, Asim də həmin malları “Neon Elektrik” mağazasının sahibi olan Ələmdar adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurlmuş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əmisi Vaqif Məhərrəmov xəstə olduğu üçün tez-tez müalicə olunduğu üçün həmin vaxt onun əvəzində tək məntəqədə işləyirmiş. Məntəqədə əsasən əlvan və qara metal qəbul etməklə yanaşı aldığı malların isdifadəyə yararlı olan qismini topdan və pərakəndə qiymətə fərqli tikinti malları mağazalarına satışını həyata keçirirmiş. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin avqust ayından tanımışdır. Belə ki, Mahmud məntəqəyə gəlib bildirmişdir ki, kabel var onu satmaq istəyir, ondan kabelin oğurluq olub- olmamasını soruşduqda o bildirib ki, kabel alqı-satqısı ilə məşğul olur guya müxtəlif ustalardan, iş icraaçılarından tikintidə artıq qalan kabelləri alaraq öz şəxsi anbarında saxlayır və müxtəlif şəxslərə topdan satır. Mahmud onu inandırmaq üçün şəxsiyyət vəsiqəsini göstərmiş, o da Mahmudun şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonu vasitəsilə çəkmişdir. Vəsiqəsinin şəkli olduğu üçün ona inanmış və ona kabeli ala biləcəyini bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs özünə məxsus avtomobillə kabel gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs birinci dəfə 01 sentyabr 2021-ci il tarixdə gətirdiyi kabellərə görə 810 manat pul vermişdir. Təqsirləndirilən şəxs sentyabr ayında ümumilikdə 9 dəfə, oktyabr ayında 8 dəfə, noyabr ayında 8 dəfə, dekabr ayında 11 dəfə ona içərisi mis olan elektrik kabellərini gətirib satmış, və hər dəfəsində ona nağd şəkildə pulunu vermişdir. Təqsirləndirilən şəxs kabelləri gətirdikdə adətən zəng vurub məntəqədə olub-olmamağını soruşub, gəlirdi və kabelləri ondan yalnız o, qəbul etmişdir. Kabelləri Təqsirləndirilən şəxs özünə məxsus avtomaşınla avtomaşının yük yerinə və salonuna yığıb tək gətirir, hər dəfə gətirdəndə 10-20 top kabel gətirmişdir. Kabellərin qiymətini malın növündən asılı olaraq qiymətləndirərək ödəniş etmişdir. Təqsirləndirilən şəxs aldığı kabelə görə ona cəmi 29.514 manat pul verib. Sonradan Təqsirləndirilən şəxs gətirdiyi həmin kabelləri satmaq üçün əlaqələr axtarmağa başlamış, təxminən 7-8 il olar ki, tanıdığı, kabel satışı ilə məşğul olan Ələmdar adlı şəxsə müraciət etmişdir. Ələmdar adlı şəxsin mağazası Ziya Bünyadov prospektində yerləşir. Ələmdar kabelləri almağa razılıq vermiş və bu minvalla Təqsirləndirilən şəxs aldığı kabelləri Ələmdara satmağa başlamışdır. Birinci dəfə 2021-ci ilin təxminən noyabr ayında 5x4 ölçülü 9 top, 3x4 ölçülü 25 top, 2x1,5 ölçülü 10 top, 1x16 ölçülü 37 top, 1x10 ölçülü 20 top, 1x2 ölçülü 20 top, 10X2 ölçülü 35 top kabelləri yoldan keçən tanımadığı «QAZEL» markalı maşına yükləyib Ələmdarın mağazasına təhvil vermiş, ondan 27.000-28.000 manat pul almışdır. Ələmdar ona satdığı kabeli haradan aldığını soruşduqda ona demişdir ki, bir nəfər şəxsdən alır, həmin şəxs deyir ki, o, kabel alqı-satqısı ilə məşğul olur. İkinci dəfə 2022-ci ilin yanvar ayında yenə 4x4 ölçülü 4 top, 2x4 ölçülü 2 top, 10X2 ölçülü 36 top kabelləri tanımadığı maşına yükləyib Ələmdarın mağazasına aparıb vermiş, ondan təxminən 5.000-6.000 manat pul almışdır. Ondan bir müddət sonra Mahmud kabel gətirməmişdir. 2022-ci ilin fevral ayında Bahadur adlı alüminium qəbul edən şəxs ona zəng edib bildirmişdir ki, bir nəfər var, onun malını gətirib sənə veriblər. O, Bahadurun yanına getmiş, orada Əzizağa adlı şəxsi təqdim edib bildirmişdir ki, kabel ona məxsus olub, oğurlayıb ona satıblar. O, kabelin markasını soruşmuş, Əzizağa demişdir ki, Türkiyə istehsalı olan «HES» makalı kabel olub, o da Təqsirləndirilən şəxs aldığı kabel həmin markalı olmasını təsdiq etmişdir. Kabeli kimdən aldığını soruşduqda, o Təqsirləndirilən şəxs adını xatırlamadığı üçün onun şəxsiyyət vəsiqəsinin şəklini Bahdura göndərmişdir. Onun malların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İfadələrin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi haqqında” 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül massivi, məhəllə 2980/52 ünvanında yerləşən anbarı göstərərək fəhlə işlədiyini bildirmişdir. Baxış zamanı anbarın avtomobil yolunun kənarında yerləşdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs anbarın içərisində rəflərdə olan qutulardakı kabelləri göstərərək həmin kabelləri gizli olaraq çıxararaq Asim adlı şəxsə satdığını bildirmişdir. O, anbarda olan 2021-ci ilin sentyabr-dekabr aylarında gizli olaraq çıxarıb Binəqədi qəsəbəsində metal qəbulu və naqillərin alqı-satqısı ilə məşğul olan məntəqəyə satdığı kabelləri göstərmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-548/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 may 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-595/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 09 sentyabr 2022-ci il tarixədək müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 9/4701 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş kabelləri 2021-ci ilin sentyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 27,10 manat müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Şok-Elektro" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən yazılmış 30 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş maddi ziyan tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 01 oktyabr 2022ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə baxış zamanı götürülmüş HES KABLO H0SSVV-F 5G4-FLEXİBLE MM2 markalı, HES KABLO H0SSVV-F3G4 markalı, HES KABLO H0SSVV-F 2X1,5 markalı, HES KABLO N0721-K Type 1x16 FLEXİBLE mm2 markalı, HES KABLOH0721-K, TYPE 1x10 mm2 markalı, ER3E KABLO JE-H(St) H1x2x0.8+0 mm2 markalı, HES KABLO H0SSVV-F 2X4-FLEX mm2 markalı, HES KABLO H0SSVV-F 4X4-FLEX mm2 markalı, HES KABLO N0271-K Type 1 0-FLEXİBLE mm 2 markalı kabel nümunələri maddi sübut kimi tanınmış və maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinyət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan AZ – İİİ seriyalı, 547703 nömrəli və AZ – İV seriyalı, 047066 nömrəli doğum haqqında şəhadətnamələrinin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən yuxarıda sadalanan yüngülləşdirici halların olması və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsinə zərurətin olmadığı qənaətinə gələrək CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 ay müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda iş üzrə maddi sübut - Nərimanov RPİ-də saxlanılan HES KABLO H0SSVV-F 5G4-FLEXİBLE MM2 markalı, HES KABLO H0SSVV-F3G4 markalı, HES KABLO H0SSVV-F 2X1,5 markalı, HES KABLO N0721-K Type 1x16 FLEXİBLE mm2 markalı, HES KABLOH0721-K, TYPE 1x10 mm2 markalı, ER3E KABLO JE-H(St) H1x2x0.8+0 mm2 markalı, HES KABLO H0SSVV-F 2X4-FLEX mm2 markalı, HES KABLO H0SSVV-F 4X4-FLEX mm2 markalı, HES KABLO N0271-K Type 1 0-FLEXİBLE mm 2 markalı kabel nümunələri "xxxx" MMC-yə qaytarılmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, cəmi 04 ay müddət bir günə iki gün hesabı ilə hesablanaraq 08 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət iş üzrə maddi sübut - Nərimanov RPİ-də saxlanılan HES KABLO H0SSVV-F 5G4-FLEXİBLE MM2 markalı, HES KABLO H0SSVV-F3G4 markalı, HES KABLO H0SSVV-F 2X1,5 markalı, HES KABLO N0721-K Type 1x16 FLEXİBLE mm2 markalı, HES KABLOH0721-K, TYPE 1x10 mm2 markalı, ER3E KABLO JE-H(St) H1x2x0.8+0 mm2 markalı, HES KABLO H0SSVV-F 2X4-FLEX mm2 markalı, HES KABLO H0SSVV-F 4X4-FLEX mm2 markalı, HES KABLO N0271-K Type 1 0-FLEXİBLE mm 2 markalı kabel nümunələri "xxxx" MMC-yə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-543/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-543/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver