Məhkəmə qərarları › İş №1(005)-546/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-546/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-546/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 nümayəndəsi X5, X1 və “Hürriyyət” qəzeti Baş redaktor X8 iştirakları ilə, X3 X13, X4, “Hürriyyət” qəzeti Baş redaktor Vüqar Məmmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X9, X2, “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovu Azərbaycan Respublikasi CM-nin 147.2-ci maddəsi ilə ilə cinayət məsulliyetinə cəlb ederək, həmin maddənin sanksiyasında nəzərdə tutlumuş agır cəza verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, “27” avqust 2022 -ci il tarixdə Hürriyyət qəzetində “İş adaminin külli miqdarda pulunu mənimsəyən vəkil niyə həbs edilmir. Baş prokurorluq nədən çəkinir” başlıqlı məqalə dərc edərək, Tovuzun iş adamı sayılan və sahibkarlıq fəaliyyəti göstərmiş İsmayıl Hüseynov deyir ki, iki oğlu həbsdədir. Oğlanlarına vəkillik edən X12 ailəsinə yalan vədlər verərək, ailənin ümumilikdə 470 min manat pulunu və əmlaklarını mənimsəyib. Bütün bunlara rəğmən İsmayıl Hüseynovun hər iki oğlu 9 il müddətinə həbs edilib. İsmayıl Hüseynov uzun illərdir fermer təsərrüfatı ilə məşğuldur. Deyir ki, illərlə çalışıb qazandıqı ailəsinin əmlakları dələduzluq yolu ilə itirib. Şikayətçilərin sözlərinə görə özü də oğlu da vəkilə inanıb. X19 müdafiəçi ilə rəsmi nikaha girib. Gəncədəki Asan xidmətdə əmlaklar Sevil Hacıyevanın adına keçirib. Müflis olmuş iş adamı iddia edir ki, təkcə həmkarlarının deyil bir çox peşə sahiblərinin həsəd apara biləcəyi şəkildə və məharətə sahib imiş. O, qısa müddət ərzində bir vəkilin yüz ildə əldə edə bilmədiyi sərvətə yiyələnmək üçün əlinə düşmüş tarixi fürsəti əldən verməyib. Belə ki, özündən on yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik surətdə varlanan S.Hacıyeva bahalı mobil telefondan zerkalnı nömrələrdən tutmuş RANC Rover markalı avtomobilə sahiblənməklə kifayətlənməyib Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb. İş adamının sözlərinə görə o bütün sadalanlardan əlavə ailənin digər əmlaklarını da mənimsəyib. İsmayıl Hüseynov bildirir ki, hüquq mühafizə orqanlarına müraciət etsə də Sevil Hacıyeva dələduzluq yolu ilə ələ keçirdiyi pulları rüşvət qismində hüquq mühafizə orqanlarına verərərək cinayət işini ört bastır edir. Tovuz sakini vəkilin cinayət məsuliyyətinə cəlb olunmasını, pul və əmlaklarının geri qaytarılmasını tələb edir. Bu məqəsədlə prokurorluğa da şikayət edib. Lakin bir il müddət keçməsinə baxmayaraq, prokurorluqda baxılan işin hec bir nəticəsi yoxdur. Görəsən Baş Prokurorluq niyə bu qədər faktları görməzlikdən gəlir...Onu da qeyd edək ki Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasından da kənarlaşdırılıb. Lakin aldığımız məlumata görə Vəkillər Kollegiyasından kənarlaşdırılmagına baxmayaraq, hələ də vəkil kimi fəaliyyətini davam edir. Baş prokurorluq işi niyə araşdırmır. İsmayıl Hüseynov redaksiyamıza yeni faktlar da təqdim edib. Təqdim edilən səs qeydlərində X12 ailəsinin Tovuzdakı mənzilini ələ keçirmək istəyir. Təəssüf ki faktlar və sübutların olmasına baxmayaraq, Baş Prokurorluq işi araşdırmaqda maraqlı deyil. İşin bu qədər uzadılması üstündən bir ildən çox vaxt keçməsi ya Prokurorluq əməkdaşlarının təcrübəsiz olduğu göstərir, yaxud da burda tamamilə başqa məqəsədlər var.... Sevil Hacıyeva və qızları qardaşı arvadına xəsarət yetirdi. Sevil Hacıyevadan təkcə Hüseynovlar ailəsi zərər çəkməyib. Redaksiyamıza müraciət edən onun qardaşı Xaçmaz rayonu Gödəkli kənd sakini Yaşar Daşdəmirov da bacısı Sevil Hacıyeva tərəfindən təhdidlərlə üzləşdiyini bildirir.Yaşar Daşdəmirov bildirir ki, evinə gələrək fındıq kisələrini götürən Sevil Hacıyeva və qızları onun yoldaşına bədən xəsarətləri yetiriblər. "Mən sahədə olanda həyətimə gəliblər. Hazır kisədə fındıqları olub. Sevilin qızları kisələri götürüb maşınına yığıblar.Yoldaşını da bunu görüb. Onlardan niyə kisələri apardığımı soruşub. Daha sonra özü və qızları yoldaşımın üzərinə hücum çəkərək, döyüblər. Bunu eşidən kimi tez sahədən evə gəldim. Dərhal polislə əlaqə saxladım. Yoldaşımın vəziyyəti ağır olduğu üçün və özündən getdiyi üçün təcili yardım çağırdıq. Polis bizdən izahatları aldı.Lakin polis Sevil Hacıyevanın maşınına girə bilməyəcəyini dedi. Bildirdim ki, bizdən oğurlanan fındıq kisələri onun maşınındadır. Polis ərizə yazmağımı bildirdi. Ərizə yazdıq. Amma məndən mənimsənilən fındıq kisələri geri qayıtmadı. Mənə təxminən 100 manat ziyan dəyib.Yoldaşım tibbi ekspertdən də keçib və polisə təqdim edilib. Baş verənlərdən sonra Sevil Hacıyeva yenidən evə daxil olmağa çalışdı. Keçən ildə bu hadisələr baş vermişdi. Bu adam məni və ailəmi daim təhlükə altinda saxlayır.Məqəsədi odur ki. özümə aid olan əmlaklarımı əlimdən alsin.İstəyinə çatmayanda mənə və ailəmə qarşı hücuma keçir.Hüquq mühafizə orqanlarından ailəmin təhlükəsizliyini təmin edilməsini xahiş edirəm.” Hüseynovlar ailəsinə vəkillik etmiş Sevil Hacıyeva onlara yalan vədlər verərək, ailənin ümumilikdə 470 min manat pulunu və əmlaklarını mənimsəyib. Hər halda burda külli miqdarda mənimsəmədən söhbət gedir. Bu azmış kimi Sevil Hacıyeva qardaşını və onun ailəsini də təhdid edərək, ona məxsus əmlakı ələ keçirməyə çalışır. Hüquqi yollarla bunu edə bilmədi indi isə fiziki yolla bunu etməyə çalışır. Hər halda baş vermiş hadisə də zərərcəkmiş şəxslər var. İşin araşdırılması polisin əlindədir. Təəssüf ki bu cür əməllər törədən və faktların olmasına rəqmən hansısa fövqəladə güc Sevil Hacıyevaya gücü catmir... Qeyd edirəm ki, həmin şəxslər yəni İsmayıl Hüseynov yazdıqı ərizədə və qəzətə etdiyi müraciətdə məni, hüquq-mühafizə orqanlarına rüşvət vemmədə, həm külli miqdarda mənimsəmə həmdə külli miqdarda dələduzluq cinayətində ittiham edən böhtan atmışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 nümayəndəsi X10, X4 və “Hürriyyət” qəzeti Baş redaktor X15 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. X6 şikayətdə X13, X4, “Hürriyyət” qəzeti Baş redaktor Vüqar Məmmədovun CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, lakin Cinayət Məcəlləsinin böhtana görə cinayət məsuliyyəti müəyyən konkret maddəsini halı qeyd etməmiş, bununla da CPM-in 293.3.2 və 293.3.3-cü maddələrinin tələblərini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X13, X4, “Hürriyyət” qəzeti Baş redaktor X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar