Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-55/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 25 saylıVəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah və özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs, törətdiyi cinayətə görə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılan oğlu Pərviz Bəbirovu pul müqabilində həbsdən azad etdirəcəyi barədə həqiqətə uyğun olmayan yalan vəd verib aldadıb, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında 2000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 3000 manat, xx.xx.20021ci il tarixdə həmin ünvanda 3000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 500 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 305 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və 8000 manat olmaqla Zərərçəkmiş şəxs ümumlikdə 17005 manatı verməsinə nail olduqdan sonra qanunsuz ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə törədilən qəsdlə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayında onunla birlikdə istintaq təcridxanasında saxlanılan Pərvizlə söhbət əsnasında demişdir ki, o, tezliklə həbsdən azad olunacaq, bunun üçün Pərvizə anasının nömrəsini verib ailə üzvlərinin anası ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Pərvizin ailə üzvləri anası ilə əlaqə saxlamışlar. O, azadlığa çıxdıqdan sonra xx.xx.2021-ci il tarixdə Pərvizin ailə üzvləri ilə əlaqə saxlayaraq onlarla tanış olmaq üçün yaşadıqları ünvana, yəni ünvan 3 yaşadığı evə gəldikdə ailə üzvlərinə Pərvizlə dost olduğunu və Pərvizin xətrinə onları da öz ailəsindən fərqləndirmədiyini bildirmişdir. Söhbət əsnasında Pərvizin ailəsinə əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu və onun həbsdən çıxmağına da məhz həmin orqanın əməkdaşlarının köməkliyinin olduğunu demişdir. Bundan sonra o, yüksək vəzifələrdə çalışan dostlarının olduğunu və həmin dostlarının vasitəsi ilə də Pərvizin həbsdən çıxmasına köməklik edə biləcəyini demişdir. Həmin vaxt Pərvizin anası Sevil ona xx.xx.2021-ci il tarixdə Pərvizin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı olacağını deyərək məhkəmənin nəticəsini gözlədiklərini bildirmişlər. O, Pərvizin həbsdən çıxmasına köməklik edəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin hökmünə əsasən Pərvizin barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin zaman o, da məhkəmənin inzibati binasının qarşısında olmuş, bundan sonra birlikdə məhkəmədən çıxaraq Pərvizin yaşadığı evə gəlmişlər. O, Sevilə yalan olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun İttiham İdarəsində şifahi olaraq tanıdığı Ülvi adında bir nəfər tanışının olduğunu bildirərək onun vasitəsi ilə müəyyən məbləğ qarşılığında Pərvizi Bakı Apellyasiya Məhkəməsindən azad edə biləcəyini demişdir. Sevil və ailə üzvləri onunla razılaşaraq Pərvizin həbsdən azad olunması üçün hazır olduqlarını demişlər. O, Pərvizgildən çıxaraq ondan xəbər gözləmələrini demiş, xx.xx.2021-ci il tarixdə Sevilin evinə gedərək yalan olaraq Ülvi adlı tanışı ilə danışdığını və Pərvizi dekabr ayının sonuna kimi həbsdən çıxara biləcəyini demişdir. Sevil də onunla razılaşdıqdan sonra bildirmişdir ki, Baş Prokurorluğun müstəntiqi Bakı İstintaq Təcridxanasına gedərək Pərvizin işini yüngülləşdirəcək ki, məhkəmədə Pərvizə şərti iş verməklə onu həbsdən çıxara bilsinlər, bunun müqabilində müstəntiqə 2000 manat məbləğində pul vermək lazımdır. Həmin vaxt razılıq olduqdan sonra Sevil ona evində 2000 manat pul vermiş, o, həmin 2000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə yenidən Sevilin evinə gedərək guya Baş Prokurorluğun İttiham İdarəsinə 3000 manat məbləğində vermək lazım olduğunu bildirib, həmin 3000 manat pulu Sevildən almışdır. xx.xx.2021-ci il tarixdə yenidən Sevilin evinə gedib prokurorluğa vermək üçün əlavə 3000 manat məbləğində pulu istəmiş və həmin pulu Sevildən almışdır. 2021-ci ilin dekabr ayının təxminən 5-də yenə Sevilin evinə gedərək məhkəmədə keçiriləcək olan iclasın tezləşdirilməsi üçün məhkəmənin dəftərxanasına 500 manat məbləğində pul vermək adı ilə pul istəmiş və həmin 500 manatı Sevildən almışdır. xx.xx.2021-ci il tarixdə Sevilin gəlini Səmanın istifadəsində olan mobil nömrəsinə özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədən “Pərvizin işinə hakim X6 baxacağı və məhkəmə iclasının keçirələcəyi zalın qapalı olduğu üçün 305 manat dövlət rüsumu ödənməli olduğu” barədə sms yazmışdır. Səma da ona bu barədə telefon vasitəsi ilə razılığını bildirmiş, o da Səmaya bildirmişdir ki, həmin pulu gəlib götürüb özü ödəyəcəkdir. Bir neçə saat keçdikdən sonra Sevilin evinə gedib onun şəxsiyyət vəsiqəsini və 305 manat məbləğində pulu götürüb həmin pulu heç bir ödəniş etmədən öz şəxsi işlərinə xərcləmiş, xx.xx.2021-ci il tarixdə Sevilin şəxsiyyət vəsiqəsini qaytarmışdır. xx.xx.2021-ci il tarixdə yenidən eyni adla Sevildən 200 manat pul almış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Sevilin evinə gedib işə baxacaq hakimə 8000 manat pul verməli olduqlarını bildirmiş. Sevil də həmin gün 8000 manat məbləğində pulu ona vermişdir. Bir neçə gün keçdikdən sonra Sevil onunla telefon əlaqəsi saxlayaraq vəkilinin apellyasiya şikayəti verdiyini və Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun işə baxacağını bildirmişdir. O da Sevilə demişdir ki, vəkilin apellyasiya şikayətinə baxılmayacaq Ülvi müəllimin ünvanladığı şikayətə baxılacaqdır. Beləliklə o, Sevildən ümumilikdə 17005 manat pulu alıb oğlu Pərvizin həbsdə azad olunması üçün heç bir iş görməmiş və bu barədə heç bir orqana müraciət etməmişdir. Aldığı pulları öz şəxsi işlərinə xərcləmişdir. Əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs pul ələ keçirmək üçün yalan olaraq şifahi tanıdığı Ülvi adlı şəxsin adını çəkmiş, Ülvi adlı Baş prokurorluq işçisini tanımamış, Ülvi adlı və hər hansı bir şəxsə hər hansı bir məbləğdə pul verməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu X9 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CMnin 178-ci maddəsi ilə təqsirləndirilərək Binəqədi rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Pərviz həmin tarixdən etibarən Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Pərvizin həbsdən çıxaraq öz evinə ailəsinin yanına qayıtması üçün əlindən gələn hər şeyi etmişdir. Pərvizin həbsdən çıxması üçün xx.xx.2021-ci il tarixdə həyat yoldaşı Şahid1 adına «Rabitə Bank»dan 10.000 manat, xx.xx.2021-ci il tarixdə isə öz adına «Bank Respublika»-dan 8.500 manat məbləğində kredit də götürmüşlər. O, hətta oğlu Pərviz ilə telefon danışıqları zamanı bu barədə Pərvizə də məlumat vermişdir. 2021-ci ilin oktyabr ayında Pərviz onlarla telefon əlaqəsi saxlayan zaman Fərid adlı məhkum yoldaşının anasının nömrəsini ona verərək onunla əlaqə saxlayıb ünsiyyət yaratmağını istəmişdir. O da Pərvizin dediyi kimi Fəridin anasının mobil nömrəsi ilə əlaqə saxlayaraq onunla ünsiyyət yaratmışdır. Pərvizin məhkum yoldaşı Fərid Bakı İstintaq Təcridxanasından azad olunduğu üçün xx.xx.2021-ci il tarixdə onunla əlaqə saxlayaraq tanış olmaq üçün yaşadıqları mənzilə gəlmişdir. Fərid yaşadıqları mənzilə gəldikdə Pərviz ilə dost olduqlarını və Pərvizin xətrinə onları da öz ailəsindən fərqləndirmədiyini bildirmişdir. Söhbət əsnasında Fərid əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu və onun həbsdən çıxmasına da məhz həmin orqanın əməkdaşlarının köməkliyinin olduğunu qeyd etmiş, bundan sonra Fərid özünün yüksək vəzifələrdə çalışan dostlarının olduğunu və həmin dostlarının vasitəsi ilə də Pərvizin həbsdən çıxmasına köməklik edə biləcəyini demişdir. Onlar həmin zaman Fəridə xx.xx.2021-ci il tarixdə Pərvizin Bakı Ağır Cinayətlər Məhkəməsində iclasının olacağını deyərək məhkəmənin nəticəsini gözləmələrini bildirmişlər. xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Pərvizin barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Həmin vaxt Fərid də məhkəmənin inzibati binasının qarşısında olmuş, birlikdə məhkəmədən çıxaraq yaşadıqları mənzilə gəlmişdir. Fərid həmin zaman Azərbaycan Respublikasının Baş Prokurorluğunun İttiham idarəsində Ülvi adında bir nəfər tanışının olduğunu bildirərək onun vasitəsi ilə müəyyən məbləğ qarşılığında Pərvizi Bakı Apellyasiya Məhkəməsindən azad edə biləcəyini demişdir. Onlar da Fəridlə razılaşaraq Pərvizin həbsdən azad olunması üçün əllərindən gələni etməyə hazır olduqlarını demişdir. Fərid sağollaşaraq yaşadıqları mənzili tərk etmiş və ondan xəbər gözləmələrini istəmişdir. xx.xx.2021-ci il tarixdə Fərid yaşadıqları mənzilə gələrək Ülvi adlı tanışı ilə danışdığını və Pərvizi dekabr ayının sonuna kimi həbsdən çıxara biləcəyini demişdir. Bundan əlavə qeyd etmişdir ki, Pərvizin həbsdən azad olunmasına o halda köməklik edəcəkdir ki, bu barədə Pərvizə heç bir məlumat verməsinlər. O da razılaşdıqdan sonra Fərid bildirmişdir ki, Baş Prokurorluğun müstəntiqi Bakı İstintaq Təcridxanasına gedərək Pərvizin işini yüngülləşdirəcək ki, məhkəmədə Pərvizə şərti iş verməklə onu həbsdən çıxara bilsinlər. Fərid bunun müqabilində müstəntiqə 2000 manat məbləğində pul vermək lazım olduğunu da bildirmişdir. O da Fəridlə razılaşaraq həyat yoldaşı Əlinin və gəlini Səmanın yanında Fəridə 2000 manat məbləğində pul vermişdir. Bundan sonra Fərid həyat yoldaşını da özü ilə götürərək 2000 manat məbləğində pulu Baş Prokurorluğun müstəntiqinə vermək üçün Bakı İstintaq Təcridxanasına getmişlər. xx.xx.2021-ci il tarixdə Fərid yenidən yaşadıqları mənzilə gələrək Baş Prokurorluğun ittiham İdarəsinə 3000 manat məbləğində vermək lazım olduğunu bildirmiş, o da razılaşaraq həyat yoldaşı Əlinin və gəlini Səmanın yanında Fəridə 3000 manat məbləğində pul vermişdir. Fərid yenə də həyat yoldaşı Əli ilə birgə həmin 3000 manat pulu vermək üçün yaşadıqları mənzili tərk etmiş, bir neçə saat sonra həyat yoldaşı mənzilə qayıtdıqda pulu vermək üçün Fərid ilə birgə Daxili İşlər Nazirliyinin yanına oradan isə Bakı Aspellyasiya məhkəməsinə getdiklərini və prokurorluğa əlavə 3000 manat pul vermək lazım olduğunu demişdir. O, da Pərvizin həbsdən çıxması üçün 3000 manat məbləğində pulu da verməyə razılaşmış, xx.xx.2021-ci il tarixdə Fərid yenidən yaşadıqları mənzilə gələrək prokurorluğa verməli olduguqları əlavə 3000 manat məbləğində pulu istəmişdir. O, yenə də həyat yoldaşı Əlinin və gəlini Səmanın yanında Fəridə 3000 manat məbləğində pul vermişdir. Fərid 3000 manat məbləğində pulu aldıqdan sonra sağollaşaraq mənzili tərk etmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Fərid yenə də yaşadıqları mənzilə gələrək bildrimişdir ki, məhkəmədə keçirələcək olan iclasın tezləşdirilməsi üçün məhkəmənin dəftərxanasına 500 manat məbləğində pul vermək lazımdır. O da razılaşaraq həyat yoldaşı Əlinin və gəlini Səmanın yanında Fəridə 500 manat məbləğində pul vermişdir. xx.xx.2021-ci il tarixdə gəlini Səmanın istifadəsində olan mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən sms gəlmiş, həmin smsdə Pərvizin işinə hakim X6 baxacağı və məhkəmə iclasının keçirələcəyi zalın qapalı olduğu üçün 305 manat dövlət rüsumu ödəmələri qeyd olunmuşdur. Bundan sonra gəlini Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək məhkəmədən sms gəldiyini bildirmiş. Fərid də qadın olduqlarını nəzərə alaraq özünün gəlib pulu və onun şəxsiyyət vəsiqəsini götürəcəyini demişdir. Gəlini də razılaşmış və onlar sağollaşmışlar. Bir neçə saat keçdikdən sonra Fərid yaşadıqları mənzilə gələrək onun şəxsiyyət vəsiqəsini və 305 manat məbləğində pulu həyat yoldaşı Əlinin və gəlini Səmanın yanında ondan almışdır. xx.xx.2021-ci il tarixdə Fərid yaşadıqları mənzilə gələrək ona məxsus olan şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. xx.xx.2021-ci il tarixdə gəlini Səmanın istifadəsində olan mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən yenidən sms gəlmiş, həmin smsdə məhkəmə iclasının xx.xx.2021-ci il tarixə təyin edildiyi və həmin iclasın keçiriləcəyi zalın qapalı olduğu üçün 200 manat dövlət rüsumu ödəmələri qeyd olunmuşdur. X10 istifadəsində olan mobil nömrəsinə zəng edərək məhkəmədən iclasın xx.xx.2021-ci il tarixə təyin edilməsi və bunun üçün 200 manat ödəmələri barədə sms gəldiyini bildirmişdir. Fərid də məhkəmə iclasının təxirə salındığını və 200 manat dövlət rüsümunu mütləq ödəməli olduqlarını bildirmiş, bir neçə saat keçdikdən sonra Fərid yaşadıqları ünvana gələrək 200 manat məbləğində pulu həyat yoldaşı Əlinin və gəlini Səmanın yanında ondan almışdır. 22.12.202l-ci il tarixdə Fərid yenidən yaşadığı ünvana gələrək şəxsiyyət vəsiqəni özünə qaytarmış və işə baxacaq hakimə 8000 manat pul verməli olduqlarını bildirmişdir. O, da razılaşaraq həyat yoldaşı Əlinin və gəlini Səmanın yanında Fəridə 8000 manat məbləğində pul vermişdir. Bir neçə gün keçdikdən sonra Pərviz onlarla telefon əlaqəsi saxlayaraq vəkilinin apellyasiya şikayəti verdiyini və Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun işə baxacağını bildirmişdir. Bundan sonra Fəridin istifadəsində olan mobil nömrəsinə zəng edərək bu barədə məlumat vermişdir. Fərid də bildirmişdir ki, vəkilin apellyasiya şikayətinə baxılmayacaq Ülvi müəllimin ünvanladığı şikayətə baxılacaqdır. Lakin xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında məlum olmuşdur ki, Pərvizin işinə baxan hakim Zəki Babayev deyil Kamran Əkbərovdur. Bununla da onlar Fərid tərəfindən aldadılaraq 17005 manat məbləğində pullarının dələduzluq yolu ilə mənimsənildiyini bilmişlər. Daha sonra dəfələrlə Fərid ilə əlaqə saxlayaraq pullarını tələb etmiş, lakin hər dəfə pulu qaytaracağını bildirsə də, hər hansı bir məbləğdə pulu geri qaytarmamışdır. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, həyat yoldaşı X9 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirləndirilərək həbs olunmuşdur və Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Qaynanası Sevil çox çalışırdı ki, Pərviz həbsdən çıxaraq öz evinə ailəsinin yanına qayıtsın. Pərvizin həbsdən çıxması üçün xx.xx.2021-ci il tarixdə qaynatası Şahid1 adına Rabitə bankdan 10.000 manat, xx.xx.2021-ci il tarixdə isə qaynanası Sevilin adına Bank Respublikadan 8.500 manat məbləğində kredit də götürmüşlər. Qaynanası Sevil hətta Pərviz ilə telefon danışıqları zamanı bu barədə Pərvizə də məlumat vermişdir. 2021-ci ilin oktyabr ayında Pərviz onlarla telefon əlaqəsi saxlayan zaman Fərid adlı məhkum yoldaşının anasının nömrəsini qaynanasına verərək onunla əlaqə saxlamasını və onunla ünsiyyət yaratmasını istəmişdir. Qaynanası da Pərvizin dediyi kimi Fəridin anasının mobil nömrəsi ilə əlaqə saxlayaraq onunla ünsiyyət yaratmışdır. Pərvizin məhkum yoldaşı Fərid Bakı İstintaq Təcridxanasından azad olunduğu üçün xx.xx.2021-ci il tarixdə onların yaşadıqları mənzilə gəldi. Fərid Pərviz ilə dost olduqlarını və Pərvizin xətrinə onları da öz ailəsindən fərqləndirmədiyini bildirdi. Söhbət əsnasında Fərid əvvəllər Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu və onun həbsdən çıxmasına da məhz həmin orqanın əməkdaşlarının köməkliyinin olduğunu qeyd etdi. Bundan sonra Fərid özünün yüksək vəzifələrdə çalışan dostlarının olduğunu və həmin dostlarının vasitəsi ilə də Pərvizin həbsdən çıxmasına köməklik edə biləcəyini bildirdi. Onlar zaman Fəridə xx.xx.2021-ci il tarixdə Pərvizin Bakı Ağır Cinayətlər Məhkəməsində iclasının olacağını deyərək məhkəmənin nəticəsini gözlədiklərini bildirdilər. xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Pərvizin barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildi. Həmin zaman Fərid də məhkəmənin inzibati binasının qarşısında idi. Bundan sonra Fərid də onlarla birlikdə məhkəmədən çıxaraq onların yaşadıqları mənzilə gəlmişdir. Fərid həmin zaman Azərbaycan Respublikası Baş Prokurorluğunun İttiham İdarəsində Ülvi adında bir nəfər tanışının olduğunu bildirərək onun vasitəsi ilə müəyyən məbləğ qarşılığında Pərvizi Bakı Apellyasiya Məhkəməsindən azad edə biləcəyini dedi. Qaynanası da onunla razılaşaraq Pərvizin həbsdən azad olunması üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə Fərid onların yaşadıqları mənzilə gələrək Ülvi adlı tanışı ilə danışdığını və Pərvizi dekabr ayının sonuna kimi həbsdən çıxara biləcəyini bildirdi. Fərid bundan əlavə qeyd etdi ki, Pərvizin həbsdən azad olunmasına o halda köməklik edəcəkdir ki, onlar bu barədə Pərvizə heç bir məlumat verməsinlər. Onlar da Fəridlə razılaşdıqdan sonra Fərid bildirdi ki, Baş Prokurorluğun müstəntiqi Bakı İstintaq Təcridxanasına gedərək Pərvizin işini yüngülləşdirəcək ki, məhkəmədə Pərvizə şərti iş verməklə onu həbsdən çıxara bilsinlər. Fərid bunun müqabilində müstəntiqə 2000 manat məbləğində pul vermək lazım olduğunu da bildirdi. Qaynanası da onunla razılaşaraq qaynatanın və onun yanında Fəridə 2000 manat məbləğində pul verdi. Bundan sonra Fərid qaynatası ilə birlikdə 2000 manat məbləğində pulu Baş Prokurorluğun müstəntiqinə vermək üçün Bakı İstintaq Təcridxanasına getdilər. xx.xx.2021-ci il tarixdə Fərid yenidən yaşadıqları mənzilə gələrək Baş Prokurorluğun İttiham idarəsinə 3000 manat məbləğində pul vermək lazım olduğunu bildirdi. Qaynanası da onunla razılaşaraq qaynatasının və onun yanında Fəridə 3000 manat məbləğində pul verdi. Fərid yenə də qaynatası ilə birgə həmin 3000 manat pulu vermək üçün yaşadıqları mənzili tərk elədilər. Bir neçə saat sonra qaynatası yaşadıqları mənzilə qayıtdıqda pulu vermək üçün Fərid ilə birgə Daxili İşlər Nazirliyinin yanına, oradan isə Bakı Apellyasiya məhkəməsinə getdiklərini və prokurorluğa əlavə 3000 manat pul vermək lazım olduğunu dedi. Qaynanası da Pərvizin həbsdən çıxması üçün 3000 manat məbləğində pulu verməyə razılaşdı. xx.xx.2021-ci il tarixdə Fərid yenidən onların yaşadıqları mənzilə gələrək prokurorluğa verməli olduqları əlavə 3000 manat məbləğində pul istədi. Qaynanası da qaynatasının və onun yanında Fəridə 3000 manat məbləğində pul verdi. Fərid 3000 manat məbləğində pulu aldıqdan sonra sağollaşaraq mənzili tərk edib getdi. 2021-ci ilin dekabr ayının əvvəllərində Fərid yenə də yaşadıqları mənzilə gələrək bildirdi ki, məhkəmədə keçiriləcək olan iclasın tezləşdirilməsi üçün məhkəmənin dəftərxanasına 500 manat məbləğində pul vermək lazımdır. Qaynanası da onunla razılaşaraq onun və qaynatanın yanında Fəridə 500 manat məbləğində pul verdi. xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən sms gəldi. Həmin smsdə Pərvizin işinə hakim X6 baxacağı və məhkəmə iclasının keçirələcəyi zalın qapalı olduğu üçün 305 manat dövlət rüsumu ödəməkləri qeyd olunmuşdur. Bundan sonra o, Fəridin istifadəsində olan mobil nömrəsinə zəng edərək məhkəmədən sms gəldiyini bildirdi. Fərid də onların qadın olduqlarını nəzərə alaraq özünün gəlib pulu və qaynanasının şəxsiyyət vəsiqəsini götürəcəyini bildirdi. Bir neçə saat keçdikdən sonra Fərid onların yaşadıqları mənzilə gələrək qaynanasının şəxsiyyət vəsiqəsini və 305 manat məbləğində pulu onun və qaynatanın yanında qaynanasından aldı. xx.xx.2021-ci il tarixdə Fərid onların yaşadıqları mənzilə gələrək qaynanasına məxsus olan şəxsiyyət vəsiqəsini özünə qaytardı. O, həmin zaman Fəriddən 305 manat dövlət rüsumunun ödənilməsinə dair qəbzi istədi və Fərid də ona bildirdi ki, qəbzi Bakı Apellyasiya Məhkəməsində Pərvizin işinə tikmək üçün götürdülər. xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən yenidən sms gəldi. Həmin smsdə məhkəmə iclasının xx.xx.2021-ci il tarixə təyin edildiyi və həmin iclasın keçirələcəyi zalın qapalı olduğu üçün 200 manat dövlət rüsumu ödənilməsi qeyd olunmuşdur. O, yenə də Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək məhkəmədən iclasın xx.xx.2021-ci il tarixə təyin edilməsi və bunun üçün 200 manat ödənilməsi barədə sms gəldiyini bildirmişdir. Fərid də məhkəmə iclasının təxirə salındığını və 200 manat dövlət rüsümunun mütləq ödəməli olduqlarını bildirdi. Bir neçə saat keçdikdən sonra Fərid yaşadıqları ünvana gələrək 200 manat məbləğində pulu və qaynanasına məxsus olan şəxsiyyət vəsiqəsini onun və qaynatasının yanında qaynanasından almışdır. xx.xx.2021-ci il tarixdə Fərid yenidən yaşadıqları ünvana gələrək qaynanasının şəxsiyyət vəsiqəsini özünə qaytardı və işə baxacaq hakimə 8000 manat pul verməli olduqlarını bildirdi. Qaynanası da onunla razılaşaraq qaynatasının və onun yanında Fəridə 8000 manat məbləğində pul verdi. Bir neçə gün keçdikdən sonra Pərviz onlarla telefon əlaqəsi saxlayaraq vəkilinin apellyasiya şikayəti verdiyini və Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun işə baxacağını bildirdi. Bundan sonra qaynanası Fəridin istifadəsində olan mobil nömrəsinə zəng edərək ona bu barədə məlumat verdi. O da qaynasına bildirdi ki, vəkilin apellyasiya şikayətinə baxılmayacaq Ülvi müəllimin ünvanladığı şikayətə baxılacaq. Lakin xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında onlara məlum oldu ki, Pərvizin işinə baxan hakim Zəki Babayev deyil Kamran Əkbərovdur. Bununla da onlar Fərid tərəfindən aldadılaraq qaynasının 17005 manat məbləğində pulunun dələduzluq yolu ilə mənimsədiyini bilmişlər. Daha sonra o və qaynanası dəfələrlə Fərid ilə əlaqə saxlayaraq 17005 manat məbləğində pulu ondan tələb etmişlər. Lakin Fərid hər dəfə pulu qaytaracağını bildirsə də, onlara hər hansı məbləğdə pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 32-ci vərəqində olan whatsapp tətbiqində aparılmış yazışmalara dair cinayət işinə əlavə edilmiş çıxarışdan görünür ki, “Fərid Sim” adı ilə qeyd edilmiş istifadəçi tərəfindən: “men seher tezdennen seher 10 da getiriv üzerme duweni verecem”, “17000 min pulu, birde telefonu, sene de deyirem seher 10 da olavam orda ister inan ister inanma” məzmununda mesajlar ünvanlanmışdır. Cinayət işinin 33-38-ci vərəqələrində olan +**********89 nömrəli mobil telefon nömrəsindən ünvanlanmış sms yazışmalarına dair çıxarışlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin adından müxtəlif məzmunda smslər göndərilmişdir. Cinayət işinin 50-ci vərəqində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin tələblərinə riayət edərək Zərərçəkmiş şəxs Fərid Xutatov tərəfindən dələduzluq yolu ilə ümumilikdə 17.005 manat pulunun ələ keçirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları yerində göstərməsi təklif olundu və ona izah olundu ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçrilməsi zamanı fotoçəkiliş aparılacaqdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini bildirdi. Bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu F.Yusifov küçəsi ev 49, mənzil 53 nvana gəlmişlər. Orada Zərərçəkmiş şəxs bildirdi ki, hazırda göstərdiyi ünvanda oğlu Pərviz Bəbirovun həbsdən azad olunması üçün Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 3000 manat, xx.xx.20021-ci il tarixdə həmin ünvanda 3000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 500 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 305 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və 8000 manat olmaqla ümumlikdə 17005 manat pul vermişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum ounmuşdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 178.3.1, 29,178.3.1, 310, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin 64-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:10 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 100-cü vərəqində olan “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 1 ədəd CD-R diskin içərisində olan 2 ədəd faylara baxış keçirilmiş və baxış zamanı Whatsapp proqramı vasitəsi ilə qeydə alınmış danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs «anam zəng vurmuşdurlar ordan, danışdım onunla, dedi göndərəceksiz bu gun inşallah amanatı, dedi birin yarısı inşallah apellasiyanın yanında olun, dedim ki, səndə pullan gəl, həmdə sənidə görsünlər, birdən mən olmasam bir yerdə girsinlər ki, içəri, danışda orda, hakimi zadı, sənin onlardan yaşın çoxdu, gəlirəmdə bizdə çıxıq gedək» məzmunlu danışığı. Zərərçəkmiş şəxs isə «yaxşı başına dönərəm sənin» məzmunlu danışığı, 2-ci faylda isə Təqsirləndirilən şəxs Sevil Bəbirvovaya zəng etməsi Zərərçəkmiş şəxs «he Fərid» məzmunlu danışığı. Təqsirləndirilən şəxs isə «anam mənim Əli dayını qoymayıne getsin, sən Allah qoymayıne getsin, onun yanındadır, görək razı salacaqmı, sən allah getməsin» məzmunlu danışığı, Zərərçəkmiş şəxs «yox gözdüyüre, sən nə danışırsan, sən niyə yalvarırsan» məzmunlu danışıqları müəyyən olunmuşdur. Cinayət işinin 102-103-cü vərəqələrində olan “Təqdim olunmuş Wotshapp və SMS yazışmalarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 1 ədəd Wotshapp yaşışmasının və 06 ədəd SMS yazışmalarının çıxarşlarına baxış keçirilmiş və baxış zamanı Whatsapp proqramında Fərid Sim adı ilə qeyd olunmuş nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı Wotshapp nömrəsinə «Men seher tezdennen seher 10 da gətirib üzerimə düşeni verəcəm» məzmunlu ismarıcı, Zərərçəkmiş şəxs "Tezzzzz", X12 nömrəsindən «17000 min pulu, birdə telefonu, sene de deyirəm seher 10 da olaram orda isler inan ister inanma» məzmunlu ismarıcı, Zərərçəkmiş şəxs «Sən bu musiqini bizə bilirsən nə qədər oxumusman» məzmunlu ismarıcı müəyyən olunmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş mobil telefonunun sms qutusuna +**********9 saylı «Azercell» CSM nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** saylı «Bakcell» GSM nömrəsinə daxil olmuş smslərə baxış keçirilmiş və baxış zamanı +**********9 saylı «Azercel» CSM nömrəsindən ***-***-**-** saylı «Bakceil» GSM nömrəsinə «Baki apelyasiya mehkemesi, 22 dekabr saat 09:00 da baki apelyasiya mehkemesinin sedri X2 qebuluna gelmeyiniz xahiş olunur», «Baki apelelasiya mehkemesi, teqsirlendirilen sexs X3 mehkeme iclasi rehberliyin», «X7 aid cinayet isine xx.xx.2021 ci il saat 15:30 da X1 ilə baxılacaq məhkəm iclası tam qapalı kecirilecek», «elave olaraq mehkeme ekspertiziyasi ve umumu qapalı zal ucun 10 cu otağa 305 azn dövlət rusumu ödəməyini xaiş olunur, hörmətlə Ayıdın müəlim», «Bakı Apelasiya mehkemesi, teqsirlendirilen sexs, X3 mehkemə iclas rehberlİyinin göstərişi ilə, 22 dekabr saat 11:00 a təyin edildi, növbəti iclas 22 dekabr saat 14:30 teyin edildi, mehkeme qapalı və yalnız keçiriləcək, mehkemə yeni tarix ve qapalı zal ucune dövlət rusumu 200 azn təşkil edir, kod 25663588» və «X4 barəsində verilmiş **********80 nömrəli şikayət erizesiylə bağlı 18 dekabr saat 10:00 da bakı apelasiya məhkəməsinin 7-ci otağına yaxınlaşmağınız xahiş olunur», «Salam Aydın mellimdi sizi narahat edən Zeki melim hal hazırda mehkemə prosesindədir, narahat olmayın işini bitiren kimi sizə zəng edəcəyik, Ulvi melim dediyi usun sizə melumat verdik» məzmunlu smslər müəyyən olunmuşdur. Cinayət işinin 123-127-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-769/2022 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 2 (iki) ay 04 gün həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 02 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 130-228-ci vərəqələrində olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 29/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.2.2, 178.3.1, 29, 178.3.1, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.2.2, 178.3.1, 29, 178.3.1-ci maddələri ilə barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 229-239-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən aparılmış danışıqları əks etdirən 01 ədəd CD-R diskin, 1 ədəd Wotshapp yazışmasının və 06 ədəd SMS yazışmalarının çıxarışlarının maddi sübut kimi qəbul olunması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(101)-1699/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının və CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və məhkəmə icraatındakı həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 20 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-29/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29, 178.2.2, 178.3.1, 29, 178.3.1, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cin Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək vahid niyyətlə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(101)-1699/2022 nömrəli hökmünə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin hökmə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi müəyyən edilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(101)-1699/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzaçəkməsinin əvvəli 01 iyul 2022ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən aparılmış danışıqların əks olunduğu 01 ədəd CD-R disk, 1 ədəd Whatshapp yaşışmasının və 06 ədəd SMS yazışmalarının çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 31 avqust 2022-ci il – 01 fevral 2023-cü il tarixlərdə keçirilmiş 11 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 36 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(101)-1699/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 01 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən aparılmış danışıqların əks olunduğu 01 ədəd CD-R disk, 1 ədəd Whatshapp yaşışmasının və 06 ədəd SMS yazışmalarının çıxarışları cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-55/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-55/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver