Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-55/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Lerik rayonu, Küsəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 may 2023-cü il tarixdə saat 03:40-da ünvan 3 ünvanında yerləşən «Tütünçü» köşkünə qapının kilidini özündə olan metal boru ilə açmaqla qanunsuz daxil olub vitrindən 1 qutusunun qiyməti 4,1 manat, ümumi dəyəri 82 manat olan 20 qutu «Sobrania compact» markalı, 1 qutusunun qiyməti 4,2 manat, ümumi dəyəri 210 manat olan 50 qutu «Sobrania slim» markalı, 1 qutusunun qiyməti 3,9 manat, ümumi dəyəri 39 manat olan 10 qutu «Kent 4 slim» markalı, 1 qutusunun qiyməti 3,1 manat, ümumi dəyəri 155 manat olan 50 qutu «LD Compact» markalı, 1 qutusunun qiyməti 2,8 manat, ümumi dəyəri 84 manat olan 30 qutu «Palma» markalı, 1 qutusunun qiyməti 3,9 manat, ümumi dəyəri 117 manat olan 30 qutu «Kent 4» (qalın) markalı, 1 qutusunun qiyməti 2,8 manat, ümumi dəyəri 112 manat olan 40 qutu «Rothmans» (boz) markalı, 1 qutusunun qiyməti 2,8 manat, ümumi dəyəri 168 manat olan 60 qutu «Vinchester» (nazik) markalı, 1 qutusunun qiyməti 2,8 manat, ümumi dəyəri 84 manat olan 30 qutu «Vinchester compact» markalı, 1 qutusunun qiyməti 4,2 manat, ümumi dəyəri 42 manat olan 10 qutu «Neo» markalı, 1 qutusunun qiyməti 6,5 manat, ümumi dəyəri 65 manat olan 10 qutu «Marlboro» (qalın) markalı, 1 qutusunun qiyməti 6,5 manat, ümumi dəyəri 130 manat olan 20 qutu «Marlboro» (nazik) markalı, 1 qutusunun qiyməti 6,5 manat, ümumi dəyəri 130 manat olan 20 qutu «Parliament Aqua blue» markalı, 1 qutusunun qiyməti 6,5 manat, ümumi dəyəri 65 manat olan 10 qutu «Parliament Nike» markalı, 1 qutusunun qiyməti 2,5 manat, ümumi dəyəri 100 manat olan 40 qutu «Milano» (qırmızı) markalı, 1 qutusunun qiyməti 2,5 manat, ümumi dəyəri 50 manat olan 20 qutu «Milano» (saqqızlı) markalı, 1 qutusunun qiyməti 2,5 manat, ümumi dəyəri 75 manat olan 30 qutu «Milano» (kofeliı) markalı, 1 qutusunun qiyməti 2,5 manat, ümumi dəyəri 50 manat olan 20 qutu «Milano» (nanəli) markalı, 1 qutusunun qiyməti 6 manat, ümumi dəyəri 60 manat olan 10 qutu «R1» markalı və 1 qutusunun qiyməti 6,5 manat, ümumi dəyəri 130 manat olan 20 qutu «Kent 4» (İsveçrə istehsalı) markalı tütün məmulatları və köşkdəki masanın siyirməsindən 400 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2348 (iki min üç yüz qırx səkkiz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında - Nərimanov rayonu F.Yusifov küçəsi 2 ünvanında yerləşən «Tütünçü» köşkünü işlədən şəxs kimi tanıyır, arabir həmin köşkdən siqaret, pivə almışdır. 2023-cü ilin aprel ayının sonlarında həmin köşkə daxil olmuş və üzərində pul olmadığını bildirib Turaldan nisyə 1 şüşə pivə içkisi verməsini xahiş etmiş, Tural isə onu söyüb mağazadan qovmuşdur. Bu səbəbdən də onda Turala qarşı hirs yaranmış və ondan heyif çıxmaq istəmişdir. Düşünüb bu qərara gəlmişdir ki, gecə saatlarında köşkə daxil olub oradan oğurluq edib Turala ziyan vursun. Bu məqsədlə də 08 may 03:40-da özü ilə 1 ədəd təxminən 1 metr uzunluğunda boru formalı dəmir parçası götürüb həmin köşkün qarşısına getmiş və dəmir borunu qapının arasına salıb açarın dilini geri itələyib qapını açıb içəri daxil olmuşdur. Köşkə daxil olduqdan sonra girişdən sol tərəfdəki vitrinin altına açıq formada yığılmış siqaretlərin arasından 6 blok, yəni 60 qutu «Milano» markalı siqaret, 13 qutu «West» (qalın) markalı siqaret götürüb ağ rəngli sellofan torbaya yığmışdır. Eləcə də köşkdəki masanın siyirməsindən qəpiklərdən ibarət 12,5 (on iki manat əlli qəpik) manat götürüb cibimə qoymuşdur. Bundan sonra köşkdən çıxıb yaşadığı evə getmişdir. Həmin köşkdən oğurladığı siqaretləri sonrakı müddət ərzində özü çəkmiş, 12,5 manat pulu da xərcləmişdir. 31 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin qarşısına polis əməkdaşları gəlib oğurluqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin ortalarından Nərimanov rayonu F.Yusifov küçəsi 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsini icarəyə götürmüş və həmin obyekti «Tütünçü» köşkü kimi işlədir, köşkdə müxtəlif tütün məmulatları, spirtli içkilər və sərin suların satışını həyata keçirir. Köşk hər gün səhər saat 08:00-dan gecə 00:00-a kimi açıq olur, bəzən köşkün qapısını satıcı işləyən Şahid açıb - bağlayır, bəzən du bunu özü edir. 08 may 2023-cü il tarixdə təxminən saat 08:30-da Sahil ona zəng edib köşkdən oğurluq edildiyini bildirdiyindən dərhal köşkə getmiş, çatdıqda görmüşdür ki, köşkün plastikdən olan giriş qapısında kənar müdaxilə izləri var, sanki kimsə metal parçasını qapının arasına salıb kilidinin dişini geri itələyib qapını açmaqla içəri girmişdir. Köşkə daxil olduqda bəzi siqaretlərin yerində olmadığını aşkar etmişdir. Sahil ona məlumat vermişdir ki, siyirmədən də təxminən 400 manat pul oğurlanmışdır. O, telefonla zəng edib polisə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları köşkə gəlib baxış keçirmişlər. Oğurlanmış siqaretlərin ümumi dəyəri 1828 manat təşkil edir. Bundan başqa mağazadakı masanın siyirməsindən kağız əskinaslardan ibarət 360 manat və qəpiklərdən ibarət 40 manat pul oğurlanmışdır. Sonda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən aprel ayının əvvəllərindən Zərərçəkmiş şəxs məxsus «Tütünçü» mağazasında satıcı işləyir. Həmin mağazada müxtəlif növ tütün məmulatlarının, şirələrin və spirtli içkilərin satışı həyata keçirilir. Mağaza hər gün səhər saat 08:00-dan gecə 00:00a kimi açıq olur. Adətən səhər saatlarında o özü mağazanı açıb gecə də qapını özü bağlayır. 08 may 2023-cü il tarixdə gecə saat 01:00 radələrində mağazanın plastik qapısını bağlayıb yatmaq üçün mağazanın arxa tərəfindəki evə keçmişdir. Səhər oyandıqdan sonra saat 08:30-da yaxınlaşıb mağazanın qapısını açmaq istədikdə qapının açıq vəziyyətdə olduğunu və qapının kənarında kənar müdaxilə izləri olduğunu aşkar etmişdir. Mağazaya daxil olduqda içəridəki siqaretlərin bir hissəsinin yerində olmadığını görüb mağazadan oğurluq edildiyini başa düşmüş və dərhal mağazanın sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. Bir neçə dəqiqə sonra Tural özü də mağazaya gəlmiş və özü zəng edib polisə hadisə barədə xəbər vermişdir. Mağazadan müxtəlif çeşidli siqaretlərlə yanaşı mağazadakı masanın siyirməsindən kağız əskinaslardan ibarət 360 manat və qəpiklərdən ibarət 40 manat pul oğurlanmışdır. Cinayət işinin 9-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən «Tütünçü» köşküdür. Cinayət işinin 48-49-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli “Tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqələrində olan “Videogörüntülərə baxış keçirilməsi haqqıqnda” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi X6, Nərimanov RPİ-nin MSY-də Azərbaycan Respublikası CPM-nin 51, 85, 90 və 236-cı maddələrinə riayət etməklə icraatında olan ********* nömrəli cinayət işi üzrə 31 may 2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞdən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd diskdə olan video görüntülərə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə baxış keçirmişdir. 31 may 2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd disk xidməti otaqda olan «HP» markalı notbukla oxudulduqda müəyyən edilmişdir ki, həmin diskdə «video-1» və «video-2» adlı 02 ədəd video fayl vardır. «video-1» adlı faylda olan görüntülər ünvan 5 ünvanında yerləşən «Tütünçü» köşkündə quraşdırılmış müşahidə kamerası ilə, «video-2» adlı fayldakı görüntülər həmin köşkün yaxınlığında, çöldə quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Qeyd olunan fayllardakı video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində köşkə daxil olmuş şəxs oradan müxtəlif əşyalar götürür, köşkdəki tumbanın siyirmələrinə açıb baxır, köşkdən çıxarkən onun əlində orta ölçülü sellofan torba olduğu görünür. Baxış keçirilməsində iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin onun özü olduğunu, xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində «Tütünçü» köşkünə daxil olaraq oradan siqaretlər və nağd pul oğurladığını təsdiq etmişdir. Bununla da baxış keçirilməsi başa çatmış, iştirakçılardan heç bir şikayət, əlavə, düzəliş daxil olmamış, baxış zamanı foto və videoçəkilişdən istifadə edilməmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Rahib Əliyevin vəsatətinin rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs dərhal Nərimanov RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 116-129-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4.500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2014-cü il tarixdən həbsdə olduğu 5 (beş) ay 17 (on yeddi) gün müddət nəzərə alınaraq, təyin edilmiş cəzanın yüngülləşdirilməsi və cərimə cəzasının 1000 (bir min) manat miqdarında müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməsi və ona qəti olanaq 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 1.000 (bir min) manat cərimə cəzasının müstəqil icra olunması, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin hökm elan olunduğu gündən, yəni xx.xx.2014-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 131-133-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(003)-286/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi və onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 6 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 139-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 3-16-16/2- 9/5129/2023 nömrəli rəyindən görünür ki, 20 adda malların 2023-cü ilin may ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1948,00 (min doqquz yüz qırx səkkiz) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 156-cı vərəqində olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 159-cu vərəqində olan 30 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 162-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 1875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyini əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs şəxsiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi - psixoloji xüsusiyyətlərində laqeydlik, konfliktə meyllilik, qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik kimi fərdi - psixoloji xüsusiyyətlər vardır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi - emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Cinayət işinin 171-180-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zayanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı. ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-55/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-55/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver