Məhkəmə qərarları › İş №1(005)-55/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-55/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-55/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2 vəkili Müdafiəçi3 oglunun Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs1, onun müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs2, onun müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanaslnda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə; xx.xx.1960-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" ASC-də istehsalat rəisi işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 oglu qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun qızı Cəmilə Paşayevanın adına olan ümumi sahəsi 159.5 kv.m təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 79 saylı evin 210 saylı mənzilini 135.000 manata satacaqları barədə yalan vəd verib aldadaraq, ünvan 3 ünvanında yerləşən mənzili Şahid2 122.000 manata satmaqla cinayətkar niyyətlərini həyata keçirib əldə etdikləri puldan 100.000 manatını Zərərçəkmiş şəxs verərək, qalan 22.000 manat pulu xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42d ünvanında ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun qızı Cəmilə Paşayevanın adına olan ümumi sahəsi 159.5 kv.m təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 79 saylı evin 210 saylı mənzilini 135.000 manata satacaqları barədə yalan vəd verib aldadaraq, ünvan 3 ünvanında yerləşən mənzili Şahid2 122.000 manata satmaqla cinayətkar niyyətlərini həyata keçirib əldə etdikləri puldan 100.000 manatını Zərərçəkmiş şəxs verərək, qalan 22.000 manat pulu xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42d ünvanında ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o hazırda rəsmi olaraq "xxxx" ASCdə istehsalat rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 15 il olar ki, tanıyır. Rəşid tikinti işləri, eyni zamanda evlərin alqı-satqısı işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2-3 il olar ki, tanımışdır. Cavanşirlə tanışlığı Razi adlı şəxsin vasitəsi ilə olmuşdur. Cavanşirin "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzili olmuş və həmin mənzili satmağa çalışsa da, uzun müddətdir ki, satılmamışdır. Razi ona Cavanşirə məxsus mənzilin satılmasında köməklik etməyini xahiş etmişdir. Həmin vaxtlar o da Təqsirləndirilən şəxs2la birlikdə tikinti materiallarını satışı ilə məşğul olmuşdur. Bu barədə Təqsirləndirilən şəxs2 bildirmiş və birlikdə Cavanşirlə görüşüb mənzil barədə söhbət etmişlər. Ev sonuncu mərtəbədə yerləşdiyindən heç kim bəyənmirdi, Rəşid 30-dan çox müştəri gətirib-aparmışdı, axırda Rəşid 1 nəfərlə razılaşmışdır ki, müəyyən qədər pul, müəyyən qədər elektrik avandanlıqları ilə barter etsinlər. Sonda Rəşid və Cavanşir görüşüb belə razılaşma olmuşdur ki, 100 min manat pul və qalan pul da 3 ay müddətə ödəmək şərtilə evi satsınlar. Razılıq olub pul alınandan sonra Ramin evi satmışdır, 100.000 manat pul Rəşid vasitəsilə Cavanşirə verilmişdir. 3 ay prosesi başlayanda kvadrat məsələsi ortaya çıxmışdır. Sonda da pulun qaytarmağ məsələsi ortaya çıxmış, evin sənədlə kv.m 160 olmuş, lakin faktiki 129 kv.m idi, yəni 31 kv.m əskik gəlirdi. Cavanşirə Rəşid tərəfindən müxtəlif təkliflər olunmuşdu, lakin razılıq olmurdu. Puldan 9.000 manatı Rövşən adlı şəxsdə idi, 3.000 manatı isə Əşrəfdə idi. O şəxsən pulun verilməsində işirak etməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Cavanşir Rəşid və ona mənzili 135.000 manata satmaq istədiyini bildirsə də, mənzilin satılmasını 125.000 manata aralarında razılaşmışlar. Evi satmağa Raminlə razılaşmışlar. Cavanşirlə razılaşma olmuşdur ki, 100.000 manat versinlər evə görə, qalan məbləgə mal-material alınıb satılıb pulu verilsin. Ramin evin kv.m düz gəlməməsi səbəbindən narazılıq etməyə başlamışdır. Puldan Rövşən 9.000 manat götürmüş, 3.000 də Əşrəf götürmüşdür. 10.000 manat isə o və Azada qalmış mal material kimi, satıb qaytarmalı idilər. 10.000 manat pulun onlarda olmasını Cavanşir bilmişdir. Ramin evə görə problem yaratdıgından Cavanşirə təkliflər olunmuşdur ki, ona başqa yerdən pul əvəzi bir otaqlı ev versinlər, lakin razılaşmamışdır. Hazırda 6.000 manat dəymış zərərdən ödənilmişdir. Son olaraq özünü qismən təqsirli bilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində mülki iddianı qismən qəbul etdiyini, zərərin 10000 manat olmasını, ondan 6.000 manat ödəməsini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və ifadələrində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, tikinti işləri, eyni zamanda evlərin-alqı satqısı işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs1 15 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs 2-3 il olar ki, tanıyır. Cavanşirlə tanışlığı Təqsirləndirilən şəxs1 vasitəsi ilə olmuşdur. Cavanşirin "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzili olmuş və Cavanşir həmin mənzili satmağa çalışsa da, uzun müddətdir ki, satılmamışdır. Azad ona bu barədə bildirmiş və birlikdə Cavanşirlə görüşüb mənzil barədə söhbət etmişlər. Həmin söhbət zamanı Cavanşirlə mənzilin satılmasını Azad 135.000 manata razılaşmışdır. Azadla Cavanşirin arasında olan razılaşmaya əsasən mənzilə görə Azad Cavanşirə 100.000 manat əvvəlcədən verilməli, qalan 35.000 manat pulu isə 3 ay müddətində ödəməli olmuşdur. Cavanşir razılıq verdikdən sonra o və Azad həmin mənzilə bir neçə müştəri aparsalar da, mənzil satılmamışdır. Həmçinin Azad bu barədə Ramin adlı tanışına da deyərək mənzilin satılmasında köməklik etməsini xahiş etmişdir. Ramin də bu barədə evlərin alqı-satqısında makler kimi fəaliyyət göstərən Rövşənə bildirmişdir. Şahid1 4-5 il olar ki, tanıyır və Əşrəf də evlərin alqı-satqısı işləri ilə məşğul olmuşdur. O, bu barədə Əşrəfə bildirib mənzilin satılmasında köməklik etməsini xahiş etmişdir. Rövşən vasitəsi ilə mənzil müştəri kimi Şahid2 satılmışdır. 2022-ci ilin may ayında Ramin və Rövşən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzili almaq istəyən müştəri olduğunu bildirmişdir. Mənzilin açarı binanın komendantında olduğu üçün Əşrəfə bu barədə bildirmişdir. Bundan sonra Rövşənlə Əşrəf birlikdə Tural ilə görüşüb "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzilə baxmış və mənzil Turalın xoşuna gəldiyi üçün almaq istədiyini, lakin ümumilikdə 120.000 manat pulu olduğunu, alınarsa mənzili almaq istədiyini demişdir. Bundan sonra Rövşən Azadla əlaqə saxlayıb Şahid2 "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzili 120.000 manata almaq istədiyini demişdir. Azad da Rövşənə mənzili Turala 122.000 manata satılmasına razılaşmışdır. Cavanşir razılıq verdikdən sonra binanın yaxınlığında olan kafedə görüşüb söhbət etmişlər. Həmin söhbət zamanı Cavanşirlə Azad mənzilin satılmasını 135.000 manata razılaşmış və razılaşmaya əsasən ilkin olaraq Azad Cavanşirə 100.000 manat pul verilməli, qalan 35.000 manat pulu 3 ay ərzində Cavanşirə ödəməli olmuşdur. X6 arasında pul məsələsi olmuş və Azad mənzilin satılmasından əldə ediləcək puldan Raminə verəcəkmiş. Ramin də işlərini həll etdikdən sonra 35.000 manat puldan əlavə Azada 10.000 manata əlavə pul verməli olmuşdur. Azad da ona Ramindən əlavə 10.000 manat pulu aldıqdan sonra 5000 manat ona verməli olmuşdur. Baxmayaraq ki, Cavanşirlə Azad mənzilin 135.000 manata satılmasına razılaşsa da, Azada pul lazım olduğu üçün mənzili təcili olaraq 122.000 manata Turala satılmasına razılıq vermişdir. Razılıq əldə edildikdən sonra xx.xx.2022-ci il tarixdə Cavanşir Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı şəhəri 50 saylı Notariat Ofisinə gedərək orada "xxxx" MTK-a ilə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsindəki, ümumi sahəsi 159.5 kv.m. olan 210 saylı mənzilin digər şəxslərin adına rəsmilləşdirilməsinə etiraz etmədiyimi, razıyam” haqqında ərizəni imzalayaraq notariat qaydasında təsdiq etdirərək "xxxx" MTK-ya təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın nümayəndəsi ünvan 3 ünvanın satılması barədə maliyyə arayışı Şahid2 adına verilmişdir. Həmin vaxt Tural mənzilə görə 122.000 manat pulu Rövşənə vermiş və Rövşən də həmin puldan 3000 manatını xidmət haqı olaraq götürmüşdür. Bundan əlavə Azad qalan 119.000 manat puldan Raminə verilməli olduğunu demiş və Rövşən 9000 manat pulu Raminə çatdırmaq üçün götürmüşdür. Qalan 110.000 manat pulu ona vermiş və o da həmin puldan 100.000 manatını Cavanşir həkimə, 10.000 manat pulu isə Azada vermişdir. Azadla Cavanşirin arasında olan razılaşmaya əsasən 35.000 manat pulu Azad 03 ay müddətində Cavanşirə verməli olsa da, pulu vermədiyi üçün Cavanşir pulunu tələb etməyə başlamışdır. Bu barədə Azada bildirib Cavanşirin pulunu verməsini istəsə də, Azad Raminin verməli olduğu 35.000 manat pulu vermədiyi üçün Cavanşirin pulunu verə bilmədiyini bildirmişdir. Ramindən bu barədə soruşan zaman sonuncu Şahid2 satılmış mənzilin sənəd üzərində 159,5 kv.m olması qeyd edilsə də, mənzilin 129 kv.m olduğunu bildirmişdir. Turaldan ya mənzilin qalan 35.000 manat pulunu verməsini, ya da mənzili qaytarmasını tələb etmişlər. Həmçinin bu barədə Cavanşirə bildirib 100.000 manat pulu qaytarıb geri almasını istəmişlər. Cavanşir də pulu xərclədiyi üçün mənzilinin pulunu geri qaytara bilməmişdir. Sonradan isə Cavanşir mənzilə görə almış olduğu 100.000 manat pulu qaytarıb mənzili geri almaq istəsə də, Tural razılıq vermədiyi üçün məsələ alınmamışdır. Buna görə də, Cavanşir bu barədə polisə şikayət etmişdir. Rövşən və Ramin tanışdır. O, Tural ilə mənzilin alqı-satqı edilməsi barədə heç bir danışıq aparmamışdır. Danışıqları Azadla aparmışdır. Turaldan heç bir məbləğdə pul almamışdır. Rövşən ona 110.000 manat pul vermiş və o da həmin puldan bankda sayaraq 100.000 manatını Cavanşirə, 10.000 manatını Azada vermişdir. Azad Cavanşirlə mənzilin 135.000 manata alqı-satqı edilməsi barədə razılaşmışdır. Həmçinin Azad qeyd olunan mənzili Raminlə 135.000 manata satılması barədə öz aralarında razılaşmışlar. Azada pul lazım olduğu üçün mənzili təcili olaraq 122.000 manata Turala satılmasına Azad razılıq verərək Cavanşirə verilməli olan 35.000 manat pulu 03 ay müddətində Azad ödəməli olmuşdur. Lakin, Azad Cavanşirin 35.000 manat pulunu vermədiyi üçün Cavanşir şikayət etmişdir. Azad ona bildirmişdir ki, mənzilin qalıq pulu vasitəsi ilə Raminlə iş görəcək və Ramin Azada 10.000 manat qazanc verəcəkdir. Azad da həmin 10.000 manat qazancdan ona 5.000 manat pul verəcəyini vəd etmişdir. Mənzilin alqı-satqısı zamanı Azad özü şəxsən iştirak etmişdir. Həmin vaxt X7 ilə telefon vasitəsi ilə danışdırıb Raminə çatdırması üçün Rövşənə 9.000 manat pul vermiş və 10.000 manat pulu isə özü götürmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində mülki iddianı qismən qəbul etdiyini, ziyanı ittihamda göstərilən məbləğ üzrə qəbul etməsini, 6.000 manatın ödənilməsini, 16.000 manatın tutulmasına etiraz etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2006-cı ildə "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanında yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kv.m. olan 210 saylı mənzilin tam şəkildə pulunu ödəyərək maliyyə arayışı əsasında alaraq qızı Cəmilə Nuriəliyevanın (Paşayeva) adına sənədləşdirmişdir. 2022-ci ilin may ayında maddi cəhətdən sıxıntı çəkdiyi üçün ünvan 3 ünvanı satmaq qərarına gəlmişdir. Buna görə də, mənzilin satılması barədə tanışları ilə bərabər binanın komendantına da məlumat vermişdir. Bundan sonra Rəşid və Azad adlı şəxslər onunla görüşərək satmaq istədiyi ünvan 3 ünvanı almaq istəsələr də, qiymətdə razılaşmadıqları üçün mənzilin satılmasından imtina etmişdir. Buna baxmayaraq Rəşid və Azad adlı şəxslər mütəmadi olaraq onunla görüşərək mənzili bəyəndikləri üçün almaq istədiklərini demişlər. O, artıq Rəşid və Azadın mənzili almaq fikrindən daşınmadığını görüb mənzili ümumilikdə 135.000 manata alqı-satqı etməyə razılaşmışlar. Bu məsələ ilə əlaqədar adı çəkilən şəxslərlə bir neçə dəfə görüşləri olmuş və bir neçə dəfə özünü nüfuzlu, işgüzar və vəzifəli şəxs kimi təqdim edən Azad adlı şəxs də iştirak etmişdir. Azad “mən burada varamsa, doktor, səni heç bir zaman, heç kəs aldatmaz. Sözümüz, danışığımız necədirsə elə də olacaq” deyərək, sonuncuların niyyətlərin ciddi və dürüst olmasına inandırmışdır. Azad və Rəşid bu mənzili onlar alırıq deyərək dəfələrlə görüşüb satmağını demişlər. O da Azad və Rəşidə inandığı üçün ünvan 3 ünvanı Rəşid və Azada 135.000 manata satmağa razılıq vermişdir. Buna görə də, o, Azad və Rəşid birlikdə Bakı şəhəri 50 saylı Notariat Ofisinə getmişlər və orda o, xx.xx.2022-ci il tarixində qızı Cəmilə Nurəliyevanın adından olan etibarnaməyə əsasən Notariat Ofislərinin birində "xxxx" MTK-a ilə bağlanılmış müqaviləyə əsasən nümayəndəsi olduğu şəxsə (yəni, Cəmilə Paşayevaya) məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsindəki, ümumi sahəsi 159.5 kv.m. olan 210 saylı mənzilin digər şəxslərin adına rəsmilləşdirilməsinə etiraz etmədiyimi, razıyam” haqqında ərizəni imzalayaraq notariat qaydasında təsdiq etdirərək "xxxx" MTK-ya təqdim etmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Tural, Rəşid, Azad və Əşrəflə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanının qarşısında görüşmüşlər. Həmin görüş zamanı Rəşid və Azad ona mənzilə görə razılaşdıqları 135.000 manat puldan ona 100.000 manatını verəcəklərini, qalan 35.000 manat pulu üç ay müddətində verəcəklərini bildirmişlər. O da inandığı üçün razılaşmış və həmin vaxt Tural ona 100.000 manat pul vermişdir. Bundan sonra "xxxx" MTK-nın nümayəndəsi ünvan 3 ünvanın satılması barədə maliyyə arayışını təqdim etmişdir. "xxxx" MTK-nın nümayəndəsi Nurlan adlı şəxsin onların söhbətində və pulun verilməsində iştirak etmişdir. Bundan sonra o, dəfələrlə Rəşid və Azadla əlaqə saxlayaraq mənzilin qalan 35.000 manat pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzadaraq pulunu verməmişlər. Daha sonra Rəşid və Azad zəng vurub pulu tələb edəndə bildirmişlər ki, satdığı mənzilin sənədə əsasən 159.5 kv.m. olsa da, mənzilinin guya faktiki ölçüsü daha az kvadrat metrə təşkil etmişdir. Buna görə də, həmin mənzillin ona qaytarılmasını təklif edərək, əvəzində isə ödədikləri 100 000 manat pulun qaytarılmasını təklif etmişlər. O, buna razılıq versə də, bundan imtina etmişlər. Sonuncu dəfə isə Əşrəfə, Rəşidə, Turala və Azada zəng edib məsələnin sülh yolu ilə, yəni hər hansı bir dövlət orqanına şikayət etmədən, həll olunmasını təklif etsə də, Əşrəf bildirmişdir ki, “get hara istəyirsən, şikayət et, Tural DTX-da işləyir, mənim isə prokurorluq orqanında, Rəşidin isə Milli Məclisdə böyük nüfuza malik olan adamları var, Azad isə Nərimanov rayon prokuroru mənim xalam oğludur deyir. “Ona görə də bizə heç kəs heç nə edə bilməz. Biz belə işlərlə tez-tez rastlaşırıq, biz bilirik necə vəziyyətdən çıxacağıq” demişdir. O, artıq Rəşid və Azadın onu aldatmasını başa düşüb barələrində Nərimanov RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurduqları maddi zərərə görə 29000 manat, mənəvi ziyana görə 7000 manat, əldən çıxmış faydaya görə 7000 manat, vəkilə (nümayəndəyə) hüquqi yardım göstərilməsi üçün 300 manat, dövlət rüsuma görə 220 manat, cəmi 43520 manat pul müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi haqqında qərar qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq onlayn qaydada evlərin alqı-satqısı ilə məşğuldur. Özünə məxsus “Binalar.az” internet səhifəsi vardır. Zərərçəkmiş şəxs 2022-ci ilin may ayından tanımışdır. Şahid2 2022-ci ilin fevral ayından tanımışdır. Tural “Binalar.az” internet səhifəsində yerləşdirdiyi ev elanları ilə bağlı əlaqə saxlayan zaman münasibəti yaranmışdır. Tural ona 110.000-120.000 manat arası mənzil almaq istədiyini bildirib qeyd olunan məbləğdə mənzil olan zaman sonuncuya bildirməyini xahiş etmişdir. O da bu barədə evlərin alqı-satqısı ilə məşğul olan digər tanışları ilə bərabər Rövşən adlı tanışına da məlumat vermişdir. Rövşən də onun kimi evlərin alqı-satqısı ilə məşğul olmuşdur. 2022-ci ilin may ayının ortalarında Rövşən onunla əlaqə saxlayaraq "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzilin 135.000 manata satışa çıxarıldığını bildirmişdir. O, Tural ilə əlaqə saxlayaraq görüşüb bu barədə məlumat vermişdir. Bundan sonra Tural ilə birlikdə Rövşənlə görüşüb "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzilə baxmışlar və mənzili Turalın xoşuna gəldiyi üçün almaq istədiyini bildirmişdir. Rövşəndən mənzilin sahibinin çağırmasını və görüşüb razılaşmalarını istəmişlər. Rövşən də mənzilin barter yolu ilə alqı-satqı ediləcəyini bildirmişdir. Buna görə də Rövşəndən mənzilin sahibinin və barter etmək istəyən şəxsi görüşə çağırmasını istəmişlər. Rövşən də mənzilin sahibi olan Cavanşiri, eyni zamanda Azad və Rəşid adlı şəxsləri dəvət etmiş və həmin vaxt sonuncuları tanımışdır. Onlar binanın yaxınlığında olan kafedə görüşüb söhbət etmişlər. Həmin söhbət zamanı alqı-satqı prosesinin 121.000-123.000 manata edilməsi barədə Rəşidlə razılaşmışlar. Həmin vaxt mənzilin sahibi olan Cavanşir orada olsa da, söhbətləri Rəşid aparmışdır. Alqı-satqı edilməsi barədə razılıq əldə edildikdən sonra Tural ilə birlikdə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı şəhəri 50 saylı Notariat Ofisinə getmişlər. Həmin vaxt Cavanşir, Rəşid və Rövşən də orada olmuşlar. Cavanşir notariat ofisində "xxxx" MTK-a ilə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsindəki, ümumi sahəsi 159.5 kv.m. olan 210 saylı mənzilin digər şəxslərin adına rəsmilləşdirilməsinə etiraz etmədiyimi, razıyam” haqqında ərizəni imzalayaraq notariat qaydasında təsdiq etdirərək "xxxx" MTK-ya təqdim etmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə o, Tural, Rəşid, Rövşən və Cavanşir Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanının qarşısında görüşmüşlər. Həmin görüş zamanı Tural mənzilə görə razılaşdıqları məbləği, təxminən 121.000-123.000 manat pulu Rəşidə vermişdir. Həmin vaxt "xxxx" MTK-nın nümayəndəsi ünvan 3 ünvanın satılması barədə maliyyə arayışını Turala təqdim etmişdir. Həmçinin həmin vaxt Cavanşir mənzilin açarını Turala təqdim etmişdir. Bundan bir müddət sonra Cavanşir onunla əlaqə saxlayaraq Rəşidi tapa bilmədiyini, Turalın mobil nömrəsini istəmişdir. O da nə məsələ olduğunu soruşan zaman Cavanşir ona Turala satmış olduğu mənzili Rəşidlə aralarında 135.000 manata razılaşdığını, Rəşidin Turaldan aldığı puldan 100.000 manatını verdiyini, qalan 35.000 manat pulu üç aya vərməyə razılaşsalar da vermədiyini demişdir. O da Cavanşirə Turalın mənzilə görə razılaşdıqları pulu tam şəkildə ödədiyini, Rəşidlə aralarında olan söhbətdən məlumatsız olduğunu bildirmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Rəşid Cavanşirlə mənzilin alqı-satqı edilməsini 135.000 manata razılaşdığını, həmin puldan Rəşid Cavanşirə 100.000 manatını ödəyib qalan 35.000 manat pulu üç ay ərzində ödəməyə söz versə də, ödəməmişdir. Buna görə də, Cavanşir onların barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq evlərin alqı-satqısı ilə məşğuldur. "xxxx" MMC-nin təsisçisi və direktorudur. Rəhbəri olduğu MMC-nin əsas iş prinsipi daşınmaz əmlakın alqı-satqısından ibarətdir. Şahid1 10 ildən çoxdur ki, tanımışdır. Əşrəf də onun kimi daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs və Şahid2 2022-ci ilin may ayından tanımışdır. 2022-ci ilin may ayının əvvəllərində Ramin Sərdarov onunla əlaqə saxlayaraq "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzilin 135.000 manata satışa çıxarıldığını bildirmiş və müştəri olarsa mənzilin satılmasında köməklik göstərməyini xahiş etmişdir. Ramin beton işi ilə məşğul olmuşdur. Bir neçə dəfə Raminin vasitəsi ilə tapmış olduğu mənzilin satışını təşkil edərək pul qazanmışlar. O da bu barədə evlərin alqı-satqısı ilə məşğul olan digər tanışları ilə bərabər Əşrəfə də məlumat vermiş və "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzilin 135.000 manata satışa çıxarıldığını bildirmişdir. 2022-ci ilin may ayının ortalarında Əşrəf onunla əlaqə saxlayaraq mənzilə baxmaq istəyən Tural adlı müştəri olduğunu demişdir. Bundan sonra o, Əşrəflə birlikdə Tural ilə görüşüb "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzilə baxmışlar və mənzil Turalın xoşuna gəldiyi üçün almaq istədiyini, lakin ümumilikdə 120.000 manat pulu olduğunu, alınarsa mənzili almaq istədiyini demişdir. Bundan sonra o, Raminlə əlaqə saxlayıb mənzili almaq istəyən müştəri olduğunu və müştərinin mənzilə 120.000 manat pul verə biləcəyini, alınarsa Turalın mənzili almaq istədiyini demişdir. Ramin də ona Azadın mobil nömrəsini verib bu barədə danışmağını istəmişdir. O, Azadın istifadəsində olan mobil nömrəyə zəng vuraraq Şahid2 "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzili 120.000 manata almaq istədiyini demişdir. Azad da ona ilkin olaraq mənzilin 123.000 manata satacaqlarını bildirmişdir. Daha sonra isə Rəşid və Azad onunla əlaqə saxlayaraq son olaq mənzilin 122.000 manata satılmağa razılıq verdiklərini demişlər. Buna görə də, o, Əşrəflə əlaqə saxlayaraq mənzilin 120.000 manata yox, son olaraq 122.000 manata satıldığını demişdir. Əşrəf də Tural ilə danışmış və Turalın razı olduğunu demişdir. Sonra Azadla əlaqə saxlayaraq mənzilin sahibinin çağırmasını və alqı-satqıya getməyi təklif etmişdir. xx.xx.2022-ci il tarixdə Cavanşir Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı şəhəri 9 saylı Notariat Ofisinə gedərək orada "xxxx" MTK-a ilə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsindəki, ümumi sahəsi 159.5 kv.m. olan 210 saylı mənzilin digər şəxslərin adına rəsmilləşdirilməsinə etiraz etmədiyimi, razıyam” haqqında ərizəni imzalayaraq notariat qaydasında təsdiq etdirərək "xxxx" MTK-ya təqdim etmişdir. Bu barədə ona Azad və Rəşid məlumat vermişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın yaxınlığında yerləşən kafedə o, Əşrəf, Azad, Rəşid, Cavanşir və Tural ilə görüşüb birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı şəhəri Nərimanov rayonu 33 saylı poçt şöbəsinə getmişlər. Orada Tural 122.000 manat pulu sayılması üçün poçt əməkdaşlarına təqdim etmişdir. Həmin pul poçt əməkdaşları tərəfindən sayıldıqdan sonra Turala geri qaytarılmışdır. Onlar poçtdan çıxdıqdan sonra Tural 122.000 manat pulu Rəşidə vermişdir. Rəşid də 122.000 manat puldan qabaqcadan razılaşdıqları kimi zəhmət haqqı olaraq ona 3.000 manat pul vermişdir. O da həmin puldan 1.000 manatını özünə götürüb 2.000 manat pulu Əşrəfə vermişdir. Çünki Əşrəf də, Turalı başqa makler göndərmişdir. Buna görə də, həmin 3.000 manat pul onun, Əşrəf və digər tanımadığı şəxsin arasında adama 1.000 manat olmaq şərti ilə bölünmüşdür. Bundan əlavə Azadla Raminin arasında olan pul məsələsinə görə Rəşid həmin puldan 9.000 manatını ona vermişdir ki, Raminə çatdırsın. Qalan 110.000 manat puldan 100.000 manatını Azad və Rəşid Cavanşirə verib qalan 10.000 manat pulu özlərinə götürmüşlər. Bundan sonra o, ayrılıb çıxıb getmiş və həmin gün Raminlə görüşüb 9.000 manat pulu vermişdir. Bundan bir müddət sonra Azad və Rəşid onunla görüşmək istədiyi üçün Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində görüşmüşdür. Həmin görüş zamanı Rəşid və Azad ona Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 saylı binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 159.5 kvadrat/metr sahəsi olan 210 nömrəli mənzilin Cavanşirlə 135.000 manata razılaşsalar da, mənzilin 122.000 manata satıldığını, həmin puldan 100.000 manatını Cavanşirə verildiyini, qalan 35.000 manat pulun üç ay müddətində Raminin ödəməli olsa da, ödəmədiyini, buna görə də, Cavanşirin 35.000 manat pulunu verə bilmədiklərin demişlər. Bundan bir müddət sonra Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Atatürk Parkı”nda Rəşid, Azad və Raminlə görüşmüşdür. Həmin görüş zamanı Azad və Rəşid Raminlə danışaraq məsələni həll etmək lazım olduğunu deyərək öz aralarında danışıb razılaşmışlar. Daha sonra isə ona məlum olmuşdur ki, Rəşid və Azad qalan 35.000 manat pulu Cavanşirə ödəmədikləri üçün Cavanşir barələrində polisə şikayət etmişdir. Azad yalan demişdir. Şahid2 satılmış "xxxx" MTK-a ilə bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 79 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsindəki, ümumi sahəsi 159.5 kv.m. olan 210 saylı mənzilin pulunun verilməsi prosesində Azad da iştirak etmişdir. Həmin vaxt Tural 122.000 manat pulu Rəşidə vermişdir. Rəşid də həmin puldan 3000 manatını zəhmət haqqı olaraq ona vermişdir. Qalan 119.000 manat puldan 9000 manat pulu Rəşid ona vermişdir ki, Azadla Raminin arasında olan pul hesabına görə Raminə versin. Qalan 110.000 manat puldan 100.000 manat pul Cavanşirə verilmişdir. Qalan 10.000 manat pulu isə Azad və Rəşid ikisi özünə götürmüşdür. Ramin yalnız Azad və Rəşidin onun vasitəsi ilə göndərmiş olduğu 9000 manat pulu götürmüşdür. Bundan əlavə mənzilin sahibi Cavanşir olsa da, mənzilin satılması barədə bütün danışıqları Azad və Rəşid aparmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunsada, hazırda məhkumlugu olmayan şəxsdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X1 alınmış xx.xx.2024-cü il tarixli, 1/1398 sorğuya cavab məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X1 alınmış xx.xx.2024-cü il tarixli, 1/1396 sorğuya cavab məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Respublika Psixiatriya Xəstəxanası” X5 alınmış xx.xx.2024-cü il tarixli, 4843 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Respublika Psixiatriya Xəstəxanası” X5 alınmış xx.xx.2024-cü il tarixli, 4847 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 10 ay 12 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 02 il şərti sınaq müddəti verilmişdir. xx.xx.2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsdinin qərarı ilə Bakı Ağır Cinayətlər məhəkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirlərək Təqsirləndirilən şəxs2 05 il 10 ay 12 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Axtarış olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 22 may 2024-cü il tarixdə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Tuqay Allaherdizadənin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Tuqay Allaherdizadənin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşdə olan iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkən Zərərçəkmiş şəxs dəymiş 35.000 manat ziyandan qalan 29.000 manat pulu xx.xx.2024-cü il tarixədək ödəyəcəyinə söz verir. İşdə olan 29 may 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkən Zərərçəkmiş şəxs dəymiş ziyandan 6.000 manat pul ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 oglu barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 09 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 aprel 2025-ci il tarixdə saat 18:00-da saxlanılmış və Nərimanov RPİ-nə təhvil verilmişdir. İşdə olan AR ƏN 3 saylı İT-nın 11 aprel 2025-ci il tarxli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 09 aprel 2025-ci il tarixdə saat 18:00-da Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və 10 aprel 2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərəri qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 19 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarıti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ogluna cəza təyin edərkən cinayəti qismən etiraf etməsi və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.1 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs oglu tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, ittiham üzrə ödənilməyən məbləg 16.000 manat, (həmin məbləgə görə ödənilməli olan rüsum) 138 manat dövlət rüsumu təqsirləndirilən şəxslərdən zərərçəkmiş şəxsin xeyrinə tutulmalı, mülki iddia qalan hissələrdə təmin edilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 09 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16.000 manat, dövlət rüsuma görə 138 manat, cəmi 16.138 manat pul müştərək qaydada tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi, əvvəlki məhkəmə iclaslarına iştirak etdiyi 25 iş saatı üçün 150 manat, xx.xx.2025-ci il tarixdən hər iş saatına görə 11 manat hesab edilməklə, 8 iş saatına görə 88 (səksən səkkiz) manat, cəmi 238 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi, əvvəlki məhkəmə iclaslarına iştirak etdiyi 25 iş saatı üçün 150 manat, xx.xx.2025-ci il tarixdən hər iş saatına görə 11 manat hesab edilməklə, 8 iş saatına görə 88 (səksən səkkiz) manat, cəmi 238 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar