Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-552/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oglunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, işləməyən, Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı küç.ev 7/19, mənzil 102-də qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov pros. Ev58 mənzil 43-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının 12-də, saat 16:30 radələrində müştəri qismində gəldiyi ünvan 1 ünvanda yerləşən “KM” gözəllik salonunda divanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindən 5 manat dəyərində olan pul qabını və həmin pul qabının içərisində qoyulmuş 1190 manat ekvivalentində 700 ABŞ dolları və 1000 AZN pulu gizli olaraq talamaqla ümumilikdə zərərçəkmişə 2195 manat ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə müddətdir ki, tanıyır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində bəzənmək üçün ünvan 1 ünvanda yerləşən “KM” gözəllik salonuna getmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs orada olmasını və əl çantasını salonda olan divanın üzərinə qoymasını görmüşdür. Zərərçəkmiş şəxs ustaya yaxınlaşdığı üçün əl çantasını divanın üzərində saxlamış və o, əlində olan uşaq çantasına baxmaq adı ilə Zərərçəkmiş şəxs məxsus əl çantasını açaraq içərisində olan pul kisəsini götürüb salondan çıxmışdır. Sonradan pul kisəsinə baxdıqda içərisində olan 1190 manat ekvivalentində 700 ABŞ dolları və 1000 manat pulu görmüş və özündə saxlamışdır. O oğurlamış olduğu içərisində 1 190 manat ekvivalentində 700 ABŞ dolları və 1000 manat pul olan pul kisəsini özündə saxlamış və içərisində 1 190 manat ekvivalentində 700 ABŞ dolları və 1000 manat pul olan pul kisəsini təhqiqata təqdim etmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində toya hazırlıq etmək üçün ünvan 1 ünvanda yerləşən “KM” gözəllik salonuna getmişdir. Salonda olduğu zaman Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Ustaya yaxınlaşdıqda özünə məxsus əl çantasını salonda olan divanın üzərinə qoymuş və saat təxminən 16:30 radələrində salondan çıxıb evə getmişdir. Evdə olduğu zaman əl çantasından pul kisəsini götürmək istədikdə içərisində 1190 manat ekvivalentində 700 ABŞ dolları və 1000 manat pul olan pul kisəsinin əl çantasında olmadığını aşkar etmişdir. Bu zaman ona aydın olmuşdur ki, pul kisəsi salonda olarkən oğurlanmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında salona yaxınlaşaraq orada quraşdırılmış kameradan görüntülərə baxış keçirmiş və məlum olmuşdur ki, içərisində 1190 manat ekvivalentində 700 ABŞ dolları və 1000 manat pul olan pul kisəsi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Bu səbəbdən qeyd olunan hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə vaxtdır ki, tanıyır və aralarında heç bir ədavət olmamışdır. Ona dəyən zərər ödənilib, Təqsirləndirilən şəxs ilə barışib, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək xx.xx.2022-ci il saat 16.30 radələrində müştəri qismində getdiyi Bakı şəhəri Nərimanov rayonu X1 küçəsi 55 saylı ünvanda yerləşən “KM” gözəllik salonundan divanın üzərinə qoyduğu əl çantasından tanıdığı Təqsirləndirilən şəxs tərəfindən içəsində 1190 manat ekvivalentində 700 ABŞ dolları və 1.000 manat pul olan kisənin oğurlanmasını aşkar etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir; “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı Emin Səfərov tərəfindən Bakı şəhəri Nərimanov rayonu X1 küçəsi 55 saylı ünvanda yerləşən “KM” gözəllik salonunda baş vermiş oğurluq hadisə ilə əlaqədar hadisə yerinə gəlib hadisə yerinə baxış keçirilmişdir. “KM” gözəllik salonunda oturacaqlar, müştərilər üçün nəzərdə tutulan divanlar, salon alətləri və digər əşyalar vardır.Zərərçəkmiş şəxs içərisində 700 ABŞ dolları və 1.000 manat pul olan pul kisəsinin oğurlandığı divanı göstərmışdır. Hadisə yerinin foto şəkilləri çəkilmiş və əlavə olunmuşdur. Diskdəki videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Baxış keçirilən disk “HP” markalı kompüter vasitəsi ilə açıldı və diskin yaddaşında 1 ədəd videofaylın olması müəyyən edildi. Videofayllara baxış keçirilərkən videogörüntülərdə bir nəfər qadının divanda oturması, əlində olan uşaq çantasının içərisində olan əşyaları düzəltməsi, daha sonra isə divanın üzərində olan pul kisəsini gizlincə götürməsi, əl çantasının kənarına qoyması və oradan uzaqlaşması müşahidə edilir. “könüllü təqdim olunan əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi işərisində 1190 manat ekvivalentində 700 ABŞ dolları və 1.000 manat pul kisəsi götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindın yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış içərisində 1190 manat ekvivalentində 700 ABŞ dolları və 1.000 manat pul olan pul kisəsi ona qaytarıldı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır; “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tədqiqata təqdim etdiyi 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, oğurlanmış əmlakı zərərçəkmiş şəxsə qaytarmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. İş üzrə maddi sübut – 1 ədəd disk sadələşdirilmiş icraat materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut – 1 ədəd disk işin materiallarında saxlanılsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-552/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-552/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver