Məhkəmə qərarları › İş №1(005)-56/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-56/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-56/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:40 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə İmişli rayonu, Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işlməyən, ünvan 1 ünvanda yaşayan barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan heroini əldə edərək üzərində saxlamaqla daşımış və 22 aprel 2022-ci il saat 19:00 radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 17-ci Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 1 ədəd bükümdə, ümumi təmiz çəkisi 4,491 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü əvvəlcə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər istifadə etdiyi narkotik vasitəni müxtəlif yollarla tanımadığı şəxslərdən alaraq istifadə edirmiş, üzərindən aşkar edilən narkotik vasitəni yaşadığı evin yaxınlığında yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. xx.xx.2022ci il tarixdə saat 19:00 radələrində yaşadığı ünvan 4 ünvanın qarşısında olduğu zaman mülki geyimdə şəxslər yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə getirilmişdir. Şöbədə ona bildirmişlər ki, vəkilin iştirakı ilə üzərində axtarış və götürmə aparacaqlar. Bir müddət sonra ona xidməti otaqda hüquqlarını izah edib vəkil dəvət etmişlər. Vəkil gəldikdən sonra onu şübhəli şəxs qismində tutmuşlar. Şübhəli şəxs qismində onu tutduqdan sonra videoçəkiliş vasitəsi ilə polis əməkdaşları onun üzərində axtarış və götürmə edəcəklərini bildirmişlər. O, videoçəkilişə etiraz etmiş, çünki fikirləşmişdir ki, həmin videoçəkiliş sonradan televiziya kanallarında göstəriləcək. Bundan sonra vəkilin, onu idarəyə gətirmiş polis əməkdaşlarının və dəvət edilmiş əvvəllər tanımadığı 2 nəfər hal şahidinin iştirakı ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O üzərində olan narkotik vasitəni 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan narkotik vasitə heroini əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümü yaşadığı evin yaxınlığında yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə həmin gödəkçənin sol yan cibindən 01 ədəd ona məxsus “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində heroin olan 01 (bir) ədəd şəffaf sellofan olan bükümü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. Həmin vaxtı üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini və heç kimə narkotik vasitə satmadığını bildirsə də, ona polis əməkdaşları tərəfindən eyni suallar təkrar verilməyə başlanmış və onun yalan danışıdığını söyləmişlər. O da buna görə əsəbiləşib tərtib edilmiş protokola imza etməkdən və izahat verməkdən imtina etmişdir. Sonradan isə onun barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb istintaq hərəkətləri keçirilən zaman o, buna etiraz etmiş və o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özü narkoman olduğu üçün həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Lakin, müstəntiq bununla razılaşmadığı üçün o, istintaq zamanı tərtib edilmiş bütün istintaq sənədlərinə imza etməkdən və iş üzrə özünü CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilmədiyi üçün ifadə verməkdən imtina etmişdir. Nərimanov RPİ-də və ya saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən hansısa fiziki və ya digər təsirlər olmamışdır. Bundan sonra məhkəmə istintaqı zamanı, qorxduğu üçün etirafedici ifadə verdiyini qeyd edərək narkotik vasitənin ona aid olmadığını, üzərində hər hansı narkotik vasitə aşkar edilmədiyini və polis əməkdaşlarının onu evindən götürərək polis şöbəsinə apardıqlarını bildirmişdir. Son olaraq qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 22 aprel 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində piyada “Ulduz” metrostansiyası tərəfə gedirmiş. Həmin vaxt ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşaraq 17-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib ona xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları tərəflərindən bir nəfər şəxsin saxlanıldığını və həmin şəxsin üzərində axtarış keçirilən zaman onun hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O da vətəndaşlıq borcunu yerinə yetirmək məqsədi ilə polis əməkdaşları ilə birgə 17-ci Polis Şöbəsinin xidməti otaqlarından birinə gəlmişdir. Polis Şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra xidməti otağa əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs gətirilmişdir. Həmçinin həmin xidməti otaqda ondan və Təqsirləndirilən şəxs başqa müdafiəçi, onun kimi hal şahidi qismində dəvət edilmiş başqa bir nəfər şəxs, mülki geyimdə olan 3 nəfər polis əməkdaşı və Rüstəmlə sorğu-sual edən polis formasında olan Samir adlı təhqiqatçı olmuşdur. Həmin şəxsin üzərində axtarış və götürmə keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik və ya digər təsiredici maddə, habelə qanunsuz əşya olub-olmadığı soruşulmuş və varsa təqdim edilməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd adi sellofana bükülmüş vəziyyətdə olan bükümü və gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu və yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özü narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərində başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri imzalanmışdır. Həmçinin protokol tərtib edilərək imzalanmış, lakin Təqsirləndirilən şəxs həmin protokolu və narkotik vasitənin qablaşdırıldığı zərfi imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə keçirilən zaman ona heç bir fiziki təsir olmamışdır. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis kapitanıdır. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində xidməti zərurət ilə əlaqədar Nərimanov RPİ-nin baş əməliyyat müvəkkilləri Şahid4la və Şahid3la birlikdə inzibati ərazidə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 230 ünvanın qarşısında bir nəfər şəxsin yerişi, hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsin narkotik maddənin təsiri altında olmasından şübhələndikləri üçün onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslə danışarkən özünü təqdim etməyini bildirsələr də, həmin şəxs suallara qeyri-müəyyən cavab verməyə başlamış və danışarkən gözlərinin axmasını müşahidə etmişlər. Narkotik vasitələrin və ya digər maddələrin istifadəsində şübhələndiklərini bildirib onlarla birlikdə Nərimanov RPİ-nə gəlməsini bildirmişlər. Həmin şəxsin isə onlardan uzaqlaşmağa cəhd etmək istədiyini görüb tərəflərindən saxlanılaraq rayon polis idarəsinin 17-ci Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təqdim etmişlər. 17-ci X7 Hissəsinə təqdim etdikdən sonra onlara məlum olmuşdur ki, həmin şəxs 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün rəhbərliyin adına bu barədə raport yazmışlar. Raportun icrası Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısına həvalə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğundan onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə etiraz etdiyi üçün tərəflərindən dəvət edilmiş hal şahidləri Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik və ya digər təsiredici maddə, habelə qanunsuz əşya olub-olmadığı soruşulmuş və varsa təqdim edilməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd adi sellofana bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində şəxsi istifadəsi məqsədi ilə narkotik vasitə heroin olduğunu və yaşadığı evin yaxınlığında yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərində başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri tərəflərindən imzalanmışdır. Həmçinin 01 ədəd “Samsung” markalı mobil telefon da sübut məqsədi ilə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalansa da, Təqsirləndirilən şəxs tərtib edilmiş protokola və narkotik vasitənin qablaşdırıldığı zərfə heç bir səbəb göstərmədən imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və Nərimanov RPİ-nə gətirilən zaman Rüstəmə qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir, onun evinə daxil olma halları olmamışdır. Məhkəmədə ifadə vermiş Şahid4 ifadəsi məhkəmədə ifadə vermiş iş üzrə digər şahid Nərimanov Rayon Polis idarəsinin polis kapitanı Şahid5 ifadələri ilə eyni məzmunlu olmuş, faktla bağlı onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən və məhkəmədə ifadələri elan edilmiş Şahid1 və Şahid3 ifadələri iş üzrə ifadə vermiş digər şahidlərin ifadələri ilə eyni məzmunlu olmaqla faktla bağlı onların dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 22 aprel 2022-ci il tarixli protokola baxış keçirilərkən aydın olmuşdur ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olundu ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara gödəkçəsinin sol cibindən özünə məxsus qara rəngli Samsung markalı mobil telefonunu həmin gödəkçənin sağ cibindən isə 1 ədəd adi sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik maddəyə bənzər bükümü təqdim etdi və təqdim etdiyi həmin bükümün ona məxsus olduğunu, yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd adi sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik büküm hal şahidlərinin iştirakı ilə zərfə qoyaraq 219 №-li möhürlə möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 23 aprel 2022ci il tarixli 6/2345 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 44 nömrəli möhür əks olan, sözləri soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,491 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X9 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 3559 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X4 X8 məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1728 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəsətlik və ya ya psixi fəaliyyətinin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o öz hərkətlərini, faktini xarakertini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna gördə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsir dairəsinə düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs olunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. “Cinayət işi üzrə toplanmış sübutlarların qiymətləndirilməsi” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. “Maddi sübut qismində tanımaq haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisi 4,491 qram maddə sübut kimi tanınmış həmçinin tədqiqata sərf edildikədən sonra qalıq qalmış 4,391 qram çəkidə narkotik vasitə heroin saxlanc üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinədək azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. xx.xx.2014-cü ildə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 05 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2014cü ildə təyin edilmiş sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 18 saylı Mənzil Kommunal Sahəsinin verdiyi xasiyyətnamədə göstərilmişdir ki, Hüseynov X3 rayonu, Fərid Əhmədov (köhnə küçə adı Daş-Karxanası) küçəsi, ev 249 ünvanında qeydiyyatdadır. Həmin ünvanda yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında narkotik vasitənin onun üzərindən aşkar edilməməsi, evindən polis əməkdaşları tərəfindən götürülərək Polis Şöbəsinə aparılması ilə bağlı ifadəsinin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahid və hal şahidlərinin ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2022-ci tarixli protokoldan, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq və məhkəmə baxışı zamanı ilkin verdiyi etirafedici ifadəsi, cinayət işində olan xx.xx.2022-ci il tarixli tibbi müayinə aktına əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməklə məcburi müalicəyə ehtiyacının olması, məhkəmə bioloji ekspertizasının rəyinə əsasən çəkisi 4,491 qram qram çəkidə narkotik vasitə heroin olması aşkar olunan narkotik vasitənin çəkisinin düzgün olduğunu və Təqsirləndirilən şəxs tərəfindən şəxsi istifadəsi üçün əldə edərək saxladığını və daşıdığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, X5 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-in 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİN-in Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,391 qram çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 110 (yüz on manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 4,391 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar