Məhkəmə qərarları › İş №1(005)-56/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-56/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-56/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi X4 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Kirovakan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsi fərdi evdə yaşamış, hazırda barəsində xx.xx.2023-cü il tarixli qərarla həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 01 azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsi fərdi evdə yaşamış, hazırda barəsində xx.xx.2023-cü il tarixli qərarla həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2023-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 113 ünvanındakı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs2 məxsus 570 manat dəyərindəki 01 ədəd, “VeloStrım” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 570 (beş yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2023ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 99 ünvanında yerləşən “MADO” restoranının arxasından Zərərçəkmiş şəxs3 məxsus 400 manat dəyərindəki 01 ədəd, “Vegas” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2023ci il tarixdə saat 03:50 radələrində ünvan 4 ünvanındakı yaşayış binasının 65 saylı mənzilinin qarşısından Zərərçəkmiş şəxs4 məxsus 500 manat dəyərindəki 01 ədəd “Trek 3700” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvanındakı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs5 məxsus 540 manat dəyərindəki 01 ədəd “Adidas” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 540 (beş yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2023cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 45 ünvanındakı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs6 məxsus 180 manat dəyərindəki 01 ədəd “Stels” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 180 (yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanındakı yaşayış binasının 3-cü blokunun birinci mərtəbəsinə gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 ətrafı müşahidə etmək üçün kənarda gözləmiş, özü isə ünvan 6 ünvanındakı yaşayış binasının 3-cü blokunun birinci mərtəbəsində quraşdırılmış Zərərçəkmiş şəxs7 məxsus 150 manat dəyərindəki İspaniya istehsalı olan 01 ədəd, “Espa” markalı su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 150 (yüz əlli manat) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanındakı yaşayış binasının 4-cü blokunun birinci mərtəbəsinə gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 ətrafı müşahidə etmək üçün kənarda gözləmiş, özü isə ünvan 6 ünvanındakı 4-cü blokun birinci mərtəbəsində quraşdırılmış Zərərçəkmiş şəxs8 məxsus 250 manat dəyərindəki İspaniya istehsalı olan 01 ədəd, “Espa” markalı su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 250 (iki yüz əlli manat) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində ünvan 7 ünvanındakı yaşayış binasının 2-ci mərtəbəsinə gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 ətrafı müşahidə etmək üçün kənarda gözləmiş, özü isə həmin yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin qarşısından Zərərçəkmiş şəxs9 məxsus 600 manat dəyərindəki 01 ədəd, “Adidas” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində ünvan 8 ünvanındakı yaşayış binasının 5-ci blokunun 17-ci mərtəbəsinin foesindəki divara bərkidilmiş plastik materialdan olan şkafın qapısındakı kilidi sındıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan, Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində 02 ədəd 350 manat dəyərində “Bosch” markalı direl, 01 ədəd dəyəri 70 manat olan direl, hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd direl başlığı, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd laqonda başlığı və mətbəxdə istifadə olunması üçün hazırlanmış 120 manat dəyərində bıçaq, çəngəl, qaşıq dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 990 (doqquz yüz doxsan) manat maddi ziyan vurarmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanındakı yaşayış binasının 3-cü blokunun birinci mərtəbəsinə gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq ətrafı müşahidə etmək üçün kənarda gözləmiş, qrup üzvü Təqsirləndirilən şəxs1 isə ünvan 6 ünvanındakı yaşayış binasının 3cü blokunun birinci mərtəbəsində quraşdırılmış Zərərçəkmiş şəxs7 məxsus 150 manat dəyərindəki İspaniya istehsalı olan 01 ədəd, “Espa” markalı su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 150 (yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanındakı yaşayış binasnın 4-cü blokunun birinci mərtəbəsinə gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq ətrafı müşahidə etmək üçün kənarda gözləmiş, qrup üzvü Təqsirləndirilən şəxs1 isə ünvan 6 ünvanındakı 4-cü blokun birinci mərtəbəsində quraşdırılmış Zərərçəkmiş şəxs8 məxsus 250 manat dəyərindəki İspaniya istehsalı olan 01 ədəd, “Espa” markalı su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 250 (iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində ünvan 7 ünvanındakı yaşayış binasının 2-ci mərtəbəsinə gəldikdən sonra aralarındakı rol bölgüsünə uyğun olaraq ətrafı müşahidə etmək üçün kənarda gözləmiş, qrup üzvü Təqsirləndirilən şəxs1 isə həmin yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin qarşısından Zərərçəkmiş şəxs9 məxsus 600 manat dəyərindəki 01 ədəd, “Adidas” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanındakı yaşayış binasının 05-ci blokunun 17-ci mərtəbəsinin foesində törətmiş olduğu cinayətə görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bildirmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-3289/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edildiyindən və xx.xx.2022-ci il tarixində inzibati həbsin müddətinin bitməsi səbəbilə İnzibati həbs olunanların saxlanılma mərkəzindən azad edildiyindən qeyd edilən cinayət hadisəsinin baş verdiyi tarxidə təqsirləndirilən şəxsin inzibati həbsdə olduğu nəzərə alınaraq ona verilmiş ittihamdan həmin hissədən imtina edərək cinayət təqibinin təqsirləndirilən Təqsirləndirilən şəxs2 münasibətdə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə davam etdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə saat 13 radələrində piyada Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 113 ünvanındakı yaşayış binasının giriş blokundakı dəmir boruya dəmir seplə (tros) bağlanmış üzərində “velo strim” yazısı olan velosipedi bağlandığı dəmir sepi kəsib velosipedi bağlandığı yerdən açmış və sürərək ünvan 9 ünvanda yerləşən “MADO” restoranının yanına gəlmişdir. Həmin yerə çatdıqda “MADO” restoranının arxa tərəfində velosipedlərin saxlanıldığı yerdə dəmir boruya dəmir seplə (tros) bağlanmış üzərində “veqas” yazısı olan velosiped olduğunu görmüşdür. Həmin velosipedi xx.xx.2023-cü il tarixdə saat 14 radələrində üzərində olan kəlbətinlə velosipedin bağlandığı dəmir sepi (tors) kəsib və həmin velosipedi götürüb oradan uzaqlaşmışdır. Oğurladığı hər iki velosipedi Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Rus” bazarı və ya “bit bazarı” kimi tanınan bazara aparıb orada 150 manata və 100 manata tanımadığı ayrı-ayrı şəxslərə satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 03:50 radələrində ünvan 10 ünvanındakı 65 saylı mənzilin qarşısından pilləkənin dəmirlərinə dəmir seplə (tros) bağlanmış üzərində “terek” yazısı olan velosipedi bağlandığı yerdən açmış və həmin velosipedi götürüb oradan uzaqlaşmışdır. Həmin velosipedi Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən bazara aparıb orada 110 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvanındakı yaşayış binasının qarşısında “Adidas” markalı velosipedin bağlandığını görmüşdür. Həmin velosipedin bağlandığı dəmir sepi (tros) kəsib velosipedi bağlandığı yerdən açmış və həmin velosipedi götürüb oradan uzaqlaşmışdır. Həmin velosipedi satmamış, özü istifadə etmişdir. Yenidən xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 45 ünvanındakı yaşayış binasının qarşısında “Stels” markalı velosipedi bağlandığı dəmir sepi həmin velosipedi götürüb oradan uzaqlaşmışdır. Həmin velosipedi də Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən bazara aparıb orada həmin velosipedi 50 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə aydır ki, Sabunçu rayonunda kirayə gündəlik evlərdə qaldığı üçün Təqsirləndirilən şəxs2 tanımışdır. Əli-Ələkbər söhbət zamanı maddi vəziyyəti yaxşı olmadığından oğurluq etdiyini və yenidən oğurluq etmək istədiyini bildirmişdir. Danışıb qərara gəlmişdirlər ki, birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən bir neçə velosiped və su nasosu oğurlayıb satmaqla qazanc əldə etsinlər. Buna görə də xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində piyada gəzib yaşayış binalarının həyətlərini nəzərdən keçirib oğurluq üçün münasib şəraitdə saxlanılan velosiped və su nasosu axtarmışdırlar. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Ələkbərlə birlikdə ünvan 6 ünvanının qarşısında bloklarda su nasoslarının saxlanıldığı dəmir qutuların olduğunu görmüşlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin su nasoslarını oğurlamışlar. Əli-Ələkbər ətrafı müşahidə etməsi üçün bir qədər aralıda durmuş, özü isə kəlbətinlə dəmir qutunun qıfılını sındırmış və içərisindəki su nasosunu açaraq götürmüşdür. Daha sonra isə oğurladıqları su nasoslarını yaxınlıqdakı boş ərazidə gizlədib, velosiped oğurlamaq üçün həyətini gəzmişlər və Ələkbərlə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində ünvan 7 ünvanındakı yaşayış binasında pilləkənin dəmirlərinə dəmir seplə (tros) bağlanmış “adidas” markalı velosipedi bağlandığı yerdən açmış və həmin velosipedi götürüb oradan uzaqlaşmışdır. Oğurlamış olduğu əşyaları satın almış şəxslərə özünə məxsus olduğunu və ehtiyacı olduğundan satdığını bildirmişdir. Son olaraq zərərçəkmiş şəxslərin çoxu ilə barışıq əldə etdiyini, velosipedlərin və su nasoslarının bir neçəsini onlara geri qaytarmasını, atasının X15 iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 aydır ki, Rafail adlı şəxslə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. Rafael də onun kimi Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsindəki günlük kirayə verilən nömrəsiz fərdi yaşayış evlərində kirayədə yaşamışdır. Rafaellə söhbət zamanı maddi vəziyyəti yaxşı olmadığından oğurluq etdiyini və yenidən oğurluq etmək istədiyini bildirmişdir. Onlar danışıb qərara gəlmişdir ki, birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən bir neçə velosiped və su nasosu oğurlayıb satmaqla qazanc əldə etsinlər. Buna görə də xx.xx.2023-cü il tarixdə axşam saatlarında Rafaellə Sabunçu rayonunda görüşərək oğurluq etmək üçün avtobusla Nərimanov rayonu ərazisinə gəlmişlər və birlikdə oğurlayacaqları velosiped və su nasoslarını müəyyən etmək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində piyada gəzib yaşayış binalarının həyətlərini nəzərdən keçirib oğurluq üçün münasib şəraitdə saxlanılan velosiped və su nasosu axtarmışlar. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Rafaellə birlikdə ünvan 6 ünvanının qarşısında su nasoslarının saxlanıldığı dəmir qutunun olduğunu görmüşlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra dəmir qutunun qıfılını sındırmış və içərisindəki su nasosunu açaraq götürmüşdür. Daha sonra Rafaellə birlikdə həmin binanın 4-cü blokuna 1-ci mərtəbəsindəndə eyni formada su nasoslarını götürmüşdür. Daha sonra isə oğurladıqları su nasoslarını yaxınlıqdakı boş ərazidə gizlədib velosiped oğurlamaq üçün yaxınlıqdakı binaların həyətini gəzmişlər və Rafaellə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində ünvan 7 ünvanındakı yaşayış binasında pilləkənin dəmirlərinə dəmir seplə (tros) bağlanmış “adidas” markalı velosipedi oğurlamışlar. Həmin velosipedi Rafael idarə etmiş və birlikdə su nasoslarını oğurladıqları yerə gəlmişlər. Lakin, həmin yerin yaxınlığında polis maşınlarının dayandığını görüb polislərə yaxlanmamaq üçün oradan uzaqlaşmışlar. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Rafaellə birlikdə oğurladıqları su nasoslarını götürmək üçün Nərimanov rayonuna gəlmişlər. ünvan 6 ünvanının yanında polis əməkdaşları onlara yaxınlaşmış, qaçmaq istəsələr də polis əməkdaşları onları saxlamışdır. Bundan sonra onları oğurladıqları velosipedlər və su nasosları ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinə gətirilmişlər. Məhkəmənin sualına cavab olaraq əməlindən peşman olduğunu, himayəsində 01 (bir) azyaşlı övladı olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Wolt” şirkəti ilə xidməti müqavilə əsasında Bakı şəhəri ərazisində kuryerlik edir. xx.xx.2023-cü il tarixdə “Velo streem” markalı velispedi ümumilikdə 6 ay müddətində hər ay 95 manat ödəmək şərti ilə 570 manata kreditə almışdır. Velosipedi aldığı günün səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində aldığı həmin velosipedlə ünvan 11 ünvanında yaşayan xalasıgilə gəlmiş və velospiedi binanın qarşısında rezin qıfılla dəmir boruya bağlayıb xalasının yaşadığı mənzilə qalxmışdır. xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində evdən çıxıb binanın həyətində düşdükdə görmüşdür ki, velosipedi bağladığı qıfıl kəsilərək yerə atılıb və velosipedi oğurlanıb. Ona məxsus 570 manat dəyərində 01 ədəd “Velo streem” markalı velosipedi oğurlandığından hadisə nəticəsində ona 570 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, oğurlanmış velosiped ona qaytarılmışdır və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında “Umico” mağazasından 400 manata yaşıl rəngli “Vegas” markalı velosiped almışdır. “Wolt” və “Bolt” şirkətləri ilə xidməti müqavilə əsasında Bakı şəhəri ərazisində kuryerlik etmişdir. İdarə etdiyi velosipedi də Təbriz küçəsində yerləşən “Mado” restoranının arxasında velosipedlərin dayanacağına rezin qıfılla bağlamışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında velosipedə baxmaq üçün getdiyindən rezin qıfılın kəsildiyini və velosipedinin yerində olmadığını görmüşdür. Bu barədə DİN-nin 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, oğurlanmış velosiped ona qaytarılmışdır və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında “Trek 3700” modelli velosipedi 500 manat almışdır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində işdən çıxaraq velosipedi idarə edib yaşadığı evə gəlmişdir. Velosipedi məhəccərə rezin qıfılla bağlamış və mənzilə daxil olmuşdur. Saat 04 radələrində evdə olan zaman qapıya çıxmış və qapıya çıxan zaman velosipedin yerində olmadığını görmüşdür. Velosipedi bağladığı yerə yaxınlaşan zaman naməlum şəxs və ya şəxslərin velosipedi bağladığı rezin dəmiri kəsərək velosipedi oğurladığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Ona məxsus 01 ədəd “Trek 3700” markalı velosipedi oğurlandığından hadisə nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, “Adidas” markalı velosipedi 540 manata almışdır. Həmin velosipedlə Bakı şəhəri ərazisində kuryerlik etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində işdən evə qayıtmış, hər zamankı kimi velosipedini yaşadığı ünvan 5 ünvanındakı yaşayış binasının qarşısında rezin qıfılla dəmir boruya bağlamış və yaşadığı mənzilə qalxmışdır. xx.xx.2023-cü il tarixdə evdən çıxıb işə getmək istədikdə görmüşdür ki, velosipedi bağladığı qıfıl kəsilərək yerə atılıb və velosipedi oğurlanıb. Ona məxsus 540 manat dəyərində 01 ədəd “Adidas” markalı, təkərinin diametri 29 sm olan velosipedi oğurlandığından hadisə nəticəsində ona 540 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, oğurlanmış velosipedi ona geri qaytarılmışdır və təqsirləndirlən şəxslərə qarşı şikayəti yoxdur. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, yaşadığı binada su təchizatı zəif olduğundan mənzilə çəkilmiş su üçün su matoru almağa qərara vermişdir. Həmin su matoru mənzilə gələn suyun təzyiqin artırmalıymış. Ona görə də təxminən 10 il bundan əvvəl xatırlamadığı mağazadan indiki bazar dəyəri 150 manat olan su matoru almışdır. Həmin su matorunu su sayğacına yaxın yerdə, binanın çöl hissəsində quraşdırmışlar. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində evə qayıdan zaman su nasosunun olduğu dəmir qutunun qapısının qırılaraq içərisindəki ona məxsus su nasosunun oğurlandığını görmüşdür. Bundan sonra dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, “Adidas” markalı velosipedi 600 manata almışdır. xx.xx.2023-cü il tarixdə ünvan 12 ünvanında binanın dəmir barmaqlıqlara rezin qıfılla bağlamışlar. Həmin gün ona məlum olmuşdur ki, gecə vaxtı velosipedini bağlandığı verdən açaraq oğurlamışlar. Bundan sonra ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-yə müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarında iştirak etməmiş, məhkəə tərəfindən Zərərçəkmiş şəxs8 tərəfindən ibtiadi istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarından aydın olur ki, Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd İspanya istehsalı olan “Espa” markalı su nasosu zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 bildirmişdir ki,. xx.xx.2023-cü il tarixdə, saat 07:10 radələrində AP6970 çağırışlı avtopatrulda Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid7 və Şahid8la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Y.Səfərov küçəsində xidmətdə olduğu zaman 2 nəfər şəxsin velosipedlə tələsik hərəkət etdiklərini görüb, onların davranşılarından şübhələnərək dərhal həmin əraziyə yaxın ərazidə xidmət aparan AP6950 çağırışlı avtopatrulu köməyə çağırmışlar. Tam ekipaj şəklində onları müşahidə etməyə başlamışlar və müşahidə zamanı həmin şəxslərin əvvəlcədən oğurladıqları 2 ədəd su nasosunu gizlətdikləri yerdən götürdüklərini görmüşlər. Bundan sonra AP6970 çağırışlı avtopatrulun ekipajı olan Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid7 və Şahid8 ilə birlikdə avtopatruldan düşmüşlər, həmin an köməyə çağırdıqları AP6950 çağırışlı avtopatrulun ekipajı olan Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 və Şahid6 da avtopatruldan düşmüşdür. Dərhal həmin şəxslərə yaxınlaşmışlar, həmin vaxt onlar çarpaz şəkildə qaçmağa başlamışlar. Onların arxasınca qaçıb onları saxlamışlar. Bundan sonra həmin şəxsləri oğurladıqları velosipedlər və su nasosları ilə birlikdə aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslərdən biri ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1, digəri isə ünvan 13 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2dur, sonuncular sürdükləri velosipedləri, eləcə də əllərində olan su nasosları oğurluq yolu ilə əldə etmişlər. İş üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid5, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, Şahid6, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, Şahid7 və Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, Şahid8 Arif oğlu şahid qismində dinidirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1 və Şahid3 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs2 qarşı oğurluq hadisəsi ünvan 14 ünvanda baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs3 qarşı oğurluq hadisəsi ünvan 9 ünvanda baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs4 qarşı oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 45 saylı binanın 5-ci mərtəbənin eyvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs7 qarşı oğurluq hadisəsi ünvan 15 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs8 qarşı oğurluq hadisəsi ünvan 15 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü girişinin qarşısına baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs9 qarşı oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsiŞ 123 A ünvanının qarşısında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 noyabr 2022ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, X10 qarşı oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusif küçəsi 2A saylı binanın 17-ci mərtəbəsində 257 saylı mənzilini giriş qapısının qarşısında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs5 qarşı oğurluq hadisəsi ünvan 17 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs6 qarşı oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 45 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Baxış keçirmə və götürmə haqqında” 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X11 və Təqsirləndirilən şəxs2 02 ədəd İspaniya istehsalı olan “Espa” markalı su nasosu, 01 ədəd yaşıl rəngli “Adidas” markalı və 01 ədəd qara rəngli “Adidas” markalı velosipedi təqdim edərək, 01 ədəd yaşıl rəngli “Adidas” markalı velosipedin Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvamndakı yaşayış binasının qarşısından oğurladığını, su nasoslarını xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 6 ünvamndakı yaşayış binasından və 01 ədəd qara rəngli “Adidas” markalı velosiepdin xx.xx.2023cü il tarixdə, saat 04 radələrində ünvan 7 ünvamndakı yaşayış binasının 2-ci mərtəbəsindən birlikdə oğurladıqlarını bildirdilər. X11 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri 02 ədəd İspaniya istehsalı olan “Espa” markalı su nasosu, 01 ədəd yaşıl rəngli “Adidas” markalı və 01 ədəd qara rəngli “Adidas” markalı velosipe iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürüldü. Məhkəmə iclasında tədqiq edilən “Baxış keçirmə və götürmə haqqında” 01 iyul 2023-cü il tarixli protokol və fotocədvəllərdən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 vermiş olduğu 01 ədəd “velo strem” markalı velosipedin sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 113 ünvanındakı yaşayış binasının qarşısından gizli yolla talanmışdır, bu səbəbdən həmin velosipedi istintaq orqanın təqdim etməsini təklif edildi. Təqsirləndirilən şəxs1 bu barədə məlumat aldıqdan sonra özü ilə gətirdiyi 01 ədəd “velo strem” markalı velospedi könüllü olaraq istintaq orqanına təqdim edib, həmin velosipedi Təqsirləndirilən şəxs1 alan zaman onu oğurluq yolu ilə əldə edilməsindən məlumatsız olduğunu bildirdi. Şahid1 təqdim etdiyi 01 ədəd “velo strem” markalı velosiped iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürüldü. Məhkəmə iclasında tədqiq edilən “Video diskə baxış keçirilməsi” haqqında 01 iyul 2023-cü il tarixli protokol və fotocədvəllərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:20 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 113 ünvanmdakı yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs2 məxsus “velo strem” markalı velosipedi oğurlayaraq sürməklə həmin yerdən uzaqlaşdığı müşahidə olunur. xx.xx.2023-cü il tarixdə saat 14:27 radələrindən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Rus” bazarı və ya “bit bazarı” kimi tanınan bazardakı marektin qarşısında 02 ədəd velosipedin satışını həyata keçirdiyi müşahidə olunur. xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Rus” bazarı və ya “bit bazarı” kimi tanınan bazardakı marektin qarşısında satışını həyata keçirdiyi 02 ədəd velosipeddən birini zahiri əlamətlərinə görə Şahid1 bənzəyən şəxsə satdığı müşahidə olunur. Məhkəmə iclasında tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 02 iyul 2023-cü il protokoldan və fotocədvəllərdən görünür ki, Predmet inzibati binanın dəhlizinə qoyulduqdan sonra Zərərçəkmiş şəxs2 dəhlizə dəvət olundu və həmin “velo strem” markalı velosipedi nəzərdən keçirib bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 113 ünvamndakı yaşayış binasının qarşısından oğurlanmış və hazırda ona təqdim edilən 01 ədəd “Velo strem” markalı velosiped ona məxsusdur.Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirdi ki, o həmin velosipedi əlamətlərindən, ölçülərinən və rəngindən tanımışdır. Məhkəmə iclasında tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 02 iyul 2023-cü il protokoldan və fotocədvəllərdən görünür ki, Predmet inzibati binanın dəhlizinə qoyulduqdan sonra Zərərçəkmiş şəxs8 oğlu dəhlizə dəvət olundu və həmin su nasosunu nəzərdən keçirib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Ələkbərlə birlikdə ünvan 6 ünvamndakı yaşayış binasının qarşısından oğurlanmış və hazırda ona təqdim edilən 01 ədəd su nasosu ona məxsusdur. Zərərçəkmiş şəxs8 əlavə olaraq bildirdi ki, o həmin su nasosunu əlamətlərindən, ölçülərinən və rəngindən tanımışdır. Məhkəmə iclasında tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 02 iyul 2023-cü il protokoldan və fotocədvəllərdən görünür ki, predmet inzibati binanın dəhlizinə qoyulduqdan sonra Zərərçəkmiş şəxs7 dəhlizə dəvət olundu və həmin su nasosunu nəzərdən keçirib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Ələkbərlə birlikdə ünvan 6 ünvamndakı yaşayış binasının qarşısından oğurlanmış və hazırda ona təqdim edilən 01 ədəd su nasosu ona məxsusdur. Zərərçəkmiş şəxs7 əlavə olaraq bildirdi ki, o həmin su nasosunu əlamətlərindən, ölçülərinən və rəngindən tanımışdır. Məhkəmə iclasında tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 10 iyul 2023-cü il protokoldan və fotocədvəllərdən görünür ki, Predmet inzibati binanın dəhlizinə qoyulduqdan sonra Zərərçəkmiş şəxs5 dəhlizə dəvət olundu və həmin “Adidas” markalı velosipedi nəzərdən keçirib bildirdi ki,yaşadığı binanın qarşısından oğurlanmış və hazırda ona təqdim edilən 01 ədəd “Adidas” markalı velosiped ona məxsusdur.Zərərçəkmiş şəxs5 əlavə olaraq bildirdi ki, o həmin velosipedi əlamətlərindən, ölçülərinən və rəngindən tanımışdır. Məhkəmə iclasında tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 13 iyul 2023-cü il protokoldan və fotocədvəllərdən görünür ki, Predmet inzibati binanın dəhlizinə qoyulduqdan sonra Zərərçəkmiş şəxs9 :ğlu dəhlizə dəvət olundu və həmin velosipedi nəzərdən keçirib bildirdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 12 mvamndakı yaşayış binasının 2-ci mərtəbəsindən oğurlanmış və hazırda ona təqdim rdilən 01 ədəd “Adidas” markalı velosiped ona məxsusdur.Zərərçəkmiş şəxs9 əlavə olaraq bildirdi ki, o həmin velosipedi əlamətlərindən, ölçülərinən və rəngindən tanımışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6089 saylı ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqat metodikasının rəyindən görünür ki, ekpertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda müxtəlif markalı malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 780,00 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhumetmə cəzasına məhkum edilmiş, Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 ay 29 gün müddət azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona təyin edilmiş cəza faktiki olaraq çəkilmiş hesab edildiyindən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-282/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən heablanmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, qeyd edilən cəza ilə bağlı Təqsirləndirilən şəxs1 02 il müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək Təqsirləndirilən şəxs1 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası salanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndi tətbiq edilərək o, azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-161/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 05 ay, 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 14 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə iclasında tədqiq edilən Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardam görümür ki, 01 ədəd, “VeloStrım” markalı, 01 ədəd yaşıl rəngli “Adidas” markalı və 01 ədəd qara rəngli “Adidas” markalı velosipedlər və 02 ədəd İspaniya istehsalı olan “Espa” markalı su nasosları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və 01 ədəd, “VeloStrım” markalı velosiped Zərərçəkmiş şəxs2, 01 ədəd yaşıl rəngli “Adidas” markalı velosiped Zərərçəkmiş şəxs5, 01 ədəd qara rəngli “Adidas” markalı velosiped Zərərçəkmiş şəxs9, 01 ədəd İspaniya istehsalı olan “Espa” markalı su nasosu Zərərçəkmiş şəxs7 və 01 ədəd İspaniya istehsalı olan “Espa” markalı su nasosu Zərərçəkmiş şəxs8 təhvil verilmişdir. Həmçinin müşahidə kameralarının görünütülərinin əks olunduğu bir ədəd DVD disk, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, “baxış keçirilməsi və götürmə” haqqında protokollar, “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokollar və “video diskə baxış keçirilməsi” haqqında rrotokollar iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X11 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1001/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 atası X1 Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1002/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilən zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara məxsus oğurlanmış əşyalar qaytarıldığından, dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-3289/2022 nömrəli qərarına əsasən barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və o, həbs müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə Mərkəzdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilən “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Zəhra Əli-Ələkbərova adlı övladı və həyat yoldaşı vardır. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsləri və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib oğurluq əməlini törətmələri onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. CM-in 177.2.1-ci və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib dəfələrlə zərərçəkmiş şəxsələr məxsus əşyaları talamaqla oğurluq cinayətini törətmişdirlər. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində ünvan 8 ünvanındakı yaşayış binasının 05-ci blokunun 17-ci mərtəbəsinin foesində törətmiş olduğu cinayətə görə CM-in 177.2.3-cü maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısının imtina etməsi nəzərə alınmalı və CM-in 177.2.3-cü maddəsi ona verilmiş ittihamdan xaric olunmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-161/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il, 05 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, atasının X15 iştirakçısı olmasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-282/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışmasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan CM-in 177.2.3-ci maddəsi xaric edilməli, həmçinin Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesaba keçirilsin. İş üzrə maddi sübut - təhlükəsizlik kameralarından götürülmüş görüntünün yazılı olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, 01 ədəd, “VeloStrım” markalı, 01 ədəd yaşıl rəngli “Adidas” markalı və 01 ədəd qara rəngli “Adidas” markalı velosipedlər və 02 ədəd İspaniya istehsalı olan “Espa” markalı su nasoslarının zərərçəkmiş şəxslə qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-cü maddələri ilə, həmçinin X3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2 maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) iş saatı üçün 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 120 (yüz iyirmi) iş saatı üçün 720 (yeddi yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 01 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - müşahidə kameralarının görüntülərinin əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “VeloStrım” markalı, 01 ədəd yaşıl rəngli “Adidas” markalı və 01 ədəd qara rəngli “Adidas” markalı velosipedlər və 02 ədəd İspaniya istehsalı olan “Espa” markalı su nasoslarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 75 (yetmiş beş) iş saatı üçün 450 (dörd yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 120 (yüz iyirmi) iş saatı üçün 720 (yeddi yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan xaric edilmiş epizod üzrə materiallar Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğuna göndərilsin və cinayət işinin məhkəməyədək icraatı zamanı pozuntuya yol vermiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X17 barəsində xüsusi qərar çıxarılsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar