Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-56/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - «Arbitirum» Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 01 övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla 30 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Gliyev prospekti 95Л ünvana daşımış, 30 aprel 2024cü il tarixdə saat 00:10 radələrində Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri,Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 A ünvanının qarşısında saxlanılaraq, ünvan 6 yerləşən Nərimanov RPİ-nin inzibati binasında üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,168 qram, 0,212 qram olmaqla kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən xeyli miqdarda ümumi təmiz çəkisi 0,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.590 qram kustar üsulla hazırlanmış psixotrop mddə melamfetamini əldə edib üzərində saxlamaqla 25 iyul 2024cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 108 ünvanına daşımış, 25 iyul 2024-cü il tarixdə saat 21:45 radələrində Nərimanov RPİ- nin 16-cı PŞnin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 108 ünvanının qarşısında saxlanılaraq, ünvan 9da yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ- nin inzibati binasında üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə, xeyli miqdarda təmiz çəkisi 0,590 qram olan ağ rəngli kristallik şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu Papanin adlanan ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən alır. 29 aprel 2024-cü il tarixdə saat 19 radələrində həmin şəxsə 20 manat pul verib 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində 02 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə heroini almışdır. Həmin narkotik vasitə heroini əynində olan şalvarın cibində istifadə etmək üçün saxlamışdır. 30 aprel 2024-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nərimanov ravonu, Hevdər Əliyev prospekti 95A ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. O, cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü, kartları, telefonunu və pulu çıxarıb masanın üzərinə təqdim etmişdir. Daha sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş və azad olunmuşdur. Lakin yenidən narkotik vasitəyə ehtiyacı olduğundan 25 iyul 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedərək 10 manat pul verib psixotrop maddə metamfetamin almışdır. Həmin tarixdə axşam saatlarında ünvan 12 ünvanının qarşısında olan zaman polis əməkdaşları yaxınlaşmış və Nərimanov RPİnin 16-cı PŞ-nə dəvət etmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən şiddət və təzyiqə məruz qalmamışdır. Həmçinin bildirmişdir ki, əməlindən peşman olmasını, himayəsində 01 (bir) övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 25 iyul 2024-cü il tarixdə saat 21 radələrində bölmənin əməliyyat müvəkkili X4 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 14 ünvanın yaxınlığında bir nəfər orta yaşlı kişinin tək dayanmasından şübhələnib ona yaxınlaşıb özlərini təqdim edib, ona da özünü təqdim etməsini təklif etdikdə o, ünvan 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxs özünü təqdim edərkən rabitəsiz, həyəcanlı qırılma ifadələri şübhə doğurduğundan, o, narkotik vasitə istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu PŞ-nə gətirib, onun barəsində araşdırma aparılması üçün raportla müraciət etmişlər. Onun barəsində araşdırmanın aparılması bölmənin təhqiqatçısı Asif Qubadova tapşırılmış, təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini izah edib və bununla əlaqədar baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrini izah edib dəvət etmiş və baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah etdikdən sonra baxış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra o, əynində şalvarın cibindən siqaretin qara rəngli kağızına bükülmüş şəffaf rəngli kristal şəkilli maddəni təqdim edib, həmin maddənin «Patı» adlanan metamfetamin olduğunu bildirdi. Həmin maddəni həmin gün saat 19 radələrində «Papanin» adlanan yerdə tanımadığ şəxsdən 10 manata özünün istifadəsi üçün alıb özündə saxladığını bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində digər Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməyən və bu barədə heç bir məlumat verməyən iş üzrə Şahid4 və Şahid3 ifadələri məhkəmə iclasında elan edilmiş və iş üzrə təqsirləndirilən şəxsin ifadəsi ilə eyni məzmunlu ifadələr olmaqla qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 25 iyul 2024-cü il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, 5.07.2024-cü il tarixdə saat 21:45 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 16 ünvanda şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində hər hansı bir qanunsuz əşya və ya maddənin olması, həmin əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunduqda Nərimanov RPİ 16-cı PŞ-nin CA. üzrə əməliyyat müvəkkili, polis kapitanı X6, polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Bakı şəhər 25 saylı Vəkil Bürosundan dəvət olunmuş vəkil X3 iştirakları ilə keçiriiən baxış zamanı Təqsirləndirilən şəxs oğiu göy rəngli cins şalvarının sağ yan böyük cibindən «Nokia» markalı sadə mobil telefonunu, həmin böyük cibin kiçik cibindən siqaretin qara kağızına bükülmüş 1 (bir) ədəd şəffaf rəngli, kristal şəkilli psixotrop maddə «Patı» adlanan metamfetamini təqdim edərək həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alıb evinə gedərkən saat 21:45 radələrində Nərimanov rayonu, akademik Həsən Əliyev küəçsi 108-də polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş siqaretin qara kağızına bükülmüş 1 (bir) ədəd şəffaf rəngli, kristal şəkilli psixotrop maddə «Patı» adlanan metamfetamini özünün, vəkil X3 və digər iştirakçıların şahidliyilə zərfə aablaşdırılaraq 218 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 30 aprel 2024-cü il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan paketin içərisində olan 2 (iki) ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən isə 01 (bir) ədəd “Kapital Bank”-a məxsus üzərində 4169-7388-5531-0128 sayları olan bank kartı 01 (bir) ədəd üzərində C0 ******* sayları olan 1 manat pul əskinası və 01 (bir) ədəd üzərində A55931113 sayları olan 10 manat pul əskinası və 01 ədəd qara rəngli Nokia maraklı telefon cihazı, könüllü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalarının sağ yan 01 (bir) ədəd şəffaf rəngli sellofan paketin içərisində olan 2 (iki) ədəd rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək tərəfimdən qablaşdırıldı və zərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 26 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3813 saylı rəyindən görünür ki, tədiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərfələr üçün №218” dairəvi möhür əksi olan, “Şühbəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükmdə təmiz çəkisi 0,590 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 30 aprel 2024cü il tarixli 3-16-16/2-6/2361 saylı rəyindən görünür ki, təqdimata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №44” möhür əksi, “Şübhəli...Təqsirləndirilən şəxs...” və.s soyad, imzalar olan zərfdəki 02 əddə bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,212 qram, ümumi çəkiləri 0,380 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 bükümdəki heroin kütələləri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X9 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 5183 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X9 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2842 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 ünvanlamış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X2” X11 ünvanlamış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan mobil telefona baxış keçirilməsi haqqında 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan nokia markalı mobil telefona baxış keçirilmiş lakin sübut əhəmiyyətli heç bir hal aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 226-1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasl təyin edilmişdir. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cü il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən Məmmədov X5 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və cəzasının çəkilməmiş hissəsi 11 ay 01 gün hissəsinə CM-nin 76-ci maddəsi tətbiq edilməklə vaxtından əvvəl şərti azad edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqiliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqiliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-40/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məkum edilmişdir.xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-431/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasından ünvanlamış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə eyni xarakterli cinayət əməli törədərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsi, xx.xx.2021-ci il tarixdən cəzadan azad edilməsinə baxmayaraq yenidən cinayət törətməkdə davam etməsi onun islah yoluna qədəm qoymaması və şəxsiyyəti mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsi müəyyən edilmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 04 (dörd) gün (30 aprel-01 may 2024-cü il tarixləri və 25-27 iyul 2024-cü il tarixləri) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİNnin Nərimanov RPİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,280 qram çəkidə narkotik vasitə heroin və 0,540 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın görüntüsünün əks olunduğu 02 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 175 (yüz yetmiş beş manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Arbitirum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitirum» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün (30 aprel-01 may 2024-cü il tarixləri və 25-27 iyul 2024-cü il tarixləri ) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,280 qram çəkidə narkotik vasitə heroin və 0,540 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 175 (yüz yetmiş beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat vəsait dövlət büdcəsindən tutularaq «Arbitirum» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-56/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-56/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver