Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-563/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumlugu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 0,134 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,569 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 10 ədəd həbdən ibarət 0,4 qram çəkidə narkotik vasitə metadonu əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22\69 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 avqust 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarxidə saat 16:44-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22\69 ünavanın yaxınlığında saxlanılmaqla qeyd olunan Baş idarəyə gətirilmiş və orada saat 18:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindəki sellofan paketin içərisindən bir ədəd sellofan bükümdə 0, 134 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd şprisdə olan 1,8 mlhəcmində qəhvəyi rəngli məhlulun tərkibində ümumi təmiz çəkisi 0,569 qram narkotik vasitə heroin. 10 ədəd həblərdən ibarət ümumi təmiz çəkisi 0,4 qram narkotik vasitə metadon və 02 ədəd şüşə flakonda tərkibində narkotik vasitə heroin izləri olan pambıq tamponlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuanadan 5-6 il ərzində istifadə etmiş, heroin və metamfetamindən isə bir ildir ki istifadə edir. Narkotik vasitələri whatsapp sosial şəbəkəsi vasitəsilə Online qaydada danışdığı şəxsin bank hesabına 30 manat pul köçürdüyünü və həmin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir list metadonu göndərərək Günəşli qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşdirəcəyi barədə məlumat verdiklərini və həmin yerin şəkilini ona göndərdiklərini qeyd edərək xx.xx.2022-ci il tarixdə saat 12 radələrində həmin yerə gedərək qeyd olunan narkotik vasitə heroini, bir list metadonu və bir bükümdə metamfetamini götürüb cibinə qoyaraq oradan uzaqlaşdığını bildirmişdir. Daha sonra heroini üzərində olan flakonlardakı maye ilə qarışdırıb aptekdən aldığı şprisə çəkib istifadə etmək üçün hazır saxladığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:44-də Bakı şəhəri Nizami rayonu, Babək prospekti 22\69 ünvanın yaxınlığında olduğu zaman tanımadığı mülki geyimdə olan şəxslərin ona yaxınlaşaraq özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını və ondan anket məlumatları soruşduqda öz anket məlumatlarını onlara dediyini bildirmişdir. Əlavə olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman metamfetamin, içərisində şpris olan heroin və bir list metadonu sellofan paketin içərisində şalvarının arxa cibində saxladığını qeyd edərək idarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün ona müdafiəçi təqdim edildiyini, bundan sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirildikdən sonra axtarış keçirildiyini və üzərində qanunsuz əşya olub olmaması təklif edildikdə əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən ağ rəngli sellofan paketi, şalvarının sağ yan cibindən “İphone’' markalı mobil telefonu və sol yan cibindən 5 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdiyini, qeyd edərək, təqdim etdiyi sellofan paketin içərisinə baxış keçirilərkən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, iki ədəd silindrik formalı şüşə qabda pambıq, bir ədəd şprisdə maye formasında narkotik vasitə heroin və bir ədəd listdə üzərində “Methadone 40" sözləri yazılmış 10 ədəd dərman həbi aşkar edildiyini bildirmişdir. Bundan sonra həmin maddələr və dərmanların polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək imzalandığını qeyd edərək, şəxsi axtarış zamanı üzərindən digər əşya və predmetin aşkar edilmədiyini, üzərindən aşkar edilmiş 5 manat pulun özünə qaytarıldığını, “İphone" markalı mobil telefonun polis əməkdaşı tərəfindən götürüldüyünü bildirmişdir. Əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in BMCMl-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu qeyd edərək, həmin məlumatın tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edildiyini və əməliyyat qrupu yaradılaraq qrupa rəhbərliyin ona həvalə edildiyini bildirmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 30 avqust 2022-ci il tarixdə işlədiyi idarənin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ərazisinə getmişlər və saat 16:44-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 22/69 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlanmasında şübhəli olduğunu bildirdiklərini və “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış ediklərini qeyd edərək, bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Baş İdarəyə gəldiyini bildirmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyini qeyd edərək şəxsi axtarış zamanı üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin, o cümlədən metadon olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən ağ rəngli sellofan paketi, şalvarının sağ yan cibindən “İphone" markalı mobil telefonu və sol yan cibindən 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisinə baxış keçirilərkən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 02 ədəd silindirik formalı şüşə qabda pambığa hopdurulmuş narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd şprisdə maye formasında narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd konvalyutda üzərində “Methadone 40" sözləri yazılmış 10 ədəd həb aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 02 ədəd silindirik formalı şüşə qabda pambığa hopdurulmuş narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd şprisdə maye formasında narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd konvalyutda üzərində “Methadone 40" sözləri yazılmış 10 ədəd həb bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzərinin iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 manat pulun onun özünə geri qaytarılmış və “İphone" markalı mobil telefon isə təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini, narkotik vasitə heroin və metadonu internet vasitəsi ilə tanımadığı şəxsdən online qaydada 30 manat ödəməklə aldığını belə ki, pulunu ödədikdən sonra ona göndərilmiş şəkil vasitəsi ilə ünvanı müəyyənləşdirib qeyd edilən narkotik vasitələri xx.xx.2022-ci il tarixdə səhər saatlarında götürərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirməsini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə saat 16:44-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən ağ rəngli sellofan paketi, şalvarın sağ yan cibindən “iphone" markalı mobil telefonu və sol yan cibindən 5 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan paketin içərisinə baxış keçirilərkən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 02 ədəd silindrik formalı şüşə qabda pambığa hopdurulmuş narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd şprisdə maye formasında narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd konvalyutda üzərində "Methadone 40” sözləri yazılmış 10 ədəd dərman həbi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda aşkar edilmiş 01 ədəd “İphone' markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 31 avqust 2022-ci il tarixli 6/4664 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...." yazı və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,134 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 01 ədəd 3 ml-lik şprisdə olan 1,8 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində ümumi təmiz çəkisi 0.569 qram narkotik vasitə-heroin, 02 ədəd şüşə flakondakı pambıq tamponlarda heroinin izləri müəyyən edilmişdir. Tamponlarda heroin iz şəklində olduğundan eyniləşdirmə üzrə tədqiqatın aparılması və heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Üzərində “Methadone 40...Faran" yazıları olan 01 ədəd blisterdəki 10 (on) ədəd dərman tabletlərinin tərkibində ümumi təmiz çəkisi 0.4 qram (01 tabletdə 0,04 qram) metodon maddəsi müəyyən edilmişdir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,134 qram, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,084, heroin məhlulu-1,8 ml, tədqiqata sərf edildi-0,9 ml, qalıq 0,9 ml, Methadon tabletləri üm-10 ədəd, tədqiqata sərf edildi 01 ədəd, qalıq 09 ədəd. Ekspertiza tədqiqatının dəyəri 110 manat. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-940/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan rədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi X5»in 19 sentyabr 2022-ci il tarixli 5331 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2766 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal- hazırkı psixıatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İstintaq zamanı X1 üzərindən aşkar olunmuş “İphone " markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone” markalı mobil telefonun yaddaşından aşkar olunaraq CD diskə köçürülmüş sübut əhəmiyyətli video görüntü və fotoşəkillərə baxış zamanı 28 saniyəlik video görüntüdə üzü görsənməyən Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər maddəni elektron tərəziyə qoyaraq çəkdiyi və çəkisinin 152,25 qram olduğu aşkar olunmuş, görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olmasını şəxsin özünün və müdafiəçisinin iştirakı ilə mobil telefona baxış zamanı özü etiraf etmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs “whatsapp” vasitəsilə telefonun yaddaşına “avto' kimi qeyd etdiyi şəxslə yazışmalarının foto şəkilləri aşkar olunmuşdur. yazışmalarda “avto’ adı ilə qeyd olunmuş şəxsin ona “mal satmaq olmaz", “mal olan adam mal sata bilməz”, "5 list ya 10 list Leleye ver", “549 manat vermishem sene" yazması, həmin şəxsin isə "avto" adlı şəxsə “vermirsənsə de mən bahalını satım elə pulumu çıxardımda", “tərəziyə kimi almısane məndən , “tərəzinidə gedim götürümdə", “20 gr ot götürüm" “ama pulu niə vurmurlar axı", "opşi çəki malın..keçən partiya”, keçən dəfə dedin bu kilo qurtarsa sənə o pulu verəcəm" sözlərini yazması aşkar edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın elan edilməsi, 01 sentyabr 2022-ci il tarixdə DİN BMCMİ İstintaq və Təhqiqat idarəsinin üstəntiqi, polis mayoru Şamxal Nəcəfov tərəfindən qəbul edilmiş “Maddi sübut hesab edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,084 qram psixotrop maddə metamfetamin, 0,9 ml heroin məhlulu, 09 ədəd methadone tabletləri və 02 ədəd pambıq tamponların maddi sübut hesab edilməsi və saxlanca verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd D disk maddi sübut hesab edilməsi və ********* saylı cinayət işinə əlavə edilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 0,084 qram psixotrop maddə metamfetamin, 0,9 ml heroin məhlulu, 09 ədəd methadone tabletləri və 2 ədəd pambıq tamponlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz saksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-563/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-563/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver