Məhkəmə qərarları › İş №1(005)-566/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-566/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-566/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd 190469 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1960-cı ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, öz təyinatını itirmiş hamar qoşa lüləli ov tüfənginin kəsiyini əldə edib, daşıyaraq gəzdirməklə “Azərmaş Alyans" MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Chevrolet Nexia SX” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilinin arxa saxlanc yerində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 18:20-də Bakı şəhəri, Nəsimi rayonu, Bakı Metropoliteninin 20 Yanvar Stansiyasının qarşısında idarə etdiyi “Chevrolet Nexia SX” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 22:35-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Nexia SX” markalı, **-PD- *** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman həmin avtomobilin arxa saxlanc yerindən bir ədəd sellofan torbada parçaya bükülmüş halda bir ədəd 190469 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1960-cı ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, öz təyinatını itirmiş hamar qoşa lüləli ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ilin sentyabr ayının 1-də Novxanı qəsəbəsində dəniz kənarında gəzərkən yerdə qumların altında dəmir parçasının olduğunu görmüşdür. Həmin dəmir parçası qumun altında olduğundan nə olduğunu tam seçmək olmamışdır. Buna görə də həmin dəmir parçasına yaxınlaşıb onu qumdan çıxaranda görmüşdür ki, həmin dərmir parçası lüləsi və qundağı kəsilmiş tüfəngdir. Həmin silaha marağı yarandığından onu təmizləyib parçaya büküb, bir ədəd sellofan torbanın içərisində idarə etdiyi “Chevrolet” markalı avtomobilin arxa saxlanc yerində saxlamışdır. Həmin silahın kim tərəfindən atıldığını bilmir. 08 sentyabr 2022-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı Metropoliteninin 20 Yanvar Stansiyasının qarşısında idarə etdiyi avtomobilin yanında olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt qundağı və lüləsi kəsilmiş tüfəng avtomaşının saxlanc yerində olmuşdur. Polis əməkdaşları onun odlu silahın və döyüş sursatının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Etiraz etmədən onlarla birlikdə baş idarəyə getmişdir. Həmin vaxt idarə etdiyi “Chevrolet" markalı, **-PD- *** qeydiyyat nişanlı avtomobildə baş idarəyə gətirilmişdir. Baş idarədə onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir və ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilindən lüləsi və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi aşkar olunmuşdur. Son olaraq əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bakı Metropoliteninin 20 Yanvar Stansiyasının qarşısında olduğunu öyrəndikləri üçün həmin ünvana gəlmişdir. 08 sentyabr 2022-ci il tarixdə saat 18:20 radələrində bir nəfər şəxsin qeyd edilən ünvanın qarşısında idarə etdiyi “Chevrolet” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin yanında görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatları barədə bildirməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobildə BMCMİ-nin həyətinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, əynində olan şalvarının sağ cibindən 61 manat pulu və idarə etdiyi avtomobilin açarını çıxarıb masanının üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 61 manat pul və avtomobil açarı onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində odlu silah döyüş sursatı olmasa da İdarə etdiyi “Chevrolet” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində 01 ədəd lüləsi və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi olduğunu, həmin ov tüfəngini lülə və qundaq hissəsi kəsilmiş halda 8-9 gün əvvəl Novxanı qəsəbəsində dəniz kənarında yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin silahı avtomobilinin arxa saxlanc yerində saxladığını avtomobilə baxış keçirələcəyi halda həmin silahı təqdim edəcəyini və avtomobilinə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edimiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçirilməsi üçün Baş idarənin həyətinə düşülmüşdür. İdarənin həyətində Təqsirləndirilən şəxs, vəkilinin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib avtomobili açıb arxa saxlanc yerində olan 01 ədəd sellofan paketi və həmin sellofan paketin içərisində parçaya bükülmüş 01 ədəd predmeti təqdim etmişdir. Həmin predmetə baxış keçirilərkən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfənginə oxşar predmet olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İdarə etdiyi “Chevrolet” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfənginə oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İnqilab oğlu şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə, saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 08 sentyabr 2022-ci il tarixdə saat 18:20 radələrində bir nəfər şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Bakı Metropoliteninin 20 Yanvar Stansiyasının qarşısında idarə etdiyi “Chevrolet” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin yanında görüb şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobildə BMCMİ-nin həyətinə gətirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, əynində olan şalvarının sağ cibindən 61 manat pulu və idarə etdiyi avtomobilin açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 61 manat pul və avtomobil açarı onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində odlu silah döyüş sursatı olmasa da İdarə etdiyi “Chevrolet” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində 01 ədəd lüləsi və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi olduğunu, həmin ov tüfəngini lülə və qundaq hissəsi kəsilmiş halda 8-9 gün əvvəl Novxanı qəsəbəsində dəniz kənarında yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin silahı avtomobilinin arxa saxlanc yerində saxladığını avtomobilə baxış keçirələcəyi halda həmin silahı təqdim edəcəyini və avtomobilinə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. “Baxış və götürmə aparılması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçirilməsi üçün Baş idarənin həyətinə düşülmüşdür. İdarənin həyətində Təqsirləndirilən şəxs, vəkilinin və polis işçilərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə qanunsuz hər hansısa əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi olduğunu bildirib avtomobili açıb arxa saxlanc yerində olan 01 ədəd sellofan paketi və həmin sellofan paketin içərisində parçaya bükülmüş 01 ədəd predmeti təqdim etmişdir. Həmin predmetə baxış keçirilərkən 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfənginə oxşar predmet olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İdarə etdiyi “Chevrolet” markalı, **-PD-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan ov tüfənginə oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 09 sentyabr 2022-ci il tarixli, 011-10692-1222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 190469 №li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1960-cı ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli, 4(005)- 981/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş bir ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1960-cı ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, öz təyinatını itirmiş hamar qoşa lüləli ov tüfənginin kəsiyi maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və materiallara əlavə edilməsi və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1960-cı ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, öz təyinatını itirmiş hamar qoşa lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (atmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 1960-cı ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, öz təyinatını itirmiş hamar qoşa lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (atmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar