Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-57/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 nümayəndəsi – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi Mayil oğlunun, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və 16 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evi, ali təhsilli, əvvəllər məhkum olunmamış, «CTC Holding» şirkətində mühasib işləyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı, Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa «Samir» adı ilə məlum olan şəxs ilə bir qrup şəxs halında 27 iyun 2020-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda yerləşən “Borjomi” restoranının qarşısında Zərərçəkmiş şəxs saxlayaraq ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud və qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib özü, qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 əlləri ilə Zərərçəkmiş şəxs hər iki qollarını sıxıb burmaqla dartışdırıb ona sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki saidin şişkinli hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs isə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən zərbə vurmaqla ona alının sol yan səthinin, boynun sağ yan səthinin qançırları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir Belə ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs3 və və şəxsiyyəti istintaqa «Samir» adı ilə məlum olan şəxs ilə bir qrup şəxs halında 27 iyun 2020-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda yerləşən “Borjomi” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs saxlayaraq ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud və qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər edib özü, qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə əlləri ilə Zərərçəkmiş şəxs hər iki qollarını sıxıb burmaqla dartışdırıb ona sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki saidin şişkinli hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs isə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən zərbə vurmaqla ona alının sol yan səthinin, boynun sağ yan səthinin qançırları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və və şəxsiyyəti istintaqa «Samir» adı ilə məlum olan şəxs ilə bir qrup şəxs halında 27 iyun 2020-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda yerləşən “Borjomi” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs saxlayaraq ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud və qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfimdən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər edib özü, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə əlləri ilə Zərərçəkmiş şəxs hər iki qollarını sıxıb burmaqla dartışdırıb ona sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki saidin şişkinli hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs isə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən zərbə vurmaqla ona alının sol yan səthinin, boynun sağ yan səthinin qançırları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası Rasim uzun müddət narkotik vasitələrin satışında şübhəli bilindiyinə görə Qaradağ rayon Polis İdarəsi tərəfindən axtarışda olmuş, 31 mart 2020-ci il tarixdə atası polis əməkdaşları tərəfindən tutulmuş və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Onun atası azadlıqda olan vaxtlarda onun yanında qonşuluqda yaşayan tanışı Zərərçəkmiş şəxs adlı şəxsi görmüş, atası ilə dost olduğunu bilmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində atası Rasim Bakı İstintaq Təcridxanasında olan zaman Mirsadıq onun yaşadığı evə getmiş, həmin vaxt evdə anası Fəridə, qardaşı Murad və bacısı Fatimə olmuşlar. Mirsadıq onların evində oturan zaman özünün yüksək vəzifədə işləyən tanışları vasitəsilə atasını azadlığa çıxarda biləcəyini bildirmişdir. Onlar bunun hansı yolla həll olunacağını soruşduqda Mirsadıq həmin tanışları ilə danışdıqdan sonra bu barədə yekun söz deyəcəyini bildirmişdir. Bundan sonra Mirsadıq təxminən 2 gün sonra ona zəng vuraraq görüşməyi təklif etmişdir. O, Mirsadıqla Lökbatan dairəsində görüşərək taksi ilə Mehdiabad qəsəbəsinə gedərək orada Aydın adlı şəxslə görüşmüş, X12 yüksək vəzifədə işləmiş polis-kəşfiyatçı əməkdaşı kimi təqdim edərək sonuncunun vasitəsi ilə atasını azadlığa çıxara biləcəklərini demişdir. Orada Mirsadıq məsələni Aydına danışdıqdan sonra Aydın bu barədə danışıb xəbər edəcəyini bildirmiş, daha sonra onlar evə qayıtmışlar. Mirsadıq narahat olmamasını, Aydının xəbər etdiyi zaman ona bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan təxminən 2-3 gün sonra Mirsadıq yenidən ona zəng vuraraq birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Çin” restoranının yanına getməli olduqlarını demiş və onlar birlikdə Lökbatan dairəsində görüşərək taksi ilə qeyd olunan restoranın yanına getmişlər. Həmin vaxt orada onlardan başqa özünü «Bəymurad» kimi təqdim etmiş şəxs və əvvəlcədən qeyd etdiyi «Aydın» adlı şəxs olmuşdur. X10 qohumlarının general vəzifəsində olduğunu bildirərək sonuncunun da onlara bu işdə müəyyən köməkliyi dəyəcəyini qeyd etmişdir. Orada danışıq zamanı Aydın onun atasının azadlığa çıxarılması üçün 60.000 manat pul tələb olunacağını demişdir. O, razılaşaraq bu barədə evdə danışıb xəbər edəcəyini bildirmiş, sonra evə gedərək anası ilə məsləhətləşdikdən sonra onlar, qohum-əqrabadan borca ilkin olaraq 30.000 manat pul toplayaraq 15-20 aprel 2020-ci il tarixi arası “Çin” restoranının yanında Mirsadıq, Bəymurad və Aydınla görüşmüş və pulu Mirsadığın vasitəsi ilə Aydına vermişdir. Aydın pulu sayıb qəbul etdikdən sonra qalan hissəni nə vaxt gətirəcəyini soruşmuş və o, təxminən bir həftə ərzində pulu toplayaraq Aydına verəcəyini demişdir. Aydın da razılaşmış və bundan sonrakı müddətdə yenidən digər qohumlarından da 30.000 manat pul toplayaraq eyni qaydada 2020-ci ilin təxminən aprel ayının 25-də “Çin" restoranının qarşısında hər üçü ilə görüşərək pulu Mirsadığın göstərişi ilə Aydına vermişdir. Aydın pulu ondan qəbul edib saydıqdan sonra təxminən bir ay ərzində atasının cəlb olunduğu maddələrin dəyişdirilərək azadlığa çıxacağına söz vermişdir. Buna baxmayaraq, Mirsadıq, Aydın və Bəymurad onları aldadaraq pullarını ələ keçirmiş, atasının nə maddəsinin dəyişməsi, nə də azadlığa çıxması üçün heç bir hərəkət olmadığı üçün Mirsadığı axtarıb Nərimanov rayonu ərazisində yerləşən Şəki restoranının qarşısında tapmış və sonuncu ilə görüşəndə Mirsadıq onu yanında Bəymuradla birlikdə döymüşdür. O, ümumilikdə 60.000 manat məbləğdə pulu Aydına verəndə orada Mirsadıq və Bəymurad, həmçinin tanışı Bəxtiyar olmuşdur. Aydın və Bəymurad adlı şəxslər barədə onun heç bir məlumatı olmamış, həmin şəxsləri onunla Mirsadıq tanış etmiş və Bəymuradla Aydının dövlət polis kəşfiyatçısı əməkdaşı kimi təqdim edib Bəymuradın general qohumunun olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onlara məxsus 60.000 manat məbləğdə pulu ələ keçirdiyinə görə o, qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə bir müddət Zərərçəkmiş şəxs axtarmış və tapa bilməmiş, 27 iyun 2020-ci il tarixdə Mrisadıq Məmmədov pulu qaytarmaq adı ilə onları görüşə çağırmış, lakin sözünə yalançı çıxdığına və qaçdığına görə onlar Mrisadıq Məmmədovu tutub polis idarəsinə aparmaq istəmişlər. ünvan 4 ünvanında yerləşən “Borjomi'’ restoranının qarşısında olmuş şəxslərdən biri qardaşı Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs3 olmuş, digər şəxsləri tanımamışdır. Təqsirləndirilən şəxs3 «Mercedes Benz E» markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilində olan dəmir aləti kimdənsə almış, həmin aləti yük yerinə ön oturacağın üstünə qoymuşdur ki, sonra götürmək rahat olsun. Zərərçəkmiş şəxs onlardan qaçdığı üçün Rüfətlə o, Mirsadığı saxlamışlar ki, qaçmasın, həmçinin avtomobilə oturtmaq istəmişlər ki, polis idarəsinə aparsınlar, ancaq Mirsadığı avtomobilin yük yerinə qoymaq kimi niyyətləri olmamışdır. Zərərçəkmiş şəxs onun 60.000 manat pulunu ələ keçirdiyi üçün tutub polisə apararaq təhvil vermək istəmiş, sonuncuya qarşı fiziki zor tətbiq etməmişlər. Onu Mirsadıq və Bəymurad hər ikisi döymüşdür. Hadisə zamanı aralarında nalayiq ifadələr işlədilmiş, hadisə təxminən 10- 15 dəqiqə davam etmiş, həmin vaxt aralarında baş vermiş münaqişənin səs-küyünə həmin yerdə işləyən obyektlərin işçiləri və yoldan keçən tanımadığı şəxslər çıxaraq tamaşa etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası Rasim uzun müddət narkotik vasitələrin satışında şübhəli bilindiyinə görə Qaradağ rayon Polis İdarəsi tərəfindən axtarışda olmuş, 31 mart 2020-ci il tarixdə atası polis əməkdaşları tərəfindən tutulmuş və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs atası Rasimin dostu olmuşdur. 2020-ci ilin təxminən aprel ayının əvvəllərində atası Bakı İstintaq təcridxanasında olan zaman Mirsadıq onların yaşadığı evə getmiş, həmin vaxtı o, anası Fəridə, qardaşı İsmayıl və bacısı Fatimə evdə olmuşlar. Mirsadıq onlara vəzifədə işləyən tanışları vasitəsilə atasını azadlığa çıxarda biləcəyini bildirmişdir. Bunun hansı yolla həll olunacağını soruşduqda, Mirsadıq tanışları ilə danışdıqdan sonra bu barədə yekun bir söz deyəcəyini bildirmiş, daha sonra evdən çıxaraq getmişdir. Təxminən iki gün sonra Mirsadıq qardaşı İsmayıla zəng vuraraq görüşməyi təklif etmiş, daha sonra görüşdükdən sonra birlikdə Mehdiabad qəsəbəsinə gedərək Aydın adlı şəxslə görüşmüşlər. X12 yüksək vəzifədə işləmiş polis- kəşfiyatçı əməkdaşı kimi təqdim edərək onun vasitəsilə atasını azadlığa çıxara biləcəklərini demişdir.Təxminən 2-3 gün sonra Mirsadıq yenidən İsmayıla zəng vuraraq onunla birlikdə Nərimanov rayonu ərazisində yerləşən "Çin" restoranının yanına getmişlər və orada Bəymurad və Aydın adlı şəxslərlə görüşmüşlər, danışıq vaxtı Aydın atası Rasimin azadlığa çıxarılması üçün 60.000 manat pul tələb olunacağını demişdir. Ona görə də, onlar borca ilkin olaraq 30.000 manat pul toplayaraq İsmayıla vermişlər, İsmayıl da 15- 20 aprel 2020-ci il tarixlərdə “Çin” restoranının yanında Mirsadıq və adları qeyd edilən şəxslərlə görüşərək pulu vermiş, təxminən bir həftə ərzində isə qalan pulu, yəni 30.000 manatı qohumlardan toplayaraq İsmayıla vermişlər. Daha sonra İsmayıl həmin restoranın yanında Mirsadıq gillə görüşərək pulu həmin şəxslərə vermişdir. Buna baxmayaraq, Mirsadıq onları aldadaraq pulu ələ keçirmiş, nə atasının maddəsinin dəyişməsi, nə də azadlığa çıxması üçün heç bir hərəkət etməmişdir. Daha sonra Mirsadığa pulları qaytarmasını dedikdə, Mirsadıq onları qaytarmaq üçün “Çin” restoranının yanma dəvət etmiş, lakin görüşə getməmiş və onlardan qaçmağa başlamışdır. 27 iyun 2020-ci il tarixdə onlar «Şəki» restoranının yanında Mirsadığı tapmış və onu polisə aparmaq üçün tutub Nərimanov rayon Polis İdarəsinə aparmağa cəhd etmişlər. Zərərçəkmiş şəxs onların 60.000 manat pullarını ələ keçirdiyinə görə onlar bir müddət Mirsadığı axtarmış, lakin tapa bilməmişlər. 27 iyun 2020-ci il tarixdə Mirsadıq pulu qaytarmaq adı ilə onları görüşə çağırmış, lakin sözünə yalançı çıxdığına və onlardan qaçdığına görə Mirsadığı tutub polis idarəsinə gətirməyə cəhd etmişlər. ünvan 5 ünvanda yerləşən “Borjomi” adlı restoranın qarşısında olan şəxslərdən biri qardaşı Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs3 olmuş, digər şəxsləri tanımamışdır. Həmin vaxt onlar Mirsadığı Rüfətin avtomobilinə əyləşdirərək polis idarəsinə aparmaq istəmişlər. təhvil versinlər. Zərərçəkmiş şəxs yanında olan digər şəxslərlə birlikdə zor tətbiq etməkdə məqsədləri Mirsadığı tutub polisə aparıb təhvil vermək olmuşdur. Hadisə gününə qədər 60.000 manat məbləğdə pullarının Zərərçəkmiş şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirməsinə dair Korrupsiya idarəsinə ərizə ilə müraciət etmiş və Mirsadığı saxlayıb ərazi üzrə Nərimanov rayon polis idarəsinə aparmağa cəhd etmişlər, lakin həmin hadisəyə qədər Nərimanov rayon polis idarəsinə ərizə ilə müraciə etməmişlər. Hadisə zamanı aralarında nalayiq ifadələr işlədilmiş, hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt aralarında baş vermiş münaqişənin səsküyünə həmin yerdə işləyən obyektlərin işçiləri və yoldan keçən tanımadığı şəxslər çıxaraq tamaşa etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən beş ilə yaxındır Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşlarını tanıyır. 2020-ci ilin aprel ayında Muradın atası Rasimin narkotik vasitələrin satış məqsədilə saxlanılması cinayəti ilə bağlı tutulduğundan xəbər tutmuş, həmin ərəfədə İsmayıl və Muradın deməsindən ona məlum olmuşdur ki, Rasimin dostu Mirsadıq Muradgilə atasının məsuliyyətə cəlb olunduğu maddənin yüngülləşdirilərək həbsdən azad olunması üçün 60.000 manat pul almışdır. Onun hazırda dünyasını dəyişmiş dayısı ilə Mirsadığın əvvəllər yaxın münasibətləri olmuş və Mirsadığı həmin vaxtlardan o özü də tanımışdır. Belə ki, Muradla İsmayılın deməsinə görə, Mirsadığa 60.000 manat məbləğdə pul versələr də Mirsadıq verdiyi vədlərin heç birinə əməl etməyərək pulu ələ keçirmiş, görüşməkdən boyun qaçıraraq zənglərə cavab verməmişdir. 26 iyun 2020-ci il tarixdə o, Muradla görüşüb Mirsadığın əməlləri barədə söhbət edən zaman Mirsadıqla özü danışması üçün Muraddan Mirsadığın nömrəsini alaraq zəng vurmuş və nə üçün belə bir hərəkət etdiyini və pulu konkret olaraq hansı tarixdə qaytaracağını soruşmuşdur. Mirsadıq da səhəri gün günorta saatlarında “Şəki” adlı restoranın yanında görüşməyi təklif etdikdə onlar razılaşmışlar. 27 iyun 2020-ci il tarixdə günorta saatlarında o, Murad, İsmayıl və Muradgilin anası Fəridə onun idarə etdiyi “Mercedes Benz E” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Şəki” restoranının qarşısına getmişlər. Onlar “Şəki” restoranının yanına getdikdən sonra Mirsadıq da yanında bir nəfər şəxslə onlara yaxınlaşmış, orada söhbət zamanı Mirsadığa pulu konkret olaraq hansı tarixdə İsmayılgilə qaytaracağını soruşduqda Mirsadıq gedib pulu dediyi evdən götürməyi bildirmişdir. Onlar razılaşmamış və pulu Mirsadığın özü gətirib təqdim etməsini bildirmişlər. Bu zaman Mirsadıq iti yerişlə onlardan aralanaraq yoldan keçən taksi avtomobilini saxladıb əyləşmiş, İsmayıl tez qaçaraq həmin taksidə Mirsadığın yanında əyləşmişdir. İsmayılın avtomobilə əyləşdiyini görən Mirsadıq dərhal avtomobildən düşərək qaça-qaça yaxınlıqda olan binanın blokuna daxil olmuş, onlar da Mirsadığın arxası ilə bloka daxil olduqda, sonuncunun blokun əks tərəfindən çıxıb qaçdığını görmüşlər. Mirsadıq sürətlə üzü “Mona Liza” şadlıq sarayı istiqamətində qaçaraq həmin şadlıq evinin yanından sola dönüb gözdən itməyə can atmış, İsmayılgil isə Mirsadığın arxası ilə qaçdıqları üçün o da həmin şəxslərə çatmaq üçün idarə etdiyi avtomobilə əyləşib Mirsadıqglin getdiyi istiqamətdə hərəkəti davam etdirmişdir. Həmin vaxt “Mona Liza” şadlıq evinin yanından sola dönərək orada yerləşən “Borjomi” kafesinin qarşısında İsmayılgilin Mirsadığı saxlayaraq divara sıxdıqlarını görmüş, o özü də, avomobildən düşərək qaçdığı üçün Mirsadığı avtomobildə olan təkər açarı ilə vurmaq üçün avtomobilin yük yerini açmış, təkər açarını avtomobilin yük yerindən götürüb Mirsadıqa zərbə vurmaq üçün yaxınlaşmaq istəsə də, Muradın anası Fəridə onun qarşısını kəsərək buna imkan verməmişdir. Daha sonra o, əlində olan təkər açarını avtomobilin üzərinə qoymuş və Mirsadıqa yaxınlaşaraq yaxasından və qolundan tutub onlardan qaçdığı üçün uca səslə tənbehlər etmiş və avtomobilə oturtmaq üçün avtomobilin arxa sərnişin oturacağını açaraq İsmayıl və Muradla birlikdə dartışdırıb oturtmağa çalışmışlar. Bunlara baxmayaraq, Mirsadıq özünü saxlayıb avtomobilə əyləşmək istəməmiş, onların bütün cəhdlərinə baxmayaraq Mirsadıq avtomobilə əyləşməmişdir. Muradla dostluq etdiyi üçün Mirsadığı tənbeh etmək məqsədi ilə ona zor tətbiq etmişdir. “Borjomi” restoranının qarşısında olan şəxslər o, Murad, İsmayıl və Muradgilin anası Şahid1 olmuş, digər şəxsləri tanımamış,dır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt aralarında nalayiq ifadələr işlədilmiş, baş vermiş münaqişənin səs-küyünə həmin yerdə işləyən obyektlərin işçiləri və yoldan keçən tanımadığı şəxslər çıxaraq tamaşa etmişlər. Məhkəmə iclasına zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 atası Rasim İbrahimovu uzun müddətdir tanıyır, belə ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşu olmuşlar. Həmçinin o, 1995-ci ildə Rasimin qardaşı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhərrəm İbrahimovla birlikdə həbsdə olmuş. Məhərrəm İbrahimov narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuşdur. O cümlədən, son 5 il olar ki, Rasimin narkotik vasitələrin satışı ilə məşğul olması və bu işdə sonuncuya ailəsinin də köməklik etdiyini bilmişdir. O, bir neçə dəfə Rasimin evinə gedərək və küçədə görən zaman sonuncuya və ailə üzvlərinə öz iradını bildirmişdir ki, milləti və gəncləri zəhərləməkdən, narkotik vasitələri satmaqdan əl çəksinlər. Lakin hər dəfə Rasim onu təhqir edərək qovmuş və ya nakotik istifadəçilərinə onu döydürməklə hədələməyə cəhdlər etmişdir. O da, sonda Rasim İbrahimovun bu işlərinə, yəni xalqı zəhərləməyinə biganə qalmamış, bununla bağlı oğul övladı olan ata olduğu üçün və xalqı bu bəladan xilas etmək üçün bir vicdanlı vətəndaş kimi öz vətəndaşlıq borcunu yerinə yetirərək, gizli şəkildə Rasimin barəsində bildiyi bütün məlumatları lazımı orqanlara vermiş, Rasim İbrahimovun külli miqdarda narkotik vasitələri satarkən sübutlarla yaxalanmasına nail olmuşdur. Bundan sonra Rasimin ailəsi hardansa əldə etdikləri məlumata əsasən, Rasimin barəsində məlumatları çatdıran şəxslərdən birinin o olduğunu öyrənmişdir. Ona görə də, Rasimin iki oğlu və arvadı tərəfindən narkotik vasitələrin istifadəçilərinə onu şərləmək təlimatları verilmişdir. Bunun üçün o, öz evindən başqa bir ünvana köçmüş, lakin bu da, bir nəticə verməmiş, o və ailə üzvləri müxtəlif şəxslər tərəfindən hədələnməyə başlanmışdır. Rasimin məhkum yoldaşları onun mobil telefonuna nömrəsiz zənglər edərək onu ölümlə hədələməyə başlamışlar. O, buna görə arvadının qohumlarının yaşadığı Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən evdə qalmağa başlamışdır. X6 onu hara gəlib-getdiyini tapmışdır. 27 iyun 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Ə.Rəcəbli küçəsində “Şəki” restoranının qarşısında İsmayıl, anası, qardaşı, Rüfət və tanımadığı adlarını bilmədiyi tanışları onun qarşısını kəsərək tutmuşlar və döyərək onu öldürəcəklərini bildirmişlər. Lakin o, dərhal həmin şəxslərin əlindən çıxıb üzü “Mona Liza” şadlıq sarayı istiqamətində qaçaraq həmin şadlıq sarayının yanından sola dönüb istiqamətini bilmədiyi yerə doğru qaçmağa davam etmişdir. O, arxaya baxdıqda həmin şəxslərin onun arxası ilə qaçdıqlarını görmüş, nə qədər qaçsa da, qarşı tərəf dalan olduğundan dayanmışdır. Onlar, yəni İsmayıl, qardaşı Murad və tanımadığı bir nəfər şəxs qaça-qaça ona çatmışlar. İsmayıl onun qolundan, yanlarında olan tanımadığı şəxs isə onun paltarının arxa hissəsindən tutaraq yol istiqamətində gətirməyə çalışırmışlar. O, İsmayıla qolunun ağrıdığını bildirsə də, İsmayıl buna məhəl qoymayaraq qolunu sıxmağa davam etmiş, onu zorla həmin yerdə yerləşən “Borjomi" restoranının qarşısına gətirdikdə, oraya “Mercedes-Benz” markalı avtomobil ilə tanıdığı Rüfət adlı şəxs də yaxınlaşmış və Rüfət avtomobildən düşərək onlara yaxınlaşmışdır. Həmin vaxt o, İsmayıl gilin çoxluq təşkil etdikləri üçün onu döyəcəklərindən qorxaraq əllərindən çıxıb qaçmaq istəsə də, Murad da yaxınlaşaraq onun qolundan bərk yapışıb İsmayıl ilə birlikdə qolunu burub qaçmağa imkan verməmişlər. Bu zaman Rüfət də onun paltarının yaxasından hər iki əli ilə tutub onun barəsində nalayiq ifadələr işlətməyə başlamışdır. O, qışqıraraq DİN-in 102 xidmətinə zəng vurmaq istədikdə, həmin şəxslərdən Rüfət bütün polislər barəsində nalayiq ifadələr işlədərək polisin onlara heç bir şey edə bilməyəcəyini demişdir. Həmin vaxt tanımadığı şəxs avtomobilin arxa qapısını açdıqda İsmayıl, Murad və Rüfət onu zorla avtomobilə otuzdurmaq istədikləri üçün o, özünü sıxaraq restoranın qarşısında olan daşın üzərində oturmuşdur ki, apara bilməsinlər. Lakin bu zaman Rüfət və Murad hər ikisi onun qollarından bərk tutub dartmaqla avtomobilə otuzdurmağa cəhd etmişlər. İsmayıl, Murad, Rüfət və tanımadığı digər şəxs onun getmək istəmədiyini gördükdə Rüfət ondan aralanaraq avtomobilinə tərəf getmiş və avtomobilin yük yerindən dəmir alət götürərək yaxınlaşıb onu vuracağını bildirmişdir. Orada Murad və İsmayılın anası Fəridə Rüfətin qarşısını kəsərək onu vurmasına imkan verməmişdir. Buna görə də, Rüfət əlində olan dəmir aləti avtomobilin üzərinə qoymuşdur. Daha sonra yenidən Rüfət ona yaxınlaşaraq oturduğu yerdən durmaq istədiyini gördükdə hər iki əli ilə onun qollarından bərk yapışaraq ağrı verməklə getməyə imkan verməmiş, buna baxmayaraq o, həmin şəxslərin əlindən çıxmaq istədikdə, tanımadığı şəxs onun bədəninin sağ yan hissəsindən yumruq zərbəsi ilə vuraraq onun, əllərindən çıxmasının qarşısını almışdır. Sonra Rüfət tək onun qolundan və yaxasından hər iki əli ilə tutub yol istiqamətində gətirmişdir. Orada kənardakı şəxslər mobil telefonları vasitəsilə onları çəkdiklərindən Fəridə onlara yaxınlaşıb kənardan video çəkildiyini və «zibilə» düşəcəklərini bildirdiyi üçün Rüfət onu buraxmışdır. O, həmin vaxt bundan istifadə edərək gizlin şəkildə 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. İsmayıl gilin məqsədi ataları Rasimi tutdurduğu üçün ondan və ailə üzvlərindən qisas almaq olmuşdur. Hadisə Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi 52 ünvanda yerləşən “Borjomi” restoranının qarşısında baş vermişdir. Təxminən 10-15 dəqiqə davam etmiş və orada qeyd etdiyi şəxslərdən başqa tanımadığı, yoldan keçən şəxslər hadisəyə tamaşa edirmişlər. Hadisə zamanı Murad, İsmayıl və Rüfət onun hər iki qollarından bərk sıxaraq qollarına xəsarət yetirmişlər, əvvəllər tanımadığı və «Samir» adı ilə çağırdıqları şəxs isə yumruqla onun baş nahiyəsi və sol yan hissəsindən vuraraq xəsarət yetirmişdir. O, İsmayılgilin heç birinə xəsarət yetirməmiş, ancaq əllərindən qaçaraq canını qurtarmaq istəmişdir. Son olaraq təqsirləndirilən şəxslər barələrində ədalətli cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Rasim uzun müddət satış məqsədilə narkotik vasitələrin saxlanılması cinayəti ilə bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən axtarışda olmuş, 31 mart 2020-ci il tarixdə polis idarəsi tərəfindən tutulmuş və barəsində məhkəmə tərəfindən qətimkan tədbiri seçilmişdir. Onun əri Rasim azadlıqda olan vaxtlarda qonşuluqda yaşayan tanışı Zərərçəkmiş şəxs onun yanında görmüş, əri ilə tanış və dost olduğunu bilmişdir. 2020-ci ilin təxminən aprel ayının əvvəllərində əri Rasim Bakı İstintaq təcridxanasında olan zaman Mirsadıq onların yaşadığı evə getmiş, xəstə qızını yataqda görüb ürəyinin dözmədiyini, ərinin tutulmasına görə ürəyinin ağrıdığını və sairə sözlər deyərək özünün yüksək vəzifədə işləyən tanışları vasitəsilə əri Rasimi azadlığa çıxarda biləcəyini bildirmişdir. Bunun hansı yolla həll olunacağını soruşduqda, Mirsadıq tanışları ilə danışdıqdan sonra bu barədə yekun bir söz deyəcəyini qeyd etmiş, Mirsadıq daha sonra evdən çıxaraq getmiş və təxminən 2-3 gün sonra Mirsadıq oğlu İsmayıla zəng vuraraq görüşməyi təklif etmişdir. Bundan sonra oğlu İsmayıl Lökbatan dairəsində Mirsadıqla görüşərək taksi ilə Mehdiabad qəsəbəsinə gedib orada Aydın adlı şəxslə görüşmüş, orada danışıq zamanı oğlu İsmayıla Mirsadıq və Aydın onun əri Rasimin azadlığa çıxarılması üçün 60.000 manat pul tələb olunacağını demişdir. İsmayıl da razılaşaraq bu barədə evdə danışmış, məsləhətləşdikdən sonra İsmayıl, qohuməqrabadan borc olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Çin” restoranının qarşısında görüşərək pulu Mirsadiqın vasitəsi ilə Aydına vermişdir, təxminən bir ay ərzində onun əri Rasimin azadlığa çıxacağına dair oğlu İsmayıla söz verilmiş, buna baxmayaraq Mirsadıq, Aydın və Bəymurad oğlunu aldadaraq pullarını ələ keçirmiş, nə ərinin maddəsinin dəyişməsi, nə də azadlığa çıxması üçün heç bir hərəkət etmədiyi üçün oğlu İsmayıl ilə o, Mirsadıqı axtarmışlar və soraqlaşıb Mirsadıqı Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən '‘Şəki" adlı restoranın qarşısında tapmışlar. Daha sonra Mirsadıq oradan qaçmışdır. Bundan sonra Mirsadıq onlardan qaçdığı üçün oğlu İsmayıl, Murad və Muradın dostu Rüfət Mirsadıqı “Borjomi” restoranının qarşısında saxlamışlar ki, tutub polisə təhvil versinlər. Orada da Mirsadıq İsmayıl gilin əlindən qaçmaq istəmiş, lakin İsmayıl, Murad və Rüfət qaçmaması üçün Mirsadıqı saxlamışlar. Onun oğlu İsmayıl ümumilikdə 60.000 manat pulu Aydına verən zaman o, orada olmamış, İsmayılın dediyinə görə orada Mirsadıq və Bəymuraddan başqa heç kim olmamışdır. «Borjomi» adlı restoranın qarşısında olan şəxslərdən ikisi oğulları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, üçüncü şəxs isə Təqsirləndirilən şəxs3 olmuş, digər şəxsləri isə tanımamışdır. «Mercedes Benz E» markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağın üzərindən dəmir alət götürərək avtomobilin üzərinə qoyan şəxs Təqsirləndirilən şəxs3 olmuş, sonuncunun həmin dəmir aləti hansı məqsədlə avtomobildən götürməsini bilməmiş, lakin. Rüfət əlində dəmir alətlə Mirsadıqa tərəf getdikdə vuracağından ehtiyat etdiyi üçün o, Rüfətin qarşısını kəsmişdir. Mirsadıq onların 60.000 manat pullarını ələ keçirdiyi və onlardan qaçdığı üçün Rüfət, İsmayıl və Murad Mirsadıqı saxlamışlar ki, qaçmasın və avtomobilə oturtmaq istəmişlər ki, polis idarəsinə aparsınlar. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin vaxt baş vermiş münaqişənin səs-küyünə həmin yerdə işləyən obyektlərin işçiləri və yoldan keçən tanımadığı şəxslər çıxaraq tamaşa etmişlər. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 iyul 2020-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün icraata qəbul edilmişdir. Götürmə və baxış keçirilməsi haqqında 27 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 27.06.2020-ci il saat 15:56:53 dəqiqədən başlayan görüntüdə əynində qara rəngli qısa qol köynək olan şəxsin kameranın müşahidə dairəsindən qaçaraq uzaqlaşması, həmin şəxsin arxası ilə isə əynində qara rəngli qısa qol köynək və əynində mavi rəngli qısa qol köynək olan 2 nəfər şəxsin iti sürətlə həmin şəxsin arxası ilə qaçaraq onu təqib etmələri, sonrakı, yəni 27.06.2020-ci il saat 15:58:40 dəqiqədən başlayan görüntüdə uzaqdan bir neçə nəfər şəxsin kameranın quraşdırıldığı hissəyə doğru hərəkət etmələri, 15:58:56-cı saniyədə kameranın müşahidə dairəsinə 5 nəfər şəxsin daxil olması, həmin şəxslərdən birinin onlardan uzaqlaşması, qalan 4 nəfərdən 3 nəfər kişi cinsində olan şəxsin, yəni əynində mavi rəngli qısa qol köynək, əynində çəhrayı rəngli qısa qol köynək və əynində qara rəngli qısa qol köynək olan şəxsin digər əynində qara rəngli qısa qol köynək olan şəxsin qolundan və boyun hissəsindən tutaraq obyektin yan tərəfinin pəncərə olan hissəsinə tərəf gətirdikləri, həmin şəxslərin hər birinin əynində qara rəngli köynək olan şəxsi divara dirəyib zor göstərmələri, həmin anda qeyd olunan şəxslərə metal rəngli “Mercedes Benz E'; markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşması və əynində qırmızı rəngli qısa qol köynək olan kişi cinsindən olan sürücünün avtomobilin sükanı arxasından düşərək avtomobilin yük yerini açıb həmin şəxslərə yaxınlaşması, həmin şəxslərlə birlikdə əynində qara rəngli qısa qol köynək geyinmiş şəxsə zor tətbiq edərək həmin şəxsi avtomobilin açıq yük yerinə doğru aparmağa çalışmaları, bu zaman kameranın müşahidə dairəsinə qadın cinsindən olan şəxsin daxil olaraq həmin şəxslərə yaxınlaşması və zor tətbiq etmənin qarşısını almaq üçün həmin şəxslərin arasına daxil olması, bu zaman əynində mavi rəngli qısa qol köynək olan kişi cinsində olan şəxsin avtomobilin sağ arxa qapısını açaraq digər şəxslərlə birlikdə həmin şəxsin qolundan tutub dartaraq həmin şəxsi avtomobilin içərisinə salmaq istəmələri, zor tətbiq etdikləri şəxsin dayandığı yerdən avtomobilə doğru hərəkət etmək istəmədiyi an əynində mavi rəngli qısa qol köynək olan şəxsin həmin şəxsə yaxınlaşaraq sol əli ilə həmin şəxsin başından zərbələr vurması, həmin yerdə olan qadının yenidən araya girərək həmin şəxsləri dayandırmağa çalışması, daha sonra avtomobilin sürücüsü, yəni əynində qırmızı rəngli qısa qol köynək olan şəxsin həmin şəxsin çiynindən tutaraq əli ilə avtomobilin açıq qapısına işarə etməsi (əyləşməsi üçün), həmin şəxsin avtomobilə oturmaq istəmədiyini gördükdə qırmızı rəngli köynək geyinən avtomobilin sürücüsünün həmin şəxsə yumruq zərbələri vurmağa cəhd göstərməsi, lakin qadın cinsindən olan şəxsin araya girərək buna imkan verməməsi, daha sonra həmin şəxsin aralaşaraq avtomobilin arxa qapısını və yük yerini bağlaması, sonrakı yən., 27.06.2020-ci il saat 16:01:28 dəqiqədən başlayaraq qeydə alman görüntüdə qırmızı rəngli köynək geyinən avtomobilin sürücüsünün avtomobilin qabaq sağ qapısını açaraq içəridən dəmir alət götürüb avtomobilin dam hissəsinə qoyması, zor tətbiq edilən şəxsin mobil telefonu ilə danışaraq kənara çəkilmək istədikdə avtomobilin sürücüsü və yanında olan qara rəngli qısa qol köynək geyinmiş şəxsin həmin şəxsin qarşısını qolundan və köynəyindən dartmaqla kənara çəkilməyə imkan verməmələri, daha sonra qara rəngli qısa qol köynək geyinmiş şəxsin avomobilin dam hissəsindən dəmir aləti götürərək avtomobilin qabaq sağ qapısını açaraq oturacağın üzərinə qoyub qapını yenidən bağlaması, bu zaman qırmızı rəngli qısa qol köynək geyinmiş avtomobilin sürücüsünün zor tətbiq etdiyi şəxslə əli ilə kobud şəkildə danışıq aparması, bu anda bir qədər əvvəl həmin şəxslə birlikdə zor tətbiq etmiş mavi rəngli qısa qol köynək geyinən şəxsin də onlara yaxınlaşmas, və qırmızı rəngli qısa qol köynək geyinmiş şəxslə birlikdə həmin şəxsin əlindən və boğaz hissəsindən tutub dartaraq avtomobilə otuzdurmağa cəhd etmələri, buna baxmayaraq, həmin şəxsin avtomobilə əyləşmək istəmədiyini gördükdə mavi rəngli qısa qol köynək geyinmiş şəxsin həmin şəxsə sol əli ilə üz nahiyyəsinə yumruq zərbəsi atmaları, bütün bunlara baxmayaraq qırmızı rəngli qısa qol köynək geyinmiş avtomobilin sürücüsünün həmin şəxsin çiyinlərindən tutaraq onu avtomobilə otuzdurmağa cəhd göstərmələri, o cümlədən mavi rəngli köynək geyinmiş şəxsin yenidən həmin şəxsə yaxınlaşaraq onun sağ yan qabırğa altı hissəsindən yumruq zərbəsi endirməsi, növbəti, yəni 27.06.2020-ci il saat 16:03:52 dəqiqədən başlayan görüntüdə qırmızı rəngli qısa qol köynək geyinmiş şəxsin zor tətbiq edilən şəxsin köynəyinin boğaz hissəsindən yapışaraq kənarlaşmağa imkan verməməsi və dartaraq digər şəxslərlə birlikdə obyektin giriş hissəsinə doğru getmələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 436 saylı 09.07.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki saidin şişkinli hematomaları, alının sol yan səthinin, boynun sağ yan səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin dediyi 27.06.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətı pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 10.07.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmasına dair AR DİN-nin BƏSİİ əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 10.07.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair AR DİN-nin BƏSİİ əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 10.07.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair AR DİN-nin BƏSİİ əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 18/436 saylı 14.07.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki saidin şişkinli hematomaları, alının sol yan səthinin, boynun sağ yan səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd edilən 27.06.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngel zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 21/18/436 saylı 13.08.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki saidin şişkinli hematomaları, alının sol yan səthinin, boynun sağ yan səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd edilən 27.06.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ və sol saidin şişkinli hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, alının sol yan səthinin, boynun sağ yan səthinin qançırları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi üzrə əməlin tövsif edilməsi, sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından ayrı icraata cinayət işinin ayrılması haqqında 28 avqust 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onlara həmin maddə ilə nəzərdə tutulan ittihamın elan edilməsi, barələrində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi, 01 ədəd diskin maddi sübut kimi tanınması və s. qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 31 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 avqust 2020-ci il tarixli qərardan və eyni tarixli ilttizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 31 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 avqust 2020-ci il tarixli qərardan və eyni tarixli ilttizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 31 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 avqust 2020-ci il tarixli qərardan və eyni tarixli ilttizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradaö Rayon İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı 16.11.2020-ci il tarixli 1435 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 25.10.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 1(005)-57/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. 19.05.2021-ci il tarixli **********902 nömrəli notarat qaydasında təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləmdirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməli etiraf etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyu kimi Qanun işin müstəsna halları anlayışını müəyyən etmir, ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edildiyindən, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalı, bu halı müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunu, yəni cinayətin motivi və məqsədi, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hərbi qulluqçu olmasını, zərər çəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsi mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində cərimə növündə cəza təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Cinayət işi üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdafiəçisi X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1500 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-57/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-57/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver