Məhkəmə qərarları › İş №1(005)-58/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-58/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-58/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Lerik rayonu, Lüləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lerik rayonu, Lüləkəran kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun azyaşlı övladına sosial müavinət düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, Astara rayonu ərazisindən quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan plastik kart hesabına 2022-ci ilin iyun ayının əvvəllərində göndərilmiş 700 manat, 2022-ci ilin iyun ayının ortalarında göndərilmiş 800 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra, əldə etmiş olduğu puldan 400 manatını geri qaytarsa da, qalan 1100 manatını ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 (min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun İslam adlı tanışına sürücülük vəsiqəsi düzəltmək adı ilə yalan vəd verib aldadaraq, 2022-ci ilin avqust ayının ortalarında Astara rayonu ərazisindən «Milli ön» ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan plastik kart hesabına göndərilmiş 800 manat nağd pulu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu X3 Hallar Nazirliyinin Aslara rayon şöbəsinə sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Astara rayon Mərkəzi Poçt vasitəsi ilə Şahid2 Seyfəli oğlunun adına göndərmək yolu ilə 500 manat, xx.xx.2022-ci il tarixdə Astara rayonu ərazisindən «Milliön» aparatı vasitəsi ilə istintaqa məlum olmayan bank kartının hesabına göndərmək yolu ilə 300 manat, xx.xx.2022-ci il tarixdə Astara rayonu ərazisindən «Milliön» aparatı vasitəsi ilə Şahid3 adına olan “Leobank” plastik kart hesabına göndərmək yolu ilə 120 manat, 2022-ci ilin oktyabr ayının ortasında ünvan 1 ünvanında yerləşən “Nəriman Nərimanov” metrostansiyasının çıxışının yaxınlığında 2000 manat nağd pulunu əlbəəl alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 tanışı, Astara rayonu Maxşan kənd sakini Təbriz adlı şəxsin vasitəsi ilə tanımışdır. Təbriz və sonuncunun oğlu Osmanla birlikdə Bakı şəhərində kirayə yaşamışlar. 2022-ci ilin may ayında digər tanışı X2 ona demişdir ki, əgər istəyən olsa, həmin şəxs üçün sosial yardım düzəldə bilər. O da aldığı puldan vasitəçilik etdiyi üçün hər sosial yardıma görə 50 manat pul verəcəkdir. O da Namiqin təklifi ilə razılaşmışdır. O, daha sonra bu barədə tanışı Təbrizə demişdir. Namiq ona demişdir ki, sosial yardımı 450 manat düzəldəcəkdir. Onun 200 manatını əvvəlcə, qalan 250 manatını isə həll edəndən sonra aparacaqdır. Namiq ona tapşırmışdır ki, o, sosial yardım düzəltdirmək istəyənlərə əvvəlcə 250 manat deyib pulun 50 manatını özünə götürsün. Ona görə də o, Təbrizə demişdir ki, sosial yardıma görə düzəltmək istəyən şəxslər 250 manat əvvəlcə, qalan 250 manat isə kart alanda alacaqdır. Bundan sonra Təbriz yaşadığı Astara rayonuna getmişdir. Təxminən 3 gün sonra, 2022-ci ilin may ayının sonlarında Təbrizin oğlu ona zəng edib demişdir ki, bir nəfər tapmış və həmin şəxsə sosial yardım düzəltmək üçün 800 manat pul demişdir. 800 manat pulun 400 manatını əvvəlcə, 400 matını isə axıra verəcəkdir. Hər dəfə 150 manatı isə özü götürəcəkdir. Həmin vaxt Osman ondan xahiş etmişdir ki, əgər həmin şəxs onunla əlaqə saxlasa sonuncudan 250 manat deyil, 400 manat istədiyini bildirsin. O da Osmanın təklifi ilə razılaşmışdır. O da Namiqə məxsus şifrəsini bilmədiyi “Kapital Banka”aid kartın kodunu Osmana demişdir. Osman da 250 manat pulu ona göndərmişdir. Həmin vaxt 02 iyun 2022ci il tarixi olmuşdur. Sonradan bilmişdir ki, həmin pul Zərərçəkmiş şəxs2 məxsusdur. Osman 250 manat pulu göndərəndən sonra həmin gün Elşən üç azyaşlı uşağının sənədlərinin və etibarnamənin şəklini çəkib vatsap vasitəsilə ona atmışdır. Təxminən 1 həftə sonra Elşən ona zənglə demişdir ki, tanışına sürücülük vəsiqəsi düzəltməkdə köməklik etsin. O da bu barədə Namiqdən soruşduqda 500 manata həll edəcəyini demişdir. O da bunu Elşənə demişdir. Lakin o, Elşənə 500 manat yox, 600 manat demiş, sonuncu da razılaşmışdır. Ertəsi gün Elşən onun ona göndərdiyi karta 800 manat pul göndərmişdir. Həmin kartın şəklini ona Namiq göndərmişdir. Namiqin deməsinə görə kart Lerik rayon sakini və Namiqin sürücüsü Şahid2 Seyfəli oğluna məxsusdur. Namiq kartın şəklini ona atdıqdan sonra o da vatsap vasitəsi ilə Elşənə göndərmişdir. Elşən ona əvvəldən demişdir ki, tanışından 800 manat pul alacaq və həmin pulun 200 manatı özünə çatacaqdır. Lakin pulu həmin tanışının yanında götürə bilmədiyi üçün 200 manatı onun atacağı karta atmalıdır. O da Elşənin təklifi ilə razılaşmışdır. O da Namiqə zəng edib Elşənin karta 800 manat pul atacağını demiş, çünki kart Namiqdə olmuşdur. Bundan sonra o, Bakı şəhərində Qala qəsəbəsinə gedən yolda “Rahat” marketin qarşısında görüşmüşlər. Həmin vaxt Elşən ona zən edib pulu göndərdiyini demişdir. O da Namiqlə birlikdə yaxınlıqdakı bankomata gedib pulu çıxarmışlar. Pulu Namiq çıxarıb ona 300 manat pul vermişdir. Həmin pulun 100 manatı ona çatası pul, 200 manat isə Elşənə göndərməli pul olmuşdur. Bundan sonra o, Elşənə zəng edib 200 manat pulu nə vaxt göndərməyini soruşmuşdur. Elşən də bir azdan ona deyəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Elşən ona kart şəkli atıb anasının pensiya kartı olduğunu demişdir. O da 200 manatı həmin karta göndərmişdir. Təxminən 1 həftə sonra Elşən ona zəng edib Bakı şəhərinə gəlib onunla görüşüb tanımaq istəmişdir. Elşənlə Bakıda görüşənə qədər sonuncu ilə görüşüb tanış olmamışdır. Sadəcə olaraq telefonla danışmışlar. Hətta bir dəfə Elşən ondan onun şəxsiyyət vəsiqənin sürətini və ya şəklini istədikdə o da Elşənə vatsap vasitəsi ilə Namiqin hazırda adını xatırlamadığı tanışının ona özəl quruma düzəltdiyi vəsiqənin şəklini atmışdır. Lakin həmin qurum işləmədiyi üçün orada işləməmişdir. Həmin qurumun adı isə “İnsan hüquqları müdafiə mərkəzi” olmuşdur. Elşən tanımadığı tanışı ilə Bakı şəhərinə gəlmişdir. O da tanışı Namiqlə birlikdə Nərimanov metrosunun yaxınlığında Elşənlə görüşmüşdür. Həmin vaxt Elşən Namiqdən onun sosialının nə vaxt düzələcəyini soruşmuşdur. Namiq də 10 günə həll olunacağını, sürücülük vəsiqəsinin də 1 həftəyə imtahan olacağını demişdir. Elşən onun işlərini Namiqin düzəltdiyini, onun isə arada vasitəçi olduğunu bilirmiş. X8 bir-birləri ilə telefonla da danışmışlar. Bundan sonra o, Namiq və Elşəndən uzaqlaşıb çıxıb getmişdir. 2022-ci ilin iyul ayının ortalarında Elşən ona zəng edərək Namiqə zəng etsə, əlaqə saxlaya bilmədiyini deyib işlərinin nə yerdə olduğunu soruşmuşdur. Namiq də həll edəcəyini desə də, onunla görüşməkdən boyun qaçırmamışır. Təsadüfən Namiqlə 2022-ci ilin sentyabr ayında Nərimanov parkında görüb sonuncudan niyə Elşənin pulunu qaytarmadığını və ya işlərini düzəlmədiyini soruşmuşdur. Namiq də pul tapıb göndərəcəyini demişdir. Təxminən oktyabr ayının əvvəllərində əvvəlcə 200 daha sonra 50, sonuncu dəfə isə 200 manat pul göndərmişlər. Pulu Namiq özü Elşənin anasının pensiya kartına göndərmişdir. O da Namiqin yanında olmuşdur. Namiq söz vermişdir ki, qalan 450 manatı da 1 həftəyə Elşənə göndərəcəkdir. Elşəndən 250 manat, 600 manat pul almışlar. Elşən yol pulu üçün 50 manat da göndərməyini istəmişdir. Namiq də razı olmuşdur. Lakin o, 01 noyabr 2022-ci il tarixdə başqa dələduzluq cinayəti törətdiyinə görə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Namiq hələ də Elşənin pulunu qaytarmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın bir hissəsinin ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında oğlu Telman gəlib ona demişdir ki, bir nəfərlə tanış olmuş, həmin şəxs onu Fövqəladə Hallar Nazirliyinin Astara rayon şöbəsinə sürücü düzəldəcəkdir. O da buna sevinərək düzəltməsini istəmişdir. Ertəsi gün oğlu Telman ona zəng edib demişdir ki, iş düzəldən şəxsə təcili olaraq 500 manat pul göndərsin. Telman ona pulu göndərəcəyi şəxsin ad, soyad və ata adını dedikdən sonra o, Astara rayon mərkəzi poçtuna gedib Şahid2 Seyfəli oğlunun adına 500 manat pul göndərmişdir. Bundan bir qədər sonra oğlu Telman ona zəng edib demişdir ki, əlavə 300 manat da pul göndərmək lazımdır. Telman ona hesab kodu verdikdən sonra o, 300 manat pulu Astara rayonu Ərçivan qəsəbəsində yerləşən mağazadakı “Milliön” aparatı vasitəsi ilə Şahid3 göndərmişdir. Daha doğrusu o, həmin pulu oğlu Telmanın dostu Murad Quliyevə göndərmiş, sonuncu da Şahid3 adlı şəxsə göndərmişdir. Bir neçə gün sonra Telman yenə ona zəng edərək həmin şəxsə 300 manat pul göndərməyini istəmişdir. O da 300 manat pulu olmadığını, 120 manat göndərəcəyini demiş və həmin məbləğdə pulu Ərçivan qəsəbəsindəki həmin mağazadan “Milliön” aparatı vasitəsi ilə göndərmişdir. Oktyabr ayının ortalarında oğlu Telman ona zəng vuraraq onun işin düzəldən adamın işi artıq həll etdiyini, yaxın günlərdə onu çağıracaqlarını deyərək, həmin şəxsə Bakı şəhərində əlbəəl 2000 manat pul verməli olduqlarını bildirmişdir. O da razılaşmışdır. Bundan sonra o, oktyabr ayının ortalarında, dəqiq tarixini xatırlamır, oğlu Telmanla Bakı şəhərinə gedib orada Nərimanov rayonunda yerləşən metronun Nərimanov stansiyasının yaxınlığında yerləşən çayxanada günorta radələrində əvvəllər tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə görüşüb sonuncuya 2000 manat pul vermişdir. Həmin şəxs 2000 manat pulu ondan alıb, arxayın olmalarını deyərək, 1 həftəyə oğlunu işə çağıracaqlarını bildirmişdir. Bundan sonra o və oğlu Zaura və Ələddinə zəng etsələr də, sonuncular gah onların telefon zənglərinə cavab verməmiş, gah da oğlunun işini tezliklə həll olunacağını demişlər. Təqsirləndirilən şəxs onun oğlu Telman Rəhmanovu FHN-in Astara rayon şöbəsinə sürücü kimi işə düzəltmək adı ilə 4 dəfəyə hissə-hissə olmaqla ümumilikdə 2920 manat pulumu almışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyandan cəmi 650 manat ödənildiyini və qalan maddi ziyanın ödəniləcəyini, barışıq əldə etdiklərini, ona qarşı qarşı şikayətçi olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Astara rayonu Maşxan kəndində yaşayaır. Onun 3 azyaşlı övladı vardır. O, həmin övladlarını Maşxanda çayxanada işləyərək çətinliklə dolandırır. O, övladlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyi üçün sosial müavinət düzəltmək qərarına gəlmişdir. 2022-ci ilin may ayının sonlarında Maşxan kəndində tanışı Təbriz ona Zaur adlı şəxsin bu işdə köməklik etdiyini bildirmiş və ona Zaurun mobil nömrəsini vermişdir. O da həmin vaxtlarda, dəqiq tarixini xatırlamır, istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təbrizin ona verdiyi Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb nömrəni ortaq tanışları Təbrizdən aldığını və özünə sosial müavinət düzəltmək istədiyini demişdir. Zaur da ona sosial yardım düzəldə biləcəyini deyib buna görə 2500 manat pul lazım olduğunu demişdir. O da Zaura həmin məbləğdə pulunun olmadığını demişdir. Bundan sonra Zaur ona təklif etmişdir ki, 1500 manat pulun qarşılığında ona sosial yardım düzəldəcək və o, hər ay 1000 manat məbləğində sosial yardım alacaq. O da Zaurun təklifi ilə razılaşmışdır. Həmin vaxt Zaur ona demişdir ki, əvvəlcə uşaqların sənədlərini ona vatçap vasitəsi ilə göndərsin, daha sonra dediyi 1500 manat pulu göndərər. Bir neçə gün sonra, təxminən 2022-ci ilin iyun ayının əvvəllərində Zaur ona vatçap vasitəsi ilə zəng edərək 1500 manat pulun heç olmasa, yarısını göndərməyini istəmiş, o da Zaurla razılaşmışdır. Daha sonra Zaur ona hazırda xatırlamadığı kart nömrəsini göndərmişdir. O da Kijəbə qəsəbəsində mağazaların birində quraşdırılmış «Milliön» aparatı vasitəsi ilə Zaurun atdığı karta 700 manat pul göndərmişdir. Daha sonra üç azyaşlı qız övladının şəxsiyyət vəsiqələrinin şəkillərini çəkib vatçap vasitəsi ilə sonuncuya göndərmişdir. Təxminən 1 həftə sonra onda qalan 800 manat pulu da göndərməyini istəmişdir. O da iyun ayının ortalarında 800 manat pulu Astara rayonu Təngərüd kəndində yerləşən mağazaların birində quraşdırılmış «Milliön» aparatı vasitəsi ilə Zaurun atdığı karta göndərmişdir. Bundan sonra Zaur ona demişdir ki, həyat yoldaşının adına notarial qaydada təsdiq olunmuş ərizə almışdır. Zaurun deməsinə görə guya həmin ərizə ilə azyaşlı uşaqlarına sosial yardım verilməsinə müraciət olunacaqdır. O da həyat yoldaşı Aytən Rzayeva ilə birlikdə Astara şəhərində notariat kontoruna gəlib notarial qaydada ərizə yazdırmışdır. Bir qədər sonra Zaur ona demişdir ki, həyat yoldaşının adına təqaüd kartı veriləcəkdir. Həmin kartın «Kapital Bank»ın Astara rayon filialına göndərilməsi üçün ərizə yazmaq lazımdır. Həyat yoldaşı Aytən də «Kapital Bank»ın Astara rayon filialının müdirinin adına ərizə yazmışdır. Həmin ərizənin şəklini çəkib vatçapla Zaura göndərmişdir. Zaur da ona demişdir ki, yaxın müddətlərdə kart gələcək və o, sosial yardım alacaq. Lakin aradan bir müddət keçdikdən sonra o, Zaurla əlaqə saxlamışdır. Zaur isə üç qız uşağına görə sosial yardım düşmədiyini demiş və onun pulunu qaytaracağını bildirmişdir. O da Zaurdan pulu tələb etməyə başlamışdır. Lakin Zaur hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini desə də, pulunu qaytarmamışdır. Bundan sonra, 2022-ci ilin avqust ayının ortalarında, dəqiq tarixini xatırlamır, Zaur ona demişdir ki, onun 1500 manat pulunun qarşılığında bir nəfər tapsın, 800 manata sürücülük vəsiqəsi düzəltsin, qalan 700 manatı isə hissə-hissə verəcəyini bildirmişdir. Zaurun deməsinə görə həmin şəxs onun kartına 800 manatı göndərdikdən sonra Zaur da həmin 800 manatı ona göndərəcəkmiş. O da bu barədə qonşusu İslama demişdir. İslam da onunla razılaşmışdır. Daha sonra o, Zaurun ona göndərdiyi, hazırda xatırlamadığı kart nömrəsini İslama vermişdir. Lakin İslamın pulu olmadığı üçün pulu o, vermək qərarına gəlmişdir. İslam ona sürücülük vəsiqəsi alındıqdan sonra onun pulunu verəcəyini bildirmişdir. Buna görə də, sürücülük vəsiqəsinə görə isə Zaura özü Təngərüd kəndində yerləşən mağazaların birində quraşdırılmış «Million» aparatı vasitəsi ilə 800 manat pulu Zaurun atdığı karta göndərmişdir. Təxminən 1 həftə sonra Zaur ona demişdir ki, sürücülük vəsiqəsini də düzəldə bilmir. O da Zaurdan pulunu tələb etmişdir. Zaur da ona hissə-hissə olmaqla 400 manat pul qaytarmışdır. Zaur ümumilikdə onun 1900 manat pulunu ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyandan cəmi 650 manat ödənildiyini və qalan maddi ziyanın ödəniləcəyini, barışıq əldə etdiklərini, ona qarşı qarşı şikayətçi olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X4, Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər X1, Şahid2 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 9-cu vərəqində olan qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən Şahid2 Seysəli oğluna 500 manat, X5 300 manat, Şahid3 120 manat göndərilmişdir. Cinayət işinin İ cildinin 61-72-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-102/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir Cinayət işinin İ cildinin 73-cü vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında” 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll edilərkən onun barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın və Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün nəzərə alınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 27-28-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsilri bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İİ cildinin 35-50-ci vərəqələrində olan “230280038 nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd A4 formatlı kağız üzərində olan qəbzlərin surətinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-102/2023 saylı qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-102/2023 saylı, 03 aprel 2023-cü il tarixli hökmündə yol verilmiş anlaşılmazlığın aradan qaldırılması, hökmün təsviri-əsaslandırıcı və nəticə hissələrində “Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli tutulduğu 04 mart 2022-ci il tarixdən hesablansın” sözlərinin “Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli tutulduğu 04 noyabr 2022-ci il tarixdən hesablansın” sözləri kimi oxunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 650 manat ödənilmişdir. Qalan 350 manatı isə ödəyəcəklər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 650 manat ödənilişdir. Qalan 350 manatı isə ödəyəcəklər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-102/2023 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-102/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd A4 formatlı kağız üzərində olan qəbzlərin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-102/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-102/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd A4 formatlı kağız üzərində olan qəbzlərin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar