Məhkəmə qərarları › İş №1(005)-58/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-58/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-58/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 02 (iki) övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Quba rayonu, Bağbanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev keçəsində fərdi tikilmiş evdə yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)- 439/2024 saylı qərarın ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa molum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,873 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə az miqdarda təmiz çəkisi 0,016 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqlall iyun 2024-cü il tarixdə ünvan 1 ünvanına daşımış, 11 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3da yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli şalvarın sol yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram və 0,856 qram olmaqla, xeyli miqdarda ümumi təmiz çəkisi 0,873qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,016 qram ağ kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində üzdən tanıdığı şəxsdən 35 manat pul verib 2 büküm kakos adlı narkotik vasitə aldığını. Üzərində olan 01 ədəd bükümün isə duz olduğunu bildirmişdir. Lazım olanda istifadə etmək üçün üzərində saxlamışdır. 11 iyun 2024-cü il tarixdə günorta radələrində ünvan 5 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə dəvət etmişlər. O, isə heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. O, isə cibindən 01 ədəd mobil telefonu və cibindən 01 ədəd çəhrayi rəngli dəmir qutunu çıxarıb masanın üzərinə qoyaraq içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Son olaraq törətdiyi əməldən peşman olmasını, himayəsində 02 azyaşlı övladının, həyat yoldaşının, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, üzərindən aşkar eilmiş bükümdə metamfetamin yox duz olduğunu qeyd etmiş və nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində 16-cı Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə ərazidə xidmət apararkən ünvan 6 ünvanın qarşısında bir nəfər səxsin hərəkətlərində özünü şübhəli apardığını görmüşlər və bu səbəbdəndə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirib həmin şəxsə özünü təqdim etməsini söyləmişlər. Şübbhələndikləri üçün həmin şəxsi 16-cı Polis Şöbəsinə aparmışlar. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən markasını xatırlamadığı mobil telefon və 01 ədəd dəmir qutununun içərisində ümumilikdə 03 ədəd büküm narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmiş ki, aşkar olunmuş bükünlərdən “kakos“ adı ilə tanınan “heroin” və 01 ədəd bükümdə isə “patı” adı ilə tanınan “metamfetamindir”. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri istifadəsi üçün almasını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəkmə iclas zalına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Şahid1 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmiş və əynində olan mavi rəngli şalvarının sol yan cibindən 01 ədəd çəhrayi rəngli dəmir qutunun içərisində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 23 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,017 qram, 0,856 qram ümumi təmiz çəkilər 0, 873 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə “Heroin”, 01 ədəd bükümdə təmiz Çxəkisi 0,016 qram olan psixotrop maddə “Metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 12 iyun 2024-cü il tarixli 3-16-16\2-6\3226 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksləri, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..” yazıları və imzalar bir ədəd zərfin içərisində çəhrayı rəngli dəmir qutunun içərisində 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,856 qram ümumi təmiz çəkiləri 0,873 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,016 qram olan ağ rəngli kristallik maddə -kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; heroin .və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. Məhkəmədə tədqiq olunan 13 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Saratov Şəhər Lenin Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Saratov Şəhər Lenin Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azrəbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Mahmudov X4 Respublikası CPM-nin 513, 520 və CM 76-cı maddələrini rəhbərini rəhbər tutaraq cəzasının çəkilməmiş 05 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunub. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X13 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 13 iyun 2024-cü il tarixli 4248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Məhkmədə tədqiq olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Nərimanov RPİ-nin MSY-nə yerləşdirilmişdir. Məhkmədə tədqiq olunan “Axtarışda olan şəxsin tutulması haqqında” 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində ünvan 9 ünvanının qarşısında saxlanılaraq 16-cı Polis Şöbəsinə aparılmışdır. Məhkmədə tədqiq olunan “Elektron Məhkəmə” X2 görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı var (X3 (xx.xx.2013-cü il təvəllüdlü) və X11 (xx.xx.2014-cü il təvəllüdlü). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdən birinin duz olması ilə bağlı verdiyi ifadəyə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması öz əksini tapmışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ siyahının 83-cü qrafasına əsasən heroinin 0,15 qramı, İİ siyahının 118-ci bəndində isə metamfetamin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinnin təmiz çəkisi 0,873 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 02 (iki) övladının, həyat yoldaşının, ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər məhkum olunması, həmçinin eyni məzmunlu cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (11 iyun 2024-cü il- 13 iyun 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,813 qram narkotik vasitə heroin və 0,006 qram metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD-R disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 hər iş saatına görə 6 (altı) və 11 (on bir) manat hesab edilməklə, məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat, 20 (iyirmi) saata görə 220 (ikiz yüz iyirmi) manat, ümümilikdə 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (11-13 iyun 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,813 qram narkotik vasitə heroin və 0,006 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) və 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) saata görə 180 (yüz səksən) manat, 20 (iyirmi) saata görə 220 (ikiz yüz iyirmi) manat, ümümilikdə 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar