Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-59/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1962-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-nin təsisçisi və direktoru işləyən, Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 123a, mənzil 54 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı ildə Hacıqabul rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də mühasib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 faktiki yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 123a, mənzil 54 ünvanında xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydə alınmış və həmin tarixdən fəaliyyət göstərən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyən zaman öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin mənafelərinə mühüm zərər vuraraq tanışları Şahid1, sonuncunun qohumları Məmmədov Şöbrət Adil oğlunun və Şahid2 «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqmda» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 124 nömrəli Qərarının 1-ci bəndinə əsasən xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarında qanunsuz üstünlük əldə etmələri məqsədi ilə vəzifə saxtakarlığı edib Şahid1, Şahid2 və Şahid3 rəhbərlik etdiyi cəmiyyətin işçiləri olmadıqları halda onların karantin dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələri niyyəti ilə həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini 2020-ci il aprel ayının əvvəlində Şahid1 götürüb onunla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında olan «xxxx» MMC-nin mühasibi Təqsirləndirilən şəxs2 birliyin müvəqqəti fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 136, mənzil 24 ünvanında çatdıraraq bilə-bilə yalan məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin “Elektron Hökümətin İnkişafı Mərkəzinin “e-gov.az” informasiya resurslarına daxil edilməsinə göstəriş vermiş, bundan sonra onunla qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs2 ona Şahid1, Şahid2 və Şahid3 xx.xx.2020-ci il tarixdən cəmiyyətdə tədarükçü kimi işləmələrinə dair informasiya resurslarında xx.xx.2020-ci il tarixdə Şahid1 aid, xx.xx.2020-ci il tarixdə Şahid3 aid və xx.xx.2020-ci il tarixdə Şahid2 aid bilə-bilə yalan məlumatların daxil edildiyini bildirdikdən sonra elektron imzası ilə həmin məlumatları təsdiq edərək, epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozaraq, Koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaradaraq, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı edib epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə “xxxx” MMC-ni təsis etmiş və həmin vaxtdan cəmiyyətin direktoru vəzifəsində işləyir. Rəhbərlik etdiyi cəmiyyət metal tullantılarını müxtəlif adamlardan yığılması, alınması, toplanılması və müxtəlif sexlərə satılması ilə məşğul olur. Cəmiyyətin hüquqi ünvanı onun yaşadığı ünvan, yəni Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 123 A, mənzil 54-dür, cəmiyyətin faktiki ünvanı isə yoxdur. Lakin onun xahişi ilə tanışı Şahid6 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 136, mənzil 24 ünvanında fəaliyyət göstərən ofisində ona yer ayıraraq, cəmiyyətin mühasibi Təqsirləndirilən şəxs2 orada fəaliyyət göstərməsinə icazə vermişdir. Cəmiyyətin təxminən 9 nəfər işçisi vardır, həmin 9 nəfər şəxslərdən biri mühasib, ikisi sürücü, ikisi menecer, qalanları isə tədarükçüdür, yəni metalların toplanılması və yığılması ilə məşğul olanlardır və bütün əməkdaşlarla əmək müqaviləsi bağlanmışdır. Şahid1 o, 2016-cı ildən tanıyır. Adilin yanında bir neçə dəfə sonuncunun oğlu Şöhrəti görmüş və onlarla tanışlıq münasibətləri olmuşdur. Adil və oğlu Şöhrət müstəqil qaydada dəmir alveri, yəni dəmir qırıntılarının qəbulu, yığılması və satışı ilə məşğul olmuşlar. O da, həmin şəxslərlə əvvəl bir-neçə dəfə qeyri-rəsmi metal alveri ilə məşğul olmuşdur. 2020-ci ilin aprel ayının əvəllində karantin rejimi ilə əlaqədar o, Adillə söhbət edərkən sonuncudan hal-əhvalını tutmuş və Adil karantin rejimi ilə əlaqədar işləyə bilmədiyini demişdir. O da Adilə və sonuncunun oğlunu özünə aid cəmiyyətə rəsmi işçi kimi işə götürməyi təklif etmiş, Adilin sözü ilə həmçinin sonuncunun qohumu Kürdəmir rayonunda dəmir yığıntısı ilə məşğul olan və adını bildiyi Şahid2 işə götürməyi razılaşmışdır. Bir müddət sonra Adil ona özünün, oğlu Şöhrətin və qohumu Kamranın şəxsiyyət vəsiqəsinin surətlərini göndərmişdir. Bundan sonra o, Adilin, Şöhrətin və Kamranın şəxsiyyət vəsiqələrini mühasibi Təqsirləndirilən şəxs2 verərək hər üçün şəxsin işçi kimi rəsmiləşdirilməsi üçün bazaya daxil edilməsini demişdir. Onun göstərişi ilə Ayşən Adilin, Kamranın və Şöhrətin tədarükçi kimi işləmələrini cəmiyyətin bazasına daxil etmişdir. xx.xx.2020-ci il tarixdə o, Nərimanov rayonu Təbriz küçəsi ilə hərəkət edən zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayaraq idarəyə aparmışlar. Orada ona bildirmişlər ki, o, karantin qaydalarını pozmuş və qanunsuz olaraq Adili, Kamranı və Şöhrəti işə götürmüşdür. Bundan başqa qeyd etmişdir ki, rəhbərlik etdiyi cəmiyyət 2005-ci il tarixdən açılaraq fəaliyyət göstərsə də, faktiki olaraq yalnız 2019-cu ildən tam fəaliyyətlə işləməyə başlamışdır. Rəhbərlik etdiyi cəmiyyətin qeydiyyat ünvanı onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 123 A, mənzil 54 olmuş, lakin onun fəaliyyəti çöldə olmuşdur. Şahid1, Şahid2 və Şahid3 ilə heç bir əmək müqaviləsi bağlamadan sonunculara aid məlumatlarını sistemə daxil etmiş, həmin şəxslərlə müqavilələri bir müddət sonra görüşən zaman bağlamağı hazırlaşmış və bunun üçün sənədləri hazırlamışdır. O, əvəllər qeyrirəsmi olaraq Adillə metal alveri ilə məşğul olsa da, hazırda Adil, Kamran və Şöhərtlə ticarəti olmamış, yalnız sonuncuları işə götürüdükdən sonra xxxxdə işləməyə hazırlaşmış, sonuncular heç vaxt cəmiyyətinin fəaliyyət göstərdiyi ünvanda və ya faktiki işlədiyi ofisdə olmamış, Şahid1, Şahid3 və Şahid2 işə götürməsində məqsəd sonuncuların karantin dövründə işlərinin rahat olması, pul qazanmağı və onların dəmir işlə məşğul olmaları olmuşdur. Sonda Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasının əsgərlik yoldaşıdır. 2019-cu ilin yay aylarında atası dostları vasitəsi ilə Şahismayılla əlaqə yaradaraq onun işsiz olduğunu demişdir. 2019-cu ilin noyabr ayında Şahismayıl atasına rəhbərlik etdyi cəmiyyətə mühasib lazım olduğun demişdir. Şahismayılın təklif etdiyi vəzifə onun ixtisası üzrə olmasa da, ailəsinin maddi vəziyyəti ağır olduğundan Şahismayılın təklifini qəbul etmişdir. Bundan sonra xx.xx.2019cu ildən başlayaraq o, rəsmi müqavilə əsasında “xxxx” MMC-də mühasib vəzifəsində işləməyə başlamışdır. Mühasib kimi onun vəzifəsi aylıq hesabatları aparmaq, işə qəbul olunan və çıxan şəxslərin anket məlumatlarını, onların ərizələrini, işə götürülmə barədə əmri və əmək müqavilələrini elektron formada yığmaq və onları “E gov az” saytına daxil etməkdən ibarət olmuşdur. O, Şahismayılın tanışı Şahid6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 136, mənzil 24 ünvanında olan ofisdə oturaraq işləmişdir. Həmin ofisdə Şahid6 öz cəmiyyətinin işləri ilə məşğul olmuşdur. Şahismayılın xahişi ilə o, həftədə 3-4 dəfə ofisə gedərək onun üçün ayrılmış masada oturub hesabatları aparmış, Təqsirləndirilən şəxs1 tapşırıqlarını icra etmişdir. 2020-ci ilin aprel ayının əvəllində Təqsirləndirilən şəxs1 ona əvvəl telefonda “Watsapp” proqramı vasitəsi ilə, sonra isə zəng edərək demişdir ki, cəmiyyətə işçi lazımdır və şəxsiyyət vəsiqələrini göndərən şəxslərin sənədləşdirilməsini aparmaq lazımdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ayrı-ayrı vaxtlarda Şahid1, Şahid3 və Şahid2 şəxsiyyət vəsiqələrini göndərmişdir. O da, Şahismayılın göstərişinə əsasən 2020-ci ilin aprel ayının ayrı-ayrı günlərində, Şahid1, Şahid3 və Şahid2 şəxsiyyət vəsiqələrinin anket məlumatlarını kompyüterdə “E gov az” elektron hökümət portalında olan sisteminə daxil etmişdir. Bundan sonra o, bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş və Təqsirləndirilən şəxs1 özünə məxsus elektron “asan imza” ilə hər üç şəxsin işə götürülmələrini imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixdə onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, onlar Şahid1, Şahid3 və Şahid2 qanunsuz olaraq işə götürmüşlər. Bundan başqa qeyd etmişdir ki, o, əvvəllər Şahid1, Şahid2 və Şahid3 tanımamış və onlarla heç bir münasibəti olmamış, Adilin, Kamranın və Şöhrətin adından ərizə və müqavilə tərtib etmiş, lakin sonuncular həmin müqavilələri imza etməmişlər. O, Təqsirləndirilən şəxs1 göstərişi ilə Şahid1, Şahid2 və Şahid3 işə qəbul olunmaları barədə ərizə və əmək müqavilələrini imza etmədikləri halda sonuncuların işə qəbul olunmaları barədə məlumatlarını “E gov az” elektron hökümət portalında olan sistemə daxil etmiş, həmin vaxt Şahismayıl ona Kamranın, Adiln və Şöhərtin xx.xx.2020-ci il tarixdən işə qəbul olunmalarını göstərməsini tapşırmış, məlumatları daxil etdikdən sonra məlumatları təsdiq etmək üçün bu barədə Şahismayıla məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən oğlu Şahid3la xxxxdə müxtəlif yerlərdən metal qırıntıları toplayaraq həmin metal qırıntılarını «X5» şirkətinə topdan satmışdır. Belə ki, onlar Bakı şəhərində tikinti və ya söküntü işləri aparılan yerlərdən metal qırıntılarını ucuz qiymətlərə alır və ya yığır, sonra şirkətə satırlar. Qohumu Şahid2 bu qayda ilə fəaliyyətlə məşğul olmuş, lakin onlardan fərqli olaraq bunu Kürdəmir rayonunda etmişdir. Onlar metal toplayaraq satışı ilə məşğul olsalar da, rəsmi olaraq heç yerdə işləməmişlər. Onların fəaliyyəti qeyri-rəsmi olmuş və onlar bu fəaliyyətlə fərdi qaydada məşğul olmuşlar. X2 təxminən 2-3 ildir ki, metal alveri ilə məşğul olan adam kimi tanımışdır. Şahismayıl zavoda metal təhvil verən zaman daima onların yerinə gəlmiş və onunla söhbət etmişdir. Söhbət zamanı Şahismayıl ona rəhbərlik etdiyi «xxxx» MMC olduğunu demiş və dəfələrlə həmin şirkətdə rəsmi işə düzəlməyi təklif etmiş, o isə razılıq verməmiş və bundan imtina etmşidir. 2020-ci ilin mart ayının ortalarında karonavirusun yayılması ilə bağlı ölkədə karantin rejimi tətbiq edildikdən sonra adamların sərbəst hərəkəti qanunla məhdudlaşdırılmış, lakin bir sıra şəxslər, o cümlədən hansısa bir şirkətin rəsmi işçisi olan adam karantin dövründə sərbəst hərəkət etmək imkanına malik olmuşdur. Lakin o, oğlu Şöhrət və qohumu Kamran hər hansı bir şirkətin rəsmi işçisi olmadıqlarından, karantin dövründə onların sərbəst hərəkət etmək imkanı olmamış, məcburən də evdə qalmaqdan başqa çarələri olmamışdır. 2020-ci ilin aprel ayının əvvəllərində o, işləyə bilmədiyindən Şahismayılla əlaqə saxlayıb bu barədə demişdir. Bundan sonra o, «sms» yazaraq icazə alıb Şahismayılla zəngləşib icarəyə götürdüyü sahədə görüşmüşdür. Söhbət zamanı o, Şahismayıla bildirmişdir ki, mövcud vəziyyətlə bağlı evdən çölə çıxa bilmir və onlara köməklik edə bilərmi. Şahismayıl da ona təklif etmişdir ki, onu, oğlu Şöhrəti və qohumu Kamranı «xxxx» MMC-nin işçiləri olmaları ilə bağlı rəsmiləşdirmə aparsın, hətta onlarla əmək müqaviləsi də bağlasın, bundan sonra onların hər üçü karantin dövründə sərbəst hərəkət edə bilərlər. Şahismayılın dediyi fikir onun ağlına batmış və o, razılıq vermişdir. 2020-ci ilin aprel ayının əvvəlində o, özünün, Kamranın və Şöhrətin şəxsiyyət vəsiqələrinin surətlərini Şahismayıla göndərmiş və Şahismayıl onları elektron qaydada cəmiyyətdə tədarükçü kimi rəsmiləşdirmişdir. Bundan sonra onların telefon nömrələrinə mesajlar gəlmiş və onlar karantin dövründə rahat işləməyə başlamışlar. Dəfələrlə onları polis əməkdaşları yolda saxlayanda o, Kamran və Şöhrət onlara göndərilmiş mesajlar polisə göstərmiş, ya da şəxsiyyət vəsiqələrinin nömrəsini demiş və polis əməkdaşları bazada onları yoxlayanda onların həqiqətən də həmin şirkətin işçisi olduqları təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən etibarən qohumu Şahid1 kimi müxtəlif yerlərdən metal qırıntıları toplayır və həmin metal qırıntılarını «X5» şirkətinə satmışdır. Adil və sonuncunun oğlu Şöhrət Bakı şəhərində işləyir, o isə tək Kürdəmir rayonunda bu işlə məşğul olmuşdur. Qohumu Adil təxminən 2-3 ildir ki, Şahismayıl adlı şəxsi tanımış və onların dostluq münasibəti olmuşdur. Karonavirusun yayılması ilə bağlı ölkədə karantin rejimi tətbiq edildiyindən, əksər vətəndaşların sərbəst hərəkəti qanunla məhdudlaşdırılmış, lakin bir sıra şəxslər, o cümlədən hansısa bir şirkətin rəsmi işçisi olan adamların karantin dövründə sərbəst hərəkət etmələrinə icazə verilmişdir. Onun belə icazəsi olmadığından, məcburən evdə qalmış və işləməmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Adil Şahismayılla söhbət edərkən mövcud vəziyyətlə bağlı evdən çölə çıxa bilmədiklərini demiş, Şahismayıl da Adilə onun, Adilin və Adilin oğlu Şöhrətin «xxxx» MMC-nin işçiləri olmaları ilə bağlı rəsmiləşdirmə aparmağı, hətta onlarla əmək müqaviləsi bağlaya biləcəyini və bundan sonra karantin dövründə sərbəst hərəkət edə biləcəyini demişdir. Şahismayılın təklifi Adilin xoşuna gəlmiş və Adil razılaşmışdır. Bundan sonra Adil bunu ona demiş və o, etiraz etməmişdir. Bundan sonra o, Adilə şəxsiyyət vəsiqəsinin surətini göndərmiş, Adil onun, özünün və oğlunun şəxsiyyət vəsiqələrinin surətlərini Şahismayıla göndərmişdir. Bundan sonra 2020-ci ilin aprel ayının əvvəlindən etibarən Şahismayıl onları öz cəmiyyətində metal qırıntılarının tədarükçüsü kimi rəsmiləşdirmişdir. Hər üçünün əmək müqaviləsi elektron formada bağlanmış və bununla bağlı onların nömrələrinə mesaj da gəlmişdir. Karantin dövründə onları yolda polislər saxlayanda o, ya telefonda onlara göndərilmiş mesajı polisə göstərmiş, ya da şəxsiyyət vəsiqəsinin nömrəsini demişdir. Polis də onların şəxsiyyət vəsiqəsinin nömrəsini baza ilə yoxlayanda onların həqiqətən də həmin şirkətin işçisi olduqları aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər şahidlər Şahid1 və Şahid2 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkərlaqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 karantin rejim qaydalarının tələblərini pozmaq məqsədi ilə təsisçi və direktoru olduğu “xxxx” MMC-də işə götürməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı yoxlandıqdan sonra Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1, Şahid2 və Şahid3 qanunsuz olaraq işə götürməsi müəyyən edilmişdir. Bununla əlaqədar müvafiq qərar qəbul olunmuş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahismayıl Orcuov ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkərlaqla Mübarizə İdarəsinə dəvət edilmiş, idarəyə gətirilməsi ilə əlaqədar müvafiq protokol tərtib olunmuş və tərtib olunmuş materiallar istintaq orqanına verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə «xxxx» MMC-ni təsisi etmişdir və həmin vaxtdan həmin cəmiyyətin direktoru vəzifəsində işləyir. Onların cəmiyyəti müxtəlif xırdavat materialların təhcizatı ilə məşğul olur. 2018-ci ilin yay aylarında Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 136, mənzil 24 ünvanında yerləşən yeri icarə müqaviləsi əsasında icarəyə götürmüş və onun cəmiyyəti orada öz fəaliyyətini davam etdirir. 2019-cu ilin noyabr ayının sonunda tanışı və bir rayondan olan Təqsirləndirilən şəxs1 ondan xahiş etmişdir ki, icarəyə götürdüyü ofisdə Şahismayılın rəhbərlik etdiyi “xxxx” MMC-nin sənədlərinin saxlanmasını və mühasibi Təqsirləndirilən şəxs2 oturmasına icazə versin. Şahismayılı yerli kimi tanıdığından və Şahismayılla dostluq münasibəti olduğundan buna etiraz etməmiş və icarəyə götürdüyü ofisdə ona bir yer ayırmış və Şahismayıl həmin ofisdə öz sənədlərini yığmış, öz cəmiyyətinin mühasibi Ayşən isə hər gün işə gələrək ayrılmış masada oturmuşdur. Buna baxmayaraq nə onun Şahismayılını işlərinə və rəhbərlik etdiyi cəmiyyətə, nə də Şahismayılın onun işlərinə və rəhbərlik etdiyi cəmiyyətə heç bir aidiyyəti olmamışdır. xx.xx.2020-ci il tarixdə axşam radələrində o, ofisdən çıxmaq istəyən zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ofisə gələrək Təqsirləndirilən şəxs1 rəhbərlik eldiyi “xxxx” MMC-nin sənədlərini və cəmiyyətin əməkdaşı Təqsirləndirilən şəxs2, eləcə də onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, o, əvvəllər Şahid1, Şahid2 və Şahid3 heç vaxt görməmiş, onları tanımamış və onlarla heç bir əlaqəsi olmamış, həmin şəxsləri heç vaxt Təqsirləndirilən şəxs1 yanında görməmişdir. Şahismayil Orucovun 2020-ci ilin aprel ayında Şahid1, Şahid2 və Şahid3 özünə məxsus “xxxx” MMC-də tədarükçü vəzifəsinə işə götürməsi ilə əlaqədar məlumatı olmamışdır. Cinayət işinin İ cildinin 8-ci vərəqində olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, DİN-in BMCMİ-nin KSPSM və MDQM İdarəsinin baş əməliyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakları ilə həmin protokolu tərtib etmişdir. Protokoldan görünür ki, qərəzsiz və etibar doğuran mənbələrdən bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 bir sıra şəxslərlə əlbir olaraq karantn rejiminin tələblərini pozmaq məqsədilə müxtəlif şəxsləri özünün təsisçisi və direktoru olduğu “xxxx” MMC-yə qanunsuz olaraq işə götürür, bununla da həmin şəxsləri karantin rejimi dövründə sərbəst hərəkətlərinə şərait yaradaraq xəstəliklərin yayılmasına real təhlükə yaradır. İlkin yoxlama zamanı Təqsirləndirilən şəxs1 karantin rejiminin tələblərini pozmaq məqsədilə işə götürdüyü şəxslərin Şahid1, Məmmdov Adil Şöhrət oğlu və Şahid2 olmaları müəyyən edilmişdir. Əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 89-da yerləşən “№1 Avto ehtiyyat ” hissələri mağazasının yaxınlığında olması bildirildi. Onlar əməliyyat üzvləri ilə xxxxdə xx xxxxx 2020-ci il tarixdə qeyd edilən ünvana yollanmışlar. Həmin mağazanın yanında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs1 oxşayan şəxsə yaxınlaşmışlar və saat 18 radələrində onu saxlamışlar. Ona özlərini təqdimn edib və bildiriblər ki, onun qanunsuz əməlləri barədə məlumat daxil olmuşdur. Həmin şəxs də özünün Təqsirləndirilən şəxs1 olduğunu və “xxxx” MMC-nin təsisşisi olduğunu bildirmişdir. Onlar ona təklif etmişlər ki, üzərində və ya işlədiyi ofsdə qanunsuz əşya və ya sənəd nə varsa təqdim etsin. Oda bildirmişdir ki, üzərində qanunsuz əşya, predmet yoxdur. Eyni zamanda bildirmişdir ki, onun təsisçisi olduğu şirkətin faktiki fəaliyyət göstərdiyi ünvan yoxdur. Onlar hal şahidlərinin iştirakları ilə onun üzərinə baxış keçirmişlər. Həqiqqətən də onun üstündən qanunsuz əşya aşkar edilməmişdir. Sonra onlar araşdırmanın davam etdirilməsi üçün onu idarəyə dəvət etmişlər. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, həmin protokol iştirakçlar tərəfindən imzalanmışdır. Cinayət işinin İ cildinin 26-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 98-99-cu vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cildinin 107-109-cu vərəqələrində olan Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-526/2020 saylı qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin xx xxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 181-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 01 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İ cildinin 192-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, 05 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “xxxx” MMC-də mühasib vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İ cildinin 244-cü vərəqində olan “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, “xxxx” MMC-də tədarükçü vəzifəsində işləyən Şahid1 xx.xx.2020-ci il – xx.xx.2020-ci il tarixlərində Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri ərazilərində hərəkətinə icazə verilmişdir. Cinayət işinin İ cildinin 246-cı vərəqində olan “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, “xxxx” MMC-də tədarükçü vəzifəsində işləyən Şahid3 xx.xx.2020-ci il – xx.xx.2020-ci il tarixlərində Bakı şəhəri, Abşeron rayonu, Kürdəmir rayonu ərazilərində hərəkətinə icazə verilmişdir. Cinayət işinin İ cildinin 248-ci vərəqində olan “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, “xxxx” MMC-də tədarükçü vəzifəsində işləyən Şahid2 xx.xx.2020-ci il – xx.xx.2020-ci il tarixlərində Bakı şəhəri və Kürdəmir rayonu ərazilərində hərəkətinə icazə verilmişdir. Cinayət işinin İİ cildinin 5-7-ci vərəqələrində olan “Əməlin tövsif edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 139-1.1, 308.1 və 313-cü maddələrinə tövsif edilməsi və onlara yenidən həmin maddələrlə ittiham verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 76-cı vərəqində olan Astara rayon İHB-nın Ərcivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 137-ci vərəqində olan Xətai rayon MKTB-nin 100 saylı MKİS-i tərəfindən verilən xx xxxxxxxx 2020-ci il tarixli, 04 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla xxxxdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2020-ci il tarixli, xx/xx- 8460 nömrəli məktubundan görünür ki, hazırda Bakı istintaq təctidxanasında saxlanılan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 “Şəkərli diabet ll-ci tip” xəstəsidir. Bakı istintaq təcridxanasında saxlanıldığı müddətdə o, həmişə həkim nəzarətində olmuş və dövri müayinələrə cəlb olunmuşdur. Onun biokimyəvi müayinələrinin nəticəsi norma daxilində, qanda şəkərin miqdarı qəbul etdiyi hipoqlikemik dərman preparatlarının qəbulu fonunda normanın yuxarı həddində olmuşdur. Həbs edilmiş şəxsin arterial təzyiqi hipotenziv dərman preparatlarının qəbulu fonunda normanın yuxarı həddində olmuşdur. Hazırda səhhəti həkim nəzarətindədir. Gələcəkdə səhhətində ağırlaşma olarsa müvafiq tibbi yardımlar göstəriləcəkdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla xxxxdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 116 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxslərinin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: -hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; -dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd edilən maddənin tələbini, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onların barəsində dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə islah işləri cəzası təyin edilməli, hazırki hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə) çıxılmalı və üzərində qəti olaraq dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə islah işləri cəzası təyin edilməli, hazırki hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 9 (doqquz) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (18 ay 8 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulub 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-59/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-59/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver