Məhkəmə qərarları › İş №1(005)-59/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-59/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-59/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs13, müdafiəçilər – Bakı şhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Femida” Vəkil Bürosunun vəkili X1, tərcüməçi - X18, Təqsirləndirilən şəxs iştirakları ilə, 06 noyabr 1976-cı il tarixdə Qazaxstan Respublikasının İsıq şəhərində anadan olmuş, Qazaxstan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 (səksən bir) manat məbləğində yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün əlavə iki nəfər adam cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 (üç yüz) ABŞ dolları məbləğində, habelə yeni layihəyə əsasən şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə olunacağı, investisiyanın daha artıq olacağı halda qazancın 9.000 (doqquz min) ABŞ dollarına qədər yüksələcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs13 yalan vəd verib 2019-cu ilin sentyabr ayının sonlarında 405 (dörd yüz beş) manat, 07 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları, 14 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 2.040 (iki min qırx) manat təşkil edən 1200 (min iki yüz) ABŞ dolları, 15 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1020 (min iyirmi) manat təşkil edən 600 (altı yüz) ABŞ dolları, 19 fevral 2020-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1020 (min iyirmi) manat təşkil edən 600 (altı yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 4.995 (dörd min doqquz yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 (səksən bir) manat məbləğində yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün əlavə iki nəfər adam cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 (üç yüz) ABŞ dolları məbləğində, habelə yeni layihəyə əsasən şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şəbəkəyə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə ediləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs9 yalan vəd verib 2019-cu ilin oktyabr ayının əvvəllərində 81 (səksən bir) manat, 24 fevral 2020-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 591 (beş yüz doxsan bir) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsəci ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra ilkin sistem proqramı əsasında 81 (səksən bir) manat məbləğində yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmək üçün əlavə iki nəfər adam cəlb edəcəyi halda bir ay ərzində şirkətdən 300 (üç yüz) ABŞ dolları məbləğində, habelə yeni layihəyə əsasən şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şəbəkəyə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə ediləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2019-cu ilin oktyabr ayında 81 (səksən bir) manat, 10 fevral 2020-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları, 14 fevral 2021 -ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1.101 (min yüz bir) manat məbəğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra 860 (səkkiz yüz altmış) ABŞ dolları məbləğində yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfər adam cəlb edəcəyi halda 2-3 ay ərzində şirkətdən 19.200 (on doqquz min iki yüz) ABŞ dolları məbləğində, eyni şərtlərlə şəbəkəyə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda isə 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə olunacağı barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib 29 noyabr 2019-cu il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.462 (min dörd yüz altmış iki) manat təşkil edən 860 (səkkiz yüz altmış) ABŞ dolları, 22 yanvar 2020-ci il tarixdə isə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları, 2020-ci ilin mart ayının əvvəllərində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.020 (min iyirmi) manat təşkil edən 600 (altı yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 2.992 (iki min doqquz yüz doxsan iki) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə caxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra hər bir iştirakçı üçün 872 (səkkiz yüz yetmiş iki) ABŞ dolları məbləğində yatırım edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfər adam cəlb edəcəyi halda qısa müddət ərzində şirkətdən 19.200 (on doqquz min iki yüz) ABŞ dolları məbləğində, eyni qaydada digər layihə üzrə hər istifadəçinin adından 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində yatırım edəcəyi halda on gün ərzində şirkətdən 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə olunacağı barədə, həmçinin şirkətin hesabına 1.320 (min üç yüz iyirmi) ABŞ dolları məbləğində əlavə ödəniş etməklə ilkin yatırıma görə mükafat qismində nəzərdə tutulmuş 1.920 (min doqquz yüz iyirmi) ABŞ dollarından ibarət məbləğin daha qısa zaman kəsiyində əldə olunacağına dair Zərərçəkmiş şəxs16 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2019-cu ilin dekabr ayının sonlarında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 2.964,8 (iki min doqquz yüz altmış dörd manat səkkiz qəpik) manat təşkil edən 1.744 (min yeddi yüz qırx dörd) ABŞ dolları məbləğində, 2020-ci ilin yanvar ayının əvvəllərində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 3.236,8 (üç min iki yüz otuz altı manat səkkiz qəpik) manat təşkil edən 1.904 (min doqquz yüz dörd) ABŞ dolları məbləğində, 2020-ci ilin mart ayının əvvəllərində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 2.244 (iki min iki yüz qırx dörd) manat təşkil edən 1.320 (min üç yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 8.445,6 (səkkiz min dörd yüz qırx beş manat altı qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində yatırım edəcəyi halda on gün ərzində 1.000 (min) ABŞ dolları məbləğində, eyni şərtlərlə 800 (səkkiz yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda isə iki ay ərzində 14.000 (on dörd min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan vəd verib guya pulun köçürülməsi xərclərini də hesablayaraq hər iki şəbəkə layihəsində iştirak edəcəyini göstərərək 28 yanvar 2020-ci il tarixdə 1.948 (min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə sonuncudan heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi, vəd verilən müddət ərzində göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 yalan vəd verib 29 yanvar 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə hər bir iştirakçı üçün 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi, vəd verilən müddət ərzində göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə Zərərçəkmiş şəxs8 yalan vəd verib sistemdə bir neçə şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2020-ci ilin yanvar ayında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 1.530 (min bəş yüz otuz) manat təşkil edən 900 (doqquz yuz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində yatırım edəcəyi halda on gün ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi barədə tanışı Şahid2 vasitəsi ilə X8 yalan vəd verib guya sistemdə iki nəfər şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 2020-ci ilin fevral ayının əvvəllərində Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 924,8 (doqquz yüz iyirmi dörd manat səkkiz qəpik) manat təşkil edən 544 (beş yüz qırx dörd) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən zərərçəkmiş şəxsdən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı nüştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində yatırım edəcəyi halda on gün ərzində 1.000 (min) ABŞ dolları məbləğində, eyni qaydada digər layihə üzrə 860 (səkkiz yüz altmış) ABŞ dolları məbləğində yatırım edəcəyi halda isə bir ay ərzində şirkətdən 14.000 (on dörd min) ABŞ dolları məbləğində qazanc əldə olunacağı barədə Zərərçəkmiş şəxs5 yalan vəd verib guya sistemdə iki nəfər şəxsin adına qeydiyyatdan keçib şəxsi kabinet açaraq hər birinin nəzərdə tutulan mənfəəti götürəcəyinə inandırmaqla 09 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 924,8 (doqquz yüz iyirmi dörd manat səkkiz qəpik) manat təşkil edən 544 (beş yüz qırx dörd) ABŞ dolları, daha sonra həmin gün Azərbaycan manatının qeyd edilən dövrə olan məzənnəsi ilə 1.462 (min dörd yüz altmış iki) manat təşkil edən 860 (səkkiz yüz altmış) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 2.386,8 (iki min üç yüz səksən altı manat səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi, vəd verilən müddət ərzində göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs7 yalan vəd verib 22 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofiscə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi, vəd verilən müddət ərzində göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs12 yalan vəd verib 24 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra 300 (üç yüz) ABŞ dolları məbləğində pul yatırımını təmin edəcəyi və şəbəkəyə eyni şərtlərlə iştirak etmələri üçün əlavə iki nəfər adam cəlb olanacağı halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 yalan vəd verib 25 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən zərərçəkmiş şəxsdən alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi, vəd verilən müddət ərzində göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs14 yalan vəd verib 29 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 (üç yüz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi, vəd verilən müddət ərzində göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs11 yalan vəd verib 29 fevral 2020-ci il tarixdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə fırıldaqçı sxem üzrə fəaliyyət göstərən «şəbəkə biznesi» qurub cəlb edəcəyi çoxsaylı müştərilərin əmlakını etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən «X35 LTD» adlı etibarlı beynəlxalq şirkətin ölkədəki rəsmi nümayəndəsi kimi təqdim edərək, təşviqat işləri aparmış və beləcə insanlar arasında onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına dair inam qazanmağa nail olduqdan sonra şəbəkəyə əlavə adamlar cəlb etməyə zərurətin olmaması şərti ilə şirkətə 300 (üç yjz) ABŞ dolları məbləğində yatırım edəcəyi halda 2-3 həftə ərzində 1.000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyi, vəd verilən müddət ərzində göstərilən qazanca yiyələnə bilməyəcəyi halda isə bank xərcləri istisna olmaq şərti ilə ödənilən əsas yatırım məbləğini istənilən zaman geri ala biləcəyi barədə Zərərçəkmiş şəxs15 yalan vəd verib 2020-ci ilin fevral ayının sonlarında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 510 (beş yüz on) manat təşkil edən 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisdə tanışı Zərərçəkmiş şəxs8 vasitəsi ilə heç bir müqavilə və ya ödəniş qəbzi tərtib edilmədən alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında daimi iş yeri olmadığına və bu səbəbdən maddi durumu ailəni dolandırmağa kifayət etmədiyindən iş axtarmağa başlamışdır. Bununla bağlı həmin ərəfədə internet resurslarına daxil olub müxtəlif platformalarda evdən çıxmadan, yəni internet üzərində müəyyən fəaliyyətlə məşğul olub pul qazanmağın yollarını axtarmışdır. Qeyd edilən tarixdə o, iş axtardığı zaman qarşısına «X35 LTD» şirkətinin rəsmi internet hesabı çıxmış, həmin şirkətin səhifəsinə daxil olaraq orada yerləşdirilmiş məlumatları, pul qazanmağın yollarını və şərtlərini öyrənməyə başlamış, qeyd edilən şirkətin səhifəsində müxtəlif növ proyektlər və biznes layihələrinin olmasını aşkar etmişdir. Həmin layihələrdən hər-hansı birinə böyük miqdar təşkil etməyən məbləğdə pul yatırımı etməklə və yatırım edən şəxs özündən savayı iki nəfər şəxsi də eyni qaydada şirkətə cəlb etməklə hesaba pul yatırımı etməsinə nail olmaqla virtual şəbəkə yaratmaq və bu yolla gəlir əldə etməyin mümkün olmasını müəyyən etmişdir. Həmin şirkət bütün dünya ölkələrinə açıq olduğu üçün digər şəxslər də orada iştirak edib partnyorluq edə bilmişdir. O, 2018-ci ilin sentyabr ayında həmin səhifədə rəsmi qeydiyyatdan keçmiş, şirkətin müəyyən etdiyi qaydalara görə şəbəkədə mövcud layihələrin bir neçəsini keçməklə yekunda 96.000 (doxsan altı min) ABŞ dolları məbləğində mükafat əldə etməyin, habelə qeyd edilən vəsaitdən bank xərclərini, şirkətin faiz xərclərini çıxmaq şərti ilə pulu nağdlaşdırmaq və ya həmin pulu nağdlaşdırmadan Şimali Kipr Respublikasında eyni dəyərdə mənzil almağın mümkün olmasını görmüşdür. Bakı şəhərində daimi yaşadığı özünə, yəni ailəsinə məxsus ev olmadığı üçün o, qərara gəlmişdir ki, əgər həmin pul vəsaitini qazanmış olsa pulu nağdlaşdıraraq Bakıda mənzil almaqla ailəsi ilə orada yaşasın. İlk əvvəl onun adına Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara məxsus plastik kart olmadığı üçün ona lazım olduqca əvəzinə pul yatırımını Qazaxıstan Respublikasında yaşayan və birinci nikahından olan oğlu etmişdir. Daha sonralar isə artıq o, gəlir əldə etməyə başladığı vaxtdan sonra əri Ruslanın adına qeydiyyat alınmış "xxxx" ASC-yə aid və tanışı Şəfəqin adına qeydiyyata alınmış eyni adlı banka aid plastik kartlardan istifadə edərək qazancını nağdlaşdırmışdır. Həmin kartı itirdiyi üçün sonradan istintaqa təqdim edə bilməmişdir. İlk dəfə şirkətin səhifəsində qeydiyyatdan keçərək özünə şəxsi virtual kabinet açmış və «GrouPlus/GrouPlus45» layihəsinə qoşulmuşdur. Şəxsi kabinetinin şifrəsi onun özünə aid olduğu üçün hsabına daxil olub oradakı məlumatları istintaqa göstərmək istəməmişdir. O mərhum dostu «Eldar» müəllimin dəvət etdiyi şəxs kimi qeydiyyatdan keçmiş və Eldarın virtual masasının iştirakçısı olmuşdur. Virtual kabinetə 90 (doxsan) ABŞ dolları yatırdıqdan sonra özündən savayı layihəyə iki nəfər şəxsi, yəni tanışları İrina Popovanı və Qalina Ağayevanı da dəvət etmiş və onların da hərəsi 90 (doxsan) ABŞ dolları məbləğində pul vəsatini hesaba yatırmışlar. Həmin şəxslərin də hərəsininin ayrı-ayrılıqda dəvət etdiyi iki nəfər şəxslərin hesabına o, nəzərdə tutulan 170 (yüz yetmiş) ABŞ dolları məbləğindən ibarət qazancı əldə etmişdir. Əldə etdiyi qazancı nağdlaşdırmadan şirkətin növbəti mərhələsinə, «EuroBit» layihəsinə yatırmışdır. İlk mərhələni uğurla keçdikləri üçün həmin mərhələdə artıq İrina və Qalina onun dəvət etdiyi şəxslər kimi qeydə alınmışdır. Bu mərhələdən sonra artıq sistematik olaraq onlardan sonra dəvət edilmiş hər iki nəfər şəxsin növbəti iki nəfəri ardıcıl olaraq dəvət etməsi tələb edilmişdir. Yəni artıq onun adam dəvət etməyinə zərurət olmamışdır. Qeyd edilən layihədə iştirakı nəticəsində 300 (üç yüz) ABŞ dolları məbləğində qazanc əldə etmişdir. Mövcud qaydalara görə əldə edilən qazancın cəmi 25 (iyirmi beş) nağdlaşdırmaq mümkün olmuşdur. Qalan 25 (iyirmi beş) ABŞ dolları şirkətin xidmət xərcinə çıxılmış, qalan 250 (iki yüz əlli) ABŞ dolları isə avtomatik olaraq «EuroBit» layihəsinin tərkib hissəsi olan ikinci mərhələyə yatırılmışdır. O həmin mərhələdə də iştirak etmiş və sosial internet marketinqi sahəsində böyük təcrübəsi olan «Eldar» adlı mərhum dostunun tanışlarının, özünün isə ümumiyyətlə tanımadığı insanların hesabına həmin mərhələni də keçib şirkət tərəfindən vəd verilən 1000 (min) ABŞ dolları məbləğində pul mükafatını əldə etmişdir. Həmin mərhələdə «Eldar» adlı dostu öz tanışlarını onun kabinetindəki masa arxasına dəvət etdirmiş və nəticədə zəruri sayda adamlar (ümumilikdə 6 nəfər) toplandıqdan sonra qazanca çıxmışdır. Qeyd edilən mərhələdə isə o, əldə etdiyi qazancı bank xərcləri və şirkətin xidmət haqqını çıxmaqla nağdlaşdıra bilmək imkanına sahib olsa da, bunu etməyərək pulu növbəti mərhələyə, «SunnyChance» layihəsinə yatırmışdır. Həmin mərhələyə daxil olduqdan sonra özünə məxsus qızıl-zinət əşyalarını sataraq 1.000 (min) ABŞ dolları məbləğində pul əldə etmiş və həmin pulu rəfiqəsi İrina Popovanın adından layihəyə yatırmışdır ki, İrina onun dəvət etdiyi şəxs kimi görsənsin. Onun virtual masasına qoşulmuş ikinci şəxsi isə ümumiyyətlə tanımamışdır. Bütün dünya ölkələrindən orada iştirak edənlar olduğu üçün belə hallar şəbəkədə olmuşdur. Çünki pul qazanmaq üçün şərt masada olan şəxslərin də ayrı-ayrılıqda iki nəfər şəxsi cəlb etməsi olmuşdur. İrina Popova hansısa qohumunu və dostunu, həmin tanımadığı şəxs də öz növbəsində iki nəfər şəxsi şəbəkəyə dəvət etdikləri üçün nəticədə o, 4.000 (dörd min) ABŞ dolları məbləğində qazanca çıxmışdır. Mövcud şərtlərə görə bu mərhələdə əldə olunan qazancın cəm 1.000 (min) ABŞ dollarını çıxarıb nağdlaşdırmaq mümkün olmuşdur. Çünki qalan 2.000 (iki min) ABŞ dolları pul avtomatik olaraq şirkətin «SmtSoft» layihəsində iştirak etmək üçün oraya, qalan 1.000 (min) ABŞ dolları məbləğində pul isə reinvestisiya (təkrar yatırım) kimi «SunnyChance» layihəsində fəaliyyəti davam etdirmək və təkrarən 4.000 (dörd min) ABŞ dolları qazanc əldə etmək üçün həmin layihəyə yatırılmışdır. O, 1.000 (min) ABŞ dollarını nağdlaşdırmayaraq həmin pulu «SunnyChance» layihəsində bacısı qızının oğlu Seyitmetov Kurbancanın adına virtual masa açdıraraq hesabına yatırtmışdır ki, gələcəkdə dəvət ediləcək şəxslərin hesabına həmin sistemdə yenidən qazanc əldə etsin. Lakin həmin sistemdə daha sonrakı ərəfələrdə əlavə şəxslər dəvət edilmədiyi üçün hər-hansı qazanc əldə etməmişdir. «SmtSoft» layihəsinə qoşulduqdan sonra o, 2000 (iki min) ABŞ dollarından ibarət şəxsi vəsaiti hesabına hazırda adını xatırlamadığı şəxsi şəbəkəyə dəvət etmişdir. Dəvət edilməli olan ikinci şəxsi isə o, şəxsən dəvət etməmişdir. Həmin şəxsi də tanımamışdır. Ondan yuxarı instansiyada olan, yəni masasında olduğu şəxs qazanca çıxmaq üçün tanımadığı şəxsi də onun masasına dəvət etdirmişdir. Bunun ardınca isə həmin iki nəfər şəxs də şəbəkəyə əlavə iki nəfər şəxs dəvət etdikləri üçün qeyd edilən layihə üçün nəzərdə tutulan 8.000 (səkkiz min) ABŞ dolları məbləğində mükafat əldə etmişdir. Həmin mərhələnin şərtlərinə görə əldə edilən qazancdan hər-hansı məbləğdə hissəni nağdlaşdırmaq mümkün olmamış və virtual hesabda qalaraq növbəti mərhələyə - «SunMetropolis» layihəsinə keçid yaranmışdır. O həmin layihəyə qoşulsa da bu günədək hər-hansı bir şəxsi virtual masaya dəvət edə bilməmiş, ona görə də hər-hansı məbləğdə qazanc əldə edə bilməmişdir. Həmin layihənin şərtinə görə mərhələni uğurla başa çatdırmış olsaydı 32.000 (otuz iki min) ABŞ dolları məbləğində qazanc əldə olunacaqdı. Bunun üçün o, iki nəfər şəxsi, həmin iki nəfər şəxs də öz növbəsində ayrıayrılıqda iki nəfər şəxsi şəbəkəyə dəvət etməli, həmin şəxslərin də hər biri 8.000 (səkkiz min) ABŞ dolları məbləğində yatırım etməli olmuşdur. «X35 LTD» şirkətinin «AutoPlus» layihəsinin isə yuxarıda adlarını göstərdiyi layihələrə hər-hansı bağlılıq aidiyyəti olmamaqla özünün bir neçə etapı (turu) olan müstəqil bir layihə olmaqla qeyd edilən layihədə iştirak etməklə digər layihələrdə ümumiyyətlə iştirak etməmək mümkün olmuşdur. Həmin layihədə iştirak etmək üçün ilkin olaraq 800 (səkkiz yüz) ABŞ dolları məbləğində pul yatırımı etmək lazım idi. O, layihənin birinci turunda həmin vəsait yatıraraq Rusiya Federasiyasının Maxaçkala şəhərində yaşayan İndira adlı qızı və Bakı şəhərində yaşayan əsl adı «Qəməndər» olan, «Oktay» kimi tanıdığı şəxsi dəvət edib 3.200 (üç min iki yüz) ABŞ dolları məbləğində qazanc əldə etmişdir. Həmin turun şərtinə görə qazanc edilmiş pulun yalnız 800 (səkkiz yüz) ABŞ dollarını nağdlaşdırmaq mümkün olmuşdur. Qalan 2.400 (iki min dörd yüz) ABŞ dolları isə avtomatik olaraq həmin layihənin ikinci etapında iştirak etmək üçün oraya yönləndirilmişdir. O, 800 (səkkiz yüz) ABŞ dollarını nağdlaşdırmayaraq həmin vəsaiti eyni layihənin birinci etapına hazırda adını xatırlaya bilməyəcəyi tanışının adına yatırmışdır ki, gələcəkdə həmin şəxsin dəvət edəcəkləri şəxslərin hesabına əlavə qazanc əldə etsin. «AutoPlus» layihəsinin ikinci etapında da onun dəvət etdiyi şəxslər, yəni İndira və Qəməndər eyni məbləğdə pulu sistemə yatıraraq onun dəvət etdiyi şəxslər qismində iştirak etmşlər. Həmin turun müstəsna şərtinə görə altı deyil, cəmi iki nəfər dəvət edilmiş şəxsin hərəsinin 2.400 (iki min dörd yüz) ABŞ dolları məbləğində yatırım edəcəkləri halda 4.800 (dörd min səkkiz yüz) ABŞ dolları dəyərində qazanc nəzərdə tutulmuşdur. İndira ilə Qəməndər həmin pul vəsaitlərini yatırdıqları üçün o, 4.800 (dörd min səkkiz yüz) ABŞ dolları qazanca çıxmışdır. Həmin etapın şərtlərinə görə əldə edilən qazancdan hər-hansı məbləğdə hissəni nağdlaşdırmaq mümkün olmamış və virtual hesabda qalaraq növbəti etapa keçid yaranmışdır. Üçüncü etapda onun masasında olan Qəməndər və İndira da 4.800 (dörd min səkkiz yüz) ABŞ dollarından ibarət pul vəsaitləri ilə iştirak edərək özlərindən savayı hər biri ayrı-ayrılıqda iki nəfər şəxsi də sistemə dəvət edib, hər birinin eyni məbləğdə pul vəsaiti ilə iştirak etmələrini təmin etdikləri üçün nəticədə o, şirkət tərəfindən vəd verilən 19.200 (on doqquz min iki yüz) ABŞ dolları dəyərincə qazanc əldə etmişdir. Həmin pulun 4.800 ABŞ dollarından ibarət hissəsi, avtomatik olaraq şirkət tərəfindən reinvestisiya kimi əvvəlki etaplarda iştirakını davam etdirmək üçün həmin etaplarda olan hesabına yönləndirilmişdir. Qalan 14.400 (on dörd min dörd yüz) ABŞ dollarını isə onun nağdlaşdırmaq hüququ olsa da o, bunu etməmişdir. Ondan başqa Qəməndər və İndira da eyni qaydada 19.200 (on doqquz min iki yüz) ABŞ dolları dəyərində qazanca çıxaraq mümkün olan 14.400 (on dörd min dörd yüz) ABŞ dollarını nağdlaşdırmamışlar. Çünki həmin etapa başlamazdan öncə Qəməndər və İndira ilə razılaşma əldə etmişdir ki, əldə etdikləri qazancı nağdlaşdırmayaq birinci etapdakı masa cədvəlinin sayını (şəxslərin sayını) artırmaq üçün müxtəlif adamların adlarına yatırmaqla onların da iştiraklarını təmin etsinlər ki, həmin şəxslərin də növbəti etaplara keçməsi nəticəsində daha çox qazanc əldə edə bilsinlər. Bunun üçün həmin şəxslərin də başqa şəxsləri dəvət etməsi tələb olunmamışdır. Lakin razılaşmanı icra edib başqa şəxslərin adlarına yatırım etmiş olsalar da, həmin şəxslər özlərindən savayı digər adamları da şəbəkəyə dəvət edə bilmədikləri üçün növbəti mərhələlərdə hər-hansı qazanc əldə olunmamışdır. Qeyd edilən şəxslərin adlarını dəqiqliyi ilə xatırlamamışdır. Həmin vaxtdan sonra artıq o, qısa müddət ərzində qazanc əldə etmək məqsədi ilə «GrouPlus/GrouPlus45» layihəsində yeni açılmış mərhələ ilə maraqlanmışdır. Məlum olmuşdur ki, həmin layihəyə 250 (iki yüz əlli) ABŞ dolları yatırmaqla, habelə iki nəfər şəxsi də sistemə cəlb edib həmin şəxslərin, o cümlədən onların da ayrı-ayrılıqda sistemə cəlb edəcəyi iki nəfər şəxsin eyni qaydada 250 (iki yüz əlli) ABŞ dolları yatırım edəcəkləri halda masa rəhbəri 1.000 (min) ABŞ dolları qazanc əldə edə bilər. O, həmin sistemə qoşularaq 250 (iki yüz əlli) ABŞ dolları yatırım etmişdir. Birinci dəfə masasına dəvət etdiyi şəxslər özlərindən savayı iki nəfər şəxs də dəvət edib pul yatırmalarını təmin etdikləri üçün 1.000 (min) ABŞ dolları qazanc əldə etmişdir. Həmin pulun 750 (yeddi yüz əlli) dollarını nağdlaşdırmış, qalan 250 (iki yüz əlli) ABŞ dolları müqabilində isə eyni layihədə təkrarən iştirak etmişdir. Təkrar iştirak zamanı da 1.000 (min) ABŞ dollarına çıxış əldə etmiş və bu dəfə pulu tam həcmdə nağdlaşdıraraq götürmüşdür. Şəbəkəyə dəvət olunan hər-bir şəxs əvvəllər onun dəvət etdiyi şəxslərin kabinetində ardıcıllıqla düzüldükləri üçün sistemdəki mövqeyinin artmasına səbəb olsa da şirkət tərəfindən təqdim olunan mənzil mükafatını hələki əldə edə bilməmişdir. Həmin ərəfədən sonra o, layihədə artıq iştirak etməmişdir. Qeyd edilən ərəfədə o, artıq ünvan 4 ünvanda yerləşən ofisi Qəməndər, Vasif, İrina Popova, Qalina Ağayeva ilə birlikdə 400 manata icarəyə götürərək birgə işləmiş və digər şəxslərin də şəbəkəyə qoşulmasını, onların da pul qazanmasını təşkil etmək istəmişdir. Həmin şəxslərlə birlikdə hər biri əldə olunan qazancdan pul verərək toplayıb aylıq icarə haqqını ödəmişlər. Sonradan ölkə ərazisində yayılmış pandemiya ilə əlaqədar onlar həmin ofisi təhvil vermiş və həmin ərəfədən etibarən ofis fəaliyyət göstərməmişdir. Ofisə çoxlu sayda şəxsən tanımadığı və şəbəkədə iştirak etmək istəyən şəxslər gəlib-getmişdir. O, şəxsən şəbəkədə iştirak etmək istəyən şəxslərə izah verdiyi hallarda həmişə onlara özlərindən savayı iki nəfər əlavə şəxslərin gətirilməsini, qazanc əldə etmək üçün həmin şəxslərin də pul yatırmalarının məcburi olmasını bildirmişdir. Çünki həqiqətən də əlavə şəxslər cəlb etmədən şəbəkədə pul qazanmaq qeyri-mümkün olmuş, bu barədə hamı məlumatlı olmuşdur. Ofisə gələn şəxslərin demək olar ki, hamısı şəbəkə fəaliyyəti sahəsində müəyyən təcrübəsi olan yaşlı adamlar olmuşdur. Bu barədə onların hər birinə məlumat verilmişdir. Bundan başqa ofisə gəlmiş və pul yatırmış şəxslərin hər birinə şirkətin rəsmi internet səhifəsində şəxsi kabinet açılmış və verdikləri pul rəsmi bank xərclərini (konvertasiya xərci) çıxmaq şərti ilə öz hesablarına yatırılmışdır. Onlara məxsus pul kimsə tərəfindən ələ keçirilməmişdir. Həmin yatırımlar nəticəsində gəlir əldə etmək mümkün olmuş, bunun üçün sadəcə özlərindən başqa digər şəxslərin də şəbəkəyə cəlb edilməsi əsas şərt olmuşdur. Bu barədə «X35 LTD» şirkətinin rəsmi internet səhifəsinin «razılaşmalar» bölümündə və digər bölümlərdə müfəssəl məlumatlar yerləşdirilmişdir. Ofisə müraciət etmiş şəxslərin hər-biri ayrı-ayrılıqda bu məlumatlardan agah olmuşlar, “internet biznes” sahəsində fərdi qaydada fəaliyyət göstərməyi ilə əlaqədar vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Lakin onun adına hər-hansı müəssisə olmamış və işlədiyi sahə üzrə vergi ödəməmişdir. «X35 LTD» şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi olmamış və ona görə də həmin şirkət dövlət qeydiyyatına alınmamışdır. Bu yalnız bir internet biznes sahəsi olmuşdur. Şahid1 təxminən 3-4 il ərzində tanımışdır. Tatyana ilə yaxın rəfiqəlik münasibətləri olmuşdur. Şahid1 da şəbəkə sistemində onunla birlikdə işləmişdir. Tatyana şəbəkə sistemində onun dəvət etdiyi şəxs kimi qeydiyyata alınmışdır. Tatyana əsasən metronun «Nizami» stansiyasının yaxınlığında yerləşən «Nizami Mall» biznes mərkəzində oturmuş və orada vətəndaşlarla görüşmüşdür. Tatyana onunla eyni biznes şəbəkəsində olsa da ona heç vaxt hər-hansı məbləğdə pul verməmişdir. Tatyana özü adamlardan pul alaraq şəbəkədə kabinet açıb yatırım etmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında rəfiqəsi Zərərçəkmiş şəxs16 ona zəng edərək yeni bir maraqlı şəbəkə layihəsinin olduğunu ona bildirmişdir. Fəridə ona, təklif etmişdir ki, birlikdə həmin şəbəkənin yerləşdiyi ofisə gedərək bu barədə maraqlansınlar. O da marağa düşərək buna etiraz etməmişdir. Onun "xxxx" ASC-də 5.000 (beş min) manat məbləğində əmanəti olduğundan, o həmin pulu bankda çıxarıb Rusiya Federasiyasının Moskva şəhərinə göndərməli olsa da, 28 yanvar 2020-ci il tarixdə səhər saatlarında o, həmin məqsədlə pulu bank hesabından çıxarmışdır. Bir neçə saat sonra isə o, Fəridə ilə metronun «Nəriman Nərimanov» stansiyasının yaxınlığında görüşmüş və birlikdə piyada Nərimanov rayonu, N.Hacıyev küçəsi 4 ünvanında yerləşən ofisə getmişlər. Ofisdə təxminən 15 (on beş) nəfər tanımadığı adamlar da olmuşdur. Orada olarkən, şəbəkəyə rəhbərlik edən şəxsin - əslən Qazaxıstan Respublikasından olan Rukhiyam adlı qadın olduğunu görmüşdür. Rukhiyam və orada adını bildiyi Sevil Mədətova ad soyadlı qadın ona, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkətində yeni kollektiv şəbəkənin yaranmasını, bu şəbəkəyə qoşulmaqla asan yolla pul qazanmağın mümkün olmasını, yatırım ediləcəyi halda yekunda Şimali Kipr Respublikasında 96.000 (doxsan altı min) ABŞ dolları dəyərindən üç otaqlı mənzil almağın mümkün ola biləcəyini bildirmişlər. Rukhiyamla Sevil ona, şirkətin hesabına 250 (iki yüz əlli) ABŞ dolları məbləğində ilkin pul ödənişi edilərsə, on gün ərzində həmin adama 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəyini bildirmişdir. Bundan başqa şirkətin hesabına 800 (səkkiz yüz) ABŞ dolları məbləğində ilkin pul ödənişi edilərsə, iki ay ərzində həmin adama 14.000 (on dörd min) ABŞ dolları məbləğində mükafat veriləcəkdir. Onların bu təkidli danışıqları ona çox inandırıcı gəldiyi üçün əlavə pul qazanmaq qərarına gəlmişdir. Həmin vaxt üzərində pul olduğu üçün o, buna etiraz etməmişdir. Yatırım ABŞ dolları olduğu üçün köçürmə xərclərini də hesabladıqdan sonra, həm 250, həm də 800 ABŞ dollarlıq proqrama qoşulmaq üçün Azərbaycan manatı ilə ümumilikdə 1948 (bir min doqquz yüz qırx səkkiz) manat məbləğində pul ödəmək lazın olduğunu ona demişlər. O da buna etiraz etməmiş və çantasındakı puldan həmin məbləği çıxararaq əlbəəl Rukhiyama vermişdir. Həmin pulu Rukhiyam ondan aldıqdan sonra saymış və şəbəkənin rəsmi internet səhifəsində onun adına şəxsi kabinet (hesab) açılaraq pul oraya yatırılmışdır. Bundan sonra o, oradan çıxıb getmişdir. O evə qayıtdıqdan sonra fikrini dəyişib Rukhiyama zəng edərək pulunu geri tələb etmək istəsə də Rukhiyam artıq pulun şəbəkəyə yatırıldığını və müvəqqəti olaraq geri çəkməyin mümkün olmamasını bildirmişdir. Onun şəxsi kabinetində isə adına yatırılmış 250 və 800 ABŞ dolları məbləğində pul həqiqətən də görsənmişdir. Təxminən 2-3 həftə sonra ona vəd verilən pul mükafatı verilmədiyi üçün Rukhiyama müraciət etmişdir. Bu dəfə isə Rukhiyam ona, mükafatı əldə etmək üçün özündən savayı əlavə iki nəfəri də şirkətə cəlb edib eyni məbləğlərdə pul yatırmalarını təmin etməli olduğunu bildirmiş, əks halda şirkət tərəfindən hər-hansı mükafat verilməyəcəyini demişdir. O, Rukhiyama irad tutaraq ondan pul alınan zaman belə bir şərtin olması barədə məlumat verilmədiyini bildirmiş və belə bir şərtin olacağı halda yatırım etməkdən imtina edəcəyini qeyd etmişdir. Çünki şirkətə cəlb etmək üçün əlavə adamları olmamışdır. Lakin bütün xahişlərə və tələblərə baxmayaraq Rukhiyama, ondan pul almaq üçün verdiyi yalançı vədlərini xatırlatsa da Rukhiyam, bunların hamısını inkar etmiş və boynuna almamışdır. Sonrakı ərəfələrdə də ona hər-hansı məbləğdə pul verilmədiyi üçün o, Rukhiyama narazılığını bildirsə də, bu bir nəticə verməmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarında tanışı Lyubov Metannikova onunla əlaqə saxlayaraq maraqlı bir şəbəkə sisteminin yaradılmasını bildirərək həmin şəbəkəyə pul yatırmaqla əlavə qazanc əldə etməyin mümkün olmasını ona bildirmişdir. Lyubov artıq özünün həmin şəbəkəyə qoşulmasını ona demişdir. Lyubov ona da həmin şəbəkəyə qoşulmağı təklif etdikdən sonra o elə həmin ərəfədə, yəni 2019-cu ilin dekabr ayında Lyubovla görüşmüş və bu məqsədlə birlikdə Nərimanov rayonu, N.Hacıyev küçəsi 4 ünvanında yerləşən ofisə getmişdir. Qeyd edilən ofis barəsində ona danışılan şəbəkənin ofisi olmuşdur. Ofisdə çoxlu sayda tanımadığı adamlar da olmuşdur. Orada olarkən, şəbəkəyə rəhbərlik edən əslən Qazaxıstan Respublikasından olan Rukhiyam adlı qadının olmasını görmüşdür. Rəhbər şəxsin ikincisi isə «Oktay» adlı şəxs olmuşdur. Ofisdə Rukhiyamdan şəbəkəyə qoşulmanın qaydaları, qazanc əldə etmənin şərtləri barədə soraqlaşdığı zaman Rukhiyam ona demişdr ki, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkəti var və kim həmin şirkətin hesabına 72 (yetmiş iki) ABŞ dolları göndərmə xərci (bank xərci) ilə birlikdə 800 (səkkiz yüz) ABŞ dolları, yəni 872 (səkkiz yüz yetmiş iki) ABŞ dolları yatırım etsə və daha sonra 2 (iki) nəfər şəxs də dəvət edib onların da eyni məbləğdə ödəniş etmələrinə nail ola bilsə və dəvət edilmiş həmin adamların da hərəsi eyni qaydada ödəniş etsələr qısa bir vaxt ərzində şirkətdən qazanc olaraq 19.200 (on doqquz min iki yüz) ABŞ dolları məbləğində pul əldə edəcəkdir. Təxminən 2019-cu ilin dekabr ayının sonlarında o, 872 ABŞ dolları məbləğində pul vəsaitini ofisdə Rukhiyama vermişdir. «X35 Ltd» şirkətinin rəsmi səhifəsində onun adına kabinet açılmış və verdiyi pul həmin hesaba yatırılmışdır. O qazanc əldə etmək üçün öz tanışı Zərərçəkmiş şəxs1 və bacısı X4 da şirkətə dəvət etmiş və onların hər biri də şirkətə ayrı-ayrılıqda 872 ABŞ dolları məbləğində yatırım etmişlər. Bir neçə gün sonra 2019-cu ilin dekabr ayının sonlarında o, öz qızı Fidan Fərəcovanın da adından şirkətə 872 ABŞ dolları məbləğində pul yatırımı etmişdir ki, siyahısında dəvət etdiyi şəxslərin sayı çox olsun və daha çox qazanc əldə etsin. Həmin pul qızının adından verilsə də qızı bu məsələdən xəbərsiz olmuş, verilən pul onun şəxsi mülkiyyətindən ibarət olmuşdur. Bununla da o, həmin ərəfədə şirkətə ümumilikdə 1.744 (min yeddi yüz qırx dörd) ABŞ dolları məbləğində pul vermişdir. Lakin yatırılmış pulların hesabına nə ona, nə də ki, dəvət etdiyi şəxslərin heç birinə hər-hansı məbləğdə pul verilməmişdir. Bu barədə onlar Rukhiyama sual verdikdə Rukhiyam gözləməyi, tezliklə qazanc əldə ediləcəyini demişdir. 2020-ci ilin yanvar ayında Rukhiyam ofisdə şirkət tərəfindən yeni sistemin yaradılmasını elan etmişdir. Həmin sistemə görə kim şirkətə 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində ilkin pul ödənişi edərsə, təqribən 10 gün ərzində həmin adama 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəyini bildirmişdir. O, həmin təklifə də inanıb öz adından 544 (beş yüz qırx dörd) ABŞ dolları, qızı Fidan Fərəcovanın adından 544 ABŞ dolları, habelə oğlu Fərhad Fərəcov, tanışları Gülnaz Quliyeva, Olqa Şemetovanın hərəsinin adından 272 (iki yüz yetmiş iki) ABŞ dolları olmaqla ümumilikdə 1.904 (min doqquz yüz dörd) ABŞ dolları məbləğində pul vəsaitini şirkətin hesabına yatırmışdır. Həmin pulu da 2020-ci ilin yanvar ayının əvvəllərində şəxsən Rukhiyama Nərimanov rayonundakı ofisdə vermişdir. Ödədiyi pulların mülkiyyətçisi şəxsən özü olmuşdur. Sadəcə başqa-başqa adamların da adlarından yatırım etmişdir ki, sistemdə dəvət edilmiş şəxslər kimi göstərilsin. Bir neçə gün sonra, 2020-ci ilin yanvar ayında son yatırımlarına görə 1.500 ABŞ dolları məbləğində qazanc pulu əldə etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Rukhiyamla Oktay adlı şəxs, artıq şəbəkədə yeni sistemin yaradılmasını bildirmişlər. Sistemin şərtlərinə görə kim 700 (yeddi yüz) ABŞ dolları, göndərmə xərci (bank xərci) ilə birlikdə 4.800 (dörd min səkkiz yüz) ABŞ dolları, yəni 5.500 (beş min beş yüz) ABŞ dolları yatırım edərsə ilk dəfə alınan 872 ABŞ dollarına görə qazanc kimi nəzərdə tutulan 19.200 (on doqquz min iki yüz) ABŞ dollarını daha qısa müddət ərzində əldə edəcəkdir. Onun da birdən-birə verməyə o qədər pulu olmadığı üçün öz aralarında məsləhətləşib qərara gəlmişlər ki, 4 nəfər arasında həmin pulu bölüb ödəsinlər. Ona görə də həmin ərəfədə, yəni 2020-ci il mart ayında qeyd edilən ofisdə o, öz payına düşən 1.320 (min üç yüz iyirmi) ABŞ dollarını əlbəəl «Oqtay» adlı şəxsə vermişdir. Pulun qalan hissəsini isə «Oqtay», «Vasif» və «Fatma» adlı şəxslər verməli olmuşlar. Lakin yatırımlar nəticəsində o, hər-hansı məbləğdə pul əldə etməmişdir. O bu barədə Rukhiyama öz iradlarını bildirsə də nəticəsi olmamış və ödənilmiş pulları geri qaytarmaqdan imtina edərək şirkətə əlavə adamlar cəlb etməyi tələb etmişdir. Sonda Zərərçəkmiş şəxs16 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid1 bir neçə il ərzində, şəbəkə marketinqində birgə fəaliyyətlərindən tanımışdır. 2019-cu ilin noyabr ayında Tatyana ona, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkətinin olması barədə məlumat vermiş və izah vermişdir ki, kim həmin şirkətin hesabına 800 (səkkiz) ABŞ dolları məbləğində ilkin pul ödənişi edərsə, təqribən 2-3 aydan sonra şirkət özünün ilkin xərci ilə birlikdə həmin adama ümumilikdə 19.200 (on doqquz min iki yüz) ABŞ dolları məbləğində pul mükafatı verəcəkdir ki, həmin pulun da 18.400 (on səkkiz min dörd yüz) ABŞ dolları təmiz qazancdır. Vəd edilən müddət ərzində vəd edilən məbləğdə pul mükafatını ala bilməyən hər bir şəxs bank xərclərini çıxmaq şərti ilə ilkin ödəniş kimi verdiyi pulları hər zaman ondan geri ala biləcəkdir. Bundan başqa, Tatyana əlavə etmişdir ki, istəyindən asılı olaraq hər bir şəxs öz pulunu qazancı ilə birlikdə dərhal götürə də bilər, yaxud qazancı ilə birlikdə həmin pulun hesabına gələcəkdə Şimali Kipr Respublikasında «X35 Ltd» şirkəti tərəfindən yeni tikilmiş binada 3 (üç) otaqlı mənzil ala bilər, yaxud da həmin mənzilin dəyəri olaraq 96.000 ABŞ dolları məbləğində pulu nağd qaydada götürə bilər. O, bir çox şəbəkə marketinqlərindən xəbərdar olsa da beləsini ilk dəfə idi ki, eşitdiyi üçün ona çox maraqlı gəlmişdir. Tatyana ona, Şimali Kipr Respublikasında fəaliyyət göstərən həmin «X35 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ofisinin Nərimanov Rayon Polis İdarəsinin yanındakı Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki nümayəndəliyi ilə üzbəüz həyətdə yerləşdiyini və həmin ofisə milliyətcə uyğur olan Qazaxıstan Respublikasının vətəndaşı Rukhiyam lliyeva adlı bir nəfər qadının rəhbərlik etdiyini demişdir. O, Tatyananı yaxından tanıyaraq inansa da, sonuncudan xahiş etmişdir ki, onu aparıb həmin Rukhiyamla tanış etsin. 29 noyabr 2019-cu il tarixdə o, 800 (səkkiz yüz) ABŞ dolları da götürüb Tatyana ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən ofisə getmişdir. Ofisdə Rukhiyam bir daha onu əmin etmişdir ki, guya təmsil etdiyi tikinti şirkəti sağlam və şəffaf bir şirkət olmaqla təqribən 2-3 ay ərzində ona çatacaq 19.200 (on doqquz min iki yüz) ABŞ dolları məbləğində pul qazanmaqla 18.400 (on səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul əldə edə biləcəkdir. Rukhiyam «X35 Ltd» şirkəti barədə və həmin şirkətin qurmuş olduğu şəbəkə marketinqi barədə Tatyananın ona demiş olduqlarını bir daha təkrar edib onu daha çox inandırmaq üçün bildirmişdir ki, bir qayda olaraq, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində ilkin ödəniş edən hər bir şəxs özündən savayı özünün arxasınca yazdırmaq üçün daha iki nəfər də gətirməli və həmin şəxslərin də hərəsi eyni qaydada eyni məbləğdə ilkin ödəniş etməlidirlər. O, cavab olaraq 800 (səkkiz yüz) ABŞ dolları məbləğində ilkin ödəniş edə biləcək iki nəfər şəxsi tapa biləcəyinə əmin olmamasını dedikdə, Rukhiyam hazırda həmin ödənişi etmək istəyən özünün çoxlu sayda tanışlarının olduğunu qeyd etmişdir. Ona görə də onun narahat olmağına ehtiyac olmamasını bildirmişdir. Çünki, Rukhiyam öz tanışlarından iki nəfəri onun arxasınca qeydiyyata alacaqdır. O ilk öncə Tatyanaya, daha sonra isə Rukhiyama inanıb özü ilə götürmüş olduğu 800 (səkkiz yüz) ABŞ dolları məbləğində pulu elə həmin gün həmin ofisdə Tatyananın yanında Rukhiyama vermişdir. Rukhiyam, həmin pulu bank vasitəsi ilə Şimali Kipr Respublikasına göndərmək üçün əlavə olaraq 60 (altmış) ABŞ dolları da vermək lazım olduğunu demiş, o həmin pulu da Rukhiyama vermişdir. Lakin Rukhiyam ondan 860 (səkkiz yüz altmış) ABŞ dolları məbləğində pul alması barədə ona heç bir sənəd verməmişdir. Bununla belə, nə Tatyana, nə də Rukhiyam onun qazanacağı pulun hansı mənbədən, kimin tərəfindən necə maliyyələşdiriləcəyi barədə ona heç bir əlavə məlumat verməmişlər. Sadəcə olaraq, Tatyana demişdir ki, onu həmin şəbəkə marketinqində bir kabinetə oturdub onun kod və parolunu müəyyən edərək həmin pulun hərəkətini daima izləyəcəkdir. Tatyana və Rukhiyamın ona vəd etmiş olduqları vaxtın tamam olmasına baxmayaraq, ona nə bir qazanc verən, nə də əsas pulunu qaytaran olmamışdır. Onun narahatlığını görəndən sonra Tatyana ilə Rukhiyam demişlər ki, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində ilkin ödəniş məbləği böyük olduğundan onun arxasınca adam düzə bilməmiş və ona görə də o, qazanc əldə edə bilməmişdir. Ona görə də bir müddət gözləmək lazım gələcəkdir. Həmin səbəbdən də 2020-ci ilin yanvar ayında Rukhiyam, yeni bir sistem yaratdığını, həmin sistemə daxil olmaq üçün əvvəlki kimi 800 (səkkiz yüz) ABŞ dolları yox, 250 (iki yüz əlli) ABŞ dolları məbləğində ödəniş etmək lazım olduğunu və həmin pulu Şimali Kipr Respublikasına köçürmək üçün isə əlavə olaraq 50 (əlli) ABŞ dolları məbləğində də bank əməliyyat xərci ödəmək lazım olduğunu bildirmişdir. Lakin bu sistemin əsas şərtlərindən biri də o olmuşdur ki, hər bir şəxs özünün arxasınca ən azından iki nəfər də tapmalıdır ki, həmin şəxslər də eyni məbləğdə ödəniş etməli, müəyyən müddətdən sonra isə «X35 Ltd» şirkətindən 1.000 (min) ABŞ dolları məbəğində pul mükafat təqdim edəcəkdir. Rukhiyamın dediklərinə inanıb o, 22 yanvar 2020-ci il tarixdə ofisdə Rukhiyama 300 (üç yüz) ABŞ dolları məbləğində pul vermiş, lakin öz arxasınca adamlar cəlb edə bilməmişdir. Lakin buna baxmayaraq, 35 gündən sonra, yəni 28 fevral 2020-ci il tarixdə Tatyana «Nizami Mall» ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən adını bilmədiyi kafedə çoxlu sayda insanların yanında ona 1.000 ABŞ dolları məbləğində pul verib, guya qazancının olmasını bildirmişdir. Kafedə olan adamlar da çox böyük həvəslə Tatyanaya ilkin ödənişlər etmişdilər. Sonralar ona məlum olmuşdur ki, Tatyananın həmin 1.000 (min) ABŞ dollarını ona çoxlu sayda insanların yanında verməkdə məqsədi də həmin adamları həvəsləndirmək olmuşdur. O, aldığı 1.000 (min) ABŞ dolları məbləğində qonorardan daha da həvəslənmiş, Tatyana isə ona demişdir ki, yenidən 1.000 (min) ABŞ dolları ala bilməyi üçün arxasınca daha iki nəfər də cəlb etməlidir. O, təcili olaraq başqa adamlar tapa bilmədiyi üçün bir neçə gün sonra 2020-ci ilin mart ayının əvvəllərində metronun «X44» stansiyasının giriş qapılarının qarşısında Tatyanaya 600 (altı yüz) ABŞ dolları məbləğində pul verib demişdir ki, arxasınca əri X9 və oğlu X5 da yazsın ki, yenə də 1.000 (min) ABŞ dolları ala bilsin. Həvəsə düşərək o, bacısı Zərərçəkmiş şəxs6 da dilə tutmuş və Zərnişan da həmin günlərdə öz adından eyni məbləğdə ödəniş etmişdir. Bacısı Zərnişan ödənişi onun yanında birbaşa Tatyanaya etmişdir. Zərnişanın da tezliklə pul qazana bilməsi üçün isə onun xahişi ilə yaxın rəfiqəsi Kərimova Mirvari də eyni qaydada və məbləğdə onun yanında Tatyanaya ilkin ödəniş etmiş və X7 sonra qeydiyyata almışdır. Növbəti 35 günün keçməsinə baxmayaraq, nə Tatyana, nə də Rukhiyam onlara pul verməmişdir. Onlar pandemiyanı əsas kimi göstərərək bütün pulları ilin may iyun aylarında alacaqlarını söyləmişlər. May, iyun ayında da onlara pul verən olmamışdır. Tatyana və Rukhiyam onlara cürbəcür bəhanələr gətirməyə başlamışlar. Tatyana Rukhiyamı günahlandırmağa başlamış, Rukhiyam isə heç kimə hesabat verməyərək, «gedin kimə və hara şikayət edirsiniz edin, mən sizdən aldığım pulları “X35 Ltd” şirkətinin hesabına ödəmişəm və gedib pullarınızı da həmin şirkətdən tələb edərsiniz»» demişdir. Bundan sonra artıq bəlli olmuşdur ki, Tatyana, Rukhiyam və digər şəxslər əlbir olaraq onun pulunu dələduzluq yolu ilə öz əllərinə keçirmişlər. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, Şahid3 1995-ci ildən etibarən tanımış, aralarında səmimi münasibətlər olmuşdur. 2020-ci ilin əvvəllərində tanışı İradə onunla əlaqə saxlayaraq maraqlı bir şəbəkə sisteminin yaradılmasını bildirərək həmin şəbəkəyə pul yatırmaqla əlavə qazanc əldə etməyin mümkün olmasını bildirmiş, dəfələrlə söhbət etmək üçün görüşə çağırmışdır. Sonuncu dəfə 2020-ci ilin fevral ayının əvvəllərində o, İradə ilə görüşməyə qərar vermiş və bu məqsədlə Nərimanov rayonu, N.Hacıyev küçəsi 4 ünvanında yerləşən ofis kimi bir sahədə İradə ilə görüşmüşdür. Həmin vaxt qeyd edilən ofisdə çoxlu sayda onun tanımadığı adamlar da olmuşdur. İradə şəbəkəyə əslən Qazaxıstan Respublikasından olan Rukhiyam adlı qadının rəhbərlik etdiyini ona bildirmişdir. Rəhbər şəxsin ikincisinin isə «Oktay» adlı şəxs olmasını deyərək İradə orada onu qeyd edilən şəxslə tanış etmişdir. Əsl adı Qəməndər olan, «Oktay» ləqəbli həmin şəxsdən şəbəkəyə qoşulmanın qaydaları, qazanc əldə etmənin şərtləri barədə soraqlaşdığı zaman sonuncu ona, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkətinin olduğunu və həmin şirkətin hesabına 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində pul ödənişi edən şəxsə təqribən on gün ərzində 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəyini bildirmişdir. Qəməndər əvvəlki şəbəkə sistemlərindən fərqli olaraq sözügedən şəbəkədə qeydiyyatdan keçdikdən sonra pul qazanmaq üçün öz ardınca əlavə iki nəfər şəxsi də gətirib şəbəkədə qeydiyyatdan keçirilməsinə ehtiyac olmamasını ona bildirmişdir. Belə ki, həmin şəbəkəyə bütün dünya üzrə qoşulanlar vardır və buna görə də şəbəkədə qeydiyyatdan keçən hər bir şəxs ardıcıllıqla biri digərinin gətirdiyi hesab olunur. O da buna inanmış və pul qazanmaq məqsədi ilə özünə məxsus 544 (beş yüz qırx) ABŞ dolları məbləğində pulu 09 fevral 2020-ci il tarixdə elə həmin ofisdə Qəməndərə vermişdir. O, şəbəkədə həm oğlu Həsən Vəliyevin, həm də öz adından qeydiyyatdan keçdiyi üçün iki nəfər üçün nəzərdə tutulan məbləği vermişdir. Pul isə yalnız onun mülkiyyətindən ibarət olmuş, oğlu orada ümumiyyətlə iştirak etməmişdir. Bundan sonra onun və oğlunun adına şəbəkədə, yəni «X35 Ltd» internet səhifəsində şəxsi kabinet yaradılmış, ödənilən pul vəsaitlərinin 250 ABŞ dollarından ibarət hissəsi orada olan hesaba yatırılmışdır. Lakin pulu verdikdən 10 gün sonra ona hər-hansı məbləğdə qazanc verilmədiyindən o, yenidən həmin ofisə getmişdir. Qəməndər isə pul qazanmaq üçün mütləq öz ardınca qeydiyyatdan keçirmək üçün 2 (iki) nəfər şəxs də gətirməli olduğunu ona bildirmişdir. O, Qəməndərə axı bir neçə gün öncə şəbəkəyə qoşulan zaman əlavə iki nəfər şəxsin gətirilməsinə ehtiyac olmamasını deməsini nəzərinə çatdırmışdır. Qəməndər isə mövzunu dəyişərək ən azı iki nəfər şəxsin gətirilib qeydiyyatdan keçirilməsinin şərt olmasını ona bildirmişdir. O da əlacsız qalaraq qazanc əldə etmək məqsədi ilə bir neçə nəfər şəxsi də gətirərək şəbəkədə qeydiyyatdan keçirtmiş, lakin hər-hansı məbləğdə pul əldə etməmişdir Sonda Zərərçəkmiş şəxs10 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şahid1 təqribən 1999-cu ildən başqa şəbəkə marketinq sistemində birgə fəaliyyətindən tanımışdır. Təqribən 2019-cu il dekabr ayında əvvəlki şəbəkə marketinqdən tanıdığı və ailəvi mehriban dostluq münasibətlərində olduğu Esmira xanım ona, köhnə tanışı Şahid1 çox sərfəli şərtlərlə yeni bir şəbəkə marketinqini gətirməsi və həmin marketinqə dəvət etməsini bildirmişdir. Lakin Esmira xanımla birlikdə Tatyana ilə onun ilk görüşü 2020-ci ilin yanvar ayında «Nizami Mall»ın ikinci mərtəbəsindəki adı olmayan kafedə baş tutmuşdur. Görüş zamanı X40 Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkətinin olmasını və həmin şirkətin hesabına 45 (qırx beş) ABŞ dolları və bank xərcləri ilə birlikdə cəmi 31 (səksən bir) manat ilkin ödəniş edib öz arxası ilə eyni qaydada ödəniş etməsi üçün eyni şərtlərlə əlavə olaraq iki nəfər də dəvət etməli olduğunu bildirmişdir. Tatyana xanım özünün 81 manat məbləğində ödəniş edəndən sonra əlavə olaraq iki nəfər də gətirəcəyi və həmin iki nəfərin də eyni qayda ilə 81 manat məbləğində ilkin ödəniş edəcəyi halda «X35 Ltd» şirkətinin 2-3 həftə ərzində ona 300 (üç yüz) ABŞ dolları məbləğində pul mükafatı verəcəyini bildirmişdir. Dəvət olunan şəxslərin sayı artdıqca isə şirkət verdiyi pul mükafatının məbləğini 800 (səkkiz yüz) dollara, daha sonra isə hər ay 10.000 (on min) ABŞ dollarından artıq olan məbləğədək qaldıra bilər. İnandırmaq üçün Tatyana onlara videorolik də göstərmiş, dünyanın ayrı-ayrı ölkələrində insanların bu şəbəkə marketinqinə qoşulmaqla Şimali Kipr Respublikasında neçə-neçə mənzillər əldə edə bilmələrini, yaxud da mənzilin dəyərində külli məbləğdə, 96.000 (doxsan altı min) ABŞ dolları məbləğində pul aldıqlarını izah etmişdir. Tatyana əlavə etmişdir ki, kim biznesini davam etdirmək istəməsə, özünün arxasınca gətirdiyi əlavə iki nəfər adamlardan alınan pulun bir hissəsini ona verib biznesdən çıxa bilər. O, Tatyanaya nə qədər inansa da dərhal ödəniş etməyə qərar verə bilməmişdir. Növbəti dəfə Tatyana ilə görüşüb bir daha ərtaflı məsləhətləşmək üçün Esmira xanımla birlikdə təqribən 2020-ci ilin fevral ayında yenidən «Nizami Mall»dakı kafeyə getmişdir. Çünki, marketinqlə bağlı demək olar ki, bütün görüşlərini, Tatyana orada təşkil etmişdir. Həmin görüş zamanı Tatyana artıq yeni bir sistem fikirləşdiyini və həmin sistemə əsasən 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 300 (üç yüz) ABŞ dolları məbləğində pul ödənişi ediləcəyi halda, təqribən 2-3 həftə ərzində şirkət tərəfindən həmin adama ümumilikdə 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəyini bildirmişdir. Vəd edilən müddət ərzində vəd edilən məbləğdə pul mükafatını ala bilməyən hər bir şəxs bank xərclərini çıxmaq şərti ilə ilkin ödəniş kimi verdiyi pulları hər zaman geri ala biləcəkdir. Onlar üçün maraqlı olan cəhətlərdən biri də o olmuşdur ki, digər şəbəkə marketinqlərindən fərqli olaraq burada öz arxanca yazdırmaq üçün əlavə olaraq iki nəfərin də eyni məbləğdə ödəniş etməsi tələb olunmamışdır. Bundan başqa, Tatyana demişdir ki, istəyindən asılı olaraq hər bir şəxs öz pulunu qazancı ilə birlikdə dərhal götürə, yaxud qazancı ilə birlikdə həmin pulun hesabına gələcəkdə Şimali Kipr Respublikasında «X35 Ltd» şirkəti tərəfindən yeni tikilmiş binada 3 otaqlı mənzil ala bilər, yaxud da həmin mənzilin dəyəri olaraq 96.000 ABŞ dolları məbləğində pulu nağd qaydada götürə bilər. Tatyanın bu təklifi onun üçün daha maraqlı olduğundan 2020-ci il fevral ayının 22-də həmin kafedə o, Tatyanaya 300 (üç yüz) ABŞ dolları məbləğində ödəniş etmiş, ondan 3 gün sonra, daha dəqiqi isə 24 fevral 2020-ci il tarixdə Esmira xanım da həmin kafedə Tatyanaya 300 ABŞ dolları məbləğində ödəniş etmişdir. Tatyana, 2-3 həftə ərzində «X35 Ltd» şirkəti adından onların hər birinin sonuncudan 1.000 ABŞ dolları məbləğində pul mükafatı alacaqlarını onlara söz vermişdir. Daha sonra aradan bir ay keçməsinə baxmayaraq, heç birinə pul verən olmamışdır. Ona görə də o, narazı qalıb öz pulunu Tatyanadan geri tələb etməyə başlamışdır. Tatyana isə guya pulun artıq «X35 Ltd» şirkətinin hesabına köçdüyü üçün həmin şirkətin saytına girib pulu şirkətdən tələb etmək lazım olduğunu bildirmişdir. Ona aydın olmuşdur ki, Tatyana dələduzdur. Görüşlər zamanı X19 şirkətin Azərbaycan Respublikasında yerləşən rəsmi nümayəndəliyinin Nərimanov RPİ-nin yaxınlığında Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki nümayəndəliyi ilə üzbəüz həyətdə yerləşdiyini və həmin ofisə milliyətcə uyğur olan Qazaxıstar Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı bir nəfər qadının rəhbərlik etdiyini bildirmişdir. Növbəti dəfə pulu israrla Tatyanadan tələb edərkən isə sonuncu, pulu ala bilməmələrinin səbəkarı kimi həmin şirkətin guya Azərbaycanda rəsmi nümayəndəsi kimi həmin Rukhiyamı günahlandırmağa başlamışdır. Rukhiyam isə onları heç vecinə də almamış, dedikləri ancaq o olmuşdur ki, «gedin adamlar gətirib öz arxanızca yazdırın ki, onların edəcəkləri ödənişləri sizə verim». Halbuki belə bir şərtin olması barədə nə Tatyana, nə də qeyrisi onlara məlumat verməmişdir. Sonda Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2019-cu il sentyabr ayının axırlarında əvvəlki şəbəkə marketinqindən tanıdığı və aralarında ailəvi mehriban münasibətləri olan Rəfiqə xanım Bədəlova zəng edib köhnə ortaq tanışı Şahid1 onları görüşə dəvət etdiyini və çox sərfəli şərtlərlə yeni bir şəbəkə marketinq təklif etmək istədiyini bildirmişdir. O, buna etiraz etməyərək Tatyana ilə görüşmək üçün Rəfiqə xanımla birlikdə «Nizami MALL» biznes mərkəzinin ikinci mərtəbəsindəki kafeyə getmişlər. Köhnə tanışları Zülfiyə xanım və Xəlil müəllim də orada olmuşlar. Görüş zamanı Tatyana demişdir ki, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkəti vardır ki, həmin şirkətin hesabına 45 (qırx beş) ABŞ dolları və bank xərcləri ilə birlikdə 81 (səksən bir) manat ilkin ödəniş edib öz arxası ilə eyni qaydada ödəniş etməsi üçün eyni şərtlərlə əlavə olaraq iki nəfər də dəvət edən şəxs «X35 Ltd» şirkəti tərəfindən hər ay 300 (üç yüz) ABŞ dolları məbləğində pul mükafatı alacaqdır. Onun arxasınca yazılmış iki nəfərin hər biri də özlərindən sonra iki nəfər gətirib həmin şəxslərə də ilkin ödəniş etdirsələr şirkət verdiyi pul mükafatının məbləğini ayda 800 (səkkiz yüz) dollara, yazılan adamların sayı çoxaldıqca isə hər ay 10.000 (on min) ABŞ dollarından çox olan məbləğədək qaldıra bilər. İnandırmaq üçün Tatyana onlara videoçarx da göstərmiş, dünyanın ayrı-ayrı ölkələrində insanların bu şəbəkə marketinqinə qoşulmaqla Şimali Kipr Respublikasında neçə-neçə mənzil əldə edə bildiklərini, yaxud da mənzilin dəyərində külli miqdarda pul qazandıqlarını bildirmişdir. Tatyana əlavə etmişdir ki, kim biznesini davam etdirmək istəməsə, özünün arxasınca gətirdiyi əlavə iki nəfər adamlardan alınan pulun bir hissəsini ona verib biznesdən çıxa bilər. Tatyananın dediklərindən həvəslənərək və daha artıq pul qazanmaq niyyəti ilə 2019cu ilin sentyabr ayının sonlarında hər birinin adından 81 (səksən bir) manat məbləğində ilkin ödəniş etməklə o, 4 nəfər qohumlarının da adlarından ilkin ödəniş etmişdir. Beləliklə də o, Tatyanaya özü ilə birlikdə 5 nəfərin hərəsinin adından 81 (səksən bir) manat məbləğində ilkin ödəniş etməklə ümumilikdə sonuncuya 405 (dörd yüz beş) manat məbləğində pulu «Nizami Mall» ticarət mərkəzindəki kafedə vermişdir. Lakin sonralar aradan günlər, həftələr və aylar ötməsinə baxmayaraq nə «X35 Ltd» şirkətindən, nə də həmin şirkətin adından ona pul verən olmamışdır. Tatyana onları sakitləşdirmək üçün həmin itirilmiş pulların əvəzini qaytarmaq üçün yeni bir sistem fikirləşəcəyini bildirmişdir. Təqribən 2019-cu ilin dekabr ayında «Nizami» metrostansiyasından yuxarıda yerləşən hansısa bir ofisdə keçirilən tədbirdə Tatyana artıq yeni bir sistem fikirləşdiyini bildirmiş və qeyd etmişdir ki, həmin sistemə əsasən kim 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 300 (üç yüz) ABŞ dolları məbləğində pul ödənişi edərsə, təqribən 2-3 həftə ərzində şirkət özünün ilkin xərci ilə birlikdə həmin adama ümumilikdə 1.000 (min) ABŞ dolları məbləğində mükafat verəcəkdir. Tatyananın verdiyi izahata görə digər şəbəkə marketinqlərindən fərqli olaraq burada öz arxasıyca yazdırmaq üçün əlavə olaraq iki nəfərin də dəvət edilməsi və eyni məbləğdə ödəniş etməsi tələb olunmamışdır. Bundan başqa, Tatyana demişdir ki, istəyindən asılı olaraq hər bir şəxs öz pulunu qazancı ilə birlikdə dərhal götürə, yaxud qazancı ilə birikdə həmin pulun hesabına gələcəkdə Şimali Kipr Respublikasında «X35 Ltd» şirkəti tərəfindən yeni tikilmiş binada 3 otaqlı mənzil ala bilər, yaxud da həmin mənzilin dəyəri olaraq 96.000 ABŞ dolları məbləğində pulu nağd qaydada götürə bilər. Tatyananın belə bir şərhindən sonra o tam inanıb 2020-ci il fevral ayının 7-də öz adından «Nizami Mall»dakı kafedə Tatyanaya 300 (üç yüz) ABŞ dolları məbləğində pul vermişdir. Arxasınca yazdırmağa başqa adam tapa bilmədiyi üçün və daha çox pul qazanmaq ümidi ilə 2020-ci ilin fevral ayının 14-də öz adından yenidən Tatyanaya 300 (üç yüz) ABŞ dolları məbləğində, qızı Nəcəfova Rəqsanənin adından iki dəfəyə (səhər və axşam) ümumilikdə 600 (altı yüz) ABŞ dolları məbləğində, elə həmin gün digər qızı Türkan Əhmədovanın adından 300 (üç yüz) ABŞ dolları məbləğində, 15 fevral 2020-ci il tarixdə əri X28 və qardaşı X12 hərəsinin adından 300 (üç yüz) ABŞ dolları olmaqla ümumilikdə 600 (altı yüz) ABŞ dolları məbləğində və 19 fevral 2020-ci il tarixdə yenidən 300 (üç yüz) ABŞ dolları öz adından, 300 (üç yüz) ABŞ dolları isə qızı Türkanın adından ödəniş etmişdir. O, bütün ödənişləri «Nizami Mall» ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən kafedə etmişdir. Beləliklə də o, 2020-ci il fevral ayının 7-dən 19nadək olan müddətdə Tatyanaya ümumilikdə 2.700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində ilkin ödəniş etmişdir ki, guya 2-3 həftə ərzində «X35 Ltd» şirkətindən ümumilikdə 9.000 (doqquz min) ABŞ dolları məbləğində pul mükafatı alacaqdır. Lakin nə 2-3 həftədən sonra, nə də ondan sonrakı günlərdə, həftələrdə və aylarda ona nə «X35 Ltd» şirkətindən, hə də həmin şirkətin guya Azərbaycandakı nümayəndəliyindən pul verən olmamışdır. Görüşlər zamanı X19 şirkətin Azərbaycan Respublikasında yerləşən rəsmi nümayəndəliyinin Nərimanov RPİ-nin yaxınlığında Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki nümayəndəliyi ilə üzbəüz həyətdə yerləşdiyini və həmin ofisə milliyətcə uyğur olan Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı bir nəfər qadının rəhbərlik etdiyini bildirmişdir. Növbəti dəfə pulu israrla Tatyanadan tələb edərkən isə sonuncu, pulu ala bilməmələrinin səbəbkarı kimi həmin şirkətin guya Azərbaycanda rəsmi nümayəndəsi kimi həmin Rukhiyamı günahlandırmağa başlamışdır. Rukhiyam isə onları heç vecinə də almamış, dedikləri ancaq o olmuşdur ki, «gedin adamlar gətirib öz arxanızca yazdırın ki, onların edəcəkləri ödənişləri sizə verim». Sonda Zərərçəkmiş şəxs13 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, təxminən 20 il ərzində ki, Zərərçəkmiş şəxs8 ilə tanışlığı olmuşdur. Şahid1 isə təqribən 2006-cı ildən digər şəbəkə marketinqlərindəki fəaliyyəti dövründən etibarən tanımışdır. Təqribən 2020-ci ilin yanvar ayının əvvəllərində şəbəkə marketinqindən tanıdığı və ailəvi dostluq münasibətində olduğu Rəfiqə xanım Tatyananın onları görüşə dəvət etdiyini və yeni marketinqlə bağlı onlara maraqlı təkliflər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Rəfiqə xanımla birlikdə Tatyana ilə görüşə getmiş, görüş «Nizami Maİl» ticarət mərkəzinin ikinci mərtəbəsindəki kafedə baş tutmuşdur. Görüş zamanı Tatyana, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkətinin olduğunu və kim həmin şirkətin hesabına 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 300 (üç yüz) ABŞ dolları məbləğində ilkin pul ödənişi ediləcəyi halda, təqribən 2-3 həftə ərzində şirkət tərəfindən özünün ilkin xərci ilə birlikdə həmin adama ümumilikdə 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəyini bildirmişdir. Vəd edilən müddət ərzində vəd edilən məbləğdə pul mükafatını ala bilməyən hər bir şəxs bank xərclərini çıxmaq şərti ilə ilkin ödəniş kimi verdiyi pul vəsaitini hər zaman ondan geri ala biləcəkdir. Həmin görüş zamanı Tatyana əlavə etmişdir ki, bu platformada nəzərdə tutulan qazancı əldə etmək üçün şəxsin özündən savayı daha iki nəfəri də dəvət edib şirkətdə qeydiyyatdan keçirməli və onların eyni məbləğdə ödəniş etmələrini təmin etməlidir. Bundan başqa, Tatyana demişdir ki, istəyindən asılı olaraq hər bir şəxs öz pulunu qazancı ilə birlikdə dərhal götürə, yaxud qazancı ilə birlikdə həmin pulun hesabına gələcəkdə Şimali Kipr Respublikasında «X35 Ltd» şirkəti tərəfindən yeni tikilmiş binada 3 otaqlı mənzil ala bilər, yaxud da həmin mənzilin dəyəri olaraq 96.000 ABŞ dolları məbləğində pulu nağd qaydada götürə bilər. X19 şirkətin Azərbaycan Respublikasında yerləşən rəsmi nümayəndəliyinin Nərimanov RPİ-nin yaxınlığında Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki nümayəndəliyi ilə üzbəüz həyətdə yerləşdyini və həmin ofisə milliyətcə uyğur olan Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı bir nəfər qadının rəhbərlik etdiyini bildirmişdir. O, Tatyananı yaxından tanıdığı üçün sonuncuya inanmışdır. Lakin buna baxmayaraq, o, dərhal pul verməkdə tərəddüd etmişdir. Lakin sonralar bir dəfə Tatyana başqa bir neçə nəfərlə birlikdə onu Rukhiyamın da iştirak etdiyi bir tədbirə aparmışdır. Şəbəkə marketinqi barədə Tatyananın onlara danışmış olduqlarını Rukhiyam bir daha təkrar edərək biznesin uğurlu olacağına onları inandırmağa çalışmışdır. Daha sonra o eşitmişdir ki, onunla birlikdə əvvəlki şəbəkə marketinqində işləmiş çoxlu sayda tanışlarının əksəriyyəti Tatyananın təklifinə uyğun olaraq ödənişlər etməyə başlamışlar. Ona görə o da qərara gəlmişdir ki, ödəniş etsin. Lakin həmin vaxt artıq pulu olmadığına görə daha sonra şəbəkəyə qoşulmağı düşünmüşdür. Bu barədə Rəfiqə və digər tanışları da məlumatlı olmuşlar. Təxminən 2020-ci ilin fevral ayının sonlarında Rəfiqə ona zəng edərək onun yerinə 300 (üç yüz) ABŞ dolları ödəniş edərək şəbəkəyə qoşduğunu ona bildirmişdir. Rəfiqənin bu jestini cavabsız qoymamaq üçün o, 2020-ci il fevral ayının sonunda "xxxx" ASC-dən 1.000 (min) manat kredit götürüb bir hissəsinə 300 (üç yüz) ABŞ dolları alıb dərhal Rəfiqə xanımın əri Abasa vermişdir ki, arvadı Rəfiqəyə versin. O qeyd edilən vəsait hesabına şəbəkəyə qoşulmuş olsa da görüşlər zamanı aparılan danışıqlar ona tam inandırıcı gəlmədiyi üçün əlavə 2 nəfər adam cəlb etmək istəməmişdir. Qoşulmuş digər şəxslərin əldə edəcəyi nəticələri gözləmişdir ki, buna uyğun hərəkət etsin. Tatyana da söhbətlər zamanı yatırılmış pulun istənilən anda geri götürmək imkanının olmasını bildirdiyi üçün qəti narahatçılığı olmamış, pulun etibarlı yerdə olmasını zənn etmişdir. Sonrakı müddətlərdə isə maraqlandıqda şəbəkəyə qoşulmuş şəxslərin demək olar ki, hamısının hər-hansı qazanc əldə etməməsini, əksinə yatırımlarının ələ keçirilməsini, geri qaytarılmamasını müşahidə etmişdir. O da buna görə narahat olub pulunu geri götürmək istəmiş, bu məqsədlə Tatyana ilə görüşüb camaatın pulunu qaytarmalarını, əks halda istintaqa cəlb olunacağını demişdir. Tatyana isə yalniz rus dilində «Jelayu vam udaçi», yəni «Sizə uğurlar arzu edirəm» sözünü demişdir. Bundan sonra o, istifadəsində olan mobil telefonla Rukhiyam adlı qadına zəng edib təkrarən öz narazılığını bildirərək yatırılmış pul vəsaitlərinin geri qaytarılmasını tələb etmişdir. Danışıq zamanı Rukhiyam da ona tamamilə eyni formada «Jelayu vam udaçi», yəni «Sizə uğurlar arzu edirəm» ifadəsini işlətməyə başlamışdır. Bu minvalla ona aydın olmuşdur ki, Tatyana və Rukhiyam onları aldadaraq dələduzluq yolu ilə pullarını talamışlar. Sonda Zərərçəkmiş şəxs15 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında bacısı Gülşən ona Tatyana adlı rəfiqəsinin Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkəti barədə verdiyi məlumatı danışaraq bildirmişdir ki, kim həmin şirkətin hesabına 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 300 (üç yüz) ABŞ dolları məbləğində ilkin pul ödənişi edərsə, təqribən 2-3 həftə ərzində şirkət özünün ilkin xərci ilə birlikdə həmin adama ümumilikdə 1.000 (min) ABŞ dolları məbləğində mükafat verəcəkdir. Vəd edilən müddət ərzində vəd edilən məbləğdə pul mükafatını ala bilməyən hər bir şəxs bank xərclərini çıxmaq şərti ilə ilkin ödəniş kimi verdiyi pulları hər zaman ondan geri ala biləcəkdir. Tatyananın təklif etdiyi yeni şəbəkə marketinqinə görə qoşulan şəxs özündən savayı iki nəfər şəxsi də yatırım etməsi üçün şirkətə dəvət etməli idi. O yatırım etməklə bacısı Gülşənin davamçısı hesab edilmiş, sanki eyni komandanın iştirakçısı olmuşdur. Tatyananın deməsinə görə, bank xərcləri nəzərə alınmasa, qısa vaxt ərzində Tatyana hər bir şəxsə 700-750 ABŞ dolları məbləğində normal qazanc təklif etmişdir. Bundan başqa, Gülşən Tatyananın sözlərinə əsasən demişdir ki, istəyindən asılı olaraq hər bir şəxs öz pulunu qazancı ilə birlikdə dərhal götürə, yaxud qazancı ilə birlikdə həmin pulun hesabına gələcəkdə Şimali Kipr Respublikasında «X35 Ltd» şirkəti tərəfindən yeni tikilmiş binada 3 otaqlı mənzil ala bilər, yaxud da həmin mənzilin dəyəri olaraq 96.000 (doxsan altı min) ABŞ dolları məbləğində pulu nağd qaydada götürə bilər. Bacısı Gülşənin izahı onu da həvəsləndirmiş və o da yatırım etməyə razılaşmışdır. Hər ehtimala qarşı, pulu Tatyanaya vermək üçün o, bacısı Gülşənlə birlikdə getmişdir. 25 fevral 2020-ci il tarixdə o, bacısı Gülşənin yanında «Nizami Mall» ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən kafedə Tatyanaya 300 (üç yüz) ABŞ dolları məbləğində pul vermişdir. O Tatyanaya, arxasınca yazdırmaq üçün əlavə adam tapa bilməyəcəyini bildirsə də Tatyana cavab olaraq narahat olmamağını, qeydiyyatdan keçmək üçün gələcək növbəti şəxsləri guya ki, onun dəvət etdiyi kimi sistemdə qeydiyyatdan keçirəcəyini bildirmişdir. Daha sonra onun bacısı Gülşən hər ehtimala qarşı, dəstək olmaq üçün daha iki nəfər şəxs də tapmış və həmin şəxslər də eyni qayda ilə eyni məbləğdə pulu həmin kafedə Tatyanaya vermişlər. Tatyananın verdiyi vədə əsasən 2-3 həftə ərzində o, həmin 1.000 (min) ABŞ dollarını almalı olsa da aradan 5 ay keçməsinə baxmayaraq, nə qazancı, nə də ki, öz pullarını geri ala bilməmişdir. O vermiş olduğu pulları geri tələb edərkən Tatyana günahı olmamasını deyərək günahı Rukhiyam adlı qadının üstünə atmağa başlamışdır. Belə ki, milliyətcə uyğur və Qazaxıstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs adlı bir qadın hamıya özünü «X35 Ltd» şirkətinin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək hamını aldatmış və çoxlu sayda insanların pullarını dələduzluq yolu ilə talamışdır. O isə Tatyanaya, Rukhiyam adlı qadını tanımadığını pulunu şəxsən özünə verdiyi üçün tələb etdiyini bildirmişdir. Tatyana isə sanki heç nə olmayıbmış kimi demişdir ki: “get hara istəyirsən, kimə istəyirsən şikayət et, mən heç kimə pul qaytarası deyiləm”. Artıq Tatyana və Rukhiyam kimiləri tərəfindən aldadıldığını dərk edərək hüquq-mühafizə orqanlarına şikayət etməyə qərar vermişdir. Sonda Zərərçəkmiş şəxs6 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 adlı qadınları o, təqribən 5-10 il ərzində digər şəbəkə marketinqində birgə fəaliyyətindən tanımış, lakin onlarla elə bir şəxsi münasibəti olmamışdır. Lakin daha əvvəllərdən tanıdığı Rəfiqə xanım Bədəlova ilə aralarında mehriban ailəvi münasibətləri olmuşdur. Təqribən 2019-cu il sentyabr-oktyabr aylarında Rəfiqə xanım ona zəng edib Rukhiyamla Tatyananın sərfəli şərtlərlə yeni bir şəbəkə marketinqi yaratdıqlarını bildirmiş və onların da həmin marketinqdə iştirak etməyini təklif etmişdir. Bu barədə ona ayrı-ayrılıqda həm Rukhiyam, həm Tatyana, həm də Rəfiqə xanım zəng edib demişlər. Rukhiyam onu Nərimanov RPİ-nin yanındakı Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki nümayəndəliyi ilə üzbəüz həyətdə yerləşən ofisinə dəvət etmişdir. Lakin onun oraya getməyə vaxtı olmamış, ona görə də həmin şəbəkə marketinqinin mahiyyəti ilə onu tanış edib maraqlandırmaq üçün təqribən 2019-cu ilin payız aylarında Tatyana Rəfiqə xanımla birlikdə birbaşa onun iş yerinə gəlmişlər. Görüş zamanı Tatyana bildirmişdir ki, Şimalı Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkəti vardır, əgər o, həmin şirkətin hesabına 45 (qırx beş) ABŞ dolları məbləğində ilkin ödəniş etsə və həmin ödənişin bank vasitəsi ilə «X35 Ltd» şirkətinin hesabına göndərilməsi üçün bank xərclərin çəksə, bir sözlə, milli pul ilə 81 (səksən bir) manat məbləğində pul verib əlavə olaraq arxasınca daha iki nəfərin də eyni qaydada ödəniş etməsinə nail ola bilsə, Rukhiyam və Tatyananın təmsil etdikləri «X35 Ltd» şirkəti 2-3 həftə ərzində ona 300 (üç yüz) ABŞ dolları məbləğində pul mükafatı veriləcəkdir. Onun gətirdiyi adamların da hərəsi öz arxaları ilə daha iki nəfər gətirə biləcəkləri halda isə, pul mükafatının məbləği 800 (səkkiz yüz) ABŞ dollarına, adamların sayı daha da artdıqca isə 10.000 (on min) ABŞ dollaradək arta bilər. Tatyana əlavə etmişdir ki, təqdim olunan şəbəkə şirkətinin fəaliyyətindən narazı qalan hər bir şəxs bank vasitəsi ilə aparılmış köçürmə xərclərindən savayı vermiş olduğu pulu istədiyi zaman geri ala bilər. O, Tatyananın səmimiliyinə və gətirdiyi dəlillərə inanaraq elə həmin vaxt Rəfiqə xanımın yanında Tatyanaya 81 manat məbləğində pul vermişdir. Lakin Tatyana pulun alınması barədə ona heç bir sənəd verməmişdir. Sonradan həftələr və aylar keçsə də o, vəd edilmiş pulları heç kimdən ala bilməmişdir. Tatyanın oturduğu yer «Nizami Malİ» ticarət mərkəzinin ikinci mərtəbəsindəki kafdə olduğu üçün o, vaxtı olan zaman vermiş olduğu pulların aqibəti ilə maraqlanmaq üçün həmin kafeyə getmişdir. Hər dəfə də gedəndə Tatyananın yanında çoxlu sayda adamlar görmüş və həmin adamların hansı inamla, hansı həvəslə ödəniş etmələrinin şahidi olmuşdur. Tatyana aktiv həvəsləndirmə tədbirləri həyata keçirmiş, yatırım biznesi barədə təlimlər vermişdir. Bu minvalla 2019-cu il sona yetmiş, ancaq o, pul ala bilməmişdir. Tatyana daha sonralar 81 manatın müqabilində pul ala bilməməyinin səbəbini həm ödəniş məbləğinin az olması, həm də öz arxasınca əlavə olaraq iki nəfər gətirə bilməməyi ilə əsaslandırmışdır. 2020-ci iln əvvəllərindən başlayaraq Tatyana hamıya şəbəkə marketinqində yeni bir sistem qurmağı planlaşdırdığını bildirmişdir. Həmin sistemə əsasən kim 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 300 (üç yüz) ABŞ dolları məbləğində pul ödənişi edəcəyi halda, təqribən 2-3 həftə ərzində şirkət tərəfindən özünün ilkin xərci ilə birlikdə həmin adama ümumilikdə 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəyini demişdir. Bu sistem üzrə isə qoşulan şəxsin arxasıyca əlavə olaraq iki nəfərin də ödəniş etməsi şərt kimi irəli sürülməmişdir. Bundan başqa, Tatyana demişdir ki, istəyindən asılı olaraq hər bir şəxs öz pulunu qazancı ilə birlikdə dərhal götürə, yaxud qazancı ilə birlikdə həmin pulun hesabına gələcəkdə Şimali Kipr Respublikasında «X35 Ltd» şirkəti tərəfindən yeni tikilmiş binada 3 otaqlı mənzil ala bilər, yaxud da həmin mənzilin dəyəri olaraq 96.000 ABŞ dolları məbləğində pulu nağd qaydada götürə bilər. Tatyana hətta onlara «X35 Ltd» şirkətinə ilkin ödəniş edən insanların müəyyən müddətdən sonra həmin şikətin Şimali Kipr Respublikasında tikdiyi evlərdən mənzil almalarını necə bayram etmələrindən bəhs edən videorolik də göstərmişdir. O bir çox şəbəkə marketinqlərindən beləsini ilk dəfə eşitdiyi üçün ona çox maraqlı olmuş və 2020-ci il fevral ayının 10-da «Nizami Mall» ticarət mərkəzinin ikinci mərtəbəsində çoxlu sayda insanların yanında öz adından Tatyanaya 300 (üç yüz) ABŞ dolları məbləğində pul vermişdir, ilkin ödəniş etmiş şəxslərdən bəzilərinin artıq vəd edilmiş pul mükafatlarını almasından həvəsə düşərək daha çox pul qazanmaq ümidi ilə o, əri X10 xəlvət 14 fevral 2020-ci il tarixdə sonuncunun adından da 300 (üç yüz) ABŞ dolları məbləğində ödəniş etmişdir. Aradan həftələr, aylar keçməyə başlamış, lakin ona vəd olunan pulları ala bilməmişdir. Bundan narazı qalan bir neçə nəfər şəxs öz pullarını Tatyanadan geri tələb etməyə başlamış, Tatyana isə pulların artıq «X35 Ltd» şirkətinin hesabına köçürüldüyünü bildirməkə şirkətin saytına girib pulu şirkətdən tələb etmək lazım olduğunu bildirmişdir. Tatyana daha sonra günahların hamısını «X35 Ltd» şirkətinin Azərbaycan Respublikasında rəsmi nümayəndəsi kimi Rukhiyamın üstünə atmağa başlamışdır. Rukhiyam isə onlara pul verməkdən imtina etmişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, tanışı Şahid3 ilə «Xalqlar dostluğu» yarmarkasında işləyən zaman tanış olmuşdur. O da, İradə də həmin yarmarkada ticarətlə məşğul olmuşlar. 2019cu ilin sonlarında İradə ona bir şəbəkə sisteminin yaradılmasını bildirərək həmin şəbəkəyə pul yatırmaqla əlavə qazanc əldə etməyin mümkün olmasını bildirmişdir. O da bu məsələlərə marağının olmamasını demişdir. 2019-cu ilin fevral ayının əvvəllərində o İradə ilə rastlaşmış və İradə bir müddət öncə ona qoşulmağı təklif etdiyi şəbəkəyə özünün qoşularaq artıq gəlir əldə etdiyini bildirmişdir. İradə yenidən ona şəbəkə ilə maraqlanmağı təklif etmişdir. İradənin sözlərinə görə bu artıq ona gəlirli bir sahə təəssüratı yaratmağa başlamışdır. 2020-ci ilin fevral ayının əvvəllərində o, İradə ilə Nərimanov rayonu, N.Hacıyev küçəsi 4 ünvanında yerəşən ofis kimi bir sahəyə getmişdir. Həmin vaxt qeyd edilən ofisdə çoxlu sayda tanımadığı adamlar da olmuşdur. İradə, şəbəkəyə rəhbərlik edən şəxsin əslən Qazaxıstan Respublikasından olan Rukhiyam adlı qadın olmasını ona bildirmişdir. Rəhbər şəxsin ikincisi isə «Oktay» adlı şəxs olmuşdur. İradə orada onu «Oktay» adlı şəxslə tanış etmişdir. Əsl adı Qəməndər olan, «Oktay» ləqəbli həmin şəxsdən o, şəbəkəyə qoşulmanın qaydaları, qazanc əldə etmənin şərtləri barədə soraqlaşdığı zaman Qəməndər ona demişdir ki, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkəti var və kim həmin şirkətin hesabına 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində ilkin pul ödənişi edərsə, təqribən on gün ərzində həmin adama 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəkdir. Bundan başqa Qəməndər şəbəkədə 800 (səkkiz yüz) ABŞ dolları dəyərində kabinetin də olmasını bildirmişdir. Göndərilmə xərci ilə birlikdə həmin kabinetə 860 (səkkiz yüz altmış) ABŞ dolları məbləğində yatırım edəcəyi halda isə bir ay ərzində 14.000 (on dörd) ABŞ dolları qazanc əldə edəcəyini ona demişdir. Qəməndər ona bildirmişdir ki, əvvəlki şəbəkə sistemlərindən fərqli olaraq sözügedən şəbəkədə qeydiyyatdan keçdikdən sonra pul qazanmaq üçün öz ardınca əlavə iki nəfər şəxsi də gətirib şəbəkədə qeydiyyatdan keçirilməsinə ehtiyac yoxdur. Belə ki, həmin şəbəkəyə bütün dünya üzrə qoşulanlar vardır və buna görə də şəbəkədə qeydiyyatdan keçən hər bir şəxs ardıcıllıqla biri digərinin gətirdiyi hesab olunur. O da buna inanmış və pul qazanmaq məqsədi ilə özünə məxsus 544 (beş yüz qırx) ABŞ dolları məbləğində pulu 09 fevral 2020-ci il tarixdə elə həmin ofisdə Qəməndərə vermişdir. O şəbəkədə həm oğlu Kənan Barasovun, həm də öz adından qeydiyyatdan keçdiyi üçün iki nəfər üçün nəzərdə tutulan məbləği vermişdir. Pul isə yalnız onun mülkiyyətindən ibarət olmuş, oğlu orada ümumiyyətlə iştirak etməmişdir. Onun və oğlunun adına şəbəkədə, yəni «X35 Ltd» internet səhifəsində şəxsi kabinet yaradılmış, ödədiyi pul vəsaitlərinin 250 (iki yüz əlli) ABŞ dollarından ibarət hissəsi orada olan hesaba yatırılmışdır. Bundan başqa həmin günü o, 860 (səkkiz yüz altmış) ABŞ dollarını da Qəməndərə vermişdir ki, sonuncu onun üçün şəbəkənin digər kabinetində də qeydiyyatdan keçsin və bir ay ərzində vəd verilən qazancı əldə etsin. Lakin pulu verdikdən nə 10 gün, nə də ki, bir ay sonra ona hər-hansı məbləğdə qazanc verilmədiyindən o, yenidən həmin ofisə getmişdir. Qəməndər ona bildirmişdir ki, pul qazanması üçün mütləq o öz ardınca qeydiyyatdan keçirmək üçün 2 (iki) nəfər şəxs də gətirməlidir. O isə Qəməndərə cavab olaraq bildirmişdir ki, axı bir neçə gün öncə o şəbəkəyə qoşulan zaman əlavə iki nəfər şəxsin gətirilməsinə ehtiyac olmaması ona deyilmişdi. Qəməndər isə mövzunu dəyişərək ən azı iki nəfər şəxsin gətirilib qeydiyyatdan keçirilməsinin şərt olmasını ona bildirmişdir O isə əlavə adam gətirmək iqtidarında olmadığını bildirmiş və pulunu geri tələb etmişdir. Lakin ona məxsus ödədiyi pul geri qaytarılmamışdır. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddət ərzində «Vision international People Group» adlı qida əlavələri şirkətində işləmiş və reklam işi ilə məşğul olaraq pul qazanmışdır. Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ilə təxminən 2018-2019-cu ildə müxtəlif şəbəkə sistemlərindən tanış olmuşdur. Təxminən 2019-cu ilin yanvar ayında tanşı Rukhiyam telefon danışığı zamanı yeni şəbəkə sisteminin yaranması barədə ona məlumat vermişdir. O isə həmin şəbəkə sistemi barədə artıq eşitmişdir. Həmin şirkətin adı «X35 LTD» olmuş və Şimali Kipr Respublikasında tikinti sahəsində fəaliyyət göstərmişdir. Rukhiyam onu yeni şəbəkə sisteminə ilk dəfə dəvət etdikdə o əvvəlcə buna razı olmamış, çünki artıq işləmək yox bir təqaüdçü kimi istirahət etmək istəmişdir. Lakin Rukhiyamın və digər yaxın rəfiqəsi Lauranın təkliflərindən sonra razılaşmışdır. Şirkətin təklifləri onu qane etdiyi üçün şəxsən iştirak etmək də istəmişdir. Şəxsən onun qoşulduğu sistemin şərtlərinə görə şəbəkəyə yatırım edən şəxs özündən savayı əlavə iki nəfər şəxsi, həmin iki nəfər şəxsin hər biri isə öz növbəsində yenidən iki nəfər şəxsi dəvət edib şirkətin hesabına eyni məbləğdə pul yatırımı etməsini təmin etməli olmuşdur. Yalnız bu halda birinci şəxs, şirkət tərəfindən müvafiq sistemə görə nəzərdə tutulan qazancı əldə edə bilirdi. Sistemlər üzrə fəaliyyətə davam edib yatırımları artırdıqda isə şirkət tərəfindən vətəndaşlara Şimali Kipr Respublikasında mənzil və ya həmin mənzilin dəyəri olan 96.000 (doxsan altı min) ABŞ dolları məbləğində pul verilə bilərdi. 2019-cu ilin yanvar ayında o özü də borca pul götürüb 250 (iki yüz əlli) ABŞ dolları və 50 (əlli) manat yatırım etmişdir. Həmin pulun 250 ABŞ dollarından ibarət hissəsi şirkətin hesabına yatırılmış, qalan 50 manat pul isə göndərmə üçün nəzərdə tutulan bank xərci olmuşdur. O şirkətə özündən savayı əlavə iki nəfər şəxs, həmin şəxslər də əlavə iki nəfər adam cəlb etdiyi üçün o, 500 (beş yüz) ABŞ dolları qazanc əldə etmişdir. Həmin 500 ABŞ dollarına, çətin maddi durumda olan yaxın rəfiqələri üçün şirkətdə şəxsi kabinet açmış və hərəsinin hesabına 250 (iki yüz əlli) ABŞ dolları yatırım etmişdir ki, həmin şəxslər də qazanc əldə edə bilsinlər. Qeyd edilən pul yatırımı elektron köçürmə yolu ilə, yəni onun kabinetindən rəfiqələrinin adına yaradılmış yeni kabinetə köçürüldüyü üçün əlavə bank xərclərinə (50 azn) ehtiyac olmamışdır. O əlavə etmişdir ki, tanışları ilə əksər hallarda «Nizami Mall» ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən kafedə görüşmüş, ayrı-ayrı vətəndaşlardan aldığı pulun hamısını aparıb Rukhiyama vermiş, özünə hər-hansı məbləğdə pul götürməmişdir. Rukhiyam ona, rəhbərlik etdiyi şirkəti reklam edə biləcəyi halda şirkətdə rəsmi olaraq işə də götürüb aylıq maaş verəcəyini bildirmişdir. O Rukhiyamın bəhs etdiyi şirkətin həqiqətən də Azərbaycan üzrə nümayəndəsi olmasını təsdiq edən hər-hansı bir sənədi görməmişdir. Bunu yalnız Rukhiyamın dilindən eşitmiş və sözünə inanmışdır. Vətəndaşlara reklamla bağlı dediyi sözlər Rukhiyamın ona dedikləri olmuşdur. Çünki bu növ investisiya barədə ümumi formal anlayışı olsa da Rukhiyamın təklif etdiyi bütün proqramların hər biri barədə müfəssəl məlumatı olmamışdır. Vətəndaşlar müraciət edən zaman Rukhiyam özü şərtləri ona bildirmiş, o da həmin məlumatları vətəndaşlara çatdırmışdır. Ona təqdim edilən proqram əsasında müştərilər üçün qeydiyyatdan keçərək şəxsi səhifə yaratmış və aldığı pulun hamısını Nərimanov rayonu ərazisində yerləşən ofisdə Rukhiyama vermişdir. Hətta bir neçə dəfə Rukhiyam ona şəxsən özü müxtəlif məbləğlərdə pul verərək adını xatırlamadığı müştərilərə şirkətin mükafatı qismində təqdim etməyini xahiş etmişdir. O da bunu icra etmişdir. Şəbəkədə qeydiyyatdan keçən şəxslər pulu hesaba yatırdıqdan sonra həmin vəsaitləri artıq nağdlaşdıra və geri götürə bilməzdilər. Bundan başqa həmin şəxslər ümumi şəbəkə platformasında Rukhiyamın dəvət etdiyi şəxslər hesab edildiyi üçün məhz Rukhiyamın şəbəkədəki mövqeyini möhkəmləndirmiş və daha artıq qazanc əldə etməsinə səbəb olmuşlar. O, Şirkətə digər şəxslərin də qazanc əldə edə bilməsi üçün müxtəlif tanışlarını dəvət etmişdir. Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs14, X26, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs9 və X2 dəqiq xatırlamadığı məbləğdə pul alaraq hər birinin adına şəxsi kabinet açmış və aldığı məbləğləri onların öz hesablarına yatırmışdır. Pulu almazdan öncə şəxslərə şirkətin Rukhiyam tərəfindən izah edilən bütün şərtlərini dəqiqliyi ilə onlara da izah etmiş və nəzərdə tutulan qazancın əldə edilməsi üçün özlərindən savayı əlavə şəxslərin də dəvət edilməsinin vacibliyi barədə məlumat vermişdir. Qeyd edilən şəxslər razılıq verdikdən sonra ödədikləri pul vəsaitləri alınmış və şəbəkəyə yatırılmışdır. Bəzi hallarda yatırım edən şəxslər öz qohumlarının, yaxınlarının adına da ödəniş etmiş və onların da adına şəxsi kabinet açılmalarını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1993-cü ildə «Ekstrasenslər cəmiyyəti»nə məxsus olan aptekdə orqanik müalicə işi ilə məşğul olan mütəxəssis kimi fəaliyyət göstərmiş, həmin cəmiyyətdə işləyən Zərərçəkmiş şəxs10 ilə elə orada tanış olmuşdur. Digər tanışı Zərərçəkmiş şəxs5 ilə metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən Ticarət Mərkəzində təxminən 4-5 il öncə tanış olmuşdur. Belə ki, Kəmalə orada ticarətlə məşğul olmuş, o isə evdə bişirdiyi qida məmulatlarının həmin ticarət mərkəzində satışını etmişdir. Həm Sədaqət, həm də Kəmalə ilə səmimi ünsiyyəti olmuş, telefon vasitəsi ilə daimi əlaqədə olmuşdur. İşsizlik, maddi sıxıntılar ucbatından son 3 (üç) il ərzində şirkətdə xadimə işləmişdir. 2020-ci ilin yanvar ayında həmyerlisi, əslən Quba şəhərindən olan rəfiqəsi i Aləm Məmmədova ilə arasında baş tutmuş telefon danışığı zamanı sonuncu ona, yeni bir işlə məşğul olduğunu, işlərinin yaxşı gedəcəyi halda qazanc əldə edəcəyini bildirmişdir. O, Aləmdən məşğul olduğu iş barədə soruşmuş və sonuncu bu barədə qısa məlumat vermişdir. Həmin iş ona maraqlı gəldiyi üçün Aləm ilə daha sonradan görüşüb bu barədə daha ətraflı söhbət etmişdir. Məlum olmuşdir ki, Şimali Kipr Respublikasında fəaliyyət göstərən «X35 LTD» şirkətinin hesabına müxtəlif məbləğlərdə pul yatırımı etmək, daha sonra isə özündən savayı əlavə iki nəfər şəxsi də şirkətə dəvət edərək onların da eyni məbləğdə pul yatırımı etməsini təmin etdikdən sonra qeyd edilən şəxslərin də hər biri öz növbəsində daha iki nəfər şəxsi iş birliyinə dəvət edəcəyi halda yəni, 7 (yeddi) nəfərdən ibarət virtual masa tamamlanacağı təqdirdə birinci şəxs ilkin qazancı əldə edəcəkdi. Bundan başqa şirkətə yeni üzv olan müstəqil şəxslərin də virtual masaya yerləşdirilməsi yolu ilə qazanca çıxma halları mümkün olmuşdur. Beləliklə dəvət edilən şəxslər də eyni ilə digər şəxsləri şirkətə dəvət edib öz masalarını üzvlərlə tamamlayacağı təqdirdə də pul qazancı əldə etmək mümkün olmuşdur. O bu işi bəyənib məşğul olmağa qərar vermiş, bu məqsədlə həmin ərəfədə 250 (iki yüz) ABŞ dolları məbləğində pul vəsaitini «X35 LTD» şirkətinin nümayəndəsi, əslən Qazaxıstan Respublikasından olan Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində yerləşən ofisdə vermişdir. Ofisdə Rukhiyamın şəbəkəyə dəvət etdiyi şəxslərdən əsl adı Qəməndər olan, tanışları arasında «Oktay» adı ilə çağırılan şəxsi də tanımışdır. Qəməndər uzun illər şəbəkə sistemində fəaliyyət göstərdiyi üçün sistemdən yaxşı xəbərdar olmuşdur. Rukhiyamın əksər hallarda vaxtı olmadığı üçün sonuncunun xahişi ilə Qəməndər yeni gələn şəxslərə sistem barədə dəqiq izahlar vermişdir ki, vətəndaşlar yatırımlarının mahiyyətini, şəbəkənin şərtlərini dərk edib tam razılaşdıqdan sonra pul ödənişi etsinlər. Rəfiqələri Sədaqət və Kəmalə həmişə işsizlikdən, maddi sıxıntılardan gileyləndikləri üçün o, qərara gəlmişdir ki, pul qazana bilmələri üçün, yəni yaxşlıq etmək məqsədi ilə onları da şəbəkəyə dəvət etsin. O, Sədaqətlə Kəmaləyə məşğul olduğu iş barədə məlumat verib istəkləri varsa qoşula biləcəklərini təklif etmişdir. Sədaqətlə Kəmalə təklifi sevinclə qarşılayıb razı olmuşlar. Daha sonra o, X11 rayonunda yerləşən ofisə apararaq Qəməndərlə görüşdürmüşdür ki, şəbəkənin bütün detallarını Qəməndər onlara izah etsin. Həmin ərəfəyədək Kəmalə ilə Sədaqət bir-birilərini tanımamışdılar. X16 söhbətləşib qurtardıqdan sonra Sədaqət kefi pozulmuş halda ona, şirkətə dəvət etməyə əlavə adamlarının olmamasını bildirdi. O, Sədaqətə kömək üçün özünün dəvət etdiyi rəfiqəsi Kəmalənin üzvlük haqqını Sədaqətə verəcəyini, yəni Kəmalənin onun deyil Sədaqətin masasına yazılacağını bildirmişdir. Kəmalə isə sistemin şərtləri ilə tam razılaşıb yeri gələrsə bir avtobus adam gətirə biləcəyini sevinc hissi ilə demişdir. Bu minvalla Kəmalə ilə Sədaqət təxminən 2020-ci ilin əvvəllərində, müxtəlif məbləğlərdə pulu əlbəəl Qəməndərə vermişlər. Qəməndər isə həmin vəsaiti Rukhiyama vermişdir. Qeyd edilən vəsaitlər üzvün yeni yaradılmış şəxsi kabinetinə yatırılmışdır. Sədaqət ilə Kəmalə öz oğlanlarını da şəbəkə sisteminə, virtual masalarına üzv kimi qeydiyyatdan keçirmişlər. Lakin sistemin digər şərtlərini yerinə yetirmədikləri üçün, yəni 7 (yeddi) nəfərlik masa tamamlanmadığı üçün nə Kəmalə, nə də ki, Sədaqət nəzərdə tutulan pul mükafatını əldə etməmiş, bundan sonra narazılıqlarını bildirməyə başlamışlar. Şəxsən o özü isə ilk dəfə 7 (yeddi) nəfərlik virtual masanı tamamlaya bildiyi üçün 1.000 (min) ABŞ dolları məbləğində mükafat əldə edə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əsl adı Qəməndər olsa da bütün dost-tanışları, tanıyan şəxslərin hər biri onu adı ilə deyil, «Oktay» adı ilə çağırmışlar. 2011-ci ildən etibarən müxtəlif şəbəkə marketinqlərinə qoşularaq orada işləmiş və ailəsini dolandırmaq üçün müəyyən məbləğdə pul qazanmağa çalışmışdır. Həmin şəbəkə sistemlərində fəaliyyət göstərdiyi dövrlərdə çoxlu adamlar tanımışdır. Şəbəkə sistemi tək halda deyil, qrup şəklində inkişaf etdiyi üçün hər biri qazanc əldə etməsi üçün hər zaman çalışmışlar ki, bir-birinə kömək etsinlər. 2019-cu ilin oktyabr ayında başqa şəbəkə sistemlərindən tanıdığı, aralarında səmimi ünsiyyət olan, tanışı Qalina Ağayeva baş tutmuş telefon danışığı zamanı yeni bir şəbəkə işi ilə məşğul olduğunu, işləri yaxşı gedərsə qazanc əldə edəcəyini ona bildirmişdir. O Qalinadan məşğul olduğu iş barədə soruşaraq qısa məlumat almış, həmin iş ona maraqlı gəldiyi üçün Qalina ilə daha sonradan görüşüb bu barədə ətraflı söhbət etmişdir. Qalina həmin ərəfədə onu şirkətin əməkdaşı, əslən Qazaxıstan Respublikasından olan Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Rukhiyam da ona şəbəkə sistemi barədə məlumat vermişdir. Həmin məlumatlar onun üçün yeni olmamış, uzun müddət müxtəlif şəbəkə sistemlərində, yəni elektron biznes sahəsində fəaliyyət göstərdiyi üçün qaydaların nədən ibarət olması ona artıq məlum olmuşdur. Qoşulmağı nəzərdə tutduğu şəbəkə sistemi barədə ona bildirilmişdir ki, Şimali Kipr Respublikasında fəaliyyət göstərən «X35 LTD» şirkətinin hesabına müxtəlif məbləğlərdə pul yatırımı etmək, daha sonra isə özündən savayı əlavə iki nəfər şəxsi də şirkətə dəvət edərək onların da eyni məbləğdə pul yatırımı etməsini təmin etdikdən sonra qeyd edilən şəxslərin də hər biri öz növbəsində daha iki nəfər şəxsi iş birliyinə dəvət edəcəyi halda yəni, 7 (yeddi) nəfərdən ibarət virtual masa tamamlanacağı təqdirdə birinci şəxs ilkin qazancı əldə edəcəkdi. Bundan başqa şirkətə yeni üzv olan müstəqil şəxslərin də virtual masaya yerləşdirilməsi yolu ilə qazanca çıxma halları mümkün olmuşdur. Beləliklə dəvət edilən şəxslər də eyni ilə digər şəxsləri şirkətə dəvət edib öz masalarını üzvlərlə tamamlayacağı təqdirdə də pul qazancı əldə etmək mümkün olmuşdur. O bu işi bəyənib məşğul olmağa qərar vermiş, ilk dəfə şəbəkəyə 45 (qırx beş) ABŞ dolları məbləğində yatırım edərək qoşulmaq stəmişdir. Lakin bir neçə gün sonra Rukhiyam ona 800 (səkkiz yüz) ABŞ dollarlıq proqramla şəbəkədə iştirak edəcəyini bildirmiş, bu məqsədlə onun əvəzinə də 800 (səkkiz yüz) ABŞ dolları yatırım edib öz virtual masasına yerləşdirəcəyini əlavə etmişdir. Uğur əldə olunacağı halda davamalı olaraq 2.400 (iki min dörd yüz) və 4.800 (dörd min səkkiz yüz) ABŞ dollarlıq proqaramlara keçid alıb sistemdən 19.200 (on doqquz min iki yüz) ABŞ dolları mükafat əldə etmək mümkün olacaqmış. Həmin pulun 4.800 (dörd min səkkiz yüz) ABŞ dolları şəbəkə qaydalarına görə sistemdə qalmalı, qalan 14.400 (on dörd min dörd yüz) ABŞ dolları məbləğində pulun isə sistemdən çıxarılması mümkün idi. Yatırımlar nəticəsində birinci dəfə Rukhiyamın özü, 19.200 (on doqquz min iki yüz) ABŞ dollarlıq qazanca çıxsa da, nağdlaşdırılması mükün olan 14.400 (on dörd min dörd yüz) ABŞ dollarını Rukhiyam öz deməsinə görə nağdlaşdırmamış və yenidən sistemə yatırmasını bildirmişdir. O və əslən Dağıstan Respublikasından olmasını bildiyi İndira adlı qadın da eyni qaydada 19.200 (on doqquz min iki yüz) ABŞ dolları dəyərində qazanca çıxaraq mümkün olan 14.400 (on dörd min dörd yüz) ABŞ dollarını nağdlaşdırmamışlar. Çünki həmin etapa başlamazdan öncə o, Rukhiyam və İndira ilə əldə edilən qazancı nağdlaşdırmayaraq birinci etapdakı masa cədvəlinin sayını (şəxslərin sayını) artırmaq üçün müxtəlif adamların adlarına yatırmaqla onların da iştiraklarını təmin etmə və həmin şəxslərin də növbəti etaplara keçməsi nəticəsində daha çox qazanc əldə etmə barədə qarşılıqlı razılıq əldə etmişdilər. Bunun üçün həmin şəxslərin də başqa şəxsləri dəvət etməsi tələb olunmamışdır. Lakin razılaşmanı icra edib başqa şəxslərin adlarına yatırım etsələr də həmin şəxslər özlərindən savayı digər adamları da şəbəkəyə dəvət edə bilmədikləri üçün növbəti mərhələlərdə hər-hansı qazanc əldə olunmamışdır. O, qeyd edilən şəxslərin adlarını dəqiqliyi ilə xatırlamadığını bildirmişdir. Bundan başqa 2020ci ilin fevral ayında «X35 LTD» şəbəkəsində işləməyə başladıqdan sonra tanıdığı Şahid3 öz tanışları Zərərçəkmiş şəxs5 və Sədaqət Vəliyevə ilə birlikdə Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən ofisə gəlmişlər. İradə rəfiqələrinin sistemə yatırım etmək istədikləri üçün onlara şəbəkə işinin qaydaları barədə məlumat verməsini ondan xahiş etmişdir. O da İradənin xahişini yerə salmayaraq bütün qaydaları, şərtləri, qazanc əldə etmənin üsulları barədə məlumat verib yaxşı-yaxşı düşünərək qərar vermələrini tövsiyə etmişdir. Çünki əvvəlki şəbəkə sistemlərindəki fəaliyyəti dövründə də şəbəkə işini başa düşməyən şəxslərin pul yatırımı etməsini, öz öhdəsinə düşən işləri görə bilmədikdən sonra isə haqsız yerə narazılıq edərək pulunu geri tələb etməsi hallarını görmüşdür. Verdiyi izahlardan sonra Kəmalə yatırım etməyə tam razı olsa da Sədaqət pulu borca götürəcəyini, əlavə şəxslər cəlb etməyə tanışlarının olmamasın bildirmişdir. O isə açıqcasına Sədaqətin üzünə qarşı bildirmişdir ki, borc pulla, əlavə adam cəlb etmədən şəbəkədə iştirak etməyin mənası yoxdur. Sədaqət isə buna baxmayaraq öz təşəbbüsü ilə pul yatırımı etməyə razı olmuşdur. Elə həmin gün Rukhiyam özü işdə olmadığı üçün o, Sədaqətlə Kəmalədən xatırlamadığı məbləğdə pul alaraq özündə saxlamış və səhəri gün Rukhiyamın özünə təhvil vermişdir. Həmin faktı Rukhiyam özü də səhəri gün Sədaqət və Kəmalə ilə görüşü zamanı təsdiq etmişdir. Alınan həmin pul bir neçə gün sonra şəxsi kabinetlər yaradılaraq oraya yatırılmışdır. Buna baxmayaraq Sədaqətlə Kəmalə öz oğlanlarından savayı heç kimi şəbəkəyə dəvət etmədikləri üçün qazanc əldə edə bilməmişlər. Sədaqət pul qazana bilmədiyi üçün narazılıqlar etməyə başlamış, pulu ona verdiyi üçün məhz ondan şikayət edəcəyini demişdir. O isə pulu cibinə qoymadığını, Rukhiyama verdiyini, Rukhiyamın da pulu kabinetə yüklədiyini demişdir. Şəxsi kabinetdə də həmin vəsait görsənmişdir. Sədaqət isə onun dediklərinə qulaq asmaq istəməyərək pulunu geri tələb etmişdir. O, Sədaqətin hədələrindən boğaza yığıldığı üçün məcbur qalıb aldığı təqaüdün də üstünə pul əlavə edib 400 manat pulu hissə-hissə olmaqla dostu Vasifin iştirakı ilə Sədaqətə vermişdir ki, sonuncu ondan əl çəksin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəfiqəsi Rəna 2019-cu ilin fevral ayının əvvəllərində ona bir şəbəkə sisteminin yaradılmasını bildirərək həmin şəbəkəyə pul yatırmaqla əlavə qazanc əldə etməyin mümkün olmasını bildirmişdir. O da belə bir qərara gəlmişdir ki, şəbəkə ilə maraqlansın. 2020-ci ilin fevral ayının əvvəllərində, dəqiq yadında qalmayan tarixdə o, rəfiqəsi Rəna ilə birlikdə Nərimanov rayonu, N.Hacıyev küçəsi 4 ünvanında yerləşən ofis kimi bir sahəyə getmiş, həmin vaxt qeyd edilən ofisdə çoxlu sayda tanımadığı adamların olmasını görmüşdür. Rəna şəbəkəyə rəhbərlik edən şəxsin əslən Qazaxıstan Respublikasından olan Rukhiyam adlı qadın olmasını bildirmişdir. Rəhbər şəxsin ikincisi isə «Oktay» adlı şəxs olmuşdur. Rəna orada onu «Oktay» adlı şəxslə və Rukhiyamla tanış etmiş, Rukhiyam Azərbaycan dilində yaxşı danışa bilməmişdir. Əsl adı Qəməndər olan, «Oktay» ləqəbli həmin şəxsdən şəbəkəyə qoşulmanın qaydaları, qazanc əldə etmənin şərtləri barədə soraqlaşdığı zaman sonuncu ona demişdir kı, Şimali Kipr Respublikasında ev tikintisi ilə məşğul olan «X35 Ltd» şirkəti vardır ki, və kim həmin şirkətin hesabına 250 (iki yüz əlli) ABŞ dolları, göndərmə xərci ilə birlikdə isə ümumilikdə 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində ilkin pul ödənişi edərsə, təqribən bir ay ərzində yatırılan pulun üzərinə faizlər gələcək və ayın tamamında həmin adama 1.000 (min) ABŞ dolları məbləğində mükafat veriləcəkdir. Qəməndər əvvəlki şəbəkə sistemlərindən fərqli olaraq sözügedən şəbəkədə qeydiyyatdan keçdikdən sonra pul qazanmaq üçün qoşulan şəxsin ardınca əlavə iki nəfər şəxsi də gətirib şəbəkədə qeydiyyatdan keçirilməsinə ehtiyacın olmamasını ona bildirmişdir. Belə ki, həmin şəbəkəyə bütün dünya üzrə qoşulanlar olmuş və buna görə də, şəbəkədə qeydiyyatdan keçən hər bir şəxs ardıcıllıqla biri digərinin gətirdiyi şəxs hesab olunmuşdur. O da buna inanmış və pul qazanmaq məqsədi ilə özünə məxsus 272 (iki yüz yetmiş iki) ABŞ dolları məbləğində pulu 2020-ci ilin fevral ayının əvvəllərində, dəqiq yadında qalmayan tarixdə elə həmin ofisdə Qəməndərə vermişdir. Onun adına şəbəkədə, yəni «X35 Ltd» internet səhifəsində şəxsi kabinet yaradılmış, ödədiyi pul vəsaitinin 250 ABŞ dollarından ibarət hissəsi orada olan hesabına yatırılmışdır. Lakin pulu verdikdən 10 gün sonra ona hər-hansı məbləğdə qazanc verilmədiyindən o, yenidən həmin ofisə getmişdir. Qəməndər ona, pul qazanmaq üçün mütləq öz ardınca qeydiyyatdan keçirmək üçün 2 (iki) nəfər şəxs də gətirməli olduğunu bildirmişdir. O bir neçə gün öncə şəbəkəyə qoşulan zaman əlavə iki nəfər şəxsin gətirilməsinə zərurətin olmaması barədə Qəməndərin dediklərini nəzərinə çatdırsa da, Qəməndər mövzunu dəyişərək ən azı iki nəfər şəxsin gətirilib qeydiyyatdan keçirilməsinin şərt olmasını ona bildirmişdir. O isə əlavə adam gətirmək iqtidarında olmadığını bildirmiş və pulunu geri tələb etmişdir. Lakin ona məxsus ödədiyi pul bu günədək geri qaytarılmamışdır. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, X17 qızı, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, X17 qızı, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs14 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Həmçinin, X17 qızı, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs12 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək yazdıqları ərizələrdəki şikayətlərini təsdiq etdiklərini, onlara vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını bildirmişlər. Bundan başqa, məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 220385 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ölümün səbəbi: Kardiogen şok. Cinayət işinin İ cildinin 10-cu vərəqində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2020ci il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, N.Hacıyev küçəsi 4 ünvanıdır. Orada yerləşən 5 mərtəbəli yaşayış binasının altında qeyri-yaşayış sahəsi ofis kimi fəaliyyət göstərmişdir. Ofisin giriş qapısı binanın ümumi həyətində yerləşir. Lakin qapı bağlıdır. Bu səbəbdən ofis olaraq göstərilən yerə baxış keçirmək mümkün olmamışdır. Cinayət işinin İ cildinin 165-167-ci vərəqələrində olan “Sosial internet şəbəkəsi platformasına baxış keçirmə barədə” 05 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı sosial internet şəbəkəsi platformasının «google» səhifəsində axtarış aparılmış, əldə edilən nəticəyə uyğun «X34 Ltd» şirkətinin rəsmi internet səhifəsinə https://newmillenniumcentre.com/ linki vasitəsi ilə daxil olunmuşdur. Məlum olmuşdur ki, açılmış internet səhifəsində qeydə alınan yazılar rus dilindədir. Səhifənin yuxarı sağ küncündə 3 (üç) bölüm yerləşir. Həmin bölümlərdən birincisi «səlahiyyət vermə», ikincisi «qeydiyyat», üçüncüsü «mənim ofisim» adlanır. «Səlahiyyət vermə» bölümünə daxil olduqda istifadəçidən artıq qeydiyyatdan keçirilmiş hesabının adı və gizli şifrəsini daxil etmək tələb olunur. «Qeydiyyat» və «mənim ofisim» adlı bölümlərə isə daxil olmaq mümkün deyildir. Belə ki, həmin bölümlərə daxil olduqda yeni istifadəçidən ilk növbədə «səlahiyyət vermə» bölümü vasitəsi ilə artıq səhifədə qeydiyyatdan keçmiş istifadəçinin (partnyorun, tərəfdaşın) referal göndərişi tələb olunur. Yəni qeyd edilən səhifədə qeydiyyatdan keçmək üçün yeni istifadəçini qeydiyyata cəlb edən şəxsin göndərişi vacibdir. Bu isə yeni istifadəçinin müstəqil (sərbəst) halda səhifədə qeydiyyatdan keçməsini istisna edir. Səhifənin loqo nişanının alt hissəsində 5 (beş) ədəd altbölümlər vardır. Həmin altbölümlər aşağıdakılardır: 1. Əsas; 2. Proyektlər (layihələr); 3. Suallar; 4. Xəbərlər; 5. Kompaniya (şirkət). «Əsas» adlı altbölümdə göstərilmişdir ki, beynəlxalq “X34 Ltd” şirkəti 24 mart 2011-ci ildə təsis edilmiş və yerləşmə nöqtəsi - Republic of Seychelles, Given Victoria, Seychelles 088609 ünvanındadır. Şirkətin prezidenti uğurlu sahibkar, daşınmaz əmlaka investisiya yatırımı sahəsində dünya miqyasında böyük təcrübəsi olan şəxs X21. “X34 LTD” şirkəti biznesin iki sahəsini uğurla inkişaf etdirir: Daşınmaz əmlak və onunla bağlı olan hər şey; İnternet sahəsində olan biznes; Bütün dünya miqyasında xeyriyyə, (bu istiqamət biznes deyil). Bu qısa müddət ərzində bizim şirkət sabit, dürüst, həqiqi, nəinki şirkətin, həmçinin partnyorların (tərəfdaşların) da uğuru və inkişafı üçün qurulmuş şirkət kimi ad qazanmışdır. Biz öz tərəfdaşlarımızla, onların uğuru ilə fəxr edirik və hər bir tərəfdaşımıza nəinki maddi, şəxsi inkişafında da həmişə zəmin yaradacağıq. Biznesin uğurlu inkişafı üçün yüksək dərəcəli əməkdaşlar, bizə vacib olan sahədə möhtəşəm biliyə malik yüksək ixtisaslı mütəxəssislər seçilmişdir. Hazırda şirkət öz gücünü Şimali Kiprin inkişafına sərf edir. Türkiyə Respublikası Şimali Kipr dünya ictimaiyyətinin nəzərinə 2004-cü ildən açıq elan edilmişdir. Şimali Kiprə nəinki əla istirahət etmək üçün, həm də daşınmaz əmlak almaq üçün yollanırlar. Daşınmaz əmlakın dəyəri Avropada ən ucuz qiymətlərdən birinədir. Bu səbəbdən də biz əmlakı məhz buradan almağı təklif edirik. Biz həmişə öz tərəfdaşlarımıza bazarda ən münasib təklifi etməyə çalışıq. “X34 LTD” şirkəti Şimali Kiprdəki tikinti şirkətlərinin yalnız ən iri investorları ilə əməkdaşlıq edir, hansıların ki, bu fəaliyyət növü ilə məşğul olmağa bütün lisenziyaları mövcuddur. Daşınmaz əmlaka yatırım etmək nəinki maliyyə cəhətdən sərfəlidir, həm də bütün ailə üçün faydalıdır. Şirkət daşınmaz əmlakın alqı-satqısı işinin həyata keçirilməsində əvvəldən sona qədər köməklik göstərir, bu isə tərəfdaşlarımızın aldadılmasını istisna edir, bizimlə gərginliyi aradan qaldıra və cənnət guşəmizdən həzz ala bilərsiniz. İnternet Biznesi autopcl proqamı xx.xx.2011-ci il tarixdə yaradılmışdır; grouplus proqramı xx.xx.2011-ci il tarixdə yaradılmışdır; sunmetropolis proqramı xx.xx.2012-ci il tarixdə yaradılmışdır. smtsoft proqramı xx.xx.2012-ci il tarixdə yaradılmışdır; new millennium invest proqramı xx.xx.2013-cü il tarixdə yaradılmışdır; sunnychance proqramı xx.xx.2014-cü il tarixdə yaradılmışdır; autoplus proqramı xx.xx.2014-cü il tarixdə yaradılmışdır; evrobit proqramı xx.xx.2015-ci il tarixdə yaradılmışdır; grouplus45 proqramı xx.xx.2018-ci il tarixdə yaradılmışdır. Biz biznesin texnologiyasında bütün mümkün yeniliklərdən (innovasiyalardan) istifadə edirik və bu son deyil. Biz əldə etdiklərimizlə kifayətlənməyəcək və öz tərəfdaşlarımız üçün biznes sahəsində yeni, əlverişli istiqamətlər axtarmağa davam edəcəyik. Böyük məmnuniyyətlə məqsədyönlü və iddialı şəxsləri qarşılıqlı əlverişli şərtlər daxilində əməkdaşlıq etməyə dəvət edirik. Cinayət işinin İİİ cildinin 116-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİİ cildinin 187-ci vərəqində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********481300 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı müəssisənin rəhbəri və təsisçisi olması barədə məlumat yoxdur. Cinayət işinin İİİ cildinin 194-cü vərəqində olan fiziki şəxsin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 saylı Ərazi Vergi Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cinayət işinin İİİ cildinin 217-252-ci vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət vermə, əməli tövsif etmə və cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırmaqla ayrılmış cinayət işini icraata qəbul etmə haqqında” 13 iyun 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə ictimai təhlükəli əməlin həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işinin İV cildinin 38-39-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxsının barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AZE seriyalı 11031062 nömrəli, xx.xx.2014-cü il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X13 atası kimi Namazov Ruslan, anası kimi isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AZE seriyalı 11640399 nömrəli, xx.xx.2016-cı il tarixdə Abşeron RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X14 atası kimi Namazov Ruslan, anası kimi isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AZE seriyalı 18901776 nömrəli, xx.xx.2018-ci il tarixdə ASAN Sumqayıt tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 atası kimi Namazov Ruslan, anası kimi isə Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı övladının olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə eyni zamanda xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı X15 ilə rəsmi nikahdadır. Həmçinin, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan 3 uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əcnəbi vətəndaş olsa da və bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma əlavə cəzası təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.2.2-ci və 52.2.6-cı maddələrinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə, habelə himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tələbləri və Təqsirləndirilən şəxs himayəsində 14 yaşına çatmamış uşaqlarının olması nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin kiçik uşağının 14 yaşına çatana qədər təxirə salınması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası xx.xx.2015-ci il təvəllüdlü uşağı X23 14 yaşına çatana qədər təxirə salınmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası xx.xx.2015-ci il təvəllüdlü uşağı X23 14 (on dörd) yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar