Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-59/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4 nümayəndəsi-X7 Zərərçəkmiş şəxs (mülki iddiaçı) X2 Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 89-da yaşayan və barəsində “Başqa yerə getməmək barədə iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək maddi miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib 1.600 manat qarşılığında dəmir barmaqlıq düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, 268A-da yerləşən həyət evində 700 manat, 2 gün sonra yəni, xx.xx.2021-ci il tarixdə işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarında 300 manat almış və xx.xx.2021-ci il tarixdə isə kart hesabına 300 manat köçürtdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə X2 etibarından sui-istifadə edib 2.500 manat qarşılığında 1 ədəd dəmir qapı düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2021-ci il tarixdə X2 Bakı şəhəri Nərimanov rayonu, İ.Abışov küçəsi, 18-də yerləşən həyət evində 1.000 manat, səhəri gün yəni, xx.xx.2021-ci il tarixdə işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarında 500 manat və xx.xx.2021-ci il tarixdə isə “Dərnəgül tikinti materialları” bazarında 350 manat almaqla zərər çəkmiş şəxs X3 ümumilikdə 1.850 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib 1.500 manat qarşılığında 1 ədəd dəmir qapı düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2022-ci il tarixdə işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarında 100 manat almış, xx.xx.2022-ci il tarixdə kart hesabına 550 manat və xx.xx.2022-ci il tarixdə isə kart hesabına 350 manat köçürtdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib 2.900 manat qarşılığında 3 ədəd dəmir qapı düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2022-ci il tarixdə kart hesabına 1.400 manat köçürtdürməklə və xx.xx.2022-ci il tarixdə isə işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarında 500 manat almaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1.900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına gəlmişdir. Zərərçəkmiş şəxs1 satışda olan dəmir barmaqlıqları görüb həmin barmaqlıqlardan istəmişdir. Daha sonra o, ölçüləri götürmək üçün Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən həyət evinə getmişdir. Orada o, ölçüləri götürmüş və dəmir barmaqlıqların hazırlanması üçün ümumilikdə 1.600 manat qarşılığında razılaşmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona 700 manat pul vermişdir. Daha sonra isə kart hesabına 300 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 ona ümumilikdə 1.000 manat pul vermişdir. Daha sonra onun şəxsi həyatında yaranmış problemlərlə əlaqədar olaraq işlərində ləngimə olmuşdur. Bu səbəbdən sifarişi vaxtında hazırlaya bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 almış olduğu pulu tam olaraq qaytarmışdır. Bundan başqa, 2021-ci ilin sentyabr ayında X4 işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına gəlmişdir. X1 olan dəmir qapını görüb həmin qapıdan istəmişdir. Daha sonra o, ölçüləri götürmək üçün X4 ilə birlikdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən həyət evinə getmişdir. Orada o, ölçüləri götürmüş və dəmir qapının hazırlanması üçün ümumilikdə 2.500 manat qarşılığında razılaşmışlar. Həmin vaxt X4 ona 500 manat pul vermişdir. Səhəri gün “Dərnəgül tikinti materialları” bazarında isə yenidən 500 manat vermişdir. Bundan 15 gün sonra yaşadığı evin yaxınlığında 300 manat, daha 15 gün sonra isə həmin yerdə 250 manat vermişdir. Sonuncu dəfə 200 manat pulu “Dərnəgül tikinti materialları” bazarında vermişdir. X4 ona ümumilikdə 1.750 manat pul vermişdir. Daha sonra şəxsi həyatında yaranmış problemlərlə əlaqədar olaraq işlərində ləngimə olmuşdur. Bu səbəbdən sifarişi vaxtında hazırlaya bilməmişdir. X4 da, ondan nə pulu istəmişdir, nə də ki, qapını. Bundan başqa, 2022ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs3 işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına gəlmişdir. Zərərçəkmiş şəxs3 satışda olan dəmir qapını görüb həmin qapıdan istəmişdir. Daha sonra, ona hazırlamalı olduğu qapının ölçülərini vermiş və 1 ədəd dəmir qapının hazırlanması üçün ümumilikdə 1.500 manat qarşılığında razılaşmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs3 ona 100 manat pul vermişdir. 1 həftə sonra kart hesabına 550 manat, bundan bir neçə gün sonra isə 350 manat göndərmişdir. Zərərçəkmiş şəxs3 ona ümumilikdə 1.000 manat pul vermişdir. Daha sonra şəxsi həyatında yaranmış problemlərlə əlaqədar olaraq işlərində ləngimə olmuşdur. Bu səbəbdən sifarişi vaxtında hazırlaya bilməmişdir. Zərərçəkmiş şəxs3 da, ondan pulu geri tələb etmişdir. O isə maddi çətinliyi ilə əlaqədar olaraq ondan almış olduğu pulu qaytara bilməmişdir. Bundan başqa, 2022-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs4 işlədiyi Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına gəlmişdir. Zərərçəkmiş şəxs4 əvvəlcə satışa qoymuş olduğu qapılara baxmış və ondan həyət evinə 3 ədəd dəmir qapı hazırlamağını istəmişdir. Daha sonra ona hazırlamalı olduğu qapıların ölçülərini vermiş və 3 ədəd dəmir qapının hazırlanması üçün ümumilikdə 2.900 manat qarşılığında razılaşmışlar. Bundan 2-3 gün sonra Zərərçəkmiş şəxs4 kart hesabına 1.400 manat göndərmişdir. Sonuncu dəfə isə 500 manat pulu “Dərnəgül tikinti materialları” bazarında vermişdir. Zərərçəkmiş şəxs4 ona ümumilikdə 1.900 manat pul vermişdir. Düzdür, o, sifarişi vaxtında hazırlaya bilməsə də, hazırda həmin qapıları hazırlayır. Qısa müddət ərzində Zərərçəkmiş şəxs4 sifariş vermiş olduğu 3 ədəd dəmir qapını təhvil verəcəyinə söz vermişdir. Hazırda ittiham üzrə özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsindən yayınmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə həyət evinə dəmir barmaqlıq düzəltmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına getmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs satışa qoymuş olduğu dəmir barmaqlığı bəyənmiş və Təqsirləndirilən şəxs həyət evinə dəmir barmaqlıq hazırlamağını istəmişdir. Daha sonra onlar Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, ev 268A-da yerləşən həyət evinə getmişlər. Orada Təqsirləndirilən şəxs ölçülər götürmüş və dəmir barmaqlıqları ümumilikdə 1.600 manat qarşılığında hazırlayacağını bildirmişdir. Onlar razılaşmışlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs 700 manat pul vermişdir. 2 gün sonra, yəni 12 iyun 2021-ci il tarixdə isə işlədiyi “Dərnəgül tikinti materialları” bazarında 300 manat pul vermişdir. 01 iyul 2021-ci il tarixdə isə kart hesabına 300 manat pul göndərmişdir. 10 iyun 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs pul verən zaman razılaşmışlar ki, sifarişi 1 aya hazırlanacaqdır. Lakin, vaxt tamam olduqda Təqsirləndirilən şəxs vermiş olduğu vədə əməl etməyərək müxtəlif bəhanələr gətirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs ümumilikdə 1.300 manat pul vermişdir, pul verən zaman isə yanında heç kim olmamışdır.Ona dəyən zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə həyət evinə dəmir qapı düzəltmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına getmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs satışa qoymuş olduğu dəmir qapını bəyənmiş və onun həyət evinə də, dəmir qapı hazırlamağını istəmişdir. Daha sonra onlar Bakı şəhəri Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 18-də yerləşən həyət evinə getmişlər. Orada Təqsirləndirilən şəxs qapının ölçülərini götürmüş və dəmir qapını ümumilikdə 2.500 manat qarşılığında hazırlayacağını bildirmişdir. Onlar razılaşmışlar. Həmin vaxt orada o, Təqsirləndirilən şəxs 1.000 manat pul vermişdir. Səhəri gün, yəni 08 sentyabr 2021-ci il tarixdə isə işlədiyi “Dərnəgül tikinti materialları” bazarında 500 manat pul vermişdir. 20 sentyabr 2021-ci il tarixdə isə “Dərnəgül tikinti materialları” bazarında Təqsirləndirilən şəxs qapının rənglənməsi və qıfılın alınması üçün 350 manat pul vermişdir. 07 sentyabr 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs pul verən zaman razılaşmışlar ki, sifarişi 1 aya hazırlanacaqdır. Lakin, vaxt tamam olduqda Təqsirləndirilən şəxs vermiş olduğu vədə əməl etməyərək müxtəlif bəhanələr gətirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs ümumilikdə 1.850 manat pul vermişdir, pul verən zaman isə yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs X4 mülki iddia ərizəsilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş zərər 1850 manatın onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs X4 bildirdi ki, ona dəyən zərərdən qismən ödəniş olub. Hazırda zərər məbləgi 1.180 manat qalmaqdadır. Qalan zərəri tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 03 iyun 2022-ci il tarixdə həyət evinə dəmir qapı düzəltmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına getmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs satışa qoymuş olduğu dəmir qapını bəyənmiş və sonuncudan həyət evinə 1 ədəd dəmir qapı hazırlamağını istəmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs hazırlamalı olduğu qapının ölçülərini vermişdir. Təqsirləndirilən şəxs dəmir qapını ümumilikdə 1.500 manat qarşılığında hazırlayacağını bildirmişdir. Onlar razılaşmışlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs 100 manat pul vermişdir. 1 həftə sonra, yəni 10 iyun 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs kart hesabına 550 manat pul göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs qapının rənglənməsi və qıfılın alınması üçün ondan əlavə 350 manat pul istəmişdir. O da, 350 manat pulu 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. 03 iyun 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs pul verən zaman razılaşmışlar ki, sifarişi 1 aya hazırlanacaqdır. Lakin, vaxt tamam olduqda Təqsirləndirilən şəxs vermiş olduğu vədə əməl etməyərək müxtəlif bəhanələr gətirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs ümumilikdə 1.000 manat pul vermişdir, pul verən zaman isə yanında heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 20 may 2022-ci il tarixdə həyət evinə dəmir qapı düzəltmək məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Dərnəgül tikinti materialları” bazarına getmişdir. Orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs satışa qoymuş olduğu dəmir qapını bəyənmiş və sonuncudan həyət evinə 3 ədəd dəmir qapı hazırlamağını istəmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs hazırlamalı olduğu qapıların ölçülərini vermişdir. Təqsirləndirilən şəxs 3 ədəd dəmir qapını ümumilikdə 2.900 manat qarşılığında hazırlayacağını bildirmişdir. Onlar razılaşmışlar. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs kart hesabına 1.400 manat pul göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs qapının rənglənməsi və qıfılın alınması üçün ondan əlavə 500 manat pul istəmişdir. O da, 500 manat pulu 29 iyun 2022-ci il tarixdə işlədiyi “Dərnəgül tikinti materialları” bazarında Təqsirləndirilən şəxs vermişdir. 29 iyun 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs pul verən zaman razılaşmışlar ki, sifarişi 1 aya hazırlanacaqdır. Lakin, vaxt tamam olduqda Təqsirləndirilən şəxs vermiş olduğu vədə əməl etməyərək müxtəlif bəhanələr gətirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs ümumilikdə 1.900 manat pul vermişdir, pul verən zaman isə yanında heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 nümayəndəsi X9 bildirdi ki, onlara dəyən zərərdən qismən ödəniş olub. Hazlrda qalıq zərər məblədi 1.100 manat təşkil edir. Qalan məbləgi tələb edirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 may 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, şübhəli şəxs X5 13 iyul 2022-ci il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilərək barəsində “Başqa yerə getməmək haqqında qətimkan tədbiri ” seçilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ümumi olaraq 1900 manatdır. 600 manat ödənilmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ümumi olaraq 1850 manatdan 370 manat ödəmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 200 manat ödənilmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərdən ümumi olaraq 1900 manatan 600 manat + 200 manat ödəniş etmişdir. Hal-hazırda 1100 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərdən ümumi olaraq 1850 manatdır. 200 manat ödəniş etmişdir. Hal-hazırda 1280 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərdən ümumi olaraq 1000 manatan 200 manat + 200 manat ödəniş etmişdir. Hal-hazırda 600 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 100 manat ödəniş edilmişdir. Hal-hazırda 1180 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 200 manat ödəniş edilmişdir. Hal-hazırda 400 manat borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 xeyrinə 400 manat ödəniş olunmuşdur. AZ-İV seriyalı, 604219 nömrəli və AZ-İV seriyalı, 513042 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ikisinə ziyanın tam ödənilməsini, digərlərinə dəymiş ziyanın qismən ödəməsini, himayəsində 2 övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51- 3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, ödənilmiş məbləg çıxılmaqla təqsirləndirilən şəxsdən vurulmuş zərərə görə qalıq qalan 1.180 manat məbləğində pul zərərçəkmiş şəxs X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 32 (otuz iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq ona 1 (bir) il, 11(on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 1.180 (bir min yüz səksən) manat pul tutularaq zərərçəkmiş şəxs X2 xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin olunmasın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 32 (otuz iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-59/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-59/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver