Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-59/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə’’ növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəlırində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncuya ünvan 2 ünvanında yerləşən "Tennis” İdman Kompleksində olan ən yaxşı 03 ədəd ‘”Tennis kortu”nu icarəyə götürüb işlədərək gəlir verəcəyi adı ilə yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində yerləşən "Zeytun 136” adlı aptekdə 3100 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 3100 (üç min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya, ünvan 2 ünvanında yerləşən "Tennis” İdman Kompleksində olan ən yaxşı 03 ədəd “Tennis kortu”nu icarəyə götürüb işlədərək gəlir verəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə “Azərbaycan Beynəlxalq Bankı”na məxsus 4127-2081-2762-4871 nömrəli plastik kart hesabından 1200 manat, xx.xx.2023-cü il tarixdə “Azərbaycan Beynəlxalq Bank”na məxsus 4127********6129 nömrəli plastik kart hesabından 980 manat olmaqla ümumilikdə 2180 manat pulun adına olan “Leobank”a məxsus 4098-5844-6594-2108 nömrəli plastik kart hesabına göndərilməsinə nail olub pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2180 (iki min bir yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 etibarından sui- istifadə edib sonunculara, ünvan 2 ünvanında yerləşən “Tennis” İdman Kompleksində olan ən yaxşı 03 ədəd "Tennis kortu”nu icarəyə götürüb işlədərək gəlir verəcəyi adı ilə yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metroslansiyasının yaxınlığında Elman Əsgərovdan 3000 manat, Zərərçəkmiş şəxs5 2000 manat pul vəsaitini aldıqdan sonra, Zərərçəkmiş şəxs5 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” na məxsus 5167-5133-4448-4910 nömrəli plastik kart hesabından xx.xx.2023-cü il tarixdə 1000 manat pulu adına olan “Leobank”a məxsus 4098- 5844-6594-2108 nömrəli plastik kart hesabına göndərilməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6000 manat pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncuya, ünvan 3 ünvanında yerləşən “Tennis” İdman Kompleksində olan ən yaxşı 03 ədəd “Tennis kortunu icarəyə götürüb işlədərək gəlir verəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 tərəfindən "xxxx"a məxsus 4169-7388*****8927 nömrəli plastik kartı hesabından xx.xx.2023-cü il tarixdə 1550 manat, xx.xx.2024-cii il tarixdə 2000 manat pulun adına olan “Leobank”a məxsus 4098-5844-6594-2108 nömrəli plastik kart hesabına göndərilməsinə nail olub pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 3550 (üç min beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya, Bakı şəhəri Nərimanov rayonu Əlövsət Əbdülrəhimov küçəsi 4 invanında yerləşən "Tennis” İdman Kompleksində olan ən yaxşı 03 ədəd “Tennis kortu”nu icarəyə götürüb işlədərək gəlir verəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2023-cü ildə "xxxx"a məxsus 5103-0714-5430- 5042 nömrəli plastik kart hesabından 1000 manat pulun adına olan “Leobank”a məxsus 4098-5844-6594-2108 nömrəli plastik kart hesabına göndərilməsinə nail olduqdan sonra 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında 700 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Pandemiya olduğu müddətdən əvvəl təxminən 2019-cu ildən 2023-cü ilin aprel ayına qədər Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdürrəhimov küçəsində yerləşən "X5” işləmişdir. Həmin idman komplesksində anası X3 həmin kompleksdə olan 6 ədəd kortların hamısını icarəyə götürmüşdür. O da həmin kortda adminstrator kimi işləmişdir. Kortda işləyən zamanı və ondan əvvəl onun bir çox tenis oynamaqla məşğul olan həm peşəkar, həm də həvəskar dostları olmuşdur. Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Samir Həsənov adlı dostları ilə birlikdə onların icarəyə götürdükləri kortda tennis oynamışlar. Həmin şəxslərlə onun arasında yaranan münasibətdən irəli gələrək o, müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə həmin şəxslərdən Gənclikdə, Əlövsət Əbdürrəhimov küçəsində yerləşən kortlardan bir neçəsini icarəyə götürərək iş qurmaq adı ilə pul almışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 və Emin Şirinov adlı şəxslərdən Zərərçəkmiş şəxs6 vasitəsilə həmin qeyd etdiyi ünvanda tenis kortlarını icarəyə götürmək adı ilə hissə-hissə olmaqla ümumilikdə 6.000 manat məbləğdə pul almışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 3 ədəd tenis kortunu icarəyə götürüb birlikdə işlətmədikləri adı ilə 3.100 manat məbləğdə pul almışdır. xx.xx.2023-cü il Zərərçəkmiş şəxs1 adlı dostundan Gənclikdə eyni ünvanda olan Tenis kortunu icarəyə götürmək adı ilə 1.700 manat məbləğdə pul almışdır. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Zərərçəkmiş şəxs4 adlı dostundan eyni adla yəni, 3 ədəd Tenis kortunu icarəyə götürərək birlikdə işlədərək oradan əldə olunan qazancı aralarında bölüşdürmək adı ilə hissə-hissə olmaqla ümumilikdə 3.550 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs2 adlı dostundan da tenis kortlarını icarəyə götürmək adı ilə 1.244 manat məbləğdə pul almışdır. Samir Həsənov adlı şəxsdən isə xx.xx.2023-cü il tarixdən 2023-cü ilin may ayının ortalarınadək hissə-hissə olmaqla borc adı ilə götürdüyü məbləğlərin bir hissəsini qaytarmışdır. O, adlarını qeyd etdiyi şəxslərdən pulları iş qurmaq, tenis kortlarını icarəyə götürərək qazanc əldə etmək adı ilə almışdır. Əslində belə olmayacaqmış, çünki onun həmin şəxslərdən iş qurmaq adı ilə aldığı pul vəsaitlərini şəxsi məqsədləri üçün istifadə edəcəkmiş. O. həmin şəxslərin hissə-hissə olmaqla ümumilikdə 16.794 manat məbləğdə pul vəsaitini ələ keçirmişdir. Həmin məbləğin 5.000 manatını “Topaz” futbol-mərc oyunlarında yatırım edib uduzmuş, özünə paltar almağı üçün 800 manat məbləğdə pul xərcləmişdir. Tenis kortuna olan 4.500 manat məbləğdə borcunı ödəmişdir. Xarici ölkədən Estoniyadan tenis oyunçularından ibarət qrup 2023-cü ilin iyun ayının əvvəllərində gələrkən oyunçuları qarşılamaq üçün ona verilən 3.500 manat məbləğdə pulu xərclədiyinə görə pulun əvəzinə vermiş, 1.500 manat məbləğdə pulu isə Samirdən əvvəllər aldığı borclarını bağlamaq məqsədilə istifadə elmişdir. O, həmin pul vəsaitlərini müxtəlif vaxtlarda hissə-hissə olmaqla şəxslərin hamısından ümumilikdə 16.794 manat məbləğdə pul vəsaitini ələ keçirmişdir. Həmin pul vəsaitlərini o, adlarını qeyd etdiyi şəxslərdən ünvan 4 ünvanında yerləşən tenis kortlarını icarəyə götürərək iş quracaqları, bu üsulla yaxşı qazanc əldə edəcəklərini və əldə etdikləri qazancı aralarında böləcəyi adı ilə almışdır. O, həmin kortları icarəyə götürməmiş, sadəcə icarəyə götürmək adı ilə qeyd etdiyi şəxsləri aldadaraq pullarını ələ keçirib şəxsi məqsədləri üçün istifadə etmişdir. Onlar ancaq şifahi şəkildə razılığa gəlmişlər. Razılığa əsasən Ruslana hər gün 300 manat məbləğində, Vasifə hər gün 60 manat məbləğində pul verməli olmuşdur. Etibardan aldığı 3.100 manat məbləğdə pul qarşılığında əldə etdikləri qazanca görə sonuncuya 1.200 manat məbləğində pulu ayın sonunda verməli olmuşdur. Vadimdən aldığı 3.550 manat məbləğdə pul ilə kortları icarəyə götürüb əldə etdikləri qazanca görə 1.400 manat məbləğdə pul verməli olmuşdur. Teymurdan da 1.200 manat məbləğdə pul görə qazanc əldə edib götürməklə bağlı şərtlər demişdir. Əslində isə o, həmin kortları icarəyə götürməmişdir. O, Ruslana 2023-cü ilin iyun ayında hər gün 300 manat olmaqla 2 günə 600 manat, Vasifə isə 2023-cü ilin iyun ayında hər gün 60 manat olmaqla 5 gün ərzində 300 manat məbləğdə pul qaytarmışdır. Həmin qaytardığı pulları onların guya icarəyə götürdüyü kortlardan əldə edilən gəlir olmasını bildirmişdir. Əslində isə bu pullar Ruslanın, Vasifin özündən aldığı məbləğlər olmuşdur. Daha sonra o Etibardan, Vadim, Teymur, Samirdən aldığı pullar ilə sonuncuların hər birindən ələ keçirdiyi məbləğləri bağlamaq üçün birindən pulu alıb digərinə verirdi. Çünki o, həmin şəxslərdən iş qurmaq adı ilə götürdüyü pulları şəxsi məqsədləri üçün istifadə etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəyən zərəri tam ödəməsini, vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, 8-ci km ünvanında yerləşən Bakı Tennis Akademiyasında, bəzən isə Gənclik metrostansiyası yaxınlığında Əlövsət Əbdülrəhimov küçəsində yerləşən “Tennis Kort”-da o, dostları ilə birlikdə tennis oynamağa getmişdir. Həmin “Tennis Kort”-u pandemiya dövründən əvvəl təxminən 2019-cu ilə qədər Təqsirləndirilən şəxs anası Vətəni Nərgiz ilə birlikdə işləmişdir. O da həmin müddətlərdə ora tennis oynamağa gedən zamanı Kamran ilə tanış olmuşdur. 2023- cü ilin may ayında Fəridə Kamran yaxınlaşaraq bildirmişdir ki, 700 manat qarşılığında icarə kort götürsün. Lakin qardaşı Fərid pulu olmadığından təkliflə razılaşmamışdır. Sonra ona Kamran demiş və təklif Təqsirləndirilən şəxs Elmana Gənclikdə Ə.Əbdürrəhmanov küçəsində yerləşən Tennis kortunu icarəyə götürərək birlikdə işlətməklərindən ibarət olmuşdur. O, Tennis yerinin Kamranın anası ilə birlikdə işlətdiyini, sonradan isə davam etdirmədiklərini bilmişdir. Kamran o zaman ona demişdir ki, anasının artıq bu işlə məşğul olmadığını, başqa bir fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Elman ona təklif etmişdir ki, o da şərik olsun, həmin yeri birlikdə icarəyə götürsünlər. 2023-cü ilin may-iyun ayı Kamran ilə birlikdə Bakı Tennis Akdemiyasında görüşən zamanı, X9 kortunu əvvəllər anası ilə birlikdə icarəyə götürüb işlətdiyini, indi isə yenidən özü götürüb işlətmək istədiyini onlara bir daha qeyd etmişdir. X9 yerində olan ən yaxşı 3 kortu icarəyə götürəcəyi, ona verəcəyi məbləği 700 manat məbləğdə icarə pulu verəcəyini, lakin buna baxmayaraq gəlirinin 1000 manat məbləğdə olacağını bildirmişdir. O Kamranla Gənclikdə həm icarəyə götürəcəkləri tennis kortlarına baxmaq, həm də pulu Kamrana vermək üçün görüşmüşlər. O, 700 manat pulu əlbəəl vermişdir. O, Kamrana inanmış və birlikdə həmin kortu icarəyə götürəcəkləri barədə razılığa gəlmişlər. Bir həftə sonra ona 1.000 manat olaraq qaytarmışdır. Daha sonra yeni icarəyə əsasən 1.000 manat pul istəmişdir və bu məbləği "Kapital Bank 5103-0714- 5430-5042” məxsus kart vasitəsi ilə atmışdır. Lakin bu dəfə Kamran məbləği geri qaytarmamışdır. Bunun səbəbini soruşduqda müxtəlif bəhanələr gətirmiş, yəni kassalara mədaxil olmadığını, bu gün kassadan pul götürə bilmədiyini və s. Kamran sonradan ona demişdir ki, artıq ona verəcəyi 1000 manat ondadır və yeni icarəyə kort götürə bilərlər. O, 1000 manat pulun onda olmağına inanaraq yenidən Kamranın ona dediyi 700 manat məbləği Kamrana əlbəəl vermişdir. Kamran ondan 1.700 manat pul götürsə də, bu pulu geri qaytarmamışdır. Kamran müxtəlif bəhanələr gətirərək bu məbləğləri geri qaytarmamışdır. Kamranın dostu xx.xx.2023-cü il tarixdə İsmayıl müxtəlif onun kimi şəxslərlə əlaqə saxlayan zamanı Kamranın həmin şəxslərə də həmin kortları icarəyə götürmək adı ilə pul aldığını müəyyən etmişdir. Bundan sonra Kamranın tək onları deyil, onlar kimi tennis həvəskarlarının çox adamı kortları icarəyə götürmək adı ilə aldatdığını öyrənmişlər. Onlar birlikdə həmin tennis kortuna gedərək maraqlananda Kamranın orada məşqçi olduğunu və heç bir kortu icarəyə götürmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən “zeytun 136” adlı aptekdə müdir kimi fəaliyyət göstərir. 2019-cu ildən etibarən həvəskar idmançı olaraq adətən Tennis idman növü ilə məşğul olmuşdur. Adətən Bakı şəhəri Nizami rayonu, 8-ci km ünvanında yerləşən Bakı Tennis Akademiyasında, bəzən isə Gənclik metrostansiyası yaxınlığında Əlövsət Əbdülrəhimov küçəsində yerləşən “Tennis Kort”-da dostları ilə birlikdə tennis oynamağa getmişdir. Həmin “Tennis Kort”-u pandemiya dövründən əvvəl təxminən 2019-cu ilə qədər Təqsirləndirilən şəxs anası Vətəni Nərgiz ilə birlikdə işlətmişdir. Kamranın dediyinə görə oranı icarəyə götürüb işlətmişlər. Pandemiya olduqdan sonra həmin kort fəaliyyətini dayandırmışdır. Təxminən 2021 -ci ilin əvvəllərindən həmin kort yenidən fəaliyyətə başlamışdır. O, 2022-ci ilin yay aylarından başlayaraq davamlı olaraq həmin tenis kortuna getmişdir. O, həmin kortda olan zamanı çox vaxt Kamran ilə birlikdə tenis oynamışdır. 2023-cü ilin aprel ayında Tennis Federasiyası həmin kordun icarəyə götürmüş və Kamranla anası icarədar kimi artıq fəaliyyət göstərməmişdir. xx.xx.2023-cü il tarixdə görüşən zamanı Kamran ona Federasiya tərəfindən həmin kortları icarəyə götürməklərinə baxmayaraq işlədə bilmədiklərini, buna görə də onunla birlikdə şərik olaraq həmin kortlardan 3-nü icarəyə götürüb işlətməyi təklif etmişdir. O da bununla bağlı hansı şərtlərin olmasını Kamrandan soruşduqda, 3 kortu ümumilikdə 6.200 manat məbləğdə icarə haqqı kimi pul verməli olduqlarını, əldə olunan gəlirin isə yarı-yarı olmaqla aralarında bölüşdürüləcəyi barədə razılığa gəlmişlər. Həmin icarə haqının 3.100 manatını o, ödəniş etməli olmuşdur. Hətta Kamran ilə razılığa gələn zaman Kamran hətta ona qiymətlər və müştərilərlə bağlı məlumundur demişdir. O da Kamranı 3 ilə yaxın idiki tanıdığına görə Kamranın onu aldadacağına güman etməmişdir. xx.xx.2023-cü il tarixdə Kamran onun işlətdiyi, Bakı şəhəri. Nərimanov rayonu, Atatürk prospektində yerləşən aptekə gələrək həmin 3.100 manat məbləğdə pulu nağd şəkildə ondan kortları icarəyə götürmək adı ilə almışdır. O, 2023-cü il iyun ayının 10-u tarixlərində İsmayıl Babayev adlı dostu ilə ***-***-**-** nömrəsi ilə əlaqə saxlayan zamanı Kamranın ayrı-ayrı adamları aldadaraq kortları icarəyə götürmək adı ilə pul almasını dedikdə, ondan da kortları icarəyə götürmək adı ilə 3.100 manat məbləğdə pul aldığını demişdir. O, həmin zaman Kamran tərəfindən aldadıldığını və tenis kortlarının icarəyə götürülmədiyini, Kamranın onu və onun kimi bir çox şəxsi aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşür. Bundan sonra o, Kamran ilə əlaqə saxlayan zamanı Kamran müxtəlif bəhanələr gətirərək pulların hamısını geri qaytaracağını bildirsə də, sonuncu pulları ödəməkdən boyun qaçırmışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, həvəskar idmançı olaraq adətən tenis idman növü ilə məşğul olmuşdur. Adətən Bakı şəhəri Nizami rayonu, 8-ci km ünvanında yerləşən Bakı Tennis Akademiyasında, bəzən isə Gənclik metrostansiyası yaxınlığında Əlövsət Əbdülrəhimov küçəsində yerləşən “Tennis Korf”-da dostları ilə birlikdə tennis oynamağa getmişlər. 2021-ci ilin sentyabr-oktyabr aylarında Gənclik metrostansiyası yaxınlığında yerləşən tennis kortuna tenis oynamaq üzrə təlimlərə getmişdir. Təlimdə olan zamanı Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin şəxs anası Nərgiz Vətəni ilə birlikdə həmin kortdan icarəyə götürüb işlətmişlər. Lakin bir müddət sonra təxminən 2022-ci ilin yay avlarında Kamranla kortda görüşən zamanı artıq kortu icarəyə götürmədiklərini, buranın başqa şəxs tərəfindən icarəyə götürüldüyünü qeyd etmişlər. Kamran 01 iyun 2023-cü il tarixdə ona ***-***-**-** saylı mobil nömrəsi ilə Vhatsapp sosial şəbəkəsində yazaraq həmin Gənclikdə olan Tenis kortlarının 3-nü icarəyə götürərək işlədə biləcəklərini, gündəlik yaxşı qazanc gəlir əldə edə biləcəklərini demişdir. Kamranın dediyinə görə 3 ədəd korta görə onlara ümumilikdə 6.200 manat məbləğdə pul ödəməli olmuşlar. Həmin məbləğin 3.100 manatını o ödəməli olmuşdur. Kamran ilkin olaraq ona 1 aylıq deyil, 15 günlük götürmələrini məsləhət görmüş və buna görə o, Kamrana 1.550 manat məbləğdə pul verməli olmuşdur. O da Kamranın bu fikri ilə razılaşmış və gəldikləri razılaşmaya əsasən 1.550 manat məbləğdə pulu xx.xx.2023-cü il tarixdə Kamranın 4098 5844 6594 2108 nömrəli Bank kart hesabına “Birbank” Mobil tətbiq vasitəsilə ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə Kamran ona Vhatsapp sosial şəbəkəsində yazaraq onların aylığı icarə haqqı kimi tam şəkildə ödəniş etmələrini bildirmişdir. Əvvəlcə ona 15 günlük icarəyə görə qazanc əldə etdikdən sonra aylığın qalan hissəsini tam 1 aylıq ödəniş edəcəklərini bildirsə də, lakin Kamran təkidlə onun müdir tərəfindən tam şəkildə ödənilməsini əks halda isə həmin kortları icarəyə verməyəcəklərini bildirdikdə o, razılaşmışdır. O Kamranın 4098 5844 6594 2108 nömrəli bank kart hesabına xx.xx.2023-cü il tarifdə əlavə olaraq 2.000 manat məbləğdə pul köçürmüşdür. O. həmin 2.000 manat məbləğdə pulun 1.550 manatını ödəniş etməli olmuş, lakin Kamran ona pulunun olmadığını əlavə olaraq onun da əvəzinə pul verməyini istəmişdir. O da razı olmuşdur. xx.xx.2023cü il tarixində kortda birlikdə tenis oynadığı şəxslərdən Zərərçəkmiş şəxs3 ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, Kamranın onu və onun kimi bir neçə nəfəri kortları icarəyə götürmək, adı ilə aldadaraq pulunu ələ keçirmşdir. O, onda Kamranın kortları icarəyə götürmədiyini sadəcə kortları götürmək adı ilə onu aldadaraq pulunu ələ keçirib, öz şəxsi məqsədləri üçün istifadə etdiyini bilmişdir. Onun əldə etdiyi məlumatlara əsasən Kamran həmin onlardan aldadaraq ələ keçirdiyi pulları qumar mərc oyunlarına yükləmiş, orada yaranan borclarını ödəmişdir. Kamran ondan ümumilikdə 3.550 manat məbləğdə pulu kortları icarəyə götürmək adı ilə pulunu alıb aldadaraq ələ keçirmiş və şəxsi məqsədləri, həmçinin qumar mərc oyunlarına xərcləmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o həvəskar idmançı olaraq adətən Tenis idman növü ilə məşğul olur. Adətən Bakı şəhəri, Nizami rayonu 8-ci kırı ünvanında yerləşən Bakı Tennis Akademiyasında, bəzən isə Gənclik metrostansiyası yaxınlığında Əlövsət Əbdülrəhimov küçəsində yerləşən “Tenis Kort”-da dostları ilə birlikdə tennis oynamağa getmişdir. Həmin “Tennis Kort-u pandemiya dövründən əvvəl təxminən 2019-cu ilə qədər Təqsirləndirilən şəxs anası Vətəni Nərgiz ilə birlikdə işlətmişdir. O da həmin müddətlərdə ora tennis oynamağa gedən zamanı Kamran ilə tanış olmuşdur. Kamranın dediyinə görə oranı icarəyə götürüb işlətmişlər. Pandemiya olduqdan sonra həmin kort fəaliyyətini dayandırmışdır. Təxminən 2021-ci ilin əvvəllərindən həmin kort yenidən fəaliyyətə başlamışdır. O, həmin müddət ərzində cəmi bir dəfə getmişdir. Onun dostu Zərərçəkmiş şəxs6 Nizami rayonu, 8-ci km deyilən ərazidə yerləşən “Bakı Tennis Akademiyasında’’ tennis müəllimi kimi 10 ildən çoxdur ki fəaliyyət göstərmişdir. O, Elmanla həm işlədiyi ünvanda həm də, Kamran işlətdiyi Tenis korlarında tennis oynamışlar. Zərərçəkmiş şəxs6 2023-cü ilin iyun ayının 4-5 tarixlərində “Bakı Tennis Akademiyasında” olan zamanı ona, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona bir təklif etdiyini bildirmişdir. Təklif Təqsirləndirilən şəxs idmana Gənclikdə, Ə.Əbdürrəhmanov küçəsində yerləşən Tenis kortunu icarəyə götürərək birlikdə işlətməklərindən ibarət olmuşdur. 2023-cü ilin iyun ayının 7-8 tarixlərində o, Elman və Kamran birlikdə Bakı Tennis Akdemiyasında görüşən zaman, X10 kortunu əvvəllər anası ilə birlikdə icarəyə götürüb işlətdiyini, indi isə yenidən özü götürüb işlətmək istədiyini onlara bir daha qeyd etmişdir. X10 yerində olan ən yaxşı 3 kortu icarəyə götürəcəklərini və buna görə hər birinə 2.000 manat məbləğdə pul olmaqla ümumilikdə 6.000 manat məbləğdə icarə pulu verəcəklərini, lakin buna baxmayaraq gəlirlərinin 8.300 manat məbləğdə olacağını bildirmişdir. O, Kamranı təxminən 5 ilə yaxındır, Elman isə 10 ilə yaxındır ki tanımışdır. Ona görə də Kamrana inanmış və birlikdə həmin kortu icarəyə götürəcəkləri barədə razılğa gəlmişlər. xx.xx.2023-cü il tarixdə Elman, Kamran və o, Gənclikdə həm icarəyə götürəcəkləri tennis kortlarına baxmaq, həm də pulu Kamran vermək üçün görüşmüşlər. Tennis kortlarına baxış keçirdikdən sonra o, 2.000 manat məbləğdə pulu Elmana vermişdir ki, Kamrana versin. Elman da onun verdiyi məbləğlə birlikdə 3.000 manat da özü əlavə edib 5.000 manat məbləğdə pulu həmin seçdikləri tenis kortlarını icarəyə götürmək adı ilə Kamrana vermişdir. Növbəti gün xx.xx.2023-cii il tarixdə o, Kamranın “Vhatsapp” sosial şəbəkəsində yaratdığı “Kortlar” adlı qrupa göndərdiyi 4098 5844 6594 2108 nömrəli kart hesabına 1 000 manat məbləğdə pulu göndərmişdir. Kamran hətta 2 gündən sonra əlavə 4 dənə kortu da icarəyə götürmələrini dedikdə, onlar Kamrana razılaşmadıqlarını bildirmişlər. Elman dostları ilə əlaqə saxlayan zamanı Kamranın onlardan da həmin kortları icarəyə götürmək adı ilə pul aldığını müəyyən etmişdir. Bundan sonra Kamranın tək onları deyil, onlar kimi tennis həvəskarlarının çox adamı kortları icarəyə götürmək adı ilə aldatdığını öyrənmişlər. Zərərçəkmiş şəxs X4 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, həvəskar idmançı olaraq adətən Tennis idman növü ilə məşğul olur. Adətən Bakı Tennis Akademiyasında, bəzən isə Gənclik metrostansiyası yaxınlığında Əlövsət Əbdülrəhiınov küçəsində yerləşən “Tennis Kort”-da dostlar ilə birlikdə tenis oynamağa getmişdir. Həmin kortu pandemiya dövründən əvvəl təxminən 2019-cu ilə qədər Təqsirləndirilən şəxs anası Vətəni Nərgiz ilə birlikdə işlətmişdir. O da həmin müddətlərdə ora tennis oynamağa gedən zamanı Kamran ilə tanış olmuşdur. 2023-cü ilin iyun ayının 4-5 tarixlərində “Bakı Tennis Akademiyasında'’ olan zamanı Təqsirləndirilən şəxs ona bir təklif etmişdir. Təklif Təqsirləndirilən şəxs ona Gənclikdə, Ə.Əbdürrəhmanov küçəsində yerləşən Tennis kortunu icarəyə götürərək birlikdə işlətməklərindən ibarət olmuşdur. O da bu təklifi Ruslana demişdir. Ruslan ondan əvvəllər həmin Tennis yerinin Kamranın anası ilə birlikdə işlətdiyini, nəyə görə davam etdirmədiklərini soruşduqda o, Kamranın dediyinə görə anasının artıq bu işlə məşğul olmadığını, başqa bir fəaliyyətlə məşğul olduğunu bildirmişdir.O, Ruslana təklif etmişdir ki, onunla ortaq olsun və həmin yeri birlikdə icarəyə götürsünlər. 2023-cü ilin iyun ayının 7-8 tarixlərində o, Ruslan və Kamran ilə birlikdə Bakı Tennis Akdemiyasında görüşən zamanı, X9 kortunu əvvəllər anası ilə birlikdə icarəyə götürüb işlətdiyini, indi isə yendən özü götürüb işlətmək istədiyini onlara bir daha qeyd etmişdir. X9 yerində olan ən yaxşı 3 kortu icarəyə götürəcəklərini və buna görə hər birinə 2.000 manat məbləğdə pul olmaqla ümumilikdə 6.000 manat məbləğdə icarə pulu verəcəklərini, lakin buna baxmayaraq gəlirinin 8.300 manat məbləğdə udacağını bildirmişdir. O, Kamranı bir neçə il olmuşdur ki, tanımışdır. Ona görə də Kamrana inanmış və birlikdə həmin kortu icarəyə götürəcəkləri barədə razılğa gəlmişlər. xx.xx.2023-cü il tarixdə Ruslan, Kamran və o, Gənclikdə həm icarəyə götürəcəkləri tennis kortlarına baxmaq, həm də pulu Kamran vermək üçün görüşmüşlər. Tennis kortlarına baxış keçirdikdən sonra Ruslan 2.000 manat məbləğdə pulu ona vermişdir ki, Kamrana versin. O da Ruslanın verdiyi məbləğlə birlikdə 3.000 manat da özü əlavə edib 5.000 manat məbləğdə pulu həmin seçdikləri tenis kortlarını icarəyə götürmək adı ilə Kamrana vermişdir. Növbəti gün xx.xx.2023- cü il tarixdə Ruslan Kamranın “Vhatsapp” sosial şəbəkəsində yaratdığı "kortlar" adlı qrupa göndərdiyi 4098 5844 6594 2108 nömrəli kart hesabına 1.000 manat məbləğdə pulu göndərmişdir. Kamran hətta 2 gündən sonra əlavə 4 dənə kortu da icarəyə götürmələrini dedikdə, onlar razılaşmadıqlarını bildirmişlər. O, dostları ilə əlaqə saxlayan zamanı Kamranın onlardan da həmin kortları icarəyə götürmək adı ilə pul aldığını müəyyən etmişdir. Bundan sonra Kamranın tək onları deyil, onlar kimi tennis həvəskarlarının çox adamı kortları icarəyə götürmək adı ilə aldatdığını öyrənmişlər.Onlar birlikdə həmin tennis kortuna gedərək maraqlananda Kamranın burada məşqçi olduğunu və heç bir kortu icarəyə götürmədiyini öyrənmişlər. Zərərçəkmiş şəxs6 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəyən ziyanı ödəyərək sonuncuların onlara qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəyən ziyan ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 12973 nömrəli, xx.xx.2025-ci il tarixli, 16437 nömrəli, xx.xx.2025-ci il tarixli, 3776 nömrəli, xx.xx.2025-ci il tarixli, 31334 nömrəli, xx.xx.2025-ci il tarixli, 29288 nömrəli, xx.xx.2025-ci il tarixli, 23448 nömrəli və xx.xx.2025-ci il tarixli, 15623 və 15209 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 4.133 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə barışdığını və onlara vurulmuş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (16.530 manat-25 faizi 4.133 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-59/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-59/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver