Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-6/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, 20 yanvar küçəsi, ev 3, mənzil 31-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin 7 saylı yataqxanasında məskunlaşmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 19 mart 2018-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanda yerləşən «Real Madrid» kluba gələrək ona məxsus bir ədəd 450 manat dəyərində PS-3 oyun aparatını və bir ədəd 1350 manat dəyərində PS-4 oyun aparatını, ümumi dəyəri 200 manat olan iki ədəd pultu icarəyə götürüb iki günlük işlətmək adı ilə alaraq ələ keçirmiş və bununla Zərərçəkmiş şəxs1 cəmi 2.000 manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 30 mart 2018-ci il tarixdə saat 20 radələrində, 31 mart 2018-ci il tarixdə saat 16 radələrində və 01 aprel 2018-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanda yerləşən metronun «Gənclik» stansiyasının yaxınlığında tanışı Şahid ilə qabaqcan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vahid niyyətlə, Zərərçəkmiş şəxs2 aldadaraq, hər biri 350 manat olan 03 ədəd «PlayStation-3» oyun aparatlarını və 150 manat dəyərində 06 ədəd pultları ilə birlikdə iki günlük icarəyə götürüb işlətmək adı ilə alaraq ələ keçirmiş və bununla Zərərçəkmiş şəxs2 cəmi 1200 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid ilə təxminən bir neçə il əvvəl onunla Xutor qəsəbəsində qonşu olarkən tanış olmuş və münasibətləri normal olmuşdur. Heç bir yerdə işləmədiyinə və pula ehtiyacı olduğuna görə tanışı Şahidla birlikdə və ya təklikdə Nərimanov rayonu ərazisində yerləşən «PlayStation» oyun zalından oyun aparatlarını icarəyə götürmək adı ilə ələ keçirib satmış və əldə etdiyi pulu şəxsi tələbatlarına xərcləmişdir. 19 mart 2018-ci il tarixdə saat 11 radələrində Nərimanov rayonu, Nərimanov küçəsi 5 ünvanda yerləşən «Real Madrid» oyun zalına gedərək orada əvvəllər tanımadığı, sonradan adını bildiyi Əhmədağa adlı şəxslə görüşmüş və ona icarəyə oyun aparatı götürmək istədiyini bildirmişdir. Sonra Əhmədağa adlı şəxsi inandıraraq ondan bir ədəd «PS-3» və bir ədəd «PS-4» oyun aparatının iki gününü 50 manata razılaşaraq iki ədəd pultu ilə birlikdə icarəyə götürmüş və təminat kimi özünə məxsus sürücülük vəsiqəsini orada girov qoymuş, icarə haqqını isə əvvəlcədən ödəmiş, lakin iki gün tamam olduqda oyun aparatlarını aparıb qaytarmamışdır. Əhmədağa ona zəng vurduqda isə hüzürü düşməsini və rayonda olmasını bildirmiş, hətta ona «narahat olma gəlib əlavə günə görə icarə haqqını verəcəyəm» deyə bildirmişdir. Bundan sonra isə telefonunu söndürərək Əhmədağadan gizlənmiş və ələ keçirdiyi «PS-3» oyun aparatını 200 manata, «PS-4» oyun aparatını tanımadığı şəxsə 450 manata satmış və əldə etdiyi pulu öz şəxsi tələbatlarına xərcləmişdir. Həmçinin 30 mart, 31 mart və 01 aprel 2018-ci il tarixlərdə axşam tərəfi tanışı Şahidla birlikdə metronun Gənclik stansiyasının qarşısında Nofəl adlı şəxslə görüşərək ondan günü 10 manat bir günlük işlətmək adı ilə üç ədəd «PS-3» oyun aparatı götürmüş və 30 manat icarə haqqını nəğd şəkildə ödəmiş, Nofəli əvvəllər tanımamış və onu ilk dəfə görmüş, tanışı İlqar Nofəli instaqram sosial şəbəkəsində yerləşdirdiyi elanla tapmışdır. Həmin vaxt İlqar Nofəli inandırmaq üçün özünə məxsus xarici pasportunu girov qoymuş, sonra aparatlardan ikisi İlqarda, biri isə özündə qalmış, Nofəl ondan sənəd istədikdə isə İlqar ona «narahat olma dostumdur, aparatı mənim adıma qeyd edərsən» demiş və Nofəl onunla razılaşmışdır. Oyun aparatlarının qaytarılması vaxt tamam olduqda qaytarmamış, Nofəl ona zəng vurduqda isə işi olmasını və əlavə günə görə icarə haqqı ödəyəcəyinə deyərək onu inandırıb arxayın etmiş, sonra isə pula ehtiyacı olduğuna görə Nofəli aldadıb ələ keçirdiyi bir ədəd «PS-3» oyun aparatını tanımadığı şəxsə 200 manata satmış, lakin həmin puldan tanışı İlqara verməmiş, əldə etdiyi pulun hamısını öz şəxsi tələbatlarına xərcləmişdir. Tanışı İlqar da ələ keçirdiyi iki ədəd «PS-3» oyun aparatını sataraq əldə etdiyi pulu özünə götürmüş və ona pul verməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdıqlarını, vurulmuş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Cinayət işinin İ cildinin 69-71-ci vərəqələrində olan Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsindən görünür ki, o, ünvan 1 ünvanda yerləşən «Real Madrid» klubunu icarəyə götürərək işlətmiş və həmin yer «PlayStation» oyun zalı kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, göstərmişdir ki, icarəyə götürüb işlətdiyi «Real Madrid PlayStation» oyun zalında «PS-3» oyun aparatının gününü 10 manata, «PS-4» oyun aparatının isə gününü 20 manata icarəyə vermiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamış, Yaməni ilk dəfə 19 mart 2018-ci il tarixdə görüb tanımışdır. Eləcə də o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 19 mart 2018-ci il tarixdə saat 11 radələrində «Real Madrid» oyun zalına gələrək iki günlük oyun aparatını icarəyə götürmək istədiyini bildirmiş və həmin vaxt Yamən tək olmuş, sonra Yamənlə danışıb oyun aparatını iki günlük ona 50 manata icarəyə verməsi barədə razılaşmış, sonra isə bir ədəd 450 manat dəyərində «PS-3» oyun aparatını və bir ədəd 1350 manat dəyərində «PS-4» oyun aparatını, ümumi dəyəri 200 manat olan iki ədəd pultu ilə birlikdə Yamənə icarəyə vermiş, bu zaman Təqsirləndirilən şəxs təminat olaraq özünə məxsus sürücülük vəsiqəsini girov qoymuş, icarə haqqını isə nəğd şəkildə ödəmiş, ancaq deyilən vaxt tamam olduqda Yamən aparatları gətirib qaytarmamış, bundan narahat olaraq onun telefon nömərsinə zəng vurmuş və Yamən hüzürü düşdüyünə görə rayonda olduğunu, iki gün ərzində oyun aparatlarını gətirəcəyini və əlavə vaxta görə ödəniş edəcəyini bildirmiş, ancaq Təqsirləndirilən şəxs onu aldadaraq gəlib çıxmamış və telefonunu söndürüb ondan gizlənmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs oyun aparatlarını dələduzluq yolu ilə aldadıb ələ keçirməsini başa düşərək Nərimanov RPİ-nin 16-cı PB-nə gedib şikayət ərizəsi ilə müraciət etmiş, Təqsirləndirilən şəxs işlətdiyi kluba gələn zaman tək olmuş və ilk dəfə olaraq ondan icarəyə oyun aparatı götürmüş, sadəcə Yamənə müştəri kimi inanmış, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ona cəmi 2000 manat maddi ziyan vurmuşdur. Cinayət işinin İ cildinin 85-87-ci vərəqələrində olan Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsindən görünür ki, tələbə olduğu üçün dolanışığını təmin etmək məqsədi ilə 2018-ci ilin mart ayının əvvəlində 1.050 manata hər birinin dəyəri 350 manat olan 03 ədəd «PS-3» oyun aparatı və 150 manata hər bir aparat üçün iki ədəd 50 manat dəyərində cəmi 06 ədəd pult almış, həmin aparatları günü 10 manata icarəyə verərək pul qazanmaq istəmiş, hətta bu məqsədlə «İnstaqram» sosial şəbəkəsində elan yerləşdirmişdir. Eləcə də o, göstərmişdir ki, 30 mart 2018-ci il tarixdə saat 20 radələrində və 31 mart 2018-ci il tarixdə saat 16 radələrində əvvəllər tanımadığı Şahid ona zəng vuraraq playstayson oyun aparatını icarəyə götürmək istədiyini bildirmiş, sonra İlqarla metronun «Gənclik» stansiyasının yaxınlığında görüşmüş, həmin vaxt İlqar Yamən adlı tanışı ilə gəlmiş, orada danışıb razılaşaraq iki ədəd «PS-3» oyun aparatını və iki ədəd pultunu İlqara icarəyə verib ondan 20 manat almış, hətta İlqar öz xarici pasportunu girov təminatı olaraq ona vermiş, bundan bir gün sonra, yəni 01 aprel 2018-ci il tarixdə saat 12 radələrində İlqar yenə də ona zəng vurmuş və onunla görüşmüş, həmin vaxt İlqar tanışı Yamənin də iki günlük «PS- 3» oyun aparatını icarəyə götürmək istədiyini bildirmiş, bu zaman özü ilə gətirdiyi oyun aparatını iki ədəd pultu ilə birlikdə Yamənə vermiş və Yamən ona 10 manat icarə pulu vermiş, bir gününün pulunu isə aparatı qaytardıqda ödəyəcəyini bildirmiş, lakin Yamən ona sənədini verməmiş, çünki İlqar dostu olduğunu, həmin aparatı da onun adına yazmağını bildirmiş, buna görə İlqarla razılaşaraq Yaməndən sənəd tələb etməmişdir. Həmçinin o, göstərmişdir ki, İlqarın müddəti tamam olduqda gəlib çıxmadığına görə narahat olub ona zəng vurmuş, lakin İlqar işi olduğunu və hazırda Gürcüstan Respublikasında olduğunu bildirmiş, sonra isə ona «narahat olma əlavə vaxtın pulunu ödəyəcəyəm» deyib onu arxayın etmiş, həmin vaxt İlqara inanaraq onunla ıazılaşmış, ancaq İlqar yenə də onu aldadaraq gəlməmiş, buna görə İlqarla əlaqə saxlayaraq ondan qəti şəkildə oyun aparatlarını gətirməsini tələb etmiş, İlqar isə gətircəyini bildirsə də sonradan telefonunu söndürüb ondan gizlənmiş, bundan sonra İlqarın dostu Təqsirləndirilən şəxs zəng vurmuş, Yamən də İlqar kimi müxtəlif bəhanələr gətirərək aparatları qaytarmaqdan boyun qaçırıb onu aldatmış, sonda isə telefonunu söndürərək gizlənmişdir. Daha sonra o, göstərmişdir ki, Şahid dostu Təqsirləndirilən şəxsla birlikdə onu aldadıb 03 ədəd oyun aparatlarını ələ keçirməsini başa düşərək Nərimanov RPİ-nin 16-cı PB-nə gedib şikayət ərizəsi ilə müraciət etmiş, baş vermiş cinayət nəticəsində İlqar və Yamən ona cəmi 1200 manat maddi ziyan vurmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 39-41-ci vərəqələrində olan “Baxış keçirilməsi barədə” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 3 ədəd “Playstation” qurğusunu icarəyə vermək məqsədi ilə ünvan 3 ünvanında X1 və Təqsirləndirilən şəxs vermiş, lakin dəyəri 1200 manat play station götürərək geri qaytarmışdır. Cinayət işinin İ cildinin 49-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 may 2018-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 yazmış olduğu ərizə əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 4 ünvanda yerləşən “Real Madrid” playstation oyun klubudur. Belə ki, hadisə oyun klubunun içərisində və operatorun yanında baş vermişdir. Cinayət işinin İ cildinin 164-166-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2018-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, həbsdə qaldığı müddət nəzərə alınmaqla 200 manat cərimə cəzası təyin olunmuş, məbləğ tam şəkildə ödənildiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İ cildinin 176-182-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-20/2014 saylı, 04 iyun 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsində əsasən xx.xx.2014-cü tarixdən bu günədək, yəni 3 ay həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və onun üzərində qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi hökm edilmişdir. Cinayət işinin İ cildinin 227-229-cu vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 7(006)-24/2018 nömrəli qərarından görünür ki, təqdimatın təmin olunması, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 700 (yeddi yüz) manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, yəni 3 (üç) ay həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və onun üzərində qəti olaraq 200 (iki yüz) manat miqdarında cərimə cəzasının saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 11193 nömrəli və xx.xx.2023-cü il tarixli, 926 nömrəli qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 800,00 (səkkiz yüz) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-6/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-6/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver