Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-60/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X11, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 mənzil 35 ünvanda qeydiyyatda olmaqla, ünvan 3 yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən özgənin əmlakını xeyli miqdarda zədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 22:10 radələrində ünvan 4 ünvanında yerləşən avtomobili təmiri sen-isinin həyətində Zərərçəkmiş şəxs məxsus “BMW M-5” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki üzərində mühərrik ustası olan tanışı Təqsirləndirilən şəxs2 birlikdə təmir işləri görərkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məsləhəti əsasında “BMW M-6” minik markalı **-MG-*** avtomobilin yanacaq çənindən mühərrikə gələn yanacaq borusunda hava qalması ehtimalı ilə həmin borunu 2 dəfə çıxartmış, ehtiyatsız davranma üzündən həmin borudan avtomobilin mühərrikinə və torpaq səthə yüksək təhlükə mənbəyi olan benzin tökülmüş, daha sonra Təqsirləndirilən şəxs2 avtomobilin mühərrikini işə saldıqdan sonra çıxış qazlar sistemindən çıxan qığılcım həmin benzinin üzərinə düşərək alışmış, nəticədə “BMW M-6” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyatsızlıqdan yanaraq zədələnməsindən Zərərçəkmiş şəxs 45.000 manat, yəni xeyli miqdarda ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən özgənin əmlakını xeyli miqdarda zədələmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə saat 22:10 radələrində ünvan 4 ünvanında yerləşən avtomobili təmiri servisinin həyətində Zərərçəkmiş şəxs məxsus “BMW M-6” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki üzərində mühərrik ustası olan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə təmir işləri görərkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məsləhəti əsasında “BMW M-6” minik markalı **-MG-*** avtomobilin yanacaq çənindən mühərrikə gələn yanacaq borusunda hava qalması ehtimalı ilə həmin borunu 2 dəfə çıxartmış, ehtiyatsız davranma üzündən həmin borudan avtomobilin mühərrikinə və torpaq səthə yüksək təhlükə mənbəyi olan benzin tökülmüş, daha sonra Təqsirləndirilən şəxs2 avtomobilin mühərrikini işə saldıqdan sonra çıxış qazlar sistemindən çıxan qığılcım həmin benzinin üzərinə düşərək alışmış, nəticədə “BMW M-6” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyatsızlıqdan yanaraq zədələnməsindən Zərərçəkmiş şəxs 45.000 manat, yəni xeyli miqdarda ziyan dəymişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Mehman oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 187.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, təxminən 2017-ci ilin ortalarından etibarən qardaşı Vüqarla birlikdə ünvan 5 ünvanında yerləşən avtomobil təmiri servisində mühərrik ustası və çilingər kimi işə düzəlmişdir. Mehmanı təxminən 4 ildir ki, mühərrik ustası kimi tanıyır və onunla aralarında yaxşı münasibətləri vardır. Təxminən 2019-cu ilin əvvəllərində işdə olduğu zaman əvvələr tanıdığı “Şamxal” adlı şəxs evakuator vasitəsilə “BMW M6” markalı, dövlət qeydiyyat nişanı üzərində olmayan avtomobili onun işlədiyi sexə gətirərək həmin avtomobilin mühərrikinin işləmədiyini və avtomobilin mühərrikini sökməyini xahiş etmişdir. Bundan başqa Şamxal avtomobil üçün başqa mühərrik alaraq gətirəcəyini bildirmişdir. O, da razılaşmış və avtomobilin mühərrikini söküb işlədiyi sexdə saxlamış, avtomobil özü isə servisin həyətində qalmışdır. Lakin Şamxal avtomobilin mühərrikini alıb gətirmədiyi üçün avtomobil sexdə elə vəziyyətdə qalmışdır. Təxminən 4 ay sonra sonradan şəxiyyəti ona məlum olan Zərərçəkmiş şəxs avtomobili servisə gətirən Şamxalla birlikdə işlədiyi sexə gəlmiş və həmin avtomobilin ona məxsus olduğunu deyərək ondan niyə avtomobilin mühərrikini sökdüyünü soruşmuşdur. O, da həmin avtomobili onunla gələn şəxsin gətirərək mühərrikini sökməyimi istədiyini və onun da mühərriki söküb sexin içərisində saxladığını bildirmişdir. İsmayıl mühərriki avtomobilin üzərinə yığmağını istəmiş, o, isə mühərrikin valında problem olduğu üçün yığsa da avtomobilin işləməyəcəyini bildirmişdir. İsmayıl ona demişdir ki, “sən avtomobil mühərrikini üzərinə yığ, işləyib-işləməməsi sənlik deyil”. İsmayıl ona avtomobil üçün lazım olan ehtiyyat hissələrini alıb gətirəcəyini bildirmişdir. O, da razılaşmış və həmin sexdə olan əvvəlki mühərriki avtomobilin üzərinə yığmışdır. O, tanışı mühərrik ustası Mehmanın köməkliyi ilə avtomobilin mühərrikini üzərinə yığmış, lakin avtomobil işə düşməmişdir. Bundan sonra İsmayıl başqa sexdən tanımadığı bir usta gətirərək avtomobili diaqnostika etdirmiş və avtomobilin yanacaq çənini açdırmışdır. O, həmin ustaya yanacaq çənini yerinə yığmasını bildirsə də, usta avtomobilininin işlədiyi servisə gedəcəyi üçün belə qalmasını demişdir. Təxminən bir həftə sonra İsmayıl evakuator vasitəsilə avtomobili həmin ustanın işlədiyi hansısa servisə aparmışdır. Bundan sonra İsmayıl avtomobili bir neçə başqa servisə aparsa da avtomobil mühərriki işə düşməmişdir. Sonradan yenidən İsmayıl evakuator vasitəsilə avtomobili onun işlədiyi servisə gətirmiş və ondan yenidən mühərriki işə salmağını xahiş etmişdir. O, İsmayıla demişdir ki, Mehman adlı mühərrik ustası tanışı var, onuda çağıracaq və çalışacaqlar ki, avtomobilin mühərrikini işə salsınlar. O, bundan sonra bir neçə dəfə Mehmana yığıb ondan onun işlədiyi servisə gələrək avtomobilin mühərrikini işə salmağına köməklik göstərməyini xahiş etmişdir. Mehman isə ona boş vaxtı olan zaman servisə gələcəyini bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, yenidən Mehmana zəng vuraraq vaxtının olub-olmadığını soruşmuşdur. Mehman axşam saatlarında boş vaxtının olacağını bildirmişdir. O, Mehmandan xahiş etmişdir ki, axşamda olsa belə gəlsin ona köməklik etsin. Mehman ona axşam saatlarında onun işlədiyi servisə gələcəyini bildirmişdir. O, İsmayıla zəng vuraraq axşam avtomobilinin mühərrikini Mehman adlı mühərrik ustası vasitəsilə işə salmağa çalışaçağını bildirmişdir. Həmin günü axşam saat 21 radələrində Mehman onun işlədiyi servisə gəlmişdir. Onlar birlikdə avtomobilin mühərrikinə baxmışlar. Mehman avtomobilin mühərrikində bütün detalların düzgün yığıldığını bildirərək avtomobilin mühərrikinin işə düşməli olduğunu demişdir. Təxminən 20 dəqiqə sonra İsmayıl da onun işlədiyi servisə gəlmişdir. Onlar bundan sonra avtomobilin mühərrikini işə salmağa çalışmışlar. Belə ki, o, sürücü oturacağına əyləşmiş və avtomobili işə salmağa başlamışdır. Bu zaman Mehman avtomobilin mühərrikinin şamların üzərində olan qapayıcıları açıb-bağlamış və avtomobilin mühərriki işə düşmüşdür. Təxminən mühərrik 15-20 dəqiqə işləmişdir. Lakin sonra avtomobilin mühərriki sönmüşdür və bundan sonra mühərrik işə düşməmişdir. Mehman bildirmişdir ki, ola bilsin avtomobilin benzini qurtarıb. Həmçinin Mehman ona demişdir ki, yanacaq çənindən mühərrikə gedən borunu çıxardıb baxsın, olan bilsin boruda hava qalıb. O, bundan sonra yanacaq çənindən mühərrikə gedən borunu çıxartmış və bu zaman həmin borudan təxminən 0,2-0.3 litr benzin hava ilə birlikdə mühərrikin arxasına və yerə düşmüşdür. O, bundan sonra borunu yerinə taxmış. Mehman avtomobilin mühərrikini işə salmağa çalışsa da avtomobil işə düşməmişdir. Bundan sonra İsmayıl öz avtomobili ilə gedərək benzin alıb geri qayıtmışdır. İsmayılın özü ona verdiyi qıf vasitəsilə aldığı benzini avtomobilin yanacaq çəninə boşaltmışdır. O, bundan sonra yenidən yanacaq çənindən mühhərrikə gedən borunu çıxartmış və borunu plastik qabın içərisinə salmışdır. O, bu zaman görmüşdür ki, borudan benzin gəlir və dərhal borunun yenidən öz yerinə taxmışdır. Bu zaman həmin borudan çox az miqdarda benzin yerə və mühərrikin üzərinə düşmüşdür. Bundan sonra Mehman yenidən avtomobilin mühərrikini işə salmağa başlamış və mühərrik işə düşmüşdür. Təxminən 15 dəqiqə avtomobilin mühərriki işlək vəziyyətdə qalmışdır. O, bu zaman kənarda çömbəlmiş vəziyyətdə siqaret çəkərək avtomobilə baxırmış və anidən avtomobilin qabaq ön oturaçağının arxa tərəfindən yerdə alışma olduğunu görmüş və avtomobil alışmağa başlamışdır. O, Mehmana demişdir ki, avtomobil yanır avtomobildən düş. O, özünü itirməmiş və dərhal yerdən içində su olan qabı götürüb avtomobilin yanan hissəsinə boşaltmışdır. Lakin avtomobildə ikinci dəfə həmin hissədən alışma olmuşdur. O, tez sexə qaçıb qaba su doldurub gəlmək istəyirmiş ki, avtomobil tam alışmış və onu söndürmək mümkün olmamışdır. Buna görə də, o, FHNnə zəng etmiş və təxminən 15 dəqiqə sonra FHN-nin əməkdaşları gəlib avtomobili söndürmüşlər. Hazırda zərər çəkmiş şəxsə hissə-hissə ziyanı ödəyir. Son olaraq məhkəmədən zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzini qismən ödədiyini, ona qarşı şikayətinin və tələbinin olmamasını və ailəli olmasının nəzərə alınmasını bildirmiş və məhkəmədən barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 2019-cu ilin sentyabr ayının sonlarında İntiqam onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq “BMW M6” markalı avtomobilin mühərrikində olan problemlə bağlı işə düşmədiyini demiş və ondan ona kömək etməyini xahiş etmişdir. O, İntiqamla razılaşmış və başının qarışıq olduğunu, yaxın müddətdə vaxt tapan kimi gələcəyini demişdir. Bundan sonra İntiqam bir neçə gün onunla əlaqə saxlayıb onun işlədiyi sexə həmin avtomobilin mühərrikini təmir etməyə çağırmış və axırda xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında o, vaxt edib İntiqamın işlədiyi Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 98A ünvanında yerləşən avtomobil təmiri sexinə getmişdir. Orada görmüşdür ki, sexin həyətində İntiqamın işlədiyi yerin qarşısında həmin “BMW M6” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İntiqam həmin avtomobili ona göstərib mühərrikində problem olduğunu bildirmişdir. Həmin avtomobilin sahibi, sonradan adını bildiyi İsmayılda orada olmuşdur. O, İntiqamdan avtomobilin kapotunu qaldırmasını istəmiş və onlar birlikdə kapotu qaldırıb mühərrikə baxmışdırlar. Bu zaman o, görmüşdür ki, avtomobilin mühərrikinin bütün detalları öz yerindədir, yalnız mühərrikin zaslonkasının tiyaqası yerindən çıxarılmışdır. O, İntiqama kömək edib mühərrikin zaslonkasının tiyaqasını yerinə salmış və bərkitmişdir. Bundan sonra o, avtomobilin sükan arxasına əyləşmiş və avtomobilin mühərrikini işə salmağa çalışmışdır. Avtomobilin mühərriki işə düşsədə yenidən sönmüşdür. O, fikirləşmişdir ki, avtomobilin mühərrikinin sönməyinə səbəb benzin çatışmamazlığıdır. O, bu səbəbdən mühərrikin 10 ədəd alışdırıcı şamların üzərində olan zaslonka adlanan hissələrə sexdən götürdüyü butulkada olan benzindən şprislə benzin çəkmiş və hər zaslonkanın üzərinə bir damcı benzin tökmüşdür. Bunu etməyinə səbəb o, olmuşdur ki, avtomobilin mühərrikinin işə düşməsini tezləşdirsin. Bundan sonra İntiqam avtomobilin sürücü oturaçağına əyləşərək avtomobili işə salmış və avtomobil işləmişdir. Onlar qərara almışlar ki, avtomobil uzun müddət işləmədiyi üçün bir az işlək vəziyyətdə qalsın. Təxminən 20 dəqiqə avtomobil işlək vəziyyətdə qaldıqdan sonra avtomobilin benzini qurtarmış və avtomobilin mühərriki sönmüşdür. Bundan sonra avtomobilin sahibi sonradan adını bildiyi İsmayıl adlı şəxs gedib benzin alıb gəlmişdir. Avtomobilin sahibi İntiqamla birlikdə benzini avtomobilin yanacaq çəninə tökmüş. Bundan sonra o, avtomobilin sürücü oturacağına əyləşmiş və avtomobili işə salmışdır. Avtomobil işə düşmüş və görmüşdür ki, həqiqətən də avtomobilin mühərriki yaxşı işləyir. Sonra bir neçə dəfə avtomobili söndürüb yandırmışlar və hər dəfə də avtomobilin mühərriki dərhal işə düşmüşdür. Onlar avtomobilin təzyiqini, yağını və digər bütün zəruri detalları yoxlayıb mühərrikin düzgün işlədiyinə tam əmin olmuşlar. Sonuncu dəfə o, avtomobilin sürücü oturacağına oturub işə salmış və avtomobil işlək vəziyyətdə qalmışdır. Təxminən 2-3 dəqiqə sonra qəflətən avtomobilin arxa hissəsindən önünə doğru alov qalxmış və o, özünü itirmişdir. Bu zaman kimsə ona tez oradan kənara çəkilməyini demiş və o, kənara çəkilmişdir. İntiqam sexdə olan su qabını götürüb alovun üstünə səpmiş, lakin bu kömək olmamışdır. Onlar həmin avtomobili söndürə bilməyəcəklərini başa düşmüş və kimsə FHN-nə zəng etmişdir. Biraz sonra FHN-nin əməkdaşları gəlib avtomobili söndürmüşdürlər. O, İntiqama kömək məqsədi ilə zərəri ödəməsi üçün 2000 manat pul vermişdir. Son olaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Son olaraq məhkəmədən zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını və ailəli olmasının nəzərə alınmasını bildirmiş və məhkəmədən barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında dəqiq yadında qalmayan vaxt həmin avtomobili işə düşmədiyi üçün mühərrikində nasazlıq olduğunu düşünmüş və başı qarışıq olduğu üçün dostu Şamxaldan həmin avtomobili ustanın yanına aparmaq lazım olduğunu bildirmişdir. Şamxal həmin avtomobili ondan almaq istədiyi üçün o, özü belə qərara gəlmişdir ki, avtomobili Şamxal özü aparıb düzəltdirsin ki, sonradan ona avtomobili satanda aralarında narazılıq yaranmasın. Beləliklə də, Şamxal həmin avtomobili ondan götürüb servisə aparmışdır. Bir ay sonra Şamxal ona həmin avtomobilin mühərrikində problem olduğunu və qiymətin münasib olmadığını bildirərək avtomobili almaqdan imtina etdiyini demişdir. O, da Şamxal ilə birlikdə onun avtomobili təmir etməsi üçün verdiyi Nərimanov rayonunda ‘‘Gənclik Mail” ticarət mərkəzinin arxasında yerləşən servisə getmiş və orada Şamxal onda sonradan tanıdığı İntiqam adlı usta ilə tanış edərək avtomobilin sahibinin o, olduğunu bildirmişdir. Həmin vaxt İntiqam ona avtomobilin mühərrikinin almalı olduğu detallarını saymış və nəticədə ona əl xərci kimi 600 manat, qalan mühərrik detallarının isə cəmi 3400 manat olmasını demişdir. O, İntiqamla razılaşmış və onun dediyi detalları tapıb ona təhvil verdikdən on gün ərzində o, avtomobilin mühərrikini avtomobilin üstünə yığmışdır. Lakin avtomobilin mühərriki işə düşməmişdir. O, Hacı adında avtomobil elektrik ustası işləyən tanışını götürüb həmin servisə getmiş və İntiqamın yanında Hacı avtomobili diaqnostika etmiş, lakin avtomobil yenə də işə düşməmişdir. Həmin vaxt Hacı avtomobilin mühərrikinin yığılması zamanı hansısa detalın düzgün yığılmadığını bildirmişdir. Bundan sonra İntiqam özü avtomobilini Babək prospektində yerləşən özünün tanıdığı elektrik ustalarının yanına göndərmiş, lakin avtomobil orada da işə düşməmiş və İntiqam avtomobili servisə geri qaytarmışdır. Bundan sonra o, “BMW” avtomobillərinin rəsmi servisi olan “İmprotex” servisə getmiş və avtomobili barədə onlara məlumat vermişdir. Həmin servis tərəfindən avtomobilin onlara təqdim edilməsi zərurəti olduğunu bildirmişlər. Səhərisi gün avtomobili o, evakuator vasitəsilə “İmprotex” servisə göndərmiş və oraya yaxınlaşdıqda orada avtomobilə vizual olaraq baxmışlar, bundan əvvəl avtomobilin mühərrikini yığan ustanın işini yaxşı bilmədiyi üçün yaxşı iş görmədiyini və görülən işdə müəyyən çatışmamazlıqlar olduğunu bildirmişlər. Nəticədə həmin “İmprotex” servis onun avtomobilini təmir və diaqnostika etməkdən imtina edərək, avtomobili baha qiymətə düzəldəcəklərini bildirmişlər. O, da artıq İntiqamın avtomobilinin mühərrikini düzəltməsi üçün 4000 manat pul xərclədiyindən əlavə olaraq həmin servisə pul xərcləmək istəməmiş və İntiqamın ona avtomobili işə salacağı barədə verdiyi sözə əməl etməsi üçün avtomobili təkrar İntiqamın işlədiyi servisə aparmışdır. Həmin vaxt İntiqam ona demişdir ki, Mehman adlı başqa bir mühərrik ustası var və ona 200 manat hörmət etsə gəlib avtomobili işə salacağını bildirmişdir. İntiqam ona bildirmişdir ki, həmin avtomobilin mühərrikini birinci dəfə yığan zaman Mehman ona kömək etmişdir. O, razılıq verdikdən sonra İntiqam Mehmanı servisə çağırmışdır. Lakin Mehmanın vaxtı olmadığından bir neçə gün sonra gəlmişdir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə İntiqam ona zəng vuraraq Mehman adlı ustanın axşam gəlib ona avtomobilin mühərrikini yığmağına köməklik göstərəcəyini bildirmişdir. O, axşam saat 21 radələrində İntiqamın işlədiyi servisə getmişdir. İntiqamla Mehman birlikdə avtomobili işə salmağa çalışmışlar. Həqiqətən də biraz sonra avtomobil işə düşmüş, lakin avtomobil düz işləməmiş və avtomobil sürət götürməmişdir. Bundan sonra Mehman 20 qramlıq şprislə mühərrikin üzərində olan 10 ədəd alışdırıcı şamların üzərindəki “zaslonka” adlanan hissələrin üzərinə benzin tökmüşdür. Həmçinin Mehman bildirmişdir ki, avtomobilin benzini azdır və avtomobilə bir qədər benzin əlavə etmək lazımdır. O, özünə məxsus olan digər avtomobil ilə “Gənclik” metro stansiyasının yaxınlığında olan “ABU” petrol yanacaq doldurma məntəqəsinə getmiş və oradan hazırda tam dəqiq yadında qalmayan miqdarda Aİ 95 markalı benzin alıb servisə geri qayıtmışdır. O, servisə qayıtdıqdan sonra İntiqam həmin benizi avtomobilinin çəninə əlavə etmişdir. Mehman yenidən avtomobilin mühərrikini işə salmağa çalışsa da avtomobilin mühərriki yenidən işləməmişdir. Buna görə də, Mehman avtomobili söndürmüşdür. Mehman İntiqama demişdir ki, ola bilsin avtomobilin yanacaq çənindən matora gedən boruda hava qalıb, bəlkə borunu çıxartsan mühərrikə benzin tam gedə bilər. Bundan sonra İntiqam avtomobilin yanacaq çənindən matora gedən borunu çıxartmışdır. Bu zaman həmin borudan hava ilə birlikdə benzin çıxmağa başlamışdır. Həmin benzin əvvəl stabil gəlməsədə sonradan normal gəlməyə başlamışdır. Bundan sonra İntiqam həmin borunu yerinə taxmışdır. Avtomobil ikinci dəfə işə düşdükdən sonra Mehman avtomobilə qaz verməyə başlamışdır. Təxminən Mehman avtomobilə 7-8 dəfə tam qaz verdikdən sonra qəflətən avtomobilin sürücü tərəfdən mühərrikin arxa hisəsindən yanğın başlamışdır. Çünki Mehman və İntiqam mühərrikdən çıxan səs boğuçularının borularını yerinə bağlamamışlar. Həmin borudan çıxan qığılcım mühərrikin arxa hissəsinə səpələnmiş benzinə düşərək alovlanmış, oradan isə yerə axmış benzinə keçərək avtomobilin arxa hissəsinə keçmişdir. Bundan sonra o və İntiqam tez kənara çəkilmiş və o, Mehmana avtomobilin yandığını demişdir. Mehman avtomobildən düşmüş və onlar birikdə nə qədər çalışsalarda da avtomobili biraz da olsa irəliyə çəkə bilməmişdirlər. Həmin vaxt əvvəlcə avtomobilin özü deyil, yerə tökülmüş benzin yandığı üçün avtomobili kənara çəksələr yanmaq ehtimalı az ola bilərmiş. Lakin avtomobili yerindən tərpədə bilmədiyikləri üçün bir dəqiqə sonra avtomobilin özü də alışıb yanmağa başlamışdır. O, bundan sonra tez FHN-nə zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 30 dəqiqə sonra FHN-nin əməkdaşları hadisə yerinə gələrək avtomobili söndürmüşdürlər. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın bir hissəsi ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun doğma qardaşı X16 və tanışıları X6 məxsusdur. Həmin qeyri-yaşayış sahəsində əsasən avtomobil təmiri sexləri fəaliyyət göstərir. Həmin sexlərdən biri də müqavilə əsasında Şahid2 icarəyə verilmişdir. Belə ki, qardaşı Zaur Mirzəyev ona onun adından 3-cü şəxslərlə bütün hüquqi proseduraları həyata keçirmək barədə xx xxx 2013-cü il tarixdə baş etibarnamə vermişdir. O, da həmin etibarnamə əsasında xx xxxxxxx 2019-cu il tarixdə Şahid2 ilə ünvan 4 ünvanında yerləşən avtomobil təmiri sexlərindən birinin ona icarə verilməsi barədə qardaşı Zaurun adından icarə müqaviləsi tərtib etmiş və həmin icarə müqaviləsini qardaşının adından o, imzalamışdır. Həmçinin icarə müqaviləsi əsasında Şahid2 qardaşı Təqsirləndirilən şəxs1 sexə çilingər vəzifəsinə işə götürmüşdür. O, hadisəni gözləri ilə görməmiş, hadisənin necə baş verməsindən məlumatı olmamışdır. O, hadisə baş verdikdən sonra servisə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 21-22 radələrində yaşadığı evdə olduğu zaman servisdə mühafizəçi işləyən oğlan onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq servisdə olan bir “BMW M6” markalı avtomobilin yandığını bildirmişdir. O, mühafizəçidən yanğınla bağlı FHN-dən əməkdaş çağırılıb-çağırılmadığını soruşmuşdur. Mühafizəçi isə FHN-nin əməkdaşlarının hadisə yerində olduqlarını və avtomobili söndürməyə çalışdıqlarını bildirmişdir. Həmin vaxt işi olduğu üçün servisə gəlməmiş və növbəti gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə servisə gəldiyi zaman görmüşdür ki, həqiqətən də servisin həyətində avtomobil mühərriki təmir olunan sexin qarşısında “BMW M6” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil yanmış və yararsız hala düşmüşdür. Həmin avtomobilin sahibi də yanmış avbtomobilinin yanında olmuş və həmin şəxs ona yaxınlaşıb özünü təqdim edərək Zərərçəkmiş şəxs olduğunu və avtomobilin sahibi olduğunu bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs avtomobilinin necə yandığını və günahın kimdə olması barədə ondan soruşmuşdur. O, da bu barədə xüsusi bilik olan şəxsin verdiyi rəydən hər şeyin məlum olacağını bildirmişdir. Birazdan FHN-ııin əməkdaşları hadisə yerinə gəlib avtomobilə baxış keçirtmiş və o, İsmayıla avtomobilinin necə yanması məlum olduqdan sonra vurulmuş ziyan barədə danışa biləcəyiklərini demişdir. Bundan sonra İsmayıl bir neçə dəfə onun yanına gələrək avtomobilinin yanmasına görə məndən kompensasiya istəmiş, o, isə hər dəfə səbirli olmasını və avtomobilin yanma səbəbi dəqiq müəyyən olunandan sonra maddi ziyanın ödənilməsi barədə danışmağı ona məsləhət görmüşdür. Hadisə xx xxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində nəzarət etdiyim və qardaşı oğluna məxsus olan ünvan 6 ünvanında yerləşən servisin həyətində baş vermişdir. Onun fikrincə həmin avtomobilin yanma səbəbi avtomobilin yanacaq çənində olan nasazlıqla bağlıdır. Çünki o, avtomobilə baxış keçirən zaman avtomobilin mühərriki yerləşən ön hissəsinin deyil, yanacaq çəninin yerləşdiyi arxa hissəsinin daha çox yanmasını müşahidə etmişdir. O, hadisə barədə soruşduqda İntiqam ona demişdir ki, həmin avtomobilin yanacaq çəninə benzin tökmüşlər, lakin avtomobil işə düşməmiş, sonra avtomobil işə düşmüş, lakin yanacaq qurtardığı üçün avtomobilin sahibinin özü gedib yanacaq alaraq gəlmiş, onlar avtomobilə yanacaq tökdükdən sonra yanacaq çənindən mühərrikə benzin gəlmədiyini aşkar etdiyinə görə yanacaq çənindən mühərrikə gəlib geri qayıdan rezin borunu havası çıxması üçün yerindən çıxarmışlar, bundan sonra Mehmanın həmin avtomobili işə salmış, təxminən bir neçə dəqiqə sonra isə qəflətən avtomobilin arxa hisəsindən alov qalxmış, onlar özlərini itərərək əvvəlcə heç nə edə bilməmişlər, sonra avtomobilin üstünə nə qədər su töksələr də avtomobili söndürə bilməmişlər və avtomobilin tam alışdığını görüb FHN-nə zəng edərək hadisə yerinə çağırmışlar, birazdan da FHN-nin əməkdaşları hadisə yerinə gələrək avtomobili söndürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2001-ci ildən BMW-nin Azərbaycan Respublikasında rəsmi idxalçısı “İmprotex Motors” X3 müxtəlif vəzifələrində işləyir. Hazırda həmin müəssisədə baş mühəndis vəzifəsində işləyir. Onun işinin fəaliyyəti BMW markalı avtomobillərin diaqnostikası və mühərriklərin təmiri işi ilə məşğul olmaq və müəssisədə həmin fəaliyyətlə məşğul olan işçilərin işinə nəzarət etməkdir. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, nəzəri olaraq avtomobillərin qeyd olunan qaydada mühərriki işə salmaq üsulu vardır. Bu üsul kəskin soyuq hava şəraiti olan ərazilərdə və adətən dizel yanaçağı ilə işləyən avtomobillərdə tətbiq olunur. Lakin praktiki olaraq “BMW M6" minik markalı avtomobilin mühərrikinin qeyd olunan üsulla işə salınması çox təhlükəlidir. Belə ki, bu növ avtomobillərin mühərrikləri yüksək gücləndirilmiş benzin mühərrikləridir. Belə ki, həmin avtomobillərin mühərrikinin səs boğuçuları olmadan avtomobili işə salan zaman mühərrikdən qığılcımlar çıxması ehtimalı böyükdür. Odur ki, “BMW M6" minik markalı avtomobilin mühərrikin qeyd olunan qaydada işə salınması nə təhlükəsizlik, nə də ki təmir standartlarına uyğun deyildir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə işə Şahid2 iştirakı olmadan baxılmasını və sonuncunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsinin elan edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-nin 187.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD-R formatlı diskdə 14 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərin 10 ədədi avtomobilin yanmış fotoşəkilləri, 4 ədədi isə yanmamışdan əvvəl çəkilmiş fotoşəkillərdir. Bundan başqa həmin diskdə iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. 01 ədəd DVD-R formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə adları VTS 011, VTS 02_1, VTS_03_U VTS_04_1, VTS05 1, VT$_06 1, VTS_07_1 və VTS_08_1 olan 08 ədəd video fayl vardır. VTS_01_1 adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin kapotu açıq vəziyyətdir və Təqsirləndirilən şəxs2 mühhəriki işə salmaq istəyir, lakin mühərrik işə düşmür. VTS 021 adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin mühərriki işə salınır və mühərrik işlək vəziyyətə düşür. VTS 03 1 adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin mühərriki işə salınır və mühərrik işlək vəziyyətə düşür. Lakin sonradan miihhərik sönür. Bu zaman avtomobilin sürücü oturaçağında Təqsirləndirilən şəxs2 əyləşmişdir. VTS 04 1 adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin mühərriki işlək vəziyyətdədir, Təqsirləndirilən şəxs2 avtomobilin sürücü oturaçağında əyləşib və avtobilə sürət əyləci vasitəsilə sürət verir. VTS_05_1 adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin mühərriki işlək vəziyyətdədir və Zərərçəkmiş şəxs avtomobildə hər şeyin qaydasında olduğunu bildirir. VİS 06 1 adlı video fayla baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə avtomobilin səs boğuçulan çəkilmişdir və avtomobilin mühərriki işlək vəziyyətdədir. VTS 071 adlı video fayla baxış zamanı müəyyən edilmşdir ki, avtomobil artıq yanır və yanğın söndürənlər avtomobildə olan yanğını söndürürlər. VTS 08_1 adlı video fayla baxış zamanı müəyyən edildi ki, avtomobil artıq yanmış vəziyyətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 32352 nömrəli ekspertiza rəyindən görünür ki, təqdim edilmiş qüsur aktına əsasən təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 35000.00 manat olmuş 2006-cı il buraxılışlı “BMW M6” minik markalı, mühərrik tutumu 5000 sm3 10MG099 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 28000.00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 32439 nömrəli ekspertiza rəyindən görünür ki, “BMW M-6” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilində yanğının mənbəyi, avtomobilin mühərrik bölməsinin salona yaxın yerində, mühərrikin aşağı hissəsində olmuşdur və yanğın qeyd olunaıı mənbə zonasından yanar materialların üzərilə yüksələn xətt istiqamətində inkişaf edərək mühərrik bölməsinin daxilindən və avtomobilin alt hissəsindən salona doğru yayılmışdır. Avtomobilə baxış keçirilən zaman mühərrik bölməsində yanğın zonasında və salonun cihazlar panelində yerləşən elektrik naqillətinin cərəyandaşıyıcı damarları üzərində elektrik qəza hallarına xarakterik izlər aşkar edilməmişdir. Yanğın, istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni avtomobilin mühərrik hissəsində təmir işləri aparılarkən yanavaq sistemindən çıxan havanın çıxarılması məqsədilə yanacaq çənindən mühərrikə gələn yanacaq borusunun çıxarılması zamanı borudan mühərrikə və torpaq səthinə axan benzinin üzərinə mühərrik işə salınarkən çıxş qazlar sistemindən atılan qığılcımın düşməsindən baş verə bilərdi. ünvan 4 ünvanında yerləşən avtomobil təmir servisində yanğın texniki inventarların vəziyyətinin mövcud qaydalara uyğun olub-olmaması FHN-nin Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müvafiq yoxlamalar aparılmaqla müəyyən edilər bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Abbasov X10 Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə AR CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, Biləsuvar RPİ-nin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasında dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. AR Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi X5 1871 nömrəli xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs1 barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, iki övladı var, Binəqədi rayonu Binəqədi qəsəbəsi, Mədən 1, korpus 43, ev 569 ünvanında daimi yaşayır, həmin ünvanda yaşadığı müddət ərzində heç bir şikayət daxil olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(022)-84/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Ağstafa Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(015)- 13/2018 saylı hökmü ilə təyin olunmuş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün hissəsindən Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(067)-45/2020 saylı qərarı ilə vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilən 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 günə 1 gün hesabı ilə Ağstafa Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(015)-13/2018 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 1 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzalarına qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs1 üzərində 1 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 1 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) ü 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzaları müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən 1 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra edilmiş, Təqsirləndirilən şəxs1 cəzasını X21 müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nin 18731-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilməsi, zərərçkmiş şəxs Adil Nuriyevə dəymiş ziyanın məbləği 45.000 manat məbləğində müəyyən edilməsi, “BMW M-6” minik markalı **-MG-*** avtomobilin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və avtomobilin ünvan 4 ünvanında yerləşən avtomobil təmiri servisinin həyətində saxlanılmasının nəzərə alınması və s. qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 187.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AZE 11085695 nömrəli və AZE 11085696 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X9 olmaqla 2 övladı vardır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 187.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AA seriyalı ******* nömrəli və AZE 11546440 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2003-cü il təvəllüdlü X14 və xx.xx.2004-cü il təvəllüdlü X12 olmaqla 2 övladı vardır. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 63 saylı Mənzil-Kommunal İstimraq Sahəsinin 795 saylı xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs2 barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Hüseynov X7 rayonu, Qaraçuxur qəsəbəsi 404260 məhəllə, ev 6 mənzil 35 saylı ünvanda daimi yaşayır və həmin ünvanda yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. AR ƏN Bakı Şəhər Probasiya İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli 21-1-187502 nömrəli məktubdan görünür ki, məhkum Abbasov X2 Xidmət tərəfindən xx.xx.2020-ci il tarixdə məhkumun cəzasının çəkilməsi üçün 1 saylı X21 müəssisəsinə göndərilməsi barədə göstəriş verilmiş, Daha sonra məhkum Abbasov X8 Rayon İcra Şöbəsi tərəfindən qeydiyyata alınması üçün xx.xx.2020-ci il tarixdə 1 saylı X21 müəssisəsinə cəza çəkmək üçün göndərilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Onlara qarşı şikayətçi deyildir. Təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəblə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəblə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. AR ƏN PX-in 1 saylı X21 Müəssisəsinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Abbasov X8 Rayon Probasiya Şöbəsi tərəfindən göndərilərək xx.xx.2021-ci il tarixdə 1 saylı MTCMnin qeydiyyatına götürülmüşdür. Cəzasının əvvəli xx.xx.2021-ci il tarix olub, cəzasının sonu xx.xx.2023-cü ildə başa çatır. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan cəzası 02 il 05 ay 25 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-nin 187.1-ci maddəsinə əsasən özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə tövsif edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxsin cinayət işi üzrə icraata xitam verilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, cinayət işinin icraatına təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin qarşılıqlı şəkildə barışıq əldə etməsinə, həmçinin zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmaması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırki cinayət işi üzrə isə zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilməsinə dair hər-hansı sənəd iş materiallarına əlavə edilməmiş və ya onlar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı eyni zamanda dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edildiyindən cinayət işi üzrə icraata xitam verilməsinə dair tərəflərin ərizəsi təmin edilə bilməz. Bununla da məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və onunla barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini xx.xx.2019-cu il tarixdə yəni Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin ediməlidir Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından xx.xx.2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş ictimai işlər cəzasının 8 saatı 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(022)-84/2020 nömrəli hökmü ilə təyin olunmuş və xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən ictimai işlərin səkkiz saatı cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qanunvericiliyin tələbinə əsasən Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra edilməlidir. «Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2002-ci il tarixli, 2 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayəti əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman X21 müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxs qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını X21 müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və onunla barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut “BMW M-6” minik markalı **-MG-*** avtomobil Zərərçəkmiş şəxs Aqil oğluna geri qaytarılmalıdır. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 152 (bir yüz əlli iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X15 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğluna və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X15 məhkəmədə iştirak etdikləri 20 (iyirmi) saata görə hər birinə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz saat) ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 400 (dörd yüz) saat ictimai işlər cəzasının 8 saatı 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(022)-84/2020 nömrəli hökmü ilə təyin olunmuş və xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs1 cəzasını X21 müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2nın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2nın yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan – “BMW M-6” minik markalı **-MG-*** avtomobil Zərərçəkmiş şəxs Aqil oğluna geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 152 (bir yüz əlli iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X15 məhkəmədə iştirak etdikləri 20 (iyirmi) saata görə hər birinə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-60/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-60/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver