Məhkəmə qərarları › İş №1(005)-60/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-60/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-60/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Qanunçulluq” Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, İmişli rayonu, Şahverdili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, ov bıçağı hesab edilən bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil edilən 4,384 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da ünvan 2 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman kustar üsulla hazırlanmış, istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, ov bıçağı hesab edilən bir ədəd soyuq silah əynində olan cins şalvarın sağ kəmər hissəsindən, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 4,384 qram çəkidə narkotik vasitə heroin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,823 qram və 2,561 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Binəqədi qəsəbəsi ərazisində narkotik vasitənin satışı ilə məşğul olan “Rüstəm” adlı şəxsin olmasını əvvəlcədən bilirdi. Çünki bu barədə eşitmişdir. Onun harada hansı üsulla narkotik vasitə satması və ondan necə narkotik vasitə əldə etməsi barədə onda məlumat olmuşdur. xx.xx.2024-ci il tarixdə təxminən saat 17 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi “Rüstəm” adlı şəxs ilə görüşmüş, ondan 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin almış və bunun qarşılığında ona 30 manat pul vermişdir. Narkotik vasitəni həmin şəxsdən aldıqdan sonra lazım olduğu vaxt istifadə etməsi məqsədi ilə onu üzərində saxlamışdır, lakin istifadə etmək üçün imkanı olmamışdır. 26 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində Nəsimi rayonu, R.Cəfərov küçəsi 1 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında tanışları X24, X13, X4, X25, X14 və X15 ilə birlikdə olduqları zaman 10-11 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Ruslan Əlizadənin və Cavid Məhərrəmovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində narkotik vasitə olmasını bildirmişdir. Eləcə də Ruslan və Caviddə üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində onun, Ruslanın və Cavidin hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Sonra video çəkilişdən istifadə edilməklə onun Ruslan Əlizadənin və Cavid Məhərrəmovun üzərinə şəxsi axtarış, X1, X10, X5 və X6 üzərlərinə isə baxış keçirilmişdir. Ruslan Əlizadə üzərində “kakos" adı ilə tanıdığı narkotik nasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia" markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ruslan Əlizadə təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Ruslan Əlizadənin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Ruslan Əlizadə üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19 radələrində Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi" stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elcay” adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Ruslan Əlizadənin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək Ruslan Əlizadənin, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Ruslan Əlizadənin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Ruslan Əlizadənin üzərindən aşkar edilmiş “İphone” və “Nokia” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan bez rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, 20 manat pulu və 01 ədəd açarı, əynində olan cins şalvarının sağ kəmər hissəsində olan 01 ədəd bıçağa bənzər predmeti və əynində olan şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyim 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi "Rüstəm” adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş 01 ədəd bıçağa bənzər predmeti təxminən bir ay əvvəl təsadüfən tapdığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bıçağa bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 20 manat pul və 01 ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra X7 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Cavid Məhərrəmov üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd "F+" markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 10 manat pulu və əynində olan qara rəngli dəri gödekçəsinin sol iç cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Cavid Məhərrəmov təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Cavid Məhərrəmovun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Cavid Məhərrəmovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Cavid üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə axşam vaxtı “İnşaatçılar” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “İlkin” adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Cavid Məhərrəmovun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Cavid Məhərrəmovun özünə qaytarılmışdır. Həmçinin şəxsi axtarış zamanı Cavid Məhərrəmovun üzərindən aşkar edilmiş 01 ədəd “F+" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşür. Daha sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən X1, X10, X5 və X6 üzərlərinə baxış keçirilmişdir. Baxış zaman Cümşüd Mənsirıovun, Elşən İsayevin, Ruslan Ələkbərovun və Əlibala Babayevin üzərindən narkotik vasitələr, psixotrop maddələr və qanunsuz əşyalar aşkar edilməmişdir. Onların hər biri onunla, Ruslan Əlizadə və Cavid Məhərrəmovla aralarında tanışlıq münasibətlərinin olduğunu, özlərinin narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiklərini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, onun, Ruslan Əlizadənin və Cavid Məhərrəmovun üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə “Ruslan”, “Xaləddin” və “Cavid” adlı şəxslərin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərlərində saxlayaraq daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Ruslan", “Xaləddin" və “Cavid” adlı şəxslərin şəxsiyyəti müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş idarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 11 nəfərdən ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ruslan Əlizadənin, Təqsirləndirilən şəxs və X23 rayonu, R.Cəfərov küçəsi 1 ünvanında yerləşən "Bomonti" adlı kafenin qarşısında olmaları müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Ruslan Əlizadə, Təqsirləndirilən şəxs və Cavid Məhərrəmov 26 aprel 2022-ci il tarixdə saat 23:30-da “Bomonti” adlı kafenin qarşısında yanlarında olan tanışları X4, X25, X14, X19 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişlər və barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X16 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid8 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Ruslan Əlizadə buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Ruslan Əlizadə üzərində “kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd "Nokia” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ruslan Əlizadə təqdim etdiyi 02 ədəd sellofan bükümün içində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Ruslan Əlizadənin təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Ruslan Əlizadənin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Ruslan Əlizadə üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19 radələrində metronun "M.Əcəmi" stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elcay" adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Ruslan Əlizadənin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Ruslan Əlizadənin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Ruslan Əlizadənin üzərindən aşkar edilmiş “İphone” və “Nokia” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, 20 manat pulu və 01 ədəd açarı, əynində olan cins şalvarının sağ kəmər hissəsində olan 01 ədəd bıçağa bənzər predmeti və əynində olan şalvarının sol yan cibində olan 01 ədəd “İphone" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa bənzər predmetə baxış zamanı məlum oldu ki, həmin predmet dəmir materiallı, qatlanan, deşici-kəsicı xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi "Rüstəm" adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bıçağa bənzər predmeti təxminən bir ay əvvəl təsadüfən tapdığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bıçağa bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul və 01 ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra şübhəli şəxs Cavid Məhərrəmova hüquq və vəzifələri izah olunduqdan sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Cavid Məhərrəmov üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd "F+” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 10 manat pulu və əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibində olan 02 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Cavid Məhərrəmov təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Cavid Məhərrəmovun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Cavid Məhərrəmovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Cavid Məhərrəmov üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə axşam vaxtı metronun “İnşaatçılar" stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi "İlkin" adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Cavid Məhərrəmovun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Cavid Məhərrəmovun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Cavid Məhərrəmovun üzərindən aşkar edilmiş 01 ədəd "F+” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən X1, X10, X5 və X6 üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı onların üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və yaxud vasitə aşkar edilməmişdir. Sorğu zamanı X1, X10, X5 və X6 hər biri onlarla birlikdə saxlanılan Ruslan Əlizadə, Təqsirləndirilən şəxs və Cavid Məhərrəmovla aralarında tanışlıq münasibətləri olduğunu, özlərinin narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiklərini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, Ruslan Əlizadə, Təqsirləndirilən şəxs və Cavid Məhərrəmovun üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirmişlər. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid8 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid5, Şahid9, Şahid10 və Şahid11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2, Şahid5, Şahid9, Şahid10 və Şahid11 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 39-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 26 aprel 2022-ci il tarixdə saat 23:30-dan hesablanmışdır. Cinayət işinin İ cildinin 76-81-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X9 Azərbaycan Respublikası CPM-in 51, 86, 236, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid8 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, 20 manat pulu və 01 ədəd açarı, əynində olan cins şalvarının sağ kəmər hissəsində olan 01 ədəd bıçağa bənzər predmeti və əynində olan şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa bənzər predmetə baxış zamanı məlum olmuşdur ki, həmin predmet dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Rüstəm” adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bıçağa bənzər predmeti təxminən bir ay əvvəl təsadüfən tapdığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bıçağa bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 02 ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul və 01 ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin İ cildinin 126-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 6/2428 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə..’’ yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,823 qram və 2.561 qram olmaqla ümumi təmiz çəkisi 4.384 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə görə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin İİ cildinin 24-28-cı vərəqələrində olan Bakı Şəhəri Nərİmanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-492/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 26 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 155-ci vərəqində olan İmişli Rayon İcra Başçısının Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 238-240-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli 3/569 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Cinayət işinin İİ cildinin 243-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X40 “Ambulator X2”nın 28 aprel 2022-ci il tarixli 2127 nömrəli rəyindən görünür ki, müayinə zarranı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 259-260-cı vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatlardan sonra 4,284 qram qalmış narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd soyuq silah olan bıçağın öz xüsusiyyətlərinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 1-16-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 608143 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 192 nömrə ilə qeyd edilmiş, ata qrafasıda Təqsirləndirilən şəxs, ana qrafasında isə X11 qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X12 tərəfindən verilən AZ-İİİ seriyalı 542053 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 2475 nömrə ilə qeyd edilmiş, ata qrafasıda Təqsirləndirilən şəxs, ana qrafasında isə X17 qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X12 tərəfindən verilən AZ-İV seriyalı 526072 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 5990 nömrə ilə qeyd edilmiş, ata qrafasıda Təqsirləndirilən şəxs, ana qrafasında isə X17 qeyd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs İbrahimov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 4,384 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 4,284 qram olan narkotik vasitə heroin və 01 ədəd soyuq silah olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 4,284 qram olan narkotik vasitə heroin və 01 ədəd soyuq silah olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar