Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-61/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1969-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1950-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Məmmədli kəndi, “Göy Qurşağı” X4, ev 7, mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun oğlu Ceyhun Ağayevi Azərbaycan Respublikası FHN-nə işə qəbul edilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, 26 may 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən “Xal-Xal” restoranında 15.000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 15.000 (on beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Emin Həsənovu Azərbaycan Respublikası Prezident Aparatında işə qəbul etdirilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq ünvan 3 ünvanda yerləşən “Xal-Хаl” restoranında 20 avqust 2023-cü il tarixdə saat 09 radələrində 15.000 manat və 10 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində 1500 manat olmaqla, ümumilikdə 16500 (on altı min beş yüz) manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 16.500 (on altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun oğlu Ceyhun Ağayevi Azərbaycan Respublikası FHN-nə işə qəbul edilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, 26 may 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən “Xal-Xal” restoranında 15.000 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 15.000 (on beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Emin Həsənovu Azərbaycan Respublikası Prezident Aparatında işə qəbul etdirilməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, ünvan 3 ünvanda yerləşən “Xal- Xal” restoranında 20 avqust 2023-cü il tarixdə saat 09 radələrində 15.000 manat və 10 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində 1500 manat olmaqla, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulu vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 16.500 (on altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2018-ci ilin yaz aylarında, təsadüf nəticəsində əyləşdiyi kafelərin birində Vüqar Hüseynovu tanımışdır. Daha sonra Vüqar Hüseynov onunla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini, Bakı şəhərinə gəlib-gəlmədiyini soruşmuşdur. İki gün sonra Bakı şəhərinə gələcəyini bildirmiş və şəhərdə olan zaman Vüqarla görüşmüşdür. Vüqar Hüseynov onu yaşadığı mənzilə qonaq aparmış, birlikdə yaşadığı mənzilə getmiş və ailə üzvləri ilə tanış olub birlikdə yemək yemişlər. Münasibətləri daha da yaxınlaşmışdır. Aralarında olan söhbət əsnasında yaşadığı Yardımlı rayonunun, Əsədabad kəndində yerləşən mənzilin qəzalı şəraitdə olduğunu, dövlət tərəfindən evinin təmiri və ya yenidən tikilməsinə dair müəyyən işlərin görülməsi barədə hərəkətlər olunduğu, lakin prosesin gecikdiyi və ləng getdiyi barədə Vüqar Hüseynova məlumatlar vermişdir. Bu məlumatları Vüqar Hüseynov öyrəndikdən sonra bu barədə köməklik edə biləcəyini, yaxın tanışının əlaqələrinin geniş olduğunu və bundan istifadə edərək köməklik edə biləcəyini bildirdi. Bundan sonra Vüqar Hüseynov bu məsələdə ona köməklik etməsi üçün tanışı Təqsirləndirilən şəxs2 ilə onu tanış etmişdir. 2023-cü ilin əvvəllərində Vüqar Hüseynovla birlikdə Təqsirləndirilən şəxs2 ilə görüşüb tanış olmuşlar. Söhbət əsnasında evinin vəziyyətini, hazırki durumunu, təmiri və ya yenidən tikilməsi üçün köməklik etməsini Təqsirləndirilən şəxs2 xahiş etmişdir. Hidayət isə bu məsələ ilə bağlı köməklik edə biləcəyini bildirib qarşılığında 500 manat pul istəmiş, istədiyi məbləğdə pulu 12 yanavar 2023-cü il tarixdə Nərimanov parkında Hidayətə vermişdir. Bundan sonra, bir qədər müddət keçmiş, Təqsirləndirilən şəxs2 ilə ünsiyyəti daha da yaxınlaşmışdır. Müəyyən zamanlarda Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq işini həll etməsindən ötrü bir neçə yerə getməli olduğunu və bunun üçün həmin yerlərə aparmağın lazım olduğunu bildirmişdir. İşinin həll olmağının xətrinə Təqsirləndirilən şəxs2 çağırışlarına getmiş, hara deyirdisə aparıb sonra da gətirib yaşadığı evə və ya başqa yerə düşürmüşdür. Birlikdə olan zaman söhbət əsnasında Təqsirləndirilən şəxs2 geniş əlaqələrinin olduğunu, bir neçə nazirlikdə yaxın tanışlarının olduğunu və bundan müsbət mənada istifadə edərək müəyyən işləri görə bildiyini, hər hansı dövlət işində yaranan çətinliklə bağlı köməklik edə biləcəyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində rahat formada, camaata 13000, 14000 manata düzələn işi 10000 manata düzəldə bildiyini bildirmişdir. Bunu eşitdikdə qohumu Zərərçəkmiş şəxs2 övladını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini xatırlamış və yaşadığı Yardımlı rayonuna gedən zaman bu barədə Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Xalası oğlu Zərərçəkmiş şəxs2 razı olduğunu, pulunun olduğunu və həmin pul qarşılığında övladını sözügedən yerdə işə qəbul etdirmək istədiyini bildirmişdir. Bakı şəhərinə gəldikdə Təqsirləndirilən şəxs2 ilə görüşmüş və qohumunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini, əgər məsələ dəqiq alınacaqsa 10.000 manat pulu kartına ata biləcəyini, həmin pulu çıxardıb verə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 qəti şəkildə narahat olmamağını, pulu verdikdən bir-iki ay sonra qohumunun işə qəbul əmrinin veriləcəyini deyib onu əmin etdikdən sonra Zərərçəkmiş şəxs2 ilə danışmış, 10.000 manat pulu kartına göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulu qohumu Sadiqə vermiş və həmin gün Sadiq 10.000 manat pulu onun kart hesabına göndərmişdir. Yaxınlıqdakı bankomatdan həmin məbləğdə pulu çıxardıb bir saat içərisində Təqsirləndirilən şəxs2 vermişdir. Həmin məbləğdə pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra 10000 manat puldan sayıb 1000 manat pulu oğlu Elvin Məmmədova verərək evinin kirayə pulunu, həmçinin qida məhsulları almasını bildirmişdir. Bundan sonra eyniliklə həmin puldan 1000 manat sayıb ona vermişdir ki, yaxın günlərdə onun avtomobili ilə Xaçmaz rayonuna gedəcəkdir və bunun üçün istifadəsində bir az nasaz olan avtomobilini təmir elətdirsin. O da 1000 manat pulu götürüb oradan uzaqlaşmışdır. Bundan sonra bir qədər müddət keçmiş və yuxarıda qeyd etdiyi işin görülməsinə görə Təqsirləndirilən şəxs2 hər hansı bir xəbər çıxmamışdır. Qalan 5000 manat pulu isə Malikdən borc olaraq almışdır. Sonda qeyd etdi, ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam şəkildə ödəmişdir. 2023-cü ilin avqust ayında o, Sumqayıtda olarkən Təqsirləndirilən şəxs2 ona zəng edərək onun işi ilə bağlı sabah onu FHN-a aparmasını demişdir. Onu Zabrat qəsəbəsindən götürərkən Hidayət onu Nərimanov metrosuna aparmasını, orada görüşü olduğunu demişdir. Maşını saxlayarkən ondan 15-20 metr aralıqda “Mcdonalds” restoranın qarşısında Zərərçəkmiş şəxs1 skamyada oturduğunu görmüşdür. Özü maşından düşməyib. Onlar arasında qısamüddətli danışıq olmuş, daha sonra Hidayət maşına əlində pul dolu qara paketlə gəlmişdir. Hidayət paketdəki pulu çıxarıb saymış, pulun məbləği 15.000 manat olmuşdur. Həmin puldan ona heç nə qalmayıb, pulun üzünü belə görməmişdir. Hazırda Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2016-cı il tarixdən X3 tanımış, yaxın münasibəti olmuş, daim ünsiyyətdə qalmışlar. 2023-cü ilin əvvəllərində tanışı Vüqar Hüseynov onunla söhbət əsnasında Yardımlı rayonundan olan və orada yaşayan Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs1 yaşadığı Yardımlı rayonunun, Əsədabad kəndində yerləşən mənzilinin qəzalı vəziyyətdə olduğunu, dövlət tərəfindən evinin təmiri və ya yenidən tikilməsinə dair müəyyən işlərin görülməsi barədə hərəkətlər olunduğu, lakin prosesin gecikdiyini və ləng getdiyinə dair məlumatlar vermişdir. Həmin vaxt Vüqar Hüseynova bildirmişdir ki, bu barədə köməklik edə bilər, yaxın tanışları ilə əlaqələrinin geniş olmasından istifadə edərək köməklik edə biləcəyini bildirmişdir. Təxminən 2023-cü ilin əvvəllərində tanışı Vüqar Hüseynovla birlikdə sonradan tanıdığı Vüqar Hüseynovun tanışı Təqsirləndirilən şəxs1 ilə görüşüb tanış olmuşdur. Söhbət əsnasında evinin vəziyyətini, hazırki durumunu və təmiri və yenidən tikilməsi üçün köməklik etməyini ondan xahiş etmişdir. O isə bu məsələ ilə bağlı köməklik edə biləcəyini bildirib qarşılığında pul istəmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri, Nərimanov rayonunun mərkəzində yerləşən “Nərimanov” istirahət parkında Təqsirləndirilən şəxs1 Yardımlı rayonu, Əsədabad kəndində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evinin dövlət tərəfindən təmir olunması məsələsini həll etməsi üçün 500 manat pulu Təqsirləndirilən şəxs1 almışdır. Həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1la ünsiyyəti daha da yaxşı olduğundan sonuncu ilə əlaqə saxlayaraq işinin həll etməsindən ötrü bir neçə yerə getməli olduğunu və bunun üçün onu aparmasını lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 da gəlib onu müəyyən qurumlara aparmış, daha sonra yaşadığı ev qaytarmışdır. Birlikdə olan zaman söhbət əsnasında Təqsirləndirilən şəxs1 geniş əlaqələrinin olduğunu, bir neçə nazirlikdə yaxın tanışlarının olduğunu və bundan müsbət mənada istifadə edərək müəyyən işləri görə biləcəyini bildirmişdir. Hər hansı dövlət işində yaranan çətinliklə bağlı köməklik edə biləcəyini demişdir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində rahat formada, camaata 13000, 14000 manata düzələn işi 10.000 manata düzəldə bildiyini bildirmişdir. Qüdrət bunu eşitdikdə qohumu olduğunu və maraqlanıb ona bildirəcəyi demişdir. Bir neçə vaxt sonra Təqsirləndirilən şəxs1la Bakı şəhərində görüşmüş və o, qohumunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini, əgər məsələ dəqiq alınacaqsa 10.000 manat pulu Təqsirləndirilən şəxs1 bank kartına ata biləcəklərini, həmin pulu çıxardıb ona verə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu götürməsini, 10.000 manat pulun kartına göndərtməsini istəməsini, həmin pulu çıxardıb ona verməsini, onda olan 25000 manat borcundan 10.000 manat pulu geri ödəməsini bildirmişdir. Belə də olmuş və Təqsirləndirilən şəxs1 kartına pul gəldikdən sonra sonuncu yaxınlıqdakı bankomatdan həmin məbləğdə pulu çıxardıb ona vermişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində, ünvan 4 ünvanda yerləşən ‘'Xal-xal” restoranında, Təqsirləndirilən şəxs1 xalası oğlu Zərərçəkmiş şəxs2 X14i Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yardımlı rayon şöbəsində yanğınsöndürən vəzifəsində işə qəbul etdirməyi üçün göndərilmiş 10000 manat pulu bankomatdan çıxardıb ona vermişdir. Həmin məbləğdə pulu götürdükdən sonra sayıb 1000 manat pul yanlarında olan oğlu Elvin Məmmədova verərək evinin kirayə pulunu verməsini və həmçinin qida məhsulları almasını bildirmişdir. Bundan sonra, həmin puldan 1000 manat sayıb Təqsirləndirilən şəxs1 vermişdir ki, yaxın günlərdə avtomobili ilə Xaçmaz rayonuna gedəcək və bunun üçün bir az nasaz olan avtomobilini təmir etdirsin. Təqsirləndirilən şəxs1 da 1000 manat pulu götürüb oradan uzaqlaşmışdır. Qüdrətdən aldığı 9000 min manat pulu sonuncunun yerinə qaytardığı 25000 manat puldan çıxıb özündə saxlamışdır. Bir qədər müddət keçmiş, Qüdrət Bagışovla sıx ünsiyyəti davam etmişdir. Demək olar ki, mütəmadi olaraq görüşmüşlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə əlaqələrinin olduğunu və təhsil nazirliyində istənilən məsələdə asanlıqla köməklik edə bildiyini bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 bacısı, Mədinə Bağışovanm qızı, Fəridə Bağışovanm müəllimə kimi işə qəbul ola bildiyini, lakin təyinatının hər hansı bir rayona aldığını, buna narazı olduğunu, müəllimə kimi Bakı şəhərinə təyinat almaq istədiklərini, lakin buna nail ola bilmədiklərini bildirmişdir. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs1 bu barədə köməklik edə biləcəyini, bu işlə bağlı təmənnasız olaraq köməklik edə biləcəyini bildirmişdir. O da bu işlə bağlı maraqlanmış, müəyyən addımlar atmış və Təqsirləndirilən şəxs1 müəyyən məlumatlar vermiş, lakin həmin şəxsin işi baş tutmamışdır. Sözügedən şəxsin Bakı şəhərində müəllimə kimi işə düzəlməsi məsələsi həllini tapdığı zamanda Təqsirləndirilən şəxs1 bacısı gil razı olmamışlar. Zənnincə maaş az olduğu üçün razılaşmamışlar. Ona görə də bu məsələnin həll edilməsi prosesi qalmışdır. Zərərçəkmiş şəxs1 tanışı “Nazim” adlı şəxsin vasitəsi ilə 2023-cü ilin may ayından tanımışdır. Qorxmazla ilk tanışlıqları 2023-cü ilin may ayının əvvəllərində Qorxmazın əvvəllər işlədiyi, Bakı şəhəri, Binəqədi rayonu, Mədənlər adlanan yerdə yerləşən metalların qəbulu məntəqəsində görüşüb tanış olmuşlar. Söhbət əsnasında o, Qorxmaza birlikdə bir neçə iş görə biləcəklərini, onun Göyçay rayonunun, Qara məryəm kəndində yerləşən ərazidə olan, hədiyə edilmiş 32 kilometr dəmir turbanı ona sata biləcəyini bildirmişdir. Bu məsələ üzərindən ünsiyyətləri başlamış və tez-tez əlaqə yaratmışlar. Onlar dəfələrlə görüşmüş, birlikdə biznes fəaliyyəti görəcəkləri barədə söhbətlər etmişlər. Görüşlərin birində o, X10 adlı övladı olduğunu, hazırda universiteti bitirib və hər hansı bir dövlət işində işləmədiyini öyrənmişdir. Bunu öyrəndikdə o, Azərbaycan Respublikası Prezidentinin saytında işlədiyini, Prezident Aparatının bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olduğunu deyərək oğlu Emin Həsənovu, Prezident Aparatında işə düzəldəcəyi barədə yalan vədlər verib inam və etibarını qazanmış, bu məsələnin 40.000 manata başa gələcəyini, ilkin olaraq 15.000 manat, qalan məbləği isə oğlu işə çıxdıqdan sonra verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi,34 nömrəli ünvanda yerləşən “Xal-xal” restoranında Qorxmazın oğlu Emin Həsənovu Azərbaycan Respublikası Prezident Aparatında işə qəbul etdirməsi üçün öncədən danışıb razılaşdığımız 40000 manat pulun bir hissəsini, yəni, 15000 manat pulu Zərərçəkmiş şəxs1 ona vermişdir. Bir neçə vaxt keçdikdən sonra o, yenidən Qorxmazla əlaqə saxlayıb oğlunun işi ilə məşğul olduğunu və oğlunun işə qəbul olması üçün sənədlərin hazır olduğunu, həmin sənədlərin icraya yönəldilməsi üçün pul lazım olduğunu, 1500 manat pulu təcili olaraq gətirib verməyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə “Xal-xal” restoranında Qorxmaz 1500 manat pulu ona vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Nazim adlı yaxın ünsiyyətdə olduğu tanışının vasitəsi ilə 2023-cü ilin may ayından Təqsirləndirilən şəxs2 tanımışdır. Təqsirləndirilən şəxs2la söhbəti zamanı birlikdə bir neçə iş görə biləcəklərini, guya Hidayətə Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən ərazidə olan, hədiyə edilmiş 32 kilometr dəmir turbanı ona sata biləcəyini vəd etmişdir. Bu məsələ üzərindən ünsiyyətləri başlamış və tez-tez əlaqə yaratmışlar. Təqsirləndirilən şəxs2la dəfələrlə görüşmüş, birlikdə biznes fəaliyyəti görəcəkləri barədə söhbətlər etmişlər. Görüşlərinin birində Təqsirləndirilən şəxs2 söhbət əsnasında öyrənmişdir ki, Emin Həsənov adlı övladı vardır, hazırda universiteti bitirib və hər hansı bir dövlət işində işləmir. Bunu öyrəndikdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin saytında işlədiyini, Prezident Aparatının bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olduğunu deyərək oğlu X6 Aparatında işə düzəldəcəyi barədə yalan vədlər verib inam və etibarını qazanmış, bu məsələnin 40.000 manata başa gələcəyini, ilkin olaraq 15000 manat, qalan məbləği isə oğlu işə çıxdıqdan sonra verəcəyini bildirmişdir. Bir qədər müddətdir ki ünsiyyətdə olduqları üçün Təqsirləndirilən şəxs2 inam və etibarını qazandığından sonuncuya inanmış və oğlu Emin Həsənovun sözügedən yerdə işə qəbul olacağına görə Təqsirləndirilən şəxs2 dediyi şərtlərlə razılaşmış, bir dəfə oğlunu Hidayətlə görüşə göndərmiş, növbəti dəfə isə dediyi məbləğdə pulu vermişdir. xx.xx.2023-cü il tarixdə “Xal-xal” restoranında 15000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bir qədər müddət keçmiş, Təqsirləndirilən şəxs2la ünsiyyəti davam etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 oğlu Emin Həsənovun işə qəbul olma prosesi ilə məşğul olduğunu, müəyyən hərəkətlər etdiyini bildirmişdir. Hətta təxmini iki dəfə nahar vaxtı metronun “İçəri Şəhər" stansiyası yaxınlığında yerləşən parkda əyləşib bu haqda söhbətlər etmişlər. Təxminən 15-20 gün müddət keçdikdən sonra yenidən Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamış və oğlunun işə qəbul olması üçün sənədlərin hazır olduğunu, həmin sənədlərin icraya yönəldilməsi üçün pul lazım olduğunu, 1500 manat pulu təcili olaraq gətirib verməyini bildirmiş və o da eyniliklə belə edərək həmin məbləğdə pulu vermişdir. xx.xx.2023-cü il tarixdə “Xal-xal” restoranında 1500 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bir qədər müddət keçmiş və oğlunun işə qəbul olma məsələsindən hər hansı bir xəbər çıxmamışdır. Daha sonra o, polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəx Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Abidinli kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. X14 DİN-nin Yardımlı rayon Mühafizə idarəsində mülki mühafizəçi vəzifəsində işləmişdir. Ceyhun bir gündən bir taksi ilə işə getmiş və taksi ilə işdən evə qayıtmışdır. Oğlu Ceyhunu işə X5 işə aparıb gətirmişdir. 2023-cü ilin may ayının əvvəllərində oğlu işdən evə gələn zaman Sadiqin ona iş təklif etdiyini bildirmişdir. Sadiq dayısı Təqsirləndirilən şəxs1 vəzifəli tanışlarının olduğunu və oğlunu həmin vəzifəli tanışları vasitəsilə Fövqəladə Hallar Nazirliyində yüksək maaşla işə düzəldə bilər. O da Sadiqlə danışacağını bildirmiş və may ayınım sonlarında Sadiqlə görüşmüşdür. Sadiq onu dayısı Qüdrətlə tanış etməyi təklif etmişdir. O da razılaşdıqdan sonra onlar Qüdrətin yaşadığı Yardımlı rayonu, Əsədabad qəsəbəsinə getmişlər. Orada Qüdrətlə görüşdükdən sonra Qüdrət Bakı şəhərində vəzifəli dostlarının olduğunu və həmin dostları vasitəsilə onun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini bildirmişdir. O da Qüdrətlə razılaşdıqdan sonra Qüdrət bir neçə gün ərzində tanışları ilə danışıb ona xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra Qüdrət onun istifadəsində olan mobil nömrəsinə zəng edərək tanışları ilə danışdığını, oğlunun sənədlərini və ilkin olaraq 5000 manat pul istəmişdir. O da Qüdrətlə razılaşaraq əmisi oğlunun adına bankdan 5000 manat kredit götürmüşdür. Bundan sonra Sadiqlə əlaqə saxlayaraq görüşmüş və Yardımlı rayonu Şəfəq kəndinə getmişdir. Şəfəq kəndində Sadiq dayısının bütün pul işlərini onun gördüyünü ona görə də 5000 manat pulu ona verməyini, həmin pulu o, dayısına çatdıracağını demişdir. O da etiraz etməyərək 5000 manat pulu və oğlunun sənədlərinin sürətini Sadiqə vermişdir. Sadiq onu Şəfəq kəndində idarə etdiyi avtomobildən düşürdərək Qüdrətlə görüşməyə getmişdir. Bir neçə saatdan sonra o, Qüdrətlə əlaqə saxlayaraq pulun çatıb-çatmadığını soruşmuşdur. Qüdrət də Sadiqin 5000 manat pulu ona verdiyini demişdir. Təxminən iyun ayının 5-də Qüdrət onun istifadəsində olan mobil nömrəyə zəng edərək işlərin həllin tapdığını, əlavə olaraq 10.000 manat da pul lazım olduğunu bildirmişdir. O, Qüdrətə o qədər pulunun olmadığını deyən zaman Qüdrət mütləq şəkildə 10.000 manat da verməli olduğunu demişdir. O da məcbur olaraq dostundan 10.000 manat borca pul almışdır. Həmin 10.000 manatı oğlu Ruslan Ağazadəyə vermişdir ki, Qüdrətə çatdırsın. Ruslan da Sadiqlə görüşərək Şəfəq kəndində məscidin yaxınlığında 10.000 manat pulu Sadiqə vermişdir. Qüdrətlə yenidən əlaqə saxlamış və pulun çatıb-çatmadığını soruşmuşdur. Qüdrət də Sadiqin pulunu ona verdiyini bildirmişdir. Qüdrət ona oğlunun iyun ayının 15-də işə düzələcəyini bildirmişdir. İyun ayının15-də o, Qüdrətlə əlaqə saxlamış və işin hansı mərhələdə olduğunu soruşmuşdur. Qüdrət FHN-nin rəhbərliyinin məzuniyyətdə olduğunu, ayın sonunda məzuniyyətdən qayıdacağını, ayın sonunda oğlunun işinin düzələcəyini demişdir. Bundan əlavə oğlunun da işlədiyi mühafizə idarəsində işdən çıxmağını istəmişdir. Bundan sonra oğlu işlədiyi mühafizə idarəsindən də işdən çıxaraq FHN-də işə düzələcəyi günü gözləməyə başlamışdır. Ayın sonunda o, yenə də Qüdrətlə əlaqə saxlamış və işin nə üçün düzəlmədiyini soruşan zaman o, yenə də müxtəlif bəhanələrlə işin yubandığını bildirmişdir. Bir neçə gün də gözlədikdən sonra işin düzəlmədiyini görmüş və sonra Qüdrətlə əlaqə saxlayaraq verdiyi pulları borca aldığını, borcları qaytarmalı olduğunu bildirərək verdiyi pullan geri tələb etmişdir. Qüdrət yenə müxtəlif bəhanələrlə vermiş olduğu 15.000 manat pulu geri qaytarmaqdan imtina etmişdir. Sonda o, məcbur olub baş vermiş hadisə ilə bağlı Yardımlı rayon polis şöbəsində ərizə yazmışdır. Hazırda ona vurulmuş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada şahid X1 məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şahid Mustafayev Sadiqin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. İbtidai istintaq zamanı X2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatdadır və faktiki olaraq ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Yardımlı rayonu Abidini kəndində yaşayan Zərərçəkmiş şəxs2 Yardımlı Rayon Polis Şöbəsinə yazdığı ərizə ilə tanış olmuşdur. Heç bir yerdə işləmədiyi üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 oğlu X11 şəhərində DİN-nin mülki mühafizə xidmətində işlədiyi üçün yaşadığı kənddən işə çox vaxt onun idarə etdiyi taksi ilə gedibgəlmişdir. 2023-cü ilin aprel ayında Ceyhunla söhbət zamanı sonuncu ona hazırda işlədiyi işin ona sərf etmədiyini, aldığı əmək haqqı yol xərclərini ödədiyini, əgər tanış adam olsa Fövqəladə Hallar Nazirliyinin Yardımlı rayon bölməsində yanğınsöndürən vəzifəsinə işə düzəlməsinə köməklik etməsini istəmişdir. Lazım olan məbləğdə pul da verəcəkdir. O da Ceyhuna Qüdrət adlı qohumunun olduğunu, eşitdiyinə görə Fövqəladə Hallar Nazirliyində tanışı olduğunu, ona deyəcəyini, alınarsa köməklik edəcəyini bildirmişdir. Bundan təxminən bir gün sonra Ceyhun ona zəng vuraraq Qüdrətlə söhbət edib etmədiyini soruşmuşdur. O da bu barədə Qüdrətlə söhbət etmişdir. Qüdrət ona demişdir ki, tanış var, söhbət edib nəticəsini deyər. Bundan təxminən bir həftə sonra Ceyhun yenə də onunla əlaqə saxlayaraq işin nə yerə olduğunu soruşmuşdur. O da Qüdrətlə danışmışdır. Qüdrət ona demişdir ki, həmin adamın ağsaqqalı gəlib onunla görüşüb söhbət etsinlər. O da Ceyhunla əlaqə saxlayıb bir nəfər ağsaqqalını Qüdrətlə söhbət etmək üçün göndərməsini bildirmişdir. Ceyhun ona zəng edərək atası Zərərçəkmiş şəxs2 rayonun Şəfəqli kəndinə gəldiyini, atasının Qüdrətlə görüşməyə aparmağını xahiş etmişdir. O da idarə etdiyi Vaz 2107 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Şəfəqli kəndinə getmiş, Zərərçəkmiş şəxs2 də ora gəlmişdir. O, Maliki Qüdrətin yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobildən düşürdüb getmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı evə gedərək söhbət etmişdir. O, həmin söhbətdə iştirak etməmiş, onların konkret olaraq necə razılaşmasını bilməmişdir. Təxminən bir saat sonra Zərərçəkmiş şəxs2 ona zəng vuraraq Qüdrətin yaşadığı evin yaxınlığına gəlməyini və onu yaşadığı Abidinli kəndinə aparmağını xahiş etmişdir. O da Qüdrətin yaşadığı evin yaxınlığına gedərək sonuncunu götürərək rayonun Şəfəqli kəndinə aparmışdır. Zərərçəkmiş şəxs2 orada avtomobildən düşərək yaşadığı kəndə getmişdir. Bundan təxminən 5-10 gün sonra Qüdrət onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq demişdir ki, Zərərçəkmiş şəxs2 ona pul verəcək, pulu Zərərçəkmiş şəxs2 götürüb onun istifadə etdiyi kart hesabına köçürsün. O da Qüdrətlə razılaşmışdır. Qüdrət ona istifadə etdiyi 4169 73** **** 7296 saylı kartın şəklini göndərmişdir. Həmin tarixdə o, Zərərçəkmiş şəxs2lə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncun X8 rayon filialının yanında olduğunu bildirmişdir. O da ora getmiş və Zərərçəkmiş şəxs2 avtomobilə əyləşmiş, 5000(beş min) manat pulu sayıb ona vermişdir. O da həmin pulu götürmüşdür. Sonra Zərərçəkmiş şəxs2 və bir nəfər qohumunu yardımlı rayonu Şəfəqli kəndinə apararaq orada avtomobildən düşürmüşdür. Sonra o, Yardımlı şəhərinə qayıtmış, 18 aprel 2023-cü il tarixdə “Million” aparatı vasitəsi ilə əvvəlcə 3000 (üç min) manat pulu Qüdrətin ona şəklini göndərdiyi 5213 6751 7386 1700 nömrəli kartın hesabına köçürmüşdür. Bundan təxminən bir saat sonra o, 2000 (iki min) manat pulu da “Million” aparatı vasitəsi ilə Qüdrətə məxsus 4169 73** **** 7296 saylı kartın hesabına köçürmüşdür. 26 may 2023-cü il tarixdə Qüdrət ona mobil telefon vasitəsi ilə zəng vuraraq demişdir ki, Zərərçəkmiş şəxs2 ona 10.000 (on min) manat pul verəcək, həmin pulu hissəhissə onun şəklini göndərdiyi 6973** **** 7296 saylı kartın hesabına köçürsün. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ona demişdir ki, Yardımlı rayonu Şəfəqli kəndinə gəlsin, oğlu ora gələrək ona pul verəcək, həmin pulu Qüdrətə göndərsin. O da Qüdrətlə razılaşmış, idarə etdiyi avtomobil ilə Yardımlı rayonu Şəfəqli kəndinə getmiş, orada Malikin adını bilmədiyi oğlu ilə görüşmüş, həmin oğlan ona 10.000 (on min) manat pul vermişdir. O da həmin gün Yardımlı şəhərinə qayıtmış, pulları hissə-hissə Milliön aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 4169-73** ****7296 saylı kartın hesabına köçürmüşdür. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. 2023-cü ilin payız aylarında Zərərçəkmiş şəxs2 ona demişdir ki, Qüdrət işi düzəltmir, pulu da qaytarmır. Bundan sonra o da Qüdrətlə əlaqə saxlayaraq pulu qaytarmasını demişdir. Qüdrət ona demişdir ki, pulu başqa şəxsə vermişdir ala bilmir. Sonradan xəbəri olmuşdur ki, Zərərçəkmiş şəxs2 Qüdrət Bagışovdan şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 ümumilikdə 15.000 manat pulu Təqsirləndirilən şəxs1 oğlu Ceyhun Ağayevi FHN-də işə düzəltmək adı ilə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 iyun 2024-cü il tarixli “tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. 07 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. 07 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nin 179.3.2 və 320.1-ci maddələri ilə təqsirli biliniv 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respubliksaı Apellyasiya Məhkəməsinin 11 iyun 2022-ci il tarixli qərarı ilə haqqında CM-nin 70-ci maddəsi tətbiq olunaraq cəzası 05 il şərti hesab olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə AR Prezidentinin 211 №-li fərmanı ilə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldıllaraq 03 il 06 ay 12 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü dəyişdirilərək barəsində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilərək 08 il 06 ay cəza təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 yanvar 2010cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilinib əmlakı müsadirə edilməməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, AR CM-nin 66.5-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin olunmuş cəzanın, bu cəza ilə qismən toplanaraq üzərində qəti cəza kimi 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanması, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 07 yanvar 2009-cu il tarixdən hesablanması barədə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-136/10 saylı iş üzrə qəbul etdiyi 18 yanvar 2010-cu il tarixli hökmü “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa uyğunlaşdırılması, Təqsirləndirilən şəxs2 həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.3-cü maddəsi ilə törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə (təkrar törədildikdə), Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 178.2.4-cü maddəsinə (xeyli miqdarda zərər vurmaqla törədildikdə) tövsif olunması, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin yuxarı həddində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-136/10 saylı iş üzrə qəbul etdiyi 18 yanvar 2010-cu il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 5 il həddinədək azaldılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin - 8 ilin yeni təyin olunmuş cəza ilə qismən birləşdirilərək qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair Nəsimi Rayon Məhkəməsinin 1-310/03 tarixli 24 iyul 2003-cü il tarixli hökmü ilə müəyyən olunan cəza Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-136/10 saylı iş üzrə qəbul etdiyi 18 yanvar 2010-cu il tarixli hökmü ilə təyin olunmuş və bu qərarla 5 ilə endirilmiş azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cəzasının əvvəlinin 07 yanavar 2009-cu il tarixdən hesablanması və ona təyin olunan cəzanın tam olaraq çəkməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 həbsdən azad edilməsi, qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. 06 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 06 avqust 2024-cü il tarixdə saat 15:25-də şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1008/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 01 ay 20 gün müddətində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-442/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbs edilməsi qərara alınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 sonuncu (xx.xx.2025-ci il tarixli) məhkəmə iclasında vermiş olduğu ərizədə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə, Təqsirləndirilən şəxs2 isə ona qarşı irəli sürülmüş ittihamın hər iki epizod üzrə özünü təqsirli bilməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, habelə şahidin iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri etiraf etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Şəxsin saxta sənəd hazırlaması və həmin sənəddən istifadə etməklə özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirmək məqsədi güdməsi, lakin ondan asılı olmayaraq bu niyyətini həyata keçirmək imkanında olmaması müəyən edildikdə, onun əməli rəsmi sənədləri saxtalaşdırma (CM-nin 320.1-ci maddəsi) və işin hallarından asılı olaraq, habelə CM-nin 28.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dələduzluğa hazırlıq və ya dələduzluğa cəhd etmə kimi (müvafiq olaraq CM-nin 28,178.3-cü və ya 29,178-ci maddələri ilə) qiymətləndirilməlidir (6-cı bənd); dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur (23-cü bənd). Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxşlə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 06 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri residiv nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 07 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hüquqi xidmətə görə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-61/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-61/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver