Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-62/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyytda olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 28 dekabr 2021 -ci il tarixdə, saat 02.30 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri Nərimanov rayonu, PYUA küçəsi 38\10 ünvanında yerləşən 27 saylı fərdi evin darvazasının açıq olmasından istifadə edərək həyətyanı sahəsinə qanunsuz daxil olub oradan 1 ədəd istismar olunmuş mühərrikinin iş həcmi 49 sm' olan «Kuba Dragon» markalı mopedi itələyərək həyətdən çıxarmış və etibarnamə ilə idarə etdiyi “X10” markalı ** US *** nömrə nişanlı avtomobiln yük yerinə qoyub aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1820 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs oglu Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o 2021-ci ilin noyabr ayının sonlarında işləmək məqsədi ilə Bakı şəhərinə gələrək ticarətlə məşğul olmuşdur. Həmçinin meyvə tərəvəz alış veriş etməkdən ötrü malları daşımaq səbəbindən tanışı Anar adlı şəxsə məxsus olan “Ford Tranzit” markalı ** US *** nömrə nişanlı avtomobilə etibarnamə alıb idarə elmişdir. Belə ki, 28 dekabr 2021-ci il tarixdə saat 02.30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yaşadığı ünvana gələrkən, yəni ünvan 2eçdiyi zaman dəmir darvazaya yaxınlaşan vaxt qapının açıq olmasını gördükdə həyətə daxil olmuşdur. Həyətə baxdıqda heç kimin olmadığına əmin olub bundan sonra həyətdə olan “Kuba Dragon” markalı mopedi götürüb itələyərək mopedi küçəyə çıxardaraq idarə etdiyi Ford Tranzit markalı avtomobilin arxa yük hissəsinə qoymuşdur. Daha sonra isə avtomobilə əyləşərək idarə edib oradan evə getmişdir. Təqsirləndirilən şəxs bu barədə heç kimə deməyib səhər vaxtlarında hava açılan zaman evdən çıxaraq Bakı şəhəri Şüvəlan qəsəbəsinə gedərək orada həmyerlisi Vüqara mopedi vermişdir ki, saxlasın, gəlib götürəcəkdir. Həmçinin Vüqara demişdir ki, moped özünə məxsusdur. O, daha sonra Bakı şəhərinə gələrək işləri ilə məşğul olmuşdur. Daha sonra polis əməkdaşları onu saxlayaraq İstintaq Şöbəsinə təhvil vermiş və o tam olaraq baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Etdiyi əmələ görə isə peşmançılıq hissi keçirdiyini də bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin noyabr ayından hazıra kimi ünvan 3 ünvanda ailəsi ilə birlikdə kirayədə yaşayır və həmin vaxtdan da "xxxx" MMC-də kuriyer vəzifəsində işləyir. Belə ki, sifarişləri çatdırmaqdan ötrü özünə saytlara yerləşdirilmiş 49 kub metrlik “Kuba Dragon" markalı mopedi təxminən bir ay əvvəl 1820 manata Mehman adlı şəxslə razılaşaraq alıb özü də idarə etmişdir. Həmin moped işlənmiş vəziyyətdə olmuşdur. Həmin mopedi isə işdən sonra yaşadığı ünvanın həyətində saxlamışdır. Belə ki, 28 dekabr 2021-ci il tarixdə saat 00.10 radələrində özü mopedlə gələrək darvazadan daxil olub mopedi həyətdə saxlayaraq yaşadığı evə getmişdir. Lakin həmin gün səhər saat 09 radələrində o mopedi ilə işə getmək istədikdə görmüdür ki, moped həmin yerdə yoxdur və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmşdır. Dərhal DİN-in 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları gedərək hadisə yerinə baxış keçirtmişlər.Ona dəyən zərər ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, təxminən 6 ay olar Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində Ziyarətgaha yaxın ərazidə yerləşən avtoyuma məntəqəsində avtomobillər yuyur. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi olduğundan onu tanıyır. Belə ki, Təqsirləndirilən şəxs arabir avtoyuma məntəqəsinə gəlib getmişdir. Sonuncu xx.xx.2021-ci il tarixdə saat təxminən 08 radələrində Şahid iş yerində olduğu zaman Murad idarə etdiyi Ford Tranzit markalı nömrə nişanını bilmədiyi avtomobili ilə avtoyuma məntəqəsinə gələrək avtomobildən "Kuba Dragon” markalı mopedi düşürdüb ona təhvil vermişdir ki, moped qalsın gəlib götürəcəkdir. Şahid Təqsirləndirilən şəxs mopedin onda haradan olmasını soruşduqda bildirmişdir ki, həmin mopedi almaq istəyir, burada qalsın gəlib götürəcəkdir. Bundan sonra Şahid həmin mopedi avtoyuma məntəqəsində kənara qoyub saxlamışdır. Lakin 29 dekabr 2021-ci il tarixdə Şahid polis tərəfindən Nərimanov 17-ci PŞ-nə dəvət etdikdə ona məlum oldu ki, həmin moped Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edilmişdir. Ona görədə Şahid dərhal həmin mopedi könüllü olaraq polisə təhvil vermişdir. Qeyd etmişdir ki, həmin mopedin oğurluq yolu ilə əldə edilməsini o bilməmiş, Təqsirləndirilən şəxs həmin mopedi oğurladığı barədə deməmiş və ona bildirmişdir ki, moped özünə məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 29 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 17 ünvanda yerləşən həyət evidir. Həyətə giriş göy rəngli dəmir darvazadandır. İçəri daxil olduqda sol tərəfdə həyət evi vardır. Ümumilikdə həyətdə 3 yaşayış evi vardır. Moped həyətdə saxlanılmışdır. Cinayət işi üzrə oğurluq hadisəsi nəticəsində əldə olunan 1 ədəd istismar olunmuş mühərrikinin iş həcmi 49 sm‘ olan «Kuba Dragon» markalı mopedi Şahid könüllü olaraq təqdim etmiş və həmin moped maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis mayoru Samir İslamov tərəfindən götürülərək baxış keçirilmiş, burunla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 30 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsifadəsi üzrə Nərimanov RPİ-nin, inzibati binasından çıxıb avtomobilə əyləşərək onun göstərdiyi istiqamət üzrə ünvan 5 ünvanın qarşısında gələrək tünd göy rəngli darvazanın göstərdi və daha sonra avtomobildən enərək darvazaya yaxınlaşıb əli ilə göstərərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 02:30-da həmin darvazadan işəri daxil olaraq orada olan mopedi gizli yolla oğurlayıb idarə etdiyi “Ford Tranzit” markalı ** US *** nömrə nişanlı avtomobilə qoyaraq aparmışdır. Daha sonra səhəri gün mopedi Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən tanışı və həmyerlisi Şahid işləydiyi avtoyuma məntəqəsinə gedərək orada ona təhvil vermişdir, mopedin özünə məxsus olduğunu və gəlib aparacağını bildirmişdir. “Diskə baxış keçirilməsi barədə” 30 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda quraşdırılmış kamerada qeydə alınmış görüntüdə Ford Tranzit” markalı ağ rəngli avtomobil xx.xx.2021-ci il tarixdə saat 02:30-da hərəkət edərək gedir və həmçinin digər faylda isə bir nəfər şəxs hərəkət edir. Baxış vaxtı Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin şəxs onun özüdür və oğurluq etmək üçün həmin əraziyə gəlir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 30 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 yanvar 2022-ci il tarixli cavabından və işdə olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hasablanmaqla ona 01 il 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ədliyyə Nazirliyinin 26 yanvar 2022-ci il tarixli 9/86 saylı rəyindən görünür ki, mühərrikinin iş həcmi 49 sm‘ olan «Kuba Dragon» markalı mopedin orta bazar qiyməti nəzəri qaydada təxminən 1.000 manat müəyyən edilir. Ekspetiza xərci 50 manat təşkil edir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:30-da təqsirləndirilən şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X4 “Vətən müharibəsi İştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxsdur. 30 avqust 2022-ci il tarixdə cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 1 ədəd istismar olunmuş mühərrikinin iş həcmi 49 sm' olan «Kuba Dragon» markalı moped iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. 30 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə saat 02.30 radələrində ünvan 7 ünvanından oğurluq hadisəsinin videogörüntülərini əks etdirən CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin disk saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. “Axtarışda olanşəxsin tutulması haqqında” 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə, saat 17:00-da təqsirləndirilən şəxs qismində tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, oğlunun 2-ci Qarabag müharibəsi iştirakçısı olması İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 1 gün şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 01 ay 11 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 2(iki) ay 24 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli, iş üzrə maddi sübut – «Kuba Dragon» markalı mopedin sahibinə qaytarılması nəzərə alınmalı,(CPM-132) ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 gün şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 01 ay 11 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 2(iki) ay 24 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2(iki) il 09(qoqquz) ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – «Kuba Dragon» markalı mopedin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-62/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-62/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver