Məhkəmə qərarları › İş №1(005)-62/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-62/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-62/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri «X6» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil nazirliyində rəhbər şəxslərdən biri ilə yaxın münasibətinin olduğuna, həmin şəxsin vasitəsi ilə xarici dövlətlər tərəfindən verilmiş ali təhsilə aid diplomların Azərbaycan Respublikasında tanınmasını həyata keçirə bildiyinə inandıraraq 2013-cü ildə Rusiya Federasiyasının Rostov şəhərində yerləşən «X8 institutu»nun hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə qiyabi bitirmiş Zərərçəkmiş şəxs həmin ixtisas üzrə diplomunu Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi tərəfindən nostrifıkasiya etdirəcəyinə, yəni ali təhsil sahəsindəki ixtisasını tanıdacağına söz verib və sonuncunun ona olan etibarından sui-istifadə edib aldadaraq 24 iyul 2022-ci ildə Şəki şəhərində yerləşən «UNİBANK»ın bankomatı vasitəsilə onun verdiyi bank hesab nömrəsinə 3000 manat göndərdikdən sonra, cinayət əməlini davam etdirərək 07 oktyabr 2022-ci ildə isə Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsilə göndərdiyi 3 000 manat pulu Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 49 ünvanında yerləşən Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin inzibati binasının qəbul şöbəsinin qarşısında ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 6 000 manat pul vəsaitini ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilmiş və bildirmişdir ki, ailəsi ilə birlikdə Şəki şəhərində, ata evində yaşayır. X4 onun ata yurdunda qonşuluqda qalır, onunla münasibətləri yaxşı olmuşdur. O, 1990-cı ildə M.F.Axundov adma Pedoqoji İnstitutun dilədəbiyyat fakültəsini, 2003-cü ildə isə İqtisad Universitetinin «mühasibat uçotu və audit» fakültəsini bitirmişdir, Plan-iqtisad texnikumunda dil-ədəbiyyat müəllmi, maliyyə ixtisası üzrə müəllim, direkektor müavini işləmişdir, 2017-ci ildə təhsildən uzaqlaşmış və DİN-nin Mühafizə xidmətində işləmişdir, hazırda heç bir yerdə işləmir, hal-hazırda qara ciyərdən ağır xəstəlikdən əziyyət çəkir, qara ciyərində şiş var və müalicəsi qeyri mümkündür. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təhsil sahəsində əvvəllər işlədiyindən xarici ölkələrdə oxuyub təhsil alan şəxslərin diplomlarının Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyində tanınması- nostrifikasiyası işini bilirmiş. Cavidan onun təhsil sahəsində işlədiyini bilirmiş və 2022-ci ilin ortalarında ona, dostu Vüsalın RFda aldığı diplomun Azərbaycanda tanınması sahəsində köməklik göstərməsini xahiş etdikdə o ona söz vermişdir ki, bu işi həll edər. O, Cavidana tanışının olduğunu bildirib onun vasitəsilə köməklik göstərə biləcəyini deyib, o Elm və Təhsil nazirliyinin işçisi olmuş Arif Quliyevi tanıyırmış və onunla münasibəti olub, lakin Cavidan ona bu işdə kömək edəcəyini deyən vaxtlar Arif müəllim ağır xəstə imiş, ona görə də ona bu barədə deməmişdir, fikirləşmiş ki, özü gedib nazirlikdə nostrifikasiya işini həll edər. Cavidan ona deyibmiş ki, Vüsal adlı dostu var, RF-də hüquqşünaslıq ixtisası üzrə Universitet bitirib, onun diplomunu Azərbaycanda tanıtmaq lazımdır və sənədlərin hamısının doğru olmasına baxmayaraq ümumivətəndaşlıq pasportunda gedib-gəlmə tarixlərinin uyğun olmadığını deyibmiş. O Cavidandan Vüsalın oxuduğu Universitetin diplomunu, həmin diplomun natarial təsdiqini və ümumivətəndaşlıq pasportunu götürübmüş, sənədlərə baxıb görmüş ki, diplom həqiqidir, lakin oxuduğu vaxtlarda Rusiyada olub-olmamasını aydınlaşdıra bilməyib və nastrifikasiyanm həlli üçün 6000 manat pul istəyib, o həmin məbləği özü fikirləşib deyibmiş, həmin pulun 251 manatı dövlət rüsumu imiş. Bir neçə gün sonra Cavidan, Vüsal və o, Bakı şəhərində metronun 28 may stansiyasının qarşısında görüşərək Vüsala diplomun təsdiq edilməsi üçün 6000 min manat pul lazım olduğunu və həmin diplomu təsdiq etdirən şəxsin kart hesabına pulun yarı məbləğini, yəni 3000 manatı həmin gün köçürməsini deyib. Vüsal onun təklifi ilə razılaşıb Şəki şəhərinə qayıtmışdır. Həmin gün ona verdiyi kart hesabına Vüsal 3000 manat köçürüb. Vüsala verdiyi kart nömrəsi onun bir nəfər taksi sürücüsü olan tanışının hesab nömrəsi olub, belə ki, o iz saxlamamaq üçün həmin taksi sürücüsünün kart hesab nömrəsini veribmiş, həmin taksi sürücüsünün anket məlumatlarını bilmir, Bakı şəhərində taksi xidməti zamanı gediş haqqını onun kart hesab nömrəsinə atıbmış, nömrə oradan yadında qalıbmış, hazırda həmin nömrəni unutmuşdur, o taksi xidməti haqqını «E-Manat» ödəmə terminalı vasitəsilə hesab nömrəsinə ödəyibmiş. Həmin taksi sürücüsünü o təsadüfən Bakı şəhərində, 20 Yanvar dairəsində görübmüş və onunla bir-iki dəfə Sumqayıt şəhərinə, bacısı evinə gedibmiş, Vüsala həmin taksi sürücüsünün nömrəsini veribmiş ki, pulu onun hesabına atsın, Vüsal da ona zəng edib həmin hesaba 3000 manat atdığını bildirib və o taksi sürücüsü ilə əlaqə saxlayıb ondan həmin 3 000 manatı götürüb, bir müddət sonra pulun qalanını da verməsini istəmiş və Vüsal ona zəng edib həmin 3 000 manatı Cavidanın kartına atdığını, Cavidanın ona verəcəyini deyib, o da həmin vaxt Bakı şəhərində deyilmiş, həmin taksi sürücüsünə zəng etmiş, o, Bakı şəhəri ərazisində olduğunu dedikdə ondan xahiş etmişdir ki, Elm və Təhsil nazirliyinin qəbul şöbəsinin qarşısına getsin, orada ona 3 000 manat pul verəcəklər, onu götürsün, Bakı şəhərinə gələndə ondan götürər, həmin gün o Bakı şəhərinə gəlmiş, Elm və Təhsil nazirliyinin qəbul şöbəsinin qarşısına gəlib orada onu gözləyən taksi sürücüsündən həmin 3000 manat pulu götürmüşdür, taksi sürücüsünə pulun alınma səbəbini deməmişdir, beləliklə o Vüsalın diplomunun nostrifikasiyası üçün ondan 6 000 manat pul almışdır. O, Elm və Təhsil nazirliyində yoxlatdırmış, Vüsalın sərhədkeçmədə problemi olduğuna görə onun diplomunun nostrifikasiyasını alındıra bilməyib, Vüsaldan aldığım 6000 manatı öz şəxsi ehtiyaclarına xərcləyibmiş, xəstəliyi ilə əlaqədar xərci çıxmış və Vüsalın pulunu qaytara bilməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2004-cü ildə «X8 İnstitutu»nun Bakı şəhərində yerləşən filialının hüquq fakültəsinin əyani şöbəsinə qəbul olmuş, iki il Bakı şəhərində təhsil aldıqdan sonra institutun Bakı filialı bağlandığından təhsilini dondurub hərbi xidmətə getmişdir. 2008-ci ilin yanvar ayında hərbi xidməti başa vurduqdan sonra təxris olunmuş və 2011-ci ildə Rusiya Federasiyasının Rastov şəhərində yerləşən həmin institutun əsası olan, inzibati binada 3-cü kursdan başlayaraq təhsilini davam etdirmişdir. 2013-cü ildə həmin İnstitutun hüquq fakültəsinin qiyabi şöbəsini bitirib hüquqşunaslıq ixtisası üzrə diploma sahib olmuşdur. 2022-ci ildə şifahi olaraq məlumat almış ki, Xarici ölkələrdə təhsil alan Azərbaycan Respublikası vətəndaşları təhsilini başa vurduqdan sonra aldıqları diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmalı və təsdiq olunmalıdır. Həmyerlisi olan dostu Cavidanla təsadüfən bu mövzuda söhbət edən zaman Cavidan ona bildirmişdir ki, onun İzzət adlı qonşusunun Təhsil Nazirliyi ilə bu işlərlə əlaqədar əlaqələri var və ona bu işdə, yəni diplomunun tanınması üçün köməklik edə bilər. O da xahiş etmişdir ki, onu İzzətlə tanış etsin. Bir neçə gün sonra Bakı şəhərinə gələrək Cavidanla görüşmüş və həmin gün ginorta saatlarında 28 May metrostansiyasmm qarşısında Cavidanla birlikdə İzzətlə görüşmüşlər. O harada təhsil almağı barədə İzzətə məlumat vermiş, İzzət isə ona bildirmişdir ki, onun diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiqlənməsə, onun heç bir hüquqi qüvvəsi yoxdur, lakin həmin diplomun Təhsil Nazirliyində tanınması və təsdiq olunması üçün köməklik etmək imkanının olduğunu bildirib təklif etmiş ki, «6000 manat pul verəcəksən», o da İzzətin təklifi ilə razılaşmış və sənədlərini özü ilə gətirdiyi üçün ona verib və sənədlərə baxdıqdan sonra, «bu gün Təhsil Nazirinin müavininin sürücüsü ilə görüşəcəyini, pulun və sənədlərin mütləq bu gün ona çatdırmalı olduğunu» bildirmişdir. O İzzətdən məsələnin hansı müddət ərzində yekunlaşacağını soruşduqda, söz verib ki, 45 gün ərzində diplomun tanınması məsələsi həllini tapacaq. Onun bu sözündən sonra inanaraq razılaşmış, lakin demişdir ki, üstündə pul yoxdur, pul gətirmək üçün o yaşadığı Şəki şəhərinə qayıdıb kimlərdənsə borc almalıdır, lakin İzzət gec olacağını və məsələnin almmayacağım bildirib təklif etmişdir ki, «sən pulu təşkil et, mənim kart hesabıma köçürsünlər». O, İzzətə pulun yarısının, yəni 3000 manatının verilməsini təklif etmiş və İzzətdə onun bu təklifi ilə razılaşıb. İzzətdən ayrıldıqdan sonra yaşadığı Şəki şəhərinə qayıtmış və həmin gün, yəni xx.xx.2022-ci il tarixdə 3000 manat pul taparaq Şəki şəhərindən Unibankm bankomatı vasitəsi ilə İzzətin ona göndərdiyi kart hesabına 3000 manat pul göndərib. Bir müddət sonra İzzət, dostu Cavidana yazaraq bildirib ki, pulun qalan hissəsini, yəni 3000 manatıda vermək lazımdır. Cavidanda ona bu barədə bildirib və o da bankdan 3000 manat kredit götürüb İzzətə çatdırması üçün Cavidanm kart hesabına göndərib. Cavidan xx.xx.2022-ci il tarixdə İzzətlə danışaraq İzzətin göndərdiyi adamla Təhsil Nazirliyinin qarşısında görüşüb 3000 manat pulu həmin adama vermiş və pulu verəndən sonra İzzətə və ona bu barədə məluymat vermişdir. Həmin vaxtdan 10 ay keçməsinə baxmayaraq İzzət verdiyi vədə əməl etməmiş və aldığı pulu müxtəlif bəhanələr gətirərək qaytarmaqdan yayınır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, X5 onun atasıdır və atası 12 sentyabr 2022-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Atasının sağlığı yerində olan zaman uzun müddət sahibkar olub, yəni ünvan 4 ünvanında yerləşən tərcümə mərkəzini işlədib, mərhum atası təxminən 10 il xəstəliklə mücadilə edib, son iki ildə isə yataq xəstəsi olmuşdur və onu avtomobillə həkimə aparıb-gətirmək mümkün olub. Atası tərcümə mərkəzində işlədiyi vaxtda ara-sıra o atasının yanına gedib-gəlmişdir, hazırda həmin tərcümə mərkəzini onun arvadı işlədir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin may ayında tərcümə mərkəzinə gələndə görmüşdür, İzzət orada bildirmişdir ki, mərhum atasının dostu olmuşdur və əlində gətirdiyi hansısa xanımın adına olan diplomun surətini gətirib həmin diplomu Elm və Təhsil nazirliyinin sisteminə vurulmasında köməklik edilməsini xahiş etmişdir. O və arvadı ona bildirmişlər ki, sənəd düz deyil, ona görə də ona kömək edilməsindən imtina etmişlər, həmin gündən hazırkı vaxta qədər o Təqsirləndirilən şəxs görməmişdir. Mərhum atası heç vaxt Təhsil nazirliyində işləməmişdir, mərhum atasının Təqsirləndirilən şəxsla münasibətlərinin olub-olmamasından məlumatsızdır. Mərhum atası vəfat etməmişdən 10 gün əvvəl onunla söhbət zamanı bildirmişdir ki, «heç kimə borcu və ya verəcəyi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış X1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək” barədə 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ‘başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə mərhum X2 fotoşəkili oğlu Şahid2 götürülmüş və tanınması üçün şahid X3 təqdim edilmişdir. Şahid C.R.Yəhyazadə tanınmaq üçün ona təqdim edilmiş fotoşəkillərdə göstərilən şəxsləri tanımadığını, xx.xx.2022-ci il tarixdə dostu Zərərçəkmiş şəxs ona verdiyi 3000 manat pulu Təhsil nazirliyinin qəbul şöbəsinin qarşısında verdiyi şəxsin həmin fotoşəkillər arasında olmadığını bildirmişdir. Cinayət işi üzrə Şahid2 təqdim etdiyi natarial qaydada təsdiq olunmuş AZ-İİ№285527 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə «qulaq dərisi və xarici qulaq keç bədxassəli yenitörəmə» səbəbindən vəfat etmiş və bu barədə Azərbaycan Respublikası 5 saylı Bakı ASAN xidmət mərkəzində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 639 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil nazirliyindən alınmış 07 avqust 2023-cü il tarixli, № 3-29/2-4994/2023 qeydiyyat nömrəli məktubdan görünür ki, 2022-ci il tarixində Quliyev Arif adlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Aparatında işləməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Yasamal Rayon Məhkəməsinin 1(004)-460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 73-1.1 maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindəz azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-482/2023-cü il nömrəli, 24 oktyabr 2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri 18 PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayon Məhkəməsi tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən, xx.xx.1964-cü il tarixdə Qax şəhərində doğulmuş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü gələrək Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq təcrdxanasına təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-482/2023-cü il nömrəli, 19 dekabr 2023cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 29 gün (20 noyabr-19 dekabr 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 29 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay, 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yerə üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar