Məhkəmə qərarları › İş №1(005)-63/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-63/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-63/2020 04.02.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi- Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 13A, mənzil 43-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 20:30 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, yəni Zərərçəkmiş şəxs tanışı Şahid2 barəsində polisə müraciət etməsini səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təstiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan vətəndaşların gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, baş və yumruqla sonuncunun sifət nahiyyəsindən qəsdən vuraraq ona sağlamlığa zərərvurmayan xəsarət, yəni alt dodağın sol yarısının iç səthinin sıyrığı xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx xxxx 2019-cu il tarixdə saat 20:30 radələrində sevgilisi Şahid1 idarə etdiyiavtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu Ağa Nemətulla küçəsi ilə hərəkətdə olarkən, həmin küçədə yerləşən «Coffemania» restoranının qarşısından keçərkən əvəllər tanıdığı Nəsib adlı şəxsin bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür.Bunu görüb avtomobildən düşmədən Nəsibdən nə məsələ olduğunu soruşmuş, Nəsib isə ona demişdir ki, Elşad onun ünvanına söyüş söyüb polisə şikayət etmişdir.Həmin vaxt Günaydan xahiş etmişdir ki, avtomobili saxlasın.Bu zaman Elşad adlı parkovşik Günaya söyüşlə avtomobili sürüb getməsini bildirmişdir. Bundan sonra Günay avtomobili yolun kənarında saxlamış və o, avtomobildən düşüb Nəsibə yaxınlaşıb bir daha nə baş verməsini soruşmuşdur.Həmin vaxt Elşad adlı parkovşiklə mübahisəsi yaranmış və əli ilə Elşadın sinəsindən itələmişdir.Daha sonra oradan Günayın idarə etdiyi avtomaşına əyləşib çıxıb getmişdir. Elşadı baş və yumruq zərbəsi ilə vurub xəsarət yetirməmişdir. Qeyd etmişdir ki,Günay avtomobili hadisə baş verdiyi yerdə saxlamış, özü maşından düşməsə də, hadisəni görmüşdür.Baş vermiş hadisə 1-2 dəqiqəlik olub. Son olaraq əməlindən peşman olduğunu, lakin xuliqanlıq cinayəti törətmədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,tanışı Nəsib əvvəllər Nərimanov rayonunda yerləşən massaj salonu işlədirmiş, o, isə həmin massaj salonuna dair reklam vizitkalarını paylamaqla məşğul olmuşdur. Bir müddət sonra Nəsib icarəyə götürdüyü həmin massaj salonunu təhvil vermişdir. Əvvəllər orada işləmiş Ülkər adlı xanım zəng edərək Nəsibin işlətdiyi massaj salonunu icarəyə götürüb birlikdə işlətməyi təklif etmişdir. Daha sonra aralarında razılıq əldə olunduqdan sonra onlar həmin massaj salonunu birlikdə işlətməyə başlamışlar. İşi massaj salonunun reklam vizitkalarını paylamaq, daha sonra isə gecə növbəsində işləmək, Ülkərin işi isə massaj salonunda gündüz, bəzi hallarda isə gecə qalıb müştəri qəbul etmək olmuşdur. Həmin massaj salonunu 1 aya yaxın işlətdikdən sonra Ülkərlə aralarında narazılıq yaranmış və Ülkər massaj salonunun reklam vizitkalarını paylamaq haqqı 15 manatı və ilkin olaraq icarə haqqı üçün verdiyi 350 manatı qaytarmışdır. Ülkərə demişdir ki, massaj salonunu icarəyə götürmək üçün 800 manat dəyərində olan qızıl əşyalarını satmış, qalan 450 manatı da verməlidir. Ülkər demişdir ki, qızıl əşyalarını satmağından xəbəri yoxdur. Massaj salonundan ayrılıb Ağa Nemətulla küçəsində avtomobillərin durmasına nəzarətçi işləməyə başlamışdır. Həmin ərəfədə Ülkərin ona dəymiş zərəri ödəmədiyi üçün onun barəsində sahə inspektoruna müraciət etmişdir. xx xxxx 2019-cu il tarixdə Nəsib zəng edərək bildirmişdir ki, Ülkər barəsində polisə etdiyi şikayət nəticəsində massaj salonunu hər-hansı bir zərər dəydiyi təqdirdə başına oyun açacaqdır. Nəsibə demişdir ki, heç nə edə bilməz, həmin vaxt aralarında sözlü mübahisə yaranmış, Nəsibə demişdir ki, onun barəsində polisə müraciət edəcəkdir. Nəsib ona telefonda «verməyənin anası belə-belə olsun» sözlərini demişdir. Nəsibin onu təhqir etməsinə görə Binəqədi RPİ-nin 4-cü PB-nə müraciət etmişdir. Həmin gün, yəni xx xxxx 2019-cu il tarixdə saat təxminən 20:30 radələrində işlədiyi avtomobil dayanacağında olduğu zaman Nəsib yanına gəlmiş və aralarında mübahisə yaranmışdır. Mübahisənin səbəbi guya Nəsibi telefonda söymüş və onu polis bölməsinə vermişdir. Həmin vaxt yolda tıxac olduğundan avtomobillər asta sürətlə hərəkət etmişdir. Həmin vaxt avtomobillərin arasında hərəkət edən «Mercedes-Benz» markalı avtomobildən əvvəllər tanımadığı, lakin sonradan adının Kamran olduğu şəxs Nəsib nə məsələdir deyə səslənmişdir. Nəsib həmin Kamran adlı şəxsə demişdir ki, guya onu söyüb polisə şikayət etmişdir. Həmin vaxt Kamran adlı şəxsin yanında sonradan adının Günay olduğu şəxs sürücü qismində olmuşdur. Bu zaman Kamran qəflətən avtomobildən düşüb ona yaxınlaşmış, daha sonra aralarında mübahisə yaranmış və Kamran başı ilə onun sifət nahiyəsindən, yumruqla isə sol qulaq nahiyəsindən vurmuşdur. Zərbədən gözü qaralmış və bir təhər geriyə çəkilib iki avtomobmillərin arasında yerdə oturmuşdur. Bir təhər gözünü açıb baxdıqda görmüşdür ki, Kamran avtomobilə əyləşib çıxıb getmişdir. Bir qədər sonra Nəsib də oradan çıxıb getmişdir. Həmin vaxt DİN-102 xidmətinə, daha sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Son olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində həbslə bağlı olan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. MəhkəməiclasındaşahidqismindədindirilmişŞahid1ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə sevgilisi Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi avtomobil ilə şəhərə gəzmək məqsədi ilə gedərkən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində fəaliyyət göstərən “Coffemania” restoranının qarşısından keçən zaman tanışları Nəsibin bir nəfər şəxslə mübahisə etdiyini görmüşlər. Kamranın sözü ilə avtomobili sağ tərəfə çəkib saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb arxa tərəf getmiş, o isə avtomobilin içərisində gözləmişdir. Təxminən 3-4 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs avtomobilə tərəf gəlib oturaraq sürməyini söyləmişdir. Kamran bir əlini tutaraq dostunun yolun kənarında kiminləsə mübahisə etdiyini və həmin məsələyə aydınlıq gətirmək üçün onlara yaxınlaşdığını, bu zaman araya girən yol kənarında nəzərdə tutulan avtomobillərin parklanma işinə baxan nəzarətçini sillə ilə vurduğunu bildirmişdir. Avtomobili sürmək istəyən zaman Təqsirləndirilən şəxs vurduğu şəxsin arxalarınca qışqıraraq gəldiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yenidən avtomobildən düşmək istəsə də, avtomobili idarə edib qeyd olunan ünvandan uzaqlaşdırmışdır. MəhkəməiclasındaşahidqismindədindirilmişŞahid2ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 il olar ki, iş yerində tanıyır. xx xxxx 2019-cu il tarixdə saat təxminən 20:30 radələrində Nərimanov rayonu, A. Nemətulla küçəsində avtomobillərin parklanma işinə baxan nəzarətçi Elşadı görüb ona yaxınlaşıb hansı səbəbə görə barəsində polis bölməsinə müraciət etməsinə iradını bildirmiş, məsələni öz aralarında həll etmələrini, polisə müraciət etməyə ehtiyac olmadığını bildirmişdir. Bu zaman əvvəllər tanıdığı Kamran bir xanımın idarə etdiyi «Mercedes-Benz» markalı avtomobilə yoldan keçərkən Elşadla mübahisə etməsini görüb avtomobildən düşmədən ondan nə məsələ olmağını soruşmuşdur. Bir qədər sonra Kamran yaxınlaşıb görüşmüşdür. Həmin vaxt Kamran nə məsələ olduğunu bir daha soruşduqda Kamrana Elşadın barəsində yersiz polis bölməsinə şikayət etməsini, bununla bağlı polisə çağırıldığını demişdir. Bu zaman Kamranla Elşad arasında mübahisə yaranmış və Kamran əli ilə Elşadı itələyib «get işinlə məşğul ol» ifadəsini işlətmişdir. Orada Kamranla sağollaşıb çıxıb getmişdir. Sonradan nə baş verməsini bilməmişdir. Həmin günün gecə 17-ci PŞ-dən zəng olunub polis şöbəsinə dəvət olunmuş və orada məlum olmuşdur ki, Kamran o, ayrıldıqdan sonra Elşadla mübahisə edib Elşada xəsarət yetirmişdir. Konkret Kamranın hansı formada Elşada xəsarət yetirməsini görməmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi icraata qəbul olunaraq istintaq aparılmışdır. (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 522 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- alt dodağın sol yarısının iç səthinin sıyrığı-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə və şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyildir.(i.v. 14-15); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) ill müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə xx.xx.2018-ci il tarixdə azad olunmuşdur. (i.v. 27-28); Şübhəli şəxsin barəsində axtarış elan olunması və tutulması, cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, tutulması və Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (i.v. 54) Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 57) Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 77) Təqsirini boynuna almaqla könüllü gəlmək barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Abbaslı X1 RPİ İŞ-nə gələrək səhhəti ilə əlaqədar istintaqa gələ bilmədiyini bildirmişdir. (i.v. 82) Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 83) Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 92-93) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxsbarəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 103-104, 105); Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi üzrə toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, üzləşmədə dindirmə istintaq hərəkəti protokolu, şahid qismində dindirilmiş Şahid1 ifadəsi, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Nərimanov rayonu şöbəsinin xx xxxx 2019-cu il tarixli 522 nömrəli rəyi toplanmış iş materialları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. ( i.v. 119-125) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədəsəsləndirdiyivəişmateriallarındaolanifadələri,cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun23 mart2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsəməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyiəməlietirafedərəksəmimipeşmançılıqçəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Buna baxmayaraq, təqsirləndirilən şəxsin əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirənhalkimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1),təyin olunmuş cəzanın icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəməningəldiyinəticələryalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkumedilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdənelan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar