Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-63/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları»na salınmış, təmiz çəkisi 0,543 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib saxlamaqla 26 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə Ə.Əliyev küçələrinin kəsişməsində daşımış, 26 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə Ə.Əliyev küçələrinin kəsişməsində şübhəli şəxs qismində saxlanılıb, ünvan 2 ünvanda yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirildikdən sonra, həmin Polis Şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümündə, xeyli miqdarda- 0,543 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 20 avqust 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2005-çi il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları»na salınmış, təmiz çəkisi 0,251 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib saxlamaqla 21 avqust 2024-cü il tarixdə ünvan 4 ünvanda daşımış, 21 avqust 2024-cü il tarixdə saat 02 radələrində Nərimanov RPİ-nin 18-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb, ünvan 6 ünvanda yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirildikdən sonra, həmin Polis Şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şortikin qatlandığı sağ balağında saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə, xeyli miqdarda- 0,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, 25 iyul 2024-cü il tarixdə gecə saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Papanin adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata 01 ədəd bükümdə narkotik vasitə olan “kakos” alıb əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibinə qoyaraq yaşadığı ünvana gəlmişdir. Belə ki, 26 iyul 2024-cü il saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Ə.Əliyev küçələrinin kəsişməsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu 16-cı PŞ-nə gətirmişlər. Xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmişdir. O da əynində olan şalvarının cibindən “Samsung A33” markalı mobil telefonu və şalvarının sağ kiçik yan cibindən isə içərisində spesifik qoxuya malik, toz şəkilli, qəhvəyi rəngli maddə olan siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. İçərisində narkotik vasitə olan büküm qablaşdırılmış, o da imza etmişdir. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində ünvan 8 ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Həmin narkotiki özü qəbul etmək üçün xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata almışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 21 avqust 2024-cü il tarixdə saat 02 radələrində şöbənin sahə rəisi polis mayoru Şahid2la birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 9 ünvanın qarşısında bir nəfər şəxsin gözlərinin formasından, bədən quruluşundan və hərəkətlərindən narkotik vasitə istifadəçisinə bənzəməsindən şübhələnib ona yaxınlaşaraq özlərini təqdim edib, onunla özü barəsində sorğu-sual etdikdə, həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu etiraf etdiyi üçün onu narkotik vasitə əldə edib, saxlamaqda və daşımaqda və istifadə etməkdə şübhəli kimi 18-ci PŞ-nə gətirib, şəxsiyyəti müəyyən edilən zaman onun xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun barəsində araşdırma aparılması üçün raportla müraciət etmişlər. Onun barəsində araşdırmanın aparılması bölmənin təhqiqatçısı polis mayoru Azər Abdullayevə tapşırılmış, təhqiqatçı Azər Abdullayev Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrini izah edib vəkil X4 dəvət etdikdən sonra baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah etmişdir.Baxış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin, bundan sonra o, əynində olan göy rəngli cins şortun balağından 01 ədəd siqaretin gümüş rəngli kağızı bükülüsünü könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki maddə «kakos» adı ilə tanınan heroindir, həmin narkotik vasitəni 20 avqust 2024-cü il tarixdə gecə saatlarında “Papanin” adı ilə tanınan yerdən adını bilmədiyi üzdən tanıdığ şəxsdən 20 manta özünün istifadəsi üçün alıb özündə saxlamışdır Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs götürülmüş maddənin hansı narkotik vasitələrə aid olmasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə baş təhqiqatçı tərəfindən qərarla ekspertizaya göndərilmiş, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitənin 0,251 qram çəkidə kustar üsulla hazırlanmış, dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin olduğunun müəyyən edilmişdir. Qeyd edilən faktla əlaqədar araşdırma aparılaraq toplanmış material istintaqa verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 26 iyul 2024-cü il tarixdə saat 03 radələrində bölmənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Nərimanov rayonu, F.X. Xoyski küçəsi ilə Ə.Əliyev küçələrinin kəsişməsində bir nəfər şəxsin yerişindən və hərəkətlər.ndən, özünü şübhəli aparmalarından şübhələnib ona yaxınlaşıb özlərini təqdim edib, ona da özünü təqdim etməsini təklif etmişlər. O, isə danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışdı və onun rabitəsiz danışdığını görüb, onu saxlayıb 16-cı PB-nə gətirib şəxsiyyəti müəyyən edilən zaman onun xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun barəsində araşdırma aparılması üçün raportla müraciət etmişlər. Onun barəsində araşdırmanın aparılması bölmənin təhqiqatçısı Emin Səfərova tapşırılmışdır. X7 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüquq və vəzifələrini izah edib vəkil X5 dəvət etdi və baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah etmişdir. Baxış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin, bundan sonra o, əynində olan şalvarının arxa sağ cibində olan üzərində 055 *** ** ** nömrəsi olan “Samsung A33” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxladığı içərisində spesifik qoxuya malik, toz şəkilli, qəhvəyi rəngli maddə olan siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi bükülünün içərisindəki maddə «kakos» adı ilə tanınan heroin olduğu, həmir, narkotik vasitəni 25 iyul 2024-cü il tarixdə gecə saatlarında “Papanin” adı ilə tanınan yerdən adını bilmədiyi üzdən tanıdığ şəxsdən 15 manla özünün istifadəsi üçün alıb özündə saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürləndi və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin hansı narkotik vasitələrə aid olmasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə baş təhqiqatçı tərəfindən qərarla ekspertizaya göndərilmişdir. Ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitənin 0,543 qram çəkidə kustar üsulla hazırlanmış dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin olduğu müəyyən edilmişdir. Qeyd edilən faktla əlaqədar araşdırma aparılaraq toplanmış material istintaqa verilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan göy rəngli şalvarının arxa sağ cibindən üzərində 055 *** ** ** saylı nömrə olan “Samsung AЗЗ” markalı mobil telefonu və şalvarının sağ kiçik yan cibindən isə içərisində spesifik qoxuya malik, toz şəkilli, qəhvəyi rəngli maddə olan siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd bükümün içinə baxış keçirilmişdir. Həmin maddənin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 01 ədəd bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kokos” adı ilə tanınan maddədir. O, həmin maddəni Papanin adlanan yerdən adını bilmədiyi lakin, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 15 manata almışdır. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3814 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 218» soyad və imzalar qeyd edilmiş vəziyyətdə, bir ədəd zərfdə, 01 ədəd bükümdəki təmiz çəkisi 0,543 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Diskə baxış keçirilməsi barədə” 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: fayldaki görüntü 06 dəqiqə davam edir. X7 baxışda iştirak edən şəxsləri təqdim edib Təqsirləndirilən şəxs hüquq və afələrini izah etdikdən sonra ona təklif olunur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim in. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üntünün 01 dəqiqə 19-cu saniyəsində əynində olan şalvarının arxa sağ cibindən üzərində 055 733 06 nömrəsi olan “Samsung A33” markalı mobil telefonu, sonra isə əynində ölan göy rəngli cins carının sağ yan kiçik cibində saxladığı 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli ddə olan siqaretin qızılı rəngli kağızına bükülmüş bükülüsünü çıxarıb masanın üzərinə qoyur və dim etdiyi bükülünün içərisindəki maddənin narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan ddə olduğunu və həmin maddəni 26 iyul 2024-cü il tarixdə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 5 manata öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladğım bildirir. Təqsirləndirilən şəxs unun təqdim etdiyi bükülü zərfə qoyularaq möhürlənir və zərf iştirakçılar tərəfindən zalanır.Bununla da videogörüntü başa çatır. “Şübhəli şəxsin tutulması haqqında” 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, bundan sonra o, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şortikin qatladığım sağ balağın içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini (kakos) könüllü olaraq təqdim edib, bildirmişdir ki, təqdim etdiyi gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin özünə məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidən üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək üçün almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olundu iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4272 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindənaşkar ejilmiş...» sözləri yazılmış zərf dəki bir ədzdbükünıdə təmiz çəkisi 0,251 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Qasımlı X2 RPİ tərəfindən AR CM-nin 128-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə məsuliyyətə cəlb olunmuş, həmin tarixdə də AR CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qasımlı X2 RPİ İŞ tərəfindən AR CM-nin 128-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə məsuliyyətə cəlb olunmuş, həmin tarixdə də AR CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,543 qram çəkidə heroin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,493 qram çəkidə narkotik vasitə olan heroin) və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və 0,251 qram çəkidə heroin narkotik vasitə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,201 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şübhəli şəxsin üzərində axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı qeydə alınmış görüntülərin əks olunduğu 02 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5184 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək və 21 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək tutma altında saxlanıldığı 04 gün müddət cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli – 25 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 146 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,493 qram və 0,201 qram heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 iş saatına görə 6 manat, 10 iş saatına görə isə 11 manat hesablanmaqla, ümumilikdə 230 manat vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək və 21 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş narkotik vasitənin qalığı 0,493 qram və 0,201 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 146 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 iş saatına görə 6 manat, 10 iş saatına görə isə 11 manat hesablanmaqla, ümumilikdə 230 (iki yüz otuz) manat vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-63/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-63/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver