Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-64/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu, ünvanı olmayan yerdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama niyyəti ilə əvvəlcədən üzərinə götürdüyü öhdəiliyi yerinə yetirmək niyyəti olmadan tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona Cənubi Koreya Respublikasından 2018-ci il buraxılışlı “Hundai Santafe” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin İyun iyul aylarında Bakı şəhərinin müxtəlif ərazilərində nağd və bank hesabına köçürmə yolu ilə ümumilikdə 18000 (on səkkiz min) manat pul alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək cinayət məsuliyyətinə cəlb edilməklə həbs edilməməsi üçün vəzifəli şəxslərə pul verməli olduğunu bəhanə edib aldatmaqla, Təqsirləndirilən şəxs cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid Kəmaləddin oğlu vasitəsilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyası çıxışında Gənclik Mail Ticarət Mərkəzinin qarşısında 20.000 ( iyirmi min ) manat pul vəsaitini alıb, qeyd olunan tarixdə həmin ünvanın yaxınlığında ələ keçirməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə məxsus 38000 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Nərimanov rayonu, “Mcdonalds”da tanış olmuşdur. Avtomobil alveri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ona pulu olduğunu, bankdan da kredit götürüb iş görə biləcəklərini demişdir. Sahilənin ona birinci dəfə verdiyi 10000 ( on min ) manat pula aldığı “Hunday İ30" markalı avtomobili 11500 manata satmış və qazanc olan 1500 manatı aralarında yarıya bölərək, hərəsinə 750 manat qalmışdır. İkinci dəfə Sahilədən aldığı 5000 (beş min) manat pul ilə lonbarddan çıxartdığı qızılını saxlamaq üçün Sahiləyə vermiş, pulunu qaytaranda qızılını qaytarmasını demişdir. Üçüncü dəfə isə şəxsi ehtiyacları olduğundan Sahilədən dostu Xətai onun xahişi ilə götürdüyü 20000 (iyirmi min) manat pulu borclu olduğu şəxsə vermişdir. Onun öz hesabı ilə Sahiləyə 30000 ( otuz min ) manat borcu olmuşdur. Zərərçəkmiş şəxs avtomobil gətirməyi vəd verməmiş, iş görmək niyyəti ilə ondan pul götürmüşdür. Zərərçəkmiş şəxs aldığı pulları şəxsi ehtiyacına xərcləmişdir. Zərərçəkmiş şəxs 7-8 aydır ki, müxtəlif məbləğlərdə pul qaytarmışdır. Zərərçəkmiş şəxs sonuncu alınan 20000 (iyirmi min) manat pulu şəxsi avtomobil alverinə xərcləmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını,ona dəyən zərəri tam ödəməsini, vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 1 il yarım bundan əvvəl tanış olmuş, əvvəl ailə qurmaq məqsədi ilə münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs xarici ölkələrdən avtomobillər gətirilib, banklara girov qoyaraq əl krediti etməklə məşğul olmuşdur. Onun Natiqlə tanışlığından əvvəl idarə etdiyi “Ford Fusion" markalı avtomobili olmuş və həmin avtomobili 17500 manata satmışdır. “Avrora” şirkətində işlədiyinə görə, işi ilə bağlı bölgələrə getməli olduğundan ona avtomobil lazım olduğunu Natiqə bildirmiş, X8 Respublikasından ona 2018- ci il buraxışlı, "Hunday Santafe" markalı avtomobil gətirməsinə söz vermiş, bunun üçün ondan müxtəlif tarixlərdə, müxtəlif üsullarla, nağd formasında, öz kartına göndərtməklə 2023-cü ilin iyun ayının əvvəllərindən 2023-cü ilin iyul ayının 7-si tarixinə qədər olan müddət ərzində 18000 ( on səkkiz min ) manat pul almışdır. Natiq ilə aralarında olan razılaşmaya görə sentyabr ayına qədər, 3 ay ərzində avtomobili gəlməli idi. Həmin zamanlar onun Natiqlə ciddi münasibətləri olduğuna görə ona inanmışdır. Gələcəkcə ailə həyatı quran zaman tərəfindən çəkilməli olan xərcləri ödəmək üçün 07 iyul 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankının Nizami rayon filialından 34500 ( otuz dörd min beş yüz ) manat kredit götürməsindən Natiqin xəbəri olmuşdur. Kredit götürməyindən 8 gün sonra, 15 iyul 2023-cü il tarixdə Natiqin, Xətai adlı dostu ona zəng edərək, Natiqin guya tutulduğunu, Natiqi həbs edəcəklərini, onun azad olunması üçün təcili pul lazım olduğunu demişdir. Natiqin buraxılması üçün ondan əvvəlcə 100000 ( yüz min ) manat istəmişlər, o qədər pulu olmadığını dedikdən sonra 50000 ( əlli min ) manat pul istəmişlər. 20000 ( iyirmi min ) manat pul verə biləcəyini demiş, Xətaidən Natiqin saxlanılması səbəbini soruşanda Xətai bilmədiyini, təcilidir, pul çatmalıdı, demişdir. Gələcək həyat yoldaşının saxlandığı üçün məcbur qalıb Xətai ilə həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrosu çıxışında görüşdükdə, orada Xətaiyə əlbə-əl 20000 ( iyirmi min ) manat pul vermişdir. Pul verdiyi günün axşamı Natiq ona zəng edərək, “çox sağ ol, məni buraxdırdın” demişdir. Natiq ona Santafe markalı gətirəcəyi avtomobilə görə qalan ödəməli olduğu 20000 (iyirmi min) manatı onun əvəzinə özü ödəyəcəyini ona bildirmişdir. Sentyabr ayında Natiqə həmin avtomaşın barədə müraicət edəndə, Natiq ona “sənin maşının gəlməyəcək” demişdir. Onun üçün avtomobil sifariş verməyinə dair hərrac sənədlərini, ona ödədiyi pulun qəbzləri ilə hara ödəməyinə dair sənədləri Natiqdən istəmiş, Natiq cavabında yoxdur dedikdən sonra, ona qarşı dələduzluq edildiyini anlamışdır. Təqsirləndirilən şəxs ona Cənubi Koreya Respublikasından avtomobil sifariş verib, gətirilməsini vəd verməsi müqabilində aldığı pulları hansı şirkətə köçürməsi bu barədə nə kimi sənədləşmə aparılması ilə əlaqədar heç bir sənəd ona təqdim etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə 26 dekabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin xx.xx.2024 saylı, 80 nömrəli; xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 5274 nömrəli, xx.xx.2025-ci il tarixli,29237 nömrəli, xx.xx.2025-ci il tarixli, 23061 nömrəli, xx.xx.2025-ci il tarixli, 7144 nömrəli, xx.xx.2025-ci il tarixli, 8119 nömrəli, xx.xx.2025-ci il tarixli, 15343 nömrəli, xx.xx.2025-ci il tarixli,28574 nömrəli, xx.xx.2025-ci il tarixli, 27173 nömrəli, xx.xx.2025-ci il tarixli,4144 nömrəli, xx.xx.2025-ci il tarixli, 22419 nömrəli,xx.xx.2025-ci il tarixli, 143180 nömrəli, xx.xx.2025-ci il tarixli, 17366 nömrəli və xx.xx.2025-ci il tarixli, 31344 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 9.500 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (38000 manat-25 faizi 9.500 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün cəmi 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 25 (iyirmi beş) iş saatı üçün cəmi 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-64/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-64/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver