Məhkəmə qərarları › İş №1(005)-65/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-65/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-65/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şossesi, döngə 2 ünvanında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə ağır zərər vurmaya səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə saat 22:00-da “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 200” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 3 ünvanında Nərimanov metrostansiyası istiqamətində yolun sağ hərəkət zolağı ilə saatda təxminən 40 km sürətlə hərəkətdə olarkən, Təbriz küçəsi 6 ünvanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməyərək idarə eldiyi avtomobilin qabaq sol farası ilə yolun sağ tərəfindən sol tərəfinə hərəkət edən piyada Zərərçəkmiş şəxs və Şahid1 ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yəni, İİ dərəcəli travmatik şokla müşayiət olunan sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları, Şahid1 isə dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, yəni döş qəfəsinin küt travması, qarnın küt travması kimi xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22.05.2020-ci il tarixdə saat 22:00 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 200” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Təbriz küçəsi ilə üzü Nərimanov metro stansiyasına doğru saatda 30-40 km surətlə hərəkətdə olarkən yolun sağ tərəfində olan avtobusun qarşısından anidən iki nəfər yaşlı qadın yola çıxmışlar. Bu zaman onun idarə etdiyi avtomobilin sol ön tərəfi həmin qadınlara dəymiş və həmin yaşlı qadınlar yerə yıxılmışlar. O, dərhal əyləcə basıb avtomobili saxlamış və avtomobildən yerə düşmüşdür. Daha sonra 103 təcili yardım xidmətinə zəng etmişdir. Bir az keçdikdən sonra təcili tibbi yardım xidmətinin işçiləri gəlib hər iki qadını xəstəxanaya aparmışlar. Özü isə hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməyini gözləmişdir. Sonda Təqsirləndirilən şəxs bildirdi ki, əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə dəfələrlə barışıq əldə etmək istəsə də, sonuncu buna razılıq verməmişdir. Hətta, Zərərçəkmiş şəxs onunla görüşmək belə istəməmişdir. Göstərilənlərin, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 04 may 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1951-ci il tarixdə Quba rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yerini tapıb Nərimanov Rayon Məhkəməsinə təmin edilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, 22.05.2020-ci il tarixdə saat 22 radələrində qonşusu Şahid1 ilə birlikdə Nərimanov rayonu, Təbriz küçəsi 6 ünvanında dayanacaqda yolu digər tərəfə keçərkən qəfildən sol tərəfdən “Mercedes” markalı avtomobil onları vurub yerə yıxmışdır. Avtomobil birinci Şahid1 vurmuş, Şahid1 da ona dəymiş, o da zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra avtomobilin sürücüsü avtomobili saxlayıb yerə düşmüş, onların yanına getmişdir. Bir az keçdikdən sonra 103 təcili tibbi yardım gəlib onları 1 saylı KTM-ə aparmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, 22.05.2020-ci il tarixdə saat 22 radələrində qonşusu Zərərçəkmiş şəxs ilə birlikdə Nərimanov rayonu, Təbriz küçəsi 6 ünvanında yolu digər tərəfə keçən zaman 2 zolaqlı yolun soldan birinci zolağında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs “Mercedes” markalı avtomobili ilə onları vurmuşdur. Onlar zərbənin təsirindən hər ikisi yerə yıxılmışlar. Daha sonra Fərid adlı şəxs avtomobilini saxlayıb yerə düşmüş və onların yanına getmişdir. Bir az keçdikdən sonra təcili tibbi yardım avtomobili gəlib onları xəstəxanaya aparmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, özünə məxsus “Mercedes Benz 200“ markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında 21.09.2019-cu il tarixdə Təqsirləndirilən şəxs satmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar onun heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 22 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X8 22 may 2020-ci il tarixdə növbətçi hissədən aldığı məlumat əsasında ünvan 8 ünvanına gəlmiş və Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yer Nərimanov rayonu, Təbriz küçəsi 6 ünvanıdır, yolun işlək hissəsi düz olmaqla, yol örtüyünün vəziyyəti qurudur. Yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri 2.4, 4.1.4 və sağ, sol tərəfdən səki yerləşir. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz 200” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nizamlanmayan hərəkət üsulu olan yolda idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı 304182 nömrəli, 26 sentyabr 2019-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücüdür; Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş AD seriyalı 609783 nömrəli, 21 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 200” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şahid2dır; 22 may 2020-ci il tarixli, 2/6833 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə ayıq olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 106-M nömrəli, 01 iyun 2020-ci il tarixli (canlı şəxsin ekspertizası) sağlamlığa zərərvurmanın təyini barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər - İİ dərəcəli travmatik şokla müşayiət olunan sağ baldır sümüklərinin yuxarı 1/3nin qapalı, qəlpəli, yerdəyişən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 22.05.2020-ci il tarixdə yoİ nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi şəxsin müalicəsi tam çatdıqdan və əlavə məhkəmə-tibbi ekspertizası keçirildikdən sonra aydınlaşacaqdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 105-M nömrəli, 01 iyun 2020-ci il tarixli (canlı şəxsin ekspertizası) sağlamlığa zərərvurmanın təyini barədə ekspert rəyindən görünür ki, Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər döş qəfəsinin küt travması, qarnın küt travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 22.05.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; “Təqdim olunmuş CD diskə baxış keçirilməsi haqqında” 22 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, X2 icraatında olan ********* saylı cinayət işi üzrə Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6-029 nömrəli kameraların 22.05.2020-ci il tarixdə saat 21:59-dan 22:01-dək olan müddətdəki videogörüntülərin yazılı olduğu 01 ədəd DVD diskə baxış keçirmişdir. Təqdim edilmiş CD diskin içərisində olan “TŞ6-029.1” saylı fayldakı video görüntüdən görünür ki, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir görüntü yoxdur. CD diskin içərisində olan “TŞ6-029.2” saylı fayldakı video görüntüdən görünür ki, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir görüntü yoxdur. CD diskin içərisində olan “TŞ6-029.3” saylı fayldakı video görüntüdən görünür ki, “Mercedes BENZ 200” markalı avtomobil yolu sağdan sola keçmək istəyən iki qadını vurur. Zərbənin təsirindən hər iki qadın yerə yıxılır. Daha sonra avtomobilin sürücüsü avtomobili saxlayıb həmin qadınların yanına gəlir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1392 nömrəli, 28 avqust 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 200” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin 22/106-M (106-M saylı rəyə əlavə) nömrəli, 12 sentyabr 2020-ci il tarixli (canlı şəxsin ekspertizası) sağlamlığa zərərvurmanın təyini barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər - İİ dərəcəli travmatik şokla müşayiət olunan sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 22.05.2020-ci il tarixdə yoİ nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir; “Qətimkan tədbiri seçilməsi haqqında” 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 15 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Sübutların qiymətləndirilməsi haqqında” 20 senyabr 2020-c il tarixli qərardan görünür ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən 15 iyun 2020-ci il tarixli, 003-7778-1220 nömrəli məktubla Nərimanov RPİ-yə daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ6-29 nömrəli video müşahidə qurğusunun kamerasında qeydə alınan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: gənc olmasını, cinayəti etiraf edirək əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan ADPİ-nin 2 nömrəli yataqxanasının komendatı tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Təhlükəsiz Şəhər Xidmətinin TŞ6-29 nömrəli video müşahidə qurğusunun kamerasında qeydə alınan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X1 iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına və Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təhlükəsiz Şəhər Xidmətinin TŞ6-29 nömrəli video müşahidə qurğusunun kamerasında qeydə alınan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. X5 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar