Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-65/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Laçın rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Laçın rayonu, Hacılar ərazi Dairəsi, Hacılar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Almas İldırım küçəsi, ev 24-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, satıb qısa müddətdə pulunu ödəyəcəyinə dair yalandan vəd verib onu aldadaraq, 2018ci ilin dekabr ayının əvvəlindən 2019-cu ilin mart ayının əvvəlinə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus və sonuncu tərəfindən etibar olunaraq Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi 15 ünvanında yerləşən fərdi yaşayış evinə yığılmış 15.150 manat təşkil edən müxtəlif çeşidli mobil telefon aksessuarlarını və 2019-cu ilin mart ayının sonlarından 14 iyul 2019-cu il tarixə kimi olan müddət ərzində isə ünvan 2 ünvanda yerləşən avtomobil qarajına yığılmış 2.158 manat təşkil edən müxtəlif çeşidli mobil telefon aksessuarlarını ələ keçirərək vədinə əməl etməmiş və vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 17.308 (on yeddi min üç yüz səkkiz) manat dəyərində müxtəlif çeşidli mobil telefon aksessuarlarını ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib bildirmişdir ki, o, 2018-ci ilin sonlarından etibarən «Ford» markalı yük avtomobilini icarəyə götürərək Bakı şəhərində, eləcə də Azərbaycan Respublikasının digər şəhər və rayonlarında yerləşən müxtəlif mobil telefon mağazalarına aksesuarların satışı ilə məşğul olmuşdur. Mağazalara satdığı aksesuarları Bakı şəhərindəki müxtəlif topdansatış mağazalarından almışdır. Zərərçəkmiş şəxs və Şahid1 ilə 2018-ci ilin sonlarında tanış olmuşdur. 2018-ci ilin dekabr ayında Orxan və Oruc Bakı şəhərində ona müraciət edib şərik qismində birlikdə telefon aksessuarlarının satışı ilə məşğul olub pul qazanmağı təklif etmişlər. Söhbət əsnasında onlar Çin Xalq Respublikasından mobil telefon aksesuarlarını karqo vasitəsi ilə Bakı şəhərinə idxal edib topdan satışını həyata keçirmək istədiklərini bildirmişlər. Orxan və Oruc onun bu sahədə təcrübəli olduğunu bildiklərinə görə onunla şərik işləmək istədiklərini demişlər. Aralarında olan razılaşmaya əsasən onlar Çin Xalq Respublikasından telefon aksesuarlarını idxal edərək Azərbaycanda satışını həyata keçirəcəkdilər. Aralarında razılıq əldə olunduqdan sonra 2018-ci ilin dekabr ayının əvvəllərində Çin Xalq Respublikasından ilk dəfə mobil telefon qulaqcıqları sifariş olunmuş, ilk sifarişi Orxan və Oruc özləri etsə də, sonrakı müddət ərzində bütün sifarişləri onlarla bilavasitə razılaşdırmaqla şəxsən özü WeChat smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi vasitəsilə etmiş, pulunu isə Orxan ödəmişdir. Daha sonra həmin mallar Bakı şəhərinə gəldikdən sonra o, Orxanla birlikdə «Sədərək» ticarət mərkəzinə gedib orada karqo şirkətindən malları təhvil almışlar. Malları təhvil götürərkən saymışlar və Orxan bu barədə özündə qeydiyyat apardıqdan sonra malları ona təhvil vermişdir. Bundan sonra həmin aksesuarların satışını həyata keçirmiş, lakin bazarda satış prosesi yaxşı getmədiyindən ilk vaxtlar satışda çətinlik çəkmişdir. İdxal etdikləri malları həmin vaxt kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi, 15 ünvanında yerləşən fərdi yaşayış evində saxlamışdır. Təxminən 2019-cu ilin mart ayında Orxanın tələbi ilə həmin malları ünvan 2 ünvanda yerləşən Oruca məxsus olduğunu güman etdiyi qaraja aparıb yığmışdır. Həmin qarajın onda açarı olmadığından hər dəfə satış üçün malları Orxanın özünün iştirakı ilə oradan götürmüşdür. Həmin dövrdə satış yaxşı olmadığından qazanc az olmuş və bu səbəbdən icarəyə götrdüyü Ford markalı avtomobilin icarə haqqını, həm də sürücünün zəhmət haqqını və digər xərclərin ödənilməsi ilə əlaqədar 15.000 manat məbləğində borcu yaranmışdır. Müxtəlif topdansatış mağazalarından götürdüyü aksesuarları satsa da pulunu mağazaya ödəyə bilməmiş və borclu olduğu şəxslər ondan pullarını tələb etmişlər. Orxangillə şərikli işlədiyi müddətdə satış yaxşı olmadığından onlara məxsus aksesuarları müxtəlif mağazalara və ya şəxslərə maya dəyərində, yaxud da daha aşağı qiymətə salıb borclarını ödəməyə başlamış, lakin bu barədə Orxan və Oruca heç bir məlumat verməmişdir. Orxan və Oruc satdığı malın pulunu soruşduqda hələ sata bilmədiyini demiş, bu minvalla təxminən 2019-cu ilin iyul ayının ortalarına qədər olan müddət ərzində hissə-hissə olmaqla Orxandan götürdüyü mobil telefon aksesuarlarının bir hissəsinin satışından əldə etdiyi pulu öz borclarını ödəməyə, habelə şəxsi ehtiyaclarına sərf etmişdir. Bu səbəbdən də Orxana ümumilikdə 17.308 manat borcu yaranmışdır. Hazırda zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin dekabr ayının əvvəlində Çin Xalq Respublikasından müxtəlif növ mobil telefon aksesuarlarının Azərbaycan Respublikasına idxalı və Bakı şəhərində topdan satışını təşkil etməklə məşğul olmağa başlamışdır. Əvvəllər bu sahədə heç bir təcrübəsi olmadığından bu işdə ona köməklik edə biləcək adamlar axtarmış və bu zaman dostu Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. İslamla tanış olduqdan sonra onunla idxal etdiyi mobil telefon aksesuarlarını mağazlara paylamasına, bunun müqabilində ona satışın müəyyən faizini ödəyəcəyinə dair razılığa gəlmişlər. Bundan sonra internet vasitəsi ilə Çin Xalq Respublikasından müxtəlif mallar sifariş etməyə başlamışlar. Bir qayda olaraq internet vasitəsi ilə sifariş olunan mallar Çin Xalq Respublikasından karqo vasitəsi ilə göndərilmiş və Bakı şəhərinə çatıb gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra «Sədərək» Ticarət Mərkəzində karqo şirkətinin ofisində onlara təhvil verilmişdir. Çin Xalq Respublikasından sifariş verilərək Bakı şəhərinə gətirilmiş mallar İslamın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi 15 ünvanında yerləşən həyət evinə yığmışlar. 2018-ci ilin dekabr ayının sonlarından 2019-cu ilin yanvar ayının ortalarına qədər olan müddət ərzində karqo vasitəsi ilə təxminən 4-5 dəfə Bakı şəhərinə mobil telefon aksesuarları gətirmişlər. Həmin vaxtdan etibarən İslam fərdi qaydada özü tapdığı müştərilərə mobil telefon aksesuarlarının satışını təşkil etməyə başlamışdır. Daha sonra həmin malları Nərimanov rayonunun ərazisində yerləşən qaraja yığmışlar. Bir müddət sonra həmin malları İslam və Orucla birlikdə saymış, həmin vaxt 15.150 manat dəyərində mobil telefon aksesuarlarının əskik olması məlum olmuşdur. İslam qeyd olunan məbləğdə telefon aksesuarlarını nisyə formada müştərilərə satmasını və qısa müddət ərzində müştərilərin pulunu ödəyəcəklərini bildirmişdir. 14 iyul 2019-cu il tarixdə İslamla satılmış malların hesabatını apararkən onun 17.308 manat dəyərində müxtəlif markalı mobil telefon aksesuarları satması və pulunu ödəməməsi müəyyən olmuşdur. İslamdan nisyə satdığı malların pulunun alınmasının hansı səbəbdən bu qədər yubandığını soruşduqda malları satdığı adamlar hər dəfə müxtəlif bəhanə gətirib onu aldatmasını bildirmişdir. İslama malları satdığı şəxslərlə onu görüşdürməsini təklif etdikdə İslam əvvəlcə razılaşmış, lakin sonradan hər dəfə müxtəlif bəhanə gətirib, gah həmin şəxslərin onunla görüşmək istəmədiklərini, gah da özünün Bakı şəhərində olmadığını deyərək görüşü təşkil etməmişdir. Nəhayət İslamla görüşüb ondan elə həmin vaxt malları satdığı şəxslərlə görüşdürməsini tələb eldikdə İslam ona etiraf edərək mobil telefon aksesuarlarını heç kəsə satmadığını, Elməddin və adlarını xatırlamadığı iki nəfər başqa şəxsə olan borclarının əvəzində verməsini bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və hazırda onunla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində bir evdə yaşayır. Qardaşı İslam təxminən 2018-ci ilin sonlarından «Ford» markalı yük avtomobilini icarəyə götürüb həmin avtomobillə Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda yerləşən müxtəlif mobil telefon mağazalarına aksesuarların satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 2018-ci ilin dekabr ayından etibarən İslamın şərikləri kimi tanımış, həmin şəxslərlə qohumluğu və ya ədavəti olmamışdır. 2018-ci ilin dekabr ayından başlayaraq qardaşı İslam Orxan və Orucla birlikdə şərik qismində mobil telefon aksessuarlarının satışı ilə məşğul olmuşdur. Orxanla Oruc 2018-ci ilin dekabr ayında qardaşı İslama müraciət edib şərik qismində telefon aksessuarlarının satışı ilə məşğul olub pul qazanmağı təklif etmişlər. İslam 2018-ci ilin dekabr ayından 2019-cu ilin iyul ayına kimi olan müddət ərzində Orxanla və Orucla birlikdə şərik qismində mobil telefon aksessuarlarının satışı ilə məşğul olmuşdur. İlk sifarişi Orxan və Oruc özləri etsə də sonrakı müddət ərzində bütün sifarişləri onlarla bilavasitə razılaşdırmaqla İslam özü internet vasitəsilə Çin Xalq Respublikasına etmiş, sifariş olunan malların pulunu isə Orxan ödəmiş, sifariş olunan mallar Bakı şəhərinə çatdırıldıqdan sonra İslam Orxanla birlikdə «Sədərək» ticarət mərkəzinə gedib orada karqo şirkətindən malları təhvil götürmüş və rahatlıqla satmaq məqsədi ilə həmin ərəfələrdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi, 15 ünvanında yerləşən fərdi yaşayış evində saxlamışdır. Təxminən 2019-cu ilin mart ayında İslamla Orxanın arasında narazılıq yarandıqdan sonra sonuncunun tələbi ilə İslam həmin malları ünvan 2 ünvanda yerləşən Oruca məxsus qaraja aparıb yığmışdır. 2018-ci ilin iyul ayında Orxanla İslamın arasında münasibətlər korlanmış, bunun səbəbini soruşduqda isə İslam 2019-cu ilin iyul ayının ortalarına qədər olan müddət ərzində hissə-hissə olmaqla Orxandan götürdüyü mobil telefon aksesuarlarının bir hissəsinin satışından əldə etdiyi təxminən 17.000 manat məbləğində pulu öz ehtiyaclarına sərf etməsini, həmçinin həmin vəsaitlə borclarını ödədiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs 22.08.2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və baəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 09.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılmış vəsatətin rədd edilməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sabirəddin oğlunun 14.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bakı Şəhər Probasiya İdarəsinin 10.02.2022-ci il tarixli, 21-1/334457/17 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-343/2019 saylı, 22.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı Şəhəri Probasiya İdarəsinin 17 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı tam ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 07.10.2021-ci il tarixdən 09.10.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yusifbəyli və Partnyorları Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.10.2021-ci il tarixdən 09.10.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yusifbəyli və Partnyorları Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-65/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-65/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver