Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-65/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:50 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nəsimi rayonu Pişəvəri küçəsi ev 7 mənzil 11-də qeydiyyatda olan, barəsində Nərimanov Rayon Məhkəməsinin 4(005)-1063/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onu təhqir etməsini cüzi səbəb kimi bəhanə edib, qeyri müəyyən şəxslərin şüurunda müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai yer hesab olunan küçədə, ictimai qaydanı-insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud şəkildə pozub, ətrafdakı digər şəxslər üçün ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, mənafelərinə açıqca hörmətsizlik ifadə edib üzərində saxladığı təsərrüfat-məişət təyinatlı kağız, karton, faner və sair kəsilməsində istifadə olunan bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs həmin bıçaqla vurub zor tətbiq edərək ona sol körpücüküstü nahiyənin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, bildirmişdir ki, küçələrdə gecələyir və dəmir və plasmas qırıntıları yığaraq pul qazanıb özünə xərcləyir. Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, Yaşar da onun kimi küçələrdən dəmir qırıntıları yığıb satır və buna görə bir-birilərini tanımışdırlar. Onunla münasibətləri yaxşı olsa da, lakin son vaxtlar Zərərçəkmiş şəxs spirtli içki qəbul edib, səbəbsiz olaraq onu təhqir edib və bir neçə dəfə onu xəbərdar etmişdir ki, onu təhqir etməsin. Hadisə olan günü də günorta nahar vaxtı özü tək kafelərin birində nahar edərkən spirtli içki də qəbul edib və gəzinərək dəmir qırıntıları axtarmışdır. Həmin gün axşam radələrində Nərimanov rayonu G.Qədirbəyova küçəsində Qrand marketin arxa tərəfi ilə hərəkət edərkən Zərərçəkmiş şəxs yanından ötüb keçmək istədikdə o, söyüşlə hara getdiyini soruşmuşdur. Özü də söyüşlə cavab vermiş və bu səbəbdən mübahisə yaranmışdır. Bundan sonra Yaşar oturduğu yerdən duraraq üzərinə gəldikdə Təqsirləndirilən şəxs əlində gəzdirdiyi divar kağızı kəsən bıçağı çıxardaraq ona tərəf tutumuş, lakin ona hər hansısa bir xəsarət yetirdiyini xatırlamır. Birdən birə Zərərçəkmiş şəxs yerə yıxılmış və qışqırmağa başlamışdır. Budan sonra isə polis əməkdaşları gələrək onu polis idarəsinə aparmışlar. Məhkəmədə verilən suallara əsasən o, bildirmişdir ki, işi kağız toplamaq olduğunda bıçaq onun həmişə əlində olmuşdur və o bıçaqla heç kimə xəsarət yetirməmişdir. Onların arasında yalnız sözlü mübahisə olmuşdur. Bundan başqa o divar kağızı kəsən bıçağı isə polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş və zərəçəkmiş şəxslədə barşıq əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun daimi yaşayış yeri olmadığından və tək yaşadığından Bakı şəhərində küçələrdə gecələyir. Küçələrdən dəmir qırıntıları yığaraq satıb pul qazanır. Bu səbəbdən də 3 ildir ki, Təqsirləndirilən şəxs tanımışdır. Hadisə günü Nərimanov rayonu G.Qədirbəyova küçəsində yol kənrında əyləşdiyi zaman Təqsirləndirilən şəxs oradan keçərkən onu gördükdə yaxınlaşmış və heç bir səbəbsiz onunla mübahisə yaratmışdır. O, Təqsirləndirilən şəxs çıxıb getməsini bildirsə də cibindən bıçağa bənzər əşya çıxardaq onun boyun nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra orada olan şəxslər Oktayı aralamışdırlar. Daha sonra isə təcili yardım briqadası çağıraraq xəstəxanaya aparmışdırlar. Yekun olaraq hər təqsirləndirilən şəxslə barışdığını və onun barəsində heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağıını bildirmişdir. Notariat qaydasında təsdiq edilmiş barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu G.Qədirbəyova küçəsində avtomobillərin park edilməsinə nəzarət edir. 11 iyul 2023-cü il tarixdə axşam radələri o, həmin ünvanda olarkən görmüşdür ki, iki nəfər şəxs öz aralarında mübahisə edirlər. Hadisəni tam dəqiq görməmişdir, onlara yaxınlaşdıqda şəxsin çiyin nahiyyəsinin qanadığını görmüşdür. Daha sonra tanımadığı şəxslər təcili yardım çağırmış və polis əməkdaşları da hadisə yerinə gəlmişdirlər. Məhkəmədə tədqiq edilmiş Nərimanov Rayon Polis İdarəsini 18-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 11 iyul 2023-cü il tarixdə 1 saylı TTYS-dan Zərərçəkmiş şəxs sol bazu nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə bağlı müraciət etməsi barədə məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “Baxış və götürmə aparılması” barədə 11 iyul 2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, X2 Yaşar Adil oğlunu ünvan 3 ünvanında yerləşən “Granmart” supermarketin yan hissəsində yolun səkisində belindəolan rezokla sol çiyin nahiyəsindən vurmuşdur. Məhkəmədə tədqiq edilmiş “İfadənin yerində yoxlanılması” barədə 13 iyul 2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən “Granmart” supermarketin yan hissəsində yolun səkisində belində olan rezokla sol çiyin nahiyəsindən vurmasını göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş “Könüllü təqdim edilən bıçağın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 01 ədəd divar kağızı kəsmək üçün nəzərdə tutulmuş bıçağı könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” ilə bağlı xx.xx.2023-cü il tarixli, 2/21834 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən orta dərəcədə sərxoş vəziyyətində olmuşdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məkəmə-Tibbi Ekspertiza və X4 X8 xx.xx.2023-cü il tarixli, 889 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – sol körpücük nahiyənin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin ola bilsin bıçağın deşici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ blərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə ballistik eksperitzası “Odlu silah və döyüş sursatlarının qaz, pnevmatik və soyuq silahların tədqiqi” Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1120 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq formalı predmet-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik olan, təsərrüfat-məişət təyinatlı (kağız, karton, və.s kəsmək üçün) bıçaqdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1964-cü ildə Ermənistan Respublikası Yeğeqnadzor rayonu Güllüdüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. Məhkəmə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd məişət təsərrüfat üçün nəzərdə tutulmuş bıçaq maddi sübut hesab edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi, götürmı aparılması, məhkəmə ekspertiza rəyləri cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqnda xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1063/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-759/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 09 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş barışıq ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdədə olmayacaqdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlanmış sorğuya əsasın xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüklü Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixindən hazırkı vaxtadək ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3575/2020 saylı Qətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs doğum haqqında şəhadətnamə alması üçün məhkəməyə müraciəti təmin edilmiş və doğu faktı müəyyən olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla sol körpücüküstü nahiyənin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan heç bir bədən xəsarət yetirmədiyini, onların yalnız sözlü mübahisə etdiklərinə dair verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, ifadəsinin yerində yoxlanılması haqqında 13.0.2023-cü il tarixli protokoldan və digər istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətmiş və bununla da o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, bıçağı könüllü şəkildə təqdim etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir Təqsirləndirilən şəxs cinayət törətməkdə davam etməsi və islah yoluna qədəm qoymaması, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Həmçinin Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-759/2011 saylı hökmü ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs könüllü təqdim etmiş oluduğu 01 ədəd bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd bıçaq Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-65/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-65/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver