Məhkəmə qərarları › İş №1(005)-65/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-65/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-65/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, ev 2- də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 6 ünvanında yaşamış, barəsində xx.xx.2025-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 14 avqust 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan şəxsdən 100 (yüz) manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,300 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,588 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 03 (üç) ədəd kapsulda ümumi miqdarı 0,9 qram çəkidə güclü təsir edən maddə olan preqabalini və 01 ədəd elektron tərəzini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanının qarşısına daşımış, 17 avqust 2023-cü il tarixdə saat 09:30 radələrində ünvan 3 ünvanın qarşısında özünü şübhəli apardığına görə Bakı şəhəri BPİ-nin DYPİ-nin 10-cu tağımının əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 83A ünvanda yerləşən Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman sol əlindəki qara rəngli əl çantasının içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 1.300 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,588 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 03 (üç) ədəd kapsulda ümumi miqdarı 0,9 qram olan güclü təsir edən maddə olan preqabalin və 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 240-ci-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu və son 1-2 ildir ki, yalnız preqabalin adlı maddədən istifadə etdiyini bildirmişdir. Həmçinin o, bildirmişdir ki, əməliyyat olunmuş və bundan sonra ağrılarının sakitləşməsi üçün preqabalin istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfidən aşkar edilərək götürülmüş metamfetamin, heroin və tərəzi ona aid olmamış, yalnız preqabalin onun olmuşdur. Belə ki, qonşuluqda onun adını və şəxsi məlumatlarını vermək istəmədiyi dostu olmuş, o, narkotik vasitələrinin satışı ilə məşğul olmuşdur. Daimi onunla preqabalin əldə etmək üçün dostluq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan günün əvvəli axşam dostu onun avtomibilində oturmuş və çantası orada qalmışdır. Sabahı gün sərnişin apararkən polis əməkdaşları tərəfindən avtomibilinin buferində mövcud olmuş problemə görə saxlanılmış və idarəyə aparılmışdır. Bu zaman dostunun çantası polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Polis idarəsində təzyiqə məruz qaldığı üçün həqiqəti əks etdirməyən ifadə verməli olmuşdur. Bundan başqa o, verilmiş suala cavab olaraq bildirmişdir ki, dostunun mobil telefonu olmamış, o narkotik vasitələrin satışı ilə bağlı əks olunmuş smsləri onun telefonu vasitəsi ilə danışaraq həyata keçirmiş, bunun müqabilində də dostu ona ödənişsiz istifadəsi üçün preqabalin vermişdir. Həmin dostunun adını demək, şəxsiyyəti barədə məlumat vermək istəmir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında yenidən ifadə verərkən polis əməkdaşları tərəfindən avtomobilindən narkotik vasitənin aşkar edilməsi bildirilmiş, həmçinin ibtidai istintaq dövründə müdafiəçisinin olmadığını, cinayət işi materiallarında olan imzalarının ona məxsus olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq ibtidai istintaq zamanı dindirilmə protokollarının sonunda “ifadəmi təsiq edirəm, öz sözlərimlə dügün yazılıb.” cümləsinin onun tərəfindən yazılsa da , qeyd edilmiş ifadənin ona məxsus olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında yenidən ifadə verərəkən Təqsirləndirilən şəxs ibtidai istintaqda müstəntiqə verdiyi ifadəsini, həmçinin xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında vermiş olduğu ifadələrini təkzib edərək həmin vaxtı təsir altında olduğunu və özünü idarə etmək iqtidarında olmadığını və həqiqəti əks etdirməyən ifadə verdiyini bildirmişdir. Belə ki, polis əməkdaşları tərəfindən baxış keçirilərkən onun üzərində və avtomobilində heç bir narkotik vasitə, psixotop maddə və tərəzi olmamış və aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 6 ünvnında ailəsi ilə birlikdə yaşayır. Azərbaycan dilini sərbəst şəkildə yazıb-oxuya bilir, sərbəst danışır və başa düşür. Hal-hazırda heç bir yerdə işləmir. 7 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, xx.xx.2023-cü il tarixidə axşam saatlarında Xırdalan şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manat dəyərində psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini almış və öz istifadəsi üçün qara rəngli əl çantasının içərisində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində ünvan 3 ünvanın qarşısında anasına məxsus, lakin adına etibarnamə olmayan “Mersedes” markalı **-OC-*** d.q.n-lı avtomaşınla hərəkətdə olarkən avtomaşının bamperi olmadığından Bakı şəhər BPİ-nin DYPİ-nin 10-cu tağımının əməkdaşları tərəfindən saxlanılmış və onlar ondan sənədlərini tələb etdikdə, onlara sənədi olmadığından qardaşının anket məlumatlarını bildirmişdir. Lakin yoxlama zamanı qardaşı ilə aralarında oxşarlıq olmadığından onu, həmçinin əl çantasında narkotik vasitə olduğu üçün özünü şübhəli apardığından avtomaşını dayanacağa yerləşdirib onu 16-cı PŞ-nə gətirmişlər. Xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmişdir. Əynindəki mavi xətli şortun sağ yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefonunu və sol əlindəki qara rəngli əl çantasını təqdim etmişdir. Əl çantasının içərisinə baxış zamanı çantadan ona məxsus 01 ədəd "Samsung” markalı enerji doldurucu, 01 ədəd qara rəngli gün eynəyi, 01 ədəd “Redmi” markalı enerji aparatı, anasına məxsus “Mersedes” markalı **-OC-*** d.q.n-lı nəqliyyat vasitəsinin uçot kartoçkası, həmin avtomobilə aid istifadə edilmə haqqında etibarnamə, qardaşı X4 adına tərtib edilmiş sertifikat, ona məxsus 03 ədəd “Preqabalin" yazısı yazılmış dərman preparatı, özünə məxsus 01 ədəd elektron tərəzi və özünə məxsus 01 ədəd şəffaf paket aşkar olunmuşdur. Şəffaf paketdən içərisində şəffaf rəngli spesifik qoxuya malik, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə, psixotrop maddə, 03 ədəd dərman preparatı və 01 ədəd elektron tərəzi ona məxsusdur. İçərisində psixotrop maddə və narkotik vasitə olan bükümlər, dərman preparatları və elektron tərəzi qablaşdırılmış və o da imza etmişdir. Əl çantasından aşkar olunmuş elektron tərəzini hansı səbəblə üzərində daşıması barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, uzun müddətdir ki narkotik vasitələrdən istifadə edir və narkotik vasitəni alarkən aldadılmaması üçün çəkmək məqsədi ilə üzərində daşımışdır. Saxlanılan və PŞ-nə gətirilən zaman ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddəni özü istifadə etmək məqsədilə əldə etmişdir. Təxminən 7 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni aldığı şəxsin anket məlumatlarını bilmir, həmin şəxsi sadəcə üzdən tanıyır. Hər hansı bir şikayəti, iradı və tələbi yoxdur, səmimi olaraq hər şeyi etiraf etdi, etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin 10-cu tağımının inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində ərazidə xidmətdə olarkən ünvan 3 ünvanın qarşısında “Mercedes" markalı **-OC-*** d.q.r-lı nəqliyyat vasitəsinin ön bamperinin olmaması səbəbindən saxlanılmışdır. Həmin şəxsdən sənədlərini təqdim etməsini istədikdə, o, qardaşına məxsus anket məlumatlarını təqdim etmişdir. Lakin yoxlama zamanı həmin şəxslə saxlanılan şəxsin heç bir oxşarlığı olmadığından onu şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə 16-cı PŞ-nə dəvət etmişlər. Bu zaman o, danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Onun şübhəli hərəkətlərindən üzərində narkotik vasitə daşımasında şübhələnib onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirmişlər. PŞ- də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Odur ki, bu barədə Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəsinə raport tərtib olunaraq Abbasov X9 RPİ-nin 16-cı PŞ-nə təhvil verilmişdir. Polis şöbəsində X5 üzərində şəxsi axtarış və götürmə zamanı ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki mavi xətli şortun sağ yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefonunu və sol əlindəki qara rəngli əl çantasını təqdim etmişdir. Əl çantasının içərisinə baxış zamanı çantadan 01 ədəd “Samsung” markalı enerji doldurucu, 01 ədəd qara rəngli gün eynəyi, 01 ədəd "Redmi" markalı ererji aparatı, “Mersedes” markalı **-QC-*** d.q.n-lı nəqliyyat vasitəsinin uçot kartoçkası, həmin avtomobilə aid istifadə edilmə haqqında etibarnamə, X4 adına tərtib edilmiş sertifikat, 03 ədəd “Preqabalin” yazısı yazılmış dərman preparatı, 01 ədəd elektron tərəzi və 01 ədəd şəffaf paket aşkar olunmuşdur. Şəffaf paketdən içərisində şəffaf rəngli spesifik qoxuya malik, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdən birinin içərisindəki maddə “patı” adı ilə tanınan metamfetamin və digər bükümün içərisndədəki maddə isə "kakos” adı ilə tanınan heroindir. Elektron tərəzini isə narkotik vasitəni alarkən aldadılmaması üçün üzərində daşımışdır. Üzərində aşkar edilmiş maddələri xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata almışdır. Həmin narkotik maddələri qara rəngli əl çantasında öz istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində ərazidə xidmətdə olarkən ünvan 3 ünvanın qarşısında "Mercedes” markalı 10-ОС-450 d.q.n-lı avtomaşınla hərəkətdə olarkən Bakı şəhər BPİ-nin DYPİ-nin 10cu tağımının əməkdaşları tərəfindən saxlanılaraq 16-cı PŞ-nə gətirilmişdir. Aşkar olunmuş narkotik vasitələr, dərman preparatları və elektron tərəzi iştirakçıları və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtariş və götürmə zamanı "Panasonic HC- V770” markalı video kamera vasitəsi ilə çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd edilən faktları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 avqust 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-ci il tarixdə saat 09:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şühbəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2023cü il tarixli protokoldan və DVD diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nin 10-cu tağımının əməkdaşları tərəfindən ünvan 7 ünvanın qarşısında X1 saat 10:50 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Bakı şəhər BPİ-nin DYPİ-nin 10-cu tağımının inspektorları, polis serjantları Şahid1, Şahid2, Nərimanov RPİ 16-cı PŞ- nin Kibercinayətkarlıqla Mübarizə üzrə baş əməliyyat müvəkkili, polis mayoru X10 və 25 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X6 iştirakları ilə X7 üzərində şəxsi axtarış aparıldı. X12 əynindəki mavi xətli şortun sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və sol əlindəki qara rəngli əl çantasını təqdim etmişdir. Əl çantasının içərisinə baxış zamanı çantadan 01 ədəd “Samsung” markalı enerji doldurucu, 01 ədəd qara rəngli eynək, 01 ədəd “Redmi" markalı enerji aparatı, 01 ədəd “Mersedes” markalı **-OC-*** d/q/n-lı nəqliyyat vasitəsinin uçot kartoçkası, həmin avtomobilə aid istifadə edilmə haqqında etibarnamə, X4 adına tərtib edilmiş sertifikat, 03 ədəd “Preqabalin” yazısı yazılmış dərman preparatı, 01 ədəd elektron tərəzi və 01 ədəd şəffaf paket aşkar olunmuşdur. Şəffaf paketdə içərisində şəffaf rəngli spesifik qoxuya malik, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Şübhəli şəxs X12 bildirdi ki, təqdim etdiyi bükümlərdən birinin içərisindəki maddə "patı” adı ilə tanınan metamfetamin və digər bükümün içərisindəki maddə isə “kakos" adı ilə tanınan heroindir. Qeyd etmişdir ki, elektron tərəzini isə narkotik vasitə alarkən aldadılmaması üçün üzərində daşıyır. X12 üzərindən aşkar edilmiş maddələri xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata almasını bildirmişdir. Həmin narkotik maddələri qara rəngli əl çantasında öz istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanın qarşısında 09:30 radələrində etibarnaməsiz idarə etdiyi anasına məxsus “Mersedes" markalı 10-ОС-450 d/q/n-lı avtomaşınla hərəkətdə olarkən avtomaşının bamperi olmadığından Bakı şəhər BPİ-nin DYPİ-nin 10-cu tağımının əməkdaşalrı tərəfindən saxlanılaraq 16-cı PŞ-nə gətirilmişdir. Aşkar olunmuş narkotik vasitələr, dərman preparatları və elektron tərəzi iştirakçıların və X7 iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. “Ərizə əsasında axtarış və götürmə aparılması haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, X7 ərizəsi əsasında anasın məxsus etibamaməsiz idarə etdiyi “Mersedes” markalı **-OC-*** d/q/n-lı nəqliyyat vasitəsinə axtarış və götürmə aparıldı. xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində X7 ərizə əsasında anasına məxsus etibamaməsiz idarə etdiyi “Mersedes” markalı **-OC-*** d/q/n-lı nəqliyyat vasitəsinə axtarış və götürmə aparılarkən ona avtomobildə narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olundu. X12 avtomobildə hər hansı bir narkotik vasitə olmadığı olmadığını bildirmiş və baxış zamanı hər hansı qeyri-qanuni aşya və ya maddə aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-ci il tarixli, 3-16-16/2-6/4419 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycam Respublikasl DİN Zərflər üçün №218 "dairəvi möhür əksi və "...Şübhəli şəxs: imza, İştriakçılar: iki imza, təhqiqatçı: imza ....’’yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi - 1,588 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 1,300 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; üzərində 03 ədəd ağtünd qəhvəyi rəngli üzərində “P300” yazısı olan kapsulalar- preqabalin tərkibli dərman preparatıdır və 03 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı- 0,9 qramdır, (üzərində qeyd,olunmuş göstəricisinə əsasəri bir kapsulda 0,3 qr preqabalin olmaqla); 01 ədəd felektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. Tərəzinin üzərində iz şəklində olduğu üçün metamfetaminin və heroinin çəkisini və bükümdəki metamfetaminlə və Heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd- 1. Metamfetaminin təmiz çəkisi- 1,588 qram, tədqiqata sərf edildi -0,05 qram qalıq 1,538 qram, 2.Heroinin təmiz çəkisi- 1,300 qram, tədiqata sərf edildi 0,05 qram, qalıq-1,250 qram, 3. Preqablin 300 mg kapsul – 3 ədəd, tədqiqata sərf edildi -1 ədəd, qalıq- 2 ədəd. Ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimlinin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X12 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbayca Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 xx.xx.2023-ci il tarixli, 7851 nömrəli rəyinə əsasən X11 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3329 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, X12 hazırda hər hanşı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. X8 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X12 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X7 hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X7 məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamşdır. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə edilmiş xx.xx.2023xx.xx.2024-cü il tarixədək mövcud olan zənglərə, sms mətnləri ilə bağlı "xxxx" MMC-dən əldə edilmiş DVD formatlı diskdə olan məlumatlara baxış keçirilmiş və təqsirləndirilən şəxsə məxsus mobil nömrədən **********11 mobil telefon nömrəsinə “pul kartdadı qaqaş atdım 20man gelirsen?”, xx.xx.2023-cü il tarixdə saat 11:59:39-da-**********24 mobil" telefon nömrəsindən **********11 mobil telefon nömrəsinə “He atdım 20 man gel”, xx.xx.2023-cü il tarixdə saat 12:25:03-də **********18 mobil telefon nömrəsindən **********11 mobil telefon nömrəsinə “kola 05 olacag 5diy patı", xx.xx.2023-cü il tarixdə saat 12:28:11-də **********18 nömrəsindən **********11 mobil telefon nömrəsinə “ele atdıqım 20liye 15diy kok nan 5diy patı”, xx.xx.2023-cü il tarixdə saat 23:29:56-da **********18 mobil telefon nömrəsindən **********11 mobil telefon nömrəsinə “atım pulu 05 şüşü üçün?”, xx.xx.2023-cü il tarixdə saat 23:32:28-də **********18 mobil telefon nömrəsindən **********11 mobil telefon nömrəsinə “bax 02-01 bele kokide olsa pulnu vercem qaqaş”, xx.xx.2023-cü il tarixdə saat 23:21:38-də **********70 mobil telefon nömrəsindən 99477-də **********87 mobil telefon nömrəsindən **********11 mobil telefon nömrəsinə “Qaqa samir xirdalandadi bidene 05 koki 5 diş patı hara gelsin” xx.xx.2023-cü il tarixdə saat 23:24:34-də **********18 mobil telefon nömrəsindən **********11 mobil telefon nömrəsinə “kakos yoxdu?” ve.s kimi narkotik vasitəsinin satışını təsdiq edən Təqsirləndirilən şəxs danışıqları əsk olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-65/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindn daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və Axtarışda olan şəxsin tutulması haqqında eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuş və Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 18 sentyabr 2024-ci il tarixli qərardan görünür ki, X7 üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 1,588 qr. olan metamfetaminin, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,538 qramı, təmiz çəkisi 1,300 qram olan heroinin, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,250 qramı, 300 mg kapsul 3 ədəd tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2 ədəd preqabalinin, 1 ədəd elektron tərəzi, bundan başqa, X7 şəxsi axtarış və götürülmə aparılması, həmçinin X7 idarə etdiyi “Mersedes” markalı **-OC-*** d.q.n-lı nəqliyyat vasitəsində axtarış və götürülmə aparılmasına dair videogörüntülərin əks olunduğu DVD, eləcə də, "xxxx" MMCdən alınmış CD disklərin maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,538 qram metamfetaminin, qalıq qalmış 1,250 heroinin, qalıq qalmış 2 ədəd preqabalinin və 1 ədəd elektron tərəzinin Nərimanov RPİ-nin NH-nin saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürülmə aparılması, həmçinin X7 idarə etdiyi “Mersedes” markalı **-OC-*** d.q.n-lı nəqliyyat vasitəsində axtarış və götürülmə aparılmasına dair videogörüntülərin əks olunduğu DVD, eləcə də, "xxxx" MMC-dən alınmış CD disklərin cinayət işinin materiallarına əlavə olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 240.1-ci maddəsinə əsasən – Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verərək polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində və avtomobilində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığından etirafedici ifadələr verdiyini, anlaqlı olmamasını, ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək ona elan edilmiş özünü ittihamda təqsirli bilmiş, ilkin məhkəmənin baxış iclasında isə özünü qismən təqsirli bilmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 18 avqust 2023-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis bölməsində təzyiq edilərək özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşgul olmamasını bildirsə də, onun üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarından, müxtəlif çeşidlərdə olmasından və tərəzidən, onun istifadəsində olan mobil nömrənin sms-lərinin məzmunundan da bir daha onun narkoktik vasitlərən satışı ilə məşğul olması təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilən cəzadan çıxılmalı (CM- 69.3), həbs etmənin əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,538 qram metamfetamin, qalıq qalmış 1,250 qramı heroin, qalıq qalmış 2 ədəd preqabalin kapsul, 1 ədəd elektron tərəzi məhv edilməli, iş üzrə X7 idarə etdiyi “Mersedes” markalı **-OC-*** d.q.n-lı nəqliyyat vasitəsində axtarış və götürülmə aparılmasına dair videogörüntülərin əks olunduğu DVD disk, "xxxx" MMC-dən alınmış CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il, 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq qalmış 1,538 qram metamfetamin, 1,250 qramı heroin, 2 ədəd preqabalin kapsul, 1 ədəd elektron tərəzi məhv edilsin. Maddi sübut - X7 idarə etdiyi “Mersedes” markalı **-OC-*** d.q.n-lı nəqliyyat vasitəsində axtarış və götürülmə aparılmasına dair videogörüntülərin əks olunduğu DVD disk, "xxxx" MMC-dən alınmış CD disk, ümumilikdə 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar