Məhkəmə qərarları › İş №1(005)-66/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-66/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-66/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum edilmiş, Şuşa şəhəri, V.Cəfərov küçəsi, ev 42-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə X2 etibarından sui-istifadə edib rəfiqəsi Zərərçəkmiş şəxs oğlunu X7 Hərbi Məktəbinə tələbə olaraq tədrisə qəbulla bağlı yalan vəd verib sonuncunu aldatmaqla, 15 may 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov adına İstirahət Parkı”nın yaxınlığında Zərərçəkmiş şəxs məxsus 17000 manat məbləğində pulu Natəvan Rəsulovadan alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, X3 2022-ci ilin may ayından tanıyır. 2022-ci ilin may ayında tanışı Eldarla aralarında olan danışıq zamanı sonuncu bir tanışını X7 Hərbi Məktəbinə kursant olaraq qəbul etdirmək istədiyini bildirib bu işi görüb-görə bilməyəcəyi barədə maraqlanmış, yalandan demişdir ki, Daxili Qoşunlarda işləyən tanışlarının vasitəsi ilə bu işi həll edə bilər, sadəcə ona bir gün vaxt versin ki, onlarla danışıb, hansı qaydada həll edə biləcəyini öyrənsin. Daha sonra bu işi görmək istəyən X4 ilə danışmış, danışıq zamanı ona məlum olmuşdur ki, Natavan rəfiqəsi Könülün qohumunu X7 Hərbi Məktəbinə kursant olaraq tədrisə qəbul etdirmək istəyir. Natavandan bu işi görmək üçün 35000 manat pul istəmiş və bildirmişdir ki, pulun yarı hissəsini öncədən, qalan yarısını isə iş qurtarandan sonra versin. Natavan razılaşdıqdan sonra 15 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov adına İstirahət Parkı”nın yaxınlığında görüşməyə razılaşmış, orada Natavandan 17000 manat məbləğində pulu ələ keçirmişdir. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X3 təxminən 7-8 il olar ki, tanıyır. Belə ki, Natəvan onun rəfiqəsi və iş yoldaşıdır. 2022-ci ilin may ayının ortalarında Natəvanla görüşüb söhbət edən zaman ona, oğlu Nihadı Azərbaycan Respublikası DİN-nin X5 Hərbi Məktəbinə tələbə qəbul etdirmək istədiyini, bu işdə ona kömək edə biləcək bir nəfər lazım olduğunu bildirmişdir. Natəvan da Eldar adlı tanışı ilə görüşüb bu barədə danışacağını və ona cavab deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Natəvandan eşitmişdir ki, onun Eldar adlı tanışının Təqsirləndirilən şəxs adlı tanıdığı şəxs var, Xanoğlan bu işdə ona köməklik edə bilər. Bundan sonra Natəvan ona demişdir ki, Xanoğlanla danışıb və Xanoğlan, oğlu Nihadı Azərbaycan Respublikası DİNnin X5 Hərbi Məktəbinə tələbə qəbul etdirməyə köməklik edəcəyini bildirmiş və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nda Xanoğlanla görüşüb söhbət edən zaman Xanoğlan ona demişdir ki, oğlunu Azərbaycan Respublikası DİN-nin X5 Hərbi Məktəbinə qəbul etdirməyə köməklik edə bilər, lakin bunun üçün 35000 manat pul lazımdır. Natəvan bu barədə dedikdə ona öz razılığını bildirmiş və ona 17000 manat pul vermiş, qalan 18000 manat pulu isə bir qədər gözləməsini demişdir. Natəvan da həmin 17000 manat pulu ondan almış və sonradan bildirmişdir ki, 15 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nın yaxınlığında Xanoğlanla görüşüb həmin pulu ona vermiş, Xanoğlan da həmin pulu götürmüş və qalan 18000 manat pulu işlər tamamlandıqdan sonra, yəni qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra ona verməsini bildirmişdir. Lakin, sonradan məlum olmuşdur ki, imtahanların nəticəsinə əsasən oğlu Nihad Azərbaycan Respublikası DİN-nin X5 Hərbi Məktəbinə tələbə kimi qəbul olmamışdır. Bundan sonra da Xanoğlan müxtəlif bəhanələr gətirərək heç bir iş görməmiş və Natəvanın ona vermiş olduğu 17000 manat pulu qaytarmamışdır. Bundan sonra şikayət edəcəyi barədə Natəvana dedikdə Natəvan ondan alıb, Xanoğlana verdiyi 17000 manat pulu öz şəxsi vəsaiti hesabına qaytarıb vermişdir. Sonradan Natəvandan eşitmişdir ki, baş vermiş hadisə ilə əlaqədar Nərimanov RPİ-nə ərizə ilə müraciət etmişdir. Həmçinin, Natəvandan eşitmişdir ki, sonradan Xanoğlan ona 2700 manat pul qaytarmışdır. O, göstəmişdir ki, Təqsirləndirilən şəxs ələ keçirmiş olduğu 17000 manat məbləğində pul özünə məxsusdur, belə ki, həmin pulu əvvəldən Natəvana vermişdir ki, oğlu Nihadın tələbə qəbul edilməsi məsələsinin həlli üçün Xanoğlana versin. Lakin, sonradan Natəvan həmin 17000 manat pulu qaytarıb ona vermişdir. Oğlu Nihad işləmək məqsədi ilə Türkiyə Respublikasına getmişdir və hazırda orada yaşayır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, hazırda Bakı Humanitar Kollecində müəllimə işləyir. Zərərçəkmiş şəxs Ümid qızını təxminən 7-8 ildir ki, tanıyır. Belə ki, Könül onun rəfiqəsi, həmçinin iş yoldaşıdır. 2022-ci ilin may ayının ortalarında Könüllə görüşüb söhbət edən zaman Könül, oğlunu Azərbaycan Respublikası DİN-nin X5 Hərbi Məktəbinə tələbə qəbul etdirmək istədiyini, bu işdə ona kömək edə biləcək bir nəfər lazım olduğunu bildirmiş, Eldar adlı tanışı ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb bu barədə ona bildirmiş və Eldar demişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var, Xanoğlan bu işdə Könülə köməklik edə bilər. Eldara demişdir ki, Xanoğlanla danışıb ona bir cavab desin. Bundan sonra Eldar ona zəng edib Xanoğlanın mobil telefon nömrəsini vermiş və onunla danışmasını, Xanoğlanın, rəfiqəsi Könülün oğlunu Azərbaycan Respublikası DİN-nin X5 Hərbi Məktəbinə tələbə qəbul etdirməyə köməklik edəcəyini bildirmişdir. Ona görə də Xanoğlanın mobil telefonuna zəng edib onunla danışmış və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nın yaxınlığında onunla görüşmüşdür. Söhbət zamanı Xanoğlan ona demişdir ki, rəfiqəsi Könülün oğlunu Azərbaycan Respublikası DİN-nin X5 Hərbi Məktəbinə tələbə qəbul etdirməyə köməklik edə bilər, lakin bunun üçün 35000 manat pul vermək lazımdır. Bu barədə rəfiqəsi Könülə bildirmiş və Könül ona 17000 manat pul vermiş, qalan 18000 manat pulu isə bir qədər gözləməsini bildirmişdir. Həmin 17000 manat pulu götürüb 15 may 2022-ci il tarixdə saat 16:00 radələrində yenidən Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nın yaxınlığında Xanoğlanla görüşüb özünə məxsus avtomobildə ona 17000 manat pul vermişdir. Xanoğlan da həmin pulu sayıb götürmüş və qalan 18000 manat pulu işlər tamamlandıqdan sonra, yəni qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra ona verməsini bildirmişdir. Xanoğlanla razılaşmış və Xanoğlan demişdir ki, imtahanların nəticəsi təxminən 15 gün müddətində məlum olacaqdır. Lakin, sonradan məlum olmuşdur ki, imtahanların nəticəsinə əsasən Könülün oğlu Azərbaycan Respublikası DİN-nin X5 Hərbi Məktəbinə tələbə kimi qəbul olunmamışdır. Ona görə də Xanoğlana zəng edib baş verənlər barədə maraqlandıqda Xanoğlan bildirmişdir ki, işlər qaydasındadır, imtahanın nəticələrinin cavab kartı səhv düşmüşdür və 28 iyun 2022-ci il tarixədək bu işi həll edəcəkdir. Lakin, bundan sonra da Xanoğlan müxtəlif bəhanələr gətirərək heç bir iş görməmişdir. Həmin vaxtı Xanoğlanm onu aldadaraq Könülün ona vermiş olduğu 17000 manat pulu ələ keçirdiyini başa düşmüş və məcburiyyət qarşısında qalıb rəfiqəsi Könülə 17000 manat pul vermişdir. Bundan sonra Xanoğlan ona 2700 manat pul qaytarsa da, qalan 14300 manat pulu qaytarmamışdır. Ona görə də ərizə ilə Nərimanov RPİ-nə müraciət etmişdir. Cinayət işi məhkəmədə olarkən Xanoğlan ona 2000 manat ödəmişdir. Hazırda Xanoğlanın ona 12300 manat verəcəyi var. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, Şahid Sahib oğlunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş X2 şikayət ərizəsi əsasında ünvan 3 ünvana baxış keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-66/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Vəliyev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi Xəzər RPİ-nin, 22066072 nömrəli cinayət işi Nərimanov RPİ-nin, AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-31/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmış və Təqsirləndirilən şəxs 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 07 ay 13 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 il 01 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-31/2024 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, mülki iddiaçının və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdədörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, qismən ödəniş etməsini, ziyanı qis nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayət əməlləri törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 07 ay 13 gün onun cəza müddətinə daxil edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin 08 avqust 2024-cü il tarixdən hesablanmalı (Əsas: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü) və barəsində həmin hökm ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 saata görə 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 07 ay 13 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 10 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 saata görə 420 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar