Məhkəmə qərarları › İş №1(005)-66/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-66/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-66/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə və təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 02 (iki) övladı olan, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin Bakı şəhəri. Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 14 ünvanında fəaliyyət göstərən “Gənclik Mail" adlı ticarət mərkəzinin 1 -ci mərtəbəsində yerləşən və “ABC Telekom" MMC-yə məxsus “Kontakt Home" adlı mağazanın masasından qara rəngdə “Орро Find N3" markalı, imei kodu 860-716-060- 803-137 və 860-716-060-803-129 saylı mobil telefonunu gizli talayaraq hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 4500 (dört min beş yüz) manat maddi ziyan vurmaqla özgə əmlakını oğurlamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə Bakı “Gənclik Mall” adlı ticarət mərkəzinə çörək yemək məqsədi ilə getmişdir. Həmin ticarət mərkəzinə daxil olub 1-ci mərtəbəsində gəzərkən həmin mərtəbədə olan “Kontakt Home" adlı mağazaya daxil olub orda vitrində satış üçün qoyulmuş mobil telefonlardan birini götürmüş və mağazadan çıxmışdır. Həmin mobil telefonu götürərkən mağazada həyəcan siqnalı verilmiş, lakin heç kim ona əhəmiyyət vermədiyi üçün ordan dərhal uzaqlaşmışdır. Gizli talamadığını, orada heç kim olmadığı üçü telefonu götürdüyünü bildirmişdir. Oğurlamaqda məqsədi həmin mobil telefonu istifadə etmək olmuş, yəni satmaq fikri olmamış və heç kimə satış üçün yaxınlaşmamışdır. Mobil telefonu oğurladıqdan sonra nömrəsini taxmış, lakin ağıllı telefon olduğu üçün onu istifadə edə bilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin vaxt içkili olmuşdur, daha sonra oğurlamış olduğu mobil telefonu istintaq orqanına geri qaytarmışdır. Əməlindən səmimi peşman olmasını, telefonu qaytarmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki cavabdeh) Nümayəndə Bakı şəhəri ərazisində yerləşən “ABC Telecom" adlı yerdə hüquqşünas kimi işləyir. Həmin qeyd olunan yerin tərkibində müxtəlif ərazilərdə mağazalar vardır və onlardan biri Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən “Gənclik Mall" ticarət mərkəzində yerləşən “Kontakt Home" mağazasıdır. Həmin mağazada 05 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Şahid2 müdir olduğu müddətdə açıq vitrinlərə qoyulmuş olan 4500 (dörd min beş yüz) manat dəyərində “Oppo Find N3" markalı qara rəngli mobil telefonun oğurlanması aşkar edilmişdir. Mağazada olan videokameranın videogörüntülərinə baxdıqda açıq vitrindən həmin mobil telefonun kişi cinsli bir şəxs tərəfindən götürülərək mağazadan uzaqlaşması məlum olmuşdur. Mağazada həyəcan siqnalı çalsa da, həmin vaxt nəzarətçi sayı ağazada az olduğundan hadisə aşka oluna bilməmişdir. Oğurlanmış mobil telefon onlara qaytarılsa da nasaz vəziyyətdə qaytarılmışdır. Təqsirləndirilən şəxsdən vurulmuş ziyanı tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən “Gənclik Mall" ticarət mərkəzində yerləşən “Kontakt Home" mağazasında nəzarətçi işləyir. 05 yanvar 2024-cü il tarixdə saat 11 radələrində nəzarətçi işlədiyi həmin mağazada açıq vitrinlərə qoyulmuş olan 4500 (dörd min beş yüz) manat dəyərində “Oppo Find N3" markalı qara rəngli mobil telefonun oğurlanmasını aşkar etmişlər. Mağazada olan videokameranın videogöriintülərinə baxdıqda açıq vitrindən həmin mobil telefonun kişi cinsli bir şəxs tərəfindən götürülərək mağazadan uzaqlaşması onlara məlum olmuşdur. Həmin oğurluq hadisəsi 04 yanvar 2024-cü il tarixdə saat təxminən saat 19-20 radələrində həmin mağazada işdə olmuşdur. Mağazadan oğurlanmış “Oppo Find N3” markalı həmin mobil telefon istifadədə olmamış, təzə olmuşdur. Hadisə baş verən zaman həmin mobil telefondan başqa digər hər hansı bir əşya oğurlanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi olmuş X4 bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən mağazaya təqdim edilmiş “Oppo Find N3" markalı qara rəngli mobil telefon işlək vəziyyətdə olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən də saz vəziyyətdə telefonun qaytarılmasını bildirməmişdir. Həmin telefon rəsmi texniki baxışdan keçmiş, texniki rəy alınmış və telefonda mexaniki zədə olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmişdir. İfadəsi digər Şahid1 ilə eyni məzmunlu olmaqla sonuncunun bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid2n “Gənclik Mall” mərkəzində yerləşən “Kontakt Home” mağazasında dəyəri 4500 azn olan “Oppo Find N3” markalı mobil telefon xx.xx.2024-cü il tarixdə oğurlanmışdır. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan, foto cədvəllərdən görünür ki, oğurluq hadisəsi “Gənclik Mall” mərkəzində yerləşən “Kontakt Home” mağazasında baş vermişdir. Məhkəmədə tədqiq olunan “Götürmə aparılması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəi, Nərimanov rayonu, X6 küçəsində fəaliyyət göstərən “Gənclik Mall” adlı ticarət mərkəzinin 1-ci mərtəbəsində olan “Kontakt Home” adlı mağazadan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qara rəngli “Oppo Find N3” markalı telefonu ondan götürülmüşdür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Epkertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/911 nömrəli ekspert rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Oppo Find N3” markalı mobil telefonun yeni vəziyyətdə yaddaş həcimlərinə görə ayrıayrılıqda 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağdakı kimi müəyyən olunur: - “Oppo Find N3” maraklı 512GB yaddaşlı mobil telefon - 4500,0 manat, - “Oppo Find N3” maraklı 256GB yaddaşlı mobil telefon - 2700,0 manatdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X2”na ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, İrkusk Qarnizonu Hərbi Tribunalının xx.xx.1981-ci il tarixli qərarı ilə 206-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 23 yanvar 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbirinin seçilməsi” qətimkan tədbiri seçilməsi barədə” 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan "xxxx" MMC rəsmi servis mərkəzindən əldə edilmiş xx.xx.2024-cü il tarixli rəydən aydın olur ki, “Oppo Find N3” maraklı 512GB yaddaşlı mobil telefon – cihazına baxış keçirilərkən mexaniki zədə izləri aşkarlanmışdır. Diaqnostika nəticəsi olaraq cihazın istismar qaydaları pozulmuşdur. Servis mərkəzi zəmanətli təmirdən imtina edir. Məhkəmədə tədqiq olunan “Reset Servis” Texniki Xidmət Mərkəzinin təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, “Oppo Find N3” maraklı 512GB yaddaşlı black mobil telefon – məhsul mağaza məhsuludur, orta ekran daxilindən sınıb, orta lent zədələnib, ekran plyonkası qopub və ekranın ortası qaralıb, sağ ekranda sensor işləmir. Texniki baxışın nəticəsində - Cihaz diaqnostika edildi. Texniki baxış zamanı cihazada mexaniki zədə aşkar edildi. İlkin olaraq ekran yenisi ilə əvəz edilməlidir. Cihazın rənginə uyğun sifariş edilmiş ekranın hansı qiymətə olacağı hal-hazırda məlum deyil. Cihaza uyğun əldə olan başqa rəng ekranın qiyməti 1444 azn-dir. Məhkəmədə tədqiq olunan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilən mülki iddia ilə bağlı ərizədən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 1444 AZN (min dörd yüz qırx dörd) məbləğində pulun və 35 AZN (otuz beş) məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-yə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs “ABC Telecom" mağazasından mobil telefonu götürdüyünü təsdiq edir, həmçinin, həmin vaxt nəzarətçilərin onu görmədiyini və həyəcan siqnalı çalınsa belə ona heç kimin yaxınlaşmadığını bildirmiş və buna görə də telefonu götürüb mağazadan uzaqlaşdığını söyləmişdir. Həmçinin təqsirləndirilən şəxsin məhsulu saz vəziyyətdə qaytarması ilə bağlı ifadəsi üzrə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində də bildirdiyi kimi içkili vəziyyətdə olmuş və həmin telefonu oğurladıqdan sonra işlətmək istədiyini, buna görə də həmin telefonu işlət vəziyyətə gətirdiyini, mobil şəbəkə kartını avadanlığa taxdığını, funksionallıqları ona aydın olmadığı üçün işlədə bilmədiyini söyləmişdir. Bu da göstərir ki, həmin telefon vasitəsini işlək vəziyyətə gətirən zaman onun işləmə mexanizmini təqsirləndirilən şəxs bilməmişdir və bu da həmin vaxt məhsulun düzgün istifadə edilməməsi nəticəsində onun zədələnməsini istisna etmir. Məhkəmə təqsirləndirilən şəxsin telefon məhsulunu saz vəziyyətdə qaytarması ilə bağlı ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verdiyi qənaətinə gəlir. Həmçinin, təqsirləndirilən şəxsin ifadəsində yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadəsi, həmçinin iş materiallarında olan müəssisəyə vurulmuş zərərlə bağlı akt, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, avadanlığın qaytarılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 177.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (23-25 yanvar 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə "xxxx" MMC-yə 1444 (min dörd yüz qırx dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, maddi ziyana görə "xxxx" MMC-yə 1444 (min dörd yüz qırx dörd) manat məbləğində dəymiş zərərin və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1479 (min dörd yüz yetmiş doqquz) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutma altında saxlanıldığı 02 (iki) gün (23-25 yanvar 2024-cü il tarixləri) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia tam təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 1444 (min dörd yüz qırx dörd) manat məbləğində dəymiş zərər və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1479 (min dörd yüz yetmiş doqquz) manat məbləğ təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatı üçün cəmi 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar