Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-67/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və onun qanuni nümayəndəsi X5, tərcüməçi babayeva Səbinə Camaləddin qızının iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, xx xxxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1 və 127.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bir qrup şəxs tərəfindən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tanışları X16, yetkinlik yaşına çatmayan - X12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində birləşərək, 13 fevral 2020-ci il tarixdə saat 22:00 radələrində ünvan 6 ünvanının qarşısında kənar şəxslərin gözü önündə heç bir səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə, əvvəllər tanımadığı həmin küçə ilə piyada gedən Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etmiş, qrupun digər üzvləri ilə birlikdə onun üzərinə hücum edərək yumruq, təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərblər vuraraq ona, alının sağ tüklü hissəsinin hematoması, alının, sağ qaşüstü nahiyənin, qaşarası nahiyənin qançırları ilə nəticələnən, dərəcələri təyin edilməyən qəsdən sağlamlığa zərər vurmayan xəsarətlər, qərəzli hərəkətlərini davam etdirərək xuliqanlıq niyyəti ilə təpik zərbəsi ilə onun sağ əlinə zərbə vuraraq, onun sağ əlinin 2-ci barmağının daraq sümüyünün diafizinin distal hissəsinin yerdəyişməmiş sınığı ilə nəticələnən, CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bir qrup şəxs tərəfindən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tanışları X16, yetkinlik yaşına çatmayan - X12, X16 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində birləşərək, 13 fevral 2020-ci il tarixdə saat 22:00 radələrində ünvan 6 ünvanının qarşısında kənar şəxslərin gözü önündə heç bir səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə, əvvəllər tanımadığı həmin küçə ilə piyada gedən Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etmiş, qrupun digər üzvləri ilə birlikdə onun üzərinə hücum edərək yumruq, təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərblər vuraraq ona, alının sağ tüklü hissəsinin hematoması, alının, sağ qaşüstü nahiyənin, qaşarası nahiyənin qançırları ilə nəticələnən, dərəcələri təyin edilməyən qəsdən sağlamlığa zərər vurmayan xəsarətlər, qərəzli hərəkətlərini davam etdirərək xuliqanlıq niyyəti ilə təpik zərbəsi ilə onun sağ əlinə zərbə vuraraq, onun sağ əlinin 2-ci barmağının daraq sümüyünün diafizinin distal hissəsinin yerdəyişməmiş sınığı ilə nəticələnən, CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs3 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bir qrup şəxs tərəfindən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 tanışları X16, yetkinlik yaşına çatmayan - X12, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərkibində birləşərək, 13 fevral 2020-ci il tarixdə saat 22:00 radələrində ünvan 6 ünvanının qarşısında kənar şəxslərin gözü önündə heç bir səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə, əvvəllər tanımadığı həmin küçə ilə piyada gedən Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etmiş, qrupun digər üzvüləri ilə birlikdə onun üzərinə hücum edərək yumruq, təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona, alının sağ tüklü hissəsinin hematoması, alının, sağ qaşüstü nahiyənin, qaşarası nahiyənin qançırları ilə nəticələnən, dərəcələri təyin edilməyən qəsdən sağlamlığa zərər vurmayan xəsarətlər, qərəzli hərəkətlərini davam etdirərək xuliqanlıq niyyəti ilə təpik zərbəsi ilə onun sağ əlinə zərbə vuraraq, onun sağ əlinin 2-ci barmağının daraq sümüyünün diafizinin distal hissəsinin yerdəyişməmiş sınığı ilə nəticələnən, CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə saat təxminən 19:00 radələrində o, tanışları Anar Həsənov, Təqsirləndirilən şəxs2, Nihad Nəsibov, Şahid və Təqsirləndirilən şəxs3 birlikdə istirahət etmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “R” adlanan kluba getmişlər. Həmin klubda olduqları müddət ərzində Şahid başqa hamı spirtli içki qəbul etmiş və saat təxminən 22:00 radələrində əvvəl Anar Həsənov, Təqsirləndirilən şəxs2, Nihad Nəsibov və Şahid, sonra isə o və Təqsirləndirilən şəxs3 klubdan çıxmışlar. Koroğlu Rəhimov küçəsində yerləşən Şuşa rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında X20 Məmmədovun əvvəllər tanımadığı, adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs ilə mübahisə etmələrini görmüşdür. Həmin vaxt o, mübahisənin səbəbini bilməmiş, sonradan uşaqların deməsinə əsasən mübahisəyə səbəb Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs təsadüfən çiyinlərinin biribirinə dəyməsi olmuşdur. Bu vaxt o, Zərərçəkmiş şəxs onların ünvanına nalayiq ifadələr işlətməsini eşitmişdir. O, bunu eşidən kimi Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və onun baş nahiyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Artıq bundan sonra o, Anar Həsənov və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik zərbələri ilə vurmağa başlamışdır. Həmin zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra, Nihad Nəsibov və Təqsirləndirilən şəxs3 da onlara yaxınlaşmış və onlar da Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik zərbələri vurmuşlar. Yalnız Şahid kənarda dayanmışdır. Qısa müddət sonra səs-küyə həmin yerə gələn tanımadığı şəxslər yaxınlaşaraq onları aralamışlar. Bundan sonra onlar piyada əvvəlcə “Gənclik” metrostansiyasına, oradan isə ayrılaraq yaşadığı evə getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə saat təxminən 20:30 radələrində o, tanışı Anar Həsənova zəng edərək harada olduğunu soruşmuşdur. Həmin telefon danışığı zamanı Anar Həsənov ona digər tanışları Təqsirləndirilən şəxs1, Nihad Nəsibov, Təqsirləndirilən şəxs3 və Şahid ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “R” adlanan klubda olduqlarını bildirmiş və onu həmin kluba dəvət etmişdir. Bundan sonra o da uşaqlarla görüşmək üçün həmin kluba getmişdir. Onlar həmin klubda olduğu müddət ərzində Şahid başqa hamısı spirtli içki qəbul etmişdir. Saat təxminən 22:00 radələrində onlar həmin klubdan çıxaraq piyada “Gənclik” metrostanstyası istiqamətinə getməyə başlamışlar. Klubdan yenicə aralanan kimi onunla üzbəüz gələn, əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs çiyninə dəymişdir. O, dərhal Zərərçəkmiş şəxs müraciət edərək ondan üzr istəmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Anar Həsənov da onlara yaxınlaşmış və onlar kənara, yəni Koroğlu Rəhimov küçəsində yerləşən Şuşa İcra Hakimiyyətinin binasının qarşısına keçmiş, orada söhbət etməyə davam etmişlər. Söhbət zamanı o, bir daha Zərərçəkmiş şəxs bildirmişdir ki, onunla mübahisə etmək fikri olmamış, bilmədən onun çiyninə dəymiş və ondan üzr istəmişdir. Zərərçəkmiş şəxs isə onlarla kobud danışmağa başlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs1 içkili olduğu üçün kənardan onunla mübahisə etməsini görüb Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və qəflətən Elminin baş nahiyəsinə kəllə zərbəsi vurmuşdur. Bundan sonra o, Anar Həsənov və Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik zərbələri ilə vurmağa başlamışlar. Zərərçəkmiş şəxs həmin zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra Nihad Nəsibov və Təqsirləndirilən şəxs3 da onlara yaxınlaşmış və onlar da Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmuşlar. Yalnız Şahid kənarda dayanaraq onlara yaxınlaşmamışdır. Qısa müddət sonra səs-küyə həmin yerə gələn tanımadığı şəxslər yaxınlaşaraq onları aralamışlar. Bundan sonra onlar piyada əvvəlcə “Gənclik” metrostansiyasına, orada isə ayrılaraq yaşadığı evə getmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 13 fevral 2020-ci il tarixdə saat təxminən 19 radələrində tanışları Anar Həsənov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid və Nihad Nəsibovla birlikdə istirahət etmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “R” adlanan kluba getmişdir. Həmin klubda olduqları müddət ərzində onunla Şahid başqa digər uşaqların hamısı spirtli içki qəbul etmişlər. Saat təxminən 22:00 radələrində onlar həmin klubdan çıxaraq piyada “Gənclik” metrostanstyası istiqamətinə getməyə başlamışlar. Klubdan yenicə aralanandan sonra Koroğlu Rəhimov küçəsində yerləşən Şuşa rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2 çiyni təsadüfən onlarla üzbəüz gələn, əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs çiyninə dəymiş, həmin vaxt Zərərçəkmiş şəxs əvvəlcə onlara tərs-tərs baxmış, sonra isə Təqsirləndirilən şəxs2 müraciət edərək kənara keçməyi təklif etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 və X22 Mirzəyevlə birgə onlardan bir neçə metr kənara çəkilmiş, orada söhbət etməyə başlamışlar. Həmin vaxt o, Zaur, Nərmin və Nihad kənarda dayanaraq onların söhbətlərini bitirməsini gözləmişlər. Bu vaxt Zərərçəkmiş şəxs uca səslə onların hamısının ünvanına nalayiq ifadə işlətmişdir. Təqsirləndirilən şəxs1 bunu eşidən kimi Zərərçəkmiş şəxs üzərinə hücum etmiş və qəflətən Elminin baş nahiyəsinə kəllə zərbəsi vurmuşdur. Bundan sonra Anar Həsənov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik zərbələri ilə vurmağa başlamışlar. Zərərçəkmiş şəxs həmin zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra o və Nihad Nəsibov da yaxınlaşaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmağa başlamışdır. Yalnız Şahid kənarda dayanaraq onlara yaxınlaşmamışdır. Qısa müddət sonra səs-küyə həmin yerə gələn tanımadığı şəxslər yaxınlaşaraq onları aralamışlar. Bundan sonra onlar piyada əvvəlcə “Gənclik” metrostansiyasına getmişlər, orada isə ayrılaraq yaşadığı evə getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə saat təxminən 21:30 radələrində o, yaşadığı evdən çıxaraq Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ilə həmin küçədə yerləşən “Avro Mart” marketi istiqamətinə getməyə başlamışdır. Saat təxminən 22:00 radələrində o, Koroğlu Rəhimov küçəsində yerləşən “Kral Rent A Car” adlanan avtomobillərin icarəyə verilməsi məntəqəsinin yanından Şuşa İcra Hakimiyyətinin inzibati binasına dönərkən dayanmış, cibindəki pulları çıxarıb saymış və 289 manat pul olduğunu müəyyən edərək cibinə qoymuşdur. Həmin vaxt onunla üzbəüz 4 oğlan 2 qız olmaqla 6 nəfər cavan uşaqlar ona tərəf gəlmişlər. Həmin oğlanlardan biri onun yanından keçərkən çiyni ilə ona toxunmuş, o, çönüb həmin şəxsə baxmış, lakin onlara heç bir söz demədən yoluna davam etməyə başlamışdır. Buna baxmayaraq çiyni ilə ona toxunan oğlan yanındakılardan aralanaraq ona yaxınlaşmış və nə üçün ona baxdığını soruşmuşdur. O, onların sayca çox olmalarını görüb həmin oğlanın sözlərinə fikir verməmiş və çıxıb getməsini xahiş etmişdir. Lakin həmin oğlan onunla kobud danışaraq, ünvanına nalayiq sözlər işlədərək heç bir yerə getməyəcəyini demiş və ona, “mən burda dayanıram, xoşun gəlmir özün get” sözlərini demişdir. O, həmin oğlanın sözlərinə fikir verməmiş, söz-söhbət olmasın deyə üzünü çevirərək oradan getməyə başlamışdır. Bundan sonra, ona çiyni ilə toxunan oğlan yanındakı şəxslərin yanına qayıtmış, onlara nəsə demiş, bundan sonra 4 oğlan və 1 qız onun arxasınca gələrək qolundan tutub onu saxlamışlar. O, dayanmış və həmin şəxslərdən ondan nə istədiklərini soruşmuşdur. Onlar heç bir səbəb olmadan onunla mübahisə etməyə başlayaraq ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Bu vaxt həmin oğlanlardan biri, sonradan adını bildiyi Zaur qəflətən onun sifətinə başı ilə zərbə vurmuşdur. Həmin an orada olan şəxslərin hamısı, yəni 4 oğlan və 1 qız olmaqla 5 nəfərin hamısı onu nalayiq sözlərlə təhqir edə-edə bədəninin müxtəlif nahiyələrinə yumruq-tərik zərbələri ilə vurmağa başlamışlar. O, həmin zərbələrin təsirindən yerə yıxılmış, hər iki əli ilə sifətinin önünü tutaraq sifətini zərbələrdən qorumağa başlamışdır. O, yerə yıxılmış vəziyyətdə olduğu müddət ərzində də həmin şəxslər sakitləşməyərək yenə də bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri ilə vurmağa davam etmişlər. Əlləri ilə sifətini tutduğu üçün həmin zərbələrin bir neçəsi onun əllərinin üstündən dəymişdir. Bu vaxt başının üstündə dayanıb onu döyən şəxslər zərblə sağ əlinin üstündən təpiklə vurmuş və həmin zərbələrin təsirindən sağ əlində bərk ağrı hiss etmişdir. Qısa müddət sonra o, zərbələrin təsirindən huşunu itirmişdir. Ayılarkən həmin oğlanlardan ikisinin onun gödəkçəsindən tutub onu qaldırmalarını görmüşdür. Onlar onun ayılmağını görmüş, yenidən sifətinə yumruqla zərbələr vurmuşlar və o, bir daha huşunu itirmişdir. Ayıldıqdan sonra ətrafa toplaşan bir neçə şəxsin onun həmin şəxslərin əllərindən almağa çalışmalarını görmüşdür. O, bir təhər ayağa qalxmış, Şuşa İcra Hakimiyyətinin binası istiqamətinə getmişdir. Həmin vaxt o, ciblərini yoxlamış, 289 manat pulunun cibində olmadığını, mobil telefonunun isə yerində olduğunu görmüşdür. O, dərhal mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləmişdir. Təxminən 15 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu döyən şəxslərin axtarışına başlamışlar. Sonra o, polis əməkdaşları ilə birgə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə getmiş və şikayət ərizəsi ilə müraciət etmişdir. Sonra polis şöbəsinə TTYS-nin əməkdaşları gəlmiş və onu X18 aparmışlar. Orada müayinə olunduqdan sonra o, yenidən 18-ci polis şöbəsinə qayıdaraq izahat yazmışdır. Səhəri gün sağ əlindəki ağrılar çoxaldığından Travmotologiya İnstituna getmiş və müayinə olunmuşdur. Artıq bu zaman baş vermiş hadisə nəticəsində onun sağ əlinin ikinci barmağının sınması məlum olmuşdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 13 fevral 2020-ci il tarixdə saat təxminən 19 radələrində o, tanışları Anar Həsənov, Təqsirləndirilən şəxs2, Nihad Nəsibov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə istirahət etmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “R” adlanan kluba getmişlər. Həmin klubda olduğu müddət ərzində ondan başqa uşaqların hamısı spirtli içki qəbul etmişlər. Saat təxminən 22:00 radələrində onlar həmin klubdan çıxıb piyada hərəkət etməyə başlamışlar. Bir neçə metr məsafə getmiş, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən Şuşa rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2 çiyni təsadüfən yoldan keçən, əvvəllər tanımadığı, adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs çiyninə dəymişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzr istəmiş, lakin Zərərçəkmiş şəxs Riadın ünvanına söyüş söymüşdür. Bu vaxt Anar Həsənov ondan oradan aralanmağı xahiş etmiş və o, uşaqlardan ayrılaraq getməyə başlamışdır. Bir qədər yol getdikdən sonra arxadan səs-küy gəlməsini eşidib geri qayıtmışdır. O, geri qayıdarkən Zərərçəkmiş şəxs yerə yıxılmasını və uşaqların hamısının, yəni Anar Həsənovun, Təqsirləndirilən şəxs2, Nihad Nəsibovun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə onu döymələrini, onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmalarını görmüşdür. O, bunu görən kimi qışqıraraq köməyə adam çağırmağa başlamışdır. Ətrafda olan və onun səsini eşidən tanımadığı çoxlu sayda şəxslər onlara yaxınlaşmış və uşaqları ayırmışlar. Bundan sonra onlar piyada əvvəlcə “Gənclik” metrostansiyasına getmişlər. Daha sonra o, uşaqlardan ayrılaraq yaşadığı evə getmişdir. O, ümumiyyətlə Zərərçəkmiş şəxs yaxınlaşmamış, ona qarşı heç bir hərəkət etməmiş, onu vurmamışam və xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 14 fevral 2020-ci il tarixli prtokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı X1 Elmin Ərəstun oğlunun və hal şahidlərinin iştirakları ilə Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer ünvan 7 ünvanda yerləşən “78 Store” mağazasının qarşısıdır. Qeyd olunan mağaza 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mağazanın qarşısında yer səthi daş döşəmə ilə döşənmişdir və ağaclar vardır. Mağazanın qarşısındakı küçə Ə.Əlizadə, yandakı küçə isə K.Rəhimov küçəsidir. Mağaza ilə üzbəüz Şuşa rayon İcra hakimiyyətinin binası yerləşir. Baxış gündüz vaxtı keçirilmiş və iki ədəd fotoşəkil çəkilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 17 fevral 2020-ci il tarixli, 119 nömrəli sağlamlığa zərər vurmanın təyini (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əlin 2-ci barmağın daraq sümüyünün diafizinin distal hissəsinin yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ əlin hemotoması, alının sağ tüklü hissəsinin hemotoması, alının sağ qaşüstü nahiyənin, qaşarası nahiyənin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən 13 fevral 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin 2-ci barmağının daraq sümüyünün diafizinin distal hissəsinin yerdəyişmiş sınığı ilə müşayiət olunan sağ əlin hemotoması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya, alının sağ tüklü hissəsinin hemotoması, alının sağ qaşüstü nahiyənin, qaşarası nahiyənin qançırları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 06 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 11 aprel 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir; “Videogörüntülərin götürülməsi və baxış keçirilməsi haqqında” 03 mart 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov, icraatında vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialın araşdırması ilə əlaqədar olaraq, 13 fevral 2020-ci il tarixdə saat 22 radələrində ünvan 6 ünvanının qarşısında baş vermiş hadisə ilə əlaqədar həmin ünvanda yerləşən yaşayış binasına quraşdırılmış mühafizə kameralarının qeydə aldığı videogörüntüləri götürmüş və baxış keçirmişdir. Mühafizə kameraları tərəfindən qeydə alınan görüntülərin saxlandığı qurğunun yaddaşında olan məlumatları birbaşa həmin qurğudan köçürmək texniki cəhətdən mümkün olmadığından qurğunun monitoru vasitəsi ilə izlənilərək “Samsung” markalı mobil telefonun yaddaşına, sonra isə mobil telefonun yaddaşından kompyuter vasitəsi ilə 01 ədəd “DVD” diskə köçürüldü. Baxış zamanı müəyyən edildi ki, həmin DVD formatlı disk xidməti otaqda olan “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldı və içərisində 01 ədəd “VİD- 20200229-WA0012” adlı video faylın olması müəyyən edildi. Həmin videofayl xüsusi proqram vasitəsi ilə açıldıqda faylin içərisində 02 dəqiqə 41 saniyə müddətində videogörüntülərin olması müəyyən edildi. Mühafizə kamerasının görüntüləri qeydə alarkən qeyd etdiyi saat real zamandan 4 saat irəli getdiyindən görüntülərdə 14.02.2020-ci il tarix, saat 01:55 olaraq qeyd edilmişdir. Beləliklə, videogörüntülərə baxış zamanı 13 fevral 2020-ci il tarixdə saat 21:55-də ünvan 6 ünvanının qarşısında Zərərçəkmiş şəxs X16 və Təqsirləndirilən şəxs2 ilə birlikdə dayanıb söhbət etmələri, saat 21:56-da Təqsirləndirilən şəxs1 qaçaraq onlara yaxınlaşması, çatan kimi Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə zərbə vurması, bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və A.Həsənovun birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik zərbələri ilə vurmaları, təxminən 10 saniyə sonra X10 onlara yaxınlaşması və artıq yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurması, qısa müddət sonra Təqsirləndirilən şəxs3 da həmin şəxslərə yaxınlaşması və onun da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, A.Həsənov və N.Nəsibovla birlikdə yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurması, yalnız Şahid baş verənləri kənardan müşahidə etməsi, münaqişə yerinə yaxınlaşmaması, heç kimə qarşı heç bir formada zor tətbiq etməməsi, bundan başqa saat 21:57-də ətrafa çoxlu sayda şəxsiyyətləri istintaqa məlum olmayan kənar şəxslərin toplaşaraq hadisəni müşahidə etmələri, bəzilərinin hadisəyə müdaxilə edərək yuxarıda adları qeyd olunan şəxsləri ayırmaları, Təqsirləndirilən şəxs1, Anar Həsənovun, Təqsirləndirilən şəxs2, Elmin Nəsibovun və Təqsirləndirilən şəxs3 ətrafa toplaşmış kənar şəxslərin gözləri önündə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirərək hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etmələri, saat 01:58-də ətrafa toplaşan şəxslərin müdaxiləsi nəticəsində həmin şəxslərin Zərərçəkmiş şəxs aralanaraq çıxıb getmələri müəyyən edildi. DVD diskə baxış zamanı yuxarıda qeyd olunanlardan əlavə istintaq üçün əhəmiyyət kəsb edən digər hal və ya görüntü aşkar edilmədi. Həmin DVD disk qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edildi; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” 30 may 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir; “İfadənin yerində yoxlanılması haqqında” 23 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Mehman Ələsgərov ********* saylı cinayət işi üzrə şahid Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinin yerində yoxlanılmasını qanuni nümayəndəsi X5 və tərcüməçi X2 iştirakı ilə həyata keçirmişdir. CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə şahid, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ifadəsində hadisə ilə əlaqədar göstərdiklərinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə hadisənin törədildiyi yerə gəlmiş və bütün zəruri tədbirlər görüldükdən sonra Təqsirləndirilən şəxs3 təklif edildi ki, hadisə ilə bağlı əvvəllər ifadəsində dediklərini və hazırki şəraitdə deyə biləcəyini göstərsin. Təqsirləndirilən şəxs3 könüllü olaraq ifadəsinin hadisə yerində yoxlanılmasına razılıq verdikdən sonra ünvan 6 ünvanın qarşısında yeri göstərərək 13 fevral 2020-ci il tarixdə saat 22 radələrində X16, Təqsirləndirilən şəxs1, Nihad Nəsibov, Riyad Məmmədovla birlikdə həmin yerdə Zərərçəkmiş şəxs döydüklərini və ona xəsarət yetirdiklərini bildirdi və həmin yeri tam dəqiqliyi ilə göstərdi; “Qətimkan tədbiri seçilməsi haqqında” 23 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir; “İfadənin yerində yoxlanılması haqqında” 24 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Mehman Ələsgərov ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 iştirakı ilə CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ifadəsində hadisə ilə əlaqədar göstərdiklərinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadəsinin yoxlanılmasına başlamışdır. Bütün zəruri tədbirlər görüldükdən sonra Təqsirləndirilən şəxs1 təklif edildi ki, hadisə ilə bağlı əvvəllər ifadəsində dediklərini və hazırki şəraitdə deyə biləcəyini göstərsin. Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa verdiyi ifadəsi ilə bağlı hadisə yerində göstərilməsinə razılıq verdikdən sonra onunla birlikdə ünvan 6 ünvanında yerləşən yerə gəlmişlər və sonra Təqsirləndirilən şəxs1 baş vermiş xuliqanlıq hadisəsinin 13 fevral 2020-ci il tarixdə saat 22 radələrində məhz bu yerdə baş verdiyini göstərdi və ifadə verdi. Belə ki, həmin vaxtı o, Nihad, Anar, Riyad Çinarə ilə birlikdə qrup halında həmin yerdə Zərərçəkmiş şəxs Əərəstun oğlunu döyərək xəsarət yetirdiyini bildirdi; “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, baş vermiş hadisənin görüntülərini tam özündə əks etdirdiyindən və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən 01 ədəd video-disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən CM-in 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsi özlərinin etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisə yerinin görüntülərini özündə əks etdirən video disk və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs Ərəsqun oğluna xuliqanlıq niyyəti ilə xəsarət yetirərək özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol vermişlər. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bir qrup şəxs tərəfindən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşlar. CM-in: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-in 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; törətdiyi əməli etiraf edib peşman olmasını; cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini; zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; Qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Sumqayıt şəhər İH MKTB-nin 23 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri və 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri və 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; yetkinlik yaşına çatmamasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; təhsil aldığı yer yer üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamə); İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri və 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 CM-in 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri və 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; yetkinlik yaşına çatmamasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; təhsil aldığı yer yer üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamə); idman sahəsində nailiyyətlərini, qara kəmər sahibi, ikiqat respublika çempionu, müxtəlif dərəcəli beynəlxalq turnirlərin qalibi olmasını (əsas: Azərbaycan Respublikası Milli Karate Federasiyası tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli idman xasiyyətnaməsi). İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri və 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 CM-in 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri və 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. İş üzrə maddi sübut - baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd video-disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3 təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X6 isə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, X3 etdiyi 25 (iyirmi beş) iş saatı 150 (yüz əlli) manat məbləğində vəsait Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına, digər vəkillərə isə məhkəmədə iştirak etdikləri 40 (qırx) iş saatı üçün hər birinə 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd video-disk cinayət işinin materiallarında saxlanılsın. X11 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-67/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-67/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver