Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-67/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Dilənova Aydan Vüsal qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, məhəllə 31/47, X1 yataqxanası, otaq 305-də yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, məhəllə 31/47, X1 yataqxanasında yerləşən yaşadığı 305 nömrəli otaqda sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı əzab vermək məqsədi ilə yumruqla qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsinə zərbə vuraraq ona burun belinin sıyrığı və piqmentasiya sahəsi ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə güclü fiziki ağrı vermiş, 2023-cü ilin aprel ayının ortalarında vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək istintaqa konkret məlum olmayan tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, məhəllə 31/47, X1 yataqxanasında yerləşən yaşadığı 305 nömrəli otaqda sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs divanın üzərində yatmasından, yəni köməksiz vəziyyətindən istifadə edib qısqanclıq zəminində Zərərçəkmiş şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə yüksək hərarətə malik yanar vəziyyətdə olan siqaretin ucunu Zərərçəkmiş şəxs alt dodağına basıb ona alt dodağın sağ yarısının yanıq yarası və oval şəkilli zərif çapıq toxuması ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək işgəncə verməklə güclü fiziki ağrı və psixi iztirab vermiş, bununla kifayətlənməyib mütəmadi olmaqla cinayət əməlini davam etdirərək 28 aprel 2023-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının yaxınlığında sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs ondan ayrılmasını bəhanə edib Zərərçəkmiş şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə əvvəlcə əlləri ilə saçından tutub dartmış və sifət nahiyəsinə qəsdən əli ilə zərbə vuraraq onu zorla öz ardınca dayandığı yerdən bir neçə metr kənara dartıb apardıqdan sonra sol əlini qəsdən buraraq və təpik zərbəsi ilə vurub yerə yıxaraq ona sol dirsək oynağının şişkinli hematoması və sıyrığı, sol baldırın qançırı, sol əlin 4-cü barmağının dırnaq sədəfinin qansızması və dırnaq ucunun sınması ilə nəticələnən, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə güclü fiziki ağrı və əzab vermiş, yenidən mütəmadi olmaqla cinayət əməlini davam etdirərək növbəti dəfə 03 may 2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki pilləkəndə sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs onunla birlikdə getməkdən imtina etməsini bəhanə edib Zərərçəkmiş şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə təpiklə sağ ayağına, habelə yumruqla sol qoluna və bel-oma nahiyəsinə bir neçə zərbə vurub güclü fiziki ağrı vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun qeyd olunan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun tərəfindən heç bir hadisə törədilməmişdir. Zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə 2023-cü ildən tanışdırlar və aralarında sevgi münasibətləri olmuşdur. Səbinə ilə evlənmək istəmiş bundan əmin olmaq üçün onu bir neçə dəfə izləmişdir. Bu zaman onu Əli adlı oğlanın avtomobilindən düşdüyünü görmüş və onunla sözlü mübahisə edərək ayrılmışdır. Lakin daha sonra Səbinəyə bir şans daha vermiş, onunla danışmağa davam etmişdir. Buna baxmayaraq Səbinə yenə də Əli ilə danışmaqa davam etmişdir. Daha sonra Əli Səbinənin ona xəyanət etdiyini bilmiş və ittihamda qeyd edilən xəsarətləri Səbinəyə Əli yetirmişdir. Səbinənin üzündəki yanıq izi kosmetoloji prosedura zamanı yaranmışdır, Səbinənin üzünə siqaret vurmamışdır. O, heç bir şəkildə Səbinəni döyməmiş, ona xəsarət yetirməmişdir. Səbinənin onun barəsində ifadə verməyinə səbəb, Səbinəyə qızıllarını lombartdan çıxarması üçün verdiyi 6.000 manat məbləğində pulu ayrıldıqdan sonra geri istəməsi olmuşdur. Daha sonra Əli və Səbinə birləşmiş, müstəntiqə danışaraq qeyd edilən xəsarətləri mənim tərəfimdən Səbinəyə yetirildiyini bildirmişdirlər. Həmçinin o, bildirmişdir ki, psixi pozuntuları var və dəfələrlə bununla bağlı müalicə almışdır. Bu səbəbdən Əlinin Səbinəni döydüyü vaxtları tam xatırlamır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Səbinəyə heç bir xəsarət yetirməMİŞ, amma hazırda Səbinə ilə də barışmışlar. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs ilkin məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə sevgi münasibəti olmuş, lakin Elnurun səbəbiz qısqanclıqları və mütəmadi olaraq onu döyməsindən bezmiş, daha sonra onun pis vərdişlərinin olduğunu bilərək onunla əlaqəsini kəsmək istəmişdim. Elnur ondan ayrıldığı üçün onu dəfələrlə küçədə döymüş, saçından tutaraq onu incitmişdir. Münasibətləri olan vaxtlarda ancaq onların evində oturmağımı, işləməməyimi bildirmiş o, buna etiraz etdikdə isə onun burnuna yumruqla zərbə endirmiş və zərbənin təsirindən burnu qanamışdır. Daha sonra Əli onun köhnə sevgilisi olmuş və onunla heç bir şəkildə Elnurla danışa-danışa münasibət qurmamışdır. Yolda Elnurun onu döydüyünü görəndə Əli onun qardaşına zəng etmiş, daha sonra isə ona yaxınlaşaraq döyməməsini, hər hansı bir söhbəti varsa evdə həll etmələrini bildirmişdir. Elnur bundan əsəbləşərək sonuncuya yumruq zərbəsi ilə vurmuş və onu da döyməyə davam etmişdir. Həmçinin o, bildirmişdir ki, onların evində qaldığı zaman yotğun olduğu üçün Elnurgildə divanda yatmışdır. Bu zaman Elnur onun cibindən telefon nömrəsi tapmışdır. Həmin telefon nömrəsini də Əli almışdır. Bu zaman dodağının alt hissəində ağrı hiss edərək oyanmış və Elnurun siqareti onun üzünə vuduğunu görmüşdür və aralarında mübahisə yaranmışdır. Məhkəmənin sualına cavab olaraq Elnurla arlarında mübahisə qısqanclıq və Elnurdan ayrılmaq istəməsi ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs daha sonrakı proseslərdə ibtidai istintaqda və məhkəmə istintaqında vermiş olduğu ilkin qismən dəyişdirərək bildirmişdir ki, döyüldüyü tarixləri tam xatırlamır, təxminən Elnur onu 3-4 dəfə vurmuşdur. Mübahisələr də adətən qısqanclıq zəmnində baş vermişdir. İstifadəsində olan mobil telefon nömrəsini əvvəlki sevgilisinin adına olduğundan və Elnur həmin nömrədən istifadə etməsini istəmədiyindən aralarında mübahisələr olmuşdur. Elnurun onu döymək incitmək niyyətinin olmadığın, sadəcə çox qısqandığı üçün bu cür hərəkətlər etdiyini bildirmişdir. Daha sonra qeyd etmişdir ki, yatmış vəziyyətdə olarkən Elnur onu oyatmağa çalışmış bu zaman əlində olan siqaret bilmədən onun üzünə dəymiş, bilərəkdən etməmişdir. Elnur onun üzünə buz qoymuş və həmin hissə yaraya çevirilmişdir. Bundan başqa o, Elnur ilə barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Elnur və Səbinənin münasibətlərinin olması və ailə qurmaq istəmələri barədə məlumatı olmuşdur. Tarixi xatırlamadığı vaxtda piyada yaşadığı bina istiqamətində gedərkən Elnurun onların yaşadığı binanın qarşısında olduğunu görmüşdür. Elnur onunla salamlaşdıqdan sonra öz mobil telefonunda olan bir videonu ona göstərmişdir. Həmin video avtomobilin salonunda mobil telefonla çəkilmiş və avtomobildə sükan arxasında tanışı X12, arxa sərnişin oturacağında da bacısı Zərərçəkmiş şəxs olmuşdur. O, Əliyə zəng edib onu binanın qarşısına dəvət etdikdə telefonda Əli ona bildirmişdir ki, bir qədər öncə Elnur binanın qarşısında Səbinəni vurmuş, saçından tutub yolmuşdur. Daha sonra Səbinə də Əlinin dediklərini təsdiq etmişdir. Səbinənin əlinin barmaqlarından birinin qırılmasını görmüş, Səbinə qolunun və ayağının əzildiyini demişdir. Məhlədə dayanıb bir qədər söhbət etdikdən sonra Səbinədən evə getməyini istəmişdir. Üzərindən çox vaxt keçdiyi üçün hadisələri tam olaraq xatırlamadığını, hazırda Elnurla münasibətlərinin normal olduğunu və bacısının da onunla barışdığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq ibtidai istintaq zamanı veridyi ifadəsini təsdiq etdiyini də qeyd etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Səbinənin anası olduğunu, Səbinənin Elnur adlı oğlanla sevgili olduğunu, ailə qurmaq istədiklərini bilmişdir. Həmin ərəfədə Elnurun anası X3 ailələrin bir-biri ilə tanış olması məqsədi ilə onların evinə gəlib getməyə başlamışdır. Bir dəfə Mehriban oğlu Elnurla da onun evinə gəlmiş və o, Elnuru ilk dəfə həmin vaxt görüb tanımışdır. Hətta 2023-cü ilin mart ayının sonlarında Mehriban, oğlu Elnur, əri Habil, qızı Xanım elçilik niyyəti ilə onların evinə gəlmişdir. Daha sonra tarixini xatırlamadığı vaxtda Səbinə evə gələrkən onun dodağının alt tərəfində yanıq ləkəsi olduğunu görüb maraqlandıqda Səbinə ona bildirmişdir ki, həmin yerə Elnur siqareti yanmış vəziyyətdə basmışdır, ona görə də üzü yanmışdır. Həmin hadisədən öncə də Səbinənin burun nahiyəsində xəsarət görmüş, dırnaq sədəfinin zədələndiyini, Səbinə çox məlumat verməsə də bir neçə dəfə onun bədənində şişkinlik və göyərmələr görmüşdür. Nə baş verdiyini soruşduqda Səbinə demişdir ki, Elnurun etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş əlavə şahid X4 bildirmişdir ki, Zərərçəkmiş şəxs 3 ilə yaxın müddətdir ki, tanıyır. Onunla tanışlığı iş prosesində olmuşdur. Kosmetoloq olduğu üçün onun yanına müştəri kimi gəlmişlər. Səbinə bir dəfə onun yanına gələndə dodağının aşağı hissəsində yara izi olduğunu müalicə üçün nə edəbiləcəyi barədə məsləhətləşmiş. Həmin yara yanıq yarası idi və üzəri suluq olmuşdur. Həmin vaxt yanıq üçün preparatlar məsləhət görülərək həmin hissəni müalicə etmişdir. Yanıq izinin münasibəti olduğu Elnur tərəfindən siqaretin dəyməsi nəticəsində yarandığını bildirmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, əvvəllər münasibətdə olduğu Təqsirləndirilən şəxs onu dəfələrlə döyməsi, mobil telefonuna zəng edib onu nalayiq ifadələrlə təhqir etməsi barədə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi ilə bağlı” xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəllərdən göürünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən xəsarət Bakı şəhəri, Nərimanov rayonu, Keşlə bazarından Şəki restoranına gedən avtomobil yolunun səki hissəsində yetirilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekpertizası və X9” X14 xx.xx.2023-cü ilin, 480 nömrəli canlı şəxsin ekpertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsi aşkar edilmiş xəsarətlər - sol dirsək oynağının şişkinli hematoması və sıyrığı, sol baldırın qançırı, sol əlin 4-cü barmağının dırnaq sədəfinin qansızması və dırnaq ucunun sınması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, burun belinin piqmentasiya sahəsi keçmiş sıyrıq izi olub küt əşyanın təsirindən, alt dodağın sağ yarısının oval şəkilli zərif çapıq toxuması keçmiş yanıq yarası izi olub yüksək hərarətin ola bilsin yanar siqaretin ucunun təsirindən törənmiş, müddəti zərərçəkənin məhkəmə - tibbi müayinəsindən 01 ay olmaqla zərərçəkənin dediyi tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 X11 Nərimanov Rayon Polis İdarəsinə təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:40-da X13 müraciət etmişdir. Xəstənin dediyinə görə blokda pilləkandan yıxılaraq xəsarət almışdır. Xəstəyə rentgenoskopiya müayinəsi olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekpertizası və X9” X14 xx.xx.2023-cü il tarixli, 696 nömrəli canlı şəxsin ekpertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekpertizası və X9” X14 xx.xx.2023-cü il tarixli, 14/480nömrəli (480 saylı rəyə əlavə) nömrəli canlı şəxsin ekpertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi aşkar edilmiş xəsarət-alt dodağının sağ yarısının oval şəkilli zərif çapıq toxuması keçmiş yanıq yarası izi olub yüksək hərarətin olsa bilsin yanar siqaretin ucunun təsirindən törənmiş,müddəti zərərçəkənin məhkəmətibbi müayinəsindən 1 ay əvvəl olmaqla zərərçəkənin dediyi tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətin morfoloji xüsusiyyətini, ölçüsünü nəzərə alaraq onun sifətində asimmtriya və mimikasının pozulması olmadığından həmin xəsarət silinməz izə aid edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekpertizasının xx.xx.2023-cü il tarixli, 2548 saylı rəyindən görünür ki, slanov Elnur Habil oğlunun əqliintellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında və fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, öz maraqlarını üstün tutmaq, nümayişkaranəlik, vəziyyətini qabartmağa və ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik aşkar olunmaqla xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində emosionallıq, qıcığa qarşı həssaslıq yaranmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən edilən xasiyyətin isterik tipli cizgiləri ilə şərtləşmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada xx.xx.2020, xx.xx.2020, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə qeyd edilən xəstəxanada müalicədə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Ə.Əliyev adına Azərbaycan Dövlət təkmilləşdirmə İnstitunun yataqxanası tərəfindən təqdim edilmiş arayış görünür ki, o həqiqətəndə Ə.Əliyev adına Azərbaycan Dövlət təkmilləşdirmə İnstitunun A.Abbasov küçəsi, məhəllə 31/47 ünvanında yerləşən yataqxanasında 305 saylı otaqda qaçqın və ya məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə məhkəmə-tibbi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yasamal Rayon Polis İdarəsinin xx.xx.2019-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair materialına CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanmasına xitam verilmişdir. Məhkəmədə tədqiq olunan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 02 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-67/2024-cü il tarixli qərarı əsasında keçirilmiş ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6 Mərkəzi” X14 xx.xx.2024-cü il tarixli, 50 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. E.HAslanovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. E.H Aslanov hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri xasiyyətin isterik tipli psixopatik cizgiləri ilə (qıcığa qarşı həssaslıq, davranışında nümayişkaranəlik elementlərinin olması hövsələsizlik, öz fikirlərini üstün tutmağa çalışmaq, inadkarlıq, ətrafdakıların diqqətini öz üzərinə yönəltməyə meyillilik, eqosentrizm və s.) şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkər fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən aydın olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-cı maddəsində əsasən Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə, habelə həmin məcəllənin 133.2.6-cı maddəsində əsasən işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Cinayət Məcəlləsinin 293-cü maddəsinin qeydində göstərilir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Cinayət hüququnda işgəncənin mövcud olması üçün göstərilən hərəkət və hərəkətsizliyin aşağıdakı məqsəd və ya səbəbdən törədilməsi zəruridir: - zərərçəkmiş şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq məqsədilə; - zərərçəkmiş şəxsi və ya digər şəxsi qorxutmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə; - zərərçəkmiş şəxsi və ya digər şəxsi öz iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə; - ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbdən. “İşgəncələrə qarşı” 1984-cü il tarixli BMT Konvensiyasında işgəncə anlayışı aşağıdakı kimi müəyyən olunur: “Bu Konvensiyanın məqsədləri üçün “işgəncə” istənilən elə hərəkəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə belə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir.” “İşgəncələrin qadağan olunmasına dair” İnsan Hüquqları Haqqında Avropa Konvensiyasında işgəncə ilə bağlı qeyd edilmişdir ki, “Verilən əzabın intensivlik dərəcəsindəki fərq” əsasında işgəncə ilə digər rəftar növləri arasında fərq qoyulmalıdır. Verilən əzabın ağırılığı və intensivliyi bir sıra amillər olan “rəftarın müddəti; fiziki və mənəvi nəticələri; qurbanın cinsi; yaşı, və sağlamlıq durumu; onun törədilmə üsulu və metodu” ilə müəyyən edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç vaxt vurmadığını, ittihamda qeyd edilən xəsarətləri Əli adlı şəxsin ona yetiridiyini, Səbinəyə vermiş olduğu pulu geri tələb etdiyi üçün Səbinə onunla bağlı düzgün olmayan ifadə verdiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və zərəçəkmiş şəxsin verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekpertizası və X9” X14 xx.xx.2023-cü ilin, 480 nömrəli canlı şəxsin ekpertiza rəyi, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 X11 Nərimanov Rayon Polis İdarəsinə təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekpertizası və X9” X14 xx.xx.2023-cü il tarixli, 14/480 nömrəli (480 saylı rəyə əlavə) nömrəli canlı şəxsin ekpertiza rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məkhəmə iclaslarında verdiyi ilkin ifadəsi iş üzrə toplanılmış digər sübutlarla qarşılıqlı müqayisə edilən zaman verilmiş ittihamın mahiyyətini təsdiq etdiyindən və mötəbərliliyi şübhə doğurmadığından məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsini mötəbər sübut növü kimi qəbul edir, həmçinin daha sonrakı ifadəsini təqsirləndirilən şəxslə barışması səbəbilə dəyişdirdiyini, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olmaması məqsədilə verdiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə və işgəncə verməklə döyməsi, cinayət işinin materiallarında, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart, aprel və may ayları ərzində qısqanclıq niyyəti ilə, həmçinin Zərərçəkmiş şəxs şübhələdiyi üçün onu cəzalandırmaq məqsədilə dəfələrlə - onun burun nahiyəsinə zərbələr vurmaqla döymüş, daha sonra onun bədən nahiyəsinə dirsək oynağının şişkinliyinə və baldır hissəsinin, dırnaq nahiyəsinin sədəfinin qançirinə səbəb olan xəsarətlər yetirmiş, bundan başqa yumruqla qol və bel-oma nahiyəsinə zərbələr vurmuş, Zərərçəkmiş şəxs yatmış vəziyyətdə olmasından, köməksiz vəziyyətindən istifadə edərək onun dodağının aşağı səthinə yanar siqaretin ucunu basmışdır. Bununla da Təqsirləndirilən şəxs qısa müddət kəsiyində üç dəfədən artıq olaraq, qısqanclıq hissi, eləcə də onu cəzalandırmaq məqsədilə bir-biri ilə vəhdət təşkil edən ardıcıl hərəkətlər ilə Zərərçəkmiş şəxs qarşı işgəncə verməklə mütəmadi olaraq fiziki ağrı yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 73 (yetmiş üç) saata görə 438 (dörd yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 73 (yetmiş üç) saata görə 438 (dörd yüz otuz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-67/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-67/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver